Сабир Ахмедли-выдаюшийся представитель литературы Азербайджана.
Писатель известен как самый плодородный романист своего времени. Эти
произвидения и по тематике, и по идейному содержано- очень великолепные
произведение.
В статье произведения Сабира Ахмедли представлены в контексте
современного творчества. Писатель смог проанализировать и прояснить такие
проблемы как роль и место личности, трудности, отношение человека и
природы в нашем изменяющемся мире.
R.Meftunqizi
In modern roman’s variable time and other world model
Summry
S.Ahmedli is a famous writer of Azerbaijan literature. Writer is famous that
the most polific roman. Every this roman’s according to the idea, content very
excellent works. In article works S.Ahmedle that the modern roman creations. The
stories and large- scale story’s writer according to the idea, content, themes by
value in all period preserved your weight.
In variable world the role and position of the person, the relations of man and
nature by analyzing and solve the problems.
Rəyçi: Tofiq Hüseynov
filologiya elmləri doktoru, professor
Filologiya məsələləri – №3, 2014
280
ƏHMƏD ŞƏBANİ MİNAABAD
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi
ahmad.namin2012@yahoo.com
FARS ƏDƏBİYYATININ GÖRKƏMLİ YAZIÇI VƏ ŞAİRLƏRİNİN
ƏSƏRLƏRİNİN QURANI KƏRIM AYƏLƏRİNDƏN, HƏDİSLƏRDƏN VƏ
MÜTƏNƏBBİNIN ŞEİR DİVANINDAN İSTIFADƏ ETMƏKLƏ ƏN
ÖNƏMLI STİL VƏ NÖVLƏRİ
Açar sözlər: önəmli metodlar, Qurani Kərim ayələri, hədislər, Mübtəninin şerləri,
fars şerləri.
Key words: different ways of being influenced, verses of the Holy Quran, nar-
rations, Mutanabbi’s poems, Persian poems
Ключевые слова: нужные методы, стихи Корана, рассказы, стихи Мотанаб-
би, персидские стихи.
İslam coğrafiyasında və xüsusilə İranda ərəb dilinin geniş yayılmasının səbəbi
ondan ibarətdir ki, Allah öz Qurani Kərimini bu dildə göndərmişdir. Bu Quran
mükəmməllik və ədəbilik baxımından elə bir əl çatmaz nöqtədə idi ki, hamının, xü-
susilə də söz ustadlarının, ədəbiyyatçıların, incəsənət ustadlarının qəlbini ram edir
və onları özünə məftun qoyurdu. Digər tərəfdən isə maarif, məna, quruluş və ehkam
baxımından hamını heyran qoyur qəlblərin mənəvi susuzluğunu yatırırdı. Bütün
bunlardan əlavə, o Məhəmməd peyğəmbərin möcuzəsi idi və o özü insanları təkal-
lahlılıq uğrunda mübarizəyə qaldırmışdı. Bundan əlavə, onun dərin və möcüzəli bir
daxili aləmi vardı. Bütün bunlar müsəlman tədqiqatçılarının Quranın mənəvi gözəl-
liklərinin və möcüzələrinin yenidən işıqlandırılması və onun daxili məzmunun yeni-
dən açılması və onun daxilində verilmiş maarifçilik ideyalarının və əsaslarının şərh
edilməsi və genişləndirilməsi sahəində mübarək tədqiqatlar aparmasına zəmin
yaratdı. Bu tədqiqatların nəticəsində bir tərəfdən lüğətçilik, qrammatika, natiqlik,
şərhçilik və s. kimi eləmlərin meydana gəlməsinə və inkişaf etməsinə, digər tərəf-
dən isə çoxlu sayda risalə və kitabların yazılmasına və sinifləndirilməsinə səbəb
oldu.
Fars dilli şerin Quran və hədislərdən təsirlənməsini genişləndirən mədəni
amillərin bir hissəsi aşağıda verilmişdir:
1. Şerin dini təbliğat vasitəsi kimi seçilməsi və bir sıra məktəblərin genişlən-
dirilməsi üçün ondan istifadə. Bunun ən gözəl nümunələrini hicri təqviminin 5-ci
əsrində Nasir Xosrovun yaradıcılığında görmək olar.
2. Şerin didaktik və ibrətamiz mövzular janrına çevrilməsi və ondan xalqın
saflıq və paklığa qovuşması, bütün çirkinliklərdən uzaq tutulması üçün bir vasitə ki-
mi faylanmaq. Bu cür yanaşmanı biz Nasir Xosrovun, Cəmaləddinin, Əbdülrəzza-
qın, Sənayinin, Xəqaninin, Əttarın, Möləvinin, Sədinin vəs. yaradıcılığında aydın
şəkildə müşahidə edirik.
3. Şerin ürfan və təsəvvüfün aparıcı ədəbi janrına çevrilməsi, davranış ko-
dekslərinin, dünyadan əl çəkmək və cənab Haqqa qovuşmaq kimi məsələlərin məhz
bu janrla ifadəsi, bu yolda irəliləyən müridlərin şer yazması və tapdıqları gizli nəti-
Filologiya məsələləri – №3, 2014
281
cələri və şahidi olduqlarını bu janrla ifadə etmələri. Bunun ən gözəl və zərif nümu-
nələrini Sənayinin, Əttarın, Möləvinin, Hafizin və s.lərin əsərlərində görmək olar.
Məhşur və görkəmli ərəb şairləri arasında İraqın məhşur şairi, İslamın qızıl
əsri adı ilə məşhurlaşmış Abbasilər sülaləsi dövründə yaşayan və Mütənəbbi adı ilə
tanınan Əbu Təyyib Əhməd bin Hüseynin (miladi təqvimlə 915-ci ildə anadan olub)
şerlərinin və kəlamlarının qüdrəti artıq neçə əsrdir ki, öz ana dili sərhədləri
çərçivəsindən çıxmış və onun fəlsəfi, ürfani, əxlaqi məsələlərlə, Quranın gözəl
mövzuları ilə zənginləşdirilmiş şerləri bir çox şer və söz ustadlarının diqqətini cəlb
etmişdir. Şairin şer və ədəbiyyat sahəsindəki şöhrəti o dərəcədə geniş yayılmışdı ki,
istisnasız olaraq heç bir başqa şer və şair haqqında onun qədər söhbət açılmamışdır.
Keçmişdən indiyə kimi Misir, Livan, İran və s. kimi bir çox ölkələrdə onun
şerlərinə 40-dan artıq şərh yazılmışdır. Onun şerləri İran və Azərbaycanın bir çox
iki və daha çox dillərdə şer yazan Mövlana, Hafiz, Nizami, Xəqani, Saib Təbrizi
kimi bir çox şairlərini öz təsiri altına almışdır. Onun təsiri altına aldığı şairlər
arasında qərbdən Əbu Hani Əndəlusini də misal gətirmək olar.
Yazıçı və şairlərin əsərlərin təsirli metod və növləri
Sözlə təsir:
Bu təsir növündə şair özünün və ya başqalarının təsiri altında olduğu bir çox
söz və tərkiblərdən istifadə edir. Yəni, onun istifadə etdiyi söz və tərkiblər birbaşa
və ya dolayı yolla şairə və ya başqalarına dərin təsir göstərən söz və tərkiblərdir. Bu
yolla da həmin söz və tərkiblər təkcə öz ədəbi əsərlərinə deyil digər millətlərin də
ədəbiyyatına daxil olur. Belə söz və tərkiblərə misal olaraq Quranın ayələrini və
peyğəmbər haqqında olan hədisləri göstərmək. Belə söz və tərkiblər həmin millətlə-
rin ən qabaqcıl şair və yazıçıları tərəfindən istifadə olunmuş və sözlərin məna
yükünün artırılmasına və gücləndirilməsinə və inkişafına xidmət göstərmişdir.
Sözlə təsirin özü də 3 yerə- alınma, tərcümə və nəticə çıxarma qruplarına
bölünür.
1. Alınma: bu növdə həmin söz və Qurandan, hədislərdən və ya şerlərdən
götürülmüş tərkiblər ərəb, fars və ya digər dillərdə işləndiyi orijinal quruluşunlarına
heç bir dəyişiklik edilmədən və ya onun ərəbcə quruluşuna heç bir xələl gəlməmək
şərti ilə azca söz və ya məna baxımından dəyişiklik edilərək fars və digər xalqların
dilinə və ədəbiyyatına gətirilir. Buna aid misal kimi Mütənəbbinin şerlərində
işlədilən “Uhud və zimən” sözlərinin eynilə götürülərək Hafizin şerlərində istifadə
olunmasını göstərə bilərik.
ﻻ
ْبَدأ
ْﻢُهَﺪﻨِﻋ
و
ﻻ
ٌﺐَﺴَﺣ
و
ﻻ
ٌدﻮُﻬُﻋ
ْﻢُﻬﻟ
و
ﻻ
ُﻢَﻣِذ
(Divanı, birinci cild, səh- 217, 3-cü beyt)
Tərcüməsi: nə ədəbləri var, nə razılıqları, nə əhd tanıyırlar, nə də peyman.
Hafiz isə özünün 315 nömrəli qəzəlinin 4-cü beytində deyir:
لﺎﺣ ﻪﺘﺴﻜﺷ ددﺮﮔ ﻪﻨﻳﺁﺮه ﻦﻜﺷ نﺎﻤﻴﭘ
ّنا
َدﻮﻬﻌﻟا
ﺪﻨﻋ
ﻚﻴﻠﻣ
ﻲﻬﱡﻨﻟا
ﻢَﻣِذ
Filologiya məsələləri – №3, 2014
282
Tərcüməsi: peymanlarını sındıranların öz əhdlərini tapdaladıqları üçün hər an
halları pisləşə bilər. Amma həmin peymanlar ağıllı insanların yanında təhlükə-
sizlikdədirlər.
2. Tərcümə: bu üsulla şairlər sözləri və ya Qurandan götürülmüş tərkibləri
ərəbcə quruluş xüsusiyyətlərini saxlamaq şərti ilə onlara azca dəyişilik etməklə
tərcümə edirlər. Bu zaman tərcümələr öz əvvəlki xüsusiyyətləri saxlamaqla yanaşı
fars dilinin xüsusiyyətlərini də mənimsəyirlər. Buna aid Mütənəbbinin aşağıdakı
beytini misal verə bilərik:
ُءﺎﻀْﻴَﺑ
ُﻊِﻤْﻄُﺗ
ﺎﻬِﺘﱠﻠُﺣ َﺖْﺤَﺗ ﺎﻬﻴﻓ
ﱠﺰَﻋ َو
َﮏِﻟذ
ًﺎﺑﻮُﻠﻄَﻣ
اذإ
ﺎﺒِﻠُﻃ
(Divanı, birinci cild, səh- 223, 6-cü beyt)
Şərhi: şair burada deməkistəyir ki, məşuqun vüsalına çatmaq asandır, amma
onun tələbləri çox çətindir. Xəqani də özdivanın 64-cü səhifəsindəki 3-cü beytində
ًﺎﺑﻮُﻠﻄَﻤُﻌِﻤﻄُﺗsözlərini fars dilinə uyğun quruluşa salaraq aşağıdakı kimi işlətmişdir:
ﻊﻤﻃ
نﺎﺳﺁ
ﯽﻟو
ﺐﻠﻃ
ﺐﻌﺻ
ﺖﺳا
ﯽﺒﻌﺻ
ﺖﻓﺎﻳ
زا
ﺐﻠﻃ
ﺮﺘﺑ
ﺖﺳا
Tərcüməsi: acgözlük və nəyisə istəmək asandır amma onun əldə olunması
aydalarına riayət etmək istəməkdən xeyli çətindir.
3. Nəticə çıxarma qrupunda isə bir söz və ya tərkibə onların hır hansı bir
şerdə, cümlədə, hədisdə, ayədə və s. işlənməsindən asılı olmayaraq ayənin, şerin və
ya hədisin məzmununa uyğun olaraq quruluş verilir. Başqa sözlə desək bu cür söz
və tərkiblər hər hansı bir hədis, ayə və ya şerdən çıxarılan nəticədir. Buna uyğun
Mütənəbbinin aşağıda bir beyti verilmişdir:
ﱡﻞُﮐ
ٍء ﯽَﺷ
َﻦِﻣ
ِءﺎﻣﱢﺪﻟا
ٌماﺮَﺣ
ُﻪُﺑﺮُﺷ
ﺎﻣ
ﻼَﺧ
َمَد
ِدﻮُﻘﻨُﻌﻟا
(Divanı, birinci cild, səh- 133, 1-ci beyt)
Tərcüməsi: qandan olan hər bir şeyin içilməsi haramdır, üzüm salxımının qanı
kimi
Şərhi: fars ədəbiyyatında “دﻮﻘﻨﻌﻟا مد” tərkibi “üzüm suyu- qanı” mənasında
işlədilmişdir. Buna görə də Hafiz sonda onun halal və pak olmayan insan qanına
nisbətən halal və pak olmasını ağıllı bir şəkildə öz 25-ci qəzəlinin 7-ci beytində irəli
sürür və deyir:
ﻢﻳرﻮﺧ ﻩدﺎﺑ حﺪﻗ ﺪﻨﭼ ﻮﺗو ﻦﻣ ﺮﮔ دﻮﺷ ﻪﺟ
ﺖﺳﺎﻤﺷ نﻮﺧ زا ﻪﻧ ﺖﺴﻧازر نﻮﺧ زا ﻩدﺎﺑ
Tərcüməsi: mənim və sənin bir iki qədəh şərab içməmizin nə eybi varki? Bu
şərab insan qanından olan şərabdan daha pakdır və üzüm salxımının qırmızı suyu
sizin kimi insanların qanından daha pakdır.
Xəbər, cümlə və ya birləşmə şəklində təsir :
Bu təsirin özü də iqtibas və həll və ya təhlil kimi qruplara bölünür:
Filologiya məsələləri – №3, 2014
283
Iqtibas və götürmə : Bu növdə şair Qurandan və ya digər bir şerdən cümlə və
ya bir tərkibi əvvəlki ərəbcə quruluşuna heç bir dəyişiklik etmədən və ya vəzninə
ağırlıq gətirməmək şərti ilə kiçik bir dəyişikliklə öz şerində işlədir. Qurandan və
hədislərdən bu cür istifadə müxtəlif məqsədlərlə bağlıdır.Təbrik etmə, bəyan və izah
etmə, yada salma və diqqət çəkmə, təşbih və təmsil, bəzəmə, şahid gətirmə və
istinad, incəliklərin sadalanması, savad və mədəniyyət nümayiş etdirmə kimi
mövzuların hamısı iqtibasa zəmin yaradan bir çox mövzulardan hesab olunur. Misal
üçün dahi Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” əsərindən aşağıdakı ayəni göstərə
bilərik:
ﻢﻴﺣﱠﺮﻟا ِﻦﻤﺣﱠﺮﻟا ِﻪّﻠﻟا ِﻢﺴِﺑ
O, bu ayəni fəqət təbrik məqsədi ilə heç bir dəyişikliksiz iqtibas etmişdir.
ِﻢﺴِﺑ
ِﻪّﻠﻟا
ﻢﻴﺣﱠﺮﻟا ِ ﻦﻤﺣﱠﺮﻟا
ﺖﺴه
ﺪﻴﻠﮐ
ﺞﻨﮔ رد
ﻢﻴﮑﺣ
Tərcüməsi: Bağışlayan və mehriban Allahın adı ilə başlayıram ki, onun adı
Quran kimi bir xəzinəni açmaq üçün bir açar kimidir. Mütənəbbinin də aşağıdakı
beyti böyük İran şairi Mövlana tərəfindən istifadə olunmuşdur:
ُماﺪُﻤﻟا ِﻪﻴّﻠَﺴُﺗ ﺎﻣ ٌداﺆﻓ
ُمﺎﺌِّﻟا ُﺐَﻬَﻳ ﺎﻣ َﻞﺜِﻣ ٌﺶﻴﻋ َو
(Divanı, birinci cild, səh- 227, 1-ci beyt)
Tərcüməsi: Elə ürəklər var ki, mey və şərab onlara sakitlik və təsəlli verir, elə
həyatlar var ki, insanlar üçün bədbəxtlik və rəzillik gətirir. Mövlana da “Şəms”
divanının 2181-ci qəzəlinin 28-ci beytində Mütənəbbinin həminki beytindən ikinci
misranı iqtibas edərək yazır:
ﯽﺳرﺎﭘ زا ﺶﻤﺧ
ﻢﻳﻮﮕﺑ ﯼزﺎﺗ
ٌداﺆﻓ
ﺎﻣ
ِﻪﻴّﻠَﺴُﺗ
ُماﺪُﻤﻟا
Tərcüməsi: dodaqlar fars dilində danışmaqdan yumur və ərəb dili və ləhcəsi
ilə bəstələyirəm, o qədər ürəklər var ki, şərab onlara təsəlli və sakitlik verir.
Təhlil: iqtibas və götürmədə bəzən müəllif vəzn və qafiyəni qorumaqdan ötrü
ayə və hədislərin əsas quruluşlarına zərər yetirmədən azacıq düzəlişlər etmyə
məcbur olur. Amma qeyd olunmalıdır ki, bir tərəfdən vəzn və qafiyənin sıxıcılığı,
digər tərəfdən isə iqtibaslara olan həvəs bəzən şairi öz şerini ayə, hədis və məşhur
bir kəlamla bəzəməkdən ötrü onlara həddindən artıq düzəliş etməyə və onların
əvvəlki quruluşlarını pozmağa vadar edir. Ayə, hədis və ya məşhur bir şeri öz
vəznindən kənarlaşdıracaq dərəcədə düzəlişlərə məruz qoymaq ədəbiyyatda təhlil
adlanır. Möləvi öz “Məsnəviye mənəvi” əsərinin birinci cildinin 882-ci beytində
yazır:
نﺎﻨﭽﻤه ار ﺎﻣ ﯼﺎه نﺎﺟ ﺲﻔﻧ ﻦﻳو
نﺎﻬﺟ ﺲﺒﺣ زا ددزد ﮎﺪﻧا ﮎﺪﻧا
Filologiya məsələləri – №3, 2014
284
ﺎﺗ
ﯽﻟا
ﺪﻌﺼﻳ
بﺎﻴﻃا
ﻢﮑﻟا
ً اﺪﻋﺎﺻ
ﺎّﻨﻣ
ﯽﻟا
ﺚﻴﺣ
ﻢﻠﻋ
Tərcüməsi: insanın aldığı hər bir nəfəs onu ölümünə yaxınlaşdırdığı bir
addımdır. Bu addımlar bizim ruhumuzu dünya zindanından tədricən azad edir.
Gözəl sözlər və pak niyyətlər insanı öz Allahına tərəf daha da ucaldır. Bu beytdə
pak ruhlar gözəl sözlərlə ifadə olunmuşdur. Həmin beytin 3-cü misrası Quranın
“Fatir” surəsinin 10-cu ayəsidir ki, orada Allah buyurur:
ُﺐﻴّﻄﻟا ُﻢِﻠَﮑﻟا ُﺪَﻌﺼَﻳ ِ ﻪﻴﻟإ
Tərcüməsi: gözəl sözlər Allaha tərəf gedər.
Xəbər şəklində təsir:
bu cür təsirdə şair ayə, hədis və məşhur şairlərin şerlərini 2 cür- tərcümə və
izahla fars dilinə tərcümə edir. Bəzən şairin adını çəkməklə onun sözlərini nəql edir,
bəzən isə öz sözləri ilə verir :
1.
Tərcümə: ayə, hədis və məşhur şairlərin şerlərini tərcümə digər
tərcümələr kimi bəzən qapalı sözlərin təsiri altında, bəzən isə açıq və azad şəkildə
edilir. Qapalı tərcümədə fars dilinə çevirilmiş mətn həm məna və məzmun
baxımından ərəb dilindəki orijinalı ilə bərabər olur, həm də quruluş baxımından
onunla ayaqlaşır. Bu növdə ayə, peyğəmbər kəlamları və məşhur şairlərin şerləri
məna, məzmun və quruluşlarına heç bir dəyişiklik olunmadan fars dilinə tərcümə
olunur. Məsnəviye mənəvidə, 2-ci cilddə, 845-ci beytdə deyilir:
نﺎﺑز ﺮﻳز رد ﺖﺳا ﯽﻔﺨﻣ ﯽﻣدﺁ
ﻦﻳا
نﺎﺑز
ﻩدﺮﭘ
ﺖﺳا
ﺮﺑ
ﻩﺎﮔرد
نﺎﺟ
Yuxarıdakı beytin ilk misrası Əmirəl möminin aşağıdakı sözünün qapalı
tərcüməsidir:
ِﻪِﻧﺎﺴِﻟ َﺖﺤَﺗ ٌءﻮُﺒﺨَﻣ ُءﺮَﻤﻟَا
Tərcüməsi: insan öz dilinin altında gizlənir.
Mütənəbbi də yazır:
َو
ٍمْﺮُﺟ
ُﻩﱠﺮَﺟ
ُءﺎﻬَﻔُﺳ
ٍمْﻮَﻗ
ﱠﻞَﺤَﻓ
ِﺮْﻴَﻐِﺑ
ِﻪﻴِﻧﺎﺟ
ُباَﺬَﻌْﻟا
(divanı, 2-ci cild, səh-160, beyt 2)
Tərcüməsi: ağılsızların törətdikləri çoxlu günahların cəza və işgəncələri
günahsızlara çatır.
Saib Təbrizinin aşağıdakı beyti də Möbtəninin yuxarıda verilmiş beytinin
qapalı tərcüməsidir:
ﺐﻀﻏ رد نﺎهﺎﻨﮕﻴﺑ
ّﺪﺣ
ﺪﻧرﻮﺧ نارﺎﮑﻬﻨﮔ
ﺎﻬﻟﺎﺒﻧد ﻦﻴﻣز ﺮﺑ ناﺮﻴﺷ ، ﻢﺸﺧ زا ﺪﻨﻧز ﯽﻣ
(divanı, birinci cild, səh-155-156, 303 nömrəli qəzəli)
Filologiya məsələləri – №3, 2014
285
Tərcüməsi: insan əsəbləşdiyi zaman günahsızları belə günahkarlar qədər
cəzalandırır, şirlər də əsəbləşdikləri zaman öz günahsız quyruqlarını şiddətlə yerə
çırpırlar.
2.
Təfsir (izah): Bu növdə şair ayə, hədis və ya bir şrin məğzvə
məzmununu açıb onu öz şerində şərh edirMütənəbbi yazır:
ْﺬُﺧ
ﺎﻣ
ُﻩاﺮَﺗ
َعَد و
ًﺎﺌﻴﺷ
ﻪِﺑ َﺖْﻌِﻤَﺳ
ِﺔَﻌْﻠَﻃ ﯽﻓ
ِرْﺪَﺒﻟا
ِﻞَﺣُز ْﻦَﻋ َﮏﻴﻨْﻐُﻳ ﺎﻣ
(divanı, 2-ci cild, səh-105, beyt 3)
Beytin tərcüməsi: gördüyün yerə get, eşitdiyini boş ver. Çünki, günəşin üzünə
olan şey səni Satruna gtmək üçün ehtiyacsız edəcək. Mövlana da yuxarıdakı beytin
məzmununa diqqət yetirərək öz “Məsnəviye mənəvisində” 5-ci cild 3907-3910-cu
beytlərdə ətraflı izah verir.
دﺮﮐ
ﯼدﺮﻣ
زا
ﯽﻧاﺪﻨﺨﺳ
لاﺆﺳ
ّﻖﺣ
ﻞﻃﺎﺑ و
ﯼا ؟ ﺖﺴﻴﭼ
لﺎﻘﻣ ﻮﮑﻴﻧ
شﻮﮔ
ﺖﺴﻠﻃﺎﺑ ﻦﻳا ﺖﻔﮔ و ﺖﻓﺮﮕﺑ ار
ﻢﺸﭼ
ّﻖﺣ
ﺖﺳا
و
ﺶﻨﻴﻘﻳ
ﺖﺴﻠﺻﺎﺣ
نﺁ
ﻪﺑ
ﺖﺒﺴﻧ
ﻞﻃﺎﺑ
ﺪﻣﺁ
ﺶﻴﭘ
ﻦﻳا
ﺖﺴﺘﺒﺴﻧ
ﺐﻠﻏا
ﺎه ﻦﺨﺳ
ﯼا
ﻦﻴﻣا
ز
بﺎﺘﻓﺁ
را
دﺮﮐ
شﺎّﻔﺧ
بﺎﺠﺘﺣا
ﺖﺴﻴﻧ
بﻮﺠﺤﻣ
زا
لﺎﻴﺧ
بﺎﺘﻓﺁ
Tərcüməsi: bir nəfər gözəl nitq qabiliyyətinə malik söz ustadına haqla batil haq-
qında və onların arasında olan fərq barəsində sual verir. Həmin söz ustadı onun qula-
ğından tutmaqla deyir ki, bu qulağın vasitəsilə eşitdiyin hər bir söz onun həqiqət qarşı-
sında nə dərəcədə düzgün olmasını müəyyənləşdirmək imkanının olmamasına görə gö-
zün qarşısında batildir. Göz və gözün müşahidə edərək şahid olduqları isə həqiqətdir və
bu həqiqət sanki varlığı hətta kor olan yarasalara belə məlum olan günəş kimidir.
Dostları ilə paylaş: |