* * *
*
1920-ci illərin əvvəllərində “Peyğəmbər” Bakı teatrlarından birində tamaşaya
hazırlansa da, göstərilməmişdir. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
486
Bu dövrdə Hüseyn Cavid Bakıda, mən isə Tiflisdə yaşayır-
dım, buna görə də tez-tez görüşüb əvvəlki kimi dərdləşə bilmir-
dik, yalnız hərdənbir məktublaşırdıq. Mən dostumun bütün mək-
tublarını saxlamışam, indi də yeri gəldikcə onları bir-bir oxu-
culara təqdim etməklə özümü xoşbəxt hesab edirəm. Görüşlərimiz
haqqında isə az-çox məlumatı yalnız gündəliyimin səhifələrindən
alıram. Məsələn, 1926-cı il fevral-mart aylarında Bakıda keçirilən
birinci türkoloji qurultayda görüşdüyümüz gündəliyimdə belə
qeyd edilmişdir:
“Cümə, 26 fevral... Axşam saat 7-də qurultay açıldı. Hüseyn
Cavidlə yanaşı oturmuşdum. Mirzə Çəlil, Sultanməcid Qənızadə
və başqaları ilə görüşdüm...”
Qurultayın sonrakı günlərində Hüseyn Cavidlə görüşdüyüm
qeyd edilməmişdir. Mən deyə bilmərəm ki, qurultay münasibətilə
Bakıda keçirdiyim on günün müddətində mənim Hüseyn Cavidlə
yalnız bircə görüşüm olmuşdur, lakin burada Hüseyn Caviddən
danışarkən, mən yalnız və yalnız sənədlərə və sənəd xasiyyəti
daşıyan gündəliyimə əsaslanıram, çünki o zamankı hadisələri bu
gün, əlli-altmış il sonra yada salıb canlandırmaq son dərəcə
etibarsız və boş işdir: çox zaman biz bu kimi “xatirələrin” yalan-
palan olduğunu görürük. Buna görə də şəxsən mən sənədsiz və
sənədlə təsdiq edilməmiş xatirələrə həmişə şübhə ilə yanaşmağı
adət etmişəm, özüm də uzaq keçmişin bir hadisəsini yada salanda
çox ehtiyatla, min dəfə ölçüb-biçəndən, yoxlayıb təhqiq edəndən
sonra qələmə alır, oxuculara təqdim edirəm.
Gündəliyimdə Hüseyn Cavidin adı bir də həmin ilin iyun
ayında çəkilir:
“Bazar ertəsi, 21 iyun. Axşam saat 9-da Hüseyn Cavid gəldi.
O, viza almaq üçün dünən Bakıdan gəlmişdir. Berlinə gedir. Gecə
saat birə qədər oturdu. Şam elədik. Dərdləşdik.
Tək günü, 22 iyun... Çavid nahara bizdə idi. Saat 9-a qədər
söhbət elədik. Sabah səhər o, Moskvaya, ordan da Berlinə
gedir...”
Úàâèäè õàòûðëàðêÿí
487
Gündəliyimdən gətirdiyim bu qeyd hər hansı bir rəsmi sənədi
əvəz edə bilən, hətta hər bir rəsmi sənəddən daha etibarlı olan bir
sənəddir, çünki real həyatın, demək olar ki, nəqşidir və bir para
əsərdə Cavidin “aprelin 10-dan oktyabrın 1-nə qədər Almani-
yada” olduğunu iddia edən müəlliflər, özləri də bilmədən, kobud
səhvə yol verirlər.
1926-cı ildə Hüseyn Cavidlə bir daha görüşdüyümüz barədə
heç bir qeyd yoxdur. Bu ildə ondan məktub aldığım, ya ona
məktub yazdığım da qeyd edilməmişdir. Lakin gündəliyimin 17
və 31 dekabra aid qeydlərində Hüseyn Cavidin “Topal Teymur”
əsərinin tamaşaya qoyulduğu haqda xəbər verilir. Əsərin birinci
tamaşası haqqında “Yeni fikir” qəzetində mənim böyük məqaləm
çap edilmişdi ki, onu ixtisarla burada verməyi lazım bildim:
“Topal Teymur”. Yazanı Hüseyn Cavid.
Tamaşası çoxdan bəri gözlənən “Topal Teymur”, nəhayət,
çümə günü, dekabrın 17-də Tiflis səhnəsində göstərildi. Hüseyn
Cavidin bu son əsəri haqqında Bakı mətbuatında müfəssəl mə-
lumat verilərək, onun nöqsanları göstərilmişdi. Hələlik biz, pyesin
təhlil edilməsindən vaz geçərək, yalnız tamaşa və aktyorların
oyunundan bəhs edəcəyik. Pyes haqqında öz fikrimizi isə xüsusi
bir məqalədə söyləyəcəyik.
“Topal Teymur”un Tiflis səhnəsində birinci tamaşası aktyor
və rejissorlarımızın pyes üstündə artıq dərəcədə çalışmasını və
pyesə lazımi diqqətlə yanaşmasını göstərdi. Çoxdan bəri biz Tiflis
türk səhnəsində bu dərəcədə yenilik görmürdük. Teatrda lazımi
dekorlar olmadığından, rejissorluq heyəti yeni dekorlar yazdırmış
və hazırlatmışdır, böyük opera teatrosundan xüsusi və zəngin
libaslar almışdır.
Pyesin yeniliyindən dolayı bütün səhnədə çalışan heyət tama-
şaya artıq həvəslə hazırlanmışdır. Bu barədə biz cavan rejis-
sorumuz İbrahim İsfahanlının məharətini əlavə qeyd etməkdən
vaz keçə bilmirik. Bu rejissor hər çəhətdən oyunun gözəl keçməsi
üçün çalışmışdır.
Úàâèäè õàòûðëàðêÿí
488
Bu oyun birinci dəfə göstərildiyi və yeni olduğu üçün rejis-
sorlarımızın öz şəxsi qüvvəsini göstərmək üçün bir vasitədir,
çünki cavan rejissor İsfahanlı, irəliki öz quruluşlarında əski
əsərlərdə başqalarından görüb-götürdüyü üsulu yürütdüyü halda,
bu oyunda yalnız öz qüvvəsi, öz ustalığı və öz baçarığı ilə iktifa
etməli idi. Bu nöqteyi-nəzərdən İbrahim İsfahanlı bacarıqlı
rejissor adını almaq üçün imtahan vermiş hesab edilə bilər.
Yuxarıda söylədiyimiz kimi, bu axşam bütün aktyorlar vahid
bir kollektiv kimi öz rollarını gözəlcə ifa etdilər. Birinci növbədə,
Topal Teymurun rolunu oynayan Əhməd Salahlını qeyd etmək
lazımdır. Əhməd Salahlı bu rolda Hüseyn Cavid yaratdığı Tey-
murun simasını doğru göstərdi. Aktyorun hər hərəkəti Teymurun
böyük hökmran, cəngavər və şücaəti sevən mərd olduğunu an-
dırırdı. Sözləri və hərəkətləri kəskin, üzünün tərpənişi (mimikası)
kəskin! Şübhəsiz ki, bu rol Əhməd Salahlı tərəfindən yaradılan
simalar arasında birinci yeri tutacaqdır.
Rejissorluq etməklə bərabər, pyesdə ən əhəmiyyətli rollardan
olan Orxan rolunu İbrahim İsfahanlı ifa edirdi. İsfahanlı qüvvəli
aktyordur. Onun səhnəyə məxsus təhsil və tərbiyəsi yox isə də,
həm təcrübəsi, həm də daxili qüvvəsi vardır. Buna görə də aktyor
öhdəsinə aldığı rollar kimi, Orxanın rolunu da böyük düşüncə ilə
oynayır.
Pyesin üçüncü mərkəzi rolunu – İldırım Bəyazidi cavan və
bacarıqlı aktyorumuz Əsəd Xəlilov oynayırdı. Aktyor əvvəlinci
çıxışında (üçüncü pərdə) rolunu layiqincə keçirdisə, təəssüflər
olsun ki, sonradan bir qədər zəiflik göstərdi.
4-cü pərdədə onun qəzəbi təbii deyildi. Aktyorun sancılanmış
adi bir adam kimi özünü qarnı üstə taxtın üzərinə yıxmağı, başını
tovlamağı və bu kimi hərəkətləri heç də zalım, müstəbid, kefcil,
lakin qəhrəman, qorxmaz və cəsur bir sultanı göstərmirdi...
...Ümumiyyətlə oyun çox maraqlı keçdi və teatr salonunu
ağzına qədər doldurmuş olan tamaşaçılar aktyorları dəfələrlə
şiddətlə alqışladılar”. (19 dekabr 1926, № 1269).
Úàâèäè õàòûðëàðêÿí
489
O illər Hüseyn Cavid yalnız Azərbaycan tənqidçi, ədəbiyyatçı
və oxucularını deyil, bütün Zaqafqaziya mətbuat işçiləri və ədə-
biyyat həvəskarlarını da maraqlandırırdı. Yuxarıda “Plamya” jur-
nalı redaksiyasının Hüseyn Cavid yaradıcılığına diqqət yetirdiyi
və onun əsərlərini rusca çap etmək istədiyi barədə yazmışdıq.
Bunun davamı olaraq, gündəliyimdəki bir qeyd də bunu təsdiq
edir. 1928-ci ilə aid gündəliyimdə oxuyuruq:
“Cümə axşamı, 12 yanvar... Axşam Vladimir Sutırin bizə
gəlmişdi. Gecə saat birə qədər oturdu. Mən Azərbaycan ədə-
biyyatı və xüsusi təfsilatla Hüseyn Cavidin yaradıcılığı haqqında
ona məlumat verirdim...”
Burada adı çəkilən Vladimir Sutırin indi Moskvada yaşayan
rus yazıçı, tənqidçisi və kinodramaturqu, o zaman Zaqafqaziya
ölkə partiya komitəsində (Zakkraykom) məsul işdə idi və Zaqaf-
qaziya xalqlarının ədəbiyyatı ilə maraqlanırdı. Azərbaycan ədə-
biyyatından ruscaya tərçümələrin az olduğundan, o çox vaxt mə-
nimlə söhbət edər, məndən məlumat alardı. Mən də onu maraq-
landıran yazıçıların həyat və fəaliyyətindən, əsərlərinin məzmu-
nundan bildiyimi ona nəql edərdim. Çox vaxt bu məsələlər ətra-
fında onunla uzun-uzadı söhbətlərimiz, bəzən də mübahisələrimiz
olardı.
*
Sutırinlə bu görüşdən üç gün sonra gündəliyimdə bu qeydə
rast gəlirik:
“Bazar, 15 yanvar... Hüseyn Cavidin rəfiqəsi Mişkinaz
uşaqları ilə, Məmməd Rəhimov bacısı ilə Mirzalıbəyin qızı bizdə
idilər. Onlar Naxçıvandan gəlib Bakıya gedirlər... Gecə saat 11-də
qonaqlarımızı yola saldıq, getdilər...”
Hüseyn Cavidin rəfiqəsi Mişkinaz xanım ailəcə bizim yaxın
qohumumuzdur. Mənim ailəm Kaxetiyada yaşayanda balaca
Mişkinaz da anası Şahsənəm dayıqızı və atası Xudabaxışla bizdə
qalırdı. Anası qürbət vilayətdə anama yoldaşlıq edərdi, atası da
*
Cavid əsərlərinin rus dilinə tərcümə məsələsi 1920-ci illərdə qaldırılsa da,
həyata keçməmişdi. 1980-ci illərdə 100 illik yubileyi münasibətilə bəzi
əsərləri, o cümlədən “Şeyx Sənan” rus dilinə tərcümə edilmişdi. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
490
dəmiryol tikintisində atamın etibarlı köməkçisi, mənim də ürək
dostum idi. Gündəliyimdə ona həsr edilmiş bir çox səhifə vardır
ki, bir gün onları da üzə çıxararıq.
Yuxarıdakı qeyddə adları çəkilən Məmməd Rəhimov Naxçı-
vanda Demokrat Məmməd adıyla tanınırdı, Mirzalıbəy
(Bektaşov) isə Naxçıvanda tanınmış ictimai və siyasi xadimlərdən
idi ki, bunların ikisi də mənim dostum və yoldaşım idi.
O günlərdə Hüseyn Cavidin rəfiqəsi, oğlu Ərtoğrul
*
və qızı
Turanla birlikdə Naxçıvandakı atası evindən Bakıdakı öz evinə
qayıdırdı.
Bu hadisədən on gün sonra mən Bakıya imla konfransına
getməli olmuşdum ki, orada Hüseyn Cavidlə görüşmüşdüm:
“Çərşənbə, 25 yanvar... Axşam saat 5-dən 9-a qədər kon-
fransda oldum. Yeni əlifba Mərkəzi komitəsi haqqında Ağama-
lıoğlunun məruzəsi, sonra da müzakirə oldu. Hüseyn Cavid,
Əhməd Pepinov və başqaları ilə görüşdüm...”
Konfransın sonrakı günlərində Hüseyn Cavidlə görüşüm haq-
qında heç bir məlumat yoxdur. Yalnız aradan təxminən doqquz ay
keçəndən sonra, 1928-ci ilə aid gündəliyimdə yenə şair dostumun
adı çəkilir:
“Cümə axşamı, 13 sentyabr... Hüseyn Cavid gəlmişdi.
Saat dörddən axşam doqquza qədər oturub, bolluca söhbət
elədik. Bir neçə gün burada qalmalı olduğunu dedi...
Çərşənbə, 19 sentyabr. Gündüz yenə Hüseyn Cavid gəlmişdi.
Axşama qədər söhbət elədik”.
Cavidin bu dəfə nə münasibətlə Tiflisə gəldiyi barədə heç bir
şey yazılmamışdır.
*
Gündəliyimdəki qeydlərə görə, o günlər mənim başım çox
qarışıq imiş. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində səhər-
axşam işləməli olduğum üçün ədəbiyyatla məşğul ola bilmirdim.
İşlərimin bu gərgin vaxtında da şair dostum Tiflisə gəlmişdi.
*
Əslində Ərtoğrol. – Tərtibçi.
*
Dramaturq həmin ildə “Knyaz” faciəsinin üzərində işləyirdi. Tiflisə səfəri bu
münasibətlə ola bilərdi. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
491
Onun harada düşdüyü gündəliyimdə göstərilməmişdir. Bu dəfəki
səfərdə biz ikinci və sonuncu dəfə onunla çərşənbə günü, sent-
yabrın 19-da görüşmüşdük. Hüseyn Cavid bizə gəlmiş və ancaq
saat altıyadək qala bilmişdi, çünki saat altıda mən Zaqafqaziya
Mərkəzi İcraiyyə Komitəsi prezidiumunun iclasına getməli idim.
Hüseyn Cavidlə növbəti görüşümüz 1929–cu ildə Bakıda
olmuşdu:
“Bazar günü, 21 aprel... Axşam saat 7-yə qədər Rzagildə
oldum. Sonra Rza və Əyyubla Hüseyn Cavidgilə getdik. Saat ona
qədər oturub, ədəbiyyatdan söhbət elədik. Ordan kinoya getdik...”
Bütün 1929-cu il ərzində gündəliyimdə Hüseyn Cavidlə yal-
nız bir bu görüşümüz qeyd edilmişdir. Sonrakı 1930-cu il fevral
ayında Tiflisdə Zaqafqaziya yazıçılarının plenumu çağırılmışdı.
Bakıdan bu plenuma bir çox yazıçı gəlmişdi ki, onların içində
Hüseyn Cavid də var idi. Buna görədir ki, gündəliyimdə buna aid
bir neçə maraqlı qeyd qalmışdır:
“Cümə axşamı, 20 fevral... Nahara Hüseyn Cavid bizdəydi.
Onunla gecəyarıya qədər söhbət elədik. Haqverdiyev də bura-
dadır. Şura yazıçılarının plenumu olacaq...
Şənbə, 22 fevral... Nahara Əbdürrəhimbəy xanımı ilə, Cavid
və Rzaqulu bizdə. Yaxşı yedik, içdik. Anam sağ olsun, hər cəhət-
dən üzümüzü ağ eləyir, xəcalət çəkmirik. Qonaqlar saat 7-də
getdilər. Sabah Bakıya qayıdırlar”.
Həmin il mart ayında, Novruz bayramı ərəfəsində, mən anamı
Bakıya aparmışdım. Martın 6-dan 15-nə qədər Bakıda qaldıq,
bütün qohum-qardaş, dost-aşna, tanış-bilişlərlə görüşdük. Bir gün
də Hüseyn Cavidgildə olduq:
“Bazar ertəsi, 10 mart... Naharı anamla Hüseyn Cavidgildə
elədik...”
Bu nahar mənim yaxşı yadımdadır.
Azərbaycan Mərkəzi İçraiyyə Komitəsinin “Kommunist”
küçəsindəki
*
binasının üçüncü mərtəbəsində Hüseyn Cavidin öz
*
İndiki “İstiqlaliyyət” küçəsi. Cavidin ev muzeyi həmin binadadır. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
492
ailəsi ilə yaşadığı mənzilində biz, Mişkinaz xanımın bişirdiyi
dadlı Naxçıvan plovunu yeyəndən sonra, ətirli məxməri çay içə-
içə söhbət edirdik. Söz yox ki, söhbət ədəbiyyatdan gedirdi. Mən
şair dostumun, bizim bugünkü həyatımızdan yazmayıb, ya qədim
dövrdən, ya da uzaq ölkələrdən yazdığını tənqid edirdim. O da
dinməz-söyləməz məni dinləyirdi.
Ədəbiyyatdan fəlsəfəyə keçdik. Mən yenə nəsihətamiz bir
tərzdə... uzun-uzadı moizə edirdim ki, birdən dostum, artıq mə-
nim bu yersiz və usandırıcı təbliğatımdan təngə gələn kimi, açıldı,
nə açıldı.
Təbliğatımın yersiz və usandırıcı olduğunu mən indi, o vaxt-
dan qırx iki il keçəndən sonra duyur və indi etiraf edirəm, o
zaman isə şair dostuma elədiyim nəsihətləri heç də yersiz hesab
etmirdim. Bu da mənim böyük səhvim idi, çünki həmən dövrdə
vulqar sosiologizm cərəyanı Azərbaycan ədəbiyyatçı və tənqid-
çiləri arasında özünə müəyyən yer eləmişdi. Mətbuatda Hüseyn
Cavidin yaradıcılığı tənqid, bəzən də haqsız və sərt, çox zaman da
vulqar sosiologizm cəbhəsindən tənqid edilirdi.
Hüseyn Cavid tənqiddən qaçan, qorxan, inciyən şair deyildi.
Gündəliyimdən buraya köçürdüyüm qeydlərdən göründüyü kimi,
mən hələ məktəbli olduğum zaman onun əsərləri haqqında
çəkinmədən öz rəyimi deyərdim, o da mənimlə hesablaşardı və
əsərlərinin bəzilərini mənim məsləhətlərimə görə təzədən işlərdi.
Çünki o zaman mənim tənqidim səmimi, xeyirxah tənqid idi. Mən
onu bir dost kimi tənqid edirdim, o da bir dost kimi mənim
tənqidimi dinləyir, ağlına batanı qəbul, ağlına batmayanları isə
rədd edirdi. Buna görə də aramızda inciklik olmurdu.
O gənclik vaxtından artıq on beş il keçmişdi və çox şey, çox
şey dəyişilmişdi. Təzə şəraitdə Hüseyn Cavid vulqar sosiologizm
cəbhəsindən ona qarşı edilən prinsipsiz hücumlardan təngə gəl-
miş, usanmışdı. Qəzet və jurnallarda oxuduğu, iclaslarda eşitdiyi
bəzi tənqidi çıxışlar onu qane edib inandıra bilmir, əksinə, onu
daha da acıqlandırır, inada salırdı. Bu vəziyyətdə o öz əsərləri
haqqında məndən ağıllı, inandırıcı, obyektiv, dərin, dostanə tən-
Úàâèäè õàòûðëàðêÿí
493
qid, rəy, məsləhət gözləməkdə tam haqlı idi. Bu cür tənqidə onun
böyük ehtiyacı var idi. Mənim isə böyuk və bağışlanmaz səhvim
bundan ibarət olmuşdu ki, dostumun yaradıcılığı haqqında danı-
şarkən, onun zəif cəhətlərini tənqid edərkən, mən bunu nəzərdən
qaçırmış, ədəbiyyat sahəsində hakimiyyət iddiasında olan rəsmi
təiqidçilərin boş və haqsız iradlarını təkrar etməklə aramızdakı
dostluq, məhrəmlik, sirdaşlıq şərtini pozmuşdum.
Son dərəçə həssas qəlbə və kəskin şüura malik olan şair dos-
tum isə bunu duymuş və artıq özünü nəzakət dairəsində saxlaya
bilməmişdi. Onun olduqca sərt, acıqlı, təhqiredici hərəkəti məni
sanki birdən-birə ayıltmışdı. Ev sahibinin öz qonağına, həm də
əziz qonağına, yaxın dostuna qarşı belə hərəkəti bizim hamımıza
dərin təsir bağışlamışdı. Otağa ağır və qorxunç bir sükut çök-
müşdü. Bir andan sonra anam məni məzəmmət, Mişkinaz xanım
da Hüseyn Cavidi sakit etməyə başladılar. Bizim barıt qoxusu
verən söhbətimizə qulaq asan uşaqlar da nəfəslərini çəkib gözləri
bərəlmiş halda bizə baxırdılar.
Mən dostumun bu gözlənilməz hərəkətindən inciməmişdim,
çünki bu hərəkətə özümün səbəb olduğumu, dostumun qəlbinə
dəydiyimi dərhal anlamış və peşman olmuşdum. Lakin yenə də
məclis soyumuşdu. Bir azacıq da oturandan sonra anamla mən öz
dostlarımızla vidalaşıb getdik.
Bu hadisədən sonra bir neçə ilin ərzində Hüseyn Cavidlə
görüşmürdük, onun məktubları da məndə qalmamışdır, gündə-
liyimdə də onun adı çəkilmir. Yalnız həmin ilin aprelində mən
Bakıya gəlmişdim və o vaxtdan yadigar olaraq gündəliyimdə belə
bir qeyd vardır:
“Çərşənbə, 30 aprel... Axşam teatrın sonuncu tamaşasına
getdim. “Dəli Knyaz”
1
Hüseyn Cavidin əsəri. Yaxşıdır...”
1
“
Knyaz” faciəsi nəzərdə tutulur. O vaxtlar həmin pyes oxucu və tamaşaçılar
arasında “Dəli Knyaz” kimi məşhur idi. – İ.O.
Úàâèäè õàòûðëàðêÿí
494
Bu qeyddən sonra Hüseyn Cavidin adı bir də mənim 1935-ci
ilə aid gündəliyimdə çəkilir:
“Çərşənbə, 27 fevral... Axşam evdə Hüseyn Cavidin
“Səyavuş” dramını oxuyurdum...”
Həmin ilin oktyabr ayında mən Bakıya gedib on bir gün
qalmışdım ki, bu barədə gündəliyimdə ümumi bir qeyd vardır. Bu
qeyddən mənim “Səyavuş” tamaşasına baxdığım, Əbdürrəhim bə-
yin rəfiqəsi Yevgeniya Osipovna, Ülvi Rəcəb, Əli Nazim, Hüseyn
Cavidgildə nahar elədiyim, bir neçə axşam Həmidə xanım, yenə
Yevgeniya Osipovna və Hüseyn Çavidgildə olduğum məlum olur.
Bu görüşlər haqqında müfəssəl məlumat verilməmişdir.
O zaman mən iş yerimi dəyişmişdim, sentyabr ayından Zaqaf-
qaziya Dövlət Nəşriyyatında (Zakkiz) Azərbaycan ədəbiyyatı üzrə
baş redaktor vəzifəsində işləyirdim, Bakıya da iş üçün gəlmişdim.
Burada mən müxtəlif rəssam (Əzim Əzimzadə, Qəzənfər Xalıqov,
Əmir Hacıyev, İsmayıl Axundov), tərcüməçi və ədəbiyyatçılarla
görüşüb nəşriyyat məsələlərini həll edirdim.
Bu səfərdən yadigar olaraq məndə Hüseyn Cavidin avtoqrafı
ilə “Səyavuş” kitabçası qalmışdır. Dostum kitabın titul vərəqində
bu sözləri yazmışdır:
“Pək möhtərəm və dəyərli dostum Əziz Şərifə dəyərsiz xatirə.
17/1935. H ü s e y n C a v i d ”.
Göründüyü kimi, burada Cavid tarixi yazarkən ayı qeyd
etməyi unutmuşdur. Lakin gündəliyimdəki qeydə əsaslanaraq, bu
ayın oktyabr olduğunu demək olar.
Bakıdan qayıdandan sonra mən şair dostuma məktub yazmış
və tezliklə ondan latın əlifbası ilə yazılmış aşağıdakı məzmunda
açıq məktub almışdım:
“P ə k m ö h t ə r ə m Ə z i z !
Lütfən yazdığınız uzun məktubu aldım. Təşəkkür edərim.
Ağır soyuq aldığımdan uzun cavab yazamadım. Təbii, qüsura
baxmazsınız. Ümidvaram ki, eyi fürsət düşdükdə bizi unutmaz-
sınız...
22-X-35. H.Cavid.
Úàâèäè õàòûðëàðêÿí
495
Bu aradan bir az keçmiş Hüseyn Caviddən yenə bir açıq
məktub almışdım:
“M ö h t ə r ə m Ə z i z ! Belə dostluq olmaz. Sana adres verdim.
Bizim müqavilənamə nə oldu? Niçin düzəldib göndərmirsən?
Paraya ehtiyacım olduğunu sana söyləmədimmi? Verdiyin sözləri
nə tez unutdun? Cavab gözləyirəm... Hüseyn Cavid. 15-XI-35”.
Şair dostumun məndə qalan bu son məktubundan anlaşılır ki,
oktyabr ayında Bakıda olan zaman mən, o biri yazıçılarla olduğu
kimi, Hüseyn Cavidlə də onun əsərlərinin tərcümə planına salınıb
Tiflisdə rusca nəşr ediləcəyi barədə söhbət etmiş və Tiflisə qayı-
dandan sonra uzun məktub yazmışdım. Lakin plan hələ təsdiq
edilməmişdi, buna görə də hələ müqavilənamə göndərmək müm-
kün deyildi. Dostum isə müqavilənamə bağlayıb avans almağa
tələsirmiş.
Həmin il dekabrda mən yenə dörd gün Bakıda olmuşdum.
Tək günü, dekabrın 17-də, Bakıya çatan günün axşamına, gənc
dostum Əli Nazim mənim Ali pedaqoji institutunun dil və ədə-
biyyat fakültəsində çağırılmış ədəbi konfransa dəvət etmişdi. Bu
konfransda mən tələbələrin məruzələrini dinləmiş və çox razı
qalmışdım. Sabahı gün, dekabrın 18-də sonuncu məruzə Hüseyn
Cavidin “Səyavuş” dramına həsr edilmişdi ki, sonra müzakirə
keçirilmiş və Əli Nazimin son sözü ilə konfrans bağlanmışdı.
O zaman tənqid və ədəbiyyatşünaslıq sahəsində qızğın fəaliy-
yət göstərən Əli Nazimlə görüş və söhbətlərim haqqında gün-
dəliyimdə bir yığın müfəssəl qeyd vardır ki, vaxtı gələndə onları
da Əli Nazimdən aldığım və səliqə ilə saxladığım xüsusi mək-
tublarla bərabər oxuculara təqdim etmək ümidindəyəm.
İndi isə yenə Hüseyn Cavid mövzusuna qayıdıram.
Yuxarıda deyildiyi kimi, mən 1935-ci il sentyabrdan etibarən
Zaqafqaziya Dövlət Nəşriyyatında işləməyə başlamışdım. Bu
dövrdə mən bilavasitə Azərbaycan ədəbiyyatının ruscaya tərcü-
məsi və nəşri ilə məşğul idim. Bu münasibətlə yenə Hüseyn
Cavid haqqında 1936-cı ilə aid gündəliyimdə müəyyən məlumat
verilir:
Úàâèäè õàòûðëàðêÿí
496
“ Bazar, 26 yanvar... Axşam Raxmanın iştirakı ilə Zaqaf-
qaziya Dövlət Nəşrıyyatında müşavirə oldu. İllik planlar müzakirə
və təsdiq edilirdi. Gurcü ədəbiyyatı üzrə 171 çap vərəqi, Azər-
baycan – 133 və erməni ədəbiyyatı uzrə 120 çap vərəqi təsdiq
edildi. Mənim planımı əsasən şeir hesabına – Cavid, Rahim,
Zakir, Sabir – ixtisar elədilər... Bu şairlərin kitabları gələn ilə
keçirildi”.
Burada adı çəkilən Raxman o zaman Zaqafqaziya ölkə partiya
komitəsində rəhbər işdə idi və mən işlədiyim nəşriyyatın məsul
redaktoru idi. Zaqafqaziya federasiyası ləğv ediləndən sonra o,
Bakıya köçmüş və “Bakinski raboçi” qəzetinə redaktor təyin
edilmişdi.
Nəşriyyatımızda keçirilən bu iclasda mən Hüseyn Cavidin
kitabını müdafiə edib plandan çıxarılmasına mane ola bilməmiş-
dim, buna görə də dostumun qarşısında özümü müəyyən dərəcədə
müqəssir kimi hiss edirdim.
Lakin çox keçmədi ki, vəziyyət kökündən dəyişildi. Zaqaf-
qaziya federasiyasının ləğvi ilə əlaqədar olaraq, bütün federativ
idarə və təşkilatlar kimi, bizim nəşriyat da ləğv edilməli idi. Bu
münasibətlə 1936-cı ilin oktyabr ayında nəşriyyat məni Bakıya
göndərmişdi. Bakıda mən Zaqafqaziya nəşriyyatında Azərbaycan
ədəbiyyatı sahəsində görülmüş işlər və hazırlanmış kitablar haq-
qında mütabiq respublika idarələri ilə danışmalı və bütün nəşriy-
yat materiallarının respublika nəşriyyatına verilməsi məsələsini
həll etməli idim.
Bütün bu hadisələr haqqında o vaxtkı gündəliyimdə xatirat-
ımın ayrıca bir fəsli üçün kifayət dərəcədə maraqlı material vardır
ki, onlar da görkəmli Azərbaycan yazıçılarının bir çoxundan
aldığım və bu günə kimi saxladığım məktublarla birlikdə nizama
salınıb bir vaxt oxuculara təqdim ediləcəkdir.
İndi isə həmin səfərimdə Hüseyn Cavidin adı çəkilən bir sətri
bura köçürməklə kifayətlənirəm:
“ Dostları ilə paylaş: |