Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə35/45
tarix26.02.2017
ölçüsü4,19 Mb.
#9788
1   ...   31   32   33   34   35   36   37   38   ...   45

 

Lüdmila Petruşevskayanın nəsri mövzu baxımından çoxşaxəliliklə xarakterizə 

olunur. Ədib insanların bir-birilə qarşılıqlı münasibətlərinin çoxsaylı nüanslarını tədqiq 

edir, ciddi mənəvi-əxlaqi, ictimai və psixoloji problemlərə toxunur. Qəhrəmanların 

mənəvi axtarışları təkcə onların taleyinin peripetiyaları ilə deyil, həm də ziddiyyət və 

təzadlarla dolu ətraf aləmə qaynayıb-qarışması ilə müəyyənləşir. Təhlil olunan 

hekayələrdə  məhz qadın mənəvi dəyərlərin daşıyıcısı kimi çıxış edir. Müəllif qadın 

obrazlarının təcəssümündə onların yorulmaq bilməyən məhəbbət və qarşılıqlı anlaşma 

axtarışlarını, ailəyə bağlılıq və vicdanlılığını  nəzərdən keçirir. Məhəbbət Petruşevs-

kayanın əsərlərində faciəvi səslənir, çox vaxt nəzərə çarpmır, hiss edilmir, qarşılıqsız 

olur. Bəzən özünü biruzə versə də zaman, nigah, ailə anlamları sınaqlarından keçmir və 

qəmgin notlarla – tənhalıq, dəlilik, özünəqəsd, intihar, ölümlə bitir. Ancaq məhz 

məhəbbət, başqasının dərdinə  şərik olma, xeyirxahlıq, qayğıkeşlik kimi müsbət 

keyfiyyətlər insanın yüksək mənəviyyatlıq palitrasını formalaşdırır.  



 

A.Alizada 

The love in artistic imagination of Lyudmila Petrushevskaya 

Resume 


 

Prose of Lyudmila Petrushevskaya can be characterized as many- sided 

phenomenon. The writer investigates the mutual relations of people, all most gentle 

shades of them. The writer touches also many different serious problems, such as 

moral, social and psychological ones. The moral searches of people are defined not 

only by varieties of fortune, but by their mixing with their surrounding, full of 

contradictions and conflicts. So, in studied stories the woman is bearer of moral 

values. The woman is embodiment of love and search of mutual understanding. In 

Petrushevskaya’s works the love looks in tragic way, it doesn’t seem very clearly 

and isn’t felt, it isn’t mutual. Sometimes it can be seen, but even in such case it 

cannot stand life testing. As a result it ends by sad notes, such as madness, 

loneliness, suicide, death. Only positive features of human character, such as 

sharing somebody’s grief, kindness and charity can form the high moral face of 

person. 


 

Rəyçi: Professor Naidə Məmmədxanova  



 

 

Filologiya  məsələləri – №3, 2014

 

 



334

SADIQ QARAYEV 

Azərbaycan Universitetinin dissertantı 

sadiq-zaman@mail.ru 

 

KAMAL ABDULLANIN ROMANLARINDA TRİLOGİYA ANLAMI 

 

 



Açar sözlər: Kamal Abdulla, roman, trilogiya, çağdaş ədəbiyyat. 

Ключевые слова: Камал Абдулла, роман, трилогия, 

Key words: Kamal Abdulla, novel, trilogy, modern literature 

 

 



Azərbaycan  ədəbiyyatının uzun illər  ərzində sovet ideologiyasının buyruğu 

altında olması  təkcə söz sənətini deyil, bütünlüklə milli mədəniyyətimizi dəmir 

məngənə arasında sıxırdı. Bu cəhətdən, bir növ öz qınında yaşayan sovet ədəbiy-

yatının yalnız sosializm realizmi məkanında fəaliyyət göstərməsi onu Qərb mə-

dəniyyətində zaman-zaman meydana çıxan yeni meyl və tendesiyalardan təcrid 

edirdi.  

Müstəqillik Azərbaycanın təkcə ictimai-siyasi həyatında deyil, sənət aləmində 

də bir sıra meyarların yenisi ilə əvəz olunmasına rəvac verdi. Cəmiyyətin ictimai-si-

yasi həyatında olduğu kimi, ədəbi-mənəvi sferada da köklü dəyişikliklərin əsası qo-

yuldu.  Ədəbiyyatda sosializm realizminə son qoyulması isə  ədəbi-estetik fikirdə 

çoxmetodluluğun inkişafına, sənətdə demokratizm meyllərinin güclənməsinə təkan 

verdi.  


Hazırda qloballaşmanın hər sahədə sürətlə baş alıb getdiyi çağdaş dövrdə 

Azərbaycan ədəbiyyatında mühüm ədəbi proseslər baş verməkdədir. Bu hər şeydən 

əvvəl dünya ədəbi prosesində baş verən hadisələrlə səsləşir. Məhz belə bir dövrdə 

ədəbiyyatımıza yeni nəfəs verən ədiblərin fəaliyyəti maraq doğurur.  

 

1.  Kamal Abdulla müasir Azərbaycan nəsrinin təhkiyə resurslarını 



cəsarətlə dəyişən ciddi islahatçı kimi. 

Bu baxımdan, tanınmış elm xadimi, professor Kamal Abdullanın yaradıcılığı 

həm məhsuldarlıq, həm də diapozon genişliyi baxımından diqqət çəkir. Milli söz 

sənətinə yeni bədii təfəkkür və üslub gətirmiş bu novator sənətkarın imzası bu gün 

hər kəsə yaxşı tanışdır. Çoxşaxəli yaradıcılığının bütün sahələrinə böyük sevgi və 

məsuliyyətlə yanaşan K.Abdullanın elmi, publisistik əsərləri hər zaman böyük 

maraqla qarşılanır.  Ədibin bədii yaradıcılığı isə onu bir yazıçı kimi də bütün 

dünyada şöhrətləndirib.  

Kamal Abdullanın romanları Azərbaycan ədəbiyyatında indiyə qədər bənzəri 

olmayan sənət nümunələridir. Məhz bu xüsusiyyətlərinə görə o, haqlı olaraq, müasir 

Azərbaycan nəsrinin təhkiyə resurslarını  cəsarətlə  dəyişən ciddi islahatçı kimi 

dəyərləndirilir: «Yalnız onu deməm gərəkir ki, Kamal Abdullanın romanları 

yenidir, illərdir Azərbaycan oxucusuna roman adına yedirilən fərqli olaraq 

gerçəkdən romandır. Buna görə də onları roman olaraq dəyərləndirmək, incələmək 

və ələşdirmək gərəkir» [1.səh.9].  

Rüstəm Kamal isə yazıçının  ədəbiyyatımıza gətirdiyi mühüm yenilikləri 

qısaca olaraq belə  şərh edir: «Kamal Abdullanın öz sistemi - öz estetikası, fərdi 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



335

mifologiyası var. Kamal Abdullanın romanları bizim nəsr məkanınızı köklü şəkildə 

dəyişdirir» [4].  

 

2. «Kitabi-Dədə Qorqud» boylarına müraciət bu möhtəşəm türk 



abidəsinə olan böyük məhəbbətdən qaynaqlanır.  

Kamal Abdullanın 2004-cü ildə işıq üzü görən ilk romanı nəsr məkanımızda, 

sözün həqiqi mənasında, çox böyük yenilik olsa da, «Yarımçıq  əlyazma»da Dədə 

Qorqud boylarına fərqli münasibət ədəbi mühitdə birmənalı qarşılanmadı, mətbuat 

səhifələrində bir-birindən fərqli fikir və mülahizələr yer aldı…  

Bu yerdə bir haşiyəyə  çıxaraq qeyd edək ki, Azərbaycan  ədəbiyyatında 

«Kitabi-Dədə Qorqud» dastanlarına müraciət hələ ötən  əsrin 70-ci illərindən 

yüksələn xətt üzrə artmağa başlayıb, bu mövzu poeziya, nəsr, dramaturgiya və elmi 

publisistikamızda davam etdirilib. Türk dünyasının bu möhtəşəm abidəsinin təkcə 

süjet və obrazları deyil, bütünlükdə ruhu müasir ədəbi nümunələrə çevrilərək, 

keçmişlə müasirliyi bir məcrada qovuşdurub.  

Dastanın motivləri  əsasında qələmə alınmış Altay Məmmədovun «Dəli 

Domrul»u, Nəbi Xəzrinin «Əfsanəvi yuxular» poeması, «Torpağa sancılan qılınc», 

«Burla Xatun» mənzum dramları  və digər  əsərlər hər  şeydən  əvvəl «Kitabi-Dədə 

Qorqud» boylarındakı  vətənpərvərlik hisslərini, yadelli işğalçılara qarşı nifrəti, 

insana olan inam və məhəbbəti müasir oxucuya aşılamaq məqsədi daşıyırdı.  

Kamal Abdullanın «Kitabi-Dədə Qorqud» dastanına müraciəti isə bunların 

hamısından fərqlənir. Hər şeydən əvvəl qeyd edək ki, yazıçının bu möhtəşəm türk 

abidəsinə müracəti böyük məhəbbətdən, həmçinin dastana mükəmməl bələdçiliyin-

dən qaynaqlanır. Kamal Abdullanın yaradıcılığı ilə tanış olanlara bəllidir ki, ədib 

yaradıcılığının ilk vaxtlarından türk dünyasının bu möhtəşəm yazılı abidəsinə xü-

susi münasibəti ilə seçilib. Yada salaq ki, Kamal Abdulla «Kitabi-Dədə Qorqud»da 

sintaktik paralelizm» adlı dissertasiyanın, «Gizli Dədə Qorqud», «Sirriçində dastan 

və yaxud Gizli Dədə Qorqud-2» monoqrafiyasının, «Sirriçində  nəğmələr» 

poemasının müəllifidir. Bundan əlavə, yazıçı  Dədə Qorqud motivləri  əsasında iki 

sanballı pyes - «Beyrək» və «Casus»u qələmə alaraq, milli dramaturgiyada yeni 

mərhələnin başlanğıcını qoyub… Bir sözlə, «Kitabi-Dədə Qorqud» (yunan mifləri 

ilə yanaşı) Kamal Abdullanın ən çox sevdiyi və inandığı mətndir» [4]. 

 İftixar Piriyevin «525-ci qəzet»də qeyd etdiyi kimi, «Kamal Abdulla araş-

dırmaları zamanı  Dədə Qorqud dövrü kimi çətin və  dərin fəlsəfi layları olan bir 

zənginliyə varid olduqca və daha dərin qatlara getdikcə, həmin dövrün ruhi qida-

sından aldığı enerji ilə, yaradıcılıq aləminə baş vurduqdan sonra mistikada axtardığı 

müasirliklə, müasirlikdə axtardığı mistikanın inikasını yarada bildi». Və  nəticədə 

müəllifin «Yarımçıq  əlyazma» kimi, sanballı romanı  ərsəyə  gələrək, heç nəylə 

təəccübləndirilməsi mümkün olmayan müasir oxucunu, sözün yaxşı  mənasında, 

təəccübləndirə bildi.  

 

3.Kamal Abdullanın romanlarının bədii məziyyətləri

Tezliklə «son onilliyin əsəri» seçilən «Yarımçıq  əlyazma» dünyanın bir çox 

dillərinə tərcümə edilərək, xarici ölkələrdə də çap olundu. Haqqında çoxlu məqalə, 

resenziyalar dərc olundu, məşhur tənqidçi və  ədəbiyyat xadimləri tərəfindən 

«postmodernizmin ən parlaq nümunəsi» kimi dəyərləndirildi.  


 

Filologiya  məsələləri – №3, 2014

 

 



336

“Yarımçıq əlyazma” müasir Azərbaycan ədəbiyyatımızın hadisəsinə çevrilmiş 

orijinal sənət nümunəsi kimi tək qalmadı. Bunun ardınca “Sehrbazlar dərəsi”, 

“Unutmağa kimsə yox…” romanları işıq üzü görərək, ədəbi mühütdə böyük rezo-

nans yaratdı. Kamal Abdullanın bu əsərləri də Azərbaycanın hüdudlarında ilşib 

qalmadı, səsi-sorağı uzaq-uzaq ellərdən gəldi, haqqında xarici mətbuatda da sanballı 

məqalələr dərc olundu… Beləliklə, müasir nəsrimizə prinsipial yeniliklər gətirən 

hər üç roman ölkəmizin hüdudları kənarında da şöhrət taparaq, Azərbaycan nəsrinin 

potensial imkanlarını dünyaya bir daha nümayiş etdirdi.  

Onu da əlavə edək ki, çağdaş  ədəbiyyatımızın maraqlı  ədəbi hadisəsinə 

çevrilən bu romanlar haqqında dərc olunun rəy və resenziyalar heç də birmənalı 

deyil. Bu yazılar içərisində həmin əsərləri müxtəlif prizmalardan (daha çox ənənəvi) 

keçirərək, yazıçının mövqeyi ilə razılaşmayan müəlliflərin yazıları da var. 

Amma bütün bu fikir müxtəlifliyinə baxmayaraq, «Kamal Abdullanın 

“Yarımçıq  əlyazma”, “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox…” romanları 

XXI  əsr Azərbaycan nəsrinin janr-üslub axtarışlarında yeni mərhələnin  əsasını 

qoyan dəyərli əsərlərdir» [5]. 

Bu fikrə  şərik çıxan Asif Hacılı isə Kamal Abdullanın romanlarını belə 

səciyyələndirir: «Əgər “Yarımçıq  əlyazma”, mənim zənnimcə, tarixin və mifin 

şəxsiləşdirilməsi (epik qəhrəmanlar canlanır, səsi, nəfəsi, hənirtisi olan, eyni 

zamanda rəmziliklərini saxlayan obrazlara çevrilir) və  təhtəlşüur qavrayış 

modelləri, “Sehrbazlar dərəsi” fövqəl aləmin insanın iç dünyası ilə sufisayaq 

çulğaşması üzərində qurulmuşdusa, “Unutmağa kimsə yox…” artıq  şəxslərin və 

tarixin mifləşməsi təəssüratını oyadır. Şəxsin seçimi tarixin seçimi olur, şəxsi tale 

tarixi taleylə qovuşur» [2.səh.97]. 

Qeyd edək ki, K.Abdullanın mətnlərində ənənəvi romanlarda müşahidə edilən 

tanış mühitin olmaması yazıçının ədəbiyyatımıza gətirdiyi yeniliklərdəndir. Bəlkə, 

elə ona görədir ki, bu romanlar ilk baxışdan oxucuda mürəkkəb  əsər təsiri 

bağışlayır.  Əslində, bu ilkin təəssüratların arxasında isə milli ədəbiyyatımızda 

indiyədək müşahidə etmədiyimiz fərqli bir dünyanın təsviri verilir.  

Kamal Abdullanın qələmindən çıxan hər üç roman məzmunca yaxın olmasalar 

da, mahiyyətcə bir bütövün ayrı-ayrı strukturları təsiri bağışlayır. Bu ədəbi nümunələr 

quruluşca da bir-birindən xeyli fərqlənir. Lakin bütün bunlara baxmayaraq, bədii 

gerçəklik baxımından bunlar “qohum” əsərlər sayılır. “Unutmağa kimsə yox…” 

romanına ön söz yazmış Arif Acaloğlu da hər üç əsərdə paralelliyin olduğunu belə 

açıqlayır: «Romanın özünə məxsus süjeti, personajları və epizodları olsa da bunların 

hamısı əvvəlki romanlarla paralellik göstərir… Həm struktur, həm də anlamlandırma 

sahəsindəki ortaq özəlliklər sayəsində bu üç romanı ayrı ayrılıqda deyil, bir arada 

oxumaq imkanı var. Hətta belə bir oxuma zəruridir» [1].  

Etimad Başkeçidin kitabın “Unutmağa kimsə yox…” kitabının üz qabığında 

verilən sitatı da bir növ buna işarədir: “Buradakı içindən işıq saçan daş “Yarımçıq 

əlyazma”dakı Nur daşıdır. Buradakı Balaca “Sehrbazlar dərəsi”ndəki Qarağacdır. 

“Hadisələrin üfüqü”ndən Gunortac və Düzəngah yolu boylanır. Mənəvi rişələrin bir 

ucu “Yarımçıq əlyazma”ya, digər ucu isə “Sehrbazlar dərəsi”nə gedib çıxır, çevrə 

qapanır».  

Xatırladaq ki, “Yarımçıq əlyazma” qədim əyyamlardan, “Sehrbazlar Dərəsi” 

orta çağlardan, “Unutmağa kimsə yox…” da isə müasir dövrün hadisələri  əks 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



337

olunur. Yazıçının öz romanlarını bu cür xronoloji ardıcıllıqla təqdim etməsi, «təkcə 

estetik mülahizələri ifadə  etmir.  Bu  üç  əsər bütövlükdə  cəmiyyətimizin tarixi 

evolyusiyasının özünəməxsus şərhidir».  

Buradan «maraqlı bir məqam ortaya çıxır - Kamal Abdullanın trilogiya 

adlandıracağımız bu üç əsəri yalnız mövzu, obraz və motivlərlə bütövləşmir, bu 

əsərlərin hər birinin poetikası milli mədəniyyət, etnik psixologiya və tarix 

fəlsəfəmizin təkamül mərhələlərini  əks etdirir: zaman (“Yarımçıq  əlyazma”), 

zaman-məkan (“Sehrbazlar dərəsi”) və məkan (“Unutmağa kimsə yox”) konseptləri 

milli dünya mənzərəsinin inkişaf ardıcıllığına uyğun olaraq mətnlərin struktur və 

semantik səciyyəsini müəyyənləşdirir [2.səh.101-102]. 

K.Abdullanın romanları üçün səciyyəvi olan daha bir xüsusiyyət bu mətnlərdə 

hər bir hadisənin saysız-hesabsız variantlarının ola bilməsidir. Bəzən bu variantlar 

yazıçı  tərəfindən hazır  şəkildə  təqdim edilir, çox vaxt isə oxucu bunları özü 

təsəvvür etməli olur. Burada bir hadisə başqasını açıqlamaq vəzifəsini də daşıyır. 

Başqa sözlə, hər biri özündən əvvəlkini anlamaq və açıqlamaq üçün açar verir.  

Bildiyimiz kimi, xeyir və  şər kimi bəşəri ideyalar bütün dövrlərdə yazılı  və 

şifahi ədəbiyyatın aparıcı mövzularından olub. Lakin çağdaş zaman bu mövzuya ta-

mamilə başqa prizmadan yanaşmağı tələb edir: «Dünya yalnız xeyirdən və ya şər-

dən oluşmaz. Bu, çox qədim və yayqın olaraq bilinən bir gerçəkdir, amma hər mə-

dəniyyət, hər dövr və  hər bir ədəbi  əsər bu gerçəkliyi fərqli anlayışlar  əsasında 

modelləşdirir. Bu ənənəyə görə dünyada müxtəlif yönlü olay və olquların 

(fenomenlərin) meydana gətirdiyi ilahi bir nizam (ahəng, uyum, dəngə) mövcuddur. 

Ancaq bu qədim  ənənə daxilində “xeyir” ilə  “şər” mütləq cizgilərə sahibdir və 

həmişə tanına bilən bir durumdadır» [1.səh.20].  

Bu baxımdan, Kamal Abdullanın romanlarında  əks olunan xeyir və  şər 

motivləri tamamilə fərqli rakursdan təqdim edilib. Başqa sözlə desək, bu əsərlərdə 

mütləq  şəkildə “xeyir” və  şər” anlayışı yoxdur. Belə ki, bir vəziyyətdə “xeyir”i 

təmsil edən, başqa vaxt “şər” qismində  çıxış edə bilir. «Kamalın romanları bir 

tərəfdən “xeyir” ilə “şər”in, bilinənlərlə bilinməyənlərin, digər tərəfdən də olanlarla 

ola biləcəklərin (və olmuşların) sərhədlərini müəyyənləşdirməyə yönəlmiş mətnlər-

dir. Və bilinməyənlərin bilinənlərə nisbətən daha təsirli və önəmli olduğunu 

anlatmağa çalışır» [1.səh.20].  

Kamal Abdullanın əsərlərində zaman anlayışı da özünün çoxfunksiyalılığı ilə 

fərqlənir. Belə ki, ənənəvi romanlarda hadisələr zaman baxımından çox vaxt bir 

istiqamətdə  cərəyan edir. Kamal Abdullanın mətnlərində isə hadisələr zaman 

baxımından öz yerini asanlıqla dəyişə bilir. Lakin yazıçının zaman daxilində bu cür 

sərbəst gəzişmələri oxucuya zaman yarımçıqlığını hiss etdirmir. Hadisələrin arasına 

girən müxtəlif anlatmalar, xatirələr isə əsərə genişlənmiş zaman özəlliyi verir «Bu 

zamansızlıqda hələ ki an var, dünən və sabah şərtidir və ya anın içindədir - “bu 

gün”, “həmin axşam” dünənə, sabaha qarşıdır, dünən donuqdur, sabah hələ olacaq, 

məkanda qərarlaşmış bu ansa var və bütün mübhəmlikləri içinə yığıb... Buna görə 

də zaman anlayışının aktual olduğu “Yarımçıq  əlyazma”dan, zaman-məkan 

vəhdətinin “dolğun an”da aşkarlandığı “Sehrbazlar dərəsi”ndən fərqli olaraq, 

“Unutmağa kimsə yox”dakı poetik modeli sistemləşdirən amil məhz bədii məkana 

xas elementlərdir (mağara, alma, hasar, zəncir, yagış, bulud, səma, dağ, yuxarılar, 

aşağılar…)» [2].  


 

Filologiya  məsələləri – №3, 2014

 

 



338

Postmodernist yazıçı üçün əsas məzmun deyil, forma üstündür. Dil isə yazıçı 

üçün məzmunu, ideyanı ortaya çıxaran əsas məqsəddir. «Postmodern romançı özü-

nü ümumilikdə bir topluluq, qrup, dəstə içində görməkdən qaçır. Hər romançı özünə 

aid bir anlayış və yazı texnikası yaratmağa, kimsəyə bənzəməməyə çalışır. Xüsusən, 

dil oyunlarını sevir, dilin əks etdirici yox, yaradıcı bir alət olduğu düçüncəsini əsas 

götürərək maraqlı, adət etdiyimiz qrammatik quruluşdan, söz sırasından fərqli olan 

mətn ortaya qoymaqdan ləzzət alırlar» [7]. Bu baxımdan, Kamal Abdulla öz roman-

larında «sərhədsiz təxəyyül atını istədiyi kimi çapmağı bacarır». 

Estetik dil duyumuna malik bir yazıçı kimi Kamal Abdullanın əsərlərində dil 

quruluşu, üslub özünəməxsus ümumi poetikaya uyğundur. Burada da çoxqatlılıq 

özünü göstərir, fərqli üslublar normativlik dilin təbii stixiyasında  əriyir. Kamal 

Abdullanın «Romanların heç birində “müəllif dili” ön planda deyil və ya hiss edil-

mir.  İstər “Yarımçıq  əlyazma” və “Sehrbazlar dərəsi” kimi tarixi özəllikləri olan 

mətnlərdə, istər “Unutmağa kimsə yox...” kimi çağımızda cərəyan edən bir romanda 

dil bir çox özəlliyi eyni zamanda əks etdirir. Bu, əslində, çox çətin bir yoldur, amma 

“paralel dünyalar” olaraq təqdim edilən gerçəkliyi doğru, dürüst ifadə etmək 

baxımından zəngin potensiala sahibdir. Əsərlərin başlıca personajları yeri gəldiyin-

də sadə xalq dilində, yeri gəldiyində spesifik ifadə və terminlərdən istifadə edərək 

danışırlar. Həm dialoqlarda, həm də  təhkiyə dilində Azərbaycan və Anadolunun 

tarixi və müasir dialekt və  şivələrinə aid özəlliklər görünür. Yəni, çoxvariantlılıq, 

alternativ yozum imkanları  əsərin dilində  də özünə  əsaslı  şəkildə yer etmişdir» 

[1.səh.20-21]. 

 

4. Trilogiya, yoxsa «üçüz» 

Göründüyü kimi, Kamal Abdullanın romanlarında oxşarlıq və paralelliklər 

çoxluq təşkil edir. Lakin bu «qohumluq» əlaqəsinin ənənəvi terminlə adlandırılması 

bir növ yerinə düşmür.  

Bu mənada, Arif Acaloğlunun fikirləri orijinal səslənir. O bildirir ki, bu üç ro-

man “trilogiya” kimi anlaşılmamalıdır. Çünkü bu əsərlərdəki hadisə  və personaj-

ların bir-birləri ilə hər hansı bağlantısı yoxdur. Eyni zamanda, süjet xətti də bir-biri-

ni təkrarlamır. Bunlar arasındakı əlaqə genetikdir. Belə ki, romanlarda eyni dünya 

qavrayışı və eyni anlam yaradıcı mexanizmləri fəaliyyət göstərir; fərqli müstəvilər-

də və fərqli miqyaslarda gerçəkləşən ifadə tərzi isə onların arasındakı fərqləri mey-

dana gətirir.  

«Romanın («Unutmağa kimsə yox…») özünə  məxsus süjeti, personajları  və 

epizodları olsa da bunların hamısı əvvəlki romanlarla paralellik göstərir. Bu baxım-

dan, mən bu romanları bir arada oxumanın və  hətta araşdırmanın tərəfdarıyam. 

Daha öncə ilk iki roman arasında çoxyönlü ilişkiləri nəzərə alaraq mən bunları “əkiz 

romanlar” adlandırırdım. “Unutmağa Kimsə Yox...”u oxuduqdan sonra artıq “üçüz 

romanlar” deməyi tərcih edirəm. Bu ifadənin “trilogiya” kimi anlaşılmaması lazım-

dır. Çünkü bu romanlardakı hadisə və personajların bir-birləriylə hər hansı ilişkisi 

yoxdur; birindəki süjet xətti sonrakılarda davam etmir. Bunlar arasındakı  əlaqə 

məhz əkizlərdə (üçüzlərdə) olduğu kimi genetikdir» [1].  

Arif Acaloğlu daha sonra bildirir ki, həm struktur, həm də anlamlandırma 

sahəsindəki ortaq özəlliklər sayəsində bu üç romanı ayrı ayrılıqda deyil, bir arada 

oxumaq imkanı var. Hətta belə bir oxuma zəruridir. Bu oxuma sonrasında yavaş-



 

Filologiya  məsələləri – №3, 2014

 

 



339

yavaş anlaşılır ki, yazıçı bir şey axtarır və ya bizə bir şey anlatmağa çalışır. Və bu 

“şey” hər romanda fərqli baxımlardan və  fərqli yönləriylə anladılır. Yalnız üç 

roman da diqqətlə oxunduqdan (ki, bədii mətn başqa cür oxuna bilməz) sonra, 

əslində, bütün bu mətnlərdə eyni dünyadan və eyni mətləblərdən bəhs edildiyi 

anlaşılır. 

 

Nəticə 

…Çoxşaxəli yaradıcılığının hər sahəsində böyük uğurlar qazanan Kamal 

Abdulla söz sənətində də öz məhsuldar fəaliyyəti ilə fərqlənib, Azərbaycan nəsrində 

bir çox yeniliklərə imza atıb. Onun qələmə aldığı romanlar çağdaş ədəbiyyatımızın 

maraqlı  ədəbi hadisəsinə çevrilərək, həm Azərbaycanda, həm də ölkəmizin 

hüdudlarından kənarda xüsusi maraqla qarşılanıb. Bu sənət nümunələrinin dünya 

dillərinə tərcümə edilərək, xarici ölkələrdə çap olunması isə təkcə müəllifin uğuru 

deyil, eyni zamanda Azərbaycan nəsrinin potensial imkanlarının göstəricisidir.  

Kamal Abdullanın romanları ayrı-ayrı dövrlərdən, mövzulardan bəhs etsə də, 

burada çoxlu paralelliklər, ortaq özəlliklər mövcuddur və hər üç roman mahiyyətcə 

bir bütövün ayrı-ayrı strukturlarıdır. Məhz elə ona görə  də  əksər tənqidçilər bu 

romanları bir yerdə trilogiya adlandırırlar.  

Lakin Kamal Abdullanın romanlarındakı bu «qohumluq» əlaqəsinin  ənənəvi 

terminlə adlandırılması bir növ yerinə düşmür. Və Arif Acaloğlunun da qəti şəkildə 

qeyd etdiyi ki, bu üç roman “trilogiya” kimi anlaşılmamalıdır. Ən azı ona görə ki, 

bu  əsərlərdə süjet xətti bir-birinin təkrarı deyil, həmçinin hadisə  və obrazların da 

bir-birləri ilə əlaqəsi yox dərəcəsindədir.  

Həm də trilogiya silsilə təşkil edən böyük bir romanın ayrı-ayrı hissələri sayı-

lır. Kamal Abdullanın romanlarının isə  hər birinin ayrı-ayrılıqda süjet xətti, 

obrazları, müstəqil mövzusu var. Bunlar arasındakı yaxınlığı isə Arif Acaloğlunun 

qeyd etdiyi kimi yalnız «genetik» xarakter daşıyır və ona görə də tənqidçi haqlı ola-

raq onları “üçüz romanlar” adlandırır.  

Göründüyü kimi, Arif Acaloğlu Kamal Abdullanın romanları kontekstində 

«üçüz» (və ya üçəm) kəlməsini ədəbiyyatşünaslığımıza yeni termin kimi əlavə edir. 

Bununla da sözügedən romanların milli nəsrimizdə daha bir keyfiyyət fərqini 

diqqətə çatdırılır. Bəlkə  də, bundan sonra qələmə alınacaq bu tipli mətnlərin 

«genetik» yaxınlığı diologiya və ya triologiya kimi deyil, “əkiz romanlar”, yaxud 

«üçüz» (və ya üçəm) romanlar kimi ifadə olunacaq.  

 

Ədəbiyyat 



 

1.    Arif Acaloğlu, fevral, 2011, İstanbul- Bakı 

      Kamal Abdullanın "Unutmağa kimsə yox…" romanına ön söz. 

2.   Asif Hacılı. «KAMAL ABDULLA: SEÇİMİN MORFOLOGİYASI»,  

       Bakı: Mütərcim, 2010. 132 səh. 

3.    Kamal Abdulla. «Sehrbazlar dərəsi», Bakı: Mütərcim, 2006. 224 səh.  

4.    Rüstəm Kamal. Dialoq - sözü anlama məqamı / 28.01.2012 / www.525.az. 

5.   Timuçin Əfəndiyev, «Sonsuzun dərkinə uzanan yol», «525-ci qəzet»  

      18.05. 2011.  

6. Vaqif Nəsib “TANIDIĞIM KAMAL (və ya Kamala çatmış amal)”,  



 

Filologiya  məsələləri – №3, 2014

 

 



340

    “Ədalət”   qəzeti, 14.03.2009. 

7. Vurğun Əyyub, «Postmodernizm və “Unutmağa kimsə yox...” dilemması», 

     «525-ci qəzet» 10.03.2012.  

 

Садых Караев 



Смысл трилогии в романах Камал Абдуллы 

Резюме 


 

Известный  азербайджанский  писатель  Камал  Абдулла  достиг  больших 

успехов в художественном творчестве. Он является автором ряда новшеств в 

Азербайджанской  публикации.  Его  произведения  «Неоконченная  рукопись», 

«Долина кудесников», «Некого забыть», встречают с большим интересом, как 

в Азербайджане, так и за ее пределами.  

Несмотря  на  то  что,  события  в  его  романах  охватывают  разных  эпох  и 

тем, в них наблюдается параллельность и своеобразие. Поэтому, большинство 

критиков  называют  эти  романы  «трилогией».  Но, «родственная»  связь  в  его 

произведениях носят «генетический» характер. Как отмечает Ариф Аджалог-

лу,  эти  произведения  должны  называться  «тройней»,  а  не  «трилогией»,  как 

принято. 

 

Sadig Garayev 



The meaning of a trilogy in Kamal Abdulla’s novels 

Abstract 

 

Famous Azerbaijani writer Kamal Abdulla has made great achievements in 



the field of artistic creativity. His penned "Unfinished Manuscript", "Wizards 

Valley", "There's no one to forget ..." novels have also sparked the interest of the 

country and abroad. 

The writer's novels talking about different times and issues, but there are 

many parallelism and common characteristics. Therefore, many critics called a 

combination of novels "trilogy". However this “relationship” appears as a “genetic” 

bond in Kamal Abdulla’s novels. Therefore, as noted by Arif Acaloglunun, there 

should not be called as "trilogy", but as "triple novels". 

 

Rəyçi:                Buludxan Xəlilov 



              filologiya elmləri doktoru, professor 

 

 



 

 

 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



341


Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin