Qalxma gücünün təyini: Yarımfabrikatların qalxma
gücünü kürəcik metodu ilə təyin edirlər. Yarımfabrikatın qalx-
ma gücü dedikdə, resepturaya əsasən yarımfabrikatlardan yoğ-
rulmuş xəmir kürəciyinin suya salma anından onun səthinə
çıxma anınadək olan şərti zaman müddəti başa düşülür.
Un əlavə etmədən xəmirdən 10 q kütləyə malik kürəcik
formalaşdırılır. Yarımfabrikatı çini fincandakı xəmirə qarışdırır,
tam yarıya bölür və hamar səthli, çatsız kürəciklər formalaşdı-
rırlar. Kürəcikləri eyni zamanda 32°C-yə malik su ilə doldurul-
85
muş 200-250 sm
3
tutumlu stəkana salır, eyni temperatura malik
termostata yerləşdirir və onların suyun səthinə çıxma anınadək
olan vaxtı qeyd edirlər.
Analizin nəticəsi kimi iki paralel təyinetmənin orta
qiymətini götürürlər. Onlar arasındakı fərq 2 dəqiqədən artıq
olmamalıdır.
Ümumi turşuluğun təyini. Ümumi (titrlənən) turşuluq
turşu və turşuya həssas maddələrin ümumi miqdarı ilə xa-
rakterizə olunur. Turşuluğun təyini – çörək zavodu labora-
toriyası şəraitində asanlıqla həyata keçirilən sadə analizdir.
Buna görə də bu göstərici çörəkbişirmə istehsalının texniki-
kimyəvi nəzarəti əsasında qoyulmuşdur.
Yarımfabrikatların ümumi turşuluğunu titrləmə metodu
ilə təyin edirlər. 5,00±0,01q yarımfabrikat nümunəsini fincanda
texniki tərəzinin köməyi ilə çəkirlər. Nümunəni çini həvəngə
keçirir və kleykovinanı yumadan 50sm
3
distillə suyu ilə ovxa-
layırlar. Üzərinə 3-5 damcı fenolftaleinin spirtli məhlulunu
töküb, 0,1mol/dm
3
konsentrasiyaya malik natrium hidroksid
məhlulu ilə çəhrayı rəng əmələ gələnədək titrləyirlər.
Yarımfabrikatın turşuluğunu T
yf
(dərəcə) aşağıdakı
formula əsasən təyin edirlər.
10
100
⋅
⋅
=
u
yf
m
V
T
burada, V - NaOH məhlulunun həcmi, sm
3
; m
u
- un nümunə-
sinin kütləsi, q; 1/10 - 0,1mol/dm
3
konsentrasiyalı NaOH məh-
lulunun 1mol/dm
3
konsentrasiyaya keçid əmsalı; 100 - 100q
məhsula keçid əmsalı.
Paralel titrləmə arasındakı fərq 0,2 dərəcədən çox
olmamalıdır. Nəticə 0,5dərəcə dəqiqliklə ifadə olunur.
Nəticə: Müxtəlif növ yarımfabrikatların keyfiyyətini
fiziki-kimyəvi göstəricilərə görə qiymətləndirmək.
86
LABORATOR YA Ş № 26
YARIMFABR KATLARDA AKT V
TURŞULUĞUN VƏ OKS DLƏŞMƏ-REDUKS YA
POTENS ALININ TƏY N
Xəmirin hazırlanma prosesinə fasiləsiz nəzarət və ida-
rəetməni təmin etmək üçün xəmirin fiziki-kimyəvi xarakteristi-
kasına avtomatik nəzarət metodları işlənib hazırlanmışdır. Bu
metodlardan biri potensiometrik metoddur.
ş
in məqsədi: Yarımfabrikatlarda aktiv turşuluğu və
oksidləşmə-reduksiya potensialını təyin etmək; ümumi və aktiv
turşuluq arasında qarşılıqlı əlaqə qurmaq; qıcqırma prosesinin
biokimyəvi göstəricisini təyin etmək.
Material və avadanlıqlar: pH-metr (pH-150 və ya baş-
qa); termostat; 50sm
3
tutumlu şüşə və ya çini stəkan; süzgəc
kağızı.
Təyinetmə texnikası
Aktiv turşuluğun təyini. Ümumi turşuluğun təyininin
çatışmayan cəhəti ondan ibarətdir ki, titrləmənin son nöqtəsini
vizual olaraq təyin edirlər, turşuluğa isə dövri surətdə nəzarət
edirlər. Xəmirin hazırlanma prosesində turşuluğun toplanması
haqqında daha real və fasiləsiz informasiya əldə etmək üçün
aktiv (həqiqi) turşuluğu ölçmək məqsədəuyğun hesab olunur.
Aktiv turşuluğu müxtəlif modifikasiyalı pH-metrlərin
köməyi ilə (pH-150, pH-262, pH-340 və s.) təyin edirlər. pH-ı
ölçərkən, ölçmə və köməkçi elektroddan ibarət elektrod sis-
temdən istifadə olunur. Ölçmə elektrod kimi şüşə ЭСЛ-45-11,
köməkçi elektrod kimi isə xlorgümüş ЭВЛ-IM4 istifadə olunur.
87
pH-metrin işi elektrod sisteminin elektrohərəkət gücü-
nün ölçülən qiymətə mütənasib olan daimi cərəyana çevrilmə-
sinə əsaslanır.
Ölçmədən əvvəl cihazı 30dəq. qızdırırlar. T-düyməsini
sıxır, ƏL ТEMП dəstəyini fırladaraq, indiqatorda yarımfabri-
katın temperaturunun lazımı qiymətini qoyurlar. Elektrodları
distillə olunmuş su ilə yuyur və süzgəc kağızı ilə qurulayırlar.
50sm
3
tutumlu şüşə və ya çini stəkana 2/3 hissəsi qədər
yarımfabrikat töküb, səthi boyunca bərabər yayırlar ki, boşluq
qalmasın. Doldurulmuş stəkanı cihazın döngəli masasına
qoyub, elektrodu onun içərisinə salırlar. pH düyməsini sıxır və
alınmış qiyməti qeyd edirlər. Ölçmə qurtardıqdan sonra T-
düyməsini sıxır, elektrodları yuyur və içində distillə olunmuş
su olan stəkana salırlar.
Ümumi və aktiv turşuluq arasında asılılıq mövcuddur.
O çovdar və buğda unu qarışıqlarından hazırlanmış ayrı-ayrı
yarımfabrikatlar üçün müəyyən olunmuşdur və alınmış nəti-
cələrə görə nomoqramlar tərtib olunur.
Tədqiq olunan obyektdə turşu toplama dinamikasını öy-
rənərkən yarımfabrikat dolu stəkanı yoğurmadan dərhal sonra
pH-metrin döngə masasının üstünə termostata yerləşdirir və
içərisinə elektrodu salırlar. pH-ın qiymətini qıcqırma prose-
sində hər 15 dəqiqədən bir fiksə edir və nomoqrama əsasən
ümumi turşuluğun uyğun qiymətini tapırlar. Alınmış qiy-
mətlərə əsasən asılılıq qrafikini qururlar:
( )
qic
f
PH
τ
=
və
( )
qic
f
T
τ
=
burada,
τ
qıc
– yarımfabrikatın qıcqırma müddəti, dəq; T –
ümumi turşuluq, dərəcə.
Oksidləşmə-reduksiya potensialının təyini: Mühitin
oksidləşmə-reduksiya potensialı (ORP) oradakı reduksiyaedici
və oksidləşdirici xarakterə malik maddələrin qarşılıqlı əlaqə-
sinə əsaslanır. Qıcqırma zamanı baş verən biokimyəvi, mikro-
88
bioloji, kolloid və başqa proseslər bu göstəricinin qiymətindən
asılıdır.
nersiyalı elektrodu, tərkibində iki müxtəlif formalı
oksidləşdirici maddə olan məhlula saldıqda elektrod – məhlul
sərhədində potensial sıçrayış baş verir ki, bu da oksidləşmə-
reduksiya potensialı adlanır və Nernst bərabərliyi ilə təyin
olunur:
red
ok
a
a
nF
RT
E
E
ln
0
+
=
,
burada, E – verilmiş temperatur və konsentrasiyadakı potensial,
V; E
0
- standart potensial, V; R –universal qaz sabiti,
C/(K·mol) (R=8,314C/(K·mol)); T – mütləq temperatur, K; n–
reaksiyada iştirak edən elektronların sayı; F – Faradey ədədi,
Kl (F=96484,56 Kl); a
ok
, a
red
– uyğun olaraq oksidləşmiş və
reduksiya olunmuş formalarda olan maddələrin aktivliyi.
Xəmirin qıcqırması mürəkkəb biokimyəvi proseslər
zənciridir, ORP isə maya hüceyrələrinin həyat fəaliyyətinin
qismən xarakteristikasıdır və voltla və ya rH
2
(molekulyar hid-
rogenin konsentrasiyasının mənfi loqarifmi) qiymətilə ifadə
olunur. 0-dan 40 rH
2
hədlərində mühitin bütün reduksiya və ya
oksidləşmə dərəcəsi xarakterizə olunur – mühitin hidrogenlə
doydurulmasından, oksigenlə doydurulmasınadək. rH
2
qiy-
mətini aşağıdakı formulla hesablayırlar:
2
rH
pH
E
h
2
29
201
+
+
=
(26.1)
burada, E
h
– mühitdə yaranan potensial, V; 201 – köməkçi
elektroddan əsas elektroda keçid əmsalı; 29 – Nernstə keçmə
ə
msalı.
ORP pH-metrdə ölçmək üçün ölçmə elektrodu kimi
platin ЭПЛ-02, köməkçi kimi isə xlorgümüş ЭВЛ-IМ4 tətbiq
olunur. Cihazın ORP ölçməyə hazırlanması yuxarıda qeyd olu-
nan pH üçün olduğu kimi aparılır. Göstəricini çıxarmaq üçün
89
mV
düyməsini sıxırlar və indikatorda alınmış qiyməti (mB)
götürürlər. Ölçmədən sonra T-düyməsini sıxırlar. Yarımfab-
rikatın qıcqırma prosesində E
h
qiymətini hər 15dəq. bir fiksə
edir, sonra isə rH
2
hesablayırlar.
Qıcqırma prosesinin biokimyəvi göstəricisinin təyi-
ni: Biokimyəvi göstərici yarımfabrikatda hüceyrələrin mü-
badilə proseslərini xarakterizə edir və aktiv turşuluq və ORP-ın
dəyişmə analizinə görə təyin edilir.
Qıcqırma prosesində bu göstəricilərin dəyişməsi
aşağıdakı bərabərliklə ifadə olunur:
−
= ae
pH
λτ
b
+
1
1
2
1
b
e
a
rH
+
=
−
τ
λ
burada, a – yarımfabrikatın aktiv turşuluğunun ilkin qiyməti ilə
təyin edilmiş rejimin turşuluğu arasındakı fərqə bərabər əmsal;
λ
– turşu toplama əmsalı; dəq
-1
; b – mikrofloranın həyat
fəaliyyəti nəticəsində yaranan aktiv turşuluğun maksimal
mümkün dəyişməsinə bərabər əmsal; a
1
, b
1
, λ
1
– ORP üçün
analoji göstərici, (26.1) formuluna əsasən rH
2
-ə keçid.
Biokimyəvi göstərici aşağıdakı formula əsasən təyin
olunur:
λ
λ
χ
a
a
1
1
=
,
Turşu toplama əmsalını λ STATGRAF proqramına
ə
sasən hesablayırlar.
Nəticə: Müxtəlif növ yarımfabrikatları pH və ORP göstəricilərinə
görə qiymətləndirmək; aktiv və ümumi turşuluq arasında qarşılıqlı əlaqəni
öyrənmək.
90
LABORATOR YA Ş № 27
YARIMFABR KATLARIN QICQIRMA
AKT VL Y N N, QAZƏMƏLƏGƏT RMƏ
VƏ QAZSAXLAMA XASSƏLƏR N N TƏY N
ş
in məqsədi: Yarımfabrikatların qıcqırma aktivliyinin,
qazəmələgətirmə və qazsaxlama xassələrinin təyini metodika-
sını öyrənmək; verilmiş göstəriciləri müxtəlif növ yarım-
fabrikatlar üçün təyin etmək.
Material və avadanlıqlar: 4-cü sinif kvadrant labo-
ratoriya tərəzisi; 0-50°C ölçmə diapazonuna malik mayeli şüşə
termometr; 200-250 sm
3
tutumlu kimyəvi stəkan; yarımfab-
rikatın qazəmələgətirmə və qazsaxlama xassələrini təyin etmək
üçün qurğu.
Təyinetmə texnikası
Qıcqırma aktivliyinin kürəciyin suyun üzərinə çıx-
ma metodu ilə təyini. Yarımfabrikat və ikinci sort buğda
unundan cədvəldə verilmiş resepturaya əsasən xəmir yoğu-
rurlar. Xəmirdən iki kürəcik formalaşdırır, içərisində 32°C
temperatura malik su olan, 200-250 sm
3
tutumlu stəkana salır
və stəkanı termostata yerləşdirirlər. Kürəciyi suya salma anın-
dan onun suyun üzünə çıxma anınadək olan vaxt (dəq.)
yarımfabrikatın qıcqırma aktivliyini xarakterizə edir.
ki paralel təyinetmə arasındakı fərq iki dəq-dən artıq
olmamalıdır.
Yarımfabrikat
Yarımfabrikatın kütləsi,
q
Unun kütləsi, q
Qatı acıtma
16
4
Maye acıtma
12
16-18
90% nəmliyə malik
maye mayalar
10
10-12
Xəmir
20
-
91
Qazəmələgətirmə xassəsinin təyini: 100q yarımfabrikat
nümunəsini götürür və qazəmələgətirmə xassəsini fiksə
olunmuş volyumometrik analiz metodu ilə təyin edən qurğunun
(şək.27.1) qabına yerləşdirirlər.
Şə
k.27.1. Yarımfabrikatın qazəmələgətirmə xassəsini təyin
edən qurğunun sxemi
Qabı yivli qapaqla (2) bağlayır və qıcqırma üçün 90 dəq.
saxlayırlar. Verilmiş 33°C temperaturu saxlamaq üçün ter-
mostatdan (11) istifadə edirlər ki, buradan da su qabın (1) baş-
lığına daxil olur. Qıcqırma zamanı çıxan karbon dioksid bir-
ləşdirici boru vasitəsilə 2/3 hissəyə qədər doymuş natrium xlor
məhlulu ilə doldurulmuş qaba (3) daxil olur və onu dərə-
cələnmiş şaquli boruya (4) itələyirlər.
tələnmiş NaCl məhlulunun həcmi demək olar ki, qıc-
qırma prosesində çıxan CO
2
həcminə bərabərdir. Hər 15 dəq-
dən bir dərəcələnmiş boruya (4) əsasən çıxan CO
2
həcmini
ölçürlər.
92
Mayenin qalxma səviyyəsi – yəni CO
2
həcmi poten-
siometrin qrafik avtomat qələmi (6) ilə fiksə olunur. Bunun
üçün işıqlandırıcı çırağın (8) işığını işıqötürücü (7) vasitəsilə
fotodiodlara (5) yönəldirlər. Qalxan maye fotodiodlara düşən
ş
üaların qarşısını alır. Bu yolla elektrik siqnalı əmələ gəlir. CO
2
həcmini dəqiq fiksə etmək üçün bütün qıcqırma prosesi ərzində
hər 15 dəq.-dən bir təzyiqi maqnit qapağın (9) köməyi ilə aşağı
salırlar.
Qazsaxlama xassəsinin təyini: Yarımfabrikatın (4)
tədqiq olunan nümunəsini eksperimental qurğunun (şək.27.2)
ölçü silindrinə (3) yerləşdirirlər.
Onun səthinə porşen (5) quraşdırır və xəmirə kip sıxırlar.
Bu zaman göstəricini (7) şkalaya və potensiometrin (9) oxunun
vəziyyətinə görə sıfır vəziyyətinə gətirirlər. Porşen şaquli
Şə
k.27.2. Yarımfabrikatın qazsaxlama xassəsini təyin edən
eksperimental qurğunun sxemi
93
istiqamətdə sərbəst hərəkət edir. Belə ki, qıcqırma prosesində
xəmirin həcmi böyüdüyündən, porşen yuxarı qalxır və göstə-
ricinin vəziyyəti dəyişir. Porşenin yerdəyişmə ölçüsü xəmirin
həcminin dəyişməsini xarakterizə edir.
Verilmiş temperaturu saxlamaq üçün termostatdan (1)
istifadə olunur. Porşenin xəmirə təzyiqi yüklü (8) mancanaqla
(6)
tənzimlənir. Yükün kütləsi porşenin kütləsini tarazlaşdırır.
Qazların çıxması üçün porşenin aşağı diski çoxlu sayda dəlik-
lərə malikdir.
Tədqiqat yarımfabrikatın bütün qıcqırma prosesi ər-
zində aparılır. Alınmış qiymətlərə əsasən yarımfabrikatın qıc-
qırma prosesi ərzində qazəmələgətirmə və qazsaxlama
xassələrinin asılılıq qrafikləri qurulur.
Nəticə: Müxtəlif növ yarımfabrikatların qıcqırma aktivliyinə, qaz-
ə
mələgətirmə və qazsaxlama xassələrinə görə keyfiyyətini qiymətləndirmək.
LABORATOR YA Ş № 28
ÇÖRƏKB Ş RMƏ STEHSALININ
YARIMFABR KATLARININ REOLOJ
XASSƏLƏR N N TƏY N
Nyuton qanununa tabe olmayan mayelərlə reoloji təd-
qiqat aparmaq üçün “Reotest-2“ rotasion viskozometrdən və
“Strukturometr” cihazından istifadə olunması məsləhət görülür.
ş
in məqsədi: Yarımfabrikatların reoloji xassələrinin
müxtəlif viskozimetrlərdə təyini metodikasını öyrənmək; müx-
təlif növ yarımfabrikatlar üçün verilmiş xarakteristikaları təyin
etmək.
Material və avadanlıqlar: 4-cü sinif kvadrant labora-
toriya tərəzisi, “Reotest-2“ tipli qurğu, “Strukturometr” qur-
ğ
usu.
94
Təyinetmə texnikası
Özülülüyün “Reotest-2“ struktur rotasion viskozi-
metrdə təyini. Cihazın iş prinsipi, tərpənməz silindrin fırlanma
momentinin ölçülməsinə əsaslanır. Yarımfabrikat nümunəsinin,
viskozimetrin tərpənən və tərpənməz silindrlərin arasına
yerləşdirirlər (şək.28.1).
Şə
k.28.1. “Reotest-2“ cihazının sxemi
Tərpənən silindr (6) birləşdirici muftanın (10) köməyi
ilə ölçü mexaniziminin (13) ölçü valı ilə birləşdirilmişdir.
Tərpənməz silindr (7) cihaza sıxac halqası (11) və ling (12) va-
sitəsilə bərkidilmişdir. Temperaturu tənzimləyən qabı (8) si-
lindrlə (7) birləşdirir və sıxac halqası (9) ilə fiksə edirlər.
Termostatı işə salmaq üçün sıxac lingini (15) sola fırladırlar.
Termostatdakı temperatur kontakt termometri (20) ilə müəyyən
olunur və termometrlə (21) tənzimlənir.
95
Termostatlaşma (5) dəqiqə ərzində aparılır. Bundan
sonra cihazın ölçü mexanizmini (13) işə salmaq üçün (1) düy-
məsini sıxıb, sonra ötürücü mexanizimin (16) mühərrikini işə
salmaq üçün (2) düyməsini sıxırlar və cihazın şkalasından ötü-
rücü qutunun linginin (18) köməyi ilə təyin edilmiş müxtəlif
sürətlərdəki göstəriciləri qeyd edirlər. Dəyişdirci açarın (14)
vəziyyəti silindrin növündən və kəsiyə toxunan gərginliyin I və
II diapazonundan asılı olaraq onun sabit qiymətini təyin edir.
Kəsiyə toxunan gərginliyin sürət qradiyentinin aslılığını
təyin etmək üçün ölçməni sürət qradiyentinin aşağı qiymət-
lərindən başlayaraq aparırlar. Bunun üçün lingin 18 istiqa-
mətini dəyişməklə silindrin 6 fırlanma tezliyini artırırlar. Reo-
testdəki mühərrikin fırlanma tezliyini tezlikölçənin 5 köməyi
ilə yoxlayırlar.
Ölçü nöqtələrinin miqdarnı artırmaq üçün müərrikin
valının tezliyini dəyişirlər. Bunun üçün dəyişdirici açarı 19 a
vəziyyətindən b vəziyyətinə keçirirlər.
Cihazın göstəricisini qeyd etdikdən sonra ölçü cihazının
2
düyməsini, sonra isə 1 düyməsini sıxır və termostatın naso-
sunu söndürürlər. Əvvəlcə tərpənməz, sonra isə tərpənən silin-
dri çıxarırlar. Tərpənməz silindrin qapağını açır və yarımfab-
rikatı çıxarırlar.
Alınmış nəticələrə əsasən yarımfabrikatın reoloji
xarakteristikasını təyin edirlər.
Toxunan gərginlik (Pa)
σ= za (28.1)
burada: z – silindrik ölçü cihazının sabiti, a – indikatorlu ciha-
zın şkalasında təyin olunan qiymət.
96
Dinamik özlülük (Pa·S)
100
⋅
=
γ
σ
η
burada
γ
- kəsiyə sürət qradiyenti, san.
-1
Alınmış qiymətlərə əsasən,
σ
=f(
γ
);
η
=f(
γ
);
ln
σ
=f(ln
γ
) əyri axınlarını qururlar və onların köməyi ilə axın
indeksini və axın həddini σ
T
tapırlar.
“Strukturometr” cihazında elastik və plastik defor-
masiyanın təyini. Cihaz – idarəetmə blokundan, növbəli ölçü
başlığından, novbəli alət və qurğular dəstindən ibarətdir.
darəetmə bloku (1) (şək.28.2 a) yuxarı hissəsində masa (7) və
çaquli ştanq (2) yerləşən qurğudur. Masa addımlı müərrikin
köməyi ilə şaquli istiqamətdə verilmiş sürətlə yerini dəyişə
bilir. Masanın üstündə ölçü başlığı (4) yerləşdirilmişdir ki, o da
ş
tanq boyunca hərəkət edərək, vintin (3) köməyi ilə istənilən
yerdə fiksə olunur. Vintlər (5) növbəli alətin (6) bərkidilməsini
təmin edir. darəetmə blokunun üz panelində indikasiya və
idarəetmə elemenləri yerləşdirilmişdir.
darəetmə blokunun (şək.28.2b) arxa panelində: ardıcıl
ə
laqə kanalı detalı (8), qrafoqurucuya qoşulmaq üçün detal (9),
ölçü başlığına qoşulmaq üçün detal (10), şəbəkə cərəyanın
dəyişdirici açarı (11), qoruyucuların tutqacı (12), şəbəkə
cərəyanı naqili (13) və cihazın torpaqlanması üçün sıxac (14)
yerləşir.
Ölçü başlığında (şək.28.2c) yüksək ölçü tranzistor gös-
tərici və analoq siqnalının gücləndirmə sxemi yerləşdirilmişdir.
Göstəricinin qabaq hissəsində alətin quraşdırlması üçün yuva
(17)
vardır. 10 H çox güc ölçülərkən dəyişdirici açarı (16) 1:1
vəziyyətində olmalıdlr. Bu halda cihazın indikatorunda əks
olunan qiymət real gücə uyğun olacaqdır. 10 H az güc ölçü-
lərkən dəyişdirici açar (16) 10:1 vəziyyətini almaq üçün ciha-
zın indikatorunda əks olunan qiyməti 10-a bölmək lazımdır.
|