Istinadla təsir :
Bu növdə şair öz sözünü Quran ayəsi, rəvayət və ya bir şerin təsiri ilə ilham-
lanaraq yazır. Amma bilərəkdən bu şeri yazarkən bir işarə və ya əlamətdən istifadə edir.
Bu cür yolla şair ədəbiyyatla tanış olan öz oxucularını qabartmaq istədiyi məqamlara
istiqamətləndirir. Digər trəfdən isə ədəbiyyatla tanış olmayan oxucuları axtarış apar-
mağa, maraqlanmağa vadar edir. Bu cür istinadla təsirlənmənin ən böyük fərqi də məhz
budur. Buradakı işarə və aləmatlər daha çox ayələrdən, hədislərdən və ya şerlərdən
sitatlar gətirməklə yaradılır. Böyük ərəb şairi Mütənəbbi yazır:
َو
َﺔَﻧﺎّﺘَﻓ
ِﻦْﻴَﻨْﻴَﻌﻟا
َﺔَﻟﺎّﺘَﻗ
ﯼَﻮَﻬْﻟا
اذإ
ْﺖَﺤَﻔَﻧ
ًﺎﺨْﻴَﺷ
ﺎﻬُﺤِﺋاوَر
ﺎّﺒَﺷ
(divanı, 2-ci cild, səh-86, beyt 7)
Tərcüməsi: o iki gözləri aşiqin qəlbini aldadan yarın gözləri xatirimdən
keçdi, o yarın ki, gözəl ətri bir qocanın burnuna dəysə cavanlaşar.
Filologiya məsələləri – №3, 2014
286
Böyük İran şairi Hafiz Şirazi Mütənəbbinin yuxarıdakı beytinin məzmununu
saxlamaq məqsədi ilə özünün 336 nömrəli qəzəlinin 6 beytində cavanlıq və qocalıq
dövrlərinə işarə edən ﺦﻴ َﺷ
və ﺎﺒ َﺷsözlərinin dəqiq mənasını götürməklə özünün
Mütənəbbidən təsirlənməsi göstərməklə bərabər ondan daha gözəl bir şəkildə yazır:
ﻪﭼﺮﮔ
مﺮﻴﭘ
ﯽﺒﺷ ﻮﺗ
ﮓﻨﺗ
ﻢﺷﻮﻏﺁ رد
ﺶﮐ
ﺎﺗ
ﻪﮔﺮﺤﺳ
ز
رﺎﻨﮐ
ﻮﺗ
ناﻮﺟ
مﺰﻴﺧﺮﺑ
Tərcüməsi: Əgər mən qoca və zəif olsam da sən məni bir gecə möhkəmcə
ağuşuna alsan inan ki, səhər sənin yanından avan bir oğlan kimi qalxacam.
Təfsir şəklində təsirlənmə :
Bu növdə şair öz diqqətini çəkən ayə, hədis və ya bir şerin təfsiri, şərhi və ya
izahını verir. Öz diqqətini çəkən ayə, hədis və ya bir şerdən yeni təfsir verməklə
gözəl və dərin mənalar yaradır. Digər açıq və gizli təsirlənmələrdən fərqli olaraq bu
təsirlənmə həmişə aşkar şəkildə olur. Mütənəbbi öz şerlərində yazır:
َو
ﯽِﻓ
ِﻦْﻴِﻤَﻴﻟا
ﯽَﻠَﻋ
ﺎَﻣ
َﺖْﻧ َأ
ُﻩُﺪِﻋاَو
ﺎَﻣ
ﱠلَد
َﮏﱠﻧَ َأ
ﯽِﻓ
ِدﺎﻌْﻴِﻤﻟا
ُﻢَﻬﱠﺘُﻣ
(divanı, 2-ci cild, səh-210, beyt 2)
Tərcüməsi: söz verdiyin bir şey üçün and içmənin özü onu göstərir ki, sən öz
vədəndə dürüst deyilsən. Saib Təbrizi də özünün 1049-cu qəzələninin 9-cu beytində
yuxarıdakı beytin məzmununa uyğun təfsir verərək yazır:
ﭻﻴه
ﯽﻧﺎهﺮﺑ
نﻮﭼ بﺬﮐ ﯼاﺮﺑ
ﺪﻨﮔﻮﺳ
ﺖﺴﻴﻧ
ﺖﺳا مﺮﺤﻣﺎﻧ ﻢﺴﻗ ، درادﺮﺑ ﻩدﺮﭘ نﻮﭼ ﯽﺘﺳار
Öz sözünün düzgünlüyünü bildirmək üçün and içmək onun yalan olmasını
bildirən ən böyük dəlildir. Çünki, sözün doğruluğu aşkara çıxdıqda onun and
içməyə ehtiyacı qalmır. Başqa bir yerdə 1669-cu qəzəlinin 4-cü beytində yazır:
ﻩﺪﻴﺠﻨﺳو ﻩدﺮﻤﺷ ﻦﺨﺳ
ﯼﻮﮔ
ﯽﺑ
ﺪﻨﮔﻮﺳ
ﻪﮐ
ﺪهﺎﺷ
نﺎﻨﺨﺳ
غورد
ﺖﺳ ﺪﻨﮔﻮﺳ ،
Tərcüməsi: öz sözlərini ölçüb- biçib andsız amansız de. Çünki, sözün yalan
olmasını göstərən şey elə and içməkdir.
Müqayisəli təsir :
Bu növ təsir bir baxışdan təfsirlə təsirə yaxndır. Burada yazıçı və ya şair ilk
baxışdan əlaqəsiz görünən ayə, hədis və ya beytləri bir- biri ilə müqayisə edir. onlar
bu cür müqayisəni ayə, hədis, büytlərin daxili və zahiri mənalarına heç bir tənqid,
inkar, təfsir, izah etmədən edirlər. Burada demək olar ki, adətən ayə, hədis və
beytlərin əsas və ilkin mənalarına diqqət yetirmirlər. Müqayisəli təsiri təfsirlə təsir-
dən fərqləndirən ən böyük amil də məhz budur. Yəni, təfsirlə təsirdə ya bir növ an-
laşılması zahirən çətin olan bir ayə, hədis və ya beytin təfsirindən ibrətamiz və ürək
oxşayan mənaların çıxarılmasına çalışılır, ya da şairin diqqətini çəkən ayə, hədis və
Filologiya məsələləri – №3, 2014
287
ya beytin həqiqi dərinliyini və daxili aləmini müəyyənləşdirməyə çalışılır. Amma
müqayisəli təsirdə bunların heç biri yoxdur. Bu növ təsir iki ayrı ayə, hədis və ya
beytin bir- birinə birləşdirilməsi və birinin digəri üzərində müqayisəsi üzərində şai-
rin hazırcavablığını və zövqünü göstərir. Bu cür birləşdirmədə təşbih və təmsilinin
bir-birinə birləşdirilməsi kimi onların arasında heç bir zahiri əlaqə mövcud deyil.
Buna görə də Quran və hədislərlə müqayisə olunan təşbih və təmsilləri də təsvir ilə
təsirlə yanaşı müqayisəli təsir də hesab etmək olar. Allah Quranda “Kəhf” surəsinin
18-ci ayəsində buyurur:
ﻳَا ﻢُﻬُﺒَﺴﺤَﺗ َو
لﺎﻤﱢﺸﻟا َتاذ َو ِ ﻦﻴﻤَﻴﻟا َتاذ ﻢُﻬُﺒﱢﻠَﻘُﻧ َو ٌدﻮُﻗُر ﻢُه َو ًﺎﻃﺎﻘ
Tərcüməsi: “Əgər sən “Əshabi Kəhf”-i görsəydin oyaq sanardın. Halbuki, on-
lar yatıblar və biz onları bəzən sağa və sola döndəririk”. Bu ayənin məzmunu “Əshabi
Kəhf”lə (yeddi kişi) bağlıdır. Böyük İran şairi Mövlana onların vəziyyətlərini Allahın
peyğəmbərləri ilə müqayisə etmiş, onların yatmışla ayıq vəziyyətlərini, onların yox-
luq və ixtiyarsızlıq vəziyyətlərini, onların sağa və sola hərəkətlərini Allah tərəfindən
edilən hərəkətlərilə müqayisə etmiş və öz Məsnəviye mənəvisində 1-ci cild 3187-
3190-cı beytlərdə yazır:
ﺎﻴﻟوا
بﺎﺤﺻا
ﺪﻨﻔﻬﮐ
ﯼا
دﻮﻨﻋ
رد
مﺎﻴﻗ
و
رد
ﺐّﻠﻘﺗ
ﻢه
دﻮﻗر
نﺎﺷﺪﺸﮐ ﯽﻣ
ﻒﻠﮑﺗ ﯽﺑ
رد
لﺎﻌﻓ
تاذ ﺮﺒﺧ ﯽﺑ
ﻦﻴﻤﻴﻟا
تاذ
لﺎﻤﺸﻟا
ﺖﺴﻴﭼ
تاذ نﺁ
ﻦﺴﺣ ﻞﻌﻓ ﻦﻴﻤﻴﻟا و
ﺖﺴﻴﭼ
نﺁ
تاذ
ﻤﺸﻟا
لﺎﻐﺷا لﺎ
ﻦﺗ
دور ﯽﻣ
ﻦﻳا
ود ﺮه
رﺎﮐ
زا
ﺎﻴﻟوا
نﻮﭼ نﺎﺸﻳاودﺮه ﻦﻳزﺮﺒﺧ ﯽﺑ
ﺪﺻ
ا
Tərcüməsi: ey inadçı və hər şeyi tənqid edən insan. Allahın Peyğəmbərləri
Əshabi Kəhf kimidirlər. Hər zaman hərəkət edir və dəyişirlər. Dünyada uyur, cənabi
Haqqın dərgahında oyaqdırlar. Allah onları heç bir zəhmətsiz işlərə göndərir,
özlərindən xəbərsiz onları sağa, sola döndərir. O sağ tərəf nədir? Birbaşa olaraq pak
və mömin bir varlıq. Nədir o sol tərəf? Birbaşa maddiyat və dünya işləri. Bu iki hal
hətta peyğəmbərlərdə də vardır. Amma onların bu iki anlayışdan xəbərləri yoxdur
və sanki bir maneəyə dəyib əks olunan səs kimidir.
Təsviri təsir :
Bu təsir növündə şair öz şerinin təsvirini Qurandan, hədis və bir şerdən
götürür. Onun bu təsvirdə məqsədi müxtəlif rollar, surətlər və obrazlar yaratmaqdır
ki, buna da ədəbiyyatda təşbih, istiarə, məcaz, kinayə kimi müxtəlif adlar
qoyulmuşdur. Buna görə də şair bir ayə və ya hədisdə verilmiş hər hansı bir məcaz,
kinayə və ya istiarəni götürərək birbaşa və ya dolayı yolla öz şerində əks etdirir.
Həmçinin şair öz istədiyi spzləri də bu bədii üsullar vasitəsilə də ifadə edə bilər.
Məsələn Qurandan və ya rəvayətlərdən bir məqamı öz təşbih və təmsilləri ilə
müqayisədə verir. Sənayi öz divanının 57-ci səhifəsində yazır:
Filologiya məsələləri – №3, 2014
288
د ﻪﮐ ﻞﮔ نﻮﭼ ﻦﻣ ﺮﻤﻋ نادﺮﮕﻣ
ﻪﺘﺸﮐ دﻮﺷ ﯽﻠﻔﻃ ر
ﺎﻧﺮﺑ دﻮﺷ ﯼﺮﻴﭘرد ﻪﮐ ﻞُﻣ نﻮﭼ ﻦﻣ صﺮﺣ نادﺮﮕﻣ
Tərcüməsi: ey Allahım! Mənim də ömrümü güllərin ömrü kimi qısa eləmə.
Yoxsa məndə uşaqlıqda qırdığımız çoxlu güllər kimi nakam ölüb gedəcəm. Şərab
bir ömürdən sonra necə tündləşirsə qocalıqda hirs və nəfs də canlanmağa başlayır.
Buna görə də ey böyük Allahım! Mənim ömrümü o qədər uzun eləmə ki, mən də öz
nəfsimin əsiri olum.
Ikinci misranın təsviri, yəni, qocalıqda cavanlaşmaq Həzrət Rəsuli Əkrəmin
“Mizanəl Hikmət” əsərinin 10-cu cildinin 29-cu səhifəsindəki bu beytindən
götürülmüş ola bilər.
ِ نﺎﺘَﻠﺼَﺧ ِﻪﻴﻓ ﱡﺐُﺸَﻳ َو مَدﺁ ُﻦﺑا ُمَﺮﻬَﻳ
:
»
ِﺮﻤُﻌﻟا ﯽﻠَﻋ ُصﺮِﺤﻟاَو ِ لﺎﻤﻟا ﯽﻠَﻋ ُصﺮِﺤﻟَا
Tərcüməsi: insan övladı qocaldıqca onun istəkləri- mala- mülkə və
yaşamağa olan nəfsi daha da cavanlaşır.
Struktur baxımından – üslubi təsir :
Bu növdə şair Qurandan və ya hədisdən bir quruluşu nümunə kimi götürür
və öz sözünü həmin quruluşla eyni bir quruluşda verir. Nümunə kimi Mövlana
Cəlaləddin Məhəmməd Bəlxinin məsnəvisini göstərə bilərik ki, onun quruluşu
müqəddəs Quranın quruluşu ilə müəyyən yaxınlıq v oxşarlıqlara malikdir. Bunun
səbəbi isə ondan ibarətdir ki, Quranın üslubi xüsusiyyətləri biri digərinin üzərində,
getdikcə dərinləşən və bir-birinə qarışan bir strukturla qurulmuşdur. Amma bu mü-
qəddəs kitabla ilk dəfə tanış olan tədqiqatçılar ilk başda belə fikirləşirlər ki, surələr-
də düzülən ayələr, digər tərəfdən isə bütün Quranda verilən surələr bir- birilə heç bir
əlaqəyə malik deyil və təsadüfi olaraq yığılmışdır. Amma daha sonradan Quranla
tanışlığını genişlədirən tədqiqatçılar görürlər ki, zahirən bir- birilə əlaqəsiz və təsadüfi
görünən ayələr və surələr daxilən gizli bir əlaqəyə malikdirlər. Bu əlaqələr isə çox
dərin, geniş və olduqca möhkəmdir. Əgər onlardan birini götürüb digərinin yerinə
qoysaq üslub və vəzn baxımından onların arasında uyğunsuzluq meydana gələcəkdir.
Mövlananın da məsnəvisindəki mövzular da zahiri baxımından bir- birilə əlaqəsiz
görünür. Bəziləri elə düşünürlər ki, əlaqəsiz, nizamsız, ordan- burdan yığılmış,
məzmunca bir- birindən ayrı məqalələr və digər mövzulardan ibarət bir məcmuə kimi
təsəvvür edirlər. Amma məsnəvinin daxili aləmini və məzmununu anlaya bilən
insanlar bu pərakəndə və məzmunca ayrı-ayrı məqalələrdən ibarət məcmuə kimi
düşünülən bu əsərdə verilən mövzuların hər birinin bir- biri ilə gizli əlaqəyə malik
olduğunu görür. Mövlana daim Qurana bağlı bir insan olduğundan öz məsnəvisinin
hər bir səhifəsində ondan bəhrələnmiş və heç də təsadüfi deyildir ki, o, öz
məsnəvisinin quruluşunu Quranın quruluşuna uyğun bir şəkildə vermişdir. Quranda
Ənfal surəsinin 17-ci ayəsində Allah buyurur:
...
َﺖْﻴَﻣَر ْذِإ َﺖْﻴَﻣَر ﺎَﻣ َو
ٌﻢﻴِﻠَﻋ ٌﻊﻴِﻤَﺳ َﻪﱠﻠﻟا ﱠنِإ ، ًﺎﻨَﺴَﺣ ًءﻼَﺑ ُﻪْﻨِﻣ َﻦﻴِﻨِﻣﺆُﻤْﻟا َﻲﻠﺒُﻴِﻟ َو ﻲَﻣَر َﻪﱠﻠﻟا ﱠﻦِﻜَﻟ َو
Tərcüməsi: Sənin atdığını (Ey peyğəmbər! Sənin onlar tərəfə atdığın oxu)
sən yox Allah atıb (bəli Allah kafirləri məğlub etmək istəyib) və möminləri gözəl
Filologiya məsələləri – №3, 2014
289
bir sonluqla sınayıb. Buna görə də Allah eşidən və biləndir. Mövlana da yuxarıdakı
ayənin təsiri ilə “Məsnəviye mənəvinin” birinci cildinin 616-cı beytində yazır:
ﺮﮔ
ﻢﻴﻧاّﺮﭙﺑ
ﺮﻴﺗ
نﺁ
ﻲﻧ
ﺖﺳﺎﻣ ز
ﺎﻣ
نﺎﻤآ
و
ﺮﻴﺗ
شزاﺪﻧا
ﺖﺳاﺪﺧ
Tərcüməsi: Əgər biz öz vücudumuzdan kaman düzəldib onunla söz və ya
düşüncələrimizi oxla atsaq əslində bu bizim tərəfimizdən icra olunmur. Çünki, biim
bütün ixtiyarımız Allahın əlindədir. Çünki biz bir kaman kimiyik və bu kamandan
da ox atan Allahdır. Zahiri quruluş və mənəvi dərinlikdən əlavə Quranla Məsnəvi
arasında digər quruluş oxşarlıqları da mövcuddur. Buna misal olaraq deyə bilərik ki,
Quranda Surələr, surələrdə isə ayələrlə sinifləndirmədən başqa heç bir sinifləndirmə
mövcud deyil. Məsnəviye mənəvi də sinifləndirmə baxımından dəftərlərə (cildlərə),
dəftərlər isə dastanlara bölünür. Digər tərəfdən Quran nazil olarkən “oxu!”
)
أﺮ ﻗا
(
ilə
başlamış, məsnəviye mənəvi isə buna uyğun olaraq “eşit!” sözü ilə başlanmışdır.
ﻦﮐ ﯽﻣ ﺖﻳﺎﮑﺣ نﻮﭼ ، ﯽﻧ ﻦﻳا ﻮﻨﺸﺑ
زا
ﺎه ﯽﻳاﺪﺟ
،
ﺖﻳﺎﮑﺷ
ﺪﻨﮐ ﯽﻣ
Tərcüməsi: bu neyin nalərinə qulaq as ki, ayrılıqdan və hicrandan şikayətlənir.
Mütənəbbi də Allahın kəlamlarına böyük məhəbbət bəsləmiş və onun
divanının hər bir parçası Allahın gözəl kəlamlarının xoş ətri ilə bəzədilmişdir.
Allah Quranda, Bəqərə surəsinin 264-cü ayəsində buyurur:
ﯼَذَﻷا َو ِّﻦَﻤْﻟﺎِﺑ ﻢُﮑِﺗﺎَﻗَﺪَﺻ ْاﻮُﻠِﻄْﺒُﺗَﻻ ْاﻮُﻨَﻣاَء َﻦﻳِﺬﱠﻟا ﺎَﻬﱡﻳَأ ﺎَﻳ
...
Tərcüməsi: ey iman gətirənlər! Öz sədaqətinizi minnətlərə və qınamalara görə
korlamayın. Mütənəbbidə yuxarıdakı ayənin təsiri ilə yazır:
ﯽﻄْﻌُﻳ
ﻼَﻓ
ٌﺔَﻠْﻄَﻣ
ﺎَهُرّﺪَﮑُﻳ
ﺎَﻬﺑ
َو
ﻻ
ٌﺔّﻨَﻣ
ﺎَهُﺪّﮑَﻨُﻳ
(divanı, ikinci cild, səh -120, beyt 1)
Tərcüməsi: dayanmadan hədiyyə edir və minnət qoymaqla öz hədiyyəsinin
dəyərini azaltmır.
Nəticə
Şairinin şerinin onun şəxsiyyətinin, daxili aləminintəcəssümü olduğu fikrini
qəbul edərkən müxtəlif istisnalar ortaya çıxır. Amma şairin geniş şəkildə şerlərində
təcəssüm olunan bildikləri və öyrəndiklərinin onun intellekt və zövqünün əsasını
təşkil etdiyi məqamına diqqət yetirsək artıq heç bir şübhə yeri qalmır. Bəli, şair öz
xəzinəsini öyrəndikləri və bildiklərindən alır, onları öz coşqun sinəsində öz hiss və
xəyalları ilə boyayaraq bu qarışıqda oxucunun və dinləyicinin zövqünə uyğun
müxtəlif mənzərələr və tablolar yaradır. Məhz bu səbəbdəndir ki, biz şairin hiss,
həyəcan və xəyalları ilə yoğrulmuş şerlərində əfsanə, tarix, tibb, astranomiya, fəlsə-
fə və s. sahələrdən qaynaqlanan müxtəlif amillərə rats gəlirik. Bu amillər isə şairin
öyrəndikləri və bildikləri ilə sıx şəkildə bağlıdır. Buna görə də, əgər şairlər ayələr-
Filologiya məsələləri – №3, 2014
290
dən, hədislərdən və ya Mütənəbbi kimi böyük ərəb şairlərinin şerlərindən məlumatlı
olsalar bu amillərin də onların şerlərində təcəlli etdirilməsi çox təbii bir hadisə
olardı.
Ədəbiyyat
1. Qurani Kərim
2. Əşşeyx Nasif Əlyazci, 2003, Ələrəf Əltəyyib Fi şərhe Divani Mütənəbbi, Doktor
Yasin Əyyubinin təqdimatında, Beyrut, Darülməktəbülhəlal.
3. Hənna Əlfərruxi, 1368, Ərəb dilli ədəbiyyat tarixi, Əbdülməhəmməd Ayətinin
tərcüməsi ilə, II nəşr, Tus nəşriyyatı.
4. Edvard Braun, 1335, İran ədəbiyyat tarixi, Paşa Salehin tərcümə və redaktəsində,
Tehran, II nəşr, İbn Sina kitabxanası.
5. Nikelson Renold Dallin, 1380, Ərəb ədəbiyyatı tarixi, Kivanduxt Keyvaninin
tərcüməsində, I nəşr, Vistar nəşriyyatı.
6. Zəbiollah Səfa, 1369, İranda ədəbiyyat tarixi, X nəşr, Tehran, Firdovsi nəşriyyatı.
7. Sirus Şəmisa, 1378, Şer üslubiyyatı, Tehran, IV nəşr, Firdovsi nəşriyyatı.
8. Bədiüzzaman Foruzanfər, 1362, Məxəze Qesəs və Təmsilate məsnəvi, III nəşr,
Tehran, Əmirkəbir nəşriyyatı.
9. Bəhaəddin Şəmsəddin Məhəmməd Hafiz, 1375, Divan, Xəlxəli nüsxəsi əsasında
və Badeliyan nüsxəsi ilə qarşılaşdırma əsasında, Nilufər Xürrəmşahi nəşriyyatı,
II nəşr.
10. Əfzələddin Bədil bin Əli Nəccar Xaqani Şirvani, 1374, Divan, Ziyaəddin
Səccadinin redaktorluğu ilə, V nəşr, Zəvvar nəşriyyatı.
11. Kərim Zamani, 1378, Məsnəviye Mənəvinin şərhi, V nəşr, Ettelaat nəşriyyatı.
12. Nizami Gəncəvi, Sirlər Xəzinəsi, Seyyid Həmidiyanın redaktəsində, Sareng
nəşriyyatı, Qətre nəşriyyatı.
13. Saib Təbrizi, 1383, Divan, Məhəmməd Qəhrəmanın redaktəsi ilə, IV nəşr, Elmi
və mədəni nəşrlər nəşriyyatı.
14. Sənayi Qəznəvi, 1375, Divan, Müdərris Rızaəvinin redaktəsində, Tehran,
Sənayi kitabxanası nəşriyyatı.
15. Ünsüri Bəlxinin şerlər divanı, Məhəmməd Dəbir Səyyaqinin redaktəsi ilə,
Sənayi kitabxanası nəşriyyatı.
Ahmad Shabani Minaabad
Types and Varieties of Affectedness of the Works of Prominent Poets and Writers
of Persian Literature by the verses of the Holy Quran, Traditions and Poetry
Collection of Mutanabbi
Abstract
Advantages taken by Persian poets of the verses of the Holy Quran, traditions,
and poems of the great Arabian poets such as Mutanabbi, just like other advantages
taken from any other literary phenomena has various ways and forms; ways and
forms that are not at the same level and weight concerning from the both viewpoints
of emergence and hiddenness, and artistic and rhetorical; that is advantages taken
by them are sometimes obvious and clear and everyone who is a bit familiar with
these categories, understands them easily and very quickly, and some other times
Filologiya məsələləri – №3, 2014
291
they are covered and hidden, so that if someone is not enough familiar with these
categories and does not take necessary steps towards investigation, then he will not
achieve them; just as the advantages taken by them are sometimes artistic and sweet
and in other times they are stereotypical and not very pleasant.
Ахмед Шабани Минаабад
Самые важные стили и разновидности произведений выдыющихся поэтов и
писателей персидской литературы при использование стихов, рассказов из
Корана и стихотворного дивана Мотанабби
Резюме
Пользование персоязычных поэтов из стихов, рассказов Корана и
великих арабских поэтов как Мотанабби, наблюдаются своеобразными ви-
дами и разновидностями при пользование иных литературных чуждых эле-
ментов. Эти формы и методы хотя из точки зрения скрытости и открытости и
хотя с точки зрения литературности и совершенства не были в одном уровне.
Тоесть воспользование их этими факторами иногда до такой степени
выявляются открыто и ясно, что каждый имеющий понятие об этих задачах
может очень легко наблюдать это. А иногда они пользуются ими так скрыто и
незаметно, что не мыслящий в этой части и не обратящий нужное внимание к
этим задачам люди не смогут его различать. Иногда воспользование ими бы-
вает литературным и сладким, иногда грубым и неприятным.
Rəyçi: Akademik V.M.Məmmədəliyev
Filologiya məsələləri – №3, 2014
292
AYGÜL ZÜLFÜQAROVA-MUSAYEVA
AMEA Əlyazmalar İnstitutu
KOCA RAQIB PAŞA “DİVAN”I ƏLYAZMALARININ
ANKARA NÜSXƏLƏRİ
Dostları ilə paylaş: |