Key words: Click beetle, egg, larva, wireworms, Nakhchivan
Ключевые слова: Жук-щелкун, яйцо, личинка, проволочник, Нахчыван
Naxçıvan Muxtar Respublikasına Azərbaycanın fərqli ekoloji xüsusiyyətlərə malik olan
ərazisi kimi baxmaq olar. Muxtar respublikanın fiziki-coğrafi şəraiti, flora zənginliyi, uzun müddət
ərzində ərazidə müxtəlif kənd təsərrüfatı bitkilərinin geniş becərilməsi və təbii biosenozlar zəngin
həşərat kompleksinin formalaşmasına səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikasında dənli, paxlalı, texniki, bağçılıq, bostan və yem bitkiləri
üzrə geniş əkin sahələri mövcuddur. Eyni zamanda alp və subalp çəmənlikləri, düzənlik, çöl və
meşə qurşaqları xeyli dərəcədə yer tutur. Belə ki, Arazboyu düzənlik, dağətəyi, dağlıq təbii
landşaftların və mədəni bitki aqrosenozlarının zənginliyi həşərat aləminin, əsasən sərtqanadlı
böcəklərin müxtəlif və zəngin kompleksini yaratmışdır.
Şıqqıldaq (Elateridae) böcəklər fəsiləsi, sərtqanadlılar (Coleoptera) dəstəsinə aid olub,
Azərbaycanda və eyni zamanda Naxçıvan MR ərazisində geniş yayılmışdır.
Elateride fəsiləsinin 10 000-dən çox növü məlumdur və hər il yeni növlər aşkar edilir.
Onlardan MDB-də 500, Qafqazda 170 növü yaşayır [1]. Aparılmış tədqiqatlar nəticəsində
Azərbaycan faunasında 142 növ şıqqıldaq böcək qeyd edilmişdir [3]. Bunlardan isə Naxçıvan MR-
də 28 növün yayıldığı müəyyən edilmişdir [2].
Bunu nəzərə alaraq muxtar respublika ərazisində kənd təsərrüfatı bitkilərinə zərər verən
şıqqıldaq böcəkləri aşkar etmək, onların bioloji və ekoloji xüsusiyyətlərini öyrənmək və onlara qarşı
mübarizə tədbirlərini tətbiq etmək mühüm məsələlərdən biri hesab olunur.
Zərərvericilərdən:
Selatosomus latus sağinatus Men, Elathous buyssoni Reitt,
Cardiophorus ordubadensis Ağayev, Drasterius bimaculatus Rossi, Oophorus grisescens Germ
daha qorxulu növlər olmaqla bir sıra kənd təsərrüfatı bitkilərinin daimi və dövri zərərvericiləri
hesab olunurlar. Həmin növlərin bioloji və ekoloji xüsusiyyətlərinin, onların inkişaf dinamikasının
iqlim şəraitindən asılılığının öyrənilməsi qarşımızda əsas məqsəd kimi durur.
Enli şıqqıldaq - Selatosomus latus sağinatus Men
Azərbaycanın dağətəyi və dağlıq ərazilərində yayılmışdır. Meşə ətrafı əkin sahələrində daha
çox rast gəlinir, dəniz səviyyəsindən 1900 metr yüksəkliyədək müşahidə olunur. Yetkin böcəklərin
qışlamadan çıxması və sahələrdə müşahidə olunması aprel ayının axırlarına təsadüf edir. Əsasən
bunlara mayın axırları və iyunun əvvəllərində rastlanır. Ən çox müşahidə olduğu əkin sahələri,
taxıllar, qarğıdalı, tütün, günəbaxan və tərəvəz bitkiləridir. Qışlamadan çıxan böcəklərin ömrü 20-
25 gündür. Yetkin fərdlər qışlamadan çıxdıqdan az sonra yumurta qoyurlar. Böcəklər yumurtalarını
may ayının III və iyun ayının I ongünlüyündən qoymağa başlayırlar. Onlar yumurtalarını torpağın
nəmli-rütubətli 5-7 sm dərinliyinə qoyurlar. A.İ.Cerepanovun (1957) məlumatına görə bir dişi fərd
175-200-dək yumurta qoya bilir [4]. Yumurtaların inkişafı iqlim şəraitindən asılı olaraq 2-3 həftə
- 17 -
davam edir və torpaqda ilk sürfələr iyun ayında müşahidə olunur. Sürfələrin inkişafı 4-5 il
müddətinə başa çatır və bir neçə dəfə qabıq dəyişmə prosesi baş verir. Sürfələrin inkişafı başa
çatdıqdan sonra iyun-iyul aylarında torpaqda puplaşma baş verir. Pup dövrü üç həftə davam edir və
puplardan yeni nəsil yetkin fərdlər əmələ gəlir. Yetkin fərdlər qidalanaraq payızda qışlama dövrünə
gedir. Qışlama prosesi torpaqda, xəzəllərin altında keçirilir. Növbəti ildə aprelin sonları və may
ayının əvvəllərində həmin yetkin fərdlər qışlamadan çıxaraq nəsil vermiş olurlar.
N.Səmədovun (1963) məlumatına görə enli şıqqıldaq böcəyin sürfələri dənli bitkilərin əkin
sahələrində geniş müşahidə olunur. Müəllifin tədqiqatına görə həmin sahələrdə məftil qurdlarının
sıxlığı 65%-ə çatır [5]. Böcəyin inkişaf dinamikası aşağıdakı cədvəldə göstərilmişdir.
Cədvəl
Enli şıqqıldaq böcəyinin inkişaf dinamikası
İnkişaf
mərhələləri
Müşahidə
dövrləri
Yaşama
müddəti
Ekoloji mühit
Yetkin fərd
Aprel-may
20-25 gün
Dağətəyi-dağlıq
Yumurta
May-iyun
2-3 həftə
5-7 sm dərinlikdə torpaq
Sürfə
İyun-iyul
4-5 il
10-25 sm dərinlikdə torpaq
Pup
İyul-avqust
15-24 gün
5-8 sm torpaq
Cədvəldən göründüyü kimi, enli şıqqıldaq böcəyin bütün inkişaf mərhələlərində torpaq
faktoru ilə bağlılıq vardır. Yetkin fərdlər torpaqda qışlayır, yumurtalar torpağın 5-7 sm
dərinliklərində və normal rütubətdə yəni 23-25% nisbi nəmlikdə inkişaf edir, sürfələr bütün ömrünü
iqlim şəraitindən asılı olaraq 4-5 il torpağın müxtəlif dərinliklərində 5-30 sm miqrasiya etməklə
yaşayır, qidalanır, qabıq dəyişir və böyüyür. Sürfə öz inkişaf mərhələsini başa çatdırdıqdan sonra
torpaqda puplaşır. Puplaşma dövründə qidalanma olmur, yetkin böcəyə oxşar orqanlar sistemi
formalaşır və yetkin böcək əmələ gəlir. İlk dövrlərdə yetkin böcəklər zəif olur, 3-5 gündən sonra
onlar torpağın üzərinə çıxır, qidalanır və aktiv həyat tərzi keçirirlər. Cinsi yetişkənlik 20-30
günədək davam edir, lakin onların əksəriyyəti həmin il qışlayaraq yazda qışlamadan çıxdıqdan
sonra nəsil verməyə başlayırlar. Yetkin fərdlərə nisbətən sürfələrin zərər vermə dərəcəsi daha
yüksəkdir. Azərbaycanın əksər ərazilərində və Naxçıvan MR-in bütün rayonlarında yayılması qeydə
alınmışdır.
Elathous buyssoni Reitt
Azərbaycanda nisbətən az yayılan növdür. Naxçıvan MR-in əsasən dağətəyi və dağlıq
ərazilərində yayılmışdır. Bitki örtüyü zəngin olan yerlərdə, əkin sahələrində, meşə zolaqlarında,
meyvə bağlarında rast gəlinir.
Ərazidə yetkin böcəklərə aprel ayının ikinci yarısında rast gəlmək olur, aprelin sonu və
mayın əvvəllərində kütləvi sürətdə müşahidə olunur. Qışlamadan çıxan böcəklərə dənli bitkilərin
əkin sahələrində və müxtəlif yabanı ot bitkiləri üzərində çox təsadüf etmək olur.
Ədəbiyyat məlumatlarına görə böcək polifaq olmaqla bir çox çiçəkli bitkilərlə qidalanmaqla
meyvə bağlarında və palıd ağacının düyməçələrinin üzərində də rast gəlinir, yumurtalarını may
ayının ikinci yarısında tökməyə başlayır [4]. Böcəyin yumurta tökmə məhsuldarlığı bir o qədər də
çox olmur. Bir dişi fərd orta hesabla mövsüm ərzində 55-100 ədəd yumurta qoya bilir. Yumurtaların
inkişafı havanın temperaturu və torpağın nəmliyindən asılı olaraq 20-36 gün davam edir. Ədəbiyyat
məlumatlarına əsasən torpaqda nəmlik 15%-dən az olarsa yumurtalar embirional inkişafını davam
etdirə bilmir. Torpağın nəmliyi 75%-dən artıq olduqda yumurtalar məhv olurlar [6].
Yumurtalardan sürfələrin çıxması iyul ayına təsadüf edir. Sürfələr torpaq mikroflorası ilə
qidalanaraq 4-5 il torpaqda inkişaf edərək bir neçə yaş dövrü keçirirlər. İki-üç illik böyük yaş
sürfələri isə bir sıra kənd təsərrüfatı bitkilərinin kök sisteminə ciddi zərər vurmaqla onları zədələyir
və məhv edirlər. Onlar dənli bitkilərin, tütünün, kartofun və digər bağ-bostan bitkilərinin kök və
kök boğazını gəmirirlər. N.Səmədovun (1963) məlumatına görə Şamaxı-Qobustan ərazisində əkin
sahələrinin hər 1m
2
-dən 2-4 ədəd sürfə qeydə alınmışdır [5]. Bütün bu məlumatlarına baxmayaraq,
növün biologiyası və ekologiyası əsaslı şəkildə öyrənilməmişdir.
Ordubad şaqqıldağı - Cardiophorus ordubadensis Ağayev
- 18 -
Növ Naxçıvan MR-də düzənlik, dağətəyi ərazilərdə yayılmışdır. Dağlıq-meşə zonalarında
da təsadüf olunur. Açıq ərazilərdə, bitki ilə zəngin yerlərdə və paxlalı bitkilərin üzərində daha çox
müşahidə olunurlar. Quru iqlim şəraitini sevir.
Naxçıvan MR ərazisində hər iki qurşaqda yayılmaqla, yüksək dinamik sıxlığa malikdir.
Böcək dənli, yem bitkilərinin üzərində, texniki bitkilər, üzüm, bağ və bostan bitkiləri
sahələrində yayılmaqla onlara ciddi zərər vurur. Sürfələri bitkilərin kök sisteminə zərər vurur, bəzi
hallarda bitkilərin kök çürüntüləri ilə qidalanır və yaşayırlar.
Naxçıvan MR ərazisində yetkin fərdlərə aprel ayının birinci yarısında təsadüf olunur və
avqust ayınadək sahələrdə müşahidə olunurlar. Ordubad şıqqıldağının daha çox müşahidə olunduğu
dövr iyun-iyul aylarıdır. Yetkin fərdlər bir çox (polifaq) bitkilərin yarpaqları ilə qidalanırlar.
Ədəbiyyat məlumatlarına əsasən yetkin fərdlər cinsi orqanlar yetişdikdən sonra cütləşib
yumurta tökməyə başlayırlar [7]. Dişi fərdlərin yumurtaları 4-10 ədəd olmaqla topa şəkilində
torpağın 2 sm dərinliyinə qoyulur. Orta hesabla bir dişi fərd 100 ədədədək yumurta qoya bilir.
Yumurtalar bir neçə təkrarda tökülür. Yumurta tökmədən sonra yetkin fərdlər zəifləyib ölürlər.
Yumurtaların inkişafı 18
0
C temperaturda normal gedir və 25-30 günə başa çatır. İlk sürfələr iyul
ayının sonları və avqustun əvvəllərində müşahidə olunurlar. Sürfələrin inkişaf tsikli 2-4 ilə qədər
davam edir. Sürfələrin inkişafı iqlim şəraitindən asılı olaraq uzana bilir. Naxçıvan şəraitində inkişaf
2 ilə başa çatır. Naxçıvan ərazisində iqlimin kontinental olması sürfənin inkişafına təsir etməklə,
həmin müddəti 2-3 ilə çatdırır. Çünki sürfələr muxtar respublika ərazisidə həm qış, həm də yay
dövründə diapauza dövri keçirdiyindən, sürfələrin inkişaf dinamikası uzanır. Sürfələrdən pupların
əmələ gəlməsi iyul ayına təsadüf edir. Puplaşma 16
0
C-də 20 gün davam edir. Puplardan çıxan
yetkin fərdlər gələn ilin yazınadək torpaqda qışlayır.
B.Ağayev böcəyin Naxçıvan MR-in Ordubad ərazisindəki əkin sahələri üçün daha
xarakterik olduğunu və müxtəlif bitkilərlə qidalandıqlarından zərərvermə dərəcəsinin daha geniş
olduğunu qeyd edir [3].
Drasterius bimaculatus Rossi
Azərbaycan ərazisində geniş yayılmışdır. Əsasən düzənlik sahələrdə Naxçıvan MR-in
Arazboyu düzənlik və dağətəyi ərazilərində daha çox təsadüf olunur. Kserofit bitki örtüyü olan
yerlərdə, bağ-bağçalarda, bostan-tərəvəz əkin sahələrində, ot və kolluqlarda rast gəlinməklə
müxtəlif bitkilərlə qidalanırlar.
Növün bioloji və ekoloji xüsusiyyətləri Naxçıvan MR ərazisində ilk dəfə tədqiq olunmuşdur.
N.H.Səmədov (1963) növə Azərbaycanın bütün rayonlarında rast gəlindiyini bildirir. Müəllifin
məlumatına görə pambıq, tütün, günəbaxan, dənli-paxlalı bitkilər, bağ-bostan və əkin yerlərində
yayılırlar [5]. Sahələr suvarıldıqda əkin yerlərinin kənarlarına çıxırlar. Böcəklər may ayının sonları
və iyunun əvvəllərində cütləşmə və yumurta qoymağa başlayırlar. Növ Naxçıvan MR ərazisində
qarğıdalıya da ciddi zərər vurur.
Oophorus grisescens Germ
Naxçıvan MR ərazisində geniş yayılmışdır. Ədəbiyyat məlumatları və aparılan tədqiqatlara
əsasən bu növün yetkin fərdləri aprel ayının sonları və mayın əvvəllərində sahələrdə müşahidə
olunur [8]. Onlar qidalandıqdan sonra mayın üçüncü öngünlüyündə yumurta tökmə prosesi başlayır.
Yumurtaların inkişafı 18-26 gün davam edir. Bunun üçün havanın orta temperaturu 18-20
0
C
olduqda yumurtaların inkişafı normal gedir. Rütubət və temperaturun kəskin dəyişməsi
yumurtaların inkişafının uzanmasına və ya məhv olmalarına səbəb olur. Yumurtalar torpağın 2-3 sm
dərinliyinə qoyulur, torpaq nəmliyi 16%-dən çox olmalıdır. Yumurtadan çıxan ilkin sürfələrə iyun
ayının sonları və iyulun əvvəllərində təsadüf edilir. Sürfələrin torpaqda şaquli miqrasiyası iqlim
şəraitindən və yaşından asılı olaraq dəyişir. Sürfələr 5-30 sm dərinliklərə, hətta qış dövrlərində 40-
60 sm-dək şaquli istiqamətdə dərinliklərə gedə bilirlər. Sürfələrin inkişafı 2-3 ilə başa çatır,
Naxçıvan MR ərazisində isə 3 il davam edir. Bu dövrdə onlar bir neçə dəfə qabıq dəyişirlər.
Sürfələrin puplaşması iyul-avqust aylarında baş verir. Puplaşma 3-4 həftə davam edir. Puplardan
çıxan yeni yetkin böcəklər torpaqda, xəzəllərin, ot və kolların altında qışlayırlar, gələn ilin aprel-
may aylarında qışlamadan çıxaraq nəsil verirlər.
- 19 -
Yuxarıda bioloji və ekoloji xüsusiyyətləri haqqında məlumat verilən növlərdən əlavə
şıqqıldaq böcəklərin Naxçıvan MR ərazisində yayılan bir çox növləri də vardır ki, onları dərindən
tədqiq edib öyrənməyə ehtiyac duyulur.
ƏDƏBİYYAT
1.
Azərbaycanın heyvanlar aləmi. 3cilddə, II cild, Bakı, Elm, 2004, 388 s.
2.
Məmmədov Y.M. Naxçıvan MR-nın şıqqıldaq (Elateridae) böcəklərinə dair // Azərb. Aqrar
elmi, 2003, №1-3, s.24-28
3.
Агаев В.И. Жуки-щелкуны (Coleoptera, Elateridae) Восточного Загафгазия. Баку, 2005, 324
с.
4.
Черепанов А.И. Жуки-щелкуны (Coleoptera, Elateridae) Западной Сибири. Новосибирск:
Книжное изд-во, 1957, 382 с.
5.
Самедов Н.Г. Фауна и биология жуков вредящих сельскохозяйственным культурам в
Азербайджане. Баку: Изд-во Академии Наук Азерб. ССР, 1963, 383 с.
6.
Агаев Б.И. Материалы к изучению жуков-щелкунов (Coleoptera, Elateridae) юго-
восточной части Азербайджана // Учен. Записки АГУ им. С.М.Кирова. Баку, 1971а, №4, с.38-
42
7.
Агаев Б.И. К познанию фауны жуков-щелкунов (Coleoptera, Elateridae) и биоценозах
малого Кафказа (в пределах Азерб.ССР) // Тр. ВЭО. Л., Наука, 1981 а, т.63, с.72-73
8.
Гурьева Е.Л. Два новых вида жуков-щелкунов (Coleoptera, Elateridae) с Кафказа // Докл
АН АРМ ССР, 1975, Т.60, №4, с.248-251
ABSTRACT
Habib Huseynov, Saxavat Bayramov, Leylabeyim Seyidova
Biological and ecological features of some species of click beetles (Coleoptera, Elateridae)
are harming different plants inc onditions of Nakhchivan AR
The species composition of Elateridae insects spread in the Nakhchivan Autonomous
Republic has been involved in the articles biological characteristics of some constant and periodic
pests causing agricultural damages, distribution density in the soil types, re-distribution of the wire
worms according to the seasons, the dynamics of their development and the dependence of the
development on the climate conditions have been studied.
РЕЗЮМЕ
Габиб Гусейнов, Сахават Байрамов, Лейлабейим Сейидова
Биологические особенности некоторых видов семейства жуков-щелкунов
(Coleoptera, Elateride) вредящих разным растениям в условиях Нахчыванской АР
В статье дано видовой состав жуков-щелкунов распространенных на территории
Нахчыванской АР, биологические особенности некоторых постоянных и периодических
видов вредителей, плотность распределения этих видов в разных типах почв, сезонная
распределение проволочников, а также изучена динамика их развития в зависимости от
климатических условий.
NDU-nun Elmi Şurasının 28 aprel 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 09)
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə elmlər doktoru E.Məmmədov
- 20 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
YAVƏR MƏMMƏDOV
Azərbaycan Dövlət Pedaqoji Universiteti
ƏLİ TAHİROV
Naxçıvan Dövlət Universiteti
ali.tahirov@mail.ru
AYNURƏ MƏMMƏDOVA
Bakı şəhəri Xəzər rayonu 218 saylı
tam orta məktəbin biologiya müəllimi
UOT: 574
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏ
ENTOMOFAUNANIN TƏDQİQİNƏ DAİR
Məqalədə Naxçıvan Muxtar Respublikası ərazisində aparılan entomoloji tədqiqatların tarixi
araşdırılır. Müəyyən edilmişdir ki, entomoloji tədqiqatlar elmi şəkildə XIX əsrin ikinci yarısından
başlayaraq aparılmış, XX əsrin ikinci yarısından Azərbaycan alimləri tərəfindən davam etdirilmiş
və əsasən faunistik, xeyirli və zərərli həşəratların öyrənilməsi istiqamətində aparılmışdır. Ərazidə
yayılan həşəratların növ müxtəlifliyi və endemik növlər müəyyən edilmişdir.
Açar sözlər: həşərat, böcək, entomofauna, entomofaq ,ərazi, Naxçıvan
Key words: insect, bug, entomofauna, entomofag, territory, Nakhchivan
Ключевые слова: насекомые, жук, энтомофауна, энтомофаг, территория,
Нахчыван.
Naxçıvan Muxtar Respublikası fauna etibarı ilə Azərbaycanın ən zəngin inzibati ərazisi
hesab olunur. Həşəratlar aləminin müxtəlifliyi və çoxluğuna görə xüsusilə fərqlənir.
Muxtar respublikanın heyvanlar aləmi elmi şəkildə əsasən XIX əsrin ikinci yarısından
tədqiq olunmağa başlamışdır. İngilis, alman, rus alimlərinin tədqiqatları XX əsrin ortalarınadək
dövrü olaraq davam etdirilmişdir. XX əsrin ortalarından bu günədək Azərbaycan alimləri
tərəfindən entomoloji tədqiqatlar fundamental şəkildə aparılmışdır. Tədqiqat işləri bir çox
istiqamətlərdə elmi-faunistik və təsərrüfat əhəmiyyətinə malik olmuşdur.
Naxçıvan MR ərazisində ilk dəfə E. Menetriye (E.Menetries, 1859) bir sıra böcəklərin,
əsasən , kəpənəklərin öyrənilməsi üzrə tədqiqat işləri aparmışdır. Bundan sonra U.Yerson , A. Flid,
(1870) , İ.Lederev (1870,1872), N.Xristof (1874,1877,1886)
J.Hedemann (1869) müvafiq illərdə Naxçıvan ərazisindən entomoloji materiallar toplamağa
müvəffəq olmuşdular.
Q.Radde (1879) tərəfindən bu əraziyə ekspedisiya təşkil olunmaqla, həşəratların toplanması
və onların üzərində tədqiqat işlərinin aparılmasına nail olunmuşdur.
Muxtar respublikada yayılan kəpənəklərin ilk sistematikası 1901-ci ildə O.Ştaudinqerinvə
H. Rebelin hazırlamış və yeni növlərin ilk təsvirini vermişlər.
Y.E.Miller 1911-ci ildə Ordubad ərazisində kəpənəklərin növ tərkibini öyrənməklə,
Naxçıvan MR ərazisində 117 növ kəpənəyin yayıldığını aşkar etmişdir.
İ.V. Vasilyev və Z.S. Rodinov 1926-cı ildə Naxçıvanda yayılan zərərli sovkalar haqqında
təsviri məlumat vermişdir.
Naxçıvan MR də kəpənəklərin öyrənilməsinə dair ətraflı tədqiqat işləri aparan müəlliflərdən
biri də M.A. Ryabov (1931-1937) olmuşdur. O, Naxçıvan ərazisindən, əsasən Qapıcıq yaylasından
nadir növlü kəpənəklər toplayaraq həmin materialların bir hissəsini fransız entomoloqu X.Bursenə
(1936-1944) göndərmişdir. Busen Naxçıvan üçün 23 növ və yarımnöv sovka haqqında məlumat
vermişdir. Bunlardan 9 növ və 5 yarımnöv elm üçün ilk dəfə təsvir edilmişdir.
- 21 -
1933-cü ildə D.V. Znaykonun rəhbərliyi altında, Zoologiya İnstitutunun əməkdaşlarından
ibarət ekspedisiya təşkil olunmuşdur. Tədqiqat nəticəsində Naxçıvan Muxtar Respublika ərazisində
67 növ düzqanadlı (Orthoptera) müəyyən edilmişdir ki, onlardan 4 növü elm üçün yenidir. Eyni
zamanda 4 növ qulağagirən (Dermoptera), bir növ elm üçün yeni olmaqla, 3 növ tarakan,
(Blattodela), 4 növ dəvədəlləyi (Mantodae) göstərilmişdir.
Həmin ildə Naxçıvan ekspedisiyası zamanı A.V. Boqaçev tərəfindən dozanqurd
(Tenebrionidae) və lövhəbığ (Scarobaeidae) böcəklər fəsiləsindən 125 növü qeydə almışdır.
Yarımsərtqanadlılar
dəstəsinə
aid
materiallar
A.N.Kriçenko
(1938)
tərəfindən
dəqiqləşdirilmiş və bu dəstənin 362 növünün Naxçıvan MR-də yayıldığı göstərilmişdir.
A.V.Boqaçev və N.H.Səmədov (1940-1949) illərdə dövrü olaraq göyünlər üzrə materiallar
toplamaqla, onlar Naxçıvanda 38 növ qansoran göyünün yayıldığını göstərmişlər ki, bunların 10
endemik, 5 isə elm üçün yeni idi.
R.Əfəndi 1950-ci ildən etibarən Naxçıvan ərazisində müntəzəm olaraq tədqiqat işləri
aparmaqla 28 fəsiləyə mənsub olan 404 kəpənək növü qeydə almışdır ki, bu da Azərbaycan
kəpənək faunasının 81.8 % faizini təşkil edir. Müəllif müəyyən etmişdir ki, 16 kəpənək növü yalnız
Naxçıvan ərazisinə məxsusdur.
S.T.Məmmədov (1955-1960), bu ərazidə qarğıdalı zərər vericilərini öyrənməklə, 106 növ
həşərat qeyd etmiş və onlardan 62-nin nisbətən zərərli olduğunu bildirmişdir. N.C.Vəzirov (1952,
1960, 1963) tərəfindən Naxçıvan MR-ın mənənələr faunası öyrənilməklə, 152 mənənə növü aşkar
etmişdir ki, onlardan 52 meyvə və giləmeyvələrin zərərvericisi hesab olunur.
G.Ə.Quliyev Naxçıvan MR-də kənd təsərrüfatı bitkilərinə zərər verən mənənələrin parazit
və yırtıcıları üzrə tədqiqat işləri aparmaqla 30-dan artıq növ müəyyən etmişdir.
Ə.Ə.Cəfərov (1952-1964) Naxçıvan ərazisində taxıllara zərər verən 37 növ həşərat müəyyən
etməklə onlardan 5 növünün daha qorxulu olduğunu göstərmişdir.
N.H. Səmədov (1963) ədəbiyyat məlumatları və özünün topladığı materiallara əsasən
Naxçıvanda 2250 böcək növünün yayıldığını , onlardan 12 növünün endemik olmasını göstərmişdir.
Sonrakı illərdə C.A. Hidayətov 1966-1968-ci illərdə Naxçıvan Muxtar Respublikasına
keçirdiyi ekspedisiya zamanı əlavə olaraq 118 növ taxtabitini qeydə almaqla bu ərazidə 480
taxtabiti növünün yayıldığını və onlardan 7-nin Naxçıvan üçün endemik olduğunu göstərmişdir.
Naxçıvan MR-də qansoran nəm milçəkləri (Diptera, Heleidae) Ş.M.Cəfərov və
T.P.Xudaverdiyev tərəfindən öyrənilmiş və 42 növ qeydə alınmışdır. Müəlliflər 12 mığmığa növü
haqqında da məlumat vermişdilər.
A.M. Mehdiyev (1967) Azərbaycan üçün mövcud olan 46 parabüzən növünün 39-un
Naxçıvanda yayıldığını qeyd edir və 10 növünün daha xeyirli olduğunu göstərir.
Z.M.Məmmədov (1969) Ordubad bağlarında 76 həşərat növü tapmışdır ki, bunların 60 fauna
üçün ilk dəfə göstərilir.
A.Ə.Abdinbəyova (1970) Naxçıvan Muxtar Respublikası rayonları üzrə 86 növ minici
tapmışdır ki, bunlardan 8 növü elm üçün yeni təsvir edilmişdir.
B.Ağayev (1972-1978) Azərbaycanda 142 növ şıqqıldaq böcəyindən 7 növünün Naxçıvanda
yayıldığını göstərir.
Y.M.Məmmədov (1989-1994) Naxçıvan MR-də dənli bitkilərin sərtqanadlılar (Coleoptera)
faunasını tədqiq etməklə 85 növ müəyyən etmişdir ki, onlardan 37 növü bu aqrosenoz üçün yeni
olmuşdur.
Y.M.Cəfərov
(1990-1994)
Naxçıvan
MR-də
alma
meyvəyeyəninin
zərərvermə
xüsüsiyətlərinin proqnozlaşdırılması mövzusunda tədqiqat işi aparmışdır.
M.M.Seiydov (2001) Naxçıvan MR-də biokimyəvi, ekofizioloji və təsərrüfat əlamətlərinə
əsasən respublikanın ərazisində eyni genotipik xüsusiyyətə malik Sarı Qafqaz arı cinsinin Naxçıvan
populyasiyasının (Apis mellifera caucascja flova populatio Nachitshevanica) yayıldığını müəyyən
edilmişdir. O, Naxçıvan MR ərazisində arı ailələrini vaxtında köçürməklə yüksək bal məhsuldarlığına
malik potensial fizioloji qabiliyyətli arıların yetişdirildiyini bildirir.
Ə.S.Tahirov 2000-2006-cı illərdə Naxçıvan MR-də erkən yazda bal arısı (Apis mellifera L.)
ailəsində arıların yetişdirilməsi və paket arıçılığının inkişafına dair tədqiqat işləri apararaq,
- 22 -
arıçılıqda damazlıq-selleksiya işləri və paket arıçılığın inkişaf etdirilməsinin elmi əsaslarını
verməklə, istehsalatda tədbiqinə nail olmuşdur.
E.S.Əsədov (2007) Naxçıvan MR-də bal arısının (Aris mellifera L.) bioekoloji
xüsusiyyətləri, təbii-coğrafi şəraitdən asılı olaraq arı vərəmumunun toplanması və fiziki-biokimyəvi
xassələrini öyrənmişdir. O, Naxçıvan MR-də yayılmış Sarı Qafqaz arı cinsinin Naxçıvan
populyasiyasının morfoloji əlamətlərinin eksteryer göstəriciləri arıxananın yerləşdiyi fiziki-coğrafi
şərait və bitki örtüyündən asılı olaraq dəyişikliyə məruz qaldığını, mövsümlə əlaqədar olaraq yayda
yetişdirilən arıların morfoloji əlamətlərinin eksteryer göstəriciləri yaz və payız fəsillərində yetişdirilmiş
arılarla müqayisədə yüksək olduğunu göstərmişdir.
M.M.Məhərrəmov 2004-2008-ci illərdə Naxçıvan MR-nın ərazisində 7 fəsilə, 53 cinsə
mənsub 335 növ arıkimi aşkar etmişdir. Onlardan 146 növ Naxçıvan MR ərazisi üçün ilk dəfə
göstərilmişdir.
A.Q.Qasımov (2004-2008) Naxçıvan MR-də çəyirdəkli meyvə ağaclarına zərər verən 59
növ aşkar etmişdir ki, onlardan 25 növü ərazi üçün ilk dəfə qeyd edilmişdir.
Naxçıvan MR ərazisində aparılan tədqiqat işləri elmi-praktik və təsərrüfat nöqteyi
nəzərindən böyük əhəmiyyət kəsb etmişdir.
Bütövlükdə göstərilənlərlə bərabər, bu gün də Naxçıvan MR ərazisində müxtəlif
istiqamətlərdə entomoloji tədqiqatlar aparılmaqdadır.
Dostları ilə paylaş: |