2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Bunları ölümnən qurtardı, yaxşı oğlandı.
“...Yaxşı oğlandı...?! Yaxşı oğlan” - Əli avtomatlı
belə deyə-deyə mənə bir-iki addım qalmış dayandı. -
Yaxşı oğlan, Sevortyanın qızını almağın nə demək
olduğunu bilirsən yəqin?- dedi, tikanlı-tikanlı
gülümsədi, mənimçün gülümsəyirdi.- Sevortyanın qızını
almaq erməni olmaq deməkdi. Elə deyil?
Seda nə hiss elədisə aralarından keçib gəlib
yanımda dayandı.
-Ola bilsin elədi, - dedim, mən də onun üzünə
gülümsədim, - amma mən dönüb erməni olsaydım,
Seda məni sevməzdi.
Saqqallı bir anlığa donub qaldı, bozarmış saqqalı
biz-biz olmuşdu, qanrılıb yanındakına baxdı,
şaqqıltıyla avtomatın çaxmağını çəkdi:
-Olmaz, indi yeri deyil!- Əlində telefon olan belə
dedi də tələsik yaxınlaşdı. - Bizi yola salmağa
gələcəklər, planlarımızı pozma. Siz qızı götürün,
mayorun qızını...!
Seda çarəsizliyini indi anladı, başını sinəmə qoyub
səssizcə hönkürdü, götürüb apardılar. Saqqallı
tilefonunu Sedanın gözünün önündə silkələyə-silkələyə:
-Qışqırsan ağzını bağlayacam, tərpənsən əllərini,
oldu?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Daha Sedanın üzünü görmədim, əskərlərin
dayandığı yerə aparırdılar... Əli avtomatlı hələ də
arada dayanmışdı, gözlərini məndən çəkmirdi:
-Hı, yaxşı oğlan...?!
Dönüb həyətə göz gəzdirdi, sakitləşə bilmir, söz
tutub onu...
Tüfəngin qundağını yerə qoyub lüləsindən
içəri baxır, məni axtarır, bəlkə də məni orda görür,
avtomat silahının lüləsində... Belə fikirləşdiyimə görə
özümdən asılı olmadan gülümsəyirəm; o da az qalır,
tüfəngi gəmirsin...“ niyə qorxmur bu alçaq türk, “...çi
vaxanum...”
Mən də bayaqdan sinəmi onun əlindəki silaha
açmaq istəyirəm, avtomat gülləsinə, bu iki daşın
arasında mənim də türkçülüyüm tutub, əynimdə nə var,
parçalayıb, cırıb dağıtmaq... “Vur, Siranuş
Sumikyanın əskəri, vur! Nə qədər ki, ağaların
silahlandırıb səni, vur! Bil ki, nə əlindəki tüfəng
sənindi, nə əynindəki paltar, nə ayağın alytındakı
torpaq...”
-Yaxşı oğlan, - Bu dəfə bərkdən dedi, dönüb ətrafa
göz gəzdirdi, ağlına gəlməz ki, mən azdan-çoxdan
ermənicəni bilirəm, yoxsa ermənicə deyərdi, rusca dedi.
- Bunların elə yaxşılarını öldürmək lazımdı...ki, pisləri
çoxalsın...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ürəyi soyumurdu, onsuz da illər boyudu soyumur,
indən belə də soyumayacaq, neynir eləsin, istəyir
əlindəki silahı hara gəldi boşaltsın,
“... erməni ürəyini
soyutmaq istəyirsə gərək görməyini yığışdırsın,
baxmasın gərək...hara baxsa türkü görəcək,” –
yadımdadı bunu Sedaya deyəndə əvvəl bir şey
anlamadı.
-... aydın danış, görək... -dedi, küçənin ortasında
dayandı,-səni gedə-gedə başa düşmək olmur. Deməsən
getməyəcəm!
-...yəni, erməni türkün yaşamağını istəmir, bilirsən
niyə?
-həə...
-çünki türkün düşüncəsinnən qıraqda heç nə
yarada bilmir, yeyir, oynayır, oxuyur, geyinir, sonra
baxıb görür ki, hamısı türkündü, yediyi yemək,
oxuduğu mahnı, geydiyi paltar... Neynəsin, çılpaq
gəzsin...
-Bilirsən, Qrant Matevosyan nə yazıb bu
yaxnlarda? Yazıb ki, “...biz ermənilər XX əsrdə üç
sivilizasiya mərkəzini itirdik, Tiflis, Bakı, Stanbul...
Birdən-birə həyətdəki hərəkətin, - yerişin-duruşun
dəyişməsi məni xəyaldan ayırdı; hamı birdən birə
tələsməyə başlamışdı, danışıqlar da yanakı, - tələsik idi,
amma bərkdən deyildi, ona görə də daha yadda qalan,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
daha yapışıqlıydı. Əli boş adam yoxdu, bağlamalarda,
örtülü qablarda nəsə aparırdılar, yüklərin içi görünməsə
də ağlıma silahdan başqa heç nə gəlmirdi, qorxydan,
narahatçılıqdandı yəqin ki...
Həyət qapısı yarı açıqdı, qapının arasından iri
maşın təkərlərini görürəm, səsdən də anlayıram ki,
hərbi maşınlar keçir. Sonra qapının ağzında
dayandılar...Sedanın səsi gəlirdi, adamların arasından
görəmmədim, adımı deməsə də səsində məni çağırmaq
vardı...Baş qarışıqdı, mən çıxıb öz maşınıma oturdum,
üzüm hərbi maşınların getdiyi səmtin əksinəydi, elə o
səmtə də sürüb uzaqlaşdım... güzgüyə baxan kimi Sahib
Sənanı gördüm, yanında da məni döyən adamlar,
həmin həyətin qapısını bağlayırdı... yəqin ki, Qələyə
kəndinin kolxoz sədri, Sosyalist Əməyi Qərəmanı
Bəhram kişinin evini ona tapşırıblar... Kim tapşırıb?
Ermənilər, yoxsa bizimkilər? Hər ikisi mümkündü...
Bəs, Bəhram kişinin oğlu, qızı hardadı, görəsən?
Birdən-birə ağlıma gələn bu fikir məni ayıldır, ətrafa
baxıram, heç nə, heç yan tanış deyil. Yollar açıq olsa
da hər tərəf qardı, niyəsini bilmədən tanımaza-bilməzə
üzü dağlara tərəf gedirəm, səmtimi itirmişəm, kəndə
hansı tərəfdən girməyim yadımda deyil. Hər halda
qaranlıq düşməmiş qayıtmalıyam. Şəhərin hansı
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
səmtdə olduğunu bilməkşün döyüldüyüm yeri tapam
gərək. Dayanıb maşından çıxmalı oldum...
-Azadlıq! Azadlıq!
Səs elə bil canımdan çıxdı, əllərimi başımın üstə
qaldırıb silkələdim, heç kəs yoxdu, amma birdən- birə
rahatlıq bürüyüb məni, elə bil doğma adamımı
görmüşəm.
-Aa-zad-lıq...!
Maşına əyləşib səsə sarı sürdüm, kəndə hansı
səmtdən gəldiyimi də indi xatırladım; şəhər səs gələn
tərəfdəydi...
***
Dərəni çıxan kimi Xalqla üz-üzə qaldım, elə bil
seldi, kəndin adamlarını, atını, itini, arabasını,
maşınını içinə alıb nece görmüşdümsə eləcə, nəfəs
dərirmiş kimi eyni çırpıntı, döyüntü altında haykıra-
haykıra irəliləyir:
-Aa-zad-lıq!
Orda-burda görünən insan qaraltıları balaca-
balaca gölməçələrə dönüb əl-ətəyini yığışdıra-yıışdıra
həvəslə bu selə hopur... Yer elədilər, mən də hopdum;
bir böyürdən maşınla içəri keçdim. Elə bil məni
gözləyirdilər, gedə-gedə maşının qapısını açıb yanımda
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
oturdular, mən, “...burda sənin mənim yoxdu, burdakı
maşınlar hamınındı...burda hər şey hamınındı,” deyə
düşündüm:
-Sür,- dedilər, köhnə tanışlar kimi,- sür, bunun bir
ucu Azadlıq meydanındadı, gecikmişik, sür Bakıya...!
Maşın karvanı izdihamın yanıyla şütüyür, amma
heç kəsə çata bilmir. Bayaq düz dedilər,
“...gecikmişik”. Nəbz kimi döyünən bu addımların bir
ucu artıq Bakıdadı...
2005-2006
Son
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
TEYMURLAR
(povest)
Bioloq dostum Teymur deyəndə ki, iki qab su
götür, elə hesab elə ki, bu qabın birindəki suyu
sevmirsən, üstünə qışqır, təhqir et, o biri qabdakı suyu
qılıqla, öy, təriflə, sonra ikisini də soyuducuya qoy,
donandan sonra görəcəksən ki, rənglərini dəyişiblər;
başqa rənglərdə donublar. Üstünə qışqırdığın su qabı
göyümsov, düyün-düyün, anlaşılmaz, dolaşıq, -əsəb
rəngində olacaq, qılıqladığınsa ağ-appaq, gülümsər...
Bu o çağların sözüdü ki, Teymur hələ Moskvaya
getməmişdi,
öz
şəhərimizdə
bir
yerdə
işləyirdik...İkimizin də evlənmək vaxtımız idi. Sözümüz
də elə o haqdaydı; sudan danışırdı, daha doğrusu, bizi
suya bənzədirdi. Su, axı ələ gəlmir, tutursan, yapışırsan
əlindən çıxır, əlində-ovcunda ancaq suyun nəmliyi
qalır...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Suyun canı elə onun nəmliyindədi. Özü yan-
yörəsinə hopur, yerdə qalır nəmliyi, biz də eləyik, ona
görə də özümüzü yığışdıra bilmirik. Sən dediyimi elə,
qabları qoy soyuducuya, görəcəksən.
Teymur belə deyib başını salmışdı aşağı, daha
dinib danışana oxşamırdı, mənimsə bayaqdan
gizlətməyə çalışsam da hirsim soyumamışdı, ona görə
də su haqda dediyini tez anlamadım, daha doğrusu,
maraqlı olduğunu hiss eləsəm də özümü fikir verməyən
kimi göstərdim:
-Necə yəni... tanımadığın bir adamı yanına sal,
salam-əleyk elədiyin ailəyə apar, görməzə-bilməzə
elçilik elə ki, qızını ver buna, bu qonağa... -Bunu mən
dedim. O bayaqdan sözü dəyişmək istəyirdi; istəmirdi
ki mən bu söhbətin üstünə qayıdım. - İndi oturub bizi
suya oxşadırsan. Suya oxşamaqdı, bu!?
Yenə ağzımdan çıxanı demək istəyirdim, daha
doğrusu, “qurumsaq” sözü bayaqdan dilimin
ucundaydı...
Teymursa bircə kəlmə:
-Məsələni çox böyüdürsən... -dedi, susdu.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Lap özümdən çıxdım:
-Sən buna elə belə baxırsan? Nolsun Türkiyədən
gəlib, belə çıxır ki, əxlaqsızlığa gəlib Türkiyədən gələn?
Bəyəm, Türkiyədən gələnin hamısı türkdü-üü?
Sərhədlər də ona görə açılıb, həə? Harda görməmiş var,
gəlsin Azərbaycana, düşsün arvad-uşağın dalınca. Lap
olsun, əsil türk! Sən bilirsən ki, o əsil türk evlidi,
Türkiyədə arvadı var, uşağı var, bunu bilə-bilə yanına
salıb kənddə- kəsəkdə elçilik eləyirsən.
Teymur üzülə-üzülə:
-Sənin xəbərin yoxdu, hər kənddə yüzlərlə qarımış
qız var...!- dedi, elə başı aşağı.
Mən kəndimizə hardansa qonaq gələn kimi əl-
ayağa düşən, tələsə-tələsə küncdə-bucaqda özünə sığal
verən,
solğun
rənglərlə
dodaqlarını
qızardan
qızlarımızı xatırlaya-xatırlaya:
-Nolsun, var?! -dedim. - O qarımışların dərdini
çəkirsənsə birini də özün al, elçiliyi özünçün elə. Subay
adamsan...
Başını qaldırıb üzümə elə baxdı ki, elə bil bu fikir
heç ağlına gəlmirmiş:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Elədisə, özün niyə almırsan? - dedi. - Sən subay
deyilsən?
-İndi söhbət başqa şeydən gedir, - dedim. -Bir də
mən qız bəyəndirməkçün hər qurumsağı yanıma salıb
evləri gəzdirmirəm. Özü də gedib düz atasınnan
istiyirsən qızı. Yazıq deyil o kişi?
- O kişi yazıqdı, onsuz da... - dedi, yenə susdu.
Bir il bundan qabaq elə indiki kimi yaz aylarıydı,
elə bu innab ağacının altında oturmuşduq, mən onu
başa salmaq istəyirdim ki, qonaq qonaqdı harda olur,
olsun, onu bu şəkildə evləndirməksə qurumsaqlıqdı...
Hərəmizin əlimizdə bir stəkan su vardı, çığır-bağır
elədiyimizə görə suyu içə bilmirdik, daha doğrusu, mən
qışqırırdım, o susub stəkana baxırdı. Ağzımdan çıxanı
desəm də ürəyim soyumaq bilmirdi:
-Sən rusun içindədə də yaşaya bilməyəcəksən,... -
deyib mən də susdum.
Teymur oturub gözlərini suya dikmişdi, o sözləri
də onda dedi, “...üstünə qışqırdığın su əsəb rəngində
buz bağlayacaq, göm-göy, düyün-düyün.”
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Su haqda çox şeylər bilirəmmiş, təkcə kimyəvi
tərkibini,-quruluşunu yox, yəni qırılmaz, əyilməz, üzü
yola, ruha yaxın, bir, bütöv olduğu haqda çox
bilirəmmiş. Bildiklərimdən başqa da suyla bağlı çox
duyğular var, fərqinə vardıq, varmadıq...yəni belə
anlayaq; su başlangıcdı, vaxt kimi, ömür-gün kimi
həmişə yanımızdadı, daha doğrusunu desək, suyu da
vaxt kimi yaşayırıq, gecə-gündüz üzümüzə nece açılırsa
su da elə açılır, suyu da addayırıq vaxtı
addadıgımıztək, keçib gedirik...Su ağırlığı-uğurluğu
axıdandı, suyun özü kimi səsi də yuyur adamı, düşün-
cələrini təmizləyir. Su əgər özünü təmizləyə bilirsə,
deməli canlıdı. Hərəkətdə olan nə varsa bizimlədi. Ən
ardıcıl hərəkətsə suyun hərəkətidi...
Bu fikirlər birdən-birə məni darıxdırmağa başladı,
yəqin ki, sözü bu qədər oynatdığıma, suyu bu qədər
mənalara gətirdiyimə görə bir ara özümə yer tapa
bilmədim.
Arada istədim, Moskvaya zəng edim, suyla bağlı
bütün bu fikirləşdiklərimi deyim Teymura...sonra da
qafiyələr quraşdırıb şeir yazım... Telefon da elə bu vaxt
zəng çaldı, heç kəsdən zəng gözləmədiyimə görə dəstəyə
can atmadım. Telefonu götürən kimi tanımadığım
qurumuş, yəni, sıxılıb cırlaşmış qadın səsi:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Teymurun cənazəsini gətirillər, -dedi, hönkürdü...
-Rusiyadan...!
Bir anlığa çaşıb qaldım, elə bildim idarəmizdə
katibə işləyən qızdı, dogrudan da səs onun səsinə
oxşayirdı...O günlərdə zəng eləmişdi: “... Ölün elə,
ikiniz də, nə istədiniz yerinə yetirdim, amma evsiz-
eşiksiz qoyduz... məni”
Telefondakı qadın səsi dinmədiyimi görüb -Alo, -
demək istədi, səsi boğazında döyünüb-döyünüb batdı,
mən hələ də elə bilirdim zəng eləyən katibədi, gözlədim
ki, ardınca deyəcək, “...yaxşı oldu, ölsün elə Teymuru,
müdir onun sözünnən çıxmazdı, bir kəlmə deyib ev
işimi düzəltmədi...”
Mən səsimi çıxartdım:
-Alo, kimdi? -Çaşqınlıq içində susub gözlədim ki,
bir şey anlayım, görüm, sonra nə deyəcək, yenə nəsə
deməlidi axı, bir anlıga xətdə hər ikimizi saran qəribə
hənirti yarandı, mən bu aralığı kompyüterin hələ ad
qoyulmamış səhifəsinə oxşatdım, kompyüter səhivəsi
kimi içimdəki dərinliklər çözələnib düşüncəm boyu
genişliklərə, sonsuzluğa yayıldı: “Nə dedi, bu?! Kim
ölüb, dedi? Hansı Teymur? Bioloq?!” Hələ də bir şey
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
anlamamışdım...
Axşamdan bağdayam, demək olar ki, bağa
gələndən elə bu şəkildə özüm özümlə oynayıram, heç
bilmirəm, ağzımı açıb bir kəlmə danışmışam, ya yox...
Baş-başa vermiş iki nar ağacının altına taxt qoyub
üstünə uzanmışam, ağac o qədər nar gətirib ki, saymaq
istəyirəm, bir şey çıxmır... Ağacın altını göy üzünə
bənzədirəm, ulduzlarıyla bir yerdə; “NLO...”
jurnalında oxuduğum...işdən qayıdarkən küçənin
ortasındaca birdən-birə yoxa çıxmış alimləri,- ər-arvadı
xatırlayıram, neçə ildən sonra harda yoxa çıxmışdılarsa
elə orda, hərəkətlərinin, düşüncələrinin hansı anında
qeyb olmuşdularsa neçə ildən sonra vaxtın həmin
anında da peyda oldular...İşdən sonraydı, aradan illər
keçməmiş, heç nə olmamış kimi sabahkı tapşırığı
düşünə-düşünə yenə evə gedirdilər. Tanıyanların,
qonum-qonşunun heyrətinə təəccüblənərək evlərinə
tələsirdilər...
Hər şey aydın olandan sonra kişinin yadına heç nə
düşmədi, amma qadın harda olduğunu belə xatırladı:
“haraydısa, gecələr burda başım üstə gördüyüm göy
qübbəsini orda ayağımın altında görürüdüm, harda
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
dayanmışdımsa aşağı baxırdım, göyüzü ayağım
altındaydı...”
Mən nar ağacının altında bunları fikirləşə-fikirləşə
istəyirəm harda olduğumu unudam...Onsuz da
unudulmuş
adamam,
yəqinki
heç
yerdə
də
xatırlanmıram...kənddə şəhərli kimi olmaga çalışdım.
Teymurun özü eləydi...
“...Sən mənnən zəifsən, sən heç vaxt şortik geyib
kəndə gedə bilməzsən, amma mən getmişəm, bir dəfə
də yox, çox getmişəm. Bax, mənim bu saqqalımnan
saxlaya bilməzsən sən...çünki öz üzünə də gücün çatmaz
sənin”.
Nə isə, dogrudan da gücsüzəm, hamısı da
yerimdən oynadıgıma görədi, yəni harda olmalıyamsa
orda deyiləm. Teymuru da bayaqdan ona görə agrı-acı
içində xatırladım. Teymursa hər yerdə var, həmişə hər
yerdə olana oxşayır...
Bu düşüncələrlə əlimi başımın üstündən sallanmış
narlara uzadıram. Teymur o günlərdə deyirdi, kralların
papaqları,- tacları yəni, narın quruluşundan götürülüb.
Heç ağlıma gəlməyib, faktın doğruluğuna məətəl
qalıram...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qurumuş qadın səsi fikrimdə təzədən səsləndi: “...-
Teymurun cənazəsini gətirillər, Urusetdən!”
“ ...bioloq Teymur olmaz... -deyə fikirləşdim, -
dünən danışmışam telefonla!”
Təzədən narları saymaq istədim, yenə heç nə
alınmadı. Nə isə, iş-güc dolu olsa da özümə iş
axtarıram; ona görə də heç nə alınmır. Tennis stolu
bom-boş qalıb, daha doğrusu, bir tərəfi boşdu, bir
tərəfində mənəm, təm-tək... Bir xeyli divarla oynadım,
divar da üzü soyuq, bom-boz, hər şeyi özünün ağırlığın-
dan da yüz dəfə artıq üstümə qaytarır... başıma çırpır.
Bu boyda yerin-göyün altında qulağı batmış kimiyəm,
dustaqxanadayam elə bil, ovunmalı heç nə yoxdu.
Telefondakı səs bayaqdan katibəni yadıma salıb,
elə həmin telefondakı səs kimi ilişikli səsiylə deyir:
-Bilirsən, - deyir, - mən ər axtarmıram, mənim
axtardığım uşaqdı...
İstədim deyəm, əvvəlcə ər axtarsan doğru olar, sən
axtarışını dal-qabaq eləmisən, amma demədim, ayrı
şeyi:
-Sabah şalvar geyinmə, - deyirəm, - şalvarsız gəl!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Gülür:
-Şalvarsız gəlim?! Çılpaq?
-Çılpaq niyə, arvad geyimiylə gəl, - deiyirəm. Nə
demək istədiyimi anlayır.
-...Yaxşı, - deyir.
O vaxtdan çox keçib, heç bilmirəm indi hardadı.
Teymur köçdü, getdi Moskvaya, katibəsə yox oldu, ərə
gedib, dedilər, yalan-gerçək... Bir-iki kərə zəng etdi.
Dedim:
-Nolar, təzə nömrəni ver, birdən lazım olarsan!
Dedi:
-Nolaydı telefon nömrələrim güllə olaydı, düz
alnına çaxaydım, deyəydim gələ! Sənin də, Teymurun
da...təpəsinə.
Dikəlib nar ağaclarının altından çıxıram...
Birinci kərədi şortik geyinmişəm, bəlkə də kəndə
şortikdə getmək üçün məşq eləyirəm.Teymur o vaxt
deyirdi, kəndçilərindən baga qonaq çagır, şortikdə
göstər özünü, üzləri-gözləri öyrəşsin. Beləcə, şortiki
dogrudan da geyinmişəm, şairlər sözü, yarıya
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
bölünmüş kimiyəm, hava isti olsa da açıq yerlərimə
dəyən sərinliyi hiss eləyirəm...Katibə yadımdan çıxmır,
bayaqdan xatırlayıram.
“...Bilirsənmi, sən əslndə Teymurun katibəsisən,
Murtuz
müəllimin
yox,-dedim
güldüm.-Teymur
hardadı?
O, belə deməyimdən yox, gülməyimə görə incidi.
-Özümü belə apadığıma görə gülürsən, hə? -
ağlamsınıb başını aşağı saldı.
-Sən özünü yaxşı aparırsan. -dedim. -Teymuru
soruşduğuma görə incidin?-Yaxınlaşıb başını köksümə
sıxdım.
-Yox, sən mənim haqqımda pis fikirləşirsən, yəqin
fikirləşirsən ki, bu nece yüngül qızdı... Teymuru orda
qoyub gör hara gəlib çıxıb. - Bu sözləri üzünü sinəmə
söykəmiş halda dedi, canıma sığındı...
Mən xeyli dinmədim, əllərim beli uzunu enib açıq
sağrısında durdu. Ürəyimin sallandığını hiss etdim, elə
bil liftdəydik, üzüaşağı enirdik elə bil...
“-Həm uşaq istəyirsən, həm də qarnı açıq
gəzirsən...gör harana kimi açıqdı.” ...Yadıma düşdü,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |