Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə28/45
tarix26.02.2017
ölçüsü4,19 Mb.
#9788
1   ...   24   25   26   27   28   29   30   31   ...   45

 

  В статье анализируется идейный замысель и конфликт в произведении 

«Мертвецы».  выдающегося  Азербайджанского  драматурга  Дж.  Мамедкулу-

заде. Отмечается различие между образами Искендер, представляющий прог-



 

Filologiya  məsələləri – №3, 2014

 

 



271

рессивные  силы  общества  и  Шейх  Насруллах,  использовавший  религиозные 

чувства верующих в своих корыстных целях.  

 

H.Gadzhieva 

Criticism of ignorance in the play "Corpses" J. Mammadguluzadeh " 

Summary 


 

The article analyzes the ideological concept and conflict in work "Corpses." 

outstanding Azerbaijan playwright J. Mammadguluzadeh. There is a difference 

between the images of Iskandar, representing the progressive forces of society and 

Sheikh Nasrullah, to use the religious feelings of believers for their own selfish 

purposes. 

 

 

 



Rəyçi:                   Bilal Həsənli 

               pedaqogika üzrə fəlsəfə foktoru, dosent 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



272

                      RÖYA MÜRŞÜDOVA  



                     ADU 

  

roya.meftunqizi@mail.ru 

 

MÜASİR ROMANLARDA DƏYİŞƏN ZAMAN VƏ  

BAŞQALAŞAN DÜNYA MODELİ 

 

Açar sözlər: şəxsiyyət, təbiət, cəmiyyət, roman, 

Ключевые слова: личность, природа, общество, роман 

Key words: personalty, nature, society, novel, 

 

“İnsanın bir fərdi həyatı, bir də bu fərdi həyatın cəmiyyətlə bağlı tərəfi var- 



S.Əhmədovun romanlarında insan məhz bu aspektdən bədii tədqiqat obyektinə çev-

rilir. Onun romanları bədii tədqiqat xarakteri daşıyır. Müəllif qələmə aldığı həyatı 

və insanları analitik bədii təfəkkürün obyektinə çevirir. Onu maraqlandıran insanın 

daxili aləmidir, daha dəqiq desək, yazıçını obrazın psixoloji yönü cəlb edir”. (10. 

s.96) Sabir Əhmədlinin bu yönümdə qələmə aldığı və ideya yükünə görə tədqiqat-

çıların daha çox diqqət və marağını çəkmiş əsərləri sırasında “Dünyanın arşını” xü-

susi yer tutur. Bir sıra, sosial, siyasi problemlərin işıqlandırılmasına baxmayaraq 

sözügedən romanda da S.Əhmədlini yaratdığı obrazların psixoloji vəziyyəti,  ətraf 

mühitə olan münasibəti daha çox məşğul edir. Romanın əsas hədəfi olan Arif doğ-

malarını görmək üçün kəndə gəlir. Onun rayonda məsul işdə çalışan qardaşı Rəh-

man valideynləri ilə birlikdə yaşayır. Arif kəndə  gəlmədiyi müddətdə  təzə yurdda 

qardaşının yaxşı ev-eşik düzəltdirdiyinin şahidi olur. Evin ikinci mərtəbəsinə çıxan-

da buranı bahalı, şıq rumın mebeli ilə bəzəndiyini görür və bu bər-bəzəkli evi özü-

nün kasıb koması ilə müqayisə edir. Atasıgilin köhnə yurdunda isə bacısı Bənövşə 

ailəsi ilə qalır. Arif burada qardaş və bacı arasındakı soyuqluğu hiss edir. Yeganə 

bacılarının doğmalarına olan incik münasibəti onlardan uzaqda yaşayan Arifdə təəs-

süf hissi doğurur. Onlar yəni, iki qardaş və yeganə bacı yaxınlıqdan, uzaqlıqdan aslı 

olmayaraq bir-birindən mənən uzaq düşmüşdülər, yadlaşıb, yabançılaşmışdılar. 

Sanki bu üç doğma insan kökdən qopub parçalanmışdılar. Soyuqluq Rəhmanla 

Bənövşənin ruhuna çökmüşdür. “Arifi indi bu bacı ilə o qardaşı nəyin birləşdirdiyi 

düşündürürdü. Bundan daha artıq, yalnız Bənövşə ilə Rəhmanı deyil, ailəni, onların 

hamısını bir-birinə bağlayıb yaşadan  şah tel sanki hardasa zədələnmiş, hətta tirfə-

lənmişdi”.(5. s.293) 

Özgələşmə problemi romanda əsaslı, narahatlıq doğuran məsələ kimi qoyulur və 

problemin kökü o qədər dərindir ki, sona kimi müsbətə doğru həllini tapmır. Adamların 

“adamlıqdan çıxıb” bir-birinə yadlaşdığına, qohumların, bir ailənin üzvlərinin də vəzi-

fəyə, mənsəbə görə bir-birinə yaxınlaşma cəhdləri və ya uzaqlaşmaları Arifin bacısının 

əri Sultanın simasında mənfi sifət kimi tənqid olunur. Təmənnalı münasibətlərin nəticə-

sidir ki, Arifin qardaşı ilə bacısı arasında “soyuq müharibə” gedir və bu acı gerçəklik 

evin kiçik övladını narahat edir. Evlərindəki acınacaqlı vəziyyəti müşahidə edən Arif 

ürək ağrısı ilə yaranmış  gərginliyi bacardığı  qədər yumşaltmağa çalışır, özüdə barış-

mazlığın içində dolaşığa düşür. “Yadına qurumuş göllər, ölmüş  dənizlər, oğurlanmış 

dağlar düşürdü. Həqiqət təsəvvürdəki idi. zamanın axını onların bütövlüyünü xırda-bö-

yük adalara, qitələrə parçalamışdı”. ”.(5. s.294) 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



273

Kənddə müvəqqəti qonağ olan Arif sevimli bacısına nə qədər dilxoşluq etsədə 

o yaxşı anlayır ki, evlərindən qopmuş boynu bükük qız bir də əvvəlki kimi olmaya-

caq. Yazıçının bacılarını Bənövşə adlandırması da təsadüfi deyil. Doğmalarına qarşı 

etinasızlıq, soyuq münasibət artıq Bənövşənin gözlərinə  qədər gedib çıxmışdır. 

Bacısının gözlərində arıyıb axtarmağa çalışdığı şəfqəti, istliyi Arif orda görə bilmir. 

bacısının qardaşlarına qarşı istəyi maddi istəklər fonunda zaman-zaman öləzimiş 

nəhayətdə yoxa çıxmışdı. Yaşadıqları rayonun rəhbəri olan qardaşı Rəhmanın onun 

ailəsinə qarşı  rəhmindən pay verməməsi bacını özündən çıxarır. Qardaşından çox 

şey uman Bənövşə onun səlahiyyətindən faydalanmadığı üçün ona da, valideynləri-

nə də qarşı qəzəblidir. 

“Dünyanın arşını” da S.Əhmədli Sovetlər  İttifaqının uçurumun bir addımlı-

ğında olduğunu, qısa zaman kəsiyində nəhəng imperiyanın dağılacağını sətiraltı şə-

kildə oxucuya ötürür. “Embrioloqlar maraqlı hal müşahidə etmişlər. ayrı-ayrı üzvlə-

ri, hissələri yaradan hüceyrələr sonra birdən özləri ayrıca, müstəqil varlıqlara çevril-

mək istəyirlər. elə bil dünyanın içində ayrıca dünyalar törənir. Əvvəlcə tamı yarat-

maq, tamın hissəsi olmaq üçün könüllü birləşir, sonra özlərini itirdikdə elə bil ayılıb, 

ayrılmaq qəsdinə düşürlər. Qəribədir, hər birləşmədə ayrılıq həsrəti, hər böyüklükdə 

parçalanmaq təhlükəsi, hər yüksəlişdə enmək ehtiyatı!” (4. s.264) Yazıçı bir daha 

göstərməyə çalışır ki, insanlıq mövcud olduğu gündən  əsarətə, basqıya qarşıdır. 

Müqvimət yalnız müqavimət doğurur. Azadlığa meyl insanın fitrətində, cövhərində-

dir. İnsan orqanizmi haqqında düşünncələrə dalan Arif onun simasında ezop dili ilə 

dövlətlərin müstəqilliyə can atmasını təbii qanunauyğunluq kimi səciyyələndirir. Və 

hesab edir ki, bu prosesin qarşısını heç nə ala bilməz. 

Arif hesab edir ki, insan xoşbəxt olmaq üçün aza qane olmağı bacarmalıdır. Ba-

carmazsa, həyat onun üçün əsl işgəncəyə,əzaba çevriləcək. Əgər yaradılanın sonu quru 

torpağa dönməkdirsə onda bu maddi dünyada can çəkişdirməyə dəyməz. Həyat, zaman 

onsuzda insanın ömür səhifəsində, zahiri görnüşündə öz izlərini qoyur. İnsanlar yaşlanır, 

qocalır, onların yerini yeni, pöhrə cavanlar tutur. Dünya “bir yandan boşalıb, bir yandan 

dolur”. Bəşər övladının bu amansız həqiqətə, qanunauyğunluğa təslim olmaqdan başqa 

heç bir yolu qalmır. Valideynlərinin qocalmış, yıpranmış, dəyişmiş vucudunu müşahidə 

etdikcə bir övlad sevgisi ilə köksünü ötürür, kədərlənir. Bu baxımdan Arifin fəlsəfi 

mühakimələri olduqca maraqlı və düşündürücüdür: “Hər il, hər ay keçdikcə zamanın 

görünməyən əli hamının, hər kəsin dəftərinə işarə qoyur, hesab aparır: bir, iki, on, əlli... 

Atası ilə üzləşəndə zamanın qələmi titrəmişdi. Bu dəftərin vərəqləri çox sərt idi. Zaman 

onun ancaq zahirində  səliqəsiz, tələsik cızıqlar çəkmişdi.həyatı iztirabla keçənlər 

qocalmırlar, çünki onlar heç vaxt cavan olmayıblarş onlar ölmürlər də. axı  əslində 

başlanmayan həyatın sonu yoxdur. Belə insanların qələbəsi ondadır ki, doğulmaq, yaşa-

maq və ölmək qanunu onları sarsıtmır”.(4. s.270) 

 Bu əsərdə də S.Əhmədli kəndin təbii, səmimiyyətlə qaynaşan halını cansıxıcı 

şəhər mühitinə qarşı qoyur. Kökdən bir-birinə yad olan insanların doğmalaşmasını, 

bir-birinin xeyrinə-şərinə  şərik olmasını qeyri-təbii, mümkün olmayacaq gerçəklik 

kimi qəbul edir. “Böyük şəhərlərin sakinlərinin gözlərindəki etinasızlıq pərdəsi 

aramsız bir təzyiqə qarşı qoruncdur. Orda nəinki addımbaşı bir-biri ilə qarşılaşan, 

biri digərinə baxan, səsin eşidən, bir avtobusda gedib-düşən adamlar biri digərini 

görmür, hətta hər gün eyni idarədə. eyni otaqda işləyənlər, eyni blokda, bir binada 

olanlar belə bir-birindən xəbərsizdirlər. görürlər, danışırlar. Söhbət eləyirlər, gülür-


 

Filologiya  məsələləri – №3, 2014

 

 



274

lər. Amma bunun hamısı yuxu və xəyaldakı kimi cansız-qansızdır. Böyük şəhərlər 

balaca kəndlərdən doğulub-düşünürdü, öz-özünə deyirdi. Əslindən qopmuş hər şey-

də canlı-cansız bir sifətsizlik, yabançılıq olmalıdır, olur da...”(4. s.283) “El bir olsa 

zərbi-kərən sındırar” fikri hər halda gəlişi gözəl söz deyil, zamanın sınağından çıx-

mış ustad sözü, ağsaqqal sözüdür. Burdan bir nəticə hasil olur ki, şəhərdə nə qədər 

yaşayırsan yaşa insanlar heç vaxt toplum halına gəlib bu müqəddəs sözün içində 

əriyib El olmağı bacarmırlar. El kəndin şəhərə heç bir vaxt güzəştə getmədiyi birlik, 

həmrəylik formasıdır. 

 Sözügedən romanda qaldırılan problemlərdən biri də Sabir Əhmədli yaradıcılığı 

üçün xarakterik olan vətənimizin  ərazi bötövlüyü məsələsidir. Yazıçı Azərbaycanın 

ikiyə parçalanması ilə bağlı tariximizi yenidən səhifələyir, qan yaddaşımızı oyatmağa, 

mövcud gerçəkliyə etirazını bədii dilin vasitəsilə açıq və ya üstüörtülü şəkildə nəzərə 

çatdırır. Araz çayını, Sınıq körpünü müşahidə edən Arif tarixi faciəmizin nə qədər dərin 

olduğunu dərk edir, qarmaqarışıq, gərgin, üzüntülü fikirlər burulğanında çıxış yolu 

axtarır. Onu öz kəndinə bağlayan əsas səbəblərdən biri də Araz çayının onun yurdun-

dan başlanğıc götürməsidir. “Hardan başlayır Vətən?” sualının bu əsərlə birbaşa əlaqəsi 

olmasa da Arif üçün vətən məhz Araz çayından, Sınıq körpüdən başlayır. Araz çayının 

yanındakı xaraba qalmış  Sınıq körpü xalqımızın tarixi faciələrdən yıpranmış  sınıq 

qəlbinin rəmzi kimi səciyyələndirilir: “Araz beş addımlıqda idi. Bir qədər yuxarıda 

Sınıq körpü dayanırdı. Körpü yatağından tərpənə bilməyən illər xəstəsi təki ağappaq 

ağarmış, solmuşdu, saçı-birçəyi elə bil tökülmüş, yolunmuş, sümükləri çıxmışdı. Bu 

yerin hər otunda, tək-tək gözə dəyən qaraellə, göyrüş və söyüdlərin görünüşündə küs-

künlük, dilsizlik donmuşdu. Arazın suyu azalmış, ağlayıb-ağlayıb kirimişdi. Məcrasının 

o biri sahilinə yatmışdı. Dərdini-fikrini qəlbində çəkir, hərdən də uzaq, qarlı dağlardan, 

dərələrdən. meşələrdən baş alıb gələn, bu möhnəti öz gözü ilə görüb, nəhayət, qadağan 

məcradan aşağılarda, çox uzaqlarda qurtulacaq qəmsiz sulara eyni bir bayatı oxuyurdu”. 

(4. s.372) 

S.Əhmədlinin qəhrəmanı  təkcə qüvvəsi daxilində deyil, qüvvəsi xaricində 

olan məsələlər barədə fikirləşir. Düşüncələrin axarına düşərək ictimai-siyasi hadisə-

lərin hansı  məcraya düşəcəyini soyuq başla analiz edir. Yazıçı Sovet adamının 

mənəvi, sosial baxımdan sıxışdırılması  məsələsinə toxunaraq gələcək insanın dü-

şüncə, əməli azadlığına qarşı qoyur. Ümid gələcəyədir prinsipi romanın başlıca ide-

yasıdır. “Mənə elə gəlir, indiki insan modeli yer üzü üçün nəzərdə tutulmuşdur. Ye-

rin imkanlarından yaranmışdır. Onun idrak qəlibi ancaq bunu sığışdırır. Beyin 

hüceyrələri və duyğu zəncirləri ancaq iqtidarı çatan yükü götürə bilər. Dəniz, okean 

intəhasız görünsə də min, milyon ləpələr özlüyündə necə azad, asudə çağlasalar da 

bütün bu tərpəniş bir sahilin dairəsindədir. Beyində milyon, milyarda funksiya yeri-

nə yetirən yüz milyon hüceyrə  təxmin edilir. Bununla belə  məhduddur. Kainatın 

həcminə uyğun kosmik insan modeli sonra yaranacaq. Bu yerin və insanın tarixində 

ikinci təkamül dövrü olacaq həmin adamın ürəyi. ciyəri, başı  və digər duyğu 

orqanları kosmik-ölçüsüz imkanlara malik olacaq. Zaman, məkan, hərəkət barədə 

anlayışı büsbütün başqa cür olacaq”. (4. s.388) Arifin qardaşı ilə söhbətini izlədikcə 

S.Əhmədlinin düşünən və düşündürən bir söz adamı olduğunu görürük. Yazıçı üçün 

onunla eyni zamanı, məkanı bölüşən insanların əsaslı bir addım atacağına, mənəvi 

köləliyə qarşı üsyan edəcəyinə, mövcud duruma qarşı etiraz səsini ucaldacağına 

köklü inam hissi yoxdur. Onun üçün yeni zaman, təzə abu-hava yeni insandan, 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



275

təzələnmiş, təmizlənmiş  təfəkkürdən başalyır. Elə bu səbəbdəndir ki, o gələcək 

insana ümid bağlayır. Hələki mənəvi məhkumluğunu dərk edən Sovet adamı ictimai 

quruluşun dörd bir yandan əhatələdiyi “dəmir barmaqlıqlar” arasından canını 

qurtara bilmir. Belə bir cəmiyyətdə istənilən etiraz, təpki sərt reaksiya doğurur. 

Təzyiqlərə tuş  gələn insanlar “sayqısızlıqlarını” özünün və ailəsinin canı hesabına 

ödəməli olur. İctimai-siyasi hadisələri düzgün analiz edən yazıçı Sovet İttifaqınında 

birləşdirilən dövlətlərin yalnız zor gücünə əsarətdə saxlandığını və gec-tez bu yalan-

çı birliyin axırı olmayacağını dönə-dönə vurğulayır. Bu “həmrəyliyin” millətin tari-

xi yaddaşı, milli təfəkkürlü oğul və qızlarının qanı bahasına başa gəldiyi üçün bir 

gün tökdüləri qan içindəcə məhv olacağına romanda gizli bir ümid var: “Zor, güc 

sayəsində nə yaranırsa, hamısı qondarmadır, fərəhsizdir. Ən yüksək və doğru ahən-

gdarlıq insanın və ürəyinin istəyində, təbii sövqündədir”. (4. s.318) Yazıçı sözü ge-

dən əsəri ilə sanki hakim imperiyaya barmaq silkələyərək sonunun gəlib çatdığını 

və ictimai-siyasi səyin heç bir səmərə verməyəcəyini onların nəzərinə çatdırmağa 

çalışır. Heç də  təsadüfi deyil ki, üstüörtülü şəkildə yaddaş  məsələsinə toxunan 

müəllif hesab edir ki, “İnsan özündən də uzun müddət ayrıldıqda, nəhayət, özünü 

tanımaya, özü ilə yadlaşa bilər”. (4. s.448) Yetmiş il soyundan, tarixindən, gerçəkli-

yindən ayrı düşmüş xalqın yenidən özünə qayıtması hər halda böyük iradə hesabına 

başa gələ bilərdi.romanın sonunda sübh tezdən Bakıya yola düşən Arifi yaşlı vali-

deynləri yatdığı halda Rəhman və onun balaca oğlu Aqil yola salır. Yazıçının gələ-

cək nəslə olan ümid və inamı Aqilin simasında öz mətiqi təsdiqini tapmış olur.  

S.Əhmədli Rəhmanın  əməli addımlarını  təsvir etməklə  vəzifənin özünəməx-

sus sərt qanunlarla idarə olunduğunu göstərir. Əks halda normal idarəetmdən söhbət 

gedə bilməz. “İnsanların səni sevməyindənsə, səndən qorxması daha yaxşıdır fikri 

bu mənada real səslənir. Rəhman camaatı onları istəyinə görə deyil, özünün düzgün 

bildiyi prinsiplərlə idarə edir. Şəhərin sakitləşməyən uğultusunadan yaxa qurtaran 

Arif kəndin səssizliyində öz-özü ilə baş-başa qalır, dünyanın arşınının hara qədər 

məsafə qət ediyi barədə düşüncələrə dalır. Bu baxımdan romanın adı əsaslı məntiqə 

dayanır. Əsərdəki təsvirlərdən dolayı belə bir nəticəyə gəlinir ki, dünyanın arşını nə 

qədər uzanırsa uzansın gəlib insan qəlbindən keçir. Hər bir halı ilə insan taleyində 

əsaslı, silinməz izlər qoyur.  

İnsan, təbiət və cəmiyyət arasındakı əlaqə görkəmli yazıçı S.Əhmədli yaradı-

cılığının ana xəttini təşkil edir. Onun yaratdığı insan təbiətin də, cəmiyyətin də bir 

parçasıdır. Lakin o təbiətə yaxınlaşanda nə qədər zənginləşir,təmizlənir, saflaşırsa, 

cəmiyyətə yaxınlaşdıqca bir o qədər “kasıblaşır”, özündən uzaq düşür, təklənir, öz-

gələşir. Elə bu səbəbdən də təbiət onun qəhrəmanlarının mənəvi sığınacaq yeridir. 

Çünki təbiət səmimidir, safdır, onun fitrəti boyadan, riyakarlıqdan uzaqdır. 

S.Əhmədlinin bu kimi mürəkkəb məsələləri  əks etdirmə baxımından  ən 

maraqlı romanlarından biri də “Azığa doğru”  əsəridir. Valeh müəllim doğma ata-

baba yurduna qonaq gəlir. Onun kəndə gəlişinin bir səbəbi doğmaları ilə görüşmək-

dirsə, digər səbəbi də ona verilmiş ərazidə yurd salıb ev tikməkdir. 

Valeh müəllim qardaşının, bacısının qonağı olur, onların tikib yaratdıqları ev-

eşiyə, həyət bacaya tamaşa etdikcə nə qədər fərəh hissi keçirirsə, boş qalmış yurdu, 

tikilməmiş evi haqqında düşünüb bir o qədər kədərlənir. Valeh müəllimin daxili 

monoloqlarını izləyən oxucu onun şəxsiyyəti, xarakteri haqqında tam təsəvvürə 

yiyələnir. O, şəhərdə yaşayır. Lakin bu cür yaşayış-onun heç kimi tanımadığı, özü-


 

Filologiya  məsələləri – №3, 2014

 

 



276

nün də əsli-kökü bilinməyən bir yerdə ömür-gün keçirməsi ürəyincə deyil. “Valeh 

indiyənə  qədər dünyada, özünün də etiraf etdiyinə görə, bir növ kirayənişin kimi, 

qonaq kimi yaşamışdır, içərisində dolaşdığı aləmlə heç cür uyuşa, doğmalaşa bilmə-

miş, ayağının altında möhkəm təməl hiss etməmiş, həmişə varlığını bir təlaş, səbat-

sızlıq sıxmış, daxilini uçuntu sarsıtmışdır. “Mənim heç nəyim yoxdur!”-nidası 

ömrünün payız fəslinə adlamış bir insanın daha çox mənəvi özülsüzlüyünün ifadəsi, 

sanki məhvərindən qopmuş bir qəlbin acı fəryadı kimi səslənir”. (6. s.284) 

Valeh müəlim demək olar heç kimin bir-birini tanımadığı, salam vermədiyi 

şəhərdə  sıxılır, mənəvi  əzab çəkir, özünü qərib, kimsəsiz, kökündən qopmuş  ağac 

kimi hiss edir. Valeh müəllim yaxınları ilə söhbəti zamanı şəhərdə özünü nə üçün 

qərib hesab etdiyini çox orijinal bir məntiqlə izah edir: “ –Qardaş, bilirsən nə var, 

doymuşam, vallah-billah, şəhərdən doymuşam. O gün, bir yerdə, bir məclisdə bir 

qəribə söhbət danışdı. Özümüzdük, tanış-dost, o da deyəsən  şoferdi, onlarla 

gəlmişdi. Dedi siftə bu şəhərə düşəndə gözüm qorxdu. Baxdım ki, küçə dolu, sel tə-

ki adam axır. Dedim, ey dili qafil, ay dədə, mən bu bir belə adama hər gün, hər sə-

hər necə salam verib çatdıracam. Sonra gördüm yox, bunlar bir-birinin yanından 

dinməzcə, salam-kəlamsız ötürlər. Ürəyim yerinə düşdü. İndi qardaş, bəlkə yaşlan-

mışıq, kövrəlmişik. Amma daha mən istəyirəm ki, səhər-səhər küçəyə  çıxanda 

birinci gördüyüm adama salam verim, salam alım. Axı, ola bilməz, insan insanla 

qabaqlaşsın, yan ötsün. Adam təki bir-birinin gözünə baxsınlar, lal təki ötüb 

keçsinlər. Qabağına yüz cür adam çıxır, yüz cür sifət görürsən, gözün əlli rəngdə 

gözə sataşır. Bunun hamısı  sənə heç nə demir. Lap elə özcə blokunda, adam var, 

mən ömrüm boyu üzünü görmək istəməzdim. Di gəl, hər gün dimdik çıxacaq 

səninlə üzbəüz. Sən o göz məsələsinə elə baxma. Qabağına səhər-səhər kim çıxıb, 

bunlara elə boş söz təki baxma...” (5. s.163) Valeh müəllimin ürək ağrısı ilə dediyi 

sözlər kənddən  şəhərə  gəlmiş  hər bir oxucunun ürəyinə toxunur, onu öz taleyi 

haqqında yenidən düşünüb daşınmağa sövq edir. “Nəticədə müəllif milli insan 

daxilində baş verən prosesləri Qərbdə geniş yayılmış  təklik-tənhalıq-ekzistensiya 

fəlsəfəsi çərçivəsində  təhlilə çalışır. Məhz öz daxili azadlıq duyğularına tapınan 

insan ümumi kütlədən qopmağa, “düşüncə  qəhrəmanı”na, son halda cəmiyyət 

içində “qərib”ə çevrilməyə başlayır”. (8. s.25) 

El-obasına bütün varlığıyla bağlı olan Valeh müəllimi ev tikməkdən soyudan 

bir səbəb də var. O da yurd yerinin narahat ərazidə olmasıdır. Bəzi tənqidçilər bunu 

Valeh müəllimə irad tuturlar. Bildirirlər ki,əgər doğulduğu bu yer ona bu qədər 

əzizdirsə yurd yerinin nə  fərqi var. S.Əhmədli qələminin özünəməxsus 

cəhətlərindən biri də yaratdığı obrazları  təbii, boyasız, yalançı, populist 

vətənpərvərlikdən və digər mənəvi keyfiyyətlərdən uzaq olmalarıdır. Əksinə, Valeh 

müəllim ürəyinə yatmayan yerdə ev tikdirməyə  cəhd göstərsəydi bu çox süni, 

yapma bir istək olardı, heç inandırıcı da olmazdı. Hər bir kəs harda olmasından aslı 

olmayaraq evinin gözəl, baxımlı bir yerdə olmasını arzulayar. Bu təbiidir. Vətənin, 

el-obanın hər qarışı  əzizdir, lakin bu o demək deyil ki, at getməz, maşın işləməz 

yerdə o tərəddüdsüz yurd salmalıdır. Valeh müəllim də insandır, yurd yerinin bir o 

qədər də xoşuna gəlməməsi təbii insani hisslərdir.  

80-ci illərdə qarşıdan gələn faciənin bir sənətkar uzaqgörənliyi ilə qabaqcadan 

duyan yazıçı ermənilərlə bağlı  məsələlərə toxunur, həqiqətləri oxucuya çatdırmaq 

niyyəti ilə bəzi məqamlar barədə düşünüb nəticə çıxarmağa sövq edir. Ermənilərin 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



277

ciddi-cəhdlə torpaqlarımızda  əl-qol açıb bağ salıb, ev qurub yaşamaq cədlərinin 

mənasız olmadığına xalqımızın hələ  də  qəflət yuxusunda oluğuna işarə edir “-

Ermənilər qayaların üstünə torpaq gətirib tökür, bağ salırlar, bostan becərirlər”. (5. 

s.183) Valeh müəllim isə yurd yerinin narahat olması barədə düşünüb qaya üstündə 

xaniman quran düşmənə fürsət verir. Yazıçı millətimizin saf, xainlikdən uzaq olan 

nəfsi, gözü tox olan təbiətinə işarə etməklə bu keyfiyyəti milli faciəmiz kimi nəzərə 

çatdırır. 

“Azığa doğru” romanı yaddaşla bağlı yazılan əsərlər silsiləsindəndir. Bir çox 

ictimai-siyasi, sosial problemləri işıqlandıran yazıçı roman boyu oxucunu vətən, 

torpaq, tariximiz barədə düşüncələrə kökləyir, onu sözügedən məsələlər barədə 

götürqoy etməyə, nəticə çıxarmağa təhrik edir. İkiyə parçalnmış vətənimizin kədərli, 

aqibəti, faciəli tarixi Arazla bağlı epizodda yenidən təzələnir, qan yaddaşımızı 

silkələyib oyadır. Tarixi faciəmizin kökü, şahidi kimi ürək ağrısı ilə təsvir olunur. 

Söz adamlarımız zaman-zaman Arazı başımıza gətirilən faciənin görkü, nişanəsi 

kimi qəlbimizdə heykəlləşdiriblər. O taylı bu taylı azərbaycanlıların ortaq kədərinin, 

facəsinin, müsibətinin rəmzi kimi Araz ədəbiyyatımizda obrazlaşıb. B.Vahabzadə-

nin, X.R.Ulutürkün, M.Arazın yaradıcılığında  şeirləşən Araz, S.Əhmədlinin nəsr 

dili ilə yeni bir çalar, yeni bir rəng alır: “Nağıl Arazdı, söhbət Arazdı! İki körpünün 

arasında dolub-doluxsunub, qıraqlarda, elə yatağın özündəcə dikəlmiş daş-qayaya 

çırpılaraq həzincə  səslənən sular, onca addım eni olan çay bir elat bayatısıyla 

hənirlənə-hənirlənə başıaşağı axıb gedirdi. Çayın yovşan  ətirli sərin payız nəfəsi 

həndəvərə yayılır,  şeh çilənirdi. Qum-çınqıl yuyulur, daşlar-qayalar  əriyirdi. Bağ-

bağça, çöl-biçənək təki çay da payız fəslində saralıb, xəzəllənməyə üz qoymuşdu. 

Çayın üzünə elə bil dünya-aləmin yarpağı, xəzanı tökülüb gedirdi.(5. s.219) Xalq 

inancından doğan “Kitabi Dədə Qorqud” boylarından üzü bəri yaddaşın rəmzi kimi 

qəbul edilən yovşan keçmişlə bu gün arasında əlaqə, körpü kimi səciyyələndirilir, 

ikiyə bölünmüş  vətənimizin tarixi gerçəkliyi ilə bağlı bir çox həqiqətlərini milli 

azadlıq ərəfəsində olan xalqın yaddaşında bir daha təzələməklə bədii vasitə kimi is-

tifadə olunur. 

Valeh müəllim üçün inam hər şeydir. Həyatın hərəkətverici qüvvəsidir. Ona 

görə inamsız yaşamaq qeyri-mümkündür. Onun qənaətinə görə öz əlinlə, halallıqla 

tikilmiş ev məbəddi. Bütün varlığıyla kəndə bağlı olan Valeh müəllim illərdir ki, 

şəhər mühitinə alışıb, onunla doğmalaşa bilməyib, nəticədə  təklənib, tənhalaşıb. 

Özünü tapa bilmədiyi  şəhər ona zövq verib, ruhunu oxşamadığı üçün tədricən 

nəzərlərində əzəmətini də itirib. İnsan təbiətə nə qədər yaxındırsa demək bir o qədər 

safdır, təmizdir. Düşünürük ki, vətən məhz evdən, ocaqdan başlayır. Bu evdə ayağın 

torpaqdan rişə  çəkmirsə demək qol-budaq atmağın mümkünsüzdür. Yazıçıya görə 

bu cür ev təbiilikdən, təbiətdən, ilkinlikdən uzaqdır. “Mənimsə könlümün ən birinci 

istəyi dünyada özümə bir yurd salmaq, binələnməkdi. Bu təkcə dünyanı tutub axır 

zamana kimi yer üzündə qalmaq yanğısından doğmamışdı. Yox, mən özümü öz 

əllərimlə tikdiyim evdə görmək istəyirdim.  İnamım bu idi ki, insan yalnız öz 

əməyilə, saf əməyilə tikdiyi evdə özünü tapa bilər, özü ola bilər. Kəndlərimizdə, 

qəsəbələrimizdə, Araz qırağında və çay yaxalarında, çaylaq üstündə  və s. div 

dərəsindəki evlər hamısı birlikdə bir şəhərdi. Kənddə şəhər! bunları mən bir yadigar

örnək, görk təki qoyub, hamısından əl çəkib qayıdıram o yerə, o evə ki, o allahdan, 

peyğəmbərdən, dindən-imandan  əsər-əlamət olmadıqda vardı. Tikilməmişdi 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



278

demirəm,  əsl ev tikilməyəndi! Onu gərək təbiət özü yaratmış olsun”. (5. s.293) 

Həqiqətən də insan hündür binalarda yaşadıqca təbiətin oğlu olduğunu unudur, 

“mədəniləşir”, təbii şeylərə isə yabançılaşır, nəhayətdə hardan gəlib hara getdiyini 

belə  dərk etmir və  nəticədə  mənəvi boşluğa yuvarlanır.  İnsan və  təbiət arasındakı 

qarşılıqlı münasibət məsləsinə toxunan Ə.Ağaoğlu qeyd edir ki, “J.J.Russo və Tols-

toy kimi yüksək ideallı, dərin düşüncəli fikir adamları  mədəniyyəti ancaq fəlakət 

hesab etmişlər. Təbiəti taparcasına sevən J.J.Russo mədəniyyəti pozucu və aldadıcı 

adlandırmışdır. Onun fikrincə, təbii hala yaxın insanlar yalnız daha əsil, daha təmiz, 

daha  əxlaqlı deyil, eyni zamanda daha xoşbəxtdirlər. Tolstoy isə bu günkü 

milyonlarca nüfuzu daşıyan şəhər yığınlarını və sənaye mərkəzlərini sadəcə bir fəla-

kət kimi görür. Bu fikir adamına görə, elm və fənn, hətta ədəbiyyat və fəlsəfə belə 

insanlığın qurtuluşuna deyil, fəlakət və soysuzlaşmasına səbəb olur və “insanlar nə 

ilə yaşayırlar” adlı əsərlərinə incilin bir tək cümləsi qədər qiymət vermir. Tolstoya 

görə, insanlar üçün tək xoşbəxtlik çarəsi şəhərləri buraxıb köylərə daşınmaq, təbii 

hala qayıtmaqdır”. (1. s.31) Roman boyu getdikcə Valeh müəllimin ev haqqında 

düşüncələri daha da dərinləşir, maraqlı bir istiqamət alır. Yaxınları ilə ilk insan məs-

kəni olan “Azığ mağarası”na səyahəti zamanı onun evlə bağlı  qənaətləri dəyişir, 

ümumbəşəri səciyyə daşıyır. Düşünür ki, ən  əzəli və  əbədi ev təbiətin qurub 

yaratdığı evdir. Əgər bir evin tikilməsində, bir ağacın əkilməsində insan əli varsa o 

artıq özündən, əslindən dönmədir. 

Valeh müəllimin ev tikmək ilə bağlı arzuları  tənqidçi Fərhad Mədətovun 

təhlillərində tamam fərqli istiqamət alaraq siyasi baxımdan mənalandırılır. O yazır 

ki, “Ev müstəqilliyin, azadlığın rəmzi kimi, yerin ürəyə yatmaması isə imperiya 

sərhədləri daxilində müstəqilliyin mümkünsüzülyü kimi qavranmalıdır. Valeh yerin 

könlünə yatmadığını elan etməyə  cəsarət etmir, çünki bu yerə “hələ deməzdən”, 

neçə yerdən “göz dikən, müştəri çıxan” olduğunu yaxşı başa düşür. Torpaqlarımızın 

imperiya dövründə hissə-hissə itrilməsi, bu gün isə  ən yüksək həddə çatdırılması 

Valehin narahatlığının əbəs olmadığını təsdiq edir. Onun “özüm-özümün deyiləm” 

ifadəsi müstəqillyi itirilmiş ölkənin fəryadı idi”. (6 s.138) Düzdür romanda tarixi 

siyasi hadisələrə müəyyən məqamlarda açıq və ya sətiraltı münasibət, keçmişimizi 

yaddaşımızda təzələmək istəyi və cəhdi var, lakin Valeh müəllimin evlə bağlı olan 

düşüncələri fikrimcə sırf sosial-mənəvi mahiyyət daşıyır. 

Valeh müəllim açıq fikirli, dərin mühakimə sahibi olduğu üçün cəmiyyəti 

çulğamış  bəla kimi kənddən  şəhərlərə olunan güclü axının sonucda müsbət nəticə 

verməyəcəyini dərk etdiyi üçün narahatçılıq keçirir. S.Əhmədli ustalıqla yaratdığı 

bu obrazın vasitəsilə sənətkar uzaqgörənliyilə həyəcan təbili çalır. Valeh müəllimin 

yurd haqqında, ev haqqında fikirləri, planları  dəyərlidir, hər bir kəsi içindən 

oynadacaq kəndə, təbiətin qoynuna qaytaracaq gücə malikdir. Lakin sona kimi 

həyata keçməyən məqsəd, çin olmayan arzu, gerçəkləşməyən,  əməli ifadəsini 

tapmayan niyyət təəssüf hissi doğurur, ilk başda oyanan ümidləri boşa çıxarır. Ev 

tikməyə olan həvəs, istək yalnız onun düşüncə  və  xəyallarındadır. Valeh elinə, 

obasına aşiq olan Məcnun kimidir. O Leylası olan yurdunu sevir, lakin əməli addım 

atıb xəyallarını gerçəkləşdirmir, pul, xahiş, minnət gücünə onu əldə etmək istəmir. 

Bu cür yollarla tikəcəyi evin müqəddəsliyinə xələl gətirəcəyindən qorxur. 

 

 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



279

Ədəbiyyat 

 

1.  Ağaoğlu Ə. Üç mədəniyyət. Bakı:Mütərcim, 2006 



2.  Cabbarov N. Sözə bağlı ömür. “Azərbaycan”jurnalı. 1980, N:7 

3.  Cahangir Ə. Kitabi-Dədə Sabir. “Azərbaycan”jurnalı. 2000, N:7 

4.  Əhmədli S. Dünyanın arşını . Bakı: Yazıçı, 1984 

5.  Əhmədli S.Yasamal gölündə qayıqlar üzürdü . Bakı: Yazıçı, 1984 

6.  Hüseynov A. Sənət meyarı. Bakı: Yazıçı, 1986 

7.  Mədətov F.Sabir Əhmədlinin yaradıcılığı. Bakı.1998 

8.  Məmmədova S. Azərbaycan ədəbiyyatında yeni yaradıcılıq meyllərinin 

təşəkkülü (XX əsrin 80-90-cı illəri). Bakı.2009 

9.  Salamoğlu T. Müasir Azərbaycan romanı: janr təkamülü (XX əsrin 80-ci illəri). 

Bakı, Nafta-press, 2007 

10. Yusifli V. Tənqid və bədii söz. Bakı: Mütərcim, 2002 

 

Р.Мефтун кызы 



Модель изменчивою времени и меняющиеся мира в современных романах 

Резюме 


Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin