1. Quliyev E. Türk xalqları ədəbiyyatı. Bakı, «Constant Empire», 2011, 567 s.
2. Rüstəmova A. Mövlanə Cəlaləddin Rumi. Bakı, «Elm», 2005, 176 s.
3. Rüstəmov Y. Mövlanə Cəlaləddin Ruminin sufilik fəlsəfəsi. Bakı, «Nurlan»,
2006, 239 s.
4. Gölpınarlı A. Mevlana Celaleddin hayatı, felsefesi, eserleri, eserlerinden
seçmeler. İstanbul, 1985, 334 s.
5. Mevlana. Mesnevi I. İstanbul, «Milli Eğitim Basımevi», 1991, 373 s.
6. Mevlana. Mesnevi II. İstanbul, «Milli Eğitim Basımevi», 1991, 334 s.
7. Mevlana. Mesnevi III. İstanbul, «Milli Eğitim Basımevi», 1991, 423 s.
8. Mevlana. Mesnevi IV. İstanbul, «Milli Eğitim Basımevi», 1991, 347 s.
9. Mevlana. Mesnevi V. İstanbul, «Milli Eğitim Basımevi», 1991, 391 s.
Mevlana. Mesnevi VI. İstanbul, «Milli Eğitim Basımevi», 1991, 432 s.
Э.Азимова
Этика и дидактика в произведение «Маснави» Джалаладдин Руми
Резюме
Статье мы анализироваем Руми как поета высказавшый мораллизиру-
ющие мысли.
Мы знаем Руми как величайший поет 13-го века турецской суфийской
литературы.Эго творчества источник мысли урфани каторое вдохновляет
человека любить Бога,присоединиться к Богу.Он выделил чувства и любовь к
Богу как единственный способ присоединение к Богу.Здесь мы коснулись
морализирующие идеи Руми,такие как: чтобы избежать от плохих поступков
как человеческое желание,похоть,воздействие славы,чванство,ярость и др.
надо всегда быть терпеливым,каяться,быть блогодарным.Статье мы пытались
обосновывать идеи Руми о морали в соответствии с требованиями ислама.
Filologiya məsələləri – №3, 2014
383
E.Azimova
Ethics and didactics problems in Jalaladdin Rumi`s work «Masnavi»
Summary
We analyze Rumi,who asked moralizing ideas.We know Rumi as the
greatest poet of Turkish Sufism literature in 13 century.His work is the thinking
urfani source,that inspires people to embrace God,love of God.He highlights the
feel and love of God as the only way of reacing God.We inform here as Rumi`s
moralizing ideas,that for get away people`s desire,lust,fame,swagger,anger and etc.
bad features need to be patient,repent,satisfied.In this article we have tried to
substantiate Rumi`s ideas on morality in accordance with the requirements of Islam.
Rəyçi: Professor Elman Quliyev
Filologiya məsələləri – №3, 2014
384
YEGANƏ QURBANOVA
Bakı Dövlət Universiteti
y.q.87@mail.ru
FİKRƏT SADIĞIN FİKİR DÜNYASINA BİR BAXIŞ
Açar sözlər: Fikrət Sadığın poeziyası, şeirdə fəlsəfilik və fəlsəfi fikir, fəlsəfə və
poeziya
Ключевые слова: поэзия Фикрета Садыка, философичность и философская
мысль в поэзии, философия и поэзия
Keywords: Fikret Sadiq’s poetry, philosophy and philosophical thought in poetry,
philosophy and poetry
Bədii yaradıcılıq, adətən, ədəbi-tənqidi müstəvidə fəlsəfi-estetik məzmununa,
bu məzmunun ortaya çıxardığı dəyərlərə görə qiymətləndirilir. “Yaxşı yazıçı və ya
şair həm də yaxşı filosofdur” fikri artıq bir aksiom kimi qəbul edilmişdir. Elə bu
məntiqdəndir ki, ədəbiyyatşünaslıq elmi ilə yanaşı fəlsəfə elmi də bədii yaradıcılığı
tədqiqata cəlb edir. Dünya şöhrətli fransız yazıçısı və filosofu A. Kamyu demişdir:
“Filosof olmaq istəyirsənsə, roman yaz”. Əlbəttə, burda Kamyu “filosof olmağın”
arenasını bir qədər daraltmışdır. Bədii yaradıcılıqda fəlsəfə ortaya qoymağın yolları
yalnız roman janrından, nəsrdən keçmir, poeziya, o cümlədən də dramaturgiya da
bu işdə çox geniş imkanlara malikdir. Hətta, fikrimizcə, poeziyanın bu imkanları
istənilən bir janrdan daha üstündür. Burda subyektin daha fəal müdaxiləsi, təsvir-
təhkiyələrin deyil, düşüncələrin məzmun yaratması, fəlsəfənin isə düşüncə və fikir
nəhri olması poeziya və fəlsəfəni bir-birinə yaxınlaşdırır. Yaxşı deyiblər ki, poeziya
fəlsəfənin dili, fəlsəfə isə poeziyanın ruhudur.
Biz heç də o fikirdə deyilik ki, hər poeziya nümunəsi, hər şair qələmi bu
yaxınlığa yüksələ, bu işin öhdəsindən gələ bilir. Milli poeziya sənətimizdə bu yük-
səkliyi fəth edən sənətkarlar da var, bu yüksəkliyə gedən yolda görünən sənətkarlar
da. Əlbəttə, heç bir şair qarşısına filosof olmaq məqsədini qoymur, yaxud da qoy-
mamalıdır. Çünki belə məqsəd onları sənət əsəri yaratmaq işindən xeyli uzaqlaşdı-
rardı.
Fikrət Sadıq da qarşısına belə bir məqsəd qoymasa da, şair kimi belə bir işi
görə bilmişdir. Onun poeziyasında zəngin, sistemli fəlsəfi görüşlər, təmayül yarada
biləcək bir dünyagörüşü olduğunu demək olmaz. Ancaq Fikrət Sadıq poeziyası
özünün fəlsəfi-estetik məzmunundan söz açdırmaq gücünə və bacarığına malikdir.
Elə bu güc və bacarığa istinad edərək biz tədqiqatımızı bu istiqamətdə aparmaq
niyyətindəyik. Bəri başdan onu qeyd edək ki, tədqiqatımızın bu istiqamətində biz
onun poziyasının fəlsəfi gücünü qiymətləndirmək kimi bir niyyətdən uzaq
duracağıq, ona görə yox ki, bu qiymətləndirmədə Fikrət Sadıq poeziyası gücsüz
görünə bilər. Ümumiyyətlə, biz fikirləşirik ki, tədqiqat sadəcə yaxşı və ya pis deyə
qiymətləndirmə üzərində yox, şərh üzərində qurulmalıdır və əsil qiymət də nəticə
kimi bu şərhdən çıxarılmalıdır. Odur ki, biz Fikrət Sadıq poeziyasının fəlsəfi
məzmunundan onun imkanları və gücü daxilində danışacağıq. Şairin yaradıcılığı ilə
bağlı sanballı monoqrafik tədqiqat aparan İfrat Əliyeva yazır: “F.Sadıq predmeti
fəlsəfi cəhətdən qavrayan, bu və ya digər həyat hadisəsinin təsvirində yığcamlığı və
Filologiya məsələləri – №3, 2014
385
lakonikliyi gözləyən, qüvvətli xəlqilik və müasirlik ruhuna malik şairdir. O, irili-
xırdalı bütün əsərlərində həmişə oxucunun şüur və mühakiməsinə müraciət edir,
həyat faktını, hadisələri onunla birlikdə araşdırır, bir sözlə, daim öz oxucusu ilə fəal
təmasda, münasibətdə olur” (3, s. 138).
Hər bir insanın həyat fəlsəfəsi onun əxlaqi-mənəvi dünyası, yaşadığı sosial
şərait ilə sıx bağlıdır ki, fəlsəfi idrakın mahiyyətinə vardıqda onun hansı şərtlər
altında formalaşdığını nəzərə almaq lazımdır. Bunda yaradıcı şəxslər də istisna
təşkil etmir. Onların da fikir, düşüncə dünyası bu şərtlər asılılığında formalaşır.
Ancaq yaradıcı insanlarda, adətən, bu formalaşma prosesi ilə baş çatmır, inkişaf
prosesi də keçir ki, burada milli mənəviyyatdan, yaşadığı sosial şəraitdən alınanlara
təfəkkür daha nələrisə əlavə edir. Bu prosesdə yaradıcı təfəkkürün elə tipi var ki,
dominanta daha çox güvənir, onun mahiyyətindən çıxış edir, elə yaradıcı təfəkkür
də var ki, dominantdan, ümumiyyətlə, imtina edir, müstəqilləşir. Fikrət Sadığın da
yaradıcı təfəkkürü yaradıcılıq prosesində bu dominanta güvənən, onun mahiyyətinə
əsaslanan bir idrak nümayiş etdirir. Odur ki, şairin fəlsəfəsi oxucu üçün tamamilə
yeni bir məzmun və istiqamət ortaya qoymur. Onun dünyagörüşü və anlamı milli
təfəkkürümüzlə sıx bağlıdır və onun bir hissəsi kimi görünür.
Fikrət Sadığın poeziyasının fəlsəfəsindən danışarkən onun hansısa əsərlərini
fəlsəfi şeirlər başlığı altında qruplaşdırmaq kimi bir niyyətimiz yoxdur. Fikrimizcə,
belə bir təsnifat ədalətli olmaz və elmi əsaslara söykənməzdi. Düzdür, onun əsərləri
içərisində fəlsəfi məzmunun zənginliyi və kasadlığı ilə seçilən əsərlər vardır. Ancaq
biz Fikrət Sadıq yaradıcılığının fəlsəfi-estetik tutumundan danışarkən, zənginliyi və
ya kasadlığı əldə rəhbər tutaraq, tədqiq istinadgahlarını müəyyənləşdirmək onun
sistemli dərkini əngəlləyə, təsəvvürü natamam vəziyyətə sala bilər. Çünki hər bir
şeir şairin varlığından, insanlara və dünyaya baxışından, bütövlükdə dünyagörüşün-
dən bir parçadır, tamı başa düşmək, onun haqqında bütöv bir təsəvvür əldə etmək
üçün, hər bir parçanı öyrənməyin əhəmiyyəti vardır. Ona görə də Fikrət Sadıq yara-
dıcılığının poetik şeir istiqamətindən danışarkən məsələyə daha kompleksli şəkildə
yanaşmaq, onu müxtəlif koordinantlardan izləmək niyyətindəyik.
Ədəbiyyatşünas Rəhim Əliyev şairin fikir dünyası haqqında yazır: “Fikrət
Sadığın poeziyası fikir üstə boy atır. Amma bu fikir heç vaxt kitabdan, fəlsəfə
dərsliklərindən gəlmir. Şairin şeirlərindəki fikirlər, çox vaxt müdrik fikirlər adi
həyat müşahidələrinin ümumiləşməsidir. Şairi qüvvətli fantaziyası, gördüklərini
özünə xas tərzdə mənalandırmaq bacarığı fərqləndirir. O, gördüyü, müşahidə etdiyi
haqda sakit-sakit söhbət açır və parodoksal görünsə də, məhz bu yolla poetik müd-
rikliyə nail olur” (2, s. 367). Rəhim Əliyevin dediklərində bir həqiqət vardır. Şairin
poeziyasında hər misranın belə öz fikir yükü vardır. Düzdür, bu fikir bəzən həddən
artıq müstəqim, bədii boyaların zəif tonunda verilir. Ancaq tənqidçinin dediyi kimi,
bu fikrin kitablardan yox, həyatdan gəlməsi, oxucunun dərdi-sərini ifadə etməsi onu
oxucuya doğmalaşdırır. Oxucu Fikrət Sadıq şeirinin misralarında öz həyatını, öz
problemlərini görür. R.Əliyevin mülahizələrindəki bir məqamla razılaşa bilmərik ki,
şair gördüklərinin ifadəsində qüvvətli fantaziyaya yer verir. Onun fikri ifadə etmə-
sində nəinki qüvvətli fantaziya, əksinə reallığın açıq-aydın, çılpaq təsvirləri də var.
Əlbəttə, bu təsvirlər fəlsəfi mənalandırmalarla müşayiət olunur. Onun lirik
qəhrəmanının öz həyat fəlsəfəsi vardır. Bu həm də qəliz, mürəkkəb bir fəlsəfə deyil.
Bu adi bir ömür yaşamaq istəyən sadə insanın fəlsəfəsidir. Şair böyük bir həyat
Filologiya məsələləri – №3, 2014
386
fəlsəfəsini kiçik bir şerin misralarında sadə bir insanın hislərinin ifadəsində verə
bilir.
Bu insan bu gün mürəkkəbləşən, başqalaşan dünyanın insanı ola bilmir. O,
sadə yaşam tərzini seçir, əcdadına, soyuna, ənənəyə sadiqlik yolunu tutur. Odur ki,
onun sadəliyi mürəkkəbliklə yollaşa, özünə sadiqliyi isə başqalaşan dünyada özünü
tapa bilmir. Sosial mühitə uyğunlaşa bilməyən sənətkar, bu mühitin çərçivəsindən
çıxır, bəzən təbiətə tapınır, bəzən də dünənə dönür.
Şair təbiətə qalib gəlmək, onu özünə tabe etmək fəlsəfəsinin əleyhinədir, bu
cür düşüncəni insanlığın bəlası hesab edir, Fikrət Sadığa görə insan təbiətin bir
zərrəsidir, bu zərrə bütövdən ayrılarsa, onu fəlakət, acınacaqlı tale gözləyir. XIX əsr
fransız maarifçisi və filosofu Jan Jak Russo belə fikirdə olmuşdur ki, “insandakı
bütün gözəlliklər təbiətdən gəlir, ancaq o cəmiyyətə daxil olanda bu gözəlliklər
məhv olur” (все прекрасное в человеке выходит из лона природы и портится в
нем, когда он попадает в общество (12). Fikrət Sadıq da sanki böyük fransız
filosofunun bu həyat fəlsəfəsini bölüşür və şairə görə insanlığın yolu, xilası təbiətə
qayıdışdan keçir.
Günəşin bir zərrəsiyəm,-
İşıqdan gəlmişəm...
...İnsan olanda bilmişəm
İşığın qədrini.
Torpağın qaranlığı qorxutmur məni.
Ox kimi sancılıb
Yerin o üzündən çıxacağam,
İşığa dönmək üçün
Yenə Göyə qalxacağam (8, s. 382).
Bu şeirdə işıq təbiətin simvolu kimi poetikləşdirilmişdir. Lirik qəhrəmanın
işığa dönmək arzusu təbiətə dönmək qətiyyəti, arzusu kimi mənalanır. O, işıq
olanda sahib olduğu gözəlliyi insan olanda qoruya bilməmişdir, buna görə də bu
gözəlliyin xatirinə qaranlıqları dəlib ilkinə dönməyə hazırdır.
Şairin həyat, ömür, tale ilə bağlı düşüncələrində onun fikir karvanı daha
uzaqlara yol alır, həyati predmet daxilində yeni mənalandırmalara aparır, bu
mənalandırmalarda təbii-elmi dərki lirik-fəlsəfi qavrayış əvəzləyir. Bu qavrayış
oxucuda yeni ovqat, yeni baxış, yeni nəzər yaradır. Bu mənada Fikrət Sadığın
şeirlərində doğum və ölüm faktı üzərində apardığı bədii-fəlsəfi ümumiləşdirmə
maraqlıdır. Şair mahiyyətcə əks qütblərdə dayanan bu təbiət hadisələrini birləşdirən
məqamı tapır, onun üzərində düşüncələrə dalır.
Tale belə kor olarmış,
Görəcəkli günüm varmış.
Bu dünya nə xarabaymış,
Gələn ağlar, gedən ağlar (7, s. 12).
Şairin həyat-ölüm fəlsəfəsi fiziki yaşam üzərində qurulmayıb. Fikrət Sadıq
düşüncəsində mövcudluq hələ həyat demək deyil. Həyat gərəkli olmaq, fəaliyyət
deməkdir. Fransız filosofu Jan Jak Russonun dediyi kimi: "Yaşamaq nəfəs almaq
Filologiya məsələləri – №3, 2014
387
demək deyildir, yaşamaq fəaliyyət deməkdir. Çox illər yaşamış insan deyil, çox şey
hiss etmiş insan çox yaşamışdır” (Жить — это не значит дышать, это значит
действовать. Не тот больше всего жил, который может насчитать больше лет,
а тот, кто больше всего чувствовал (13). Bu mənada şairin “Daşlar” şeiri
fəaliyyətsizliyin, gərəksizliyin faciəsini açıqlayır.
Yerin altında qalan,
Qaya olan,
Dağlardan dərələrə, düzlərə
Yuvarlanan
Daşların dərdi
Sığmır yerə-göyə:
“Niyə bizi görmürlər, niyə?
Niyə o biri daşlar kimi
Bizi də
Divara,
Qalaya,
Körpüyə
Hörmürlər, niyə?
Razıyıq, döşəsinlər
Lap ayaq altına.
Razıyıq, bünövrə olaq,
Düşək yerin ən alt qatına—
Təki yaşayaq”.
Yaşayıb, heç şeyə
Gərək olmamaq dərdi
Ölümdən də betərdi! (7, s. 93).
“Daşlar” şeiri metaforik bir planda yazılmışdır. Təbii ki, şair daşların simasın-
da insanları gərəkli bir ömür yaşamağa, ətalətdən hərəkətə keçməyə çağırır. Ancaq
Fikrət Sadıq poeziyasında təbiət heç də həmişə metaforik bir planda verilmir, insan
anlayışının bədii şərhi kimi poetik məkana daxil olmur. Cansız kimi qəbul etdiyimiz
təbiət varlıqları şairin yaradıcılığında canlanır, daş da, ağac da bir tale, bir insan öm-
rü yaşayır. Bu tale, bu ömür şairi düşündürür. O yalnız cəmiyyətin taleyindən deyil,
təbiətin taleyindən də narahatdır. Təbiət də cəmiyyət qədər canlıdır şairin yara-
dıcılıq dünyasında. Bu həm də yalnız bioloji canlılıq deyil. Fikrət Sadığa görə o,
yaşayır, hiss edir, düşünür. Ona görə də şair Fikrət Sadıq ağac, daş, qaya, çiçək, işıq
poetik məkanının ən duyğulu, sözlü, düşüncəli sakinlərindəndir. O, bizim
nəzərimizdə taleyi yox, olsa-olsa bioloji yaşamı olan bu varlıqların sevincini də
duyur, kədərini də hiss edir.
Bunlar şairin həssas qəlbininmi görüntüləridir, yoxsa onun yaradıcılıq fantazi-
yasınınmı məhsuludur? Demək çətindir. Ancaq şairin poetik üslubu üzərində
aparılan müşahidələrdən bizdə bu qənaət var ki, onun qələmi yaradıcılıq fantaziya-
sının əsarətinə düşmür. Oğlu Orxan Fikrətoğlonun şairlə apardığı söhbətdə bizi bu
sualın cavabına yaxınlaşdıracaq belə bir məqam var. Fikrət Sadıq çox inamla deyir:
“Bu dünya əsl dünya deyil. Mən bunu həmişə dərk edirəm” (4, s. 489).
Filologiya məsələləri – №3, 2014
388
Bu dünyada ağaclar bitmir, doğulur, qurumur, ölür. Şairin “Düşüncələr”
poemasında yarpağın, ağacın yaşantıları da onun fantaziyasından yox, varlığına
inanadığı əsl dünyadan fraqmentlərdir.
İki cürdür meşədə yarpaqlar -
Solanı var, solmayanı var.
Solanlara baxa-baxa qalıb
solmayanlar,
Başlarını aşağı salıb
Ağlayırlar için-için
Xəzəl olmuş yarpaqların dalınca.
Bu da sənin işindir, dünya! (7, s. 171).
Fikrət Sadığın dünyaya fəlsəfi baxışında insan və təbiət bir-birindən ayrılmır,
canlı cansız bir-biri ilə harmoniyadadır. İlham Abbas “Ümid işığı” məqaləsində
Fikrət Sadıq poeziyasının yaradıcılıq problemlərini şərh edərkən yazır: “Fikrət
Sadığın şeirlərində insanın mənəvi dünyası onu əhatə edən təbiətdən-daşların,
ağacların, otların, quşların dünyasından ayrı görünmür və ən ümdəsi, şair bunlarsız
insanın insan ola biləcəyinə inanmır!” (5, s. 383).
Unudulmaz şairimiz Əli Kərim dərin bir poetik-fəlsəfi məna və yük verdiyi
“Daş” şeirində təbiətin bir hissəsi olan bu hissiz, duyğusuz, cansız varlığı insan
mənəviyyatı üçün bir açara çevirib. Fikrət Sadığın poetik nəhrində isə daşın özünün
də mənəviyyatı var.
Kövrəyi də var içində, sərti də.
Mərdi də, namərdi də.
Daş var, daşa qəhmər.
İşıqlısı çaxmaq daşı,
Soyuğu mərmər.
Daş var ulduzdan düşüb qalıb,
Daş da var buzdan düşüb qalıb.
Dünyanı gəzən piyada daş, atlı daş.
Dağdan qopan qanadlı daş.
Yumru daş, sivri daş, çay daşı, çınqıl;
Lovğa daş, sadə daş, qıyımlı, paxıl (8, s. 19).
Şairin poeziya müstəvisində mənalar dərinləşir, yeni çalarlar qazanır. Adi
məişət detalları poetik dillə fəlsəfi mənalandırma qazanır. Görkəmli ədəbiyyatşünas,
professor Təhsin Mütəllimov şairin fəlsəfəsi haqqında yazır: “Fikrətin
poeziyasındakı müasirlik nəfəsinin və siyasi-ictimai pafosun əsl mənbəyi məhz belə
həyati və fəlsəfi mövzulardır. Bu mövzular Fikrətin bütün yaradıcılığında qüvvətli
bir xətt təşkil edərək, onun ictimai mündəricəsini daha da zənginləşdirir” (6, s. 361).
Cəmiyyətşünaslıq məsələləri onun yaradıcılığında sosial-siyasi yox, fəlsəfi-
estetik xarakter daşıyır. O, ictimai hadisələrin fəlsəfəsini açmağa cəhd göstərir,
özünəməxsus yozumlar verir. “Var” şeirində də Fikrət Sadıq həyatı Tanrı ilə Şeytan
arasında olan bir məkan kimi verir.
Filologiya məsələləri – №3, 2014
389
Tanrı adından iş görən,
Göyün çərxi-fələyi var.
Gündə yerə gəlib-gedən,
Neçə-neçə mələyi var.
Adəmi aldadan şeytan
Əl çəkməyib bu dünyadan.
Yeri yerindən oynadan,
Tufanı var, küləyi var (7, s. 17).
Şairin bədii təfəkkürü Tanrıdan uzaqlaşıb Şeytana yaxınlaşan bəşərin taleyi,
əməlləri ilə bağlı düşüncələrini şeirdən şeirə calayır. Fikrət Sadıq inanır və bircə bu
inam da onu yaşadır ki, bu olanlar, baş verənlər əsl həqiqət, mahiyyət deyil,
yuxudur, özü də uzun sürən bir yuxu.
Qarışıbdır yalan-gerçək,
Bu dünya olub görəcək.
Bu yuxu uzun sürəcək,
Qurğuşundan bələyi var! (7, s. 17).
Əsl həqiqət, mahiyyət isə hardasa uzaqlarda gizlənib, bütün insanlıq, o
cümlədən də o, bu həqiqətə doğru gedir, bir gün mütləq bu pis yuxu bitəcək, onlar o
həqiqətə qovuşacaqlar. Şairin içində bu inam olmasaydı, bəlkə “ömür boyu işıq
gəzdim” (7, s. 16) deyən şeirlərinin də işığı sönərdi. Yəqin ki, elə bu işıq tənqidçi
Rəhim Əliyevi “Yaddaş hasarı” məqaləsində bu qənaətə gətirir ki: “Fikrət Sadığın
həyat müşahidələri üçün fitri bir pozitivlik səciyyəvidir. O, həyata nəzər salanda
yaxşı, gözəl, ucaşeyləri görür; bəzən bu meyil aşkar bir sadəlövhlüyə çevrilir” (2, s.
368). Tənqidçi Rəhim Əliyev öz qənaətində bir qədər yanılır. Biz bir məqamda
onunla razıyıq ki, şairin poeziyasında bir pozitivlik var. Ancaq biz onunla razılaşa
bilmərik ki, bu onun həyat və müşahidələrində ümumiləşir, o, həyatda yaxşı, gözəl,
uca şeylər görür və “bəzən bu meyil aşkar bir sadəlövhlüyə çevrilir”. Əksinə, bizim
fikrimizcə, Fikrət Sadıq poeziyası həyata sadəlövh baxışdan doğmur və o,
gerçəkliyi, geniş mənada, varlığı sadəlövh qavrayışın nəticəsi kimi də vermir. Şairin
olduqca maraqlı və orijinal poeziya dünyasında gözəlliyin də, eybəcərliyin də
ifadəsində özlərinə layiq dəyərləndirilməsi var – desək, səhv etmərik. Ancaq burada
eybəcərlik gözəlliyi inkar etmir. Gözəlliyin axtarışında, eşqində, həvəsində olan şair
eybəcərliyin də mövcudluğunu xatırlamalı olur.
O uzaqda işıldayan
Gümüş deyil, dəmir imiş.
Ömrü boyu işıq gəzdim,
Demə, bu da ömür imiş.
Dünya oyun, dünya ilğım,
Təpə imiş uca dağım.
Filologiya məsələləri – №3, 2014
390
Bəyaz bilib tanıdığım
Qapqaraca kömür imiş (7, s. 16).
O, dərin düşüncəli, iti müşahidəli bir şair kimi həyatın, dünyanın özünə layiq
olmadığı bir biçimdə, donda olmadığını görməyə bilməzdi. Fikrət Sadıq qələmində
R.Əliyevin iddia etdiyi kimi ancaq yaxşı, gözəl, uca şeylər yox, bununla yanaşı
naqislər, xırdalar, eybəcərlər də potik fikri ifadə üçün uğurlu bədii detala çevrilir.
Ancaq bu meyil şairin pozitiv ola bilməməsindən doğmur. Neqativlər Fikrət Sadıq
şerinə onun içindən, qəlbindən süzülüb gəlmir. Bu neqativlər onun poeziyasına
onun daxili dünyasının sərhədlərindən kənardan - ətrafdan daxil olur. Onun həmişə
xeyirə tapınan, şərə yoldaş ola bilməyən qəlbi, həmişə düşünən-daşınan zəkası, heç
vaxt susa bilməyən üsyankar ruhu ən kiçik naqisliklərin belə yanından laqeydliklə
ötə bilmir. İnamla deyəbilərik ki, Fikrət Sadıq bugünkü bəşəri faciələrin bitib-
tükənməzliyində, ucsuz-bucaqsızlığında yaşamasaydı belə, ən kiçik, ötəri eybə-
cərliklərin şahidi olsaydı belə, yenə də onun şair qələmi daha çox sözü bu neqativ-
lərə verəcəkdi. Çünki şair miqyasından, əhəmiyyətindən, yerindən asılı olmayaraq
şərə inanan, ona təslim olan bəşəri anlaya bilmir. Ona görə də onlar şairin düşüncə-
lərini daha çox məşğul edir, onun poeziyasında daha çox yer alır. Xeyrin harda, nə
vaxt, necə şərə uduzması Fikrət Sadıq yaradıcılığının əsas axtarış hədəflərindəndir.
Tənqidçi Rəhim Əliyevin şairin yaradıcılığında “sadəlövhlük meyli” ilə bağlı
dedikləri ilə razılaşa bilmərik. Bu müdrik şair oyuncağa aldanan, uşaq kimi həyatın
parıltısına aldanan deyil. Həyatın bər-bəzəyi onu aldada bilməz, o həmişə mahiy-
yətə varır, predmetin zahiri üzərində deyil, batinində öz fikir dünyasını qurur. Şairin
yaradıcılığında nəinki sadəlövhlük müşahidə edilmir, hətta onun poeziyasında sərt,
mühakiməli, ən qəti qərarları verməkdən, ən ağır hökmləri oxumaqdan çəkinməyən
lirik qəhrəman görünməkdədir. Onun ayıq nəzərləri predmeti ən daxili qatlarına
qədər bədii təhlilə çəkir, rəngi, boyanı deyil, mahiyyəti üzə çıxarır. Milli poeziya
sənətimizdə görməyə adət etdiyimiz romantik üsluba Fikrət Sadıq poeziyasında rast
gəlmirik, bu poeziya üçün hissi-emosional deyil, rasional üslub daha xarakterikdir.
Fransız nəzəriyyəçisi J.Martsen belə hesab edir ki, “öz təbiəti etibarilə
incəsənət və əxlaq bir-biri ilə əlaqədə olmayan iki müstəqil sahələrdir. Bu anlayışlar
arasında yalnız zahiri və dolayı əlaqə mövcuddur. Belə ki, həndəsəşünasın həndəsi
teoremi sübut etməsində onun mənəvi simasının heç bir rolu olmadığı kimi, bədii
əsərin yaranmasında da sənətkarın mənəvi aləminin heç bir rolu yoxdur”. Burda
fransız nəzəriyyəçisi ilə mübahisəetmək olar. Biz isə iddia edirik ki, hər bir
yaradıcılıq məhsulu yazıçının mənəvi aləminin süzgəcindən keçərək yaranır.
Düzdür, bu o demək deyil ki, yazıçı yaradıcılığında özünüifadə edir. Poeziyamızın
uğurlu tədqiqatçılarından olan Səfurə Quliyeva “Müəllif və qəhrəman” məqaləsində
yazıçının mənəvi aləminin bədii inikası məsələsi haqqında yazır: “Özünüifadə”
anlayışı məhz müəllifin gənc yaşlarında qələmə aldığı yazıları üçün səciyyəvi
anlaşılır”. Əlbəttə, kamil bədii yaradıcılıqda yazıçı özünü yox, həyatı ifadə edir.
Belinskinin dediyi kimi: “Heç bir şair nə özündən, nə də öz vasitəsilə, nə öz şəxsi
iztirabları, nə də öz şəxsi səadətinin gücünə böyük ola bilməz” (11, s. 586). Söhbəti-
mizin əsas mübahisə məqamına qayıdaraq qeyd etmək istəyirik ki, biz də böyük rus
tənqidçisi Belinskinin, milli poeziya sənətimizin tədqiqatçısı Səfurə Quliyevanın
dediyi kimi, “özünüifadə” məsələsini bölüşürük, ancaq bədii əsərdə “özünüifadə-
Filologiya məsələləri – №3, 2014
391
nin” yoxluğu, Fransız nəzəriyyəçisi J.Martsenin iddia etdiyi kimi onda yazıçı mənə-
vi aləminin rolunu inkar etmir. Bir riyaziyyatçının kəşflərində onun mənəvi aləmi-
nin rolu ona görə sıfra bərabərdir ki, elmi bir kəşf yaradıcılıq prosesi deyildir, burda
təfəkkür artıq mövcud olan, ancaq insan zəkasından gizli qalanlar üzərində düşünür
və o öz düşüncələri ilə ona heç bir şey əlavə etmir. Ancaq bir yazıçının mövqeyi isə
fərqlidir. Onun təfəkkürü üçün mövcud olanlar ancaq bazadır ki, onlar yazıçının
təfəkküründə emal prosesi keçir, bədii təxəyyül onlara nələrisə əlavə edir, yeni
forma və məzmun ortaya qoyur. Bu yaradıcılıq prosesi olduğundan yalnız təfəkkürə
əsaslana bilməz, burda mənəvi aləmin də iştirakı labüd və qaçılmazdır. Bu faktı
psixologiya elmi də təsdiqləyir ki, insanın yaratdıqlarının arxasında onun şəxsiyyəti
dayanır. Bədii yaradıcılıq da həmişə tənqidçiyə də, oxucuya da imkan vermişdir ki,
onlar yazıçının mənəvi portretini cızsınlar.
Fikrət Sadığın da yaradıcılığı oxucunun yaddaşında yalnız təsvir predmeti və
lirik qəhrəmanın obrazı kimi qalmır. Onun əsərlərini mütaliə etdikcə oxucunun
təsəvvüründə şairin özünün də obrazı yaranır. Bu obrazda ağsaqqal, dünyanı görüb-
götürmüş, müdrik bir insanın siması vardır. Çox maraqlıdır ki, bu obrazı oxucu
təsəvvürünə onun yalnız ahıllıq yaşlarında yox, əvvəlki dönəmlərdə yazdığı şeirlər
də verir. Oxucu bu misraların arxasında məhz ahıl bir insanın dayandığını zənn edir.
Nəinki şairi zahirən tanıyan, hətta onun zahiri simasını ömründə bir dəfə də
olsun görməyən oxucu şairi məhz bəyaz saçlı, müdrik baxışlı, cüssəli biri kimi
təsəvvür edir və bu təsəvvüründə də yanılmır. Əksinə bu təsəvvür şeirdən şeirə daha
da möhkəmlənir. Tənqidçi Vaqif Yusiflinin yazdıqları dediyimizi təsdiqləyir: “O,
nəhəng cüssə, bəmbəyaz saçlar Fikrət Sadığı Dədə Qorquda oxşadır”,- deyirik.
Əlbəttə, insanı nəhəng görünən cisminə, uluları xatırladan görkəminə görə hansı
müqəddəs insanasa oxşatmaq bəzən yerinə düşmür. Ancaq Fikrət Sadığın görkəmi
ilə şeirlərindəki, həyata münasibətindəki müdriklik üst-üstə düşürdü və bu tənasüb
indi də pozulmayıb” (10, s. 464).
Fikrət Sadığın publisistikasını oxuduqca görürsən ki, şairin poeziyasının
müəllif haqqında oxucuya verdiyi təqdimat yanlış deyilmiş, oxucu poeziyadan
tanıdığı mətin, qəti mövqeli, həqiqətpərəst, üsyankar ruhlu, pislik görəndə bir qaya
kimi sərtləşən, yaxşılıq görəndə uşaq kimi kövrəkləşən, yanar ürəkli bir insanı onun
publisistik yazılarında da görür, eşidirik. Tofiq Abdin yazmışdır: “Təbiətcə çox ağır
və sakit olan bir şair, sonda bütün ağrılara dözməyərək üsyan edir” (1, s. 4).
Müşahidə çox dəqiqdir. Onun poeziyasının həzin, çox kövrək əhvali-ruhiyyəsini
bəzən çox üsyankar bir ruh əvəz edir. Şair həyəcana gəlir, bəzən də qəzəblənir.
Onun şeirlərində “həqiqət aşiqi” bir şairin cəsarətli, qorxmaz obrazı vardır.
Şair bu cəsarəti öz fiziki gücündən deyil, öz əxlaqından pay alır. O, nə itirəcəyi
addan qorxur, nə də almayacağı mükafatın dərdinə qalır. Onun təmənnasız şair
qəlbi, kimsədən sifariş almayan şair qələmi böyük Sabirin dediyi kimi: “əyrini əyri,
düzü həmvar yazım” fəlsəfəsi ilə yazıb-yaradır. O, əyrilərə, düzlərə arşın olmağa
çalışır. Onların taleləri ilə bağlı müşahidələrini isə belə ümumiləşdirir.
Əyrini divara dirədilər,
Güllələdilər,
Güllələr əyri getdi.
Düzü divara dirədilər,
Filologiya məsələləri – №3, 2014
392
Güllələdilər,
Güllələr düz getdi (7, s. 111).
Fikrət Sadığın poeziyası, desək ki, kədərin poeziyasıdır, səhv etmərik. Bu
poeziya içində qəm yükünü daşıyıb sevinc axtaranların poeziyasıdır. Kədər, qəm
Şərq poeziyasının, o cümlədən onun bir hissəsi olan milli poeziyamızın əsas
motividir.Ancaq Fikrət Sadıq poeziyasının kədəri poetik nəsillər arasında bir körpü
yaratmır. Onun kədəri klassik poeziyanın kədər fəlsəfəsindən xeyli fərqlidir. Fikrət
Sadıq yaradıcılığında dünya bir “qəm evi” kimi, əzab-əziyyət insanın əzəli və əbədi
qisməti kimi fəlsəfi məna qazanmır. Düzdür, şairin şeirlərində dünyanın bir
qəmxana obrazı var. Ancaq Fikrət Sadıq fəlsəfəsinə görə dünya qəmə yox, sevincə
məskən olmalıdır. Dünyanın qəmxana olması onun boyuna biçilmiş tale deyil, pis
insanların əməllərinin nəticəsidir. Klassik poeziyamızın kədər fəlsəfəsinə görə öz
ilkindən qopub bu dünyaya düşdüyü üçün insan hüzn içindədir, maddi dünyanın
kədərindən ləyaqətlə keçən insan öz sevincini mənəvi dünyada tapacaq, Fikrət
Sadığa görə isə insan bu dünyaya sevinc üçün gəlib, əvəzində qəm tapanda onun
faciəsi başlayır, sevinc uman qəlbi kədərə təslim olur. O, kədərə təslim olmamalı,
ona qalib gəlməli, öz sevinci üçün mübarizə aparmalıdır.
Fikrət Sadıq kədəri şəxsi kədər deyil, o, ictimai kədərdir. Bu kədər şairin
poeziyasını nəcibləşdirir, müdrikləşdirir, dolğunlaşdırır. Professor Nizaməddin
Şəmsizadə şairə ünvanladığı açıq məktubunda yazır: “Fikrət, sənin şeirlərin narahat
ruhun fəryadıdır. Mən bu şeirlərdə Azərbaycan xalqının üzüntülü simasını gördüm.
Sənin tənhalıq və imkansızlıq arasındakı fəzada aramsız çırpınan lirik mənin, arı
çiçəkdən bal çəkən kimi, insanların üzündən hüzn yağır və onu ilham gülüstanında
məhəbbətlə çiçəkləndirir. Bu sarı hüzn çiçəkləri bizə daha doğmadır, çünki onlar
tənha xalqın kədərli təbəssümünün poetik ifadəsidir. Daş-kəsəkdə çiçək bitirmək
hər bağbanın işi deyil, sənin füsunkar poeziyan “heç nə” adlandırdığın daş-
kəsəkdən yaranıb-” sən bu daş-kəsəyə birdən-birə elə məhəbbətlə baxmısan ki,
heyrətdən böyüyən gözlərin kədər bulağı-göz yaşı çağlayıb, onlara yazığın gəlib”
(9, s. 424).
Fikrət Sadığın anlamında əsl şeir kədərdən doğulur.
Gərək ürək dərdnən dola,
Söz deməyə sözün ola.
Şeir onda çıxar yola,
Nə desin heçə şairlər (7, s.13).
Ümumiyyətlə, Fikrət Sadığa görə bədii yaradıcılığın yolu ilhamdan, qafiyədən
yox, düz sözdən keçir. Onun fikrincə, əsl şair oxucuya öz uydurmalarını deyil, həyat
həqiqətini çatdırmalıdır.
İlham alıb xam xəyaldan,
Yazıb özünü aldadan.
Qəlbi soyuq, şeri yalan...
Var belə neçə şairlər (7, s. 13).
Doğrudan da, elə şairlər vardır ki, sözü mirvari kimi sapa düzüb ona min bir
rənglə bəzək vurur. Bu cür şeirlərdə sözün bəzəyinə oxucu dalır, mütailəsini ona
Filologiya məsələləri – №3, 2014
393
həsr edir, mütailə bitdikdən sonra oxuduqları onun yaddaşında, hissində heç bir iz
buraxmır. Bu mənada oxucu Fikrət Sadığın poeziyasında parıltının yox, fikrin,
həqiqətin cazibəsinə düşür. Fikrət Sadıq poeziyası hislərin ifadəsindən daha çox,
ağlın səsləndiyi yerdir. Onun şeirlərində həyat həqiqəti bədii təxəyyülü üstələyir.
Şairin poeziyası həqiqət axtarışları üzərində qurulub. Onun bir şair etiqadı odur ki,
“həqiqət harada isə poeziya da oradadır” (11, s. 278).
Fikrət Sadıq yaradıcılığında fəlsəfi şeir, əlbəttə, özünün kamillik zirvəsində
deyil. Ancaq onun şeirlərinin həyati gücü bu əsərlərə fəlsəfi bir məzmun gətirir. Bu
məzmun onun poeziyasında bəzən də yazlaşmalarla, bəzən dədərinləşmələrlə müşa-
hidə olunur. İstər dayazlıqlarda, istərsə dədərinliklərdə şair həyatdan, reallıqlardan
uzaqlaşmır. Onun şeirləri həyatın, yaşayışın bədii analizidir. N.Şəmsizadənin şairə
ünvanladığı açıq məktubunda belə bir maraqlı məqam var: “Tanış olduğumuz illər
ərzində hər dəfə səni görəndə barələrində əsərlər oxuduğum, fəqət heç vaxt üzlərini
görmədiyim sufiləri təsəvvür edirdim. Mənə elə gəlirdi ki, narın yerişinlə biz kənd
uşaqlarını aldatmış Bakının küçələrindən keçə-keçə insanlara həyatın vecsizliyi
haqqında sonu bilinməyən lirik nağıllar danışırsan” (9, s. 423). Doğurdan da, Fikrət
Sadıq şeirlərində bir sonu bilinməzlik var. Bu şeirlər dövranın gərdişi ilə bağlı
cavabsız sualları xatırladır. Şair sanki öz şeirləri ilə həmişə səfərdə, həmişə
yoldadır, öz axtarışlarını davam etdirir.
Ədəbiyyat:
Dostları ilə paylaş: |