NURAY HACIYEVA
ADU
nuray.haciyeva@box.az
İSI MƏLİKZADƏ YARADICILIĞINDA ÜSLUB TƏMAYÜLLƏRİ
Açar sözlər: ədəbiyyat, nəsr, mövzu, üsul
Key words: literature, prose, the subject, the method
Ключевые слова: литература, проза, субъект, метод
İsi Məlikzadə yığcam janrda böyük həqiqətləri ifadə edə bilən əvəzedilməz
söz ustadıdır. Onun hekayələrini, povestlərini birləşdirən ümumi səciyyəvi
xüsusiyyət var. Bu xüsusiyyət əsərin bədii cəhətdən işlənməsində kamilliyi göstərir.
İsi Məlikzadənin bütün əsərlərini oxucular su kimi içirlər. Çünki süjet o qədər
dinamikdir ki, əsəri başlayan kimi mütləq oxuyub bitirmək istəyirsən. Bu fikirlər
mərhum yazıçı İsi Məlikzadənin «Eşq» seriyası çərçivəsində latın qrafikası ilə ilk
dəfə işıq üzü görən «Qırmızı yağış» romanının təqdimat mərasimində səslənib.
İsi Məlikzadə və onun mənsub olduğu "altmışıncılar" ədəbi nəsli ədəbiyyata
məhz yeni qəhrəman tipini gətirdilər. Bu nəsil barədə, onların ədəbi-tarixi missiyası
haqqında söz-söhbətlər, mübahisələr indi də səngimək bilmir. Kimsə onların rolunu
həddindən artıq şişirdir, kimsə onları inkar edir.Lakin nə həddindən artıq şişirtməyə,
nə də inkar etməyə ehtiyac yoxdur.
Fakt və həqiqət budur ki, əllinci illərin sonlarından başlayaraq Azərbaycan
ədəbiyyatında, xüsusilə bədii nəsrində yeni bir ab-hava duyulurdu ki, bunu mərhələ
də adlandırmaq olar və əslində, belədir.Bədii nəsrdə yaranan yeni meyllər və
tendensiyaları təkcə bir ədəbi nəslin yaradıcılığına müncər etmək doğru olmazdı.
Bütünlüklə ədəbiyyatın özü yeniləşməyə başlayırdı və bu mərhələni bütün ədəbi
nəsillər yaradırdı.
Bədii nəsrdə əvvəlki illərdən fərqli olaraq insanın mənəvi-əxlaqi dünyasının
təsvirinə meyl və maraq artmışdı, şəxsiyyət başlanğıcı, ədəbi qəhrəmanın hərtərəfli
(həm müsbət, həm də mənfi) təsvirinə meyl, onu bütün mürəkkəbliyi ilə
canlandırmaq səyi getdikcə aparıcı xəttə çevrilirdi. Müasir həyat haqqında artıq
köhnəlmiş təsəvvür və ifadə vasitələri ilə yazmağın mümkün olmaması qənaətinin
doğurduğu qüvətli, səmərəli axtarış ruhu, yeni vəzifələrə uyğun gələn fərqli orijinal
estetik boyalar tapmaq cəhdi bədii fikrin inkişafının mahiyyət və istiqamətini müəy-
yən etdi və xoşbəxtlikdən həmin təmayül gənc nəslin də yaradıcılığında başlıca
xüsusiyyətə çevrildi.
İsi Məlikzadə yaradıcılığına öncə məhz bu konteksdən yanaşmaq lazımdır.
Lakin ədəbi əsərləri qiymətləndirərkən təkcə onların yarandığı, araya-ərsəyə gəldiyi
dövrü əsas götürmək və həmin dövrdən çıxış etmək məhdudluğa aparıb çıxarardı.
Yazıçını yaşadan əlbəttə, ilk növbədə, onun əsərlərindəki bədii dünya real dünyanın
sözdə təcəssümüsdür. İsi Məlikzadənin yaratdığı dünya XX əsr Azərbaycan
gerçəkliyidir və bəlkə ən doğrusudur.
Evin kişisi" povestində İsi Məlikzadə adi bir insanı - sıravi milis işçisi Qaça-
yın həyatını təsvir edir. Qaçay öz hərəkətləri və davranışı ilə sovet ədəbiyyatının
"müsbət qəhrəmanı" tipi ilə heç cür uyuşa bilməz. Çünki o, mənfiliklərə qarşı
Filologiya məsələləri – №3, 2014
415
mübarizə apara biləcək qəhrəman səviyyəsində deyil. Hətta Qaçay "müsbət qəh-
rəman"a xas olmayan avam və sadəlövh düşüncə tərzilə gülüş də doğurur.
Rəisi Qaçayı ironiya ilə "Koroğlu" adlandırır, lakin Qaçay nəinki Koroğlu,
heç onun dəlilərindən də deyil. Amma Qaçay daxilən saf və təmiz insandır. O,
kiminsə qarşısında əyilir, sınır, amma bu təmizlik onu tərk etmir. Məsələ bura-
sındadır ki, Qaçay tipli insanlar ədəbiyyatın qəhrəmanı olmamışdılar. Onlar adi
həyat tərzi, gün - güzəran ağırlığı, maddi və mənəvi qayğıları ədəbiyyatın predmeti-
nə çevrilməmişdi.Təsadüfi deyil ki, "Evin kişisi" çap olunandan sonra bəzi tənqidçi-
lər "bu necə qəhrəmandır? bu qəhrəman niyə passivdir?" deyə haray qopardılar. La-
kin unudulurdu ki, ədəbi qəhrəmanın tipləri müxtəlif ola bilər və Qaçay kimi
insanlar isə həyatda, reallıqda mövcuddurlar. İsi Məlikzadə isə süni şəkildə Qaçaya
"müsbət qəhrəman" pasportu, "mübarizlik" vəsiqəsi bəxş etməmişdir.
Lakin əlbəttə, İsi Məlikzadənin yaratdığı ədəbi qəhrəmanların heç də hamısı
Qaçaya oxşamır. Qaçay sadəcə olaraq sadə, təmiz və mənəviyyatlı insanların bir
nümunəsidir.
Bu qəhrəmanların hamısının qarşısında istisnasız və tərəddüd eləmədən "işıq-
lı" sözünü bədii təyin kimi işlətmək mümkündür. Lakin İsi Məlikzadənin təsvir et-
diyi bu işıqlı insanların hər birinin öz fərdi dünyası, mənəvi aləmi var. Və İsi
Məlikzadə hər bir qəhrəmanı təsvir edəndə özünəməxsus bədii boyalar, təravətli ifa-
də vasitələri tapa bilmişdir.
İsi Məlikzadənin təsvir etdiyi Kənd keçən əsrin 60-90-cı illərindəki
Azərbaycan kəndidir.
İsi bu kəndi yaxşı tanıyırdı və yaxşı tanıdığı üçün də özündən heç nə
uydurmurdu. O, kəndi ideallaşdırmırdı, özündən əvvəlki yazıçılardan fərqli olaraq
bu kəndin ordenli - medallı, şöhrətli qəhrəmanlarından söz açmırdı (onsuz da bu
mövzuda onlarla əsərlər yazılmışdı). İsi bu kəndin ağrı-acılarından, mənəvi
baxımdan ekoloji tənəzzülündən, kənddə yaşayan insanların müxtəlif qayğılarından
danışırdı. Bu baxımdan onun üç povestini xatırlatmaq kifayətdir: "Quyu", "Yaşıl
gecə" və "Dədə palıd".
İstər ilk hekayə və povestlərində, istərsə də ədəbiyyatımızın nailiyyətləri
kimi əks-səda verən “Evin kişisi”, “Quyu” povestlərində İsi Məlikzadə məhz öz
dövrünün və bir aləmdə yaşadığı adamların psixoloji-sosial xarakterini yaradır.
Düzdür, ailə qarşısındakı borcu, atanı əvəz edən böyük qardaş olmağın
məsuliyyətinin dərk etmək, bu ağır yükü ləqayətlə daşımaq bizim üçün əbədi bir
problemdir və bu mənada Qaçay ilk baxışda ənənəvi görunə bilərdi. Lakin bir yazıçı
kimi, İsi Məlikzadənin ustalığı ondadır ki, həmin ənənəvi etik məsələyə tamamilə
təzə rakursdan – iyirminci əsrin altmışıncı illərinin əxlaq ölçüsüylə baxa bilmişdir.
Əgər belə olmasaydı, yəni, Qaçay həmin borc anlayışına nəinki ötən əsrdəki,
hətta iyirminci əsrin otuzuncu-qırxıncı illərindəki azərbaycanlı kimi yanaşa bilsəydi
onun həyatı o cür düşünə-daşına bilmir, çünki o da bu zamanın övladıdır, anasıyla
bacısı da zəmanə adamıdır.
Bu zamanın adamlarında isə əşyabazlıq, cehiz şöhrəti, başqalarının yanında
bu məsələdə də özünü göstərmək, öyünmək xəstəliyi yaranıbdır. Qaçay başa düşür
ki, cehizsiz qaldığına görə bacısı tay-tuşlarından, nişanlısından utanır. Hətta qorxur
ki, sonralar ər evində bunu onun başına da qaxarlar...
Filologiya məsələləri – №3, 2014
416
Bunu duyduğu üçün də Qaçay ikiqat əzab çəkir və bacısının, anasının, bir az
da dərinə getsək, özünün kişilik qürurunun qorunmasından ötrü şəxsiyyətinin kiçil-
dilməsinə dözür. Beləliklə də, Qaçay – bir evin kişisi öz kişiliyini tapdayır...
Hər bir yazıçının yaradıcılığının ortasından keçən qırmızı xətt var.
Məlikzadənin qırmızı xətii “Toz” dur. Onun əsərlərini oxuyan zaman əyalətin
günorta çağını hiss edirsən.İsi Məlikzadə əsərlərində yayın günortasını, ürəksıxan
mənzərələrini çox gözəl, dəqiq təsvir edərək oxucuya ötürür.
İsi Məlikzadənin aparıcı bir mövzusu var – insanın cəmiyyət, özü və ailəsi
qarşısındakı borcu! Onun ilk yazılarından tutmuş son əsərlərinədək hamısında
müxtəlif ictimai rütbəli, müxtəlif taleli və dünyagörüşlü adamların timsalında bu
fikrin bədii araşdırmasını müşahidə edirik.
Bu mənada müəllifin qəhrəmanlarında estetik ideal cəhətdən bir-birini izlə-
mək, tamamlamaq meyli duyulur. Əgər Qaçayın xarakteri <> vəzifə-
sini yerinə yetirərkən açılırsa, Umud (“Quyu”) dünyanı başqasının – kolxoz sədri-
nin zahirən çəx sağlam, qüdrətli, nümunəvi təsir bağışlayan, əslində isə çürümüş
ailəsinə bələd olduqdan sonra dərindən dərk etməyə başlayır.
Yaxşı adam kimdir? Vicdanla yaşamaq nə deməkdir?
Cəmiyyətimizin nəcib əxlaq normaları hamıya gün kimi aydın olsa da, hələlik
bu normalardan kənara çıxanlar tapılır. İnsanın əsl ləyaqəti onun cəmiyyətə namus-
lu münasibətinə görə yox, yalnız müəyyən adamlara verəcəyi faydayla ölçüləndə
qəhrəmanların daxili sarsıntısını anlamaq o qədər də çətin deyildir.
Oxucunu sevindirən odur ki, yazıçı həmiüə Qərib kimilərin tərəfindədir və
bizim ürəyimizdə xeyirxahlığa inamı heç zaman qırmır.
İsi Məlikzadə xarakterin açılması üçün müxtəlif vasitələrdən – təbiət təsvir-
lərindən, assosiativ yolla emosiya doğuran yuxulardan, keçmişə ekskursiyalardan,
insanın təbiətindəki ikiləşmədən istifadə edir. Bu rəngarəng, kənar və daxili
detallar, nüanslar obrazların psixoloji vəziyyətini tamamlayır, ona müxtəlif ahəng –
gah süstlük, gah da dinamiklik gətirir.
Yaxşı haldır ki, əhval-ruhiyyəylə bərabər müəllifin, eləcə də obrazların danı-
şıq tərzi-dili də dəyişib gah lirik-emosional rəng alır, gah da publisistik aydınlıq
kəsb edir, hadisəyə, həmin məqama fəal müdaxilə ön plana çəkilir. Bu cəhət onun
əsərlərinin kompazisiyasına, süjetdəki hərəkətə də aiddir. Ümumiyyətlə, İsinin
əsərləri təhkiyəsinə görə həmişə dinamikdir, oxucunu intizarda saxlamağı bacarır.
Ümumiyyətlə, İsi Məlikzadə qəhrəmanının həyatın gözlənilməz, çətin
döngələrində sınamağı çox xoşlayır. Onun həm hekayələrində, həm də povest-
lərində, əksər hallarda, obrazların bütöv taleyi, şəxsiyyəti yox, müəyyən, lakin bu və
ya digər vəziyyət üçün tipik cizgiləri açılır.
Kiçik janrlarda – hekayə və yığcam povestlərdə bu üsul sənətkar üçün
əlverişlidir, ona gorə ki, istər sosial həyatın təsvirində, istərsə də xarakterlərin
açılmasında epiklik-bütövlük tələbindən yaxasını kənara çəkə bilir.
İkinici tərəfdən isə epiklikdən uzaq, yəni, problemin və xarakterin
işıqlandırılmasında sərbəstlik qazanan yazıçı obrazın bu gün üçün 9 aydındır ki,
konkret əsərin fonunda ) ən vacib, ən qabarıq saydığı cizgilərini göstərməyə bir az
da geniş imkan qazanır.
Filologiya məsələləri – №3, 2014
417
XX əsr Azərbaycan ədəbiyyatı nəsrində İsi Məlikzadənin yaradıcılığındakı
mövzular həm dünənin, həm də bugünün tarixində əvəzsiz rola oynayır. Müasir
Azərbaycan nəsri dedikdə ilk növbədə ağlımıza gələn yazıçılardan bəlkə də ən
birincisi məhz İsi Məlikzadədir. Onun haqqında yazılan monoqrafiyalar, məqalələr
və müxtəlif fikirlər buna əyani sübutdur. Çünki bu nasir XX əsrin problemlərini,
düşüncələrini həm hekayələrində həm də povestlərində qabarıq şəkildə göstərməyə
çalışmışdır.
İsi Məlikzadənin qəhrəmanları onun əsərlərində hərtərəfli şəkildə
göstərilmişdir. Obrazların, xarakterlərin istəkləri, arzuları, onların daxili mənəvi
iztirabları əsərlərinin əsas mövzularıdır.
“Evin kişisi”,”Quyu” povestləri, “Küçələrə su səpmişəm” və s. əsərləri
yuxarıda sadaladığımız xüsusiyyətləri özündə əks etdirir. Obrazların emosional,
lirik, pisixaloju əhval-ruhiyyələri, düşdüyü vəziyyətləri olduğu kimi özünü göstərir.
Ədəbiyyat
1. Məlikzadə İ. – Seçilmiş əsərləri.Bakı 2005
2. İsmayılov Y. – İsi Məlikzadə söz sərrafı, nəsr ustası.Elm 2007
3. Əliyev R. – Müdrik sadəlövlük. Bakı 2008
4. Əliyeva N. – Zamanın sözü. Bakı 2006
5. Azəri S. − “Həyat nəfəsli nəsr”.Ədəbiyyat və incəsənət 1981. 26 iyun
6. Məlikzadə İ. – Ulduz.1984. 25 may
7. Məlikzadə İ. – Kommunist. 1981. 29 mart
8. Yusifli V. – Gözəl hekayələr müəllifi .Bakı 2001
9. Baycan S. – İsi Məlikzadə haqqında..2010
10.Təzadlar − Bir İsi Məlikzadə vardı.2010. 4 dekabr
N.Hajıyeva
Isi Malikzade the art style trends
Summary
Generally, Isi Malikzade life's unexpected hero, likes to try hard. Its the
stories, and stories, in most cases, the entire fate of the characters, rather than the
identity of a specific, but typical characteristics for this or any other situation opens.
Small genres - short stories and narratives, this method is suitable for the
artist, because the image of social life, as well as the opening of the characters can
be aloof demand integrity away from the second side.
The problem of freedom and character-winning writer, covering the image, it
is clear that in this day 9, the concrete work in the background, the most important,
which is the most salient traits of a great opportunity to gain a little.
Filologiya məsələləri – №3, 2014
418
Н.Гаджыева
Иси Malikzade тенденции художественный стиль
Резюме
Как правило, Иси Malikzade жизненный неожиданным героем, нравится
пробовать жесткий d. В большинстве случаев, открывается вся судьба
персонажей, а не личности конкретного, но типичных характеристик того или
любой другой ситуации Его рассказы и повести,.
Малые жанры - рассказов и повестей, этот метод подходит для
художника, потому что образ общественной жизни, а также открытия
персонажей может быть в стороне спроса целостность, от второй стороны.
То есть, проблема свободы и характера наградами писателя, покрывая
изображение, то ясно, что в этот день 9, бетонные работы в фоновом режиме),
самое главное, что наиболее характерные черты прекрасную возможность
получить немного.
Rəyçi: Dilbər Zeynalova
filologiya elmləri namizədi, dosent
Filologiya məsələləri – №3, 2014
419
MƏHƏRRƏM VƏLİYEV
Dosent BDU
turkoloq-bqu@mail.ru
ŞAH İSMAYIL XƏTAYİNİN “DƏHNAMƏ” POEMASINDA ƏSAS
QƏHRƏMANIN İNKİŞAF DİNAMİKASI
Açar sözlər: “Dəhnamə” mövzusu, romantik sənət tipi, aşiq və məşuqə obrazları,
köməkçi obrazlar, qəhrəmanın inkişaf dinamikası, klassikanın müasirliyi.
Ключевые слова: тема «Дехнаме», романтическая типизация, образы ашуга и
возлюбленной, вспомогательные образы, динами развития героя, современ-
ность классики.
Keywords: “Dehname” theme, romantic typing, ashug and beloved images, the
hero’s dynamic development, a modernity of classic.
Adından da göründüyü kimi, “Dəhnamə” (on məktub) mövzusu klassik
Azərbaycan ədəbiyyatında ilk dəfə fars dilində yazıb-yaradan şairlər tərəfindən
işlənmiş və XIII əsrdə Hümam Təbrizi, XIV əsrdə Marağalı Övhədi yaradıcılığında
öz bədii əksini tapmışdır. XVI əsr Azərbaycanının böyük sərkərdə və hökmdarı,
eləcə də gözəl söz sənətkarı Şah İsmayıl Xətayi bu mövzunu ana dilində işləyən ilk
sənətkardır. Ənənəvi süjet xəttinə sadiq qalsa da, Xətayinin “Dəhnamə” poeması
tam mənasilə orijinal bir əsərdir və Azərbaycan epik poeziyasının şedevrlərindən
biri kimi qiymətləndirilə bilər. Bu orijinallıq hər şeydən öncə, əsərin dilində və
üslubunda özünü büruzə verir. Bu xüsusiyyətlər isə özlüyündə əsas qəhrəmanların –
Aşiq və Məşuqə obrazlarının orijinal bədii təqdimatına imkan yaradır. Bu mənada,
əsas qəhrəmanların münasibətlərindəki inkişaf dinamikasını izləmək də maraq
doğurur.
Poemada klassik anadilli epik ədəbiyyatda öz əksini tapmış müsbət qəh-
rəmanlar sırasında aparıcı yeri tutan Aşiq obrazı və onun tərəf-müqabili olan
Məşuqə tandemi barədə araşdırmaların konkret poetik material əsasında nəzərdən
keçirilməsi müəyyən elmi qənaətlərə gəlməyə imkan verir.
Aydındır ki, klassik Azərbaycan ədəbiyyatı, o sıradan Şah İsmayıl Xətayinin
də yaradıcılığı həm dünyəvi, həm də irfani araşdırmalar üçün material verir. Bu
səbəbdən “Dəhnamə” poemasındakı qəhrəmanların da iki ipostasda alınaraq
tədqiqata cəlb edilməsi məqsədəuyğun sayılır. Bunlardan birincisi, Azərbaycan
klassik anadilli poeziyasının aparıcı istiqaməti olan dünyəvi ipostas, ikincisi isə bu
poeziyada ikinci dərəcəli rol oynayan və daha çox formal xarakter daşıyan, İran
təsəvvüf ədəbiyyatı ənənəsinin təsirindən gələn irfani ipostasdır. Qeyd etmək
lazımdır ki, istər lirik, istərsə də epik qəhrəmanların sufi-mistik təqdiminə meylin
zəifliyi, klassik Azərbaycan poeziyasının aparıcı xüsusiyyətlərindən biri olmuş və
çağdaş dövrdə onun aktuallığını şərtləndirən əsas səbəblərdən biri kimi nəzərə
çarpmaqdadır.
Aşiq-məşuqə qarşılıqlı münasibətlərinin mənəvi-psixoloji kontekstdə təhlili
də klassik Azərbaycan epik poeziyasında maraq doğuran və müasir elmi səviyyədə
həllini gözləyən problemlər sırasındadır. Həmin rakursdan yanaşdıqda, Şah İsmayıl
Xətayinin “Dəhnamə” poeması kifayət qədər poetik material verir. O da maraq
Filologiya məsələləri – №3, 2014
420
doğurur ki, orta əsrlərin romantik sənət tipinin tələblərinə uyğun olaraq, əsas
qəhrəmanlar statik vəziyyətdə deyil, poetik situasiyadan asılı olaraq müəyyən
dəyişikliklərə məruz qalan dinamik obrazlar kimi təqdim olunur. Bu da onların
mənəvi-psixoloji münasibətlərinin daimi bir dinamikada alınaraq təhlil edilməsinə
imkan yaradır.
Ancaq onu da qeyd etmək lazımdır ki, poemadakı əsas qəhrəmanların
münasibətlərindəki mənəvi-psixoloji dinamikanın gerçəkləşməsində köməkçi
obrazların da özünəməxsus rolu vardır və bu baxımdan onlara da müəyyən mənada
qəhrəman statusu vermək mümkündür. Əslində, qəhrəmanların münasibətləri məhz
köməkçi obrazların vasitəçiliyi sayəsində baş tutur və bu da onlardan xüsusi səriştə
və bəzən də fədakarlıq və qəhrəmanlıq tələb edir. Poemada Aşiq-Məşuqə münasi-
bətlərinin nizamlanması prosesində köməkçi obrazlar bir sıra məhrumiyyətlərə və
cəzalara məruz qalır, hətta həyatlarını belə qurban verməkdən çəkinmirlər. Əsərdəki
Məktublardan birinin başına məhz bu fəlakət gəlir. Qəzəblənmiş Məşuqə onu parça-
parça edərək havaya sovurur.
Poemanın əsas qəhrəmanları konkret obrazlar olsalar da, onları əhatə edən
surətlərin bir çoxu mücərrəd səciyyə daşıyır ki, bunların da sırasında Səba yeli, Göz
yaşı, Ah, Məktub obrazlarını göstərmək mümkündür. İndiyə qədər xətayişünaslıqda
bu obrazların səciyyəsi haqqında müəyyən fikrilər söylənilmiş, onlar müəyyən
rakurslardan təhlilə cəlb edilmişlər. Ancaq bunlarla yanaşı, Aşiq-Məşuqə mü-
nasibətlərinin nizamlanmasında birbaşa vasitəçilik etməyən, lakin süjetin inkişaf
xəttində mühüm rol oynayan obrazlar da vardır ki, onların arasında Ürək (Könül,
Dil), Tanrı, Hatif, Eşq odu, Eşq, Tale (Bəxt), Günəş və başqa mücərrəd obrazlar da
vardır. Əlbəttə, bunların bir çoxuna biz müəllif təhkiyəsindəki müraciət anlarında
rast gəlirik. Bununla belə, hadisələrin inkişafında onların da müəyyən rol oynadığını
inkar etmək çətindir və yeri gəldikcə, onların poetik funksiyasının üzə çıxarılıb
qiymətləndirilməsinə cəhd göstərəcəyik. Əlbəttə, əsas qəhrəmanların ideya-bədii
xarakteristikasını verdikdən sonra.
Şah İsmayıl Xətayinin “Dəhnamə” poemasının baş qəhrəmanının Aşiq obrazı
olmasına kimsə şübhə etməz. Ancaq bu obraz müəllif tərəfindən tamamilə formalaş-
mış bir şəkildə deyil, əsər boyu inkişaf və kamilləşmə dinamikasında təqdim
edilməsi ilə maraq doğurur. Akademik Həmid Araslı məhz Aşiq obrazının kamil
mərhələsini nəzərdə tutaraq, onu aşağıdakı kimi səciyyələndirmişdir: “Dəhnamə”də
biz həqiqi eşq hissləri ilə çırpınan bir qəlbin döyüntüsünü, arzusuna qovuşmaq üçün
hər şeyi qurban verməyə, hər bir çətinliyə sinə gərməyə hazır olan bir insanın təlaşı-
nı, ən qorxunc fəlakətlər qarşısında özünü itirməyib öz eşqinə, öz məsləkinə sadiq
olan bir aşiqin hicrandan qopan hıçqırıqlarını, həm də vüsaldan doğan sevincini
dinləyir və duyuruq. Bu əsərdəki eşq o qədər təmiz, o qədər safdır ki, şair onun
qarşısında diz çökür.” (1, 304.)
Doğrudur, Aşiq obrazının bu elmi xarakteristikasında Sovet dövrü ədəbiy-
yatşünaslığının ideoloji tələblərindən irəli gələn bir qədər ideallaşdırma da nəzərə
çarpır; ancaq bununla yanaşı, bütövlükdə alimin gəldiyi elmi nəticəni qənaətbəxş
saymaq olar; belə ki, son nəticədə şairin nəzərdə tutduğu qəhrəman məhz bu şəkildə
xarakterizə edilə bilər. Əslində isə bu mərhələyə, yəni kamil aşiq mərhələsinə
çatana qədər poemanın baş qəhrəmanı doğrudan da bir çox əzablardan və çətinlik-
lərdən keçməli olmuş, məhrumiyyətlərə qatlanmış, bəzən bunları ürək ağrısı ilə,
Filologiya məsələləri – №3, 2014
421
bəzən isə yumorla qarşılamış, son nəticədə öz məqsədinə nail olmaq istiqamətində
doğru yol tutduğu məlum olmuşdur. O da maraq doğurur ki, Aşiq vüsala çatmaq
yolunda olan maneə və təhlükələrlə birbaşa üzləşmir və həmin maneələrin aradan
qaldırılmasını Məşuqə ilə öz arasında olan və bir növ bufer funksiyası daşıyan
köməkçi obrazların vasitəsilə həyata keçirir. Əlbəttə, bu, Aşiqi müəyyən mənada
cəngavərlik statusundan geri qoyur; ancaq hər halda bütün bunlar Aşiqə qarşı
oxucuda etiraz və antipatiya doğurmur, onun eşqinin səmimiliyinə heç bir xələl
gətirmir. Çünki bu köməkçi obrazların əksəriyyəti elə Aşiqin özü, onun varlığından
qopan yaradıqlardır. Məsələn, Göz yaşı, Ah, Məktub və s. belə obrazlar sırasına
daxildir.
Onu da qeyd etmək lazımdır ki, əsərin qəhrəmanının “Aşiq” adlandırılması da
şərtidir və onun sonrakı mənəvi-psixoloji statusunun əlamətini ifadə edir. Halbuki,
poemanın əvvəlində qayğısız, həyat nemətləri ilə təmin olunmuş, təbiətin
gözəlliklərindən zövq almağı bacaran bir gənc təsvir olunur. Bu, qəhrəmanın ilk
statusunun oxucuya təqdim edilməsidir. Bu təqdimatı şair, poemanın ənənəvi giriş
hissəsindən və bahariyyədən sonra, “Aşiqin əhvalı” adlı bölmədə verir ki, bu adın
özü də, aydındır ki, şərti xarakter daşıyır; belə ki, qəhrəman hələ aşiq olmamış və
eşq odunun əzablarına düçar olmamışdır. Baharın oğlan çağında dağ-çəmən seyrinə
çıxan qayğısız gənc hətta aşiq olmaq haqqında düşünmür belə; çünki bu barədə
konkret təsəvvürü yoxdur və bu cür təsəvvür də başqalarının danışığından deyil,
məhz öz şəxsi təcrübəsindən əldə edilməlidir:
Aləm qamusu bu dəmdə xoşhal,
Mən həm öz işimdə fariğülbal.
Gəh yürür idim çü ahu dağda,
Gəh axar idim çü cuy bağda.
Gəh könlüm ilən çəməndə xürrəm,
Gəh həmdəm ilən gəzəndə biğəm,
Məşuq ilə eşqi tanıməzdim,
Heç kimə könül verim, deməzdim. (2, 417.)
Göründüyü kimi, poemanın gənc qəhrəmanı öz qayğısızlığının təsvirindən
daha çox, eşq məsələlərində cahilliyinin və təcrübəsizliyinin tənqidini vurğulayır və
diqqəti buna yönəldərək oxucunu mövzunun bu istiqamətdə axacağına hazırlamış
olur. Sonrakı beytlərdə təsvir olunan gəncin klassik ədəbiyyatdakı aşiq obrazının
tamamilə əksi olan naseh kimi təqdimi də bu fikrin qüvvətləndirilməsinə xidmət
edir. Şair-qəhrəman özünütənqidi üstüörtülü bir yumorla davam etdirərək yazır:
Derlərdi bu eşq qissəsini,
Dil zərrə yeməzdi qüssəsini.
Öz peşəmə, öz işimə qane,
Heç kimsə yox idi ola mane. (2, 417.)
Filologiya məsələləri – №3, 2014
422
Bununla şair göstərmək istəyir ki, əslində qəhrəman normal və sakit bir həyat
sürür, öz işində-peşəsindədir, cəmiyyətin adi bir üzvüdür. Xətayinin təsvir etdiyi bu
gənc, onun sələfi və ustadı İmadəddin Nəsiminin acımadan qamçıladığı eşqə
düşmən kəsilənlər, gözəlliyi inkar edənlər sırasındadır:
Ey eşqə ədüvvü hüsnə münkir,
Təzvir ilə çəkmə munca ahı.
Gər neməti-cavidan dilərsən,
Heyvanlara qoy bu abü kahi! (3, 87.)
Əlbəttə, Nəsiminin mənfi qəhrəmanından fərqli olaraq, Xətayinin gənc və
cahil (nahaq yerə azərbaycanlılar indi də çox vaxt “cahıl” sözünü “gənc” sözünün
sinonimi kimi işlətmirlər – M.V.) qəhrəmanı eşqə düşənləri bədxahlıq və riya-
karlıqla məzəmmət etmir; sadəcə onun dünyabaxışı, normal həyat anlayışı belədir
və bütün bunları pis niyyətlə deyil, səmimiyyətlə edir. Bu həm də, qəhrəmanın öz
avamlığının səmimi etirafı kimi səslənir və ona qarşı hüsn-rəğbət oyadır:
Kim desə mənə ki, aşiq oldum,
Rüsvayi-dili-xəlayiq oldum;
Əbləh, deyibən gülərdim ana,
Hər tənə ki var, qılardım ana. (2, 417.)
Daha sonra şair, klassik ədəbiyyatımızda az-az rast gəlinən, çox vaxt yalnız
adı çəkilən tənə nitqinin mətnini naseh obrazının dilindən verir:
Ey əbləhü kəcxəyalü biəql!
Bu, sözmüdürür ki, eylədin nəql?
Ol oda salamı canı kimsə,
Qeyrə verəmi ənanı kimsə? (2, 417.)
Düzdür, Şah İsmayıl Xətayinin müasiri dahi Məhəmməd Füzulinin “Leyli və
Məcnun” poemasında da Leylinin anasının dilindən aşiqə qarşı naseh mətni təqdim
olunur; ancaq burada subyekt və obyekt fərqli olduğundan, Xətayi qəhrəmanının bu
baxımdan tam bir orijinallıq təşkil etdiyini söyləmək mümkündür. Çünki Xətayi
“nasehinin” tənəsi başqalarını ifşadan daha çox, özünüifşa xarakteri daşıyır. Bu
parçadakı “yanmayan oda nə bilir odu” misrası da gələcək aşiqin etirafı kimi
səslənir.
Aşiqin birinci mərhələdəki əhvalını həm də Azərbaycan xalq müdrikliyinin
örnəyi olan “gülmə qonşuna, gələr başına” atalar sözünün köməyi ilə ifadə etmək
mümkündür. Poemanın qəhrəmanı olan gəncin məhz aşiqlərə qarşı öz nəsihətamiz
nitqindən bilavasitə sonra eşqə düşməsinin təsvir edilməsi də Xətayinin bu
ibrətamiz xalq deyiminin ifadə etdiyi mənadan yararlandığını söyləməyə əsas verir.
Poemanı xalq dastanlarına yaxınlaşdıran başqa bir cəhət – aşiqə yuxuda ikən buta
verilməsinin təsviridir. Bu da məhəbbətin bir Tanrı payı olduğunun, insanın öz
iradəsindən asılı olmadığının bədii-fəlsəfi ifadəsi sayılmalıdır.
Filologiya məsələləri – №3, 2014
423
Ürəkaçan bir çəməndəki xoş bir kölgəlikdə dincələrkən “bir ləhzə” yuxuya
gedən gənc elə o “bir ləhzənin” də qurbanı olur. Aşiqin əhvalındakı növbəti mərhələ
onun əvvəlki həyatı ilə tam təzad təşkil edir və o, sanki bir az öncə aşiqləri
məzəmmət etdiyi üçün cəzalandırılır. “Gəl gör ki, mənə nə qıldı dövran” deyən Aşiq
böyük sələfi Yunus Əmrənin lirik qəhrəmanının halına düşür:
Bən yürürüm yana-yana,
Gəl gör bəni aşk neylədi.
Nə aqiləm, nə divana,
Gəl gör bəni aşk neylədi. (4, 310.)
Xətayinin aşiqinə nəzərən Yunusun şeirindəki üçüncü misra da diqqəti çəkir:
“nə aqiləm, nə divanə”. Burada tam bir təzad var; insan ya ağıllı olar, ya da dəli.
Bunların heç birindən olmayan lirik qəhrəman bir növ dünya şöhrətli böyük
Azərbaycan alimi Lütfi Zadənin qeyri-səlis məntiqinə cavab verir. Xətayinin lirik
qəhrəmanı da bu təzadı özündə daşımaqdadır. Başqa sözlə, o, nə qədər ki, aqil idi,
aşiqlərə divanə kimi baxırdı; aşiq olduqdan sonra isə aşiqləri ən ağıllı adam sayaraq,
onların davranış və dünyabaxışlarını izləməyə başlayır.
Təbii ki, rahatlıq dairəsindən çıxaraq əzaba, qəm-qüssəyə düşmək, yeyib-içib
istirahət etmək, rahat yatmaq əvəzinə qan-yaş tökərək yuxu üzünə həsrət qalmaq ilk
vaxtlar qayğısız həyata alışmış Aşiqin o qədər də xoşuna gəlmir və o bu işin
səbəbkarını axtararaq, bütün günahları Ürəkdə (Könüldə) görür və ona “nalə-nifrin
qılmağa” başlayır:
Səbrim səbəbini pişə qıldım
Ki, mən bu xəyalı nişə qıldım?
Qıldım Könülə həzar nifrin,
Kim şad ikən etdi bizni qəmgin. (2, 419.)
Demək, Ağıl nə qədər müqavimət göstərsə və məntiqi dəlillər gətirsə də, so-
nunda Könülə təslim olur və onun istəyini yerinə yetirmək üçün fəaliyyətə başlayır.
Aşiq obrazının poetik inkişafının növbəti mərhələsinin başlanğıcı məhz burada
qoyulur.
Xətayi “Dəhnamə”sinin Aşiq qəhrəmanının, eləcə də klassik anadilli
ədəbiyyatımızın bənzər obrazlarının müasir elmi səviyyədə araşdırılması elmi
aktuallıqla yanaşı, həm də sosial əhəmiyyət kəsb edir. Lirik qəhrəman və müasirlik
probleminə həsr edilmiş araşdırmalarda müasir qloballaşma şəraitində milli-mənəvi
dəyərlərin qorunması yolunda klassik ədəbiyyatda öz əksini tapmış müsbət
qəhrəmanın nə kimi rol oynayacağının üzə çıxarılması və bu sahədə istifadə
olunmamış potensialların təhlilə cəlb edilərək qiymətləndirilməsi gənc nəslin milli
vətənpərvərlik və milli mentalitetə hörmət ruhunda tərbiyə edilməsi üçün bu
imkanlardan istifadənin yolları barədə mülahizələrin diqqətə çatdırılmasında və
təbliğində böyük əhəmiyyət kəsb edir.
Filologiya məsələləri – №3, 2014
424
Ədəbiyyat
1. Araslı H. Şah İsmayıl Xətayinin yaradıcılığı // Azərbaycan ədəbiyyatı: tarixi və
problemləri. Bakı: “Gənclik”, 1998.
2. Azərbaycan klassik ədəbiyyatı kitabxanası. c.III. Bakı: “Elm”, 1984.
3. Nəsimi. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1973.
4. Gölpınarlı A. Yunus Əmrə. İstanbul: “Altın kitaplar”, 1991.
Dostları ilə paylaş: |