Магеррам Велиев
Динамика развития главного героя в поэме Шаха Исмаила Хатаи «Дехнаме»
Резюме
Главные герои в поэме «Дехнаме» Шаха Исмаила Хатаи, согласно требо-
ваниям типизации романтического искусства Средневековья, представлены не
статически, а как динамические образы, претерпевающие определенные
изменения в зависимости от поэтической ситуации. Это, в свою очередь, дает
нам возможность провести анализ их духовно-психологических отношений в
постоянном развитии. Исследование на современном научном уровне динами-
ки развития героя-ашуга «Дехнаме» Хатаи, а также похожих образов
классической азербайджанской литературы на родном языке, наряду с научной
актуальностью, в то же время имеет социальное значение.
Muharram Veliev
Dynamics of hero’s development in the Shah Ismail Khatai’s “Dehname” poem
Summary
The main characters in the poem “Dehname” Shah Ismail Khatai, as required
by typing romantic art of the Middle Ages, are not presented statically, but as
dynamic images with some changes depending on the poetic situation. This, in turn,
gives us the opportunity to analyze their spiritual and psychological relations in
constant development. Research on the dynamics of a modern scientific level of the
hero-ashug Khatai’s “Dehname” poem, and similar images of classic mother-tongue
Azerbaijani literature, along with the scientific relevance, at the same time has a
social value.
Rəyçi: Dosent Sevinc Qocayeva
Filologiya məsələləri – №3, 2014
425
TURQAY HƏŞİMLİ
Naxçıvan Dövlət Universiteti
hashimli-h@rambler.ru
MƏHƏMMƏD FÜZULİNİN ƏSƏRLƏRİNDƏ DÖVLƏT
İDARƏÇİLİYİ MƏSƏLƏLƏRİ
Açar sözlər: Azərbaycan ədəbiyyatı, Məhəmməd Füzuli, dövlət idarəçiliyi, hüquq
Key words: Azerbaijan literature, Muhammad Fuzuli, public administration, law
Ключевые слова: Азербайджанская литература, Мухаммед Физули,
государственное управление, право
Azərbaycan dövlət və hüquq tarixinin, həmçinin siyasi və hüquqi təlimlər
tarixinin öyrənilməsi sahəsində son vaxtlarda bir sıra dəyərli tədqiqatlar ortaya
çıxmışdır. X.İsmayılovun (1), R.Əkbərovun (2), İ, Eyyubovun (3), N, Süleymano-
vanın (4) və bəzi digər müəlliflərin müvafiq kitabları bu baxımdan diqqətəlayiqdir.
Araşdırmalar onu da yəqinləşdirir ki, müxtəlif dövrlərin, xüsusən orta əsrlərin
Azərbaycan dövlət və siyasi-hüquqi fikir tarixinin öyrənilməsində bir sıra digər qay-
naqlarla (qanunnamələr, fiqh kitabları,tarixi xronikalar, rəsmi sənədlər, ictimai-
siyasi, fəlsəfi traktatlar, risalələr və s.) yanaşı, ayrı-ayrı ədiblərin bədii əsərləri də
müvafiq material verir. Bu da təsadüfi deyil, çünki bizim zəngin və coxcəhətli orta
əsrlər ədəbiyyatımızın bir çox nümayəndələri həm də tanınmış mütəfəkkir olmuş,
qələmə aldıqları bədii əsərlərdə yeri gəldikcə cəmiyyət həyatı, dövlət idarəçiliyi, qa-
nunçuluq, sosial ədalət, hökmdar və xalq problemi və s. məsələlərə də toxunmuş,
müvafiq münasibət ifadə etmişlər. Bu baxımdan böyük Azərbaycan şairi Məhəm-
məd Füzulinin (1494-1556) yaradıcılığı dadəyərli mənbə sayıla bilər. Doğrudur,
müxtəlif vaxtlarda bir sıra Azərbaycan alimləri mütəfəkkir şairin ictimai-siyasi,
fəlsəfi dünyagörüşü barədə kitab və məqalələr yazmış, diqqətəlayiq elmi fikirlər
söyləmişlər (5; 6; 7; 8 və s.). Lakin bu sahədə görüləsi işlər, öyrənilməli məsələlər
də az deyil. Xüsusən şairin əsərlərində sosial-siyasi, hüquqi xarakterli məsələlərin
qoyuluşu və həllinin yeni prizmadan əhatəli şəkildə öyrənilib dəyərləndirilməsinə
ehtiyac var.
Ümumiyyətlə, orta əsrlərdəki bir sıra Azərbaycan şairlərinin, o cümlədən
Məhəmməd Füzulinin əsərlərində dövlət idarəçiliyi, hüquqi-siyasi məsələlər də
özünəməxsus yer tutur. Faktlar göstərir ki, şair bir sıra qəsidə və qitələrində,
həmçinin bəzi digər əsərlərində dövlət idarəçiliyində sosial ədalətin, qanunların
aliliyinin roluna xüsusi dönəm vermişdir. M. Füzulinin dövlət idarəçiliyinə baxışı
özündə bir neçə mühüm cəhəti birləşdirir. Bunlardan biri hamı üçün eyni olan
ədalətli qanunların mövcudluğudur. Mütəfəkir şairin fikrincə, ədalətli qanunçuluq,
obyektiv hüquqi hökmlər olmasa, dünya üzünü zülm və fəsad bürüyər,cahan mülkü
qayda-qanun, nizam tapmaz:
Hökm gər olmasa, dünyayə salır zülm fəsad,
Hökm gər olmasa, bulmaz nəsəqi-mülk bəqa.
Filologiya məsələləri – №3, 2014
426
Məhəmməd Füzuli dövlət idarəçiliyində hüquqi hökmlər verən, qanunları
icra edən bütün məmurların, o cümlədən dövlət hakimlərinin qanunçuluğa, sosial
ədalət prinsipinə nə dərəcədə əməl etməsinin vacibliyini də mühüm şərt kimi irəli
sürmüşdür. Başqa sözlə desək, şair bu fikirdədir ki, əsl hakimin dili də, əməli də pak
və saf olmalıdır. Əsl hakimin, dövlət məmurunun zatında tamah, əməlində riya
olmamalıdır:
Hakim oldur ki, onun olmaya zatında təmə,
Hakim oldur ki, onun olmaya felində riya.
Əsl hakimin verdiyi hökmlər qanunlara əsaslanmalı, dövrün, cəmiyyətin
reallıqlarına uyğun olmalıdır:
Hakim oldur ki, müvafiq ola hökmünə qədər,
Hakim oldur ki, mütabiq ola əmrinə qəza...
Füzuli onu da ayrıca vurğulayır ki, ədalətsiz hakim vəzifə, hökumət
iddiasında olmamalıdır, çünki haqqa yaxınlığın mərtəbəsi məhz ədalətin nə dərəcə-
də bərqərar olması ilə əlaqədardır. Başqa sözlə deyilsə, cəmiyyət nə qədər ədalətlə
idarə olunsa, ali həqiqətə, haqqa o qədər də yaxın olar:
Rəvişi-ədlidədir mərtəbeyi-qürbü qəbul,
Ədlsiz hakimə dəvayi-hökumət nə rəva?
Mütəfəkkir ədib bu fikirdədir ki, ədalət, ali hüquq hər şeydən ucadır, haram
işlərlə məşğul olmuş bir şəxs yüz il ibadət etsə də, haqq dərgahına bir saatlıq ədalət
qədər yaxınlaşa bilməz:
Bir vərə əhli əgər qılsa ibadət yüz il,
Saəti-ədlicə verməz əsəri-qürbi-xüda.
Füzuli öz fikirlərini davam etdirərək yazır ki, xalqın həyatda varlığı, yaxud
onun ölümə məhkum olması hakimin verdiyi hökmlər ilə bilavasitə əlaqədardır. Hər
hansı bir yanlış hökm, yaxud ədalətsiz qərar xalqı məhvə sürükləyə bilər:
Hökmdür vasiteyi-mövtü həyatı xəlqin,
Vay ol hakimə kim, eyləyə hökmündə xəta.
Şair məzlumların hüququnu qorumayan, onlara mərhəmət göstərməyən, öz
mənafeyi, maddi marağı üçün zalımların tərəfini saxlayıb onların haqsız əməllərinə
rəvac verən hakimləri qətiyyətlə lənətləyir, kəskin şəkildə pisləyir. Elin halından,
gün-güzəranından daima xəbərdar olan, füqəradan öz lütfünü, köməyini əsirgəmə-
yən, onların haqqını müdafiə edən hakimlərin isə ən yüksək hörmətə, rəhmətə layiq
olduğunu vurğulayır:
Filologiya məsələləri – №3, 2014
427
Qıla məzlumləri mərhəmətindən mərhum,
Verə zalimlərə öz nəfi üçün istila.
Rəhmət ol hakimə kim,olmaya eldən qafil,
Nəqdi-övqatı ola bəzli-niyazi-füqəra.
Beləliklə, Məhəmməd Füzuli bir tərəfdən, qanunların ədalətli olmasını mü-
hüm şərt sayırsa, digər tərəfdən də onların icrasının vacibliyini, dövlət idarəçiliyin-
də çalışan hakimlərin və digər məmurların ədalətli olmasının xüsusi önəm daşıdı-
ğını önə çəkir. M. Füzuli “hökmlərin və hakimlərin insan cəmiyyətində rolundan
söhbət açır.Şair ucalığı, insanlığı ədalətlə ölçür...Şair bir həqiqəti anladır ki, xalqın
ölüm və həyatı hökmdarın verdiyi hökmlərin ədalətli və ya ədalətli olması ilə
bağlıdır... Füzuli məzlumları öz mərhəmətindən mərhum edən. xeyri üçün zalımlara
imkan yaradan hakimləri rədd edir” (10, s. 466).
Şair möhkəm şəkildə inanır ki, ölkəni zülm ilə idarə edənlər, yalnız özlərinə
sərvət toplayanlar, xalqa kiçik pay verib ona minnət qoyanlar gec-tez öz layiqli
cəzalarına çatacaqlar. Şair qitələrinin birində öz dövrünün hökdarlarına bu həqiqəti
belə xatırladırdı:
Zülm ilə ağçalar alıb zalım
Eylər ənam xəlqə minnət ilə.
Bilməz onu kim, etdiyi zülmə
Görəcəkdir cəza məzəllət ilə.
Bu cəhətdən şairin məşhur “Padişahi-mülk...” qitəsi də diqqəti çəkir. Həmin
şeirin ilk hissəsində müəllif rüşvət və cürbəcür fitnə-fəsad yolu ilə ölkələr fəth edən,
lakin hakimiyyəti altında olan yerlərdə ədalətdən, insafdan əsər-əlamət olmayan bir
zalım, tamahgir padşahın son nəticədə zamanın hökmü ilə süquta uğradığını
nməzərə çatdırır:
Padişahi-mülk dinarü dirəm rüşvət verib,
Fəthi-kişvər qılmağa eylər mühəyya ləşgəri.
Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır,
Ol dəxi asarü əmnü istiqamətdən bəri.
Göstərən saətdə dövrani-fələk bir inqilab
Həm özü fani olur, həm ləşgəri, həm kişvəri.
Şeirin ikinci hissəsində isə şair sənət adamının, yaradıcı şəxsin könüllər
oxşayan əsərləri ilə zalım hökmdardan fərqli olaraq mənəvi ölümsüzlük qazandığını
bədii biçimdə canlandırır.
Başqa bir şeirində isə şair ədalətsiz idarəçiliyə, onun səbəb olduğu nahaq
qanlara qarşı etirazlarını, tənqidi münasibətini belə ifadə etmişdir:
Filologiya məsələləri – №3, 2014
428
Tökdükcə qanımı oxun ol asitan içər,
Bir yerdəyəm əsir ki, torpağı qan içər.
M. Füzuli cəmiyyət həyatında, dövlət idarəçiliyində vətəndaşların söz, fikir
azadlığının təmin olunmasına da xüsusi önəm vermişdir. Şeirlərinin birində o, bu-
nunla əlaqədar yazır:
Ey Füzuli, nə gözəldir sözü azadəliyin,
Hanı bir sərv bu aləmdə ki, vardır səməri.
Burada şair Şərq ədəbiyyatında azadlıq rəmzi olan sərv ağacından bir simvol
kimi istifadə etmişdir.
Dövlət idarəçiliyi, hökmdar və xalq taleyi problemi mütəfəkkir ədibin “Bəngü
Badə” əsərində də özünəməxsus şəkildə ifadə olunmuşdur.Səfəvi hökmdarı Şah
İsmayıl Xətayi ilə Osmanlı dövlət başçısı Sultan Səlim arasında 1514-cü ildə baş
vermiş Çaldıran döyüşü ilə əlaqədar qələmə alınmış bu əsərində d Füzuli dövlət
idarəçiliyi məsələlərinə də toxunmuşdur. Akademik H. Araslının qeyd etdiyi kimi:
“Yazıçı bu əsərində dövrün siyasi həyatında çox mühüm faciə olan mənəmlik
uğrunda gedən müharibələr əleyhinə etirazlarını bildirmək məqsədini qarşısına
qoymuşdur” (11, s. 179).Şair burada həm Bəngin, həm də Badənin timsalında
ədalətli hökmdara yaraşmayan bir sıra məziyyətləri (xudpəsəndlik, lovğalıq, həsəd
və s.) pisləmiş, öz zəmanəsinin dövlət adamlarını bunlardan ibrət götürməyə
səsləmişdir.
Məhəmməd Füzulinin dövlət idarəçiliyi məsələlərinə baxışından danışarkən
“Şikayətnamə” əsərinə də nəzər salmaq gərəkdir. Bəllidir ki, Füzuli Sultan Süley-
mana müraciət edərək yardım istəmiş, son nəticədə şairə doqquz axça təqaüd təyin
etmişlər. Lakin şair dəfələrlə gedib-gəlsə də övqaf idarələrindəki süründürməçilik
və rüşvətxorluq ucbatından həmin təqaüdü ala bilməmiş, etiraz və təəssüf hisslərini
“Şikayətnamə”də nəsr dili ilə ifadə etmişdir. Digər məsələlərlə bərabər, Füzuli bu
əsərində də idarələrdəki rüşvətxorluğu cəmiyyət və dövlət həyatı üçün böyük və
təhlükəli bəla saymış, ona öz etirazını, tənqidi münasibətini bildirmişdir. Əyanilik
naminə şairin hətta möhürlü sənədləri, hökmləri də saymayan məmurlarla dialoqun-
dan bir parçaya diqqət yetirək:
“Salam verdim, rüşvət deyildir, - deyə almadılar. Hökm göstərdim,
faydasızdır, - deyə mültəfit olmadılar...
Dedim: - Hesab alsalar, bu sülukunuzun fəsadı bulunur.
Dedilər: - Bu hesab qiyamətdə alınır.
Dedim: - Dünyadə dəxi hesab olur, xəbərin eşitmişiz.
Dedilər : - Ondan dəxi bakimiz yoxdur. Katibləri razı etmişiz”.
Göründüyü kimi, şair rüşvətxorluğun, qanunsuzluğun idarələrdə kök saldığına
da diqqət yönəltmişdir.
Şairin bir sıra başqa əsərlərində də analoji məqamlar vardır. Bütün bunlar isə
onu göstərir ki. mütəfəkkir və humanist bir sənətkar olan Məhəmməd Füzuli xalqın,
cəmiyyətin səadəti, rifahı üçün dövlət idarəçiliyinin ədalətli olmasını, ədalətli
qanunlara əsaslanmasını, hakimlərin, ümumən bütün məmurların yüksək mənəvi
keyfiyyətlərə malik olmasını vacib şərtlər kimi əsaslandırmışdır.
Filologiya məsələləri – №3, 2014
429
Ədəbiyyat
1.İsmayılov X. Azərbaycanın dövlət və hüquq tarixi. Bakı: Nurlan, 2006, 720 s.
2.Əkbərov R.Azərbaycanın dövlət və hüquq tarixi. Bakı:Qanun, 2009, 604 s.
3.Eyyubov İ. Azərbaycanın siyasi təlimlər tarixi. Bakı:Az.TU mətbəəsi, 2011, 352 s.
4.Süleymanova N. Azərbaycanın hüquq məktəbi və onun nümayəndələri. Bakı: Elm
və təhsil. 2012, 102 s.
5.Zəkiyev Ə. K. Füzuli və orta əsrlərdə Azərbaycan və Yaxın Şərqdə ideoloji
cərəyanlar.“ Füzulinin 400 illiyi”, Azərbaycan EA-nın “Xəbərləri”nin xüsusi
nömrəsi.Bakı: Azərbaycan EA nəşriyyatı, 1958, s. 127-141
6.Məmmədov R. H. Füzulinin ictimai-siyasi görüşləri. Azərbaycan EA fəlsəfə
Bölməsinin “Əsərləri”, 1963, 4-cü cild, s. 156-170
7.Qasımzadə F. Qəm karvanı, yaxud zülmətdə nur. Bakı: Azərnəşr, 1968, 360 s.
8.Quluzadə M. Füzulinin lirikası. Bakı: Azərbaycan EA nəşriyyatı, 1965, 475 s.
9.Feyzullayeva V. Füzulinin qəsidələri. Bakı: Elm, 1985, 184 s.
10.Səfərli Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi. Bakı:Ozan, 2008,696 s.
11.Araslı H. Böyük Azərbaycan şairi Füzuli. Bakı:Uşaqgəncnəşr, 1958, 312 s.
12.Füzuli M. Seçilmiş əsərləri, 2 cilddə, 1-ci cild. Bakı: Azərnəşr,1988, 582 s.
13.Füzuli M. Seçilmiş əsərləri, 2 cilddə, 2-ci cild. Bakı: Azərnəşr,1988, 392 s.
Turgay Hashimli
Issues of public administration
works muhammed fuzuli
Summary
Muhammad Fuzuli
is one of the most prominent represantatives of the Azer-
baijani literature of XVI century. His poetry is rich with deer humanistic sences and
qualities.
The article has been dedicated to the lyrics of
Muhammad Fuzuli.
In this pa-
per attention is directed to the various phase’s of literary activitie
Muhammad
Fuzuli.
These stages are investigated on the basis of those examples, facing a poet
and made appropriate conclusions.
There have been analysed charakteristic works, their idealogial-literary fea-
tures have been clarified.
Тургай Гашимли
Вопросы государственного управления
в произведениях мухаммеда физули
Резюме
Мухаммед Физули
является одним из выдающихся представителей азер-
байджанской литературы шестнадцатого века. Его поэзия пронизана гуманиз-
мом, глубокими чувствами.
Filologiya məsələləri – №3, 2014
430
Статья посвящена творчестве известного поэта Мухаммеда Физули
.
В
статье рассматриваются разные этапы творчества Мухаммеда Физули.
Здесь
на основе примеров исследуются темы, к которым обращался поэт на этих
этапах, и сделаны некоторые вводы.
В статье анализириуются характерные произведения, связанные с темой,
выявляются их идейно-художественные особенности.
Rəyçi: Dosent .Ş.A.Məmmədov
Filologiya məsələləri – №3, 2014
431
ДИЛОРОМ САЛОҲИЙ,
филология фанлари доктори, профессор,
Самарқанд давлат университети
azfolklor@yahoo.com
АЛИШЕР НАВОИЙНИНГ ЁШЛИК ЙИЛЛАРИ ҲАҚИДА
МУЛОҲOЗАЛАР
Açar sözlər: Əlişir Nəvai, gənclik, poeziya, özbək ədəbiyyatı
Keywords: Alishir Navoi, youth, poetry, Uzbek literature
Ключевые слова: Алишир Навои, молодость, поэзия, Узбекская литература
Низомиддин Амир Алишер Навоий ҳазратларининг ёшлик айёмидаги
ҳаётлари ҳақида кўп тарихий ва илмий асарларда қисқа-қисқа маълумотлар
учрайди. Шоирнинг 20 ёшларидан кейинги ҳаёти тафсилотлари тарихий
манбаларда анча муфассал ёритилган.
Навоийнинг ёшлик йиллари ҳақида сўз борганда, унинг темурий
оилалари билан яқинлиги айтиб ўтилади. Уни темурий шаҳзодалардан Ҳусайн
Бойқаро Мирзо билан кўкалтош эканлиги, яъни, бир энаганинг тарбиясини
олганлигини Хондамир ўзининг «Макорим ул-ахлоқ» асарида таъкидлайди.
Мирхонд «равзат ус-сафо» асарида эса Амир Алишер – бобоси соҳибқирон
Амир Темур – ўғли Умаршайх Мирзо билан кўкалтош бўлганлиги ҳақида
маълумот бор.
Бундан кўринадики, Алишер Навоий – бобоси бўлмиш Ғиёсуддин
Баҳодирнинг отаси Амир Темур саройида шаҳзодалар билан бирга бир
онанинг тарбиясида вояга етган. Уларга Ғиёсуддин Баҳодирнинг катта онаси –
бувиси кўкрак сути билан боқувчи энага бўлган бўлиши мумкин. Чунки,
шаҳаншоҳ ўзининг шавкатли кунларда дунёга келган ўғлини кўкрак сути
бериб боқиш учун энг покиза, тақводор, соғлом ва эътиборли оилалардан
бирининг – Навоий аждодлари хонадонининг янги фарзанд кўрган бекасини
саройга таклиф қилган. Шунга кўра, Ғиёсуддин Баҳодурнинг отаси ва
Умаршайх Мирзо ёшлари қарийб тенг бўлган.
Оилавий анъаналарга кўра, шоирнинг отаси Ғиёсуддин Баҳодур ҳам
темурий шаҳзодалардан бири билан кўкалтош бўлган бўлиши мумкин. У
Шоҳруҳ Мирзонинг эътиборли мулозимларидан бўлиб, шу подшоҳ томонидан
Сабзавор ҳокими этиб тайинланган. Кичкина Алишер туғилганиданоқ шоҳ
саройида тарбияланишидан у ҳам келажакда шу салтанат соҳибларининг
ишончли, садоқатли кишиларидан бири сифатида давлат тинчлиги ва равнақи
учун жон куйдирувчи арбоб бўлиб етишиши кўзда тутилган эди. Темурийлар
бу орзу-умиди тарихдан маълумки, аъло даражада рўёбга чиқди.
Тарихий манбалардан шоирнинг расман давлат хизматига кириши 1469
милодий, яъни Султон Ҳусайн Мирзо Хуросон тахтига чиқиш йили, деб
кўрсатилади. Шу йили Навоий Сарой муҳрдори лавозимига тайинланади ва
унга ката имтиёз, мартаба, мулк берилади.
Шоир болалик йилларида Ҳиротда, кейин Машҳадда, кейин яна
Самарқандга кетгунга қадар Ҳиротда яшаган даврларида бирор масъулиятли
Filologiya məsələləri – №3, 2014
432
давлат хизматини бажармаган. У бу даврда Хуросонда машҳур шоир бўлиб
етишган. Аммо, Абусаид Мирзо саройида ўз қобилияти ва куч-қудратига
муносиб бирор вазифани бажаришни умид қилган. Афсуски, шоир маълум
муддатга Ҳиротни ташлаб кетишга мажбур бўлади ва ёш йигит орзу-умидлари
Самарқандда рўёбга чиқади.
Бухоро амири Абдуллахоннинг ўғли Абдулмўминхон ўзи – «Том ут-
таворих» («Тарих тугали») асарида Навоийга махсус боб бағишлайди. Унинг
берган маълумотига кўра, Алишер Навоий Самарқандда Султон Аҳмад
Мирзонинг мулозими эди, «Чиғатой амири» деган мансабга эга эди. Бу ҳақда
«Мажолис ун-нафоис»ни форс тилига ўгирган таржимон Султон Муҳаммад
Фахрий Ҳиротий ҳам шундай маълумот беради: «Дарҳол Ҳусайн Мирзо бир
кишини юбориб, Султон Аҳмад Мирзодан Навоийни талаб қилди». Демак,
шоир «амир» даражасига Самарқандда кўтарилган.
Шоирнинг онаси ҳақида ҳам баъзи тафсилотларни аниқлаш мумкин. Ўз
фарзанди қаторида Султон Ҳусайн Бойқародек шаҳаншоҳни бағрига босиб
катта қилган бу мўътабар аёл афғонистонлик амирлардан Абу Саид Чангнинг
қизи бўлган. У туркий – жалойир уруғига мансуб бўлган. Буни шоир вафоти
билан боғлиқ бир маълумот тасдиқлайди. Навоий китобдорларидан бири
Мавлоно Али Бурҳоний шундай дейди: Навоий подшоҳни кутиб олишдан
олдин бир шеър ёзган экан. У китобдорни ярим кеча чақириб, «кўчир», деб
буйруқ беради. Кўчирилган уч байтдан иборат шеърни бир йигит орқали
подшоҳга жўнатади:
Не кўзум ёрой ул оразни манзур айламак,
Не тилим ҳадди онинг отини мазкур айламак.
Яъни ул кўнглумда, бал жонимда дард ўти эрур,
Кўз била тилни анинг ишида маъзур айламак.
Эй Навоий, қил фидо жонғаким жон, лоф эрур –
Ошиқ ўзни ишқ даъвосида машҳур айламак.
Навоий шоҳ билан Работи Шоҳмалик яқинидаги Хожа Аббос деган
жойда Ҳиротдан 11 тош узоқда, Астробод йўлида учрашади. У шу
учрашувдан сўнг пайғамбар ёши саналмиш 63 ёшида сакта касали билан
вафот этади. Навоийнинг дафн маросимини шоирнинг тоғаси Ҳасан Али
Жалойир бошқарган. Шоирнинг жасади ўзи қурдирган Масжиди Жомеъ
бурчагидаги мақбарага қўйилади. Демак, шоир она томонидан жалойир
уруғига мансуб экан (Қаранг: П. Равшанов. Тарих бадиияти. Тошкент, 1989).
Шоир онасининг шахсияти ҳақида бирор манбада аниқ маълумот
учрамайди. Ҳатто, бу мўътабар аёл исми ҳам номаълум. Бу борада илмий
фаразларгина мавжуд. Шоирнинг онаси қачон вафот этганлигини ҳам биз
билмаймиз. «Насойим ул-муҳаббат» асаридаги бир кичик маълумот ўспирин
Алишер подшоҳ Абулқосим Бобур Мирзо билан янги пойтахт Машҳадга
кетгунига қадар онаси ҳаёт бўлганлигидан далолат беради. Навоий бу асарда
Мавлоно Лутфий билан бўлган мулоқотлари ҳақида гапириб, шундай ёзади:
«Бу фақир борасиға кўп илтифоти бор эрди ва фотиҳа ўқур эрди ва доим
волида мулозаматиға, ризои хотириға тарғиб қилур эрди». Ушбу парчадан
Filologiya məsələləri – №3, 2014
433
маълум бўлишича, Навоий Мавлоно Лутфий ҳузурига бориб юрган йилларида
онаси ҳаёт бўлган, Лутфий унга онасини рози қилишни насиҳат қилган.
Алишер жуда кичиклигиданоқ фазилатли, улуғ кишилар даврасига
интилган. Тафт чўлларида машҳур Шарафиддин Али Яздий ўйнаб юрган
болалардан бирини ёнига чорлаганда, биринчи бўлиб Алишер югуриб борган
ва шайхдан дуо олган. Ҳиротга қайтгач эса табиатан илмталаб Алишер шаҳар
аслзода зодагонлари хонадонларидаги шеърият мажлисларида иштирок этган.
Лутфийшунос олим Э. Аҳмадхўжаев Алишернинг энг яқин дўсти, кейинчалик
соҳибдевон шоир Шайхимбек Суҳайлий ҳақида шундай ёзади: «Лутфийнинг
диққат-эътибори ва муҳаббатини жуда эрта қозонган ва унинг доимий дўстона
муносабатига сазовор бўлган ёш Алишер Навоий қалби шеъриятга муҳаббат
билан тўлган ёш дўсти Суҳайлийни улуғ шоир билан таништирган бўлиши
мумкин». Ушбу муаллифнинг фикрича, бу учрашув ва дўстлик
муносабатларининг бошланиши Лутфийнинг 90 ёшларига, яъни 1456
йилларга тўғри келади. Бу даврда Суҳайлий 11-12 ёшларда, Навоий эса 14-15
ёшларда бўлган.
Ҳ. Зариповнинг «Навоий Лутфий билан танишуви балки Саййид Ҳасан
Ардашер воситаси билан бўлгандир, чунки Саййид Ҳасан Ардашернинг уйида
бўлган суҳбатларда Лутфий ғазаллари мақталиб ўқилар эди», деб ёзади.
Худди шу йилларда бўлажак миллат қуёшига подшоҳ Абулқосим Бобур
Мирзо эътибор беради ва уни давлат хизматига тайёрлаб тарбиялаш учун ўзи
билан бирга Машҳадга олиб кетади. Аммо, умри вафо қилмай Бобур тез орада
вафот этади, Навоий эса Машҳаддан Ҳиротга машҳур шоир сифатида қайтади.
* * *
Ёш Алишернинг Машҳадга кетгунга қадар бўлган ҳаётида юз берган бир
ажойиб воқеа учқунлари бизгача етиб келган. Йирик навоийшунос олим
Абдуқодир Ҳайитметов «Болаликнинг шеърий ихтиролари» номли
мақоласида Алишер мактабга қатнаб юрган йилларида ўзи билан ҳамсабақ
бўлган, ниҳоятда одобли, ойга ёки юлдузчага ўхшаган бир қизчани тоза
муҳаббат билан севганлигини маълум қилади. Бунга шоирнинг «Қачон
мактабда ул моҳи муаддаб» мисраси билан бошланувчи ғазалини мисол
келтиради. Ғазал мазмунидан маълум бўлишича, ёш Алишер қизчани
чақириб, учрашиш учун унинг муаллимига хат киритиб илтимос қилади:
Муаллим қуллуғига хат берурмен,
Гар озод ўлса ул сарви шакарлаб.
Шу мазмундаги маълумот шоир форсий шеърияти мажмуаси бўлмиш
«Девони Фоний»даги «Дар баёни воқеъ» (Бўлган воқеа баёни) деб номланган
ғазалида ҳам бор. Ғазал:
Сўйи гулшан рафтаму сарви хиромонам набуд,
Гиря зўр овард, к-он гулбарги хандонам набуд.,
Filologiya məsələləri – №3, 2014
434
Маълум бўлишича, ёш Алишер ўзи севган қиз билан бир боғда (шубҳа йўқки,
қизнинг боғида) учрашишга ваъда олган. Аммо, у боққа келганда уни
«рақиблар» (балки қизнинг ака-укаларидир) кутиб олишган ва ўртада жанг
бўлган. Бу пайтда ёмғир ёғиб турган эди, дейди шоир. Аммо, мен рақиб билан
шундай олишдимки, ўша пайтда қотил қўриқчиларга ишқим сири аён бўлди
ва менда жон ғами ҳам йўқ эди:
Бо нигоҳбонони қотил сирри ишқам шуд аён,
З-он ки аз бадҳоли он соат ғами чонам набуд,
дейди.
Ёш Алишер ҳаётининг Машҳадга боргунга қадар бўлган баъзи
тафсилотлари, самимий, болаларча муҳаббати учқунлари ана шулардан
иборат. Шоирнинг бетакрор севги қиссасининг кейинги давр тафсилотлари
ўзбек адабиётшунос олимлари А. Ҳайитметов, Б. Валихўжаев, И. Салоҳий
каби олимлар тадқиқотларида анча батафсил ёритилган.
Фойдаланилган адабиётлар:
1. Валихўжаев Б. Мумтоз сиймолар. II жилдлик, I-жилд. Тошкент: Абдулла
Қодирий номидаги Халқ мероси нашриёти, 2002.
2. Воҳидов Р. Алишер Навоий ва илоҳиёт. Бухоро: «Бухоро», 1994.
3. Иззат Султон. Навоийнинг қалб дафтари. Тошкент: «Адабиёт ва санъат»,
1973.
4. Салоҳий Д. «Бадоеъ ул-бидоя» малоҳати. Тошкент: Фан, 2003.
5. Қаюмов А. Алишер Навоий. Тошкент: «Камалак», 1991.
Dostları ilə paylaş: |