2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
lanğıc. Yaxşı ki, görməyib, tələsik atı minib qayıdıb
düz ağacın altına gəldi, yəhərin üstünə qalxıb
erməninin əlağacını budaqdan asdı, vəssalam...
At kəndə qayıtmağı Dəmir kişinin ayaqlarından
hiss elədi, kəsə yola çıxıb kəndə doğru şütüdü, amma
Dəmir kişi elə bil getmirdi, içi harasa bağlanmışdı, elə
bil..
Yer dəyişmə...
Mən bunu Sedaya danışanda:
-Nə bilirsən, - dedi, - ermənidi? Şlyapanı ancaq
ermənilər qoyur başına?
-Başqa kim ola bilər ki? - dedim.
-Niyə olmur? Bəs demirdin ki, bizim rayonda hər
millətdən vardı, türkdən başqa kürd, erməni, gürcü,
aysoru, rus, yəni malakan, həə?! Yaxşı, deyək ki, rus
olmaz, özünüzdən ki, olar?
-Yox, mən bu mövzuda hekayə yazmaq istiyirdim.
-Yaz daa, satan özünüzdən, alan özünüzdən. Bir
türk bir türkü aldadıb yağını əlinnən alıb. Belə daha
yaxşı çıxar ki. Babası da oğurluq dərsi keçibmiş, o
dərsdən də yaz, təbii çıxsın.
Seda aramızdan başını uzadıb yola baxır, biz
dediyim kimi Qələyə gəndinə gedirik. Əri dinmir,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yanımda oturub, sağına-soluna baxa-baxa gülümsəyir
eləcə, Sedanın dedikləri ürəyindəndi...
...Toylarından bir-iki ay keçmişdi:
-Ərivin yanında niyə belə eləyirsən? - dedim. - Sən
onun yanında əlini mənə uzadanda mən özümə yer
tapa bilmirəm.
-Nə ər? - dedi. - Mən ona erməni olduğuna görə
getmişəm, sənə də türk olduğuna görə getməmiəm.
Onu da ona görə seçmişəm ki, yanında əlimi sənə
uzada bilim.
-Öyrəşə bilmirəm mən!
-Öyrəşərsən...
Qələyə kəndinə çox var hələ, Şamaxıdan keçmişik,
dağların, təpəliklərlərin üstündə ala-tala qar var.
Dönüb gözucu Sedaya baxdım.“...həə, dilimnən
yapışıb, əl çıkmiyəcək, bayaq Dəmirin babasınnan
gərək danışmayaydım...”
-Bilirsən, - dedim, - yalan oğurluq deyil, yalan
insanın mahiyyətindədi, yəni xasiyyətidi, oğurluq yox,
adam var yalansız yaşaya bilmir, oğurluqsuz
yaşamaqsa çox mümkündü, yalana iş demək olmaz,
amma oğurluq işdi, mən hətta deyərdim sənətdi.
Oğurluğun qayda qanunları var, şərəfli, şərəfsiz
səmtləri var. Yalançı olmaq, aldatmaqsa insanın
xarakterində, xasiyyətindədi... indiki dillə desək
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
mentalitetində. Buna həttda milli xüsusiyyət də demək
olar. Yalan irsidi, irs ən d ə ke çə bilir, o ğurluqsa yox...
Sən necə bilirsən Aram? - Sedanın ərinə sarı dönürəm. -
Razılaşırsan?
-Yox, -deyir kəsədən, - razılaşmıram. Demək
istiyirsən ki, türklər oğrudu, ermənilər yalançı?
-Demək istəyirəm ki...
Seda əlini köynəyimin altından salıb çimdikləyir
məni, elə bil iynə batırır canıma...Mən canımı dişimə
tutub ağrıdığımı bildirmirəm, başımı Sedaya sarı
döndərib soruşuram:
-Göstərməyə yer olacaq?
Seda bilir nə deyirəm; bağda bağçada, lap
dərsarası görüşəndə ətimnən yapışıb sıxar, barmaqları
da kəlbətin kimi, üzü- gözü gülüşlə dolu, eləcə tutub
durar, gələn gedən də elə bilər, əlini üstümə qoyub...
Beş-on dəqiqənin içində barmaqlarıyla iz sala- sala
canımı dolaşar, zəng vurulan kimi:
-İndi get, unut məni, görüm necə unudursan! -
deyib gözdən itərdi...
Bir gün əllərini əlimə alıb:
-Ona görə dırnaq saxlamırsan? - dedim...
O gün dərsdən bir yerdə çıxdıq, ayaqlarımız bizi
kirayə tutduğumuz evə doğru aparır.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
...Qapının ağzında artıq nəfəsi təngimişdi, açarı
redikülündən əlləri titrəyə-titrəyə çıxartdı.
-Gör neynəmisən? - Güzgünün qabağına keçib
canımı göstərdim... Özündə deyildi, əynindəki paltarı
bir-bir başına sovururdu, hara gəldi, sonra özünü
üstümə salıb qara-qançır elədiyi yerlərdən öpə-öpə:
-İndi sənə xaç da qoyacam, -dedi, gözlərini
yumdu...
Aram yarğanın qaşından sallanan Diri Baba
məscidinə baxırdı, mən xəyaldan ayılıb sürəti azaltdım.
-Hıı... çimdiklədiyin yerləri göstərməyə yer
olacaq?- Sedadan bir də soruşdum.
-Getdiyimiz yerdə türk də yaşayır, - dedi, -
çatanda səni türklərə verəcəm...
-Burda saxla,- dedi, Aram.
Maşını saxlayıb dörd yanıma baxdım, heç nə
yoxdu, kolluqdu. Aram maşından düşüb kolluğa tərəf
getdi.
-Orda bir qədim tikili var, görmüsən? - Seda
soruşdu.
Bir yerdə Aramın ardınca getdik. Əlimdən tutub
darta-darta aparır, dediyim kimi yan-yörədə ala-tala
qar var, birdən dönüb öpür məni. Bilirəm yanımızda
özününkülərdən olanda daha da çılğınlaşır. Özümdən
güclə aralayıram, uğunub gedir...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bir-iki ay bundan qabaq, atası Mamvel Sevortyan
yenə yapışmışdı yaxamnan, hələ yüngülvari bir-ikisini
də çəkdi, qızı da dartıb apardı. Amma qız atasının
əlindən çıxıb özünü üstümə saldı, boynuma atılıb öpdü
təzədən...
-Seda...! - Əridi, qarşıdakı komalıqdan səsi gəlir,
mən onu özümnən qopara bilmirəm.
-Nolub, -deyirəm, - heç tək olanda belə
eləmirsən?...
Üstündə kol-kos bitmiş tikilidi, yəqin qədimliyinə
görədi, canlıdı elə bil, qarıyıb qocaldıqca üz gətirib,
adamın düz gözlərinin içinə baxır. Mən dayanıb
tamaşa eləyirəm. Nə isə, qəribə hisslər içindəyəm, az
qalıram əllərimi yerə qoyam, iməkləyə-iməkləyə gedəm
tikiliyə tərəf. Onlar qapının ağzındadılar.
-Biz buranı çox görmüşük, gəl... - Seda deyir. -
Qorxma, gəl!
Gözlərinin içi dəyişib yenə, əllərini uzadıb məni
gözləyir, mən gendən-genə işarə eləirəm ki,
çimdikləmə, gülür... Sir- sifətinin ağlığı üzə çıxıb lap,
ağappaqdı, tikilinin qədimliyindəndi yəqin...qədimlik
fonunda.
-Noldu sənə, üşüdün?
Sedanın yanından ona toxunmadan keçdim... daş-
divarı ot- əncər gətirib bitdiyinə görə tikilinin
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
görünüşündə hərəkət var, gedənə oxşayır, üzümü
daşına söykəyirəm: “...nənə...” deyirəm ürəyimdə,
“...nənəm...”
...Üç-dörd yaşım olardı, nənəm məni qonşu
erməni kəndindəki Sarıkilsəyə apardı, “...Sarıkilsə
həmişə olub, ermənilər çox sonralar gəlib...” O
yadımdadı ki, içəri keçmədik, - yox, içəri girməyək, -
dedi, nənəm, - elə burda öp daşı... Mən əyilib içi
oyulmuş sarı daşı öpdüm... məni qoynuna almış
şəkildə, yəni başımın üstündən daşa əyilmiş halda
nənəmin pıçıltısını eşitdim, - ey, Məryəm ana...başqa
heç nə yadımda deyil...
Onbeş-iyirmi ildən sonra bu fikrə gələcəm, daha
doğrusu, ağlım kəsəcək ki, bu, bizim min beş yüz, iki
min il bundan qabaq xristiyanlığı qəbul etdiyimiz
vaxtlarla bağlıdı...
-Sən həm də allahsızsanmış demək, haradı, ora? –
dedi, Balacahunlu, gülür, - sən harda böyümüsən, a
bala? Sənə bu tərbiyəni kim verib...? - xıdaca-xırdaca
çiyinləri qalxıb düşür, uğunub gedib, başqa vaxt
gülməz, ürəyindəndi xristian olmağımız... qoca
bolşevik, rəqs eləyirmiş kimi arıq, uzun qollarını gen-
gen açıb auditoryanın başı üstündə gəzdirir.- Adı nədi
oranın? Kimdi müsəlman ola-ola kilsəyə gedən? - Üz-
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
gözündə tamam ayrı ifadə var; “...xristianlıqdan qalma
adətlərdi... biləmmədim nə millətsən dəə...?!”
-Qarakas yaylaqları...?
-Özünnən hoqqa çıxartma, de görək haradı?...
...Qarşıya çıxan döngə məni xəyaldan ayırır.
Maşını bərk sürmürəm, sürətə həvəsim qalmayıb,
yavaş-yavaş Muğanlı yolayrıcına doğru qalxırıq.
Balacahunlunu xatırladığıma görə əhvalım dəyişib bir
az... Sedanı güzgüdə gördüm, üzünü döndərib
təpəliklərə, çöllüklərə baxır, gözlərini, bir də
dodaqlarını görmədiyimçün halından bir şey anlaya
bilmədim. Elə bil duydu bunu:
-O tikilinin sənə nə dəxli var? - dedi. - Uşaq kimi
aparırsan özünü, üzünü daşlarına sürtürsən, ağlayırsan,
həyəcanlanırsan, bilmirsən neyniyəsən.
-Görükür dəxli var ki, özümü belə aparıram.
Yaxşı, kimə dəxli var? Ermənilərə?
-Vpolne vozmojno...
-Son ikiyüz iləcən ermənilər Qafqazda
olmayıb...heç ayaqları da dəyməyib Qafqaza.
-Nə bilirsən? Sübutun var?
-Qafqazda erməni izi yoxdu. - Arama tərəf
döndüm- Sən necə bilirsən, Aram? - Aramı yatmış
bildim.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Qafqazda erməni izi var... - Yatmayıbmış,
təhərini dəyişmədən dedi. -Elə bu tikilinin özü nədi bəs?
Sizindi?
-Aram, sən axı bu işlə məşğul olursan, bilirsən ki,
Qafqazın ermənilərə dəxli yoxdu, yerə daş yazıb
basdırmaqla deyil... Əsas sübut budu ki, ermənidə
Qafqaz tərbiyəsi yoxdu, heç yerdə erməni özünü
qafqazlı kimi aparmır. Onun qadına, qıza baxışı da
ayrı cürdü...ailəsi də qafqaz ailəsi deyil. Ola bilsin onun
bildiyi daha yaxşıdı, söhbət onnan getmir... Mənim öz
izahlarım var, bayaq yalanla oğurluq haqda dediklərim
də o izahlardandı.
-Sənin öz izahların hələ tarix deyil... İki min il
bunnan qabaq yazılmış erməni tarixinin yanında sənin
izahlarına ancaq gülmək olar. -dedi Aram
Sedanın qışqırığına ikimiz də diksindik, mən
maşını saxlayıb yolun qırağına çəkildim. Seda arxadan
ərini qucaqlayıb qulağından öpdü:
-Ooy, nə gözəl dedin, Aram, kakaya prelest...!
Bir az eləcə qaldı, sonra o biri əlini də elə ordan
uzadıb mənim qulağımın tana yerindən yapışdı.
Barmaqlarının ucu istidi, həm də giziltisi var, bir anın
içində canıma yayıldı, yumşalıb ət kimi oldum. Yola
çıxdıq:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Olsun, - dedim, - iki min ilin yalanıyla deyək ki,
razılaşıram, amma siz də razılaşın ki, o kitablarda
Qafqaz yoxdu. Mənim bir tələbə yoldaşım vardı,
Noxanı tərəfdə bağını itirmişdi.
Aram mənə tərəf döndü:
-Poteryal svoyu teritoriyu, tı seryozno...
65
-Başı orda-burda kefə qarışıb, bir neçə ildən sonra
gedib tanıya bilməyib, özü Noxanılı deyil axı, o qədər
evlər tikilib, dəyişikliklər olub ki... çaşıb qalıb.
Sedanın əli qulağımdaydı, ərinin baxdığını görüb o
bir əliylə də onun qulağından tutdu...dartacaq, mən
bunu barmaqlarının birdən-birə bərkiməyindən hiss
etdim, “...üzəcək qulağımı...”:
-Qopartma, görükən yerdi...
Yanları qarla örtülmüş yollara baxa-baxa ötən
günləri xatırlayıram.
...Universitetin axırıncı kursundaydıq, dərsdən
sonraydı...
-Ərə gedirəm, - dedi, sevinə-sevinə.
Payızın ilk ayı, şairlər demiş, başımızın üstündə
yarpaqlar quşlarla bir yerdə uçuşurdu. Dəniz boyu
ağacların altıyla gedirdik.
65
Ö
z ərazisini itirib? Doğru s
ö
z
ü
nd
ü
? (rus)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Ərə gee-diirəəəm... -səsini dəyişib uzada-uzada
bir də dedi.
Mən bilmirəm nə deyim, yolun ortasında bütün
boyuyla canıma sığınıb, üzünü sinəmə sürtür, nəsə
deyir, anlaya bilmirəm. Qolumun açıq yerində nəfəsi
od kimidi, öpür xırdaca-xırdaca, sonra dişləyir, xeyli
eləcə qalır, mən qorxa-qorxa dişlərini sıxacağını
gözləyirəm... Adam azdı, qışqırmaq olar, dişləsə
qışqıracam, onsuz da ürəyim doludu, bağıracam var
gücümlə...
-Kimdi ərin? - Mən tələcik soruşuram ki, dişlə-
məsin...Başını qaldırmır, dişlərini sıxır yavaş-yavaş. -
Dişləmə, - deyirəm, - qanadacaqsan, qanım üstümüzə
töküləcək!... -Yan-yörəmizdən keçənlər ayaq
saxlayırlar, desəm ki, bizə baxan var, lap özündən
çıxacaq, qopardacaq ətimi. -Yaxşı, de görək kimə
gedirsən? -Ooo-uuy... - mən gücüm catdığı qədərində,
daha doğrusu, ağrımı unudanacan qışqırdım. Qız
qalasıyla üz- üzə olduğumu da indi gördüm;
ağrıyandan sonra... Ətrafda gülənlər, məətəl qlanlar, əl
çalanlar...Qolumu dartıb ağzından çıxartmışam,
üstündə dişlərinin yeri qalıb, qara-qançır. Ağacın
altındakı skamyaya tərəf getdim, qolum əlimdə
ufuldayıram. Seda üst-başını düzəldə-düzəldə elə bil
yemək-içmək məclisindən gəlir.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Gör neynədin? - Qolumu göstərirəm.
-Pah, - deyir, - qanınnan qorxur, türkdü özü də.
Dişləmədiyi tərəfdə oturub başını çiynimə qoyur,
bir də deyir:
-Ərə gedirəm... - elə bil su istəyir, “...mənə su
ver...”-Demirəm ki, məni al... deyirəm, ərə gedirəm.
-Kimə ərə gedirsən?
-Qohuma.
-Yalan danışma, erməni qohumla evlənmir.
-Nə fərqi var, qohum olmasa da ermənidi.
-Hara ermənisidi?
-Bayıl.
-İçəndi?
-Yox.
-Nəçidi?
-Tarixçi.
-Adı nədi?
-Aram Xaçaturyan.
-Bəstəkar?
-Yoox... ələ salırsan məni?! Başqa Xaçaturyandı.
-Görüşmüsüz? - İçim sökülür elə bil, özümün də
xəbərim olmayıb, erməni qızına belə bağanmışam,
birdən-birə bu hala düşməyimə məətəl qaldım.
-həə, bir həftədi görüşürük. Sənin haqqında da hər
şeyi bilir. Sonralarımızı da biləcək...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
“...sonralarımzı da biləcək...” fikrimdən keçirtsəm
də dərinliyinə varmadım, içimdə aləm qarışdı bir-
birinə, ürəyimi dartdılar, ürəyim ağzıma gəldi.
-Bunu ona görə seçdim ki, səni həmişə görə bilim...
Heç vaxt belə deməmişdi, belə zəif görünməyi
özünə yaraşdırmazdı, “...bir olub özümüzü
unutduğumuz vaxtlarda da ermənilik eləyib, oyun
oynayıb həmişə...”
İki gün qabaq kirayə tutduğumuz evdəki
görüşümüzü xatırladım...
“...Erməni millətinnən də yaz, xahiş eliyirəm,
erm ənil ər mill ət kimi, xalq kimi... nec ədi? Nec ə
görünürlər? Sənin izahında yaxşı alınır” İkimiz də çıl-
ç
lpagıq, dizlərimi qucaqlayıb xahiş eləyir.
“...Niyə həmişə çılpaq olanda ermənilər yadına
düşür?-deyirəm. - Lüt olanda, məsələ qurtarannan
sonra...” İkimiz də ürəkdən gülürük, gəlib təzədən
qucağımda oturur...
“...Yəqin sən də çılpaqsan ona görə...” deyir.
Cavabı çox gözəldi, təzədən qucaqlayıb bağrıma
basıram, sürüşürük, kreslodan, divandan, taxtdan,
döşəmədən, hara dırmaşırıqsa sürüşürük, sürüşə-sürüşə
gedirik elə, özüm də eşidə bilmədiyim səslə qulağına
pıçıldayıram,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
“...bütün millətlər - deyirəm, - göz
qaba ğındad ı, üst ü a çıq ierl əri çoxdu, atdan ıb
düşməsinlər...”
O məndən aralanıb gülür, arxası üstədi, sonra
niyəsə səsi dəyişir, bir az keçir, hıçqırtılarını eşidirəm.
Elə hıçqıra-hıçqıra, “... sənin ağıllı olmağına
ağlayıram, - deyir, - sənin belə ağıllı olmağını götürə
bilmirəm...”
Ağacın altında dərin xəyala getdiyimi görüb
dartışdırır məni, silkələyir, üzünü qoluma sürtür, iyləyir
məni, elə bil nəsə gizlətmişəm... Nəfəsi yenə od kimidi,
dodaqları qolumun açıq yerini köz kimi yandırır.
-Dişlə,-deyirəm, - bu qolumu da dişlə... dişin qana
batsın, bəlkə dincələsən, erməninin dişi qana batıb
onsuz da,- qollarımın ikisini də ona uzadıram.
Dişləmir, eləcə üzünü söykəyir, üzü də istidi, ağlayır,
qoluma isti damcılar düşür...
Xatirələr, xəyallar içində Muğanlı aşırımını nə
vaxt keçdiyimi bilməmişəm. Sırayla arxada qalan
komalıqlar, təpəliklər, dağlar bap-balaca görükür, hava
soyuqdu, qardı hər yan, ətrafda hər nə var içinə çəkilib,
ona görədi yəqin ki...
Bir neçə kənd keçdik, ortalarda, - mərkəzlərdə
hamını bayırda gördüm, küçələrdə, yolların
qırağındadılar, orda-burda, topa-topa... üzləri də bir-
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
birinədi, birləşəcəklər. Hərə bir yana baxsa da yönləri
hiss olunur; ürəyimdə fikirləşirəm... Bir neçəsi irəli
durub yolumuzu kəsmək istədi, yəqin ermənilər
yaşayan Qələyə kəndinə doğru getdiyimizə görədi...
Mən maşını saxlamadım, səbəbini özüm də anlamadan
əlimlə işarə elədim,- qayıdıram, - dedim, elə belə
havaya qışqırdım, -...ora dəyim qayıdıram!
Elə bu bəs elədi, bu lazımmış, “...ora” haradı?
Ərəbcə demiş olsaq, qeyri müəyyənlik. O dövrdə heç nə
görünmədiyi üçün ancaq qeyri müəyyənliyi göstərmək
olardı. Qabağa düşənlər topa-topa yığışanların
burnunun ucunda irəliləyir... seçiləcəklər. Hərəkət
varsa özünü duruldacaq, deyə fikirləşirəm.
-Bu baş ki diyirlənməyə başlayıb papağını
tapacaq! - Bunu bərkdən dedim, döndüm, heç biri
özündə deyil.
Uzaqdan kəndlər görünür, yan-yörə qar
olduğundan kəndin camaatı elə bil ovuc içindədi,
apaydın, evlərin arasıyla yolayrıcına axışırlar...Orda-
burda topa-topa yığışanlar birləşib bir olur, adamlar
bir-birindən seçilmir artıq, seçilən hərəkətdi, əllərin,
başların, dillərin hərəkəti...yerimək, amma dünənki ki-
mi yox, dünən, sırağa gün kökələ-kökələ yeriyirdilər,
bu ona oxşamır, dünən elə bil onları itələyirdilər, - get,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
tərpən, işlə. Qazanca gedəndə də belə yeriyən yox idi...
buna da getmək yox, sürünmək deyirlər.
İndi səsləri hardansa yuxarılardan gəlir, heç vaxt
eşitmədiyim səsdi, öz- özünə böyüyür, elə bil havadan
özünə nəsə götürür, canına nəsə çəkir, böyüyə-böyüyə
dərələri, təpələri doldurub üstümüzə yeriyir, sözü
olmasa da bu səs belə yeriməyin nə demək istədiyini
ifadə eləyir...
-Bəlkə qayıdaq, -dedi, Aram Xaçaturyan. -
Yolumuzu kəsəcəklər... -ardını deyə bilmədi, səsi
boğazında qaynayıb söndü, “...ağlayacaq...” dönüb
baxmadım.
Mən səhv elədiyimi anlamışam...“ bunlarla
çıxmayaydım gərək...”
-Rədd olsun ermənilər...!
-Əski düşmən dost olmaz!
-Zori Balayana ölüm!
“...Kimdi Zori Balayan...?” mən irəli çıxıb
deməliyəm ki, Zori Balayan nədi deyirsiz, mənasız bir
addı, tapdayın, keçin üstündən...“...Azadlıq...!” deyin.
Fikrimdə mən də qışqırdım, “...azadlıq!”, hələ maşının
içində yumruqlarımı da oynatdım.
-Ermənilər satqındı!
-Satqın ermənilərə ölüm!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
Dostları ilə paylaş: |