Psixodiaqnostika


Y.P. ULYĠNĠN PSĠXOMOTOR GÖSTƏRĠCĠLƏR ÜZRƏ SĠNĠR



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə18/22
tarix18.03.2017
ölçüsü3,79 Kb.
#11830
1   ...   14   15   16   17   18   19   20   21   22

Y.P. ULYĠNĠN PSĠXOMOTOR GÖSTƏRĠCĠLƏR ÜZRƏ SĠNĠR 
SĠSTEMĠ XASSƏLƏRĠNĠN EKSPRES-DĠAQNOSTĠK METODĠKASI 
(TEPPĠNQ-TEST) 
 
Təchizat:  Kağız  vərəqində  (203  x  283  formatda)  hazırlanmıĢ  standart 
blanklar  (blank  sırada  üç  olmaqla  altı  bərabər  düzbucaqlıya  bölünür), 
saniyəölçən, karandaĢ. 
Təlimat:  ―Eksperimenti  aparanın  iĢarəsi  ilə  siz  blankın  hər  bir  kvadratına 
nöqtələr qoymağa baĢlayırsınız. 5 saniyə  ərzində  mümkün  qədər  çox nöqtə 
qoymaq lazımdır. Bir kvadratdan digərinə keçid eksperimentçinin iĢarəsi ilə 
saat  əqrəbi  istiqamətində  əməliyyata  fasilə  vermədən  həyata  keçirilir.  ĠĢ 
zamanı özünüz üçün maksimal temp seçməyə çalıĢın. KarandaĢı əlinizə alıb 
onu blankın birinci kvadratının qarĢısında hazır tutun‖. 

231 
 
 
Eksperimentçi ―baĢladıq‖ siqnalı verir və hər 5 saniyədən bir ―digər 
kvadrata  keç‖  komandası  verir.  6-cı  kvadratda  5  saniyəlik  iĢ  baĢa  çatdıqda 
eksperimentçi ―stop‖ siqnalı verir. 
 
Nəticələrin iĢlənməsi aĢağıdakı prosedurlardan keçir: 
1)
 
hər bir kvadratda nöqtələrin miqdarını saymaq; 
2)
 
hər bir sınanan üçün iĢ qabiliyyəti qrafiki qurmaq,bunun üçün absis 
oxu üzərində 5 saniyəlik zaman müddəti, ordinat oxu üzərində isə hər 
bir kvadratdakı nöqtələrin miqdarını iĢarələmək lazımdır. 
Nəticələrin  təhlili: Sinir proseslərinin gücü sinir hüceyrələrinin və ümumən 
sinir  sisteminin  iĢ  qabiliyyətinin  göstəricisidir.  Güclü  sinir  sistemi  zəifə 
nisbətən  daha  böyük  fəaliyyət  yükünün  öhdəsindən  gələ  bilir.  Metodika  əl 
hərəkətlərinin  maksimal  tempinin  dinamikasını  müəyyənləĢdirməyə 
əsaslanır. Sınaq ardıcıl olaraq əvvəl sağ, sonra isə sol əllə aparılır. Maksial 
tempin  dinamikası üzrə alınmıĢ nəticələr Ģərti olaraq beĢ tipə bölünə bilər: 
-
 
qabarıq tip: temp iĢin ilk 10-15 saniyəsində maksimal həddə çatır, 25-30-
cu  saniyələrdə  isə  baĢlanıc  səviyyəyədən  aĢağı  (yəni  ilk  5  saniyənin 
səviyyəsinə) düĢür. Bu tipin qrafik əyrisi sınananın güclü sinir sisteminə 
malik olduğunu göstərir; 
-
 
hamar  tip:  maksimum  temp  bütün  iĢ  ərzində  təxminən  eyni  səviyyədə 
qalır.  Bu  tipin  qrafik  əyrisi  sınananın  sinir  sisteminin  orta  gücdə 
olduğunu göstərir; 
-
 
enən  tip:  artıq  ikinci  5  saniyədən  baĢlayaraq  maksimum  temp  enməyə 
baĢlayır və iĢin sonuna qədər aĢağıdakı səviyyədə qalır. Bu tipin  qrafik 
əyrisi sınananın sinir sisteminin zəif olduğunun göstərir; 
-
 
aralıq tip: ilk 10-15 saniyədən sonra iĢin maksimal tempi enir. Bu tip orta 
ilə  zəif  sinir  sistemi  arasında  keçid  olaraq  orta-zəif  sinir  sistemi  kimi 
qiymətləndirilir: 
-
 
çökük  tip:  maksimum  tempin  ilkin  azalmasından  sonra  temp 
qısamüddətli  yüksəlmə  ilə  yenidən  baĢlanğıc  səviyyəyə  qayıdır. 
Qısamüddətli səfərbərlik  qabiliyyəti sayəsində bu tip sınananlar da sinir 
sisteminin  orta-zəif qrupana aid edilirlər. 
 
Hərəkətlərin maksimal dərəcəsinin dinamikası tipləri 

232 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qrafiklər:  a)  qabarıq  tipi,  b)  hamar  tip:  c)  enən  tip;  d)  çökük  tip. 
Üfüqi xətt ilk 5 saniyədə iĢin ilkin temp səviyyəsini bildirən xəttdir.  
 
Bu  test  adətən  Ģəxsiyyətini,  xarakterini  müxtəlif  cəhətdən  ölçən 
digərləri ilə birgə kompleks Ģəklində istifadə olunur. Xüsusən peĢə yönümü 
və  fərdi  fəaliyyət  üsulunun  təkmilləĢdirilməsi  üçün  psixoloji  konsultasiya 
zamanı daha faydalı olur. TestləĢdirmə fərdi olaraq aparılır və 2 dəqiqədən 
artıq sürmür. 
 
 
L. Ġ. VASCERMAN və N. V. QUMENYUKUN DAVRANIġ FƏALLIĞI 
TĠPĠNĠN DĠAQNOSTĠKASININ METODĠKASI 
 
Hər sualı (iddianı) diqqətlə oxuyun və sizin davranıĢınıza uyğun olan cavab 
variantını seçin. 
1. 
 Sizə olurmu ki, bərbərxanaya getmək üçün vaxtı seçmək çətinlik 
çəkirsiniz? 
1) 
 heç vaxt; 
2) 
 bəzən; 
3) 
 demək olar ki həmiĢə. 
 
2. 
 Sizin iĢiniz necə, sizi "gümrahlaĢdırır" (stimullaĢdırır)? 
1) 
insanların əksəriyyətində olduğundan daha az; 
2) 
insanların əksəriyyətinin iĢində olduğu kimi təxminən eynidir; 
3) 
insanların əksəriyyətində olduğundan daha çox. 

233 
 
 
3. Sizin gündəlik həyatınız əsasən bundan ibarətdir: 
1)  həllini tələb edən iĢlərdən; 
2)  adi iĢlərdən; 
3)  iĢlər, hansılar ki, Sizi darıxdırır. 
 
4. Bəzi insanların həyatı tez-tez gözlənilməz hadisələr, gözlənilməyən 
Ģərait və çətinliklərlə doludur. Belə hadisələrlə Siz tez-tezmi rastlaĢırsınız? 
1). gündə bir neçə dəfə; 
2)  həftədə bir neçə dəfə; 
3)  təxminən gündə bir dəfə; 
4)  həftədə bir dəfə; 
4)  ayda bir dəfə və ya daha nadir hallarda. 
 
5. Əgər Sizi nəsə çox sıxıĢdırır, təzyiq göstərir, və ya insanları çoxu Sizdən 
nəsə tələb edirlər, onda Siz: 
1)  iĢtahanı itirirsiniz və / və ya daha az yeyirsiniz; 
2)  daha çox (tez-tez) yeyirsiniz və / və ya adətən yediyinizdən daha çox; 
3)  adi iĢtahada heç bir əhəmiyyətli dəyiĢiklik görməmisiniz. 
 
6.Əgər sizin çox təcili iĢlərimiz  və ya  sizi sıxan  bir probleminiz varsa: 
1.təcili tədbir görürəm; 
2.diqqətlə ölçüb-biçirəm və hərəkət edirəm. 
 
7.Siz  adətən hansı  sürətlə yeyirsiniz? 
1.Mən adətən hamıdan tez yeyib qurtarıram; 
2.Mən hamıdan tez yeyirəm; 
3.Mən bütün insanlar kimi eyni sürətlə yeyirəm; 
4.Mən insanların çoxundan yavaĢ yeyirəm. 
 
8.Sizin doğmalarınız və dostlarınız  çox tez-tez yediyinizi  sizə heç 
deyiblərmi? 
1.Bəli, çox tez-tez; 
2.Bəli, bir və ya iki dəfə; 
3.Xeyr, bunu mənə heç vaxt deyən olmayıb. 
 
9.Siz bir neçə iĢi eyni zamanda görürsünuzmü.məsələn,yeyirsiniz və 
iĢləyirsiniz? 
1.Mən mümkün olanda  bir neçə iĢi eyni zamanda görürəm; 
2.Mən vaxtım məhdud olanda bunu edirəm; 
3.Mən bunu nadir hallarda edirım və ya heç vaxt etmirəm etmirəm. 
 

234 
 
10.Sizin  dinlədiyiniz  adam öz fikrini uzun müddət  bitirə bilmirsə, sizdə 
onu tələsdirmək arzusu yaranırmı? 
1.Tez-tez; 
2.Bəzən; 
3.Heç vaxt. 
 
11.Söhbəti tez bitirmək üçün siz  çox yavaĢ danıĢanın fikrini  tez ― 
qurtarırsınızmı‖? 
1.Tez-tez; 
2.Bəzən; 
3.Heç vaxt. 
 
12.Yaxınlarınız   və dostlarınız  hər hansı bir Ģey barəsində sizə ətraflı 
danıĢan zaman  Sizin diqqətsiz olduğunuzu nəzərinnizə çatdırırlarmı? 
1.Həftədə 1 dəfə; 
2.Ayda bir neçə dəfə; 
3. Demək olar ki ,heç vaxt; 
4.Heç zaman. 
 
13.Yaxınlarınıza və dostlarınıza müəyyən vaxtda gələcəyinizi söylədiyiniz 
halda, siz tez-tez gecikirsinizmi? 
1.Bəzən; 
2.Nadir hallarda; 
3Demək olar ki, gecikmirəm; 
4.Mən heç zaman gecikmirəm. 
 
14.Elə olur ki, siz vaxtınız kifayət qədər çox olduğu halda görüĢə 
tələsəsiniz? 
1.Tez-tez olur; 
2.Bəzən; 
3.Heç vaxt. 
 
15.Məsələn, siz kiminləsə müəyyən vaxt hardasa (küçədə, metro 
vestübülündə və s.) görüĢməlisiniz və o insan  artıq10 dəqiqə gecikir, onda 
nə edirsiniz? 
1.Sakit  halda gözləyərsiniz; 
2.Var-gəl edərək gözləyərsiniz; 
3.Adətən sizin qəzet, yaxud kitabınız var,bu da gözləməyə kömək edir. 
 
16.Siz mağazada ya da yeməkxanada növbə gözlərkən nə edirsiniz? 
1.Sakit halda öz növbənizi gözləyirsiniz; 
2.Hövsələniz çatmır, amma bunu biruzə  vermirsiniz; 

235 
 
3. Elə hövsələsizlik  hiss edirsiniz ki, hətta ətrafdakılar da  bunu  görür; 
4. Növbədə  durmaqdan qətiyyərlə imtina edirsiniz, vaxt itkisindən qaçınmaq 
üçün yol axtararsınız. 
 
17.Əgər 
yarıĢ 
elementləri 
olan 
hər 
hansı 
bir 
 
oyun 
(məsələn.Ģahmat,domino,voleybol və  s.) oynayırsınızsa, onda siz: 
1.Bütün gücünüzü qələbə üçün səfərbər edirsiniz; 
2.Qalib gəlməyə çalıĢırsınız, çox canfəĢanlıq göstətmirsiniz; 
3. Ciddi oynamırsınız, oyundan zövq aldığınız üçün oynayırsınız. 
 
18.Təsəvvür üdin ki, siz və dostlarınız yeni iĢə baĢlayırsınız. Bu iĢdə 
yarıĢmaq haqqında siz nə düĢünürsünüz? 
1.Bundan qaçınmağa üstünlük verirəm; 
2.Yarıçmanı qəbul edirəm, ona görə ki, bu qaçınılmazdır; 
3.Bundan həzz alıram, çünki bu məni ruhlandırır və stimullaĢdırır. 
 
19.Siz cavan olanda insanların bir çoxları hesab edirdilər ki, siz: 
1. Çox vaxt hər iĢdə birinci və yaxçı olmağa çalıĢırsınız və bunu doğrudanda 
istəyirsiniz; 
2.Bəzən hər iĢdə birinci və yaxĢı olmağa çalıĢırsınız və bundan xoĢunuz 
gəlir; 
3.Siz  hər saman özönüzü yaxĢı hiss edirsiniz; 
4.Siz həmiĢə süstsünüz və yarıĢmağa meylli deyilsiniz. 
 
20.Sizin fikrinizcə hal-hazırda nə ilə fərqlənirsiniz? 
1.Çox vazt çalıĢırsınız ki, birinci və yaxĢı olasınız; 
2.Bəzən çalıĢırsınız birinci və yaxĢı olasınız və bundan xoĢunuz gəlir; 
3.Adətən siz özünüzü yaxĢı hiss edirsiniz (adətən siz süstsünüz); 
4.Siz  həmiĢə  süstsünüz və  yarıĢmağa meylli deyilsiniz. 
 
21.Sizin yaxınlarınızın və dostlarınızın fikrincə, siz: 
1.Çox vaxt  hər Ģeydə birnci və yaxĢı olmağa çalıĢırsınız (bunu həqiqətən də 
istəyirsiniz); 
2.Bəzən  hər bir Ģeydə birinci və ən yaxĢı olmağa çalıĢırsınız və bu sizin 
xoĢunuza gəlir; 
3.Adətən necə var, elə də sizin xoĢunuza gəlir (adətən siz süstsünüz); 
4.Siz  həmiĢə süstsünüz və yarıĢmaya meyilli deyilsiniz. 
 
22.Sizin ümumi aktivliyinizi yaxınlarınız və dostlarınız necə 
qiymətləndirirlər? 
1.Kifayət qədər aktiv deyilsiniz, ləngsiniz,daha aktiv olmaq lazımdır; 
2.Orta  dərəcədə aktivlik, həmiĢə  müəyyən bir məĢğuliyyət  var; 

236 
 
3.Çox böyük aktivlik, enerli aĢıb-daĢır. 
                                                                              
23.Sizi tanıyanlar razılaĢardılarmı ki,siz iĢinizə çox ciddi yanaĢırsınız? 
1.Bəli; 
2.Ola bilər ki,bəli; 
3.Bəlkə  də yox; 
4.Xeyr. 
 
24. Sizi yaxĢı tanıyan insanlar  sizin  baĢqaları ilə müqayisədə az enerjili 
olduğunuzla razılaĢardılarmı ? 
1.Bəli; 
2.Bəlkə  də, bəli; 
3.Bəlkə də, yox; 
4.Xeyr; 
 
25.Sizi tanıyan insanlar onunla razılaĢarmı ki,siz qısa müddətdə böyük 
həcmli iĢin öhdəsindən gələ bilərsiniz? 
1.Bəli; 
2.Bəlkə də, bəli; 
3.Bəlkə də, yox; 
4.Xeyr. 
 
26.Sizi tanıyan insanlar razılaĢarmı ki, siz tez əsəbləĢirsiniz? 
1.Bəli; 
2.Bəlkə də, bəli; 
3.Bəlkə də, yox; 
4.Xeyr. 
 
27.Sizi tanıyan insanlar razılaĢarmı ki, siz sakit həyat sürüsünüz? 
1.Bəli; 
2.Bəlkə də,bəli; 
3.Bəlkə də,yox; 
4.Yox. 
 
28. Sizi tanıyan insanlar razılaĢarmı ki,siz bütün iĢlərinizi tələsik 
görürsünüz? 
1.Bəli; 
2.Bəlkə də,bəli; 
3.Bəlkə də,yox; 
4.Yox. 
 

237 
 
29. Sizi tanıyanlar razılaĢarlarmı ki,yarıĢlar sizi sevindirir və siz qalib 
gəlməyə çalıĢırsınız? 
1.Bəli; 
2.Bəlkə də,bəli; 
3.Bəlkə  də,yox; 
4.Yox. 
 
30.Siz cavan olanda xasiyyətiniz necə olub? 
1.Tez özündən çıxan və çətin nəzarət olunan; 
2. Tez özündən çıxan amma nəzarət olunan; 
3.Kifayət qədər təmkinli; 
4. Demək olar ki heç zaman əsəbiləĢmirdim. 
 
31.Siz bugün öz xasiyyətinizi  necə təsəvvür edirsiniz? 
1.Tez özündən çıxan və çətin nəzarət olunan; 
2. Tez özündən çıxan, amma nəzarət olunan; 
3.Tam təmkinli; 
4.Demək olar ki, heç vaxt  əsəbləĢmirəm. 
 
32.Siz iĢləyərkən və kimsə (rəis istisna olmaqla) sizi iĢdən ayırmağa 
çalıĢanda öznüzü necə hiss edirsiniz? 
1.Özümü yaxĢı hiss edirəm çünki  gözlənilməz fasilədən sonra yaxĢı 
iĢləyirəm; 
2.Yüngül məyusluq hiss edirəm; 
3.Mənim iĢimə mane olanda çox əsəbləĢirəm. 
       
33.Əgər sizi tez-tez iĢdən ayırıb əsəbləĢdirirlərsə: 
1.Kobud cavab verirsiniz; 
2.Sakit  formada cavab verirsiniz; 
3.Bunun qarĢısını almaq üçün nəsə edirsiniz; 
4.Özünüzə sakit yer tapıb iĢləməyə davam edirsiniz ( əgər bu 
mümkündürsə). 
 
34.Müəyyən müddətə yerinə yetirilməsi lazım olan iĢləri tez-tez görürsünüz? 
1.Hər gün və ya daha tet-tez; 
2.Hər həftə; 
3.Hər ay və ya daha gec-gec. 
 
35.Müəyyən müddətdə bitirilməsi lazım olan iĢ sizdə: 
1.Gərginlik yaratmır, çünki adi haldır; 
2.Çox böyük gərginlik yaradır çünki iĢin pozulması çox insanların iĢinə  təsir 
edər. 

238 
 
 
36.ĠĢdə və evdə  iĢlərinizin yerinə yetirilməsi vaxtını ösünüz  müəyyən 
edirsinizmi? 
1.Xeyr; 
2.Bəli,bəzi hallarda; 
3.Bəli.tez-tez. 
 
37.Təyin olunan müddətin sonuna yaxın yerinə yetirdiyiniz iĢin keyfiyyəti 
necə olur? 
1.Daha  yaxĢı; 
2.Adi; 
3.Daha pis. 
 
38.Olurmu ki,siz iĢdə eyni zamanda iki və ya bir neçə tapĢırığın gah 
birini,gah digərini yerinə yetirəsiniz? 
1.Yox, heç vaxt; 
2.Bəli, çox az hallarda; 
3.Bəli, həmiĢə. 
 
39.Siz hazırki iĢinizdə gələn il də qalmağa razısınızmı? 
1.Bəli; 
2.Yox,mən daha çox Ģeyə nail olmaq  istərdim; 
3.Əlbəttə  yox,mən hər Ģey edirəm ki,vəzifəmdə yüksəlim  ,yoxsa çox pərt 
olaram. 
 
40.Əgər seçim qarĢısında olsaydınız nəyi seçərdiniz? 
1.Əmək haqqımı artırsınlar, vəzifəmi yox; 
2.əmək haqqı artmadan vəzifəm artsın. 
 
41.Məzuniyyətin sonunda siz: 
1.Məzuniyyəti daha bir neçə həftəliyə uzatmaq istəyirəm; 
2.Hiss edirsiniz ki,iĢinizə qayıtmağa hazırsınız; 
3.Siz istəyirsiniz məzuniyyət bitsin və iĢə qayıdasınız. 
 
42. Siz son 3 ildə  təyin olunduğundan az məzuniyyət götürmüsünüzmü? 
1.Bəli; 
2.Yox; 
3.Yox,heç vaxt. 
                                                 
43.Olurmu ki, məzuniyyətdə olduğunuz vaxt iĢiniz haqqında düĢünürsünüz? 
1.Bəli, tez-tez 
2.Bəli, ara-sıra 

239 
 
3.Yox. 
 
44.Son 3 ildə siz iĢ yerində mükafatlandırılmısınız? 
1.Yox, heç vaxt 
2.Bəzən 
3.Bəli, tez-tez. 
 
45.Siz iĢlərinizi tez-tezmi iĢdən evə gətirib məĢğul olursunuz? 
1.Nadir hallarda və ya bəzən 
2.Həftədə bir dəfə 
3.Hər zaman. 
 
46.Siz tez-tezmi iĢ qurtarandan sonra orada qalırsınız və ya iĢ günləri iĢə 
gəlirsiniz? 
1.Mənim iĢimdə bu mümkün deyil. 
2.Nadir halda, bəzən. 
3.Bəzən. 
 
47.Sizin hərarətiniz olanda, yaxud üĢütməniz olduqda, evdə qalırsınız? 
1.Bəli. 
2.Yox. 
 
48.Əgər siz hiss edirsiniz ki, yorulmusunuz iĢdən, siz: 
1.Müəyyən müddət az aktiv iĢləyirəm ki, qüvvəmi bərpa edim. 
2.Aktiv iĢləməyi davam etdirirəm. 
 
49.Kollektivdə iĢlədiyiniz vaxt baĢqaları sizdən onlara rəhbərlik etməyinizi 
gözləyirlər? 
1.Nadir halda. 
2.Tez-tez yox. 
3.Tez-tez. 
 
50.Siz günün nizam qaydalarını yazırsınız? 
1.Yox. 
2.Bəzən. 
3.Tez-tez. 
           
51.Əgər kimsə sizə qarĢı ədalətsiz olursa, siz: 
1.Bunu onun üzünə deyirəm. 
2.Buna cürət etmirəm, vəziyyətə görə hərəkət edirəm. 
3.Bu haqda heç nə demirəm. 
 

240 
 
52.Eyni iĢi yerinə yetirənlərlə müqayisədə siz səy göstərirsiniz? 
1.Daha çox. 
2.Bir az çoz. 
3.Təxminən bir o qədər. 
4.Bir az. 
5.Daha az. 
 
53.Eyni iĢi görən insanlarla müqayisədə, siz hiss edisiniz? 
1.Daha çox məsuliyyət 
2.Bir az çox məsuliyyət 
3.Təxminən bir o qədər məsuliyyət 
4.Az məsuliyyət 
5.Daha az məsuliyyət 
 
54.Eyni iĢi görən insanlarla müqayisədə, siz tələsmək lazım olduğunu hiss 
edirsiniz? 
1.Daha çox 
2.Bir az çox 
3.O qədər 
4.Bir az 
5.Daha az 
 
55.Eyni iĢi görənlərlə müqayisədə, siz: 
1.Daha çox səliqəlisiniz 
2.Bir az çox səliqəlisiniz 
3.Eyni cür səliqəlisiniz 
4.Bir az səliqəlisiniz 
5.Daha az səliqəlisiniz 
 
56. Eyni iĢi yerinə yetirən baĢqalarla müqayisədə ona Sizin münasibətiniz: 
 1. daha ciddi; 
2.bir qədər daha ciddi; 
3. baĢqalardan az fərqlənir; 
4.bir qədər daha az ciddi; 
5. əhəmiyyətli dərəcədə daha az ciddi. 
 
57. 10 il əvvəl yerinə yetirdiyiniz  iĢlə müqayisədə Siz indi bir həftə ərzində 
iĢləyirsiniz: 
1) daha çox saat; 
2) təxminən o qədər; 
3) əvvəlkindən daha az;  
 

241 
 
 58. 10 il əvvəl yerinə yetirdiyiniz  iĢlə müqayisədə indiki iĢ tələb edir: 
1)daha az məsuliyyət; 
2) bir o qədər məsuliyyəti; 
3) daha böyük məsuliyyəti. 
 
59.   ĠĢlə müqayisədə, hansını ki, Siz 10 il əvvəl yerinə yetirirdiniz, indiki 
iĢ: 
1)   daha çox nüfuzludur; 
2)  elə  o qədər nüfuzludur; 
3)   daha az nüfuzludur. 
 
60.   Siz  son  10  il  ərzində  nə  qədər  müxtəlif  iĢ  (istənilən  dəyiĢiklikləri 
nəzərə alın) yerləri və vəzifələri dəyiĢdiniz? 
1) dəyiĢikliklər bir dəfə olub ya heç olmayıb; 
2) iki; 
3) üç; 
4) dörd; 
5) beĢ və daha çox. 
 
61   Son  10  il  ərzində  Siz  vaxtın  çatıĢmazlığına  görə  öz  əyləncələrinin 
sayını məhdudlaĢdırırdınız? 
1)   bəli; 
1)   xeyr. 
 
Məlumatların işlənməsi. Hər sualda (iddiada) cavabların seçilmiĢ variantları 
ballarda qiymətləndirilir: 
 
№№ 
Ballar 
№№ 
Ballar 
1. 
13, 7, 1 
32. 
13, 7, 1 
2. 
13, 1, 1 
33. 
1, 5, 9, 13 
3. 
1, 7, 13 
34. 
1, 7, 13 
4. 
1, 4, 7, 10, 13 
35. 
13, 1 
5. 
1, 7, 13 
36. 
13, 7, 1 
6. 
1, 13 
37. 
1, 7, 13 
7. 
13, 9, 5, 1 
38. 
13, 7, 1 
8. 
1, 7, 13 
39. 
13, 7, 1 
9. 
1, 7, 13 
40. 
13, 1 
10. 
1, 7, 13 
41. 
13, 7, 1 
11. 
1, 7, 13 
42. 
1, 7, 13 
12. 
1, 5, 7, 9, 13 
43. 
1, 7, 13 
13. 
13, 9, 5, 1 
44. 
13, 7, 1 
14. 
1, 7, 13 
45. 
13, 7, 1 
15. 
13, 7, 1 
46. 
13, 9, 5, 1 

242 
 
16. 
13, 9, 5, 1 
47. 
13,1 
17. 
1, 7, 13 
48. 
13, 1 
18. 
13, 7, 1 
49. 
13,7,1 
19. 
1, 5, 9, 13 
50. 
13, 7, 1 
20. 
1, 5, 9, 13 
51. 
1, 7, 13 
21. 
1, 5, 9, 13 
52. 
1, 4, 7, 10, 13 
22. 
13, 7, 1 
53. 
1, 4, 7, 10, 13 
23. 
1, 5, 9, 13 
54. 
1, 4, 7, 10, 13 
24. 
13, 9, 5, 1 
55. 
1, 4, 7, 10, 13 
25. 
1, 5, 9, 13 
56. 
1, 4, 7, 10, 13 
26. 
1, 5, 9, 13 
57. 
1, 7, 13 
27. 
13, 9, 5, 1 
58. 
13, 7, 1 
28. 
1, 5, 9, 13 
59. 
1, 7, 13 
29. 
1, 5, 9, 13 
60. 
13, 10, 7, 4, 1 
30. 
1, 5, 9, 13 
61. 
1, 13 
31. 
1, 5, 9, 13 
 
 
 
 
Əgər balların miqdarı 167-ni ötmürsə, onda yüksək ehtimalla 
Ģəxsiyyətin davranıĢ fəallığının ifadə edilmiĢ tipi, yəni A tipi diaqnoz olunur;  
168-335 bal — A tipli davranıĢ fəallığına müəyyən tendensiya (meyl) 
diaqnoz olunur; 
336-459 — Ģəxsi fəallığın aralıq (keçid) tipi diaqnoz olunur — AB 
tipi; 
460-626 bal  — Ģərti B tipli davranıĢ fəallığına müəyyən tendensiya 
diaqnoz olunur;  
627 bal və yuxarı — Ģəxsi fəallığın ifadə edilmiĢ davranıĢının B tipi 
yüksək ehtimalla diaqnoz olunur. 
 
Nəticələrin interpretasiyası. 
 
1.
 
A tipli davranış fəallığını nümayiş etdirən  yoxlananlar üçün —A 
tipi — səciyyəvidir: 
 
-  fəaliyyətə  hədsiz  böyük  ehtiyac  —  iĢə  fövqəl  meylsalma, 
təĢəbbüskarlıq,  iĢdən  yayınmaq,  rahatlamaq  bacarıqsızlığı,  istirahət  və 
əyləncələr üçün vaxtın çatıĢmazlığı; 
-  uğur  qazanmaq  yolunda  mənəvi  və  fiziki  qüvvələrin  daimi 
gərginliyi,  narazılıq  vaxtı  həmin  mövqeyə  yenə  can  atmaqda  yüksək 
motivasiya,  məqsədə  nail  olmaqda  inad  və  fövqəl  səylər,  özü  də  həyat 
fəaliyyətinin bir neçə sahəsində eyni zamanda, "məğlubiyyətə" baxmayaraq 
məqsədə nail olmaqdan imtina etməyi bacarmamaq və s.; 

243 
 
-  gündəlik  əhatəli  və  yorucu  iĢi  yerinə  yetirmək  bacarıqsızlığı  və 
arzulamamağı; 
 

diqqətin  uzun  müddətli  və  möhkəm  cəm  olunmasına 
qabiliyyətsizlik; 
-  səbirsizlik,  hər  Ģeyi  tez  etmək  cəhdi:  gəzmək,  yemək,  danıĢmaq, 
qərarlar qəbul etmək; 
-  jestlərlə  və  mimikayla  bərkidilən  və  tez-tez  üzün  və  boyunun 
əzələlərinin gərginliyi ilə müĢayiət olunan enerjili, emosional danıĢıq; 
-  impulsivlik,  mübahisələrdə  emosional  təmkinsizlik,  sonuna  kimi 
həmsöhbəti dinləmək bacarmamağı; 
- yarımağa, rəqabətə və tanınmaya meyl, özündən razıolma, planların 
həyata keçirilməsinə mane olan Ģəxslərə qarĢı hirs və acıqtökmə və s.; 
-  kollektivdə  və  ya  Ģirkətlərdə  hökmranlığa  cəhd,  xarici  Ģəraitlə  və 
həyat çətinlikləri ilə əlaqədar frustrasiyaya yüngül meyl. 
 
2. A1 tipinin davranış fəallığına tendensiyalı diaqnoz olunan şəxslər 
üçün tipikdir: 
-  yüksək  iĢgüzar  fəallıq,  inad,  iĢə  həvəs,  məqsədyönlülük.  Ġstirahət 
üçün  vaxtın  çatıĢmazlığı  müəyyən  dərəcəyə  qədər  qənaətcillik  və  əsas 
fəaliyyət  istiqamətini  seçmək  bacarığı,  qərarın  sürətli  qəbul  olunması  ilə 
kompensasiya olur; 
- enerjili, ifadəli danıĢıq və mimika;  
-  emosional  cəhətdən  zəngin  həyat,  Ģöhrətpərəstlik,  müvəffəqiyyətə 
və  liderliyə  cəhd,  əldə  etdiklərindən  natamam  məmnunluq,  görülmüĢ  iĢin 
nəticələrini daimi yaxĢılaĢdırmaq arzusu; 
- tərifə və tənqidə həssaslıq;  
-  stressyaradıcı  vəziyyətlərdə  əhval-ruhiyyənin  və  davranıĢın 
dayanıqsızlığı; 
-  rəqabət  göstərməyə  cəhd,  ancaq  özündən  razılığı  bildirmədən  və 
təcavüzkarlıqsız; 
- nəzərdə tutulmuĢ planların icrasına mane olan Ģərait vaxtı asanlıqla 
həyəcan yaranır, Ģəxsiyyət üzərində nəzarətin səviyyəsini enir, eyni zamanda 
iradənin hesabına aradan qaldırılır. 
 
3.  keçid  davranış  fəallığının  tipi  diaqnoz  olunan  şəxslər  üçün  (AB) 
aktiv  və  məqsədyönlü  iĢgüzarlıq  səciyyəvidir,  maraqların  müxtəlifliyi, 
iĢgüzar  fəallığı  tənzimləmək  bacarığı,  iĢgüzar  fəallığını  məharətlə  təĢkil 
edilmiĢ  istirahət  ilə  əvəzləmək  bacarığı;  motorika  və  danıĢıq  ekspressiyası 
orta ifadə edilmiĢdir. 
AB  tipinə  aid  Ģəxslər  üçün  davranıĢda  emosional  sabitliyi  nümayıĢ 
etdirir  və  hökmranlığa  açıq  meyli  göstərmirlər,  amma  müəyyən 

244 
 
vəziyyətlərdə  və  Ģəraitdə  lider  rolunu  əminliklə  öz  üzərinə  götürürlər, 
davranıĢda  emosional  sabitlik  və  təmkinlik  nümayiĢ  olunur,  fəaliyyətin 
müxtəlif növlərinə yaxĢı uyğunlaĢma qabiliyyəti var. 
 
4.  B1  tipinin  davranış  fəallığına  müəyyən  tendensiya  diaqnozu  olan 
şəxslər üçün rasiolnallır səciyyəvidir. 
 
Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin