§ 2. Demokratik prinsiplər
Demokratiyanın ən əsas prinsipi qanunun aliliyinin rəhbər tutulması və
pluralizm yolu ilə dövlətin idarə edilməsidir. Bun- lar aşağıdakıları
nəzərdə tutur:
Hakimiyyətin bölüşdürülməsi prinsipi.
Çoxpartiyalılıq sisteminə şərait yaratmaq prinsipi. Mərkəzçilikdən
qaçmaq prinsipi.
Söz və mətbuat azadlığı prinsipi.
Bu prinsiplər dövlətin idarə edilməsində əsas pluralist de- mokratik
prinsiplərdir. Antik demokratiya siyasi prosesdə xal- qın roluna üstünlük
vermiş, klassik demokratiya fərdin rolunu əsas götürmüş, plüralist
demokratiya isə hərəkətverici qüv- vəyə uyğun olaraq, çoxluğa istinad
edir.
Demokratiyanın əsas prinsiplərindən biri çoxluğun idarə et- məsi
prinsipidir. Burada xalq suverenliyi əsas ideyadır. Bu prinsi- pi rəhbər
tutan demokratiyada iki əsas dövlət forması mövcuddur: Milli
demokratiya.
Sosial demokratiya.
Müasir şəraitdə demokratiyanın 1) separativ demokratiya və 2) elitar
demokratiya nəzəriyyəsi siyasi praktikada həyata keçirilməkdədir.
Separativ demokratiya nəzəriyyəsinə görə, real demokra- tiya xalq
təmsilçiliyi hakimiyyətinin yaradılması ilə mümkün- dür. Bu prinsipdə
demokratik prosesin iştirakçılarının dairəsi məhdudlaşdırılır.
Elitar demokratiya xalqın razılığı ilə elitanın idarə etməsi- ni nəzərdə
tutur. Bu prinsipdə xalqın rolu elitanın formalaşma- sında, onun
demokratik mexanizminin yaradılmasında və tərki- binin müntəzəm
yeniləşdirilməsində özünü göstərir.
Demokratiyanın ən başlıca prinsiplərindən biri hakimiyy- ətin
funksiyalarının bölüşdürülməsi prinsipidir. Bu prinsipe əsasən
hakimiyyətdə qanunverici, icraedici və məhkəmə sis- temi müstəqil
fəaliyyət göstərir.
Demokratiya idarə üsulu üçün harmoniyalılıq əsas şərtdir. Demokratik
dövlət yaratmaq üçün çoxpartiyalılıq sistemindən is- tifadə olunmalıdır.
Çoxpartiyalılıq prinsipi heç də tam demokra- tik dövlət demək deyildir.
Olduqca vacibdir ki, ölkədə azad seç- kilər keçirilsin. Mühüm demokratik
prinsiplərdən biri də cəmiyy- ətin siyasi həyatında vətəndaşların
azadlıqları və məs'uliyyətləri- nin qarşılılıqlı vəhdətidir; şəxsiyyətin azad,
şüurlu və könüllü su- rətdə obyektiv zərurəti qəbul etməyə hazır olması
və bu istiqa- mətdə hərəkət etməsidir. Azad fəaliyyət yalnız zərurətin dərk
edilməsində həyata keçir. Obyektiv olanla subyektiv meylin vəh- dəti,
şəxsiyyətin azadlığı, öz gündəlik davranışında sosial zərurə- tə uyğun
hərəkət etməsi mühüm şərtdir. Azadlıq və zərurətin fər- di şüurda
qarşılıqlı əlaqəsi şəxsiyyətin azadlığı və məsuliyyəti- nin qarşılıqlı əlaqəsi
ilə bağlıdır. Şəxsiyyətin azadlığı və mə'su- liyyəti bir-birindən
ayrılmazdır. Cəmiyyətin hər bir üzvünün məsuliyyəti olmadan onların
azadlığı mümkünsüzdür. Mas'uliyyət obyektiv şəraitin dərk edilməsi və
qarşıya qoyulmuş məqsədin tələbinə uyğun fəaliyyət metodunun
seçilməsi və məq- sadi həyata keçirməyin zəruriliyi deməkdir.
Mas'uliyyət azadlığı istiqamətləndirir və azadlıqdan əmələ gəlir.
Məs'uliyyət hissi, fərdin, cəmiyyət üzvlərinin şüur və dav- ranışında
siyasi, hüquqi əxlaqi tələblərin obyektiv məzmunu demokratiya şəraitində
formalaşır. Obyektiv məzmun şəxsiyy- ət tərəfindən dərk edilərək, onun
şüurunun əlamətinə çevrilir. Bu da insanın hərəkət və davranışına
məs'uliyyət hissi, şüurlu münasibət yaradır. Obyektiv məzmun subyektiv
forma alır. Cəmiyyətlə şəxsiyyətin qarşılıqlı əlaqəsi, onun davranış və
şüurluluğunun cəmiyyətdə mövcud olan normalara uyğunluğu
şəxsiyyətin məs'uliyyətli olması üçün mühüm şərtdir.
Məsuliyyət və azadlığın vəhdəti qanunvericiliyin ümumi əsasını təşkil
edir. Vətəndaşların azadlıq və vəzifələrinin vəh- dəti yeni yaranmış
müstəqil dövlətlərin konstitusiyalarında öz aydın ifadəsini, əksini tapır.
İnsanların azadlıqları və hüquqları, onların öz vətəndaşlıq borclarını
məs'uliyyətlə yerinə yetir məsi mühüm demokratik prinsiplərin necə
reallaşdırılmasından asılıdır. Lakin şəxsiyyətin hüquq və azadlıqlarını
məhdudlaş dırmaq da demokratiyanın tələbidir.
Qərb demokratiyasının sənədlərində hər bir şəxsin azadlıq və hüquqlarını,
eyni zamanda dövlətin mənafelərini nəzərə al- maq kimi vətəndaşlıq
özünü göstərmişdir. Amerikanın "Hüquqlar haqqında bil", Fransa burjua
inqilabı dövründəki "İnsan və vətəndaş hüquqlarının deklorasiyası" kimi
sənədləri misal çəkmək olar. Birləşmiş Millətlər Təşkilatı tərəfindən
1949-cu ildə "İnsan hüquqlarının ümumi deklorasiyası"nda da insanların
hüquq və azadlıqlarının onların bəşəriyyət və cə- miyyət qarşısında
məs'uliyyətindən, öz vəzifələrini yerinə ye- tirməsindən asılılığı
göstərilmişdir. İnsan hüquqları və azadlıq- larının toxunulmamazlığı
haqqında müddəalar 1975-ci ildə Helsinkdə və 1990-cı ildə Parisdə
keçirilən Avropa Təhlükə- sizlik Şurasının müşavirələrində imzalanmış
sənədlərdə öz do- Iğun ifadəsini tapmışdır. Burada insan hüquqlarına və
azadlıq- larına, o cümlədən din və əqidə, vicdan və fikir azadlığına hör-
mət bütün dövlətlər arasında dostluq münasibətlərinin və əməkdaşlığın
inkişafı, sülhün, ədalətin, əmin-amanlığın tə'min edilməsi ilə sıx
əlaqələndirilmişdir.
Demokratik prinsiplərin beynəlxalq aləmdə qorunmasında və
möhkəmləndirilməsində 1993-cü ildə İnsan hüquqları üzrə Beynəlxalq
Konfransın qəbul etdiyi Vyana bəyannaməsi, so- nralar Budepeşt və
Lissabon sammitində imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir.
Demokratik prinsiplərin qorunması, vətəndaşların hüquq və azadlıqları
demokratik hüquqi şüurun inkişafından çox asılı- dır. İctimai şüurun
formalarından biri olan hüquqi şüur sosial- iqtisadi və eləcə də başqa
münasibətləri spesifik formada əks etdirir. Şəxsiyyətin hüquq və
vəzifələrinin qarşılıqlı asılılığı hüquqi şüurun əlamətlərindən biridir.
Azadlıq və məs'ulliyyətin, hüquq və vəzifələrin qarşılıqlı asılılığı əsrlər
boyu bütün si- vilizasiyalı cəmiyyətlərdə e'tiraf olunmuş mə'lum
məsələdir. Hal-hazırda yeni yaranmış müstəqil dövlətlərdə demokratik
prinsiplərin qorunub saxlanılmasını müasir mərhələdə onun in- kişafının
ən mühüm amillərdən biri hesab etmək olar.
Cəmiyyətin sosial-siyasi həyatında demokratik prinsiplərə riayət
edilməsinin ən mühüm me'yarı ictimai rə'yin nəzərə alın- masıdır.
İnsanların sosial gerçəkliyin hadisə və faktlarına, müxtəlif qrupların və
ayrı-ayrı fərdlərin fəaliyyətinə münasibə- tini gizli və ya açıq şəkildə ifadə
etməsi ictimai rə'yin öyrənil- məsini zəruri edir. İnsanların, partiya və
tə'sisatların fəaliyyətin- də ictimai rə'yin rolu böyükdür. İctimai rə'y
fərdlərin, qrupların, sosial tə'sisatların fəaliyyət və davranışında səciyyəvi
cəhətlərin üzə çıxarılmasına imkan verir və müxtəlif formalarda (məsələn,
tələblər, tövsiyyələr hazırlanması, aktual problemlərə, xalqın xüsusi
maraq göstərdiyi məsələlərə münasibətin bildirilməsi və s.) təzahür edir.
İctimai rə'yin öyrənilməsi insanların fikirlərinin kütləvi şəkildə aşkar
olunması deməkdir. İnsanların fikirləri, mövqeləri demokratik
prinsiplərin qorunmasında, inkişaf etdiril- məsində əsas rol oynayır. Eyni
zamanda bu fikirlər, mövqelər birbaşa demokratiya və nümayəndəli
demokratiya vasitəsilə həyata keçirilir. Deməli, ictimai ro'y demokratik
prinsiplərin həyata keçirilməsində müstəsna əhəmiyyətə malikdir.
Demokratik prinsiplərin başlıca üstünlüklərindən biri onların açıq-aşkar
olmasındadır. Mə'lum olduğu kimi, demokratik ölkələ- rin tarixi
tərəqqisində siyasi həyatda aşkarlığın olması və onun in- kişafının xüsusi
xidməti vardır. Aşkarlıq cəmiyyətin demokratik- ləşməsinə və sosial-
iqtisadi tərəqqiyyə istiqamət verən mühüm amillərdən biridir.
Cəmiyyətdə mə'nəvi mühitin tənzimlənməsi və sağlamlaşması üçün
aşkarlığın olması vacib, zəruri şərtdir. Aş- karlıq bürokratik idarə
üsullarının ləğv edilməsinə, müxtəlif icti- mai-siyasi qüvvələrin qarşılıqlı
əlaqəsinin möhkəmlənməsinə kö- məklik edir. Aşkarlıq dövlət və ictimai
təşkilatların fəaliyyətində
açıqhq və düzgünlük cəmiyyətin əsas
problemlərinin demokratik
Dostları ilə paylaş: |