Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə30/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   26   27   28   29   30   31   32   33   ...   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Sabaki Kafkasskiye...!



78

 

Yaşıl gözlü qız məni tələsik aralayıb adam boyu 



olmuş gicitikanlığa tərəf apardı. Aleksandr 

Sergeyeviçin səsi küçəni başına götürmüşdü: 

 

-Padonki Kafkasskiye, ubyu vas...!



79

 

Gicitikanların arasında bürüşüb oturmuşdum, qız 



qoruxduğumu hiss eləyib gülümsəyirdi. Elə bil 

gicitikanlıq qapıydı, qapını açıb Aleksandr Sergeyevıçı 

çağıracaqdı ki, burdadı gəl; üzündə belə bir 

çoxbilmişlik dolaşırdı. Adamboyu olmuş gicitikanın 

birini kökündən əyib əllərimin üstə qoydu, tikan əllə-

rimi dalasa da hiss elətdirmədim. Qız tikanı canımın 

açıq yerlərinə sürtə-sürtə: 

-Seryozna, sto vı xatite?! Zaçem priyexali?

80

  

Xəyaldan ayrıldım, Aleksandr Sergeyeviçin 



qurumuş ağaca oxşayan sifəti gözümün qabağından 

çəkilib getdi, o vaxt da indinin özündə də dərin 

peşmançılıq yaşasam da düşüncəmdə qəribə rahatlıq, 

dinclik qalmışdı, xatırlamalar narahatçılığımı, 

sıxıntılarımı aparmışdı...   

 

                                                           



78

 Qafqaz kökəkləri! 

79

 Alçaq Qafqazlılar, öldürəcəm sizi. 



80

 Doğrudan, nə istəyirsiniz, nəyə gəlmisiniz? 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Tanıya bilmədiyim qadın səsi yaddaşımda yenidən 



səsləndi... başqa çarə yoxdu, oturub gözləməliyəm, 

yəqinki o səs zəng edib bir də deyəcək, “Teymurun 

cənazəsini gətirirlər, Urusetdən...!” Doğrudan da 

birdən-birə darıxmaq hissi üstümə duman kimi çökdü, 

bayaqdan başımı qatan şeylər darıxdırdı məni. Evə 

gəlib telefonun yanındaca oturdum 

“Bioloq Teymur olmaz... Dünən danışmışıq 

telefonla, amma ölümə nə var ki, qaşla göz 

arasındadı”, bu arada bunu da fikirləşdim. 

Gün günortadan keçib, mən donmağa qoyduğum 

stəkanları soyuducudan çıxartmışam, pəncərəyə sarı 

tutub rənglərinə baxıram. O qədər də fərq hiss 

etmirəm, daha doğrusu, hələlik fərqi seçə bilmirəm, 

yəqin bununçün də hazırlaşmaq lazımdı. Mən 

stəkanlarla üz-üzə xeyli oturmalı oldum; bilməliyəm ki, 

üstünə qışqırdığım su hansıdı, sevib oxşadığım 

hansı...hər halda diqqətlə baxanda birinin içində elə bil 

dolaşıqlıq var, pəncərəyə sarı tutub bir də baxdım, 

donmuş buz parçası ayın tərkibindəki göyümsov dağ, 

daş cizgilərinə oxşayır. Fərqi hiss etdiyimə görə 

rahatlaşdım. 

Telefon da elə bu vaxt səsləndi. 

-Dayı...  -dinmədiyimi  görüb  bayaqkı  quruyub  suyu 

süzülmüş  səs  məni  çağırır.  -Dayııı...  Səsi  indi  tanıyıram, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

hıçqıra-hıçqıra, dayı, deyəndən sonra. Bacım qızıdı, deyir, 



-  Ryazanın  Şilə  kəndində  Teymuru  maşın  vurub,  dayı, 

başına dönüm... 

Özümə  gələ  bilmirəm,  artıq  anlamış  olduğum  səsin 

əslində  niyə  belə  dediyi  çatmır  mənə...“Şilə  malı  son 

pencəyim  üzüldü,  düşdü  əynimnən...”  fikrimnən  Nazim 

Hikmətin  misraları  keçir.  “İndi  sən  mənim  saçlarımın 

ağında, ürəyimin infarktındasın...” 

 

*** 



 

-Ağlamağımı isəyirsən, dayı? 

Bacımın oğlu Teymurdu, on yeddi yaşı təzəcə tamam 

olub.  Bakıdan  bura  o  boyda  yolu  sürüb  bacımın  sözüylə 

“başına ağıl qoymağa...” gəlmişəm. Uşağın belə deməyinə 

tüküm  ürpəşdi,  gözlərimi  yoldan  çəkib  ötəri  ona 

baxdım...Daş  yoldu,  daşları  nece  gəldi  düzüldüyünə  görə 

maşın beşik kimi çalxalanır...  

 

 

-Boyu  çıxmamış  fikrinnən  keçənə  bax?!  -  Bacım 



pərtlyini  gizlədə  bilmir,  əllərini  havada  oynada-oynada 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

gah  gülür,  gah  ağlayır.-Gör  kimi  istəyir?  Axsaq  Gevorqun 



qızını...!  -Sonuncu  sözləri  özü  öz  ağzına  vura-vura  deyir, 

yəqin istəmir ki, oğlu eşitsin. 

-İstəmək, sevgi, - deyirəm, - erməniyə, türkə baxmır 

ki.-Bərkdən gülürəm. -Sevgi kopoğlu şeydi! 

Anam  nece  eləyirdisə  bacım  da  eləcə  eləyir;  özü  öz 

saçlarından yapışıb didişdirir: 

-Sənin özün onnan betərsən, kiri...! -Anamın dediyini 

deyir.-İndi  mən  hansınızın  dərdinizi  çəkim,  kim  ağıl 

verəcək ona.  

-Yaxşı, - deyirəm, -ürəyini sıxma, başa salaram. 

 Teymuru  götürüb  erməni  kababxanasına  aparıram 

ki, söhbətimi orda eləyim. 

-Neçə yaşın var? 

-On yeddi... 

Bir  az  yaşlı  görünür,  bəlkə  də  “ayıq”  desəm  daha 

düzgün  olar.  Uşaqlığı  yadımdadı;  dili  açılandan  ona-buna 

salam verirdi, gözünə kim göründü, -Salam əleyküm... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Atası əvvəlcə narahatçılığını mənə bildirdi, onda Tey-



murun hardasa dörd yaşı olardı. 

-Bu  uşaq  məni  utandırır,  -dedi,  -kim  gəldi,  gözünə 

kim  göründü,  salam  verir.  İnanırsanmı,  -sözünə ara  verib 

yerində silkələndi, - salam verməkdən ötrü qonşuya gedir. 

Saatlarla  yolun  üstə  oturub  adam  gözləyir  ki,  salam 

versin...Bilmirəm neynim... 

-Bilirsən,  -dedim,  -  niyə  erməni  kababxanasına 

aparıram səni? 

Saçları  o  qədər  qaradı  ki,  qaralığından  bərq  vurur, 

deyəsən  bir  az  da  yağ  sürtüb,  bığ  yeri  yenicə  tərləsə  də 

üzünü  çoxdan  qırxır.  Bacım  da  məktubunu  elə 

başlayıb...“Bilmirəm  getdi  kimə  oxşadı,  (mənim  adımı 

demək istəmir) işi peşəsi də saçlarını yağlayıb ortalıqlarda 

gəzməkdi. İndi də tosoy Gevorkun qızını istıyir, deyir, onu 

almasanız bir də üzümü görməyəcəksiniz. Başına dönüm, 

gəl onun başına ağıl qoy...” 

-Bilirəm,-  dedi,-  bilirəm,  niyə  erməni  kababxanasına 

aparırsan  məni,  -  çiynini  qısıb  güldü.  Elə  bil  tay-tuşuyla 

danışırdı... -Gevorkun qızına görə,  çox sağ ol ki, məni ora 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

aparırsan.  Mən  Gevorkun  qızını  istəyirəm,  dayı.  Bacına 



ağıl ver, sən canın... 

Yamacı aşan kimi balaca bir göllə üz-üzə çıxdıq, 

balaca bir göldü,  baş yol ona dəyib burulur, bir az aralıda 

da erməninin kababxanasıdı, özü görünməsə də tüstüsü elə 

indiddən əl eləyir.  

Teymur elə maşındaca dikəlb gölə sarı dartındı: 

-Dayı, -dedi, -bir gün eşidəcəksən ki, maşın qarışıq bu 

gölə düşmüşəm. 

-Niyə?-deyib  maşının  sürətini  azaltdım,  tamam 

durduq. 


-Bilmirəm,  -dedi,  -  amma  maşınım  olsa  özümü 

saxlaya  bilməyəcəm...  Ba-aax,  gör,  o  gölün  ortası  adamı 

nece çağırır, özü də maşın qarışıq... 

Mat-məətəl  maşından  düşdüm,  o  da  düşdü,  yanaşı 

dayandıq.  İçində  itib-batdığımız  təbiyətin  özü  kimi  yaşıla 

çalan gözlərini gölə zilləmişdi. Bayaq özü nece demişdisə 

eləcə  fikrimdən  keçir.  “həə...doğrudan  da  bir  gün 

eşidəcəm  ki,  Teymur  maşın  qarışıq  özünü  gölə  atıb... 

Deyirlər,  dayısına  oxşayır,  amma  mən  belə,  bu  cür,  hər 

şeyi  yarıb  keçən  deyiləm,  hər  şeydən  çəkinən,  daha 

doğrusu  qorxan,  ölçü-biçini  bilən,  səliqəli,  dayan  görək 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

nolur,  deyə-deyə  son  sözünü  saxlayan...Belə  olmağı  kim 



öyrətdi  mənə?!  Budu  eey,  yollar  öyrətdi...”,  bir  anlığa 

keçib  getdiyim  yollar,  səfərlər  düşüncəmdə  xəritə  kimi 

canlandı  da,  söndü,  “...bax,  həmin  yollardı  kənddən 

çıxandan burnuma döyür; “...yola gəl...deyir”, istədim bu 

düşündüklərimin ardınca, kafir, deyəm, “dinə gəl, kafir”, -

tamam başqa şey soruşdum: 

-Kimin  maşınıyla  düşmək  istəyirsən,  gölə?  -  Başımla 

da gölü göstərdim. - Atanın? 

-Yox... 

 

 



 

-Bəs  kimin?  Gevorquun...?  Qaynatavıın?!-  Bərkdən 

güldüm,  o  da  mənə  qoşuldu.  Qayğısız  idi,  zərif,  yaraşıqlı 

çöhrəsiylə  uyuşmayan  bədəni  gərilir,  əzələlərinin 

dikəldəyi köynəyindən bilinirdi. 

-Bəlkə  elə  gəlmişkən,  bir  yedə  atdanaq  gölə?!-

Zarafatdan  əl  çəkmək  istəmirdim,  bu  da  heç  yerinə 

düşmədi. 

-Yox,  -dedi,  -dayı,  gəlmişkən  gedək,  Süsəni  görək, 

elçilik  eləyək,  sonra...  -Özünü  düzəldib  saçlarını 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

sığalladı...-Eşitmişəm, sən də erməni qızı istəmisən. Noldu 



bə, niyə evlənmədiz? 

-Erməniylə  evlənmək  olmaz.  Sevmək  olar,  amma 

evlənmək  yox...  -Mən  onun  çaşqınlığını  anlayıb  əlavə 

elədim.-Bacıma,  elə-obaya  görə  də  yox,  öz  inandığıma 

görə deyirəm... 

-Niyə? 


-Özün görəcəksən. 

-Dinimizə  görə deyirsən? Müsəlman,  xristiyan... ona 

görə deyirsənsə səhv eliyirsən. Heç allahın da müsəlmanı, 

xristiyanı yoxdu. Allah Allahdı... 

Özümdən  asılı  olmadan  gözlərimin  dibi  göynədi, 

hönkürüb ağlamaqdan özümü güclə saxladım: 

-Süsəndi adı? -içimi arıda-arıda soruşdum. 

-Susana... amma mən Süsən deyirəm... 

-Türkləşdirirsən,həə, indidən?! 

Dinmədi,  istədim  deyəm  ki,  səninki  elə  bu  olacaq, 

yəni  Susannanı  Süsən  eləmək,  ancaq  bu  qədər...Hələ 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

gözləyirlər, ailə qurannan sonra gör nələr eləyəcəklər, gör 



nece  erməniləşdirəcəklər...  ailəni.  Uşaqların  erməni 

olannan  sonra  sən  neynəyə  bilərsən...onda  görəcəksən 

nələr olacaq. 

-Erməni  qızı  evlənməkçün  deyil  ki,  -  bu  fikri  bayaq 

demişdim bir də dedim, - erməni qızı sevişməkçündü. 

-Evlənmək nədi bəs, dayı, sevişmək deyil? 

Söhbətimizi dəyişməkçün: 

-O sənə nə deyir, bəs?  Timaaa?! 

 

 

 



Tima niyə, Teymur, deyir. Hələ, deyir, hansı ana ba-

bamınsa adı da Teymur olub. 

-Doğrudan? 

-Hə,  dayı,  görəcəksən,  elə  yaxşı  qızdı...!  Deyir,  hansı 

babamsa Teymur ləngin ordusunda əsgər olub. 

“Ermənidən  əsgər  olmaz”  fikrimdən  keçir,  ona  görə 

də  tanıdığım-tanımadığım  ermənilər  gözlərimin  qarşısına 

gəlir,  hamısı  da  gördükləri  işin  üstündə...amma  üz-



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

gözlərində gördükləri işin yox, görmədikləri gizlin, dolaşıq, 



anlaşılmaz işlərə hazır olan bir rəng...  

Onları  kişili-arvadlı  bir-birinə  bənzədən  də  həmin 

rəngdi;  guya  iş  görürlər,  əslində  alt  qatlara,  gizlində olan 

işlərə  hazırlaşırlar...belə  düşünürəm,  Teymura  da  heç  nə 

demirəm, doğrudan da nə deyim, heykəllərdən danışsam, 

desəm  ki,  bunlar  adi  heykəllər  deyil,  baş  daşları  olsa  da 

abidələrimizdi,  qəbr  üstləridi,  desəm  ki,  binlar  bizim 

minilliklər 

boyu 

yer 


üzünə 

yazılan 


tariximizdi, 

inanmayacaq,  desəm  ki,  bu  qəbrüstlərinə,-  bu 

heykəllərəcən  küp  qəbirlərimiz  olub,  yəni  ölənlərimizi 

ölmədiklərinə  inandığımız  üçün  küp  qəbirlərə,-ana 

bətnindəymişlər 

kimi 


yenidən 

ana 


bətninə 

göndərərdik...Hə, 

Teymura, 

daha 


doğrusu, 

indininTeymurlarına belə şeyləri demək artıq gecdi, onsuz 

da  heç  biri  inanmayacaq,  nəinki  inanmaq,  heç  eşitməyə 

həvəsləri  olmayacaq,  darıxıb  özlərinə  iş  arayacaqlar. 

Beləcə  gecikdik,  heç  vaxt  Vaxtın  sözünü  demədik, 

baxmayaraq bilirdik ki, hər zamanın özünün sözü var... 

Ona  görə  də  istədim  deyəm  ki,  ermənidən    əsgər 

olmaz, demədim, amma,  onu dedim ki, yaxşı iş quran olar, 

yəni  inandırsan  ki,  o  dağın  altında  bir  dənə  erməni  hərfi 

qalıb,  erməni  yazısından  bir  hərf,  gedək  o  dağı  çapaq, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

erməni 


hərfini 

çıxardaq, 

gör 

nece 


sevinə-sevinə 

gələcək...Deməli o, ayrı cür əskərdi... 

Maşını  addım-addım  sürürəm,  buna  səbəb  bu  cür 

düşüncələrlə 

yanaşı 

daha 


çox 

kababxanaya 

yaxınlaşmağımızdı. Əslinə qalsa Gevorqun kababxanasına 

nə  üçün  getdiyimi  bilmirəm,  Teymur  elçilik  etməyimi 

istəyir,  maşını  yavaş  sürməyimin  bir  səbəbi  də  elə  budu, 

gedib nə deyəcəm... Nə isə, bacıoğluna qonaqlıq verərəm, 

yeyib-içib qayıdarıq, bu fikir daha çox ağlıma batdı... 

Yoldan  azca  aralı  qoç  heykəllərini  görüb  elə  bil 

yuxudan  ayılıram,  neçə  illərdi  unutmuşam  tamam,  heç 

yadıma  da  düşməyib  ki  burda  belə  abidələrimiz  var,  indi 

də  görməsəydim  yadıma  düşməyəcəkdi.  Baxmayaraq 

uşaqlığımız  elə  buralarda  keçib,  kənddən  bura  o  boyda 

yolu  heykəlləri  minməyə  gələrdik,  heykəlləri  minməyə... 

işə  bax,  bu  heykəllərin    əslində  nə  demək  olduğunu  bir 

adam bizə deməyib; on il orta məktəblərdə oxumuşuq, nə 

qədər  müəllim  görmüşük,  savadlı-savadsız  müəllim 

ordusu, heç biri heç nə bilmədi. Yalnız bir dəfə yaxınlıqda 

qoyun otaran çoban: 

-Bunlar bizim ölənlərimizdən qalmadı, a bala, bunları 

bir  zamanlar  bizim  ölənlərimiz  qoyub  gedib,  yoxsa 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bunların  burda  nə  işi  var,  minməyin,  günahdı,  ruhlarını 



incitməyin... atmı yoxdu, minməyə, eşşəkmi yoxdu. 

Çobanın  dediyini  də  axıracan  heç  kəs  anlayammadı. 

Sonra da söz yayıldı ki,  bu heykəllərin içində qızıl var, bir 

erməni,  dedilər,  nə  vaxtsa  bir  qoçun  başını  sındırıb 

içindən  beş  kilo  qızıl  çıxardıb.  Ondan  sonra  özümüz 

daraşıb qırıb dağıtdıq... 

Maşını  saxlayıb  düşdüm,  heç  gözümü  açıb  ətrafa 

baxmaq  istəmirəm.  Birdən-birə  hiss  elədim  ki,  ən  doğru, 

ən gerçək olanı elə bu, tarixini bilmədiyimiz, bilmədiyimiz 

üçün  də  anlamadığımız  şeylərdi.  Gerçək  olan  bir  də  qoç 

heykəllərindən 

yuxarıda 

ermənilərin 

uçurduqları 

xarabalıqları  görükən  abidələrin  qalıqlarıdı,  kəndin-

kəsəyin  adının  ucdan tutma  ermənicəyə  dəyişdirilməsidi, 

qalan  nə  var,  yalandı...  Dönüb  bacıoğluna  baxdım,  nə 

deyim ona, dibçək çiçəyi kimi harda varsa, ancaq ora aid 

olan,  yaraşıqlı,  şumal, bütün  düşündükləri  dilinin  ucunda 

bir yenyetmə...Yəqin ki, heç bilməz milliyə nədi, millətçilik 

nədi.  O  gün  anası  telefonda  deyir,  bacın  oğluna  nə 

demisən  ki,  yapışıb  yaxamnan  ki,  məni  niyə  rus 

məktəbinə  qoymusuz,  niyə  rusca  oxutmusuz  məni.  Mən 

də deyirəm, həə, doğrudan da səhv eləmişəm, rusca yox, 

gərək  ermənicə  oxudaydım,  erməni  axçikini  də 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

tapmısan...  -telefonda  uğunub  getsə  də  hirsini  gizlədə 



bimədiyi  aydınca  hiss  olunurdu.  Həmin  anda  da,  yəni 

gülməyinin  içində  də  kövrəlib  ağlamsınır.-  Getdi  kimə 

oxşadı, bilmirəm, -deyir, hıçqıra-hıçqıra.  

-İndinin uşaqları, -deyirəm, - daha çox içində yaşadğı 

vaxta oxşayırlar...! 

 Nə demək istədiyimi o qədər də yaxşı anlamır. 

-Gəl, deyir, -səni gözləyirəm, gəl, onu başa sal, sənin 

sözünnən çıxmaz.  

 İndi  dayanıb  yaraşıqlı  boy-buxunuyla  kababxanaya 

sarı  boylanır,  ordan  bura  gəlmişəm,  heç  nə  deyə 

bilmirəm,  daha  doğrusu,  demək  istədiklərimdən  o  qədər 

uzaqdı  ki,  söz  tapa  bilmirəm.  Gərək  vaxtında  deyiləydi, 

atası  deyəydi,  anası  deyəydi,  vaxtında  deyilmədiyi  üçün 

artıq  çox  gecdi...İndi  özünün  düşündükləri  var,  elə  şeylər 

deyir  ki,  donub  qalıram...Rayon  bazarından  gələn 

kəndçilərimizi göstərib: 

-Bu  qədər  paltar  olar  ki,  -deyir,  -dayı...bu  camaat 

geyinib. Belə papaq olar?! İnanmıram ki, əvvəllər də belə 

geyinmişik.  Deyirlər  ki,  biz  belə  döyüşkən  olmuşuq, 

babalarımız  dövlətlər  yıxıb,  dövlətlər  qurub!  Hanı?  Bu 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

geyimnən  neynəmək  olar,  döyüşmək  olar?  Ona  bax,  -



deyir, -  nolsun  molladı,  ərəb  mollası deyil  ki,  Azərbaycan 

mollasıdı, niyə ərəb kimi geyinir.? Milli-milli deyirsən, qoy 

bizim  öz  milli  paltarımızı  geyinsin,  “Quran”da  deyilməyib 

ki,  hamı  ərəb  kimi  geyinməlidi...  Müsəlman  olmaq  ərəb 

olmaqdı, bəyəm?! 

Heç  nə  demirəm,  altdan-altdan  gülürəm  sakitcə, 

amma fikirlərinin dəqiqliyinə tüklərim ürpəşir: 

-Vaxtın oğlusuz, daa... -deyirəm. -Görünür, vaxtın da 

öz dili var, o dili siz bilirsiz. 

-Həə,-deyir,-hərə öz vaxtının oğludu... 

Doğru deyir. Vaxtın öz dili var, amma gərək vaxtı düz 

anlaya  biləsən,  yalanını,  gerçəyini  başa  düşəsən,  vaxt 

aldada  bilir  adamı;  al  diliylə  aldadıb  aparır,  o  yerlərə 

aparır ki, bir də qayıda bilmirsən...  

Biz  də  aldandıq,  hər  şey  əlimizdən  çıxdı,  heç  nəyə 

yiyə  durmadıq.  Axsaq  Gevorq  da  dörd  yanını  yiyəsiz 

gördüyü  üçün  hər  tərəfə  traktor  saldırdı,  abidə  qarışıq, 

şumlatdırdı.  Elə  dağıdanların,  yıxanların  çoxu  da 

özümüzkülərdi...biri  elə  Teymurun  atasıydı:  “Əə,  yıx, 

dağıt,  məscid  döyül  ki,  Allahdan  qorxasan,  kafır 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

tikilisidi...”  Beləcə,  axsaq  Gevorqa  işlədik  hamımız,  çünki 



Vaxt  axsaq  Gevorqa  dil  vermişdi;  barmağını  hara  tuşladı 

yıxdıq...Bəs  heç  yanda,  tarixin  heç  bir  dönəmində 

olmayan  qədim  Ermənistanı  niyə  axtarırılar?  Dünya 

tarixçiləri  bilə-bilə  ki,  heç  bir  dənizdən  heç  bir  dənizə 

böyük  Ermənistan  olmayıb  niyə  dizin-dizin  sürünürlər? 

Ermənilərin 

məktəblərdə 

oxuyub 


öyrəndikləri 

Ermənistanı  bulmadıqca  niyə  qışqırıb  ağlaşırlar?  Buna 

səbəb  nədi?  Buna  səbəb  tarixin  yalanlarıdı,  tarix 

saxtakarlıqlardı... 

Axsaq  Gevorq  da  ona  görə  min  illərdən  qalma 

abidələrin  üstünə  düşmən  üstə  gedirmiş  kimi  getdi, 

Teymurun  atasını  da  inandırdı.  Teymurun  atası  da  ona 

görə bir vaxt, əlini yelləyib: 

-Gəlin...!  -dedi,  yanındakılara,  -hərəniz  bir  yannan 

düşün, uçuraq... 

Amma  hardan  biləydi  ki,  min  il  qabaq  elə  burdaca 

ikinci babası Alıca Günə bu dikə çıxıb həmin səslə, həmin 

dillə abidənin daşlarını qaldıranları haylayırdı:   

-Ha,  qaldırın,  başınıza  dönüm,  gerçəyin  daşlarıdı, 

gerçəyə qaldırın! 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Teymurun  atası  bütün  bunları  bilmirdi,  bimədiyi 



üçün də o vaxtlar yol briqadiri işləyən axsaq Gevorqun bir 

barmağının  işarəsiyllə  tay-tuşlarını  başına  yığıb  babasının 

tikdirdiyini min il sonra iştahla, həvəslə dağıdırdı. 

İnidi  də  traktor  işlədirdi,  indi  də  dağıtmağındaydı, 

hara  buyrurdular  ora  gedirdi,  dağıda-dağıda...  istər  tik, 

istər  sök,  onunçün  bir  şeydi,  axşama  heç  nə  qazanmasa 

da  bir  arağı  olmalıydı...Oturub  oğluna,  oğlu  olmasa  da 

evinə-eşiyinə göz vura-vura arağını içirdi: 

-Axsaq  Gevorqun  qızı  nə  təhərdi,  əə?  Yaxşıdımı?!-

Oğlundan  soruşurdu,  oğlu  olmasa  da  evindən-eşiyindən 

soruşurdu. 

Əslində bütün bunlar arvadına eşitdirmək üçün idi. 

-Nolar,  ata-oğul  ikiniz  də  birləşib  sataşın  mənə, 

erməni qızı da gəlib qulluq eləyər,  erməniyə oxşadar sizi, 

onsuz  da  oxşuyursuz  yavaş-yavaş.  -Arvadı  ağlaya-  ağlaya 

evi-eşiyi qatıb  –qarışdırardı. Sonra da götürüb qardaşına, 

yəni  mənə,  zəng  edərdi.  -Gəl,  gör  neynirsən,  bunlar 

mənim axırıma çıxacaq... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin