partiyalar 4%-li səddi keçə bilmədilər və parlamentdə təmsil
olunmadılar.
2008-ci ilin mayında S.Burluskoni 1949-cu ildən sonra
62-ci hökuməti təşkil etdi. Ölkənin maraqları çərçivəsində sol
qüvvələrlə əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. O,
224
ölkənin ilk növbədə modernləşdirilməsi məsələsini qarşıya
qoydu. Hökumət fəaliyyətinə zibil böhranının həll etmək və
iflasa uğramaqda olan “Al-İtaliya” aviakonserninə köməklə
başladı.
2008-ci ilin oktyabrında dövlət tədris müəssisələinin
məhdud maliyyələşdirilməsi, müəllimlərin ixtisarı haqqında
qanun qəbul etdi. Əlavə enerji mənbələri axtarışı
surətləndirildi. Nüvə enerjisinə diqqət artırıldı. Halbuki 1987-ci
il referendumundan sonra ölkə bundan imtina etmşidi.
İngiltərədən bu sahədə əməkdaşlıq etmək üçün razılıq alındı.
2008-ci ilin ssentyabrında deputatlar palatası məhkəmə
sisteminin islahatı haqqında qanun layihəsini bəyəndi.
Layihədə ədliyyə nazirinin hüquqlarının genişləndirilməsi,
hakim və prokuror ixitsasının bölünməsindən söhbət gedirdi.
Müxalifət həmin qanun layihəsinə qarşı çıxdı. Onun fikrincə,
bu məhkəmə sistemini icra hakimiyyətindən asılı edir, onu
müstəqililkdən məhrum edirdi.
İtaliya Azərbaycan Respublikası ilə səmərəli əməkdaşlığı
davam etdirir. 2008-ci ilin noyabrında Azərbaycan respublika-
sının prezidenti İ.Əliyev İtaliyaya rəsmi səfər etmiş və
əməkdaşlığa dair bbir sıra mühüm sənədlər imzalanmışdır.
225
VII. İSPANİYA
İspaniya İkinci Dünya müharibəsindən sonrakı ilk
illərdə (1945-1950-ci illər). İspaniya: İkinci Dünya
müharibəsində öz bitərəfliyini elan etsə də, müharibə dövründə
həm müharibə edən ölkələrə strateji xammal, ərzaq məhsulları
satmaqla, həm də Latın Amerikasından gətirilən məhsulları öz
ərazisinlən keçirmək üçün aldığı gömrük hesabına xeyli gəlir
əldə etdi. İkinci Dünya müharibəsi dövründə və 60-cı illərə
qədər ölkədə avtorgizm siyasəti yeridilirdi ki, İspaniya dünya
bazarından asılı olmayaraq özünü təchiz edə bilsin. Xarici
siyasətdə də təcridçilik hökm sürürdü.
1945-ci ildə keçirilən Potsdam konfransında İspaniyada
faşizm pisləndi. 1946-cı ilin fevralında İngiltərə və Fransa
hökumətləri bildirdilər ki, onlar İspaniya ilə hər cür əlaqələri
kəsirlər. 1946-cı ilin dekabrında BMT İspaniyaya qarşı xüsusi
qətnamə qəbul etdi. ABŞ-ın təkidi ilə bütün ölkələr,
Portuqaliya və Argentinadan başqa, İspaniya ilə diplomatik
münasibətləri kəsdilər, öz səfirlərini geri çağırdılar. Lakin
Franko vəziyyətdən çıxış yolu tapdı, 1947-ci ilin iyununda
bildirdi ki, ABŞ öz hərbi bazalarını İspaniya ərazisində
yerləşdirə bilər və ölkə «soyuq müharibə»yə qoşulur. 1949-cu
ildə bütün diplomatik korpuslar yenidən İspaniyaya qayıtdılar.
1948-ci ilin yanvarında İspaniya ilə Fransa arasında sərhəd
açıldı.
Ölkənin daxili və xarici siyasətində Franko başlıca sima
idi. O, dövlətin, hökumətin, İspaniya silahlı qüvvələrinin
başçısı və ölkədə yeganə hakim partiya olan və 1933-cü ildə
təşkil edilən «İspaniya falanqası» Milli Şurasının sədri idi.
Həmçinin vertikal xətt üzrə fəaliyyət göstərən həmkarlar
ittifaqları da onun tabeliyində idi.
İkinci Dünya müharibəsindən sonra dünyada yaranmış
siyasi mənzərəni dərk edən Franko 1945-ci il iyulun 17-də
«İspanların xartiyası» adlı sənədi imzaladı. Həmin sənədə görə
226
şəxsiyyətin toxunulmazlığı elan edilir, yazışmaların gizliliyinə
təminat verilir, mənzillərin toxunulmazlıq hüququ qorunurdu.
Həmin sənəddə göstərilirdi ki, bütün dinlərin sərbəst
fəaliyyətinə maneçilik törədilməyəcək. Ölkədə «milli barışıq»
siyasəti yeridilməyə başladı. Əvvəl gizli fəaliyyət göstərən
«Katolik hərəkatı» adlı partiyanın da leqallığına icazə verildi.
Franko hətta xarici işlər naziri vəzifəsinə həmin partiyanın
lideri Martino Artexonu təyin etdi. Lakin xartiyanın qəbul
edilməsi frankoçu rejimin xarakterini dəyişmədi. Antikom-
munizm onun ranqda rəsmi siyasəti oldu. Dünyada baş verən
demokratik hərəkatlar ispan xalqından da yan keçmədi. 1945-
1950-ci illər İspaniya tarixinə partizan müharibələri illəri kimi
daxil oldu. 1945-ci ilin avqustunla Meksikada Xuan Neqrinin
başçılığı altında mühacir ispan hökuməti təşkil edildi. Həmin
illərdə partizanlar İspaniyada Franko rejimini devirmək üçün
beş mindən artıq əməliyyat həyata keçirdilər. Franko onlara
qarşı 450 minlik ordunu işə salmalı oldu. Partizan müharibələri
uğursuzluqla nəticələndi.
Müharibədən sonrakı illərdə İspaniyanın iqtisadi
vəziyyəti ağır idi. 1945-ci ildə ölkədə sənaye istehsalının
səviyyəsi 1929-cu ilə nisbətən cəmi 14% artmışdı. Kənd
təsərrüfatı məhsulları 1931-ci illə müqayisədə 28% aşağı
düşmüşdü. Maliyyə-inhisarçı kapital üçün əlverişli olan faşizm
bütövlükdə ölkənin inkişafını ləngidirdi. İqtisadiyyatın inkişafı
üçün lazım olan vəsaitlər əsasən hərbi və ağır sənayenin
inkişafına yönəldilmişdi. Ölkədə ərzaq malları çatışmırdı.
Dövlət borcları 52 milyard peset idi. Ancaq 50-ci illərin
əvvəllərində İspaniya iqtisadiyyatı 1935-ci il səviyyəsinə çatdı.
İqtisadiyyatın strukturunda bir neçə keyfiyyət dəyişikliyi baş
verdi. Metallurgiya, maşınqayırma, elektroenergetika sənayesi
inkişaf etdi. İstehsalın mərkəzləşməsi artdı. Bununla belə,
sənayedə çalışanların 50%-i 50-yə qədər fəhləsi olan
müəssisələrdə işləyirdi. Kənd təsərrüfatında heç bir irəliləyiş
hiss olunmurdu.
227
Müharibədən sonra xarici ölkələrlə əlaqələrin zəifləməsi
İspaniyanın daxili vəziyyətini xeyli çətinləşdirdi. Franko
diktaturası dövründə ölkədə milli məsələ də həll edilməmiş
problem kimi qalır, katalonların, baskların və qalisiylərin
hüquqları tapdalanırdı. Fəhlələrin, ziyalıların, xüsusilə
cəmiyyətin barometri olan gənclərin aramsız mübarizəsi
nəticəsində Franko 40-cı illərin ikinci yarısında və 50-ci illərdə
bir sıra tədbirlər görməyə məcbur oldu. Bu tədbirlərdən biri
1947-ci ilin iyulunda xalqın hələ də inandığı monarxiyanın
bərpa edilməsi haqqında referendum oldu. Bu referendumdan
sonra İspaniya yenidən monarxiya elan olundu. Franko isə
ömürlük naib vəzifəsini öz üzərinə götürdü. O, öldükdən sonra
müvəqqəti bu vəzifəni naiblər şürası həyata keçirməli idi.
1953-cü ildə Franko Roma papası ilə dini saziş, yəni konkordat
bağladı. Bunda məqsəd ölkədə dindarların köməyi ilə siyasi
sabitliyi gücləndirmək idi.
İspaniyanın XX əsrin 50-60-cı illəri və 70-ci illərinin I
yarısında daxili vəziyyəti. 50-ci illərində İspaniyanın
iqtisadiyyatı nisbətən yüksək sürətlə inkişaf edirdi. Milli
Sənaye İnstitutu vasitəsi ilə əsas kapital yeniləşdirildi.
Ölkədə sənaye məhsulları istehsalı 1954-1958-ci illərdə
xeyli artdı. Lakin 50-ci illərin sonunda iqtisadiyyatın
inkişafında maneələr yarandı. Dövlət büdcəsi kəsirdə qaldı,
inflyasiya ölkəni bürüdü. Kapitalın xaricə axını gücləndi. İfiya
və İspaniya Saxarasında gedən müharibə də İspaniya
iqtisadiyyatını zəiflətdi. 1959-cu ildə ölkədə böhran başlandı.
İspaniya hökuməti ABŞ-a və beynəlxalq təşkilatlara müraciət
etməyə məcbur oldu. 1959-cu il iyulun17-də ABŞ-la İspaniya
arasında imzalanan iqtisadi sazişə əsasən ABŞ İspaniyaya 546
milyon dollar kredit verdi. Eyni zamanda, xüsusi bölməyə bank
kreditləri və dövlət investisiyaları məhdudlaşdırıldı. 60-cı
illərdə İspaniyada yüksəliş baş verdi.İqtisadiyyatda canlanma
başlandı və 60-cı illərin sonuna qədər davam etdi. Dövlət
iqtisadi sabitliyi saxlamaq xatirinə ABŞ və Qərbi Avropa
228
ölkələri ilə təsərrüfat əlaqələrini genişləndirdi. «Liberal-
laşdırma» ilk növbədə xarici iqtisadi əlaqələrdə həyata
keçirildi. Peset konvert valyutasına çevrildi. İspaniya 60-cı il-
lərdə sənaye-aqrar ölkəyə çevrildi. Dövlət-inhisarçı kapitalın
inkişafı üçün şərait yaradılmış oldu. Xarici kapital üçün məh-
dudlaşma zəfilədi. Xarici kapitalın ölkəyə axını on dəfədən çox
artdı. Topdansatış milli ərzaq məhlulları istehsalı 60-cı illərdə
orta hesabla hər il 7,6% artdı. 60-cı illərin sonunda İspaniyada
7,4 milyon ton polad istehsal edilirdi. Bütövlükdə 1950-ci illə
müqayisədə 1970-ci ildə sənaye məhsulu istehsalı 3 dəfə artdı.
İspaniya bu dövrdə dünyada gəmiqayırma sənayesinə görə
beşinci, avtomobil istehsalına görə isə səkkizinci yeri tutdu. 5
min km-dən artıq şosse yolu çəkildi. 6 iri bank ölkənin bütün
maliyyə sisteminin 64%-nə rəhbərlik edirdi.
«İspan möcüzəsi»nin səbəblərindən biri ilk növbədə 60-cı
illərin əvvəllərində texnokratların Frankonu qabaqcıl
dövlətlərdən geri qalmamaq üçün vacib şərtlərdən biri kimi
ETİ-nin nailiyyətlərini istehsalda tətbiq etməyə inandırmağı
bacarmaları idi. Səbəblərdən biri də 1955-1965-cı illərdə İspa-
niyadan xarici ölkələrə getmiş 2,5 milyon ispan vətəndaşının
ölkəyə bu müddət ərzində 5 milyard dollar vəsait göndərmələri
idi. Bu dövrdə İspaniyada turizm sənayesinin sürətli inkişafı,
turizmdən gələn gəlir sənayenin inkişafına yönəldildi.
Səbəblərdən biri də bu dövrdə İspaniyaya xarici dövlətlər –
ABŞ, AFR, Belçika və İngiltərə, Fransa tərəfindən güclü
kapital qoyulması və burada onların müəssisələrinin açılışı idi.
Siyasi həyatda frankist yuxarı təbəqə «liberallaşdırma
siyasəti»ni davam etdirirdi. Bu məqsədlə 1954-cü il iyulun 19-
da yenidən hökumətin tərkibində qismən dəyişikliklər edildi.
Hakimiyyət ümid edirdi ki, bu yolla müxalifətin sağ
qüvvələrini neytrallaşdıra bilər. 1957-ci ilin fevralında
hökumətin tərkibinə «Allah işi» təşkilatının üzvləri də daxil
oldular. «Sinfi sülh» kampaniyası genişləndi. 1959-cu ildə
229
Dolinada həlak olan qiyamçılar və respublikaçıların birgə anma
mərasimi keçirildi. Bu, «milli sülh»ə çağırış demək idi.
Siyasi məhbuslara da qismən amnistiya verildi. Senzura
bir qədər yumşaldıldı. 1967-ci ilin yanvarında keçirilən
referendumdan sonra «Yeni məhdudlaşdırılmış qanun» qəbul
edildi. Ölkənin ictimai-siyasi həyatının qismən liberallaş-
dırılması xətti götürüldü. Kortesə seçkilər məsələsinə yenidən
baxıldı. Deputatların bir hissəsinin (564-dən 108-i) seçki ilə
seçilməsi haqqında qanun qəbul edildi. Qalanları isə əvvəlki
kimi rəsmi təşkilatların zəmanəti ilə dövlət başçısı tərəfindən
təyin edilirdi. Qanunda göstərilirdi ki, kral və ya naib ispan, 30
yaşdan yuxarı, katolik olmalı idi. 1968-ci ilin avqustunda
«Banditizm və terrorizmə qarşı mübarizə haqqında» qanun
qəbul edildi. Lakin 60-cı illərin sonunda rejim yenidən sərt
tədbirlərə əl atdı. 1969-cu ilin iyulun 23-də Franko 1938-ci ildə
anadan olmuş, XIII Alfonsun nəvəsi şahzadə Xuan Karlos
Burbonu (uşaqlıqdan Frankonun himayəsi altında tərbiyə
olunmuşdu) özünün siyasi varisi elan etdi.
İqtisadi artıma baxmayaraq, əmək haqqı artmadığına görə
50-ci illərin ikinci yarısında tətillər ölkə həyatının mühüm
amilinə çevrildi. 50-ci illərin sonunda Asturiya şaxtaçıları,
Baks ölkəsinin metallurqları, Katoloniya toxucuları tətil etdilər.
Bu hadisələr hökuməti məcbur etdi ki, 1958-ci ildə fəhlələrlə
sahibkarlar arasında kollektiv müqavilələr sisteminə keçməyə
razılıq versin. 50-ci illərin sonunda fəhlələrin rəsmi həmkarlar
ittifaqlarından kənarda fəhlə komissiyaları meydana gəldi.
Əhalinin müxtəlif təbəqələri, o cümlədən katolik kilsəsi
antifrankist mövqeyə keçdilər. 60-cı illərdə zəhmətkeşlərin
həyat səviyyəsi (nominal əmək haqqı 60-cı illərdə 76,1%
artmış olsa da) yenə də Qərbi Avropanın digər ölkələri ilə
müqayisədə ən geridə qalmış səviyyədə idi.
60-cı illərdə fəhlə komissiyaları həmkarlar həkəratının
vacib orqanlarına çevrildi. 1967-ci ildən onlar kommunistlər,
sosialistlər, katoliklər, bitərəflərin iştirakı ilə ümummilli
230
qurultaylar keçirməyə başladılar. Kəndlərdə də kəndli
komissiyaları yaradıldı. 1965-ci ilin fevralında «Azad fəhlə
assambleyaları» təşkil olundu. 1967-ci il fevralın 27-də
Madriddə onların 100 minlik nümayişi oldu. Onlar fəhlə hə-
rəkatı ilə birlikdə çıxış edirdilər. Kataloniya, Bask ölkəsində
və Qalisiyada milli hərəkat gücləndi. Onlar müxtariyyət tələb
edirdilər. Xristian-demokratik təşkilatların da rolu artdı. Onun
mütərəqqi qanadının rəhbərlərindən biri Ruis Ximenes idi. Bu
hərəkatlar frankist rejimə də öz təsirini göstərdi. Xristian-
demokratik təşkilatların sağ nümayəndələri «möhkəm xətt»
tərəfdarı idilər və rejimin daha da sərtləşməsini istəyirdilər.
Mütərəqqi tərəf isə rejimin «liberallaşdırılma»sını istəyirdi.
Məhz «liberallaşdırılma» tərəfdarlarının və ümummili
hərəkatın təsiri altında xüsusi tribunal ləğv edildi. 1965-ci ildə
iqtisadi tətillərin cinayət hesab edilməməsi haqqında qanun
qəbul edildi.
60-cı illərin sonunda dünyada baş verən demokratik
dəyişikliklər İspaniyaya da öz təsirini göstərdi. 1971-ci ildə
İspaniyadakı sol qüvvələr Sevilya şəhərində «Azadlıq naminə
pakt» imzaladılar. Məqsəd Frankonu devirmək idi. Hadisələrin
gedişini nəzərə alan Franko general Blankonu özünə baş nazir
təyin etdi. Bir az keçməmiş terrorçular tərəfindən Blanko
öldürüldü. 1975-ci ilin noyabr ayında silahlı üsyana hazırlıq
getdiyi zaman Franko 82 yaşında öldü. Onun siyasi varisi olan
Xuan Karlos İspaniyanın kralı oldu.
XX əsrin 50-60-cı illəri və 70-ci illərinin I yarısında
İspaniyanın xarici siyasəti. 50-ci illərdə İspaniya xarici
siyasətdə beynəlxalq təcridolunmadan çıxmağı sürətləndirdi.
1953-cü il sentyabrın 26-da ABŞ-la İspaniya arasında müdafiə,
təhlükəsizlik və qarşılıqlı yardım haqqında müqavilə
bağlanıldı. İspaniya ərazisində ABŞ-a hərbi bazalar, hərbi və
mülki personal yerləşdirməyə icazə verildi. İspaniya ABŞ-dan
hərbi təchizat aldı. ABŞ dərhal İspaniyada hərbi-hava və dəniz
bazalarının quruculuğuna başladı. 1955-ci ilin sonunda
231
İspaniya BMT-yə daxil oldu. 1956-cı ildə Mərakeşin ona aid
olan hissəsinə müstəqillik verdi. O, NATO-nun digər üzvləri
ilə də əlaqələri genişləndirdi. 1963-cü ildə ABŞ-la bağlanan
hərbi sazişin müddəti 5 il də uzadıldı. Kömək və kredit
formasında İspaniya ABŞ-dan 400 milyon dollar yardım oldu.
Bu dövrdə İspaniyanın Latın Amerikası və Yaxın Şərq
ölkələri ilə əlaqələri daha da yaxşılaşdı. İspaniya 1963-cü ildə
Kuba ilə iqtisadi münasibətləri bərpa etdi. Ərəb-İsrail müna-
qişəsi zamanı ərəbləri müdafiə etdi. 60-cı illərin II yarısında
sosialist ölkələri ilə, ilk növbədə, SSRİ ilə də münasibətlər
inkişaf etməyə başladı.
İspaniya diktaturadan demokratiyaya keçid dövrün-
də. (1976-1979-cu illər). Kral elə ilk andiçmə mərasimində
bildirdi ki, İspaniya da digər qabaşcıl dünya ölkələri kimi
demokratiya yolu ilə gedəcək. «İspaniya falanqası» partiyası
buraxıldı. Müxalifətin leqallaşması artdı. 1977-ci il aprel ayının
9-da İspaniya Kommunist Partiyası açıq fəaliyyətə keçdi.
«Milli hərəkat» partiyası da kralın dekreti ilə buraxıldı. Bu
Dostları ilə paylaş: |