Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


Həzmin biokimyası. Həzm kanalında maddələrin sorulması



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə59/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

3. Həzmin biokimyası. Həzm kanalında maddələrin sorulması: İnsan və 
heyvanların qəbul etdiyi qida və onda olan müxtəlif maddələr (zülallar, yağlar, 
karbohidratlar, duzlar və s.) öz tərkib hissələrinə həzm orqanlarında (ağız boşluğu, 
mədə, bağırsaqlar) parçalanır. Həzm orqanlarında qida müxtəlif şirələrin (tüpürcək, 
mədə şirəsi, bağırsaq şirəsi, öd və s.) və onlardakı maddələrin (xüsusən ferment-
lərin), öd turşularının və s. təsiri ilə fiziki və kimyəvi dəyişikliyə uğrayır. Həzm 
prosesində zülallar son məhsul olaraq aminturşularına, karbohidratlar monosaxa-
ridlərə, yağlar və yağabənzər maddələr qliserinə, yüksəkmolekullu yağ turşularına, 
fosfat turşusuna, azotlu birləşmələrə (xolinə, kolaminə, serinə və s.), nuklein 
turşuları purin və purimidin nukleotidlərinə, duzlar isə ionlara ayrılır. Bu bəsit 
birləşmələr həzm orqanlarından sorularaq qana keçir və qanda bədənin bütün orqan 
və toxumalarına aparılır.
Qida maddələri həzm prosesində öz tərkib hissələrinə parçalandıqdan sonra 
həzm orqanlarından, xüsusən nazik bağırsaqdan sorularaq, qana keçir. Maddələrin 
70 – 80 %-i nazik bağırsaqdan qana sorulur. Nazik bağırsağın selik təbəqəsindəki 
çoxlu xovlar (1 sm
2
2000 - 2500) onun səthini 20 – 25 dəfə artırır və bununla da 
qana sorulmanı asanlaşdırır.
Karbohidratlar monosaxaridlər (qlükoza, qalaktoza, fruktoza və s.) şəklində 
qana sorulur. Disaxaridlər çox olduqda müəyyən hissəsi parçalanmadan da sorula 
bilir.
Monosaxaridlər növündən, quruluşundan və s.-dən asılı olaraq, eyni dərəcə-
də sorulmur. Qana ən yaxşı sorulan qalaktoza və qlükozadır. Arabinozanın sorul-
ması zəifdir. Bunlar (qlükoza, qalaktoza və feuktoza) bağırsağın divarında fosforla-
şaraq, bir-birinə çevrilə bilir. Bu da onların sorulmasını asanlaşdırır. Beləliklə, 
fosfatlar monosaxaridlərin sorulmasını sürətləndirir.
Yağlar qliserin və yağ turşuları şəklində qana sorulur. Onlar az miqdarda
yaxşı emulsiyalaşdıqda parçalanmadan da qana sorula bilir. Ərimə temperaturu 
yüksək olan yağların emulsiyalaşması və sorulması çətin olur. Ona görə də bitki 
yağları hidroliz olunmadan 98%, tristearinlər isə 15% sorulur. Qliserin suda yaxşı 
həll olunduğundan asan, yağ turşuları isə pis həll olunduğundan çətin sorulur. Öd 
turşuları bunlarla müxtəlif nisbətdə (1:4; 2:7; 3:8; 4:9 və s.) mürəkkəb komplekslər 
əmələ gətirərək, həll olan şəklə keçirir və sorulmanı sürətləndirir. Bu komplekslər 
(xolein turşuları) sorulduqdan sonra parçalanır. Yağ turşuları bağırsağın epiteli 
toxumasında qalaraq orqanizmdə yağların sintezi üçün istifadə olunur. Öd turşuları 
downloaded from KitabYurdu.org


106 
isə qanla qaraciyərə gedib, ödə keçir və yenidən bağırsağa qayıdır, yağ turşularının 
sorulmasında təkrar iştirak edir. Yağ turşularının sorulması fosfat turşusu ilə də 
stimullaşdırılır.
Bağırsağın selik təbəqəsində yağ turşuları qliserinlə birləşərək yağlara da 
çevrilir. Sonra əsasən limfa sisteminə və qismən (təxminən 20 – 30%) kapilyar qan 
damarlarına keçir.
Zülallar aminturşuları şəklində qana sorulur. Yemlə zülal çox qəbul 
edildikdə az hissəsi parçalanmadan da sorula bilir. Bağırsağın selik təbəqəsində 
aminturşularından müəyyən dərəcədə polipeptidlərin sintezi üçün də istifadə edilir.
Su bütün həzm orqanlarında, xüsusi ilə bağırsaqdan şorulur. Sutka ərzində 
qaramalın bağırsağından 100 l-ə, donuzda isə 25 l-ə qədər su sorula bilər. Bu da 
bağırsaq möhtəviyyatının osmos təzyiqindən, orada duzların qatılığından və s.-dən 
asılıdır. 
Duzlardan xörək duzu və kalium-xlorid asan, suda zəif həllolan duzlar 
(natrium sulfat, maqnezium sulfat) isə ləng qana sorulur. Fosfat və karbonat 
turşularının kalsium və maqnezium duzlarının sorulması daha da zəif olur. Dəmir, 
yod və s. elementlərin duzları isə mürəkkəb üzvi birləşmələr (tiroksin, askorbinat 
və s.) şəklində asan sorulur.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin