Bazar, 24 avqust... Səhər Hüseynlə çay içə-içə bir az
siyasətdən danışdıq. Hüseyn Həqqinin yanına getməyi təklif elədi.
Getdik. Həqqinin yanında iki tanış adam var idi. Bir az söhbət
edəndən soira Botanik bağına getdik. Dörd nəfər idik. Təzə qəzet
aldıq. Bağda oranjereya deyilən sahəyə keçdik. Qəzetləri oxuyub
gəzməyə başladıq. Bağın qəribə və gözəl ağaclarına tamaşa edə-
edə gölə və böyük salxım söyüd ağacına qədər getdik. Mən bu
söyüd ağacını çox sevirəm, çünki bu ağac daimi qüssə və göz yaş-
larının rəmzidir. Rusca ona neçə də yaraşıqlı ad veriblər – pla-
kuçaya iva! Salxım söyüd! Bir saata qədər burada oturub söhbət
elədik, sonra bağın mənə tanış olmayan uzaq sahələrini gəzdik.
Bağda adam çox idi. Biz hovuzda qızıl balıqlara, ətrafdakı çiçək
və güllərə tamaşa etdik. Bağdan çıxdıq. Hava çox qızmışdı.
Hüseynlə mən İsmayıl Həqqi və o biri yoldaşımızdan ayrılıb,
mehmanxanamıza getdik. Mənim otağımda nahar elədik. Nahar-
dan sonra Hüseynlə Türkiyədən, onun siyasi vəziyyətindən söhbət
edirdik...
...Gecə saat 11-də Hüseyn gəldi. Saat ikiyə qədər oturub,
siyasətdən söhbət elədik. Dostumun kefi saz idi. Uşaq kimi atılıb-
düşür, şuluqluq edirdi. Mən isə zarafatla ağsaqqal mürəbbi kimi
ona nəsihət verir, şair, ədib, müsəlmanların ümidgahı olduğunu
xatırladırdım. O, təşəkkürlə baş əyir, təzim edir, həmişə mənə
doğma atası yerində hörmət bəslədiyini deyirdi. Gülüşürdük. Bu
dəfə də belə əylənirdik. Hüseyn yatmağa gedəndən sonra mən
gündəliyimi yazmağa başladım. İndi artıq səhərdir. Hava işıq-
lanıb. Saat altıdır...”
Úàâèäè õàòûðëàðêÿí
456
Avqustun 25-də mən özümə əlverişli bir otaq tapıb, oraya
köçməyə hazırlaşırdım. Hüseyn Cavidlə bir mehmanxanada,
qonşu nömrələrdə yaşadığımız və tez-tez görüşdüyümüz son
günlər idi. Üç gün ondan sonra, çümə axşamı, avqustun 28-də
səhər son dəfə Hüseynlə bir yerdə filosof Rza Tofiq və onun
qəribə vərdişləri haqqında söhbət edirdik. Sonra mən mehman-
xana sahibi Həsən dadaşla hesabımı kəsib, şeylərimi faytona
qoyub, təzə tutduğum mənzilə köçdüm.
Yay tətilimin son günləri idi. Məktəb dərsləri hələ başlan-
mamışdı. Mən təzə tutduğum otağı nizama salır, divarları çox
sevdiyim irili-xırdalı şəkillərlə bəzəyir, kitablarımı yerbəyer edir
və bütün asudə vaxtımı müxtəlif bədii əsərləri oxumaqla keçi-
rirdim. Tətilin sonuncu günü Şeytanbazara, Hüseyn Cavidin
yaşadığı mehmanxanaya getdim.
“Bazar, 31 avqust... Mehmanxanada atamın məktubunu
mənə verdilər. Bu məktub məni çox sevindirdi, çünki atam mənə
mehriban sözlər yazmışdı. Hüseyn öz otağında idi. Mən səhər
qəzetdə oxuduğum təzə cəbhə xəbərlərini ona nəql elədim. O,
Rzanın Naxçıvandan gəldiyini dedi. Küçəyə çıxdıq. Buradaca
kitab mağazasında mən türk şairi Tofiq Fikrətin məşhur “Rübabi–
şikəstə”sini aldım. Hüseynlə restoranda nahar elədik. Mən evə
qayıtdım...”
Burada adı çəkilən 1914-cü il 26 avqust tarixli məktubunun
sonunda atam Hüseyn Cavid haqqında yazmışdı: “Əziz bəradərim
Hüseyn Cavid həzrətlərinə salam edib uzaqdan bədaye yazan
barmaqlarından öpürəm”. Göründüyü kimi, atam Hüseyn Cavid
şeirini çox yüksək qiymətləndirirmiş. Bunu atamın bir ay sonra
yazdığı məktubu bir daha təsdiq edir. Həmin il 27 sentyabr tarixli
məktubunda o yazırdı:
“Hüseyn Cavid həzrətlərinə salam söylə. Onun əhvalatını yaz.
Caviddən rica edirəm ki, bir məktub yazsın”.
Atamın Hüseyn Cavidlə maraqlandığını bildiyim üçün mən
Tiflisdən Gürcaaniyə yazdığım hər məktubumda şair dostumuz
haqqında atama məlumat verirdim. Öz növbəti məktublarının
Úàâèäè õàòûðëàðêÿí
457
(həmin il 24 oktyabr tarixli) birində atam, Hüseyn Caviddən
məktub aldığını bildirib, yazırdı:
“Möhtərəm bəradərim Cavid həzrətlərinin məktubunu kəmali-
məsərrətlə oxudum. Məndən o həzrətə və sair dostlarımıza salam
olsun. Bahar şəbnəmlərindən bir yarpaq “Dəniz tamaşası”nı
“İqbal”dan kəsib yanımda saxlayıram. Məcalım olan vaxt mütaliə
edib həzz aparıram. Güman edirəm ki, belə nəzmi yazmayıbdır və
yazmayıblar. Mənə çox xoş gəlir”.
Burada adı çəkilən “Dəniz tamaşası doğrudan da Cavidin ən
gözəl şeirlərindəndir.
Sentyabrın 1-dən məktəbdə dərslər başlanmışdı, mən də artıq
tez-tez Şeytanbazara gedib Hüseyn Cavidlə və başqa dostlarımla
görüşə bilmirdim, lakin hörmətli dostum özü məni unutmurdu.
Budur, gündəliyimdəki sətirlər:
“Tək günü, 9 sentyabr... Axşam saat altıda İsmayıl Şeyxovla
Hüseyn gəldilər. Söhbət elədik, meyvə yedik, zarafatlaşdıq,
güldük. İsmayıl tez getdi. Hüseynlə söhbətə başladıq. Onun gətir-
diyi təzə qəzeti oxuduq. Teleqraf xəbərləri az idi. Qəzetdə çap
olunmuş bir məqalə gəncləri bu yaxınlarda Tiflisə gətiriləcək
yaralı əsgərlərə kömək etməyə çağırırdı. Mən yaralılara yardım
üçün ianə yığmaq və ümumiyyətlə onlara hər cür kömək etmək
istəyirəm. Hüseyn mənim niyyətimi bəyəndi.
Bu tərəfdən Türkiyə də müharibəyə hazırlaşır. Amma lap
səfeh iş görür. O, müharibəyə qarışsa, özü də bədbəxt olar, bizim
də vəziyyətimizi ağırlaşdırar. Onun ucundan bizim dərslərimiz də
dayandırıla bilər. “Panorama” jurnalında çap olunmuş bir karika-
tura bizi çox güldürdü. V Sultan Məhəmməd ayaq üstə dərin fikrə
getmişdir, altında da Hamletin məşhur “Olum, ya ölüm!..” sözləri
yazılmışdır. Çox mənalı şəkildir.
Dostumla söhbətdə mən Türkiyəni və ümumiyyətlə islam
aləmini, onun nöqsanlarını tənqid edirdim... Bu söhbətlərdən
sonra psixologiya və məntiq elmlərinə keçdik. Mən məktəbdə
öyrəndiyimiz bu elmlərə aid təlim kitablarımdan ayrı-ayrı fəsilləri
oxudum. Sonra, həmişəki kimi, yenə söhbətimiz ədəbiyyata
adladı. Şekspirdən, Andreyevdən danışdıq.
Úàâèäè õàòûðëàðêÿí
458
Hüseyn gedəndə gecəyarıya az qalmışdı. Sabah mən məktəbə
getmirəm, çünki bu gün müdirimz oxumaq haqqını (yarım ilə
altmış manat) verməmiş bütün məktəbliləri dərsdən kənar elədi.
Mən də bunu atama teleqramla xəbər vermişəm...”
Aradan on-on iki gün keçdi. Bu müddətdə mən Hüseyn
Cavidlə görüşmürdüm. Görünür, başım dərslərimə qarışmış imiş.
Buna görə Hüseyn Cavidin adı gündəliyimdə ancaq bazar günü,
sentyabrın 21-də çəkilir:
“...Saat 12-də Şeytanbazara gedəndə Əhməd Pepinova rast
gəldim. Bərabər getdik. Sabah o, Moskvaya, universitetə oxu-
mağa gedir. Şeytanbazarda qiraətxanaya girdik. Qiraətxana boş
idi. Sonra Hüseyn gəldi, bir azdan Həqqi də gəldi. Həqqi bir nəfər
iranlı xanın rusca müəllim axtardığını dedi. Mən, xana müəllimlik
etməyə razı olduğumu bildirib, məni onunla görüşdürməyi
dostumdan xahiş elədim. İsmayıl söz verdi. Onlar qiraətxanadan
Botanik bağına gəzməyə getdilər, mən də evə qayıtdım...”
“Cümə axşamı, 2 oktyabr... Axşam Hüseyni görməyə getdim.
O, nömrəsində idi. Faiq əfəndi
1
də onun yanında idi. Faiq əfəndi
Azğurda öz mülkündə yaşayır və bir iş üçün Tiflisə gəlmişdir.
Mən salam verib oturdum. Çay içib söhbət edirdik. Onlardan
çoxlu təzə xəbər eşitdim. Türkiyə Rusiyaya hələ müharibə elan
etməmişdir, amma sərhəddə vuruşmalar olur. Şahtaxtı, İrəvan və
o biri dəmiryol stansiyaları yaralılarla dolurdu. Mən bu xəbərlərin
doğru olduğuna inanmaq istəmirdim. Faiq əfəndi Gürcaaiiyə,
atamın yanına getmək istədiyini bildirib, oralardakı vəziyyət
haqqında məndən məlumat soruşurdu...
Cümə, 3 oktyabr... Hüseyn gəldi. Gürcaanidən söhbət baş-
landı. Hüseyn ora getmək və ümumiyyətlə şəhər həyatından
uzaqlaşmaq istədiyini dedi. Mən yaşadığımız təhlükəli günlərdə
onun şəhərdən uzaqlaşmaq fikrini tənqid edir, öz planlarımdan
danışırdım, o da mənim bu romantik planlarıma gülürdü. Sonra
siyasətdən söhbət elədik. Sabah nə olacaq, məlum deyil. Türkiyə
1
Ömər Faiq Nemanzadə. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
459
bizimlə müharibəyə başlasa, ara qarışacaq, bilmirəm, nələr ola-
caq. Hüseyn saat doqquza qədər oturdu. O, bugünkü və sabah
gözlənilə bilən hadisələr haqqında öz mülahizə və düşüncələ-
rindən danışırdı, mən isə onu dinləmirdim, çünki öz fikir və
xəyallarımla məşğul idim...
Çərşənbə, 8 oktyabr... Günorta Hüseynin yanına getdim. Bir
saata qədər oturdum. O, təzə yazmaqda olduğu “Şeyx Sənan”
dramından mənə parçaları oxudu. Cavid istədiyini yerinə yetirə
bilsə, ədəbiyyat aləmini sarsıdacaq bir əsər yaradılacaqdır. Mənə
oxuduğu parçalar çox dərin təsir bağışlayır. Bu gün mən bir daha
onun böyük talanta malik blduğunu təsdiq elədim. Ondan
ayrılandan sonra Həqqi ilə görüşdüm və saat ikidə evə qayıtdım”.
Gündəliyimdəki bu sətirlərdən Hüseyn Cavidin “Şeyx Sənan”
dramını ancaq 1914-cü ilin payız aylarında yazmağa başladığı
məlum olur. Buna görə də əsərin yazılış tarixini 1912-ci ilə aid
edən tədqiqatçılar, şübhəsiz, səhv edirlər. “Şeyx Sənan”ın 1914-
1915-ci illərdə yazıldığı ehtimalı həqiqətə ən yaxın ehtimal hesab
edilməlidir.
Bu tarixdən sonra gündəliyimdə Hüseyn Cavidlə görüşlərimiz
haqqında bir söz yazılmamışdır, lakin iki dəfə onun adı çəkil-
mişdir. 1914-cü il oktyabr ayının 9-da və 29-da atama məktub ya-
zarkən, Hüseyn Caviddən də ona məlumat verdiyim gündəliyimin
mütabiq səhifələrində qeyd edilmişdir. Təəssüf ki, Cavid haqqın-
da atama nə yazdığım göstərilməmiş, o tarixli məktublar da qal-
mamışdır. Bu qeydlərdən belə xülasə çıxarmaq olar ki, oktyabrın
sonuna qədər Cavid Tiflisdə imiş.
Həmin il oktyabr ayının ortalarında Türkiyə ilə Rusiya ara-
sında müharibə başlandığı, bunun da Türkiyə sərhədinə yaxın
olan Zaqafqaziya şəhərlərində, o cümlədən də Tiflisdə böyük
həyəcana səbəb olduğu məlumdur. Göründüyü kimi, Hüseyn
Cavid Tiflisdən köçüb getmişdi, həm də bizdən xəbərsiz köçüb
getmişdi, çünki onun getməyindən bizim xəbərimiz olsaydı, söz
yox, onu yola salardıq, mən də bu barədə gündəliyimdə məlumat
verərdim.
Úàâèäè õàòûðëàðêÿí
460
BAKI
Birinci dünya müharibəsi get-gedə qızışmaqdaydı. 1915-ci il
yazda mən orta məktəbi qurtarıb, sənədlərimi Moskva Kom-
mersiya İnstitutuna göndərdim və onun iqtisadi şöbəsinə qəbul
edilib, həmin il payızda Moskvaya getdim. Lakin Moskvaya
getməmişdən əvvəl 1915-ci ilin yayında Hüseyn Cavidlə mənim
bir görüşüm də olmuşdu ki, bu barədə gündəliyimdə aşağıdakı
məlumat verilmişdir:
“Cümə, 5 iyun... İsmayıl Həqqidən Cavidin gəlib onun kon-
torunda oturduğunu eşidib, tez özümü kontora yetirdim. Hüseyn
atamla kontordaydı. Salamlaşdıq, öpüşdük, əyləşdik. Ordan-bur-
dan söhbət elədim. Atam, Hüseynin bu gün bizdə nahar edəcəyini
deyib, anama xəbər verməyi xahiş elədi. Mən nahara qədər vida-
laşıb, çıxdım. Bazardan lazım olan şeyləri alıb evə apardım və
qonağımız barədə anama xəbər verdim...
Saat ikidə Hüseynlə atam gəldilər. Bu gün Hüseyn Kislo-
vodska istirahətə gedir. Nahardan sonra, çay içərkən, Çavid “Şeyx
Sənan” adlı dramatik poemasını yazıb qurtardığından, indi də
üzərində redaktorluq işi apardığından nəql edirdi. Mən məsləhət
görürdüm ki, diqqətlə işləsin, tələsməsin, elə əsər yaratsın ki,
birdən-birə böyük təsir bağışlasın. Mən, yerli və müvəqqəti əhə-
miyyəti olan əsər yox, əbədi, böyük, cahanşümul bir əsər yarat-
maq üçün var qüvvəsini, bütün şairlik istedadını toplayıb, səbirlə,
tələsmədən, ilhamla işləməyi həmişə ona tövsiyə edirəm, çünki
onun böyük istedadına, geniş imkanlarına inanıram.
Hüseyn Cavid öz təzə əsərinə böyük ümid bağlayır.
Sonra müharibədən söhbət elədik, Hüseyn bu barədə bildiyini
və eşitdiklərini bizə nəql elədi. Saat beşdə Cavid getdi. Bu gün
saat altıda Kislovodska yola düşür. Mən onu yola salmağa gedə
bilmədim, çünki şagirdimlə məşğul olmalıydım. Biz vidalaşdıq.
Atam da onunla getdi...”
Tiflisdə bu son görüşdən sonra şair dostumla rabitəm tam
birilliyə büsbütün kəsilmişdi.
Úàâèäè õàòûðëàðêÿí
461
Moskvada oxuyarkən mən qış və yay tətillərini Naxçıvanda,
artıq Gürcüstandakı işlərini qurtarıb evə qayıtmış ailəmlə keçirir,
sonra yenə Moskvaya qayıdıb, təhsilimi davam etdirirdim. Söz
yox, Moskvada da, Naxçıvanda da mən öz gündəliyimi əldən
buraxmaz və hər günün az-çox əhəmiyyətli hadisələrini qeyd
edərdim. Lakin nədənsə ayrı-ayrı dəftərlərim qalmamışdır, bu da
o vaxtın hadisələrini bu gün ardıcıl surətdə, gündən-günə, aydan-
aya izləməyə imkan vermir. Məni xüsusilə təəssüfləndirən Mos-
kvada və Naxçıvanda yazdığım 1916-cı il aprel-sentyabr tarixli
dəftərin ya dəftərlərin itməsidir, çünki həmin il may ayında
Hüseyn Cavid haqqında əhəmiyyətli qeyd olmalı idi ki, bu barədə
şairin mənə yazdığı 1916-cı il 30 may tarixli məktubu xəbər verir.
Bu məktubdan məlum olur ki, mən 1916-cı il mayda Naxçı-
vanda olmuş və oradan Hüseyn Cavidə Bakıya məktub yazmışam
ki, o da həmin məktuba Bakıdan cavab yazıb Naxçıvana göndər-
mişdir. Məktubun zərfində mənim Naxçıvan ünvanım yazılmış,
Cavidin də Bakı ünvanı göstərilmişdir: Bakı, “Təbriz” mehman-
xanası.
Məktubu olduğu kimi buraya köçürürəm:
“30 mayıs, 1916.
“Ə z i z! Məktubunu aldım, təşəkkür edərim. “Keçmiş günlər-
də, qəzetlərdə bir xəbər var idi: Bakı ətrafındakı köylərin birisində
bir çocuq oynarkən, elektrik qüvvəsi daşıyan bir dirəyə sırmaşıb
çıxar. Fəqət bir-iki dəqiqə keçməz, bir ana çocuğunu qucağında
nasıl atıb tutarsa, elektrik telləri də zavallı çocuğu öyləcə atıb-
tutmağa başlar. Seyr edən kiçik arqadaşları, onun havada teldən-
telə atılıb böylə mahiranə rəqs etməsini görüncə, qəhqəhə ilə
gülməyə başlarlar. Fəqət o halda çocuğun yanmış vücudu yerə
düşüncə, hər kəs böyük bir heyrət içində qalır”.
İştə, məktubunu oxurkən, məzkur çocuğu xatırladım. Elektrik
telləri onu nasıl havada rəqs etdirmişsə, sənin məktubun da son
dərəcə kəvşəklik və durğunluq keçirən ruhumu öyləcə rəqs etdir-
məyə başladı. Fəqət bir fərq var ki, elektrik telləri diri və şətarətli
çocuğu yandırıb məhv etmiş; sənin məktubun isə ölü və yorğun
könlümü diriltdi, fərəhləndirdi.
Úàâèäè õàòûðëàðêÿí
462
Məktubunda deyirsən ki: “Ümidvaram, köhnə dostluğumuz,
yaxınlığımız yadından çıxmayıb, yoxsa bu məktubu yazmağa və
səni narahat (?) etməyə cürət (?) eləməzdim”.
Əvət, dünyada bir çox əzizlərə təsadüf etmək mümkün olsay-
dı, bəlkə tez unudulurdun, fəqət, əfsus ki, təsadüf edilməyir.
“Məktub yazıb bəni narahat etmək cürətinə” gəlincə, sənə qızma-
maq, darılmamaq mümkün deyil... çünki bu kəlmələrdə bir qədər
rəsmiləşirsən.
Əziz! Məktubunu Rzaya da oxudum. Bəzi təbirlərin bizi çox
güldürdü. O da bənim qədər sevindi, bənim qədər elektrikləndi.
Yenə Rzanın təbiətindən bəhs etmişsən. Sənə, bənə qarşı olmasa
da, inan, başqalarına qarşı haqsız deyil... Gözəl və müəttər bir gül
dikansız olmadığı kibi, fəzilətli, müstəid bir insan da qüsursuz
olamaz. Fəqət bu qüsur, bəncə, sənətkaranə bir rəsmin ətrafında
gözə çarpan ləkələr qədər təbii görülə bilər.
Deyəsən, çox uzun getdim, ancaq burasını bilməlisən ki, ya
bən, ya Rza, hər nə zaman səmimi və ruhani bir söhbətdə bulun-
muşsaq, o söhbət Əzizsiz keçməmiş, kecəməmiş və kecəməz də...
Ehtimal ki, bu sözümü cunbulument (kompliment) hesab edərsən.
Xayır, doğrusu da budur. İstərsən, qəlbinə sor, o sənə söylər.
Atanı təqdis edirsən – “Böyük ruhlu qoca...” – deyə, ən səmi-
mi hissiyyatla kəndisinə qarşı hörmət bəslədiyini söyləyirsən.
Haqsız deyilsən, əzizim, çünki o, düşündüyündən daha böyük,
daha alicənabdır. Hətta yalnız sən deyil, bən və bənim kimi
Naxçıvan mühitində yetişmiş gənclər həp ona qarşı mənəviyyatca
mədyuni–şükran olmalıdır, iştə bu qədər...
Evlənmək məsələsinə gəlincə: fəna şey deyil... Şübhəsiz, kəs-
kin bir mühakimə, bir hiss ilə birləşən iki könül daima məsuddur.
Şimdi bir az da özümdən yazayım:
“Şeyx Sənan”ı vaxtsız nəşr etdim. Daha münasib vaxta burax-
malıydım, çünki o, nəşr edildiyi günlərdə siyasət aləmi həyəcanlı
dəqiqələr keçirirdi. Xalq da, təbii, bütün ruhuyla müharibəni təqib
edirdi. Zatən bu bir qanundur: siyasət rol oynarkən, ədəbiyyat
susar. Təbii susmalıdır da...
Úàâèäè õàòûðëàðêÿí
463
Əgərçi məşhur ədiblər və tənqidçilərimiz tərəfindən bir çox
təqdirlər eşidildi, sükut ilə keçmədi. Fəqət bən çox arzu edərdim
ki, yalnız təqdir ilə qalmasın, qüsurları da göstərilsin. Şübhəsiz,
“istiqbal” er-gec onu da yapar.
Kecən sentyabrdan bəri heç bir iş gördüyüm yox; yalnız dərs-
lər ilə məşğul olurdum. Lakin bir ay var ki, mənsur olaraq
“Şeyda” adlı bir faciə, sadə bir şey yazmağa başladım. Yazda
narahat olmazsam, bəlkə yazar, bitirərəm.
Bədənim qüvvətcə fəna deyil, fəqət ciyərimdəki xəstəlik
geçən ilə nisbətlə yarıya enmiş kibidir. Baxalım, sonu nə olur.
Yazda hər halda tədavi etməliyəm. İştə onun üçün də, əfsus, çox
əfsus ki, Naxçıvana gəlməyəcəyəm. Sənin və Məşədinin o ruha-
şna söhbətlərindən uzaq olacağam. Ehtimal ki, Rza da gəlməz.
Kəndisi sənə kağız yazar.
Pədəri-möhtərəminə, validən həmşirə xanıma səmimi ərzi–
ehtiram... Həmsöhbətin olan arqadaşlara məxsusi salam... Səni və
Cavadı dərin bir səmimiyyətlə öpər, əllərinizi sıxar, allaha
ismarlaram, qardaşım!..
Qardaşın Hüseyn Cavid.
Məktub yazmaqda son dərəcə tənbəl olduğumdan Məşədiyə
*
qarşı pək məhcubam. Qısa, qırıq, mənasız bir məktub yazmağı
pək mənasız buluram. Onun üçün də şimdiyə qədər bir şey
yazdığım yox. Hər halda onun ruhu böyükdür, qəlbi genişdir.
Təbii, əfv edər, məzur görər. Bəndən ona təkrar salam...
Hüseyn.
A d r e s: Bakı. “Açıq söz” idarəsi”.
Məzmunca bu məktub nə qədər dolğun və maraqlı olsa da,
onda şübhə, həm də ciddi şübhə yaradan bir qeyd vardır.
Məktubun məhz 1916-cı il 30 mayda yazıldığı yəqindir, çünki
bu tarix həm məktubun başında müəllifin öz qələmi ilə, həm də
*
Məşədi Qurbanəli Şərifova. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
464
zərfin üzərində Bakı poçtasının möhürü ilə göstərilmişdir. Lakin
Hüseyn Cavidin “Şeyx Sənan”ı “vaxtsız” nəşr etdiyinə və əsərin
“məşhur ədiblər və tənqidçilərimiz tərəfindən” təqdir edildiyinə
aid sətirləri bu tarixə uyğun gəlmir, çünki, məlum olduğu üzrə,
“Şeyx Sənan”ın ilk nəşri 1917-ci ilə aiddir, kitabın üzərində də bu
tarix göstərilmişdir.
Məktubdakı tarix heç bir şübhə yaratmadığı kimi, kitabın
üzərindəki tarix də şübhəyə yol vermir, çünki “Şeyx Sənan”ın
(eləcə də “Bahar şəbnəmləri” və “Maral”ın) “yeni təbdən çıxıb
satılmağa başladığı” haqda ilk elan Bakıda “Açıq söz” qəzetinin
1917-ci il 31 oktyabr tarixli 602-ci nömrəsində dərc və sonra
həmin ilin noyabr və dekabr aylarındakı müxtəlif nömrələrində
təkrar edilmişdi. Məktubla kitab arasındakı bu ziddiyyəti izah
etmək üçün mənim əlimdə heç bir inandırıcı sənəd yoxdur. Bu
ziddiyyəti yalnız bir ehtimal aradan qaldıra bilər: bəlkə “Şeyx
Sənan” 1917-ci ildə kitabça şəklində nəşr edilməzdən əvvəl 1915-
1916-cı ildə qəzet səhifələrində dərc edilmişdir. Lakin şairin mən-
də olan kitablarında bu barədə heç bir məlumat verilməmişdir,
mən özüm isə bu məsələni tədqiq etməmişəm, buna görə məsə-
lənin həllini Hüseyn Cavidin yaradıcılığı ilə bilavasitə məşğul
olan tədqiqatçı ədəbiyyatşünaslarımızın öhdəsinə buraxıram
1
.
Bu məktubdan təxminən üç həftə sonra Cavid, mənim yeni
məktubuma cavab olaraq, ikinci məktubunu yazıb Naxçıvana
göndərmişdi. “Açıq söz” qəzetinin rəsmi zərfində göndərilmiş bu
ikinci məktubun da məzmununu buraya köçürürəm:
“Bakı, 22 iyun, 1916. Ə z i z. Keçən məktubun bəni nə qədər
məsrur etdisə, şu məktubun da bir o qədər məhzun və mütəəssir
etdi. Sənə təsəlli vermək istəməm, çünki bənim düşündüklərimi,
şübhəsiz, sən də düşünmüsən. Ancaq qısacıq bir sözlə deyə bili-
1
Əziz Şərif ehtimalında yanılmırdı. “Şeyx Sənan” “Açıq söz” qəzetinin 1916-
cı il yanvarın 1-dən fevralın 3-dək olan nömrələrində tam dərc edilmişdir. –
İ.O.
Úàâèäè õàòûðëàðêÿí
465
rəm ki: İbrahim mühit və əqrəbaca, dost və aşnalarca pək böyük
bir itkidir. Əvət, İbrahim yazıq və məzlum oldu. Məşədiyə, ata və
anasına səmimi ərzi-təsliyət.
Hüseyn Cavid”.
Bu məktubda adı çəkilən İbrahim mənim bibim oğlu və ən
yaxın dostum və sirdaşım idi. Hüseyn Cavid onu da, onun atası
Məşədi Heydər Nəsirbəyovu da yaxşı tanıyırdı, hətta İstambuldan
atama yazdığı məktublarının birində ona “cənab Nəsirbəyov”
deyə salam da göndərmişdi.
Mən o zaman Moskvadaydım və atamın təklifi ilə qış tətilində
Naxçıvana qayıtmış və haman qışı 1917-ci il fevralın sonuna
qədər Naxçıvanda qalmışdım. Bu qış mənim üçün olduqca ağır
keçmişdi. Bunu desəm kifayətdir ki, atam ciddi xəstələnmişdi,
mən də onun yanında qalıb, ondan muğayat olurdum. Tam iki ay
Naxçıvanda qalandan sonra, atam artıq xəstəlik yatağından qal-
xanda, mən Moskvaya qayıdıb öz təhsilimi davam etdirə
bilmişdim.
Naxçıvanda olan zaman mən Bakıda yaşayan Hüseyn Cavidə
məktub göndərmişdim ki, bu barədə 1917-ci ilə aid gündəliyimdə
aşağıdakı qısaca qeyd vardır:
“Çərşənbə, 4 yanvar... Bir iş haqqında atamın xahişi ilə
Hüseyn Cavidə məktub yazdım”.
Məktubun hansı iş haqqında yazıldığı Hüseyn Cavidin cava-
bından aydınlaşır. Həmin il yanvarın 13-də yazdığı məktubunda
oxuyuruq:
“Ə z i z i m ! Məktubunu aldım. Şahbəyim xanım tərəfindən
yazılacaq məktubu yazıb idarəyə verdim. Məzkur məbləğ hənuz
poçtadan alınmamış. Şübhəsiz, alındıqda məktub ilə bərabər təb
və elan edilər”.
Bu sətirlər mənə xatırladır ki, böyük sərvət sahibi olan Mə-
şədi Heydər Nəsirbəyovun vəfatından sonra mənim bibim
Şahbəyim xanım atamın məsləhəti ilə müftəxor molla və seyidlərə
ianə və ehsan vermək əvəzinə, cəmiyyəti-xeyriyyə üçün müəyyən
Úàâèäè õàòûðëàðêÿí
466
məbləğ ayırmışdı ki, bu barədə Hüseyn Cavidin vasitəsi ilə “Açıq
söz” qəzetində mütabiq elan çap edilməli idi.
Öz məktubunda Hüseyn Cavid yazırdı:
“Məşədinin xəstəliyi bəni nə dərəcədə sıxdığını təsvir
edəməm. Qardaşım! Dəhşətli bir fəlakətdən qurtulduğum sırada
böylə qorxunc bir xəbər bəni daha ziyadə dəhşətləndirdi...”.
Öz məktubunu Cavid bu sətirlərlə tamamlayırdı:
“Ə z i z ! İlk poçtadan Məşədiyə dair qısaca bir məktubumu
gözlərim, saqın, unutma. Məşədiyə məxsusi ərzi-ehtiram...
Qardaşın Hüseyn Cavid”.
Bu məktubun da zərfində Cavid öz ünvanını yazarkən,
“Təbriz” mehmanxanası və 21-ci otaq nömrəsini göstərmişdi.
Şair dostumun məktubunu alan günün sabahısı, yanvarın 19-
da, mən ona cavab yazmış və yanvarın 28-də onun 24 yanvar
tarixli açıq məktubunu almışdım ki, onu olduğu kimi buraya
köçürürəm:
“Bakı. 24 yanvar, 917.
M ö h t ə r ə m Ə z i z ! İkinci məktubunu aldım. Məşədinin
səhhətinin iadə edilməsindən son dərəcə məmnun və məsrur
oldum. Məzkur əlbisə cəmiyyəti-xeyriyyəyə verilməlidir. Lakin
sən bənə 410 rüblənin on rübləsi qəzetə üçündür, deyə heç bir
işarə etməmişdin, şübhəsiz, o da başınızın qarışıqlığından nəşət
etmə bir hal olsa gərək, “Açıq söz” idarəsinə söylədim. İdarə on
rüblə geri alaraq, bu günlərdə xanımın qəzetəsini göndərəcəklər.
Məşədiyə və bildiklərə məxsusi ərzi-ehtiram... Qardaşın Hüseyn
Cavid”.
Bibimin oğlu da, əri də öləndən sonra onların təzəli-köhnəli
bir yığın paltarı qalmışdı ki, onun da cəmiyyəti-xeyriyyə vasitə-
silə yoxsul və möhtaclara çatdırılması məqsədəuyğun bilinmişdi.
Cavid öz məktubunda “məzkur əlbisə” sözləri ilə bunu nəzərdə
tutmuşdu.
Bu məktubu aldığım gün gündəliyimdə yazılmış sətirləri də
buraya əlavə edirəm:
Úàâèäè õàòûðëàðêÿí
467
“ Şənbə, 28 yanvar. Səhər Hüseyn Caviddən məktub aldım.
Havalar soyuqdur. Bütün gün, bütün gecə qar yağırdı... Atam bu
gün otaqda gəzinirdi, amma o qədər zəifdir ki, kürsüyə oturanda
köməksiz ayağa qalxa bilmir. Xaricdə narahatlıqdır. Amerika Al-
maniyaya hərb elan etmək istəyir. Gərək çoxdan edəydi, gözlə-
mək yersiz idi. Canavarın əl-ayağı yığışdırılıb qırğına son qoyul-
malıdır. Mərkəzdə yenə hökumət böhranı gözlənir. Axşam müxtə-
lif məktublar yazırdım. Hüseyn Cavidə də yazdım. Yayı Şəkidə
*
,
dayım Əbdüləzimgildə keçirməyi təklif elədim. Əbdüləzim
dayıma da yazdım”.
Gündəliyimdəki qeyddə o gərgin günlərin siyasi hadisələri də
öz əksini tapmışdır. Müharibə get-gedə qızışmaqdaydı. Petroq-
radda dərin böhran keçirən çar hökuməti tez-tez dəyişilir, lakin
mürəkkəb siyasi şəraitdə üzərinə düşən ağır və məsuliyyətli vəzi-
fələrin öhdəsindən gələ bilmirdi. Daxildə çarizmə qarşı nifrət
gündən-günə artır, inqilabi fırtınanın yaxınlaşdığı hiss edilirdi.
Mən fevralın sonuna qədər Naxçıvanda qalmalı olmuşdum.
Artıq atamın səhhəti düzəlmişdi, mənim də Moskvadakı dərsləri-
min vaxtı keçirdi. Bazar ertəsi, fevralın 27-də səhər saat beşdə
mən Naxçıvandan çıxdım. Gündəliyimdəki qeydə görə, Rza məni
yola salmaq üçün vağzala gəlmişdi. Bu qeyddən Rza Təhmasibin
o zaman Bakıdan qayıdıb artıq Naxçıvanda yaşadığı məlum olur.
Sabahısı gün, fevralın 28-də mən Tiflisə çatmışdım. Gündəliyim-
dəki sətirlər maraqlı olduğu üçün buraya köçürürəm.
“Tək günü, 28 fevral. Təcili teleqramlarda dövlət dumasının
buraxılması xəbərini oxudum. Deyəsən, paytaxtlarda ara qarış-
mağa başlamışdır. Gündüz Əliqulu Nəcəfova rast gəldim. Onunla
bir yerdə “Molla Nəsrəddin” redaksiyasına getdim. Orada Mirzə
Cəlil və Əbdürrəhim bəylə görüşdüm
*
. Yarım saat onlarla oturub
söhbət elədik. Onlar atamın vəziyyətini soruşurdular. Axşam saat
7-də mən getdim...”
*
İndiki Ermənistandakı dağ kəndlərindən biri. – Tərtibçi.
*
Əbdürrəhim bəy Haqverdiyev. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
468
Həmin gün Petroqradda inqilab başlanmışdısa da, xəbəri Tif-
lisə hələ çatmamışdı. Mən də bir gün Tiflisdə qalandan sonra,
martın 2-də qatarla Moskvaya təhsilimi davam etdirməyə yollan-
dım. İnqilabın bu ilk günlərində Tiflis-Moskva dəmir yolunda və
Moskvanın özündə öz gözümlə görüb müşahidə elədiyim və işti-
rakçısı olduğum tarixi hadisələr haqqındakı gündəlik qeydlərim
nə qədər maraqlı olsa da, mən mətləbdən uzaqlaşmaq istəmirəm.
Təxminən üç ay Moskvada qalıb, müəyyən imtahanlarımı ve-
rəndən sonra mən, atamın vəziyyətinin son dərəcə ağırlaşdığı
üçün, may ayında Naxçıvana qayıtmalı oldum. Mən gələndən iki
həftə sonra, bazar günü, iyun ayının 4-də səhər saat altıda atam
vəfat etdi. Həmin gün Tiflisdə Molla Nəsrəddinə və Bakıda
Hüseyn Cavidə qısaca teleqramla xəbər göndərdim. Gündəliyim-
dəki qeydlərdən Əliqulu Qəmküsarın da, Rza Təhmasibin də bu
zaman Naxçıvanda olduqları məlum olur.
Aradan bir neçə gün keçmişdi ki, Bakıda “Açıq söz” qəze-
tinin 9 iyun tarixli 493-cü nömrəsində atamın vəfatına aid aşağı-
dakı materialları oxuduq. Qəzetin birinci səhifəsində başda qara
çərçivə arasında “bu günlərdə Naxçıvan şəhərində sevgili millət-
pərəst və maarifpərvər Məşədi Qurbanəli Şərifzadənin tərki-həyat
etməsi” barəsində bir elan dərç edilmişdi.
Qəzetin dördüncü səhifəsində isə əvvəlcə aşağıdakı məzmun-
da qısaca bir xəbər çap edilmişdi:
“Naxçıvanda.
Naxçıvanın ən maarifpərvər və millətpərəst simalarından Mə-
şədi Qurbanəli Şərifzadənin vəfatı münasibətilə mərhumun oğlu
idarəmizə Hüseyn Cavid əfəndi namına belə bir teleqraf gön-
dərmişdir:
“Bu gün səhər atam vəfat etdi. Ə z i z”.
Bu xəbərin altında da “H.C.” imzası ilə qara çərçivədə
“M.Qurbanəli Şərifzadə” başlığı ilə Hüseyn Cavidin aşağıdakı
nekroloqu çap edilmişdi:
Úàâèäè õàòûðëàðêÿí
469
“Səmimi millət xadimlərindən biri də tərki-həyat etdi. Əvət,
M.Qurbanəli Şərifzadə həzrətləri də sönüb getdi, həm də bilir-
məsini, parlamasını sezdirməyən bir qıvılcım kibi söndü.
Qafqazın bir çox mühərrirləri, ədibləri, sənətkarları və millət
xadimləri mərhumu yaxından tanır və dadlı müsahibələrindən
xoşlanırdı. Halbuki camaatımız ümumiyyət etibarilə müşarileyhi
pək və layiqilə tanımazdı. Mərhum vaxtında bir çox qəzetlərdə
iştirak edir, bəzi səmimi cəmiyyətlərdə çalışır, həqiqi bir millət-
sevər ruhilə kəndi irqdaşlarını düşünürdü. Lakin bir dürlü səsi çıx-
mazdı, çünki gurultudan, nümayişdən, alqışdan pək də xoşlan-
mazdı.
“Sağ əlinlə verdiyini sol əlin duymasın!..” – üsuluna ən çox
riayət edən, sadiq, fədakar, həmiyyətli bir sima idi.
O, məktəb görməmişdi, fəqət həvəskar bir alim idi, böyük bir
müəllim idi, camaat müəllimi idi, həm də müəllimlərdən fəzlə
məlumata malik idi. Heç bir mədrəsə tərbiyəsi görmədiyi halda,
mərhum kəndi hümmət və qeyrətilə, kəndi səbat və mətanətilə
türkcə, farsca, rusca oxur-yazardı; tətəbbö və mühakimələrdə bu-
lunurdu. Bir an-əvət, bir an belə-elm və maarif günəşinə pərəstiş
etməkdən geri durmazdı.
Onda son dərəcə böyük bir istedad və məziyyət var idi. O da
böyük bir mübəlliğ, qəhrəman bir rəhbər olmasıydı.
Bu gün Naxçıvanda açıq fikirli, milliyyət və insaniyyəti düşü-
nən, ülum və maarifn təqdir edən bir çox gənclər gerçəkdən də
mərhum müşarileyhə qarşı mədyuni–şükran olmalıdır. Çünki hər
biri onun birər mənəvi şagirdidir.
Naxçıvan kiçik bir şəhərdir. Kəndisi də maarif hissinə ol-
duqca biganə və əskidən bəri səfsətələr ilə vaxt keçirən bir mühit
olduğundan daima xalqın gözünə qara pərdə çəkməkdən zövq
alan bir taqım kəvşək ruhlu, qara fikirli, kor idraklı əşxasın əlində
oyuncaq ola gəlmişdi. Lakin az bir zamanda naxçıvanlılar, Nax-
çıvandakı gənc simalar yalnız, yalnız Şərifzadə və onun kibi bir
qaç həqiqətpərvər zəvat sayəsində cəhalət qaranlığından qurtuldu,
qurtula bildi, qurtulmağa çalışdı, həqiqət işığını dərk etməyə
Úàâèäè õàòûðëàðêÿí
470
müvəffəq oldu. Və bugünkü Naxçıvan, demək olur ki, Qafqazın
digər şəhərlərinə nisbətən pək də geridə olmayıb, az-çox düşün-
cəli, mühakiməli, ziyalı simalar yetirmək ümidini bəsləməkdədir.
Mərhum zəngin bir ailəyə mənsub deyildi, yoxsul gənc ikən
Naxçıvanı tərk etmiş, Bakıya gəlmiş, Türküstana keçmiş, yeni
işlədilməkdə olan dəmir yollarında çalışmış, bir-iki sənə zərfində
– kəndi etibar və səbatı sayəsində məruf bir mütəəhhid kəsilmiş
və böyük rollar ifa etməyə başlamışdır. Mumileyh beş arşın yeri
ölçər, onu islah və tənzim etdirməklə məşğul olarkən, yanındakı
mühəndislərdən istifadə etməyi də əsla unutmaz. Cəbr, həndəsə
müsəlləsat, kosmoqrafiya və sair ülumi–riyaziyyəyi təəllümlə,
mühakimə və tətəbbölə uğraşır, eyni zamanda həm əmələ, həm
mühəndis, həm də mütəfəkkir bir alim həyatını yaşardı.
Qazandığı paralarla, müvəqqət olaraq, evdə istirahətə çəkilir,
bir taqım elmi, ədəbi, tarixi kitabları mütaliə və mühakimə ilə işti-
ğal edərdi. Və aldığı, topladığı məlumatı həqiqi bir el müəllimi ki-
bi bu cəmiyyətdə, o məclisdə uzun mübahisələrlə ətrafındakılara
tuyururdu, tuyurmaq istərdi. İştə, ondan Naxçıvana, Naxçıvan
gənclərinə toqunan istifadədə böylə, tətil zamanlarında vüqu
bulurdu.
Mərhum təqribən altmış yaşlarında gənc ruhlu, gənc fikirli bir
piri-möhtərəm idi. Mütəvəffi, sərətan, “xərçəng”» xəstəliyindən
tərki-həyat etmiş... Şübhəsiz, bu cangüdaz xəstəlik, bu qorxunc
dərd pək də çəkilir dərdlərdən deyildir. Lakin bu dərdi-biamandan
daha böyük, daha dəhşətli bir dərd var ki, o da böylə inqilablı və
maraqlı bir zamanda əbədiyyən cahana, cahani-hürriyyətə vida
etməsidir.
Uzun illərlə həbsxana guşəsində, işgənçələr altında çırpınan,
müdhiş və qaranlıq zindanlardan qurtulmaq həvasilə uçan bir
məhbus, fədakar bir mücahid həbsxananın qapıları açılıb da
hürriyyət və inqilab ağuşuna atılacağı sırada tərki-həyat edərsə,
əcəba, nələr duyar, nasıl müztərib olur! Nə vəziyyətdə bulunur,
nasıl mütəəssir olur?!
İştə mərhum müşarileyhin halı da eyni məhbus halını xatır-
ladır.
Úàâèäè õàòûðëàðêÿí
471
Cənabi-həqq ruhi-nəcibinə rəhmət, övlad və ailəsinə, əhibba
və əqrəbasına səbir və mətanət kəramət eyləyə...”
Bir həftə sonra həmin qəzetin üçüncü səhifəsində Firidunbəy
Köçərlinin atamın vəfatı münasibətilə Qoridən yazıb göndərdiyi
12 iyun 1917-ci il tarixli “İzhari-təəssüf. İdarəyə məktub” başlıqlı
nekroloqu çap edilmişdi ki, bu barədə Firidunbəy Köçərliyə həsr
etdiyim fəsildə məlumat vermişəm.
Bu aradan bir neçə ay keçmiş Hüseyn Cavidin yeni əsər-
lərinin (“Bahar şəbnəmləri”, “Maral”, “Şeyx Sənan”) təbdən çıxıb
satışa buraxıldığı barədə “Açıq söz” qəzetində dalbadal elanlar
dərc edilməyə başladı. Həmin elanlarda “Şeyda” adlı əsərin də
basılıb çıxmaq üzrə olduğu barədə xəbər verilirdi.
Bu zaman inqilabi hadisələrin qızışdığı məlumdur. Mən
1917-ci il may ayında Naxçıvana gələndən sonra bir daha
Moskvaya qayıtmalı olmadım. Rusiya inqilabı dünyanı sarsıdırdı.
Onun dalğaları məni də doğma yurdumdan ayırıb, Tiflisə atdı və
mən uzun müddət Tiflisdə yaşayıb, tiflisli oldum.
Bu dövrdə, həmişəki kimi, mən yenə gündəliyimi davam
etdirirdim. 1919-cu ilə aid gündəliyimdə Hüseyn Cavidlə Tiflisdə
görüşdüyümüz də qeyd edilmişdir:
“Çərşənbə, 5 mart. Bu gün Naxçıvandan Hüseyn Cavidin
gəldiyini eşitdim... Onun dalınca adam göndərib, axşam saat 7-də
evdə onu gözləyəcəyimi xəbər verdim... Axşam Hüseyn Cavid
gəldi. Çoxdandır, dörd-beş il olar ki, mən onu görmürəm. Xeyli
söhbət elədik. O, Naxçıvanın vəziyyətindən, orada olan dramatik
hadisələrdən müfəssəl nəql elədi
*
. Naxçıvanda qalan anam və
*
Əziz Şərif gündəliyində Naxçıvandakı dramatik hadisələrin nədən ibarət
olduğunu açmır. O zaman Rusiya, Amerika və İngiltərəyə arxalanan ermənilər
Naxçıvanı Ermənistana birləşdirməyə çalışırdılar. Naxçıvanda Aras Türk
hökuməti yaradılmışdı. Cavid bu hökumətdə təmsil olunurdu. O, bir neçə
naxçıvanlı nümayəndə ilə öncə Tiflisə, sonra Bakıya gəlmiş, Azərbaycan Xalq
Cümhuriyyətinin Baş naziri Fətəli Xan Xoyski ilə görüşmüş, ondan Naxçıvanın
Azərbaycanın tərkibində qalacağı haqda təminat almışdılar... Bu hadisələr o
zaman “Azərbaycan” qəzetində işıqlandırılmışdır. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
472
balaca qardaşımdan da mənə dolğun məlumat verib məni bir
qədər nigarançılıqdan qurtardı. Gecə saat üçə qədər hər barədə
danışdıq, onun yaradıcılığından da ətraflı söhbət elədik. Gecəni
Cavid mənim yanımda qaldı.
Çümə axşamı, 6 mart. Səhər saat 8-də durduq. Çay içib, ev-
dən çıxdıq. Hüseyn öz işlərinə getdi, mən də redaksiyaya yol-
landım...
O zaman mən Tiflisdə “Gələcək” qəzetinin nəşri ilə məşğul
idim. Bu görüşdən sonra mən artıq Hüseyn Cavidi görmədim. O,
Bakıya getmişdi, mən də onun qayıtmasını səbirsizliklə gözlə-
yirdim ki, bu barədə gündəliyimdə belə bir qeyd də qalmışdır:
“Şənbə, 22 mart. Kaş Cavid Bakıdan tez qayıdaydı ki, mən
də onunla Naxçıvana gedəydim...”
O zaman mən Naxçıvanda qalmış ailəmdən çox nigaran idim
və vətənə qayıtmağa can atır, fürsət axtarırdım. Lakin bu fürsət
ələ düşmürdü. Ancaq Gürcüstanda, Azərbaycan və Ermənistanda
olduğu kimi, Sovet hakimiyyəti qurulduqdan sonra, bu fürsət,
nəhayət, ələ düşdü, mən də dördillik ağır ayrılıq və intizardan
sonra, 1921-ci ilin yayında Naxçıvana gedə bildim.
Hüseyn Cavidin Bakıdan qayıtması və mənim opunla
görüşməyim barədə gündəliyimdə bir məlumat yoxdur.
Aradan yenə illər keçdi. Bu illər ərzində mənim başıma çox
işlər gəldi, həyatımda böyük dəyişikliklər oldu.
O zaman mən yenə gündəliyimi davam etdirirdimsə də, çox
vaxt, bəzən aylarla ardıcıl surətdə və müfəssəl qeydlər yazmırdım.
Buna görə də, məsələn, 1923-cü ilin əvvəllərində Bakıya Hüseyn
Cavidə yazdığım məktub və ondan aldığım cavab haqqında mə-
nim dəftərçəmdə heç bir məlumat verilmir. Yalnız Hüseyn Cavi-
din Bakıdan Tiflisə mənə göndərdiyi məktub o günlərin hadisə-
lərini az-çox işıqlandırır, bəzilərini isə yadıma salıb canlandırır.
1923-cü il 4 mart tarixli öz məktubunda şair dostum yazırdı:
“P ə k m ö h t ə r ə m v ə d ə y ə r l i q a r d a ş ı m Ə z i z ! Lütfən
yazmış olduğun məktubu dünən ikindi çağı möhtərəm Artaş bana
verdi, kəndisini bozbaş yeməyə dəvət etdimsə də, qəbul etmədi,
Úàâèäè õàòûðëàðêÿí
473
yalnız məktubun cavabı üçün gələcəyini bildirdi. “Sənan” və
“Uçurum” haqqındakı yazılarını bana söylədilər, fəqət oxumadım.
“Yeni fikir” bizim məktəbə martın 28-dən bəri gəlməyə başladı.
Mümkün olsa, məzkur nömrələrini bulub oxuram. “Uçurum”
haqqında məktubun yazacaqlarını arzu edirəm.
“Şeyx Sənan”ın mənzum oynanmasını bən də arzu edərim.
Lakin kecən sənələrdə aktyorlar mənzum pyesdən qorxduq-
larından həpisini nəsrə və yerli şivəyə çevirmişdi. Şu sonlarda
ehtimal ki, onu da “İblis” kibi nəzmən islah edərim, gələcək son
bahar üçün aktyorlarımıza verərim.
“Plamya” jurnalı münasibətilə əsərlərimi istəmişdiniz. Əziz,
ehtimal ki, inanmazsan, əfsus, heç birindən yoxdur. Mətbu möv-
cud olmadığı kibi, qeyri-mətbular da qurşun qələmilə pozulmuş,
bərbad bir haldadır. Təmiz yazılmışını teatroya verdiyim üçün
bəndə heç yox... Basılmış əsərlərimdən yalnız 25 dənə və hər
birindən yüzə yaxın kitabçalar aldıqdan sonra səkkiz bin kitabça
mart 1917 hadisəsində bir saatda mətbəədə yandı.
*
Onun üçün də,
deyil bəndə, hətta kitabçalar da bulunmaz. Bulunsaydı, şübhəsiz,
satın alıb göndərərdim. Yalnız ümidim bir Naxçıvana gəlir. Çünki
Şeyx Məhəmməddə
**
hər birindən bir qaç nüsxə var idi. Naxçı-
vana yazarsanız, mövcudu qalmış olsa, şübhəsiz, göndərər. Miş-
kinaz, Tuquş
***
səlamətdirlər. Sənə, anana, rəfiqənə, qardaşına
ərzi-ehtiram edirlər. Bənim halıma gəlincə, pək durğun və donuq
bir haldayam. Yeni yazmış bulunduğum “Peyğəmbər”i islah edib
ortaya çıxarmağa vaxtım yox... Çünki qardaşım Əlirza üç aydır
ki, vadyanka xəstəliyilə yatır. Pək zəifdir. Başım bir qədər onunla
*
Müsavat partiyasının “Açıq söz” qəzetinin mətbəəsi nəzərdə tutulur. Həmin
mətbəə və Azərbaycan Xalq Cümhuriyyətinin arxivi indiki Milli Elmlər
Akademiyasının rəyasət heyətinin binasında yerləşirdi. Ermənilər od vurub,
həm mətbəəni, həm də arxivi tamamilə yandırmışdılar. Cavidin yüzlərcə kitabı
da yanıb kül olmuşdu.
**
Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd nəzərdə tutulur. Şeyx həm
də gözəl alim olmuşdur.
***
Tuquş – Turan. Cavidin qızı, sayca üçüncü uşağı. İkinci uşağı körpə ikən
ölmüşdü. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
474
məşğul, həm də fəzləcə yoruluram. Baxalım, sonu nə olur. Rzaya
salamını söylədim...
...Əziz! Yenə təkrar edərim, kitabçaları göndərmədiyimdən
pək mütəəssirəm, təbii əfv edərsən...
Qardaşın Hüseyn Çavid”.
1923-cü il martın 4-də yazılmış və azacıq ixtisarla burada
dərc edilmiş həmin məktubda müəyyən şərhə ehtiyacı olan bir sıra
məsələ vardır ki, onların üzərində dayanmamaq olmaz. Məktubda
mənim “Şeyx Sənan” və “Uçurum” haqqındakı yazılarıma işarə
edilir, lakin məndə olan materialların içərisində bu əsərlər
haqqında martın 4-dən əvvəl yazılmış məqalə yoxdur. İlk dəfə
mən “Şeyx Sənan”ın teatrdakı quruluşu haqqında “Yeni fikir”
qəzetinin həmin il 4 mart tarixli və “Zarya Vostoka”nın 14 mart
tarixli nömrələrində yazmışdım, “Uçurumun quruluşu haqqında
isə mənim məqalələrim “Yeni fikir” və “Zarya Vostoka” qəzet-
lərinin 17 mart tarixli nömrələrində çap edilmişdi. Bu tarixdən
sonra mən hər mövsümdə dəfələrlə Hüseyn Cavidin əsərlərinin
Tiflis səhnəsində oynanılması barədə həm “Yeni fikir”, həm də
“Zarya Vostoka” qəzetlərində yazardım.
Huseyn Cavidin yuxarıdakı məktubunda bir cümlə də məndə
şübhə yaradır. 4 martda yazılmış məktubda H.Cavid “Yeni fikir”
qəzetinin “bizim məktəbə martın 28-dən bəri” gəlməyə başla-
dığını yazır. Bu iki tarix bir-birinə uyğun gəlmir: qəzetin məktəbə
martın 28-dən bəri gəlməyə başladığını bu tarixdən 24 gün əvvəl
yazmaq mümkün olmazdı. Bu uyğunsuzluğu aradan qaldırmaq
üçün yeganə və ən doğru ehtimal bu ola bilər ki, Cavid öz
məktubunun tarixində səhv etmiş və “aprel” əvəzinə “mart” ayını
göstərmişdir.
Məktubda adı çəkilən “Plamya”
*
jurnalı o zaman Tiflisdə
ayda iki dəfə nəşr edilirdi, mən də bu ədəbi-ictimai jurnalda hər-
dənbir yazardım. Jurnalın 1923-çü ildə çıxmış iki nömrəsində
mənim “Zaqafqasyada türk teatrı və Şərq” başlıqlı (№2) və Sabi-
rin vəfatının on birinci ildönümü münasibətilə yazılmış (№8)
*
Həmin jurnalı mən bir arxivdən əldə etdim. Orada Cavidin fotoşəklindən
başqa haqqında elə bir qiymətli məlumat yoxdur. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
475
məqalələrim çıxmışdı. Birinci məqaləyə Hüseyn Cavidin fotoşəkli
də əlavə edilmişdi.
O zaman “Plamya” jurnalının redaksiyası H.Cavidin əsərləri
ilə maraqlanır və ondan tərcümələr vermək istəyirdi ki, bu barədə
redaksiya mənim vasitəmlə Bakıdan onun əsərlərini istəmişdi. O
vaxt “Ana” və “Keçmiş günlər”dən başqa məndə Cavidin heç bir
kitabı yox idi. Hüseyn Cavidin məsləhəti ilə mən sonralar Nax-
çıvanda “Bahar şəbnəmləri”, “Maral” və “Şeyx Sənan” əsərlərini
əldə edə bilmişdim ki, bu əsərlər indi də məndə mövcuddur.
Hüseyn Cavid öz məktubunda qardaşı Əlirzanın xəstə oldu-
ğunu və bu münasibətlə başının qarışdığını və özünün yorul-
duğunu xəbər verir. Məlum olduğu üzrə, Əlirza Rasizadə həmin il
avqustun 23-də vəfat etmiş və Bakıda dəfn edilmişdi.
Bu məktubdan sonra, yenə həmin il Hüseyn Cavidin 16 aprel
tarixli məktubunu aldım ki, onu da azacıq ixtisarla aşağıda dərc
edirəm:
“16 nisan 1923. P ə k m ö h t ə r ə m Ə z i z !
Nisan 12-də yazdığın məktubu aldım. Fəqət gətirəni hənuz
gördüyüm yox. İkinci məktubu gətirən bəndən cavab istəmədi-
yindən yazmadım. Bilməm, bunu gətirən də cavab üçün gələ-
cəkmi? Yazdığına görə, “Şeyx Sənan”ın bütününü tərcümə etmə-
yi arzu edirlərmiş... Orasını sən bilirsən, bəni rus qəzetlərində tərif
edirmişsən? Bir şey ki, səni məhcub edə bilər, niçin yapırsan? Bir
də, bən o qəzetlərin heç birini ziyarət edəmədim. Yalnız “Yeni
fikir”də “Uçurum” haqqında yazdığını oxudum. Pək nakafi bul-
dum. Bəzi mühüm məqalələr yazdıqda, onların basıldığı qəzet ya
məcmuədən birər dənə göndərmək çətin bir iş olmasa gərək...
“Uçurum” haqqında xüsusi məktubunu gözlədimsə də, şükür, bir
məlumat alamadım. Üç-beş mühüm nöqtəsinə işarət etsəydin,
istifadə edərdim və dikanlı nəvazişlərinə də bir az haqq vermiş
olurdum.
“Şeyx Sənan”ın ya bir pərdə, yaxud bütün tərcüməsinə
gəlincə, əlbəttə, tək-tük zəif yerlərini buraxıb keçə də bilərsən.
Lakin bunu bilməlisən ki, məsuliyyət boyunduruğunun bir ucu
Úàâèäè õàòûðëàðêÿí
476
bənim boynumda olduğu kibi, biri də sənin boynunda olacaq. Ona
görə də diqqətli və ehtiyatlı davranmalısan. Əhəmiyyət verəcək
olsan, bəni də adamlar sırasında saydırmış olursan, cızma-qara
yapacaq olsan, həm kəndini, həm də bəni saldat bazarına gön-
dərmiş olursan. Sən hər halda bəndən təcrübəli və məlumatlısan.
Fəqət bir tərəfdən azaçıq niyaranam, bəzi tərkib və təbirləri
incədən–incəyə məna və ruhlarına kəsbi-nüfuz edərcəsinə təhlilə
qoyulmalısan ki, ən birinci şərt də iştə budur.
Bir də rəsmimi istəmişdin. Kəndimdən o qədər bezaram ki,
hənuz adam ağıllı bir rəsm aldırdığımı xatırlamayıram. Hətta
teatronun əlli illiyi münasibətilə istənildi, yenə rədd etdim, çünki
nə həvəsim, nə də fəzlə param var idi. Lakin sənin israrına
uyaraq, dün rəsmimi aldırdım və haqsız olaraq kəndimi zərərə
soqmuş oldum. Və bu gün birini aldım, məktubu gətirəni
bəkləyirəm. Gəlsə, qulluğuna gətirər...
...Bən də səni öpürəm.
Qardaşın Hüseyn Çavid”.
Bu məktubun da bəzi cümlələrini şərh və izah etmək lazım
gəlir.
Hüseyn Cavidi təriflədiyim rus qəzeti Tiflisdə çıxan “Zarya
Vostoka” olmalıdır ki, onun 1923-cü il 14 mart tarixli nömrəsində
mən “Şeyx Sənan”ın səhnə tamaşası haqqındakı məqaləmdə
yazmışdım:
“Hüseyn Cavid axtaran şairdir. Böyük talanta malik olaraq, o,
hər yeni əsəri ilə yeni, ümumbəşəri və beynəlmiləl xasiyyət
daşıyan surətlər yaradır.
O, şairdir. Onun qüdrətli, ahəngdar şeiri türk poeziyasında və
ədəbiyyatında yeni səhifələr açır.
Talantlı psixoloq olaraq, o, insan iztirabları, düşüncə və
həyəcanlarının ən dərin nöqtələrini duyur, şərh edir.
İnsan qəlbi onun gözləri qarşısında açıqdır, o da bu qəlbin ən
güclü hisslərini, ən sarsıdıcı tərpənişlərini seçir.
Úàâèäè õàòûðëàðêÿí
477
Geniş ədəbi meydana Hüseyn Cavid bu son zamanlarda
qədəm qoymuşdur. Düz on il bundan əvvəl Tiflisdə ayrıca kitabça
şəklində onun “Ana” adlı mənzum pyesi çapdan çıxmışdı. Hələ o
zaman şair bütün türk və osmanlı oxucu kütləsinin diqqətini özü-
nə cəlb etmişdi. Onun ilk əsərini təhlil edərkən, İstambul və Bakı
qəzetləri onun parlaq gələcəyindən qabaqcadan xəbər verirdilər.
O zaman Hüseyn Cavid ancaq yüksələn ulduz idi. İndi isə o,
axtarışlarının dərinliyi, şeirinin gözəlliyi və hisslərinin incəliyi
etibarı ilə türk ədəbiyyatında özünə bərabər qüvvə bilməyən
parlaq günəşdir.
Hüseyn Cavidin bütün yaradıcılığı ümumbəşəri məsələlərə
həsr edilmişdir. O, məişət təsvirçisi deyil, o, filosof şairdir.
Lakin, hər şeydən əvvəl, o şairdir. Həm də böyük, geniş
əhatəli şairdir.
Onun “Şeyx Sənan” dramı da başdan-başa poeziyadır.
Dünyadan uzaq, daima xəyal aləmində uçan Şeyx Sənan öz
allahını yalnız xəyal aləmində ona görünən, tanrıyabənzər
Xumarın şəxsiyyətində tapır.
Şeyx Sənan allaha və Məhəmmədə inanan, lakin bir qədər
şübhə ilə inanan ərəbdir. O, müsəlmanların şeyxidir.
Xumar isə gürcü knyazının qəlbi haqq həsrətini çəkən qızı,
məhəbbət kanı olan Qafqazın qızı, sehr dolu təbiətin yaran-
masıdır.
Şeyx Sənan qadınlara nifrət edir, qadınlar tayfasını yalnız
heyvani şəhvət mənbəyi, dünyadakı bütün bəlaların səbəbi hesab
edir.
Lakin daima xəyalında gördüyü Xumar – ilahi bir vücud, bir
mələk, bir ilahədir.
Nəhayət, İran və Qafqazı gəzərkən, Şeyx Sənan başqa şeyx
yoldaşları ilə birlikdə Tiflisə gəlir və xəyalında gördüyünü burada
canlı bir gürcü qızının simasında tapır.
Onun səfəri artıq bitmişdir. O, ən uca məqsədinə çatmış, öz
allahını, eşq tanrısını tapmışdır. O da müridlərindən ayrılaraq
onları Ərəbistana qaytarır və Xumarın atasının tələbi ilə Məhəm-
Úàâèäè õàòûðëàðêÿí
478
məddən, onun şəriətindən dönüb, şərab içir, boynundan xaç asır
və iki ildən sonra Xumara qovuşmaq şərtilə, onun donuzlarına
çoban olur.
Şeyx Sənana hakim olan hissin qüdrəti Xumarı cəlb edir,
şeyxin ağarmış saçlarına baxmayaraq, o, monastıra girmək
niyyətindən əl çəkir.
İki ildən sonra, Şeyx Sənanın şöhrəti bütün ölkəyə yayılan
zaman, Xumarın atası xristian keşişinin təhriki ilə Şeyx Sənana
verdiyi vədindən dönür.
Son ümidini itirmiş, yasa batmış şeyx xəyanətkardan
uzaqlaşır. Yüksək amallarının təcəssümünü şeyxdə tapmış Xumar
da ona qoşulur.
Bir tərəfdən, keşişin başçılığı ilə gürcülərin təqib etdiyi, digər
tərəfdən, Sənanın dalınca Mədinədən qayıtmış şeyxlərin salam-
ladığı bu iki adam, insanların zülmündən və bayağı hərəkət-
lərindən xilas olmaq üçün coşğun Kür çayının dalğalarına atılıb,
ölümdə nicat tapırlar.
Bu iki eşq dahisi dünyanı tərk edərək, yenidən göylərdə dirilir
və o yüksəklərdə, buludlar qucağında sonsuzluqla qarışır və
əbədi, ölməyən məhəbbətin timsalına çevrilirlər. Bu, əsatirdir.
David dağında (Mtasmindada) dəfn edilmiş və bütün tiflis-
lilərə çox yaxın olan müqəddəs David haqqında əsatirdir.
Uzun əsrlərdir ki, bu əsatir əi müxtəlif şəkildə müsəlmanlar
arasında yaşayır.
Hüseyn Cavid də ən böyük talantla yazılmış, ən görkəmli
dramatik poemalarının biri üçün bu əsatirdən istifadə etmişdir.
Hüseyn Cavidin hələ öz tənqidçisi və tarixçisi yoxdur, lakin
qabaqcadan demək olar ki, şairin yaradıcılığında “Şeyx Sənan”
hələlik ən qüvvəli əsərlərdən biridir...”
Dərin həyəcan və bir qədər aludəliklə yazılmış bu sətirlərdən
sonra məqalədə əsərin səhnə quruluşundan və ayrı-ayrı artistlərin
oyunundan bəhs edilir. Məqalə aşağıdakı sətirlərlə tamamlanır:
“Çoxlu qüsuru olsa da, bu quruluşu ancaq təbrik eləmək olar,
çünki o, türk teatrının cəsarətini, teatrı daha görkəmli nailiyyətlərə
doğru aparan cəsarətini göstərir.
Úàâèäè õàòûðëàðêÿí
479
Biz bu gözəl poemanı təzə rejissor M.S.Kirmanşahlının
quruluşunda təkrar görməyi arzu edərdik.
Teatr salonu bu tamaşaya fövqəladə maraq göstərən tama-
şaçılarla dolu idi”.
Eyni tamaşa haqqında mənim məqaləm on gün əvvəl “Yeni
fikir” qəzetinin 4 mart tarixli nömrəsində dərc edilmişdi. Bu
məqalədə də bir para maraqlı fikirlər olduğu üçün, onun da bir
neçə sətrini buraya köçürməyi məqsədə müvafiq bildim:
“Keçən cümə günü Hüseyn Cavidin məşhur dramı “Şeyx
Sənan” oynandı. Ən müqtədir, ən parlaq şairlərimizdən biri olan
Hüseyn Cavidi tanımayan az olar.
Hüseyn Cavid yaradıcı və ruhlara hakim böyük bir şairdir.
Şeirləri mənalı, kəskin, aydın, sehrli bir surətdə yazılmışdır.
Səhnədə oynanan “Şeyx Sənan” faciəsi 1917-ci ildə Bakıda
ayrıca bir kitabça surətində nəşr olundu. Fəqət şair öz faciəsini
səhnə üçün bir qədər dəyişmişdir.
Əgər ümumiyyətlə “Şeyx Sənan”ı tənqidə başlasaq, gərək
uzun-uzadı kitablar yazaq, çünki əsər o qədər əhəmiyyətli, o qədər
mənalıdır ki, bir-iki qəzet məqaləsilə onun gözəlliklərini, əskik
olmayan bəzi nöqsanlarını göstərmək mümkün deyil.
Hələ tarix Hüseyn Cavidə əl vurmayıbdır. Şairimiz bir tərəfdə
sakit oturub əsərlərini yazır. Tarix isə qulaq asır və gözləyir.
Şəksiz ki, tarix vaxtında onu sənət mühakiməsinə alacaq, təbiətin
ona verdiyi qüdrət və istedadın hesabını istəyəcəkdir...”
Yarım əsr bundan əvvəl yazılmış məqalələri bu gün oxuculara
təqdim etməklə mən heç də şöhrətpərəstlik məqsədini izləmirəm.
Tələsik yazılmış, cümlələri lazımınca işlənməmiş, dili və üslubu
nizama salınmamış, bəzən fikri də aydın ifadə edilməmiş bu
məqalələr qüsursuz deyil. Bu qüsurları indiki oxucumuz asanlıqla
duya bilər, lakin o zaman çap edilmiş bu qüsurlu məqalələr
Tiflisdə çıxan “Yeni fikir” qəzetinin və demək olar ki, ümumiy-
yətlə Azərbaycan mətbuatının yarım əsr bundan əvvəlki səviy-
yəsində yazılmış məqalələrdir. Əlbəttə, eyni məqalələr bu gün
yazılsaydı, başqa çür yazılardı, çünki bu günün ədəbi səviyyəsi
əlli il bundan əvvəlkindən xeyli yüksəkdir.
Úàâèäè õàòûðëàðêÿí
480
Bütün bu qüsurları etiraf etməklə bərabər, bunu da inkar
etmək olmaz ki, hələ yarım əsr bundan əvvəl Hüseyn Cavidin
yaradıcılığına verilən qiymət əsasən obyektiv və düzgün imiş.
Çünki bu son illərdə Hüseyn Cavidin ayrı-ayrı əsərləri və bütün
yaradıcılığı haqqında bir neçə namizədlik və bir doktorluq disser-
tasiyası ilə bərabər, yüzlərcə də irili-xırdalı tədqiqi məqalə yazılıb
çap edilmişdir, hələ yenə də yazılıb çap ediləcəkdir. Çünki tarix
artıq Hüseyn Cavid və onun yaradıcılığı ilə yaxından və bilavasitə
məşğul olmağa başlamışdır. Çünki böyük şairi “sənət müha-
kiməsinə” cəlb edib, “təbiətin ona verdiyi qüdrət və istedadın
hesabını” tələb etmək vaxtı artıq çatmışdır.
İndi şair dostumun məktubunda “Uçurum” haqqındakı sətir-
ləri izah etmək istəyirəm.
O zaman “Uçurum” haqqında mənim məqalələrim həm rusca
“Zarya Vostoka”da, həm də azərbaycanca “Yeni fikir”də çap
edilmişdi. Hüseyn Cavidin “Yeni fikir”də oxuduğu və “pək
nakafi” bulduğu məqalə ilə oxucuları tanış etmək üçün onun
mütabiq sətirlərini buraya köçürürəm:
“...Müqtədir şairimiz Hüseyn Cavidin səhnədə gördüyümüz
və əlyazısını oxuduğumuz “Uçurum” dramı nöqsanlı və islaha
ehtiyaclı bir pyesdir. Hüseyn Cavid şairdən başqa, filosof və
ədibdir. Bu nyesdə şair Hüseyn Cavid nə qədər qüvvəli isə, ədib
filosof Cavid o qədər zəif və naqisdir.
Hüseyn Cavidin yazdığı tiplər solğun rəngli, həqiqətdən uzaq
birər əkslərdir. Bunlar hərtərəfli, dolu və kəskin tiplər deyil. Hər
bir tipi ayrılıqda götürərsək, görərik ki, bu tiplər məişətdən
çıxarılmış deyil, ağıldan və təbdən yaradılmış birər surətlərdir...”
Qəzet səhifəsi üçün teatr tamaşası haqqında yazılmış resen-
ziyada əsərə həsr edilmiş bu müxtəsər tənqid şair dostumu qane
etməmişdi. O, məndən müfəssəl və konkret təhlil tələb edirdi.
Bəlkə də o, haqlı idi, lakin onun gözlədiyi və tələb elədiyi
müfəssəl təhlil və tənqid jurnal üçün yazılmış daha geniş həcmli
məqalədə, ya xüsusi əsərdə mümkün olardı. Yəqin ki, şair dostum
mənim vaxtı ilə Tiflisdə “Maral” pyesi haqqında onunla elədiyim
Úàâèäè õàòûðëàðêÿí
481
söhbətləri xatırlayıb, “Uçurum” haqqında da eləcə söhbətləri arzu
edirmiş ki, istifadə etmək üçün məndən “üç-beş mühüm nöqtəsinə
işarət” edilməsini tələb edirmiş.
Eyni əsər haqqında “Zarya Vostoka”da dərc edilmiş bir neçə
sətrin də tərcümə edilib buraya köçürülməsi, məncə, yersiz
olmazdı.
Məqalədə yazırdım:
“Hüseyn Cavidin əsərlərindən ikinci tamaşa üçün türk
truppası onun “Uçurum” adlı müasir pyesini seçmişdir.
Pyes gözəl şeirlə yazılmışsa da, məzmunca “Şeyx Sənan”dan
çox zəifdir.
Pyesdəki tiplər olduqca solğundur. Pyes bütünlükdə genişlən-
dirilməmiş, bəzən tamamlanmamış süjetin protokolu kimidir.
Pyesin bu günə kimi nəşr edilmədiyindən və səhnə üçün əlyazma-
sından istifadə edildiyindən görünür ki, müəllif onu yenidən
işləmək niyyətindədir. Başqa cür ola da bilməzdi. Hüseyn Cavid o
qədər ehtiyatlı şairdir ki, tamamlanmamış əsərini nəşrdən
buraxmaz...”
“Uçurum” dramı ancaq üç il sonra, 1926-cı ildə (“Peyğəm-
bər”, “İblis”, “Şeyda”dan sonra) Bakıda Azərnəşr tərəfindən nəşr
edilmişdi. Görünür, bu üç ilin müddətində müəllif öz əsəri üzə-
rində yenidən işləməyi lazım bilmişdir.
Lakin bu əsərin üzərində işləmiş olsa da, ondakı qüsurları dəf
edə bilməmişdir. Məncə, indiki halında da bu əsər şair dostumun
o biri əsərlərinə nisbətən xeyli zəifdir.
Məktubda “Şeyx Sənan”ın “ya bir pərdə, yaxud bütün” tərcü-
məsindən də söhbət gedir. O zaman bu əsərin ruscaya tərcüməsi
məsələsi məni maraqlandırır və narahat edirdi. Vaxtı ilə mən
rusca bir para şeir yazardımsa da, onları üzə çıxarmazdım. “Şeyx
Sənan”ın şeirlə tərcüməsini öz öhdəmə götürmək istədiyimi mən
Hüseyn Cavidə yazıb ondan məsləhət istəmişdim. O da öz
cavabında bu işin nə qədər məsuliyyətli olduğunu mənə xatır-
latmışdı. İlk nümunə üçün mən bu əsərin ən artıq bəyəndiyim
ikinci pərdəsindəki ikinci səhnəni (Şeyx Sənanın Xumarla ilk
Úàâèäè õàòûðëàðêÿí
482
görüşü) tərcümə etməyə başlamışdım. Tərcümə üzərində xeyli
çalışmışdımsa da, çapa verməyə cəsarət etməmişdim. Beləliklə,
“Plamya” jurnalının da “Şeyx Sənan”ın ruscasını çap etmək
arzusu həyata keçməmişdi.
Lakin o zaman məsələ yalnız “Şeyx Sənan”ın tərcüməsində
deyildi. Ümumiyyətlə, “Plamya” Cavidin əsərlərini Tiflisdəki rus
şairlərinin vasitəsilə tərcümə etdirmək üçün çalışırdı ki, bu barədə
mən də şair dostuma yazırdım. “Plamya”nın redaksiyası da
Bakıda “Kommunist” qəzetinin redaksiyası ilə əlaqə saxlayırdı.
O uzaq vaxtın ədəbi hadisələrindən mənim yadımda qalan
budur ki, Cavidin şeirləri tərcümə edilib Tiflisdəki rus mət-
buatında çap edilmirdisə də, onun səhnə əsərləri, xüsusilə “Şeyx
Sənan” və “İblis” Tiflis Azərbaycan teatrında hər mövsümdə
tamaşaya qoyulur və hər tamaşa haqqında “Yeni fikir” və “Zarya
Vostoka” qəzetlərində mənim məqalələrim dərc edilirdi. Mən şair
dostumu nə qədər sevir, onun şeir sənətkarlığını nə qədər yüksək
qiymətləndirirdimsə də, onun əsərlərində gördüyüm qüsurlara göz
yummur, bu barədə öz rəyimi açıq yazmaqdan çəkinmirdim.
Yuxarıda göstərildiyi kimi, bəzən dostum mənim bu tənqidimdən
inciyir və mənə kinayəli sözlər də yazırdı, lakin mən yenə də
onun əsərlərindəki zəif cəhətlərin üzərindən sükutla keçməyi
özümə rəva bilmirdim, çünki mən onu da, milli ədəbiyyatımızı da
dərin və səmimi məhəbbətlə sevirdim.
Məsələn, 1923-cü ilin aprelində ilk dəfə Tiflis səhnəsində
tamaşaya qoyulan “İblis” əsəri haqqında mən “Zarya Vostoka”da
dərc etdirdiyim məqaləmdə əsər haqqında yazmışdım:
“Cümə günü, martın 30-da Rustaveli teatrında M.S.Kirman-
şahlının quruluşunda Hüseyn Cavidin “İblis” adlı fəlsəfi mənzum
dramı tamaşaya qoyulmuşdu.
Burada mən pyesi qiymətləndirməkdən imtina edirəm, çünki
məlumata görə, müəllif onu təzədən işləmiş, dəyişmişdir, səhnədə
isə biz onun bir para qüsurlardan xali olmayan köhnə variantını
gördük. Bundan başqa, pyes o qədər ciddidir və müəllifin qoydu-
ğu “həlledilməz” məsələlər o qədər mürəkkəbdir ki, ona xüsusi
Úàâèäè õàòûðëàðêÿí
483
bir məqalə həsr etmək lazım gəlir. Bu da pyesin işlənmiş variantı
alınandan sonra mümkündür.
Hər halda buradaca qeyd etmək lazımdır ki, Hüseyn Cavidin
yeni pyesi, şübhəsiz, şairin ən qüvvəli əsərlərindən biridir...” (4
aprel 1923, № 240).
Həmin il payızda isə “İblis” təzə mövsümdə A.A.Tuqanovun
rejissorluğu ilə ikinci dəfə tamaşaya qoyulanda mən yenə “Zarya
Vostoka” qəzetindəki məqaləmdə əsərin tənqidinə aşağıdakı
sətirləri həsr etmişdim:
“Bu pyes istər müəllif tərəfindən qoyulan ümumdünya
məsələlərinin mürəkkəbliyi, istərsə də şeirinin fövqəladə gözəlliyi
etibarı ilə türk ədəbiyyatının şedevri hesab edilə bilər.
Doğrudur, əsər bir para qüsurdan azad deyil, nakamildir, onda
qoyulan bir sıra məsələ həll edilməmişdir və ilaxirə, lakin yenə də
pyes olduqca qiymətli, şairanə əsərdir.
Türk ədəbiyyatında ən qüdrətli olan gənc şair-filosof Hüseyn
Cavid öz pyesini yenidən işləməli və islah etməlidir, çünki indiki
halında o, bir klassik əsər olaraq, çox şey itirir” (16 noyabr 1923,
№ 429).
Tiflisdəki Azərbaycan mətbuatında mən “İblis” pyesi haq-
qında öz rəyimi ilk dəfə ancaq 1925-ci il yanvar ayında “Yeni
fikir” qəzetində “Özü” imzası ilə çap edilmiş teatr resenziyamda
aşağıdakı sətirlərlə ifadə etmişdim:
“Şənbə günü, yanvarın 3-də Tiflis türk aktyorları Hüseyn
Cavidin “İblis” nam şöhrət qazanmış əsərini mövqeyi–tamaşaya
qoydular.
Bu əsər indiyə kimi əlyazısı ilə oynanırdı, indi isə yeni nəşr
edilmiş və bir qədər təğyir və təbdil edilmiş kitabça üzrə səhnəyə
çıxarıldı.
Hüseyn Cavidin “İblis”i bu son zaman türk mətbuatında
böyük tənqid və mübahisələrə səbəb olmuşdursa da, onun bütün
xasiyyəti, nöqsanları və yaxşılıqları tamamilə və hərtərəfli surətdə
aydın edilməmişdir.
Həqiqətdə Hüseyn Cavid yeni türk ədəbiyyatında böyük mə-
qam tutmuşdur və onun əsərləri daha artıq diqqətə, daha müfəssəl
Úàâèäè õàòûðëàðêÿí
484
tənqid və təhlilə layiqdirlər. Lakin biz burada əsəri təhlil etmək-
dən vaz geçərək, tamaşanın gedişinə və aktyorların oynamasına
dair yazmaq istərdik...” (6 yanvar 1925, № 683).
Hüseyn Cavidin “İblis” dramı 1924-cü ildə çapdan çıxmışdı,
lakin nədənsə müəllif onu mənə göndərməmişdi. Bu əsərlə
əlaqədar olaraq, mən Hüseyn Cavidlə 1914-cü ildə Tiflisdəki
görüş və söhbətlərimizi xatırlayıram. Xatırlayıram ki, o zaman
şair dostum Leonid Andreyevin dramları, xüsusilə “Anatema”
dramı ilə maraqlandığı kimi, Lermontovun “Demon” poeması və
Hötenin “Faust” əsəri ilə də çox maraqlanırdı.
Bu son əsəri onunla birlikdə oxuduğum yadıma gəlmir, lakin
Lermontovun “Demon” əsərini başdan axıra qədər birlikdə oxu-
duğumuz və təhlil etdiyimiz mənim yaxşı yadımdadır. Bu əsər
Cavidi yamanca tutmuşdu.
Buna əsasən mən belə ehtimal edirəm ki, bəlkə İblis surəti
hələ o zaman Cavidi maraqlandırırmış.
Tiflisdə 1923-cü il teatr mövsümü bağlanandan sonra “Yeni
fikir” qəzetində dərc edilmiş yekun məqaləsində mən yenə də ilk
növbədə Hüseyn Cavidin əsərləri haqqında danışmağı lazım
bilmişdim:
“Keçən mövsümdə türk səhnəsində göstərilən əsərləri nəzər-
dən keçirdikdə, ən əvvəl, biz böyük şairimiz Hüseyn Cavidin üç
əsərini yad etmək istərdik. Bunlardan “Şeyx Sənan” və “İblis”
şairimizin ən qüvvəli əsərlərindən olub, səhnədə qoyulmaqları
üçün də böyük çətinliklər yaradırlar. “Şeyx Sənan” Tiflis səhnə-
sində iki dəfə oynanıldı və hər iki dəfə də həm səhnə tərtibatı,
həm də oynayan aktyorlar bizi razı edə bilmədi. Əlbəttə, “Şeyx
Sənan” üçün xüsüsi dekorasyon, xüsusi libaslar olmalıdır, bunlar-
sız ötüşmək qeyri-mümkündür.
Hüseyn Cavidin üçüncü əsəri “Uçurum” səhnədə iki dəfə
göstərildisə də, fikrimizcə, şairimizin ən zəif əsərlərindəndir. Biz
çox istərdik ki, böyük şairimiz bu əsərinin üstündə bir çox
fikirləşib, onu mükəmməl surətdə dəyişdirsin.
Yalnız Hüseyn Cavid türk aləmində ən qüvvəli şair oldu-
ğundan biz bu tələbi ondan edirik, yoxsa “Uçurum” ortabab bir
Úàâèäè õàòûðëàðêÿí
485
şair tərəfindən yazılmış olsaydı, biz onu beləliklə də məqbul
hesab edə bilərdik...” (8 iyun 1923, № 177).
Çox ola bilər ki, bu son cümləni yazanda müəllif, şair
dostunun bir daha ondan inciyə biləcəyini nəzərə alaraq yazmışdı.
Aradan bir qədər keçmiş, 1924-cü ilin fevral ayında mən
Bakıdan Hüseyn Cavidin aşağıdakı məzmunlu açıq məktubunu
aldım.
“Bakı, 9 fevral 1924.
P ə k m ö h t ə r ə m Ə z i z Ş ə r i f !
Əlan poçtadan yeni təb edilmiş “Peyğəmbər”i, zakaznoy ola-
raq, sana göndərdim. Təbii, mütaliə edib, bir vaxt nöqteyi-nəzə-
rini yazarsan. Lakin bir rica edəcəyəm. Burada oynanılmadığı
kibi, ordakılara da rast gəlsəniz, oynanılmamasını tənbeh və töv-
siyə edərsiniz. Şimdilik bən razı olamayıram. Sonra, gələcək
illərdə baxarız...
Qardaşın Cavid”.
Bu məktubla bərabər Hüseyn Cavidin “Peyğəmbər” əsərini də
aldım. Onun ilk vərəqində şair dostum yazmışdı:
“Tiflisdə. İncə ruhlu, dərin düşüncəli arqadaşım möhtərəm
Əziz Şərifə! H ü s e y n C a v i d . Şabat, 1924”.
Müəllifin öz xahişinə görə, bu əsər Tiflis teatrında tamaşaya
qoyulmadı
*
. Lakin onun “Şeyx Sənan” əsəri Tiflisdə tez-tez səh-
nədə göstərilirdi və hər dəfə teatr salonu tamaşaçılarla dolu
olurdu. Çox zaman teatr öz mövsümünü bu şairanə dramla açırdı.
1924-cü ildə teatrın baş rejissoru Aleksandr Tuqanov bu əsəri öz
benefisi üçün seçmişdi, 1926-cı ildə Bakı teatrı Tiflis qastrolu
üçün yenə həmin əsərin tamaşasını gətirmişdi.
Bütün bunlar “Şeyx Sənan”ın o zaman tamaşaçılar kütləsinin
ən artıq sevdiyi səhnə əsəri olduğunu sübut edir.
Dostları ilə paylaş: |