Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту


POL OSTERIN ROMANLARINDA POSTMODERN PARADİQMA



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə32/45
tarix26.02.2017
ölçüsü4,19 Mb.
#9788
1   ...   28   29   30   31   32   33   34   35   ...   45

POL OSTERIN ROMANLARINDA POSTMODERN PARADİQMA 

 

Açar sözlər: American ədəbiyyatı, Pol Oster,postmodern paradiqma, ideya, model, 

azadlıq 

Ключевые  слова:  Пол  Остер,  постмодернистская  парадигма , идея,  модель, 

свобода  



Key words: Paul Oster, post-modern paradigm, idea, model, freedom  

 

Tədqiqatçıların yekdilliklə  təsdiq etdiklərinə görə, postmodernizm və onun 



nəzəri baxımdan qavranılması mövcud dünyagörüşü konsepsiyalarında müvafiq 

“epistemoloji partlayışın” təsiri altında formalaşmışdır. Postmodernizmin nəzəriy-

yəçilərinin hamısı J.F.Liotarın “Postmodern vəziyyət” adlı səsrinin böyük əhəmiy-

yətindən bəhs edirlər (1979), burada “postmodernizm” anlayışı metatəhkiyəyə 

inamsızlığı bildirir. Fransız nəzəriyyəçisi üçün müasirlik bütövlükdə “böyük me-

tatəhkiyəyə” inamın eroziyaya uğraması deməkdir. Postmodern erasının mədəniy-

yətinin  əsas  əlaməti eklektizmdir və bu da öz növbəsində “mədəniyyətin sıfır 

dərəcəsidir”.  

Ümumdünya  ədəbi prosesinin tarixini, onun müxtəlif dövrlərdə üzə  çıxan 

meyllərini öyrənmək bizim milli ədəbi prosesin də qanun və qanunauyğunluqlarını 

çözmək baxımından, fikrimizcə aktualdır. Məlumdur ki, bu məsələ bizim 

ədəbiyyatşünaslıqda iki üsulla yerinə yetirilir: 1.Müqayisəli  ədəbiyyatşünaslıq 

kontekstində, yəni, Azərbaycan  ədəbi prosesinin hər hansı hadisəsini dünya ədəbi 

prosesinin bu və ya digər hadisəsi ilə müqayisədə öyrənmək, onların fərqli və oxşar 

cəhətlərini üzə çıxarmaq; fikrimizcə, bu, daha çox milli ədəbi prosesdə önəmli yer 

tutan, onun necə deyərlər, sifətini müəyyənləşdirən hansısa görkəmli söz ustasının 

ədəbi portretinə  əlavə, tamamlayıcı cizgilərin  əlavə edilməsi ilə  səciyyələnir. 

Məsələn, milli dəbi prosesin bir növ istiqamətini dəyişdirən, XVI əsrdən üzü bəri 

üslub dəyişməsi prosesində öz dövründə həlledici rol oynayan, Azərbaycan ədəbiy-

yatına Avropa formalarını  gətirən M.F.Axundovun yaradıcılığını  qərbi Avropa 

maarifçi sənətkarları ilə müqayisədə öyrənmək birincinin yerinə yetirdiyi missiyanı 

daha dəqiq konturlarla nəzərə çarpdırmaqla müşayiət edilir. 2. Dünya ədəbi 

prosesinin konkret faktlarını öyrənmək, ölkənin mədəniyyət, humanitar təfəkkür ta-

rixinə ekskurs etmək və beləliklə də dünya ədəbi prosesində özünə önəmli yer tutan, 

ən müxtəlif parametrlər baxımından artıq ənənə yaradan hadisələri öyrənmək. Bizdə 

belə bir fikir formalaşıb ki, fransız ədəbiyyatını fransızlardan, Amerika ədəbiyyatını 

Amerika tədqiqatçılarından, Rumın  ədəbiyyatını rumın  ədəbiyyatşünaslarından, 

yaxud polyak şeirini Polşada yetişən milli tədqiqatçılardan daha yaxşı öyrənmək 

mümkün deyildir. Fikrimizcə, bu, absurddur və heç bir elmi əsasa malik deyildir. 

Dünya  ədəbiyyatşünaslığında bunun əksini sübut edən xeyli sayda nümunələr 

mövcuddur. Məsələn, “Azərbaycan” jurnalının keçən ilki nömrələrinin birində fran-

sız tədqiqatçısı Pol Balanfanın bir yazısı çap edilmişdi: Niyazi Misrinin mistik 

təlimlərində ruhani yoxsulluq və qara işıq. XVII əsr türk mistik şairinin yaradıcılığı-


 

Filologiya  məsələləri – №3, 2014

 

 



299

nı fransız tədqiqatçı dərindən öyrənmiş, bu zaman özünə bir köynək uzaq olan ədəbi 

prosesin ayrı-ayrı hadisələrini müasir Türkiyə  tədqiqatçılarından daha yaxşı incə-

ləyə bilmişdir. Mixail Baxtinin belə bir fikri məşhurdur ki, “ədəbi hadisə uzaqdan 

daha ayrıntılı  şəkildə görünür”. Bu fikri iki istiqamətdə anlamaq mümkündür: a) 

uzaqdan, yəni müəyyən zaman keçdikdən sonra, b) başqa, fərqli  ədəbi meyarlar 

baxımından. Bütün bunların nəticəsində ədəbi fakt və ya hadisə bütün dərinliyi ilə 

açıla bilir. Qeyd etmək yerinə düşər ki, bu kimi hadisələrin belə bir rakursda 

öyrənilməsi müasir Azərbaycan  ədəbiyyatı  və  ədəbiyyatşünaslığı, habelə  tənqidi 

üçün də faydalıdır. O mənada ki, əvvəla bizim tədqiqatın predmetini təşkil edən 

yazıçılar və onların dünyaca məşhur əsərlərinin ən müxtəlif metodikalar müstəvisin-

də araşdırılması mükəmməl bədii mətnin öyrənilməsi yolunda faydalı ola bilər; 

ikincisi, adı çəkilən əsərlər geniş, yaxud ucsuz-bucaqsız məkan kimi götürüldükdə 

orada  ən müxtəlif  ədəbi hadisələr baxımından araşdırmaların aparılması bizim 

müasir ədəbi prosesin öyrənilməsi, hazırkı mərhələdə keçdiyi yolun və əldə etdiyi 

nəticələrin saf-çürük edilməsi baxımından həlledici addım sayıla bilər; üçüncüsü, 

adı  çəkilən müəlliflər və onların tədqiqata cəlb edilən  əsərləri müxtəlif dövrlərdə 

Azərbaycan dilinə  tərcümə edilmiş, müxtəlif elmi müstəvidə artıq öyrənilmişdir. 

Uilyam Folknerin “Avqust işığı” romanı Tehran Vəlizadə tərəfindən tərcümə edilə-

rək  əvvəlcə “Xəzər” jurnalında, sonra isə Slavyan Universitetinin “150 cildlik 

dünya  ədəbiyyatı kitabxanası” seriyasından ayrıca kitab şəklində çap edilmişdir. 

Bundan başqa Folknerin hekayələri mərhum tərcüməçi Natiq Səfərov tərəfindən 

tərcümə edilib. O ki qaldı müasir amerikan yazıçısı Pol Osterə bu barədə, zənnimiz-

cə bizim ədəbi prosesdə  məlumat yetərincə deyildir, halbuki onun bütün dünyada 

məşhur olan əsərlərini həm tərcümə etmək, həm də öyrənmək bizim proses üçün 

faydalı ola bilərdi. Bi cəhəti də qeyd edək ki, Dostoyevski Peterburqu, Coys 

Dublini, Pamuk İstanbulu necə öz ədəbi dünyasının mərkəzi edirsə, Oster də Nyu 

Yorku - Bruklini o cür yazır. Müsahibələrində Amerikaya olduqca maraqlı rakurs-

dan baxan Osterin yaradıcılığından keçən qızıl xətt, təkcə onun məşhur trilogiya-

sında ümumiləşməyib, həm də onun bir neçə müsahibəsi var ki, bu müsahibələrdə 

o, bütün yaradıcılığı xarakterizə edib. Rus jurnalisti Sergey Taskla söhbətindən bəzi 

məqamlar xeyli maraqlıdır: 

"– Müsahibələrinizin birində deyirsiniz, Amerika yer üzündə yeganə ölkədir 

ki, təxəyyül məhsuludur. Bəlkə bu fikrinizi izah edəsiniz?  

– Amerika ideya kimi yaranıb. Başqa ölkələr öz kökləri, ənənələri, keçmişləri 

üzərində  bərqərardır, Amerika isə  həmişə  gələcəklə bağlıdır. Bu ölkənin idealları 

onun üçün hər  şeydən öndə  gəlir, o bütün dünyaya hakim olmaq istəyir, amma 

ironiya burasındadır ki, özü heç vaxt bu ideallara sadiq olmur. Biz uzun müddət 

hinduları incitmişik, onları qul vəziyyətində saxlamışıq. Sonra Vətəndaş müharibəsi 

zamanı bir milyona yaxın adam burda, öz evimizdə  həlak oldu. Amerika həmişə 

qanlı və ikiüzlü olub, amma bununla bərabər, qeyri-adi dərəcədə idealizmini saxla-

yıb. Buna görə də amerikalı olmaq çətindir. Burda yaşamaq üçün həmişə müəyyən 

bir tarazlıq tapmaq lazımdır”. Bu hissədə deyilən “ikiüzlülük” Osterin bütün roman-

larının ana xətti, “tarazlıq cəhdi”, qəhrəmanlarının başlıca arzusudur. Onun 

qəhrəmanları həmişə cilddən-cildə girir, tez-tez adları dəyişir, bir neçə adam olurlar, 

ikiləşmək nədir, üçləşirlər, beşləşirlər. 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



300

Pol Osterin bütün romanlarında onun qəhrəmanları güzgü kimi çiliklənib həm 

öz həyatlarına, həm də başqalarının ömrünə dağılıblar. Onun romanlarında qəh-

rəman yoxdur, səyahəti sevən, intellektli, hər  şeyi  şansa buraxan adamlar var. Bu 

adamların heç biri nə istədiyini bilmir - onlar postmodern dünyanın sakinləridir. Qı-

sa  şəkildə desək, hər iki yazıçının bədii sistemində Amerika iki istiqamətdə 

öyrənilir – Amerika ideya kimi və Amerika ideyadan doğan mif kimi. Tədqiqatda 

bu iki istiqamətin ardıcıllığı, onların bir-birinə nüfuz etməsi və həm də ədəbi prose-

sin təkamül prosesi öyrənilir. Bu problemlərin öyrənilməsi müasirlik baxımından 

önəmlidir, hər şeydən öncə ona görə ki, araşdırmanın mərkəzində insan taleyi durur, 

bu insan tarixin müxtəlif dönəmlərində  mənəvi cəhətdən transformasiyaya uğrayır 

və bu günə, müasir həyata dəyişə-dəyişə gəlib çıxırlar. Ədəbiyyatın insanı keçmiş-

dən bu günə hansı yöndə öyrənməsi sistemli şəkildə izah edilir.  

Məsələn, Pol Osterin “İllüziyalar kitabı” romanının süjetini nəzərdən keçir-

mək olar. ədəbiyyat professor Devid Zimmer təyyarə qəzasında arvadını və iki uşa-

ğını itirir. Yarım il ərzində cəhənnəmin bütün künc-bucaqlarını gəzib dolaşır, içir, 

içini yeyir və həyata bütün marağını itirir. Ancaq günlərin bir günü televizorda nü-

mayiş etdirilən səssiz kinonun bir fraqmenti olmazın möcüzə yaradır, keçən dövr 

ərzində ilk dəfə Devidin simasında təbəssüm yaranır.  İndi  əlində heç bir təcili işi 

yoxdu (pulu var – həyat yoldaşının həyatını  sığortalayıb, universitetdən akademik 

məzuniyyət götürüb), buna görə  də gülməyi yadırğamış adamı gülməyə  məcbur 

edən şəxs haqqında roman yazmaq qərarına gəlir. Bu, 50 il qabaq karyerasının pik 

nöqtəsində olduğu zaman qeyb olmuş komik hektor Mann adlı  şəxsdir. Hamı gü-

man edir ki, bu adam çoxdan bu dünyadan köç eləyib. Ancaq kitabçıxdıqdan az 

müddət sonra Zimmer Nyu-Meksikadan məktub alır, deyilir ki, Mann yaşayır və 

onunla görüşmək arzusundadır. Bu kitab həyatlarını illüziyalar üstündə quran insan-

lardan bəhs edir. Nə olursa-olsun insan sonda tək qalır, həyatını daxildən qurub tən-

zimləyə bilməzsə, gec ya tez, karton evcik uşub dağılanda qarşısında nəhəng uçu-

rum açılır (1,13).  

“Cənab Vertiqo” uşmaq qabiliyyəti olan bir oğlandan bəhs edir. Master İequ-

da cındır paltar geyinmiş Uoltu küçədən tapnda onun cəmi-cümlətanı doqquz yaşı 

vardı və bu zaman Uoltla müqavilə bağlayır: on üç yaşında Uolt uça bilməzsə, gəlib 

ustadın başını balta ilə bədinindən ayıra bilər. Üç ildən sonra, bir sıra təhlükəli və 

qorxunc təcrübələri sınadıqdan sonra Uolt doörudan da uçur. “İllüziyalar 

kitabı”ndan fərqli olaraq, bu qeyri-adi dərəcədə optimist romandır. Bəlkə kitabın 

təlqin etdiyi həqiqəti əxz etdikdən sonra insanlar gerçəkdən uçmağı öyrənəcəklər? 

Niyə də yox. Yeganə problem budur ki, uşmağı ağıllarından belə keçirməyiblər, bu 

arzu ilə yaşamayıblar. Bu hadisə Nəhəng Depressiya dövründə Amerikada baş verir 

- hər yer qanqsterlərlə doludur, ölkə aclıq və  fəalkət içindədir. Kitab sözün əsl 

mənasında insanı tilsimləndirir (3, 15). Onun janrını müəyyənləşdirmək çətindir – 

şübhəsiz ki, fantastika deyil, magik realizm saysaq, burada magiya azdır – uşaq 

uçmağı öyrənir, bunun harası fantastika, ayxud sehrbazlıqdır. 

Osterin  ən məşhur romanlarından biri “Leviafan” adlanır. Bu roman osterin 

avtobioqrafik detallarla ən zəngin  əsəridir – təhkiyəni aparan qəhrəmanın taleyi 

Osteri xatırladır: nöqtəbənöqtə. İlk uğursuz nikah, bu nikahdan bir oğlan uşağının 

olması, ikinci uğurlu nikah (romanda ikinci qadının adı İrisdir, Osterin öz qadının 

adı isə Siridir – məşhur yazıçı). Qız uşağının dünyaya gəlməsi. Romanın baş qəhrə-


 

Filologiya  məsələləri – №3, 2014

 

 



301

manı benjamin Saksı  əsərin elə ilk cümlələrindən tanımalı oluruq, növbəti dəfə 

“Azadlıq heykəlini” uşurmaq üçün hazırladığı mina partlayır. Romanın əsas teması 

terrorizmdir. Bu əsər haqqında bir qədər təfərrüatlı danışmaq zərurəti var. Digər 

romanlarında olduğu kimi bu əsərdə  də  cəlbedicilik  əsas prinsipdir, oxucunu cəlb 

edib oyuna qatmaq və ona müəyyən ideyaları  aşılamaq. Bu əsərdə Pol Oster iki 

yazıçının dostluğundan bəhs edir – daha doğrusu onun qəhrəmanı Piter Aaron dostu 

Saks Benjamindən bəhs edir. Saks katolikdir, Rusiyada doğulub. Ata xətti ilə 

əcdadları talnlar zamanı Rusiyadan qaçıb Amerikaya pənah gətiriblər. Ancaq Saks 

təkcə bu faktın təsdiqi ilə işini bitmiş hesab etmir. Atasının ailəsindən bəhs edərkən 

Saks bir dəfə belə bir ifadə işlədir ki, tanrı öldükdən sonra ona Nyu-Yorka köçmək-

dən başqa əlac qalmır. Bu sözü deyəndə nəyi nəzərdə tutması gizlin deyil: Rusiyada 

talanlar çar İkinci Aleksandr qətlə yetirildikdən sonra başlanmışdı, çarı nihilistlər 

öldürmüşdülər. Demək lazımdır ki, bu halı ilə bombistlərin (terrorçuların) baxış və 

əməllərini Saks da bölüşür.  İndi Amerikada yaşamasından rəncidə olmasa da, 

narodovolçuların ideologiyası onun ruhuna daha yaxındır. Bütün təhkiyə zamanı 

boyunca Saks özünü rəsmi dövlət sisteminə qarşı qoyur - əvvəlcə yaradıcılığında , 

sonra isə daha fəal  əməli sahəyə adlayır. Demək, bu anlamda Saks həm də 

nihilistlərin metaforik nəslinin nümayəndəsidir, onun doğulduğu  şərait son dərəcə 

simvolikdir, yəni “Amerikanı partlatmaq” onun əzəldən alnına yazılıb.  

Bütün roman qəribə “üst-üstə düşmələrlə” zəngindir. Qəhrəman doxsanıncı 

illərin  əvvəllərində ahəngdar həyat tərzi qurulmuş Amerikada yaşayır. Ancaq bu 

qəhrəmanların ömürlərinin açar məqamları  həmişə, demək olar bütün hallarda 

tsəadüflə müəyyənləşir (5, 94). İnsanların və hadisələrin qeyri-məntiqi şəkildə üz-

üzə  gəlib toqquşması. Bir tərəfdən dövlət, hakimiyyət maşının dəqiq çalışması, 

digər tərəfdən insan həyatının qəribə xaotikliyi, təsadüflərin meydan sulaması ... 

romanın fəlsəfi süjet qatını ortaya qoyur: dünyada mənasız heç nə yoxdur – hər şey 

bir-biri ilə  sız qarşılıqlı  əlaqədədir. Varlığın xaotikliyi Amerikanı “Leviafan 

dövləti” kimi təcəssüm etdirən Azadlıq heykəlinə qarşı durur. Saksın həyatında ən 

dramatik anlar məhz heykəllə  əlaqəlidir. Uşaqlıqda anası onu abidənin içinə 

ekskursiyaya aparmışdı, qapalı  məkanda anası  və  rəfiqəsi təlaşlanmış, Saks isə 

yüksəklikdən qorxma xəstəliyinə düçar olmuşdu. Saks elə belə də deyir: “Bu mənim 

ilk siyasi dərsim oldu. Başa düşdüm ki, azadlıq təhlükəlidir. Bircə anlığa özünü 

buraxsan – yoxsan.” Şübhəsiz ki, bhu sözlər ümumən azadlığa yox, onun simvollaş-

dırdığı “dövlət azadlığına” aiddir. Belə bir fonda Saks intihar etmək istəyir, özünü 

evin damından atır. Saks növbəti romanında dövlət ideyasını inkişaf etdirmək niy-

yətində olsa da, özündən asılı olmayaraq başgicəlləndirici hadisələr burulğanına dü-

şür və bun nəticəsində oturduğu yerdən qalxıb bütün Amerikanı qarış-qarış gəzməli 

olur. Bu zaman gözünə  yəhudi sol radikal partiyasının mənsubu, Rusiyada doğul-

muş Aleksandr Berkmana həsr edilən bir dissertasiya sataşır və bu Saksın həyatında 

dəyişmə nöqtəsinə çevrilir. Ədəbiyyatdan birdəfəlik ayrılmaq qərarına gəlir. 

Ömrünün qalan hissəsini Azadlıq Kabusu adı ilə siyasi bəyanatlarla çıxış etməyə 

həsr etmək qərarına gəlir və hər dəfə bu bəyanatlar yayaıldıqda müvafiq aksiyalarla 

müşahidə edilir – qismən konseptual-bəddi, qismən də terrorismin imitasiyası. 

Beləkiklə Saks Berkmanı özünün sələfi qismən də özünün oxşarı hesab edir. İkiləş-

mə motivi məlumdur ki, Pol Osterin yaradıcılığında mühüm yer tutur.  Kitabı diq-

qətlə mütaliə etdikdə oradan Saksın digər oxşarlarını da tapmaq olar, bunların 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



302

arasında hətta tarixi şəxsiyyətlər də yox deyildir. Hətta dostu və romandakı 

təhkiyəçi Aaron da Saksın oxşarıdır. Hər ikisi yazıçıdır, demək olar eyni təkamül 

yolunu keçirlər, eyni zamanda, yaxud növbə ilə eyni qadınlara vurulurlar. Saks hətta 

gizlin  şəkildə dükanlarda Aaronun kitablarını müəllif kimi imzalayır. Aaron isə 

üsyançı deyil, sənətkardır, elə beləcə qalır, vəd edilən azadlığın sərhədlərini aşmır. 

“Leviafan” romanında Saks və Aaronun sevgililəri parlaq boyalarla rəsm ediliblər, 

onlardan biri yazıçının arvadıdır, ilham pərisi və yol göstərənidir, ikincisi sərsəm bir 

rəssamdır, üçüncüsü Lilian adlı fahişədir – Azadlıq ideyasının əsl təcəssümü – nə 

işlə  məşğul olursa-olsun vicdan əzabı  çəkməyi birdəfəlik unudub. Məhz onunla 

görüşdükdən sonra Saks daxilində yatan gücü aşkarlayır və  məhz bu fahişənin 

sayəsində kabinet yazıçısı əsl Robin Quda çevrilir. Məhz Hollivud ənənələri çevrə-

sində romanda sentimantal və ehtiraslı sevişmə səhnələri yer alıb, burada eyni za-

manda heç bir məntiqə sığışmayan cinayətlər törədilir. Və beəliklə bizə xalis pos-

tmodernist ekşen təklif edilir – eyni zamanda həm amerikansayağı, həm də anti-

amerikan əhval-ruhiyyəli ekşen.  

İntervülərində Pol Oster dəfələrlə qeyd edib ki, onu daha çox mif ölkəsi kimi 

Amerika obrazı maraqlandırıb. Bu ideya inanılmaz əhvalatlar süzgəcindən keçirilə-

rək oxucuya təqdim edilir, bu ideya bəzən ani şəkildə insan taleyini dəyişən qeyri-

adi hadisələr fonunda açılır. Romanın qəhrəmanı Azadlıq Kabusu qarşısına belə bir 

məqsəd qoyur ki, mexaniki obrazdan, yaxud dəhşət doğuran obrazadan daxilində 

yatan mifə çevirmək istəyir. Qəhrəman heykəli dil açıb danışmağa, nəfəs alıb yaşa-

mağa məcbur etmək istəyir: «Ayıl, Amerika. Eyni şeyi deyib, başqa şeyi etməkdən 

yorulmadınmı. Heykəllərin havada uçmasını görmək istəmirsənsə sübut elə ki, 

ikiüzlülüyə birdəfəlik yox deyibsən » (6,103).  

 

Ədəbiyyat 



 

1.  Caws M.A. Paul Auster: The Invention of Solitude Текст. /М.А. Caws //The 

Review of Contemporary Fiction. 14.1 (Spring 1994). - P. 7-8.  

2.  Contemporary novelists. Текст. Fifth ed. [Ed. L. Henderson]. -L., Chicago: St. 

James Press, 1991. 1053 p.  

3.  Powell P. The End Is Only Imaginary Текст. /Р. Powell //N.Y.Times. May 

17,1987. — P. 11.  

4.  Rodefer S. Translation Текст. /Rodefer S. // Auster P. The Art of Hunger. /Р. 

Auster. Harmondsworth: Penguin, 1992. - pp.261-263.  

5.  Shapiro D. Author Turns Auteur Текст. /D. Shapiro //People Weekly. 42, 9;1. 

Aug 29, 1994.-p.26.  

6.   Shilon I. Paul Auster and Postmodern Quest: on the Road to Nowhere. Текст. /I. 

Shilon. N.Y.: Lang, 2002. - 22lp.  

 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



303

Ş.Valiyeva 

The development tendencies of the 20-th century american literature 

Summary 


 

Paul Oster, the well-known american writer of the 20-th century has 

repeatedly noted that he is interested in an image of America as the country of 

myth. He submits this idea to the reader in various forms. Sometimes it is revealed 

against a background of irreal events. This article deals with the analysis of the 

main tendencies revealed in the development of the 20-th century of American 

Literature that is carried out based on concrete theoretical and literary works. It is to 

be noted that using the traditional mythological models and elements in the works 

representing the classical direction or tendencies of the literary mythology is 

typiical for our research. In the structure analysis of the texts there are revealed the 

binary-logical schemes: it reflects the dichotomy of good and evil (we see the 

competitor of negative nature in comparison with the positive hero); life and death 

(fear of death and love for life); youth and old age (Children and elderly people are 

involved). 

 

Ш.Велиева 



Тенденции развития американской литературы 20-го века  

Резюме 


 

Пол  Остер,  известный  американский  писатель 20-го  века  неоднократно 

отмечал,  что  его  интересует  образ  Америки  как  страна  мифов.  Он  представ-

ляет эту идею читателю в различных формах. Иногда это выясняется на фоне 

ирреальных  событий.  Эта  статья  посвящена  анализу  основных  тенденций, 

выявленных  в  развитии  американской  литературы 20-го  века,  которая 

осуществляется на основе конкретных теоретических и литературных произ-

ведений.  Следует  отметить,  что  использование  традиционных  мифологичес-

ких моделей и элементов в работах, представляющих классическое направле-

ние или тенденции литературного мифологии типичных для нашего исследо-

вания.  В  структурного  анализа  текстов  выявлены  двоично-логических  схем: 

она  отражает  дихотомию  добра  и  зла  (мы  видим  конкурента  негативный 

характер  по  сравнению  с  положительного  героя);  жизнь  и  смерть  (страх 

смерти и любви к жизнь); молодость и старость (дети и пожилые люди). 



 

Rəyçi:          Cavanşir Yusifli 

                filologiya elmləri doktoru 

 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



304

ÜLVİYYƏ HƏSƏNOVA  

AMİ  

qskar@mail.ru 

 

SÜLEYMAN SANİ AXUNDOVUN YARADICILIĞINDA MAARİFÇİ 



GÖRÜŞLƏRİN , MƏNƏVİ - ƏXALQİ İDEYALARIN BƏDİİ ƏKSİ 

 

Açar sözlər : tamahkarlıq , cəhalət , köləlik, köhnəlik. 



Ключевые слова : жадность , невежество , рабство , устарение 

Key words : greed , ignorance , slovery , obsolescence. 

 

 



S. S.Axundovun bədii yaradıcılığı zəngin və çoxcəhətlidir. O , hekayə ustası , 

görkəmli dramaturq, xalq müəllimi, mədəniyyət xadimi kimi tanınmışdır. Bədii 

yaradıcılıq xalq mənafeyini güdən, vətəndaşlıq vəzifəsini hər şeydən uca tutan xalq 

müəllimi S.S.Axundovun ictimai fikirlərini əks etdirən bir vasitə idi. O , “Nicat ” 

cəmiyyətində çalışdığı müddət ərzində bir sıra maraqlı hekayələr yazmışdır.  

S.S.Axundov dramaturgiyamıza M. F. Axundovun məşhur “Hacı Qara” 

əsərinin təsiri ilə yazdığı “Tamahkar ” (1899) komediyası ilə gəlmişdir. Bu pyesdə 

o, dövrün bir sıra mənfiliklərinə, xəsisliyə, tamahkarlığa, qadın  əsarətinə qarşı 

çıxmış, Imran, Gülizar, Şərəf xanım kimi müsbət surətlər yaradaraq, oxucu və 

tamaşaçılarda gözəl həyat arzuları oyatmağa çalışmışdır.  

“Tamahkar ” sadə, aydın dildə yazılmış realist komediadır.  Əsərin mənfi 

komik qəhrəmanı Hacı Muraddır. O , xəsis, tamahkar, qorxaq və hiyləgərdir. 

Ədib Hacı Muradla ikinci xəsis Məhərrəm bəyi qarşılaşdırır. Hər iki mənfi 

qəhrəmanın varlanmaq üçün bir – birinə hiylə  gəlmələri, xəsis və tamahkarlığı 

aydın nəzərə çarpır. Məsələn, Hacı Murad 18 yaşlı gözəl, ağıllı , ismətli qızı Gülzarı 

Qoca Məhərrəm bəyə puluna görə satmaq niyyətindədir. Malına, puluna görə 

Məhərrəm bəyi aslana, tərlana, lakin sədaqətli və gənc İmranı isə tülküyə bənzədir. 

Əsərin sonunda öz nökərləri tərəfindən onun talan olunduğunu görürük. Yetimin, 

kasıbın pulunu kəsərək dövlətlənmək istəyi Hacı Muradın ürəyində qalır.  İmranın 

atasının pullarını  mənimsəyərək qızını ona verməyə söz verib üstündə durmaması 

ona baha başa gəlir. Qızı Gülzar Imrana qoşulub qaçır. Evində  işləyən nökərlərin 

pulunu kəssə də , məvaciblərini verməsə də Hacı Muradın pulları quldurlara qismət 

olur.  

Müəllif bununla demək istəyir ki , xəsislik , tamahkarlıq insana xoşbəxtlik gə-



tirmir , əksinə “əli aşından da olursan , vəli aşından da ”. 

1906 – cı ildə S. S. Axundov burjua cəmiyyətini və əxlaqını ifşa edən kiçik 

formalı komediyalar – “Dibdad bəy ”, “Türk birliyi” ni yazır. Bu pyeslərdə o, duma 

seçkilərinə mollanəsrəddinçilər mövqeyindən baxmışdır. Hər iki komediya ilə yazı-

çı dramaturgiyamıza ictimai – siyasi mövzu gətirmişdir.  

“Eşq və intiqam” beş  pərdə, yeddi şəkildə yazılmış realist faciədir.  Əsəsrin 

mövzusu Azərbaycanda insanları  fəlakətə salan vəhşi adət - ənənələrdən, qanlı 

faciələrdən, gəncliyin bu müsibətlərdən xilas olmaq cəhdlərindən , onların azad 

məhəbbətindən və haqsızlığa qarşı mübarizə edənlərin həyatından bəhs edir.  

Əsərdə qanlı adət - ənənələri davam etdirən bəy – mülkədar sinfinin 

nümayəndəsi  Şahbaz bəydir. O, pul gücünə  Həcər xanımı özünə arvad etmişdir. 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



305

Həcər xanımın simasında qadının hüquqsuz, kölə vəziyyətini, Şahbaz bəyin şəxsin-

də isə zorakılığın, əyyaşlığın, özbaşınalığın ailəni necə dağıtdığını görürük. Bütün 

müsibətlər Həcər xanımın sevmədiyi Şahbaz bəyə ərə verildiyindən sonra başlayır 

və  əsərdəki qurbanların sayı çoxalır.  Əgər zəmanənin qurbanı  Həcər xanım idisə, 

sonra o sıralara Çingiz və Zöhrə xanım da qatılırlar. Əgər vaxtı ilə Həcər xanımın 

sözü eşidilsə idi, istəyi nəzərə alınsaydı Çingiz doğma ata - anasının yanında böyü-

yərdi və bu müsibət də baş verməzdi. Lakin hadisələrin başqa cür cərəyan etməsi 

Çingiz və Zöhrənin müsibətinə səbəb olur. “Məni öz bacıma aşiq yetirməkdə fikrin 

nədir , ey çərxi - fələk ? ” deməsi ilə intiharı bir olur.  

Yazıçı bu insanların arzularının puç olmasında ancaq zəmanəni günahlandırır. 

S. S. Axundovun maraqlı  əsərlərindən biri də “ İki yol ” (1922) əsəridir.  Əsas 

məqsəd köhnəliklə mübarizədir. Əsərin qəhrəmanı gənc ziyalı aktyor Məmməddir. 

O , azadlığın saf məhəbbətin tərəfdarıdır. Məmməd atasının seçdiyi yolu – vaizlik , 

rövzəxanlıq, mərsiyəxanlıq etmək istəmir. Teatrı  kəsərli , əhəmiyyətli tərbiyə 

vasitəsi hesab edir. Atası Mir Kazımağa teatrı “lotular yığıncağı” adlandırır. Dayısı 

Molla Fəttah “şeytan yuvası” na bənzədir. Açıq fikirlərinə görə dayısı ona “mürtəd 

” , atası isə “ qoyduğum ad sənə haram olsun , cəddim səni tezliklə əlindən alsın” 

deyir. Onu anlayan yalnız bacısı Gülsüm və nişanlısı Qonçadır.  

S.S. Axundov “tək - tək ayılan” şəxslərin necə bir çətinliklə , tənqidlə və təh-

qirlə rastlaşdıqlarını bizə göstərmişdir.  

Keçmişdən qalma mənfi adət - ənənələrin tənqidi , köhnə  əxlaq normalar 

üzərində  qələbəsi, komediyada müsbət surətlərdən istifadə etmək meyili S. S. 

Axundovun “Molla Nəsrəddin Bakıda”, “Şahsənəm və Gülpəri”, “Bir eşqin nəticəsi 

” , “ Yeni həyat ” komediyalarının ideya bədii xüsusiyyətlərini təşkil edir.  

Sovet dövrü Azərbaycan dramaturgiyasında bioqrafik formada yazan ilk 

sənətkar S. S. Axundovdur. Onun “Molla Nəsrəddin Bakıda” məzhəkəsi Cəlil 

Məmmədquluzadəyə  həsr edilmişdir. Burada o, Molla Nəsrəddin surətini ilk dəfə 

səhnəyə çıxarır, köhnəliyə qarşı çıxan şəxs kimi təqdim edir. Cəlil Məmmədquluza-

dənin bir şəxsiyyət kimi xarakterik sifətlərini göstərir.  

“Şahsənəm və Gülpəri ” pyesi hüququnu anlayan, ictimai həyata atılmaq 

istəyən qadınlardan bəhs edir. Teatra gedən qadınlara pis baxdıqları üçün Pinəçi Qa-

far və Mirzə  Fərəc arvadlarını da oraya getməyə qoymurlar. Bu cür köhnə fikirli 

ərlər teatrın ancaq kişilər üçün olduğunu iddia edirlər. Komediyanın sonunda onlar 

öz səhvlərini başa düşüb arvadları ilə barışır və mədəni həyata qədəm qoyurlar.  

Köhnəliklərə qarşı  çıxan yazıçı qadın hüquqsuzluğu haqqında daha bir pyes 

yazmışdır. “Bir eşqin nəticəsi” pyesində o vaxtki bəlalardan biri – qoca kişilərin on 

bir , on iki yaşlı qız uşaqları ilə evlnmələri göstərilmişdir. Əlli yaşlı Kərbəlayi Nə-

binin arvadı bir aydır ki, ölüb. O isə evlənmək fikrinə düşüb. On iki yaşlı Şövkəti 

aldadaraq özünə siğə edir. Lakin kommunist Maral xanımın köməkliyi ilə Kərbəlayi 

Nəbi ifşa olunur və arzusu ürəyində qalır.  Ədib Məşədi Səftərqulunun timsalında 

yalançı məşədiləri də tənqid atəşinə tutmuşdur.  

Sənətkarın dram janrından hekayə yazmağa meyl etməsinin müəyyən səbəb-

ləri var idi. S.S.Axundov bir qabaqcıl müəllimkimi hiss edirdi ki, yaradıcılığın bu 

növü kiçik yaşlı uşaqların, gələcək nəslin əxlaqi və mənəvi yüksəlişinə əsaslı, dərin 

təsir edə bilər. Həm də bu sahədə (uşaq ədəbiyyatı sahəsində) görülən iş qənaətbəxş 

deyildi.  


 

Filologiya  məsələləri – №3, 2014

 

 



306

Azərbaycan məktəblərində ana dili tədrisi zəif olduğu kimi mətbuatda dərc 

olunan əsərlər də gənc oxucuları təmin etmirdi. Məktəb həyatı və maariflə bilavasitə 

əlaqədar olan məcmuələrdə,  əsasən, tərcümə  ədəbiyyatı  dərc edilirdi ki, bunun da 

estetik və tərbiyəvi təsiri istənilən nəticəni verə bilməzdi. Uşaq ədəbiyyatı sahəsində 

orijinal əsərlərin sayca azlığını hiss edən Axundov uşaqların öz ana dilində , onların 

ruhuna uyğun hekayələr yazmağa başladı.  

S.S.Axundov yaradıcıığı boyu hekayə janrına xüsusi diqqət yetirmiş, “Qan 

bulağı” , “Ümid çırağı” , “Cəhalət qurbanı ”, “Qatil uşaq”, “ Nə üçün”, “Təbrik”, 

“Sona xala”, “Zarafat”, “Müalicə”, “Yoluxma xəstəliyi” , “Mister Qreyin köpəyi” , 

“Son ümid” , “İki dost” , “İki düşmən” kimi əsərlər yazmışdır.  

S. S. Axundov qələmə aldığı “Qan bulağı” (1923) , “Ümid çırağı” (1923), 

“Cəhalət qurbanı” (1923), “Qatil uşaq” (1924), “Nə üçün” (1925) əsərlərinin 

mövzusunu da əsrin  əvvəllərindəki cəmiyyətdə mövcud olan qaranlıq mühitdən 

almışdır.  

“Qan bulağı” hekayəsində qan düşmənçiliyi kimi adətlərin insanlara gətirdiyi 

faciələr iki nəslin övladları – Teymur xan və Paşa xanın faciəsi timsalında  əks 

etdirilir. Əsərin sonunda hər iki gəncin ölümü bu mənfur adəti yaşadanlara ittiham 

kimi səslənir.  

Ovda qarşılaşan gənclərin ölüm səhnəsi təsirli bir dillə əks etdirilir: “ ...bu iki 

cavanın qılıncı od parladıb qayalara səs salır. Xeyli müddət çarpışırlar , lakin biri – 

birlərinə zərər yetirə bilmirlər. Bu halda günəş dağın dalında tulu edir. Onun zərrə-

ləri Teymur xanın gözlərinə ox kimi sancılıb qamaşdırır və bu anda Teymur xanın 

sinəsindən vurur. Teymur xan yıxılır. Qan çeşmə kimi sinəsindən axıb baharın təzə 

və tər otlarını , çiçəklərini boyayır.” 

Teymur xanın yarasını bağlamaq üçün sinəsini açan Paşa xan onun qadınoldu-

ğunu bildikdə fəryad edir. Teymur xan bu çirkin adətə nifrətini bildirib , gözlərini 

əbədi yumduqda Paşa xan da xəncərlə özünü öldürür. Bir müddət sonra həmin 

yerdə , qayaların arasında qan bulağı yaranır.  

“Ümid çırağı” hekayəsində də qan düşmənçiliyinin yoxsul bir ailəyə gətirdiyi 

faciədən , ananın yeganə övladının – günahsız tələbə  gəncin ölümündən bəhs 

olunur. Əsər həyatda yeganə ümid çırağı sönmüş ananın istirablarının, sonsuz, heç 

vaxtsağalmayacaq dərdinin təsviri ilə bitir: “bir saat belə keçir. Qəflətən bir tüfəng 

açılıb dağlara səda salır , dərin sükutu pozur. İkinci bir qadın çığırtısı bu sədaya 

cavab verir , yatmış qonşuları oyadır. Gənc tələbə yerə sərilir. Bir saat bundan əq-

dəm böyük ümidlər bəsləyən gənc, bir qəddar düşmənin, rəhimsiz düşmnənin gül-

ləsinə qurban oldu. Sahibsiz ananın ümid çırağı söndü... 

Yenə zülmət yenə dərin sükunət... Lakin balaca otaqdan :  

- Yox, oğlum, sən ölməmisən, ancaq yatmısan. Yat , ümidim, rahat ol, sabah 

yenə duracaqsan imtahanlarını verəcəksən, anacığını yenə bəxtiyar edəcəksən... 

Həzin qəlbləri oxşayan oxşama səsi gəlirdi.”  

“Qatil uşaq” hekayəsində seyid adıilə əxlaqsızlıq edən fırıldaqçının ibrətamiz 

aqibəti təsvir edilir. Cəsur bir uşaq olan Mərdan yağışlı bir gündə evlərinə qonaq adı 

ilə  gəlmiş  pırtlaqgöz seyidin binamus hərəkətini gördükdə atasından qalmış ov 

tüfəngi ilə atəş açaraq anasının harayına yetişir. Ədib əsərin sonunda tüfəngin səsinə 

və Qızxanımın qışqırığına gəlmiş qonşuların dili ilə Mərdanın hərəkətini alqışlayır: 

“ Əhsən sənə, igid və namuslu oğlan, lənətolsun belə binamus seyidə.” 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



307

“Cəhalət qurbanı” hekayəsi S.S.Axundovun uşaqlıq xatirələri ilə bağlıdır. 

Yazıçı yoxsulluq ucbatından atası ilə onların evinə sığınmış on dörd yaşlı Tamamın 

səmimiyyəti , xeyirxah təbiətindən söz açır. Avamlıq , cəhalətin hökm sürdüyü bir 

cəmiyyətdə Tamamın pul gücünə “gözəl , dövlətli cavan oğlan” adı ilə  dəli bir 

gəncə  ərə verilməsi heç kəsi narahat etmir. Həqiqəti bilən Tamam həmin gecə 

şiddətli yağış yağmasından istifadə edib, dağlara üz tutur. Üstü günbəzli  əski bir 

məzarlıqda gizlənən Tamamın meyitini Qarqar çayının o biri sahilində tapırlar.  

“Nə üçün ” hekayəsində Peterburqda 1905 – ci ilin qanlı yanvar hadisələrinin 

günahsız qurbanlarından söz açılır. Balaca Lena çar babanın ac , səfalət içərisində 

yaşayan fabrik , zavod fəhlələrinə imdad əli uzadacağına inanır. O , anası Veraya 

qoşulub fəhlələrlə birlikdə çara dərdlərini söyləməyə , imdad istəməyə gedir. Lakin 

polislərin , əsgərlərin güllə baranına tuş  gələn insanlar qana boyanır. Vera ağır 

yaralanır , balaca Lenanı isə qəddar kazak nizə ilə qətlə yetirir.  

“Uşaqlıq həyatından xatirələr”  əsəri müəllifin uşaqlıqxatirələridir.  Əsərdə 

qəhrəmanın doğma yurdun təbiətinə məhəbbəti , qarşılaşdığı xeyirxah , əməksevər , 

insanlar haqqında düşüncələri , uşaq həyatının maraqlı , əyləncəli anları cəlb edici 

təhkiyə əks etdirilmişdir.  

1911-ci ildə Bakıda uşaqlar üçün “Məktəb” adlı jurnalın ilk nömrəsi işıq üzü 

gördü. Bu jurnalın fəaliyyət göstərməsində N.Nərimanov, A.Səhhət, A.Şaiq, 

S.S.Axundov kimi qələm sahiblərinin böyük rolu olmuşdur. S.S.Axundov 

məcmuədə “Qorxulu nağıllar” (1912-1914) sərlövhəsi altında “Əhməd və  Məley-

kə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini çap etdir-

mişdir. Bu hekayələrdə yazıçı azərbaycanlı ailələrin yoxsul güzəranını  uşaqların 

faciəli həyatını və bu fəlakətləri doğuran səbəbləri qələmə almışdır.  

“Əhməd və  Məleykə” hekayəsində xoş günlərdən məhrum olmuş  uşaqların 

ağır, acınacaqlı  həyatı  təsvir edilir. Ehtiyac üzündən çörək dalınca ev-eşiyindən 

didərgin düşmüş atanın arabası ilə uçuruma düşərək faciəli surətdə həlak olması ye-

tim qalmış Əhməd və Məleykənin iztirablı günlərinin daha da ağırlaşmasına gətirib 

çıxarır. Yoxsulluğun girdabından qurtulmaq üçün müxtəlif xilas yolları axtaran 

Xədicə  uşaqlarını müdhiş aclıqdan qurtara bilmir. Oğlu  Əhmədin “Ana” bu aclıq 

ildə atasız necə dolanacağıq, acından öləcəyik deyiminə qarşı ananın gücü yalnız: 

“Qorxam oğlum, bu saçlarımı satıb sizi ac qoymaram” deməklə  uşaqlarına təsəlli 

verməyə çatır. Lakin bu hekayənin sonunda xeyirxah insan olan səyyah 

Cəmaləddinin nəcib hərəkəti cərəyan edən sonrakı hadisələri müsbət məcraya salır 

və əsər nikbin əhval-ruhiyyə ilə başa çatır.  

“Abbas və Zeynəb” hekayəsindən amansız mühitin törətdiyi vəhşiliklərin, 

hərc-mərcliklərin insan həyatına bəxş etdiyi faciələrin bədii təsviri verilmişdir. 

Dünyanı hələ yetərincə dərk etməyən uşaqların – Abbas və Zeynəbin qan ədavətinin 

günahsız qurbanlarına çevrilməsinin  şahidi oluruq. Hacı  Səməd törədilmiş 

vəhşiliyin, zalımlığın səbəbini uşaqlar belə izah edir: “... quldurlar elmsiz, tərbiyəsiz 

tayfadan çıxarlar. Heyvanın vəhşisi qurd, pələng və şir olan kimi insanında vəhşisi 

bunlardır. Ancaq təfavütləri odur ki, quldurlar onlardan neçə qat rəhmsiz, insafsız 

və zalımdırlar.” Hekayənin  əsas ideyası da buradan doğur. Bu hekayədə  təsvir 

edilən kənd mənfi qüvvələrin vəhşiliyinə məruz qalır. belə ki, Abbasgilin yaşadığı 

kənd gülləboran edilir, hətta heyvanlar və quşlar quldur Səfərin “vəhşi 

hərəkətlərindən elə xofa düşmüşdülər ki, hələ cürət edib yuvalarından çıxa 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



308

bilmirdilər.” “Abbas və Zeynəb”  əsərinin finalından çıxan nəticələrdən biri budur 

ki, belə özbaşınalıq hökm sürən kəndlərdə Abbas və Zeynəblərin, Fatmaların 

taleləri bir tükdən asılıdır. Kənddə  dərəbəyilik hökm sürür. Təsadüfi deyildir ki, 

S.S.Axundov quldur Səfərin başına topladığı “dəliqanlıların” Qayadibi kəndini 

yandırıb kül etməsinə qarşı nə kimi cəza tədbirləri görüldüyünü göstərmir.  

Süleyman Sani bütün yazılarında bir müəllim kimi oxucuları tərbiyə etməyə, 

onlara ibrət verməyə çalışmışdır. Bu cəhətdən də “Qorxulu nağıllardakı”, 

“Nurəddin” və “Qaraca qızı” hekayələri çox səciyyəvidir. Nurəddinin anası Həlimə 

sədaqətli qadındır. Nurəddin çox mehriban bir ailədə  tərbiyə almışdır. Həlimənin 

vaxtsız ölümündən sonra Nurəddinin həyatının ikinci dövrü başlayır. Hacı Nəsir elə 

güman edir ki, Gülpəriyə evlənməklə oğlunun kədərini yox edə bilər. Lakin Gülpəri 

ilə evlənməsi Hacı Nəsirə ailə sədaqəti gətirmir. Çünki Gülpəri bədxasiyyət, xəbis 

və xaindir. Nurəddini incitdiyinə görə Hacı Nəsir Gülpərini boşamaq istəyir, lakin 

qəflətən ölür və Nurəddin  əzablı günləri bundan sonra başlayır. Burada 

S.S.Axundov öz oxucularına çatdırmaq istəyir ki, Nurəddin kimi övladı olan ata 

ikinci dəfə evlənərkən ciddi düşünməlidir.  Əvvəllər ata-anasından mülayim rəftar 

görən Nurəddin indi yad nəfslərdən boğulmaq təhlükəsi ilə üz-üzə qalmışdır. O, 

atasını itirəndən sonra ögey anası Gülpərinin və onun əmisi oğlu  Əmiraslanın 

yaratdığı soyuq mühitdə yaşamaq məcburiyyətində qalır. Uşaq olsa da onların 

dəfələrlə qurduğu kələkləri öz fərasəti sayəsində hiss edir. Hekayədə  mənfi 

obrazlarla yanaşı müsbət xarakterli obrazlara da rast gəlirik.  

Həmişə Nurəddinin qayğısına qalan, onu Gülpəri ilə Əmiraslanın hiyləsindən 

qoruyan İmamverdi baba, Hacı Nəsirin ailəsinə doğma münasibət bəsləyən qulluqçu 

Bahar, yaxşılığı heç vaxt unutmayan Rəhim, dilənçilik həyatı keçirən, lakin xoş 

xasiyyəti ilə seçilən Cənnətəli kimi surətlər hekayənin nikbin sonluqla bitməsinə 

xidmət edir.  

S.S.Axundovun  ən kamil, ədəbi nümunələrindən biri “Qaraca qız” hekayəsi 

sayılır. Bu hekayə ilk dəfə “Məktəb” jurnalında dərc olunsa da, 1936-cı ildə 

əsərlərini kitab halında çapa hazırlayan  ədib siyasi repressiya dalğasından edərək 

“Qaraca qız”  əsəri üzərində  işləməyə  məcbur olmuş, mülkədarlığa qarşı  tənqidi 

gücləndirmək məqsədilə bir sıra  əlavələr etmişdir. Müəllif  əsərin ilk variantında 

müsbət obraz kimi təsvir etdiyi Hüseynqulu ağa və  Pəricahan xanımı sonrakı 

variantda mənfi obraz kimi vermişdir. Hekayənin  əsas qəhrəmanı  zəlzələ zamanı 

ata-anasını itirmiş Tutu – Qaraca qızdır. O, zahirən çirkin olsa da, çox rəhmdil və 

səxavətli bir uşaqdır. Gənc qaraca qadın Yasəmənin gözəl xasiyyətini görüb ona 

isinişir. Lakin arvadı Yasəmənə qarşı belə amansız olan Yusifdən xoş sifət 

görməyən Qaraca qızın vəziyyəti dözülməz həddə çatır. Xilaskarı Yasəmənin faciəli 

surətdə  vəfatından sonra daha da vəhşiləşən bu əzazil adam səbəbsiz yerə onu 

döyür, rəqs etməklə  yığdığı pulları zorla əlindən alıb  əyyaşlığa sərf edir. Sərxoş 

halda əl ayısının döyərkən belə dilsiz heyvan bu zülmə dözmür belə dilsiz heyvan 

bu zülmə dözmür, onu parçalayır. Bundan sonra Qaraca qız yeni bir mühitə - 

mülkədar Hüseynqulu ağanın evinə düşür. Onun həyat yoldaşı  Pəricahan xanım 

özünün tərbiyə üsulu ilə  Ağcanın uşaqlığını  əlindən almışdır. Onun Qaraca qızla 

dostlaşdığını mümkün hesab etmir, ondan pis xasiyyət götürəcəyindən ehtiyatlanır. 

Qaraca qız “Baba, o xanım qızını  nə üçün mənimlə oynamağa və söhbət etməyə 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



309

qoymur?” Sualına Piri baba çox sakit tərzdə cavab verir. “Qızım, onlar bəydirlər, 

biz rəiyyət, onlar ağadırlar, biz nökər. Bizimlə onların nə yoldaşlığı.”  

Ağca xanım mülkədar qızı olsa da, öz yaşıdları ilə oynamaq istəyir. Uşaqlıq 

illərinin yaşıdları ilə oynamaq istəyir. Uşaqlıq illərinin şirin çağlarını istədiyi kimi 

keçirə bilməyən Ağca xanım Qaraca qıza həsəd aparır. Uşaq olsa da başa düşür ki, 

əsl xoşbəxtlik insan azadlığındadır. Lakin yoxsulluq bu uşaqlara mane olan ən əsas 

səbəbdir.  

“Qaraca qız”  ədibin nəsr yaradıcılığının  şah  əsəridir. Yazıçı Qaraca qızın 

simasında  ədəbiyyatımızda ilk dəfə olaraq sadə ailədən olan uşağın təsirli, 

unudulmaz obrazını yaratmışdır.  

“Qorxulu nağıllar” başlığı altında yazılmış  əsərlərdən biri də 1914-cü ildə 

“Məktəb” jurnalında dərc olunmuş  “Əşrəf” hekayəsidir. Tacir oğlu  Əlimərdan 

Nəsibə adlı gözəl bir qızla evlənir. Onların  Əşrəf adlı  oğlu olur. Əlimərdan 

gəmiçilik edir. Sonra bir cuhud onu yoldan çıxarır. Osmanlı torpağından gətirdiyi 

qaçaq malı Əlimərdanın gəmisinə yığıb Rusiyaya aparır. Nəticədə Əlimərdan həbs 

edilib ailəsi ilə birlikdə sürgün edilir. Hekayədə  əsas diqqət balaca Əşrəfin ata-

anasından ayrı düşdükdən sonra Nikolya İvanoviç adlı bir müəllimin himayəsində 

tərbiyə alması  məsələsinə yönəldilmişdir. Nikolay İvanoviç qayğıkeş, həssas, 

alicənab rus müəllimidir. Onun arvadı Sofiya Aleksandrovna da ağıllı,  əri kimi 

humanist qadındır.  

S.S.Axundovun ilk müəllim surətini milliyyətcə rus olan Nikolay İvanoviçin 

simasında qələmə alması təsadüf deyildir. O, hələ Qori Müəllimlər Seminariyasında 

tələbə olarkən burada rus pedaqoqlarının azərbaycanlı  şagirdlərinin təlim-

tərbiyəsinə müsbət təsirinin şahidi olmuşdur.  

Beləliklə S.S.Axundov öz hekayələri ilə insanları  tərbiyələndirməyə  və öz 

oxucularına gözəl hislər çalışmışdır.  

 

Ədəbiyyat 



 

1. Hacıyev A. Azərbaycan Sovet uşaq nəşri. Bakı. Maarif, 1989.  

2. Azərbaycan Sovet ədəbiyyatı. Bakı. Maarif, 1988.  

3. Azərbaycan ədəbiyyat tarixi. Bakı. EA-nın nəşriyyatı, 1960.          

 

Ульвийя Гасанова 



Художественное отражение духовна – нравственных идей в творчестве  

С. С. Ахундова 

Резюме 

 

В этой статье можно увидеть насколько богато художественное творчес-



тво  С.С.Ахундова.Надо  отметить  его  особую  заслугу  в  азербайджанском 

просвещении.  Посредством  художественной  литературы  он  уделял  особое 

внимание  воспитанию  детей  и  просвещению  народа.  Важную  роль  в  своем 

творчестве  С.  С.  Ахундов  отводил  моральному  воспитанию  и  просвещению 

молодого поколения. Его произведения призывали детей и молодежь к обра-

зованию.  Он  критиковал  невежество , жадность.  Творчество  С.С.Ахундова 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



310

насыщено  событиями  поучительного  характера.  В  своих  произведениях  он 

широко отоброзил проблемы беспокоющие общество , горькую боль народа. 

 

Ulviyyah Hasanova 



Artistic image of edicational views , moral ideas in the activities of S.S. 

Akhundov 

 

We seeonce more have much rich artistic achtivities of S. S. Akhundov. He 



has played a great role in the enlightenment of Azerbaijan.S.S. Akhundov gave a 

great aftention to the getting education of nation , to edicate children by means of 

belles – lettres/ He has more stressed moral values of young generation , 

educational problems in his activities. S.S.Akhundov s work call the children , the 

young to get education. We see once again that Akhundov has criticized ignorance , 

absoles cence and greediness. The activities of writer are rich in edifying events. 

S.S. Akhundov had given a wide place to the problems of society , sufferings of 

nation in his works.    

 

Rəyçi:               Könül Məmmədova 



               pedaqogika üzrə fəlsəfə doktoru, dosent 

 

Filologiya  məsələləri – №3, 2014

 

 



311


Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin