2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Bilir deyəsən...
Yekə Ayişənin əlləri artıq onun ağrılarının
içindəydi, içinin tikanlarını çıxardırdılar...Fikrində,
“...kökü yamanlamayib,” - dedi, - “ dərinə enməyib...”,
dönüb xeyli Siranuşun gözlərinin içinə baxdı,
gülümsədiyini özü bilmirdi,-...işığa qayıtmısan, xəbərin
yoxdu.”
-Burasınnan qaynayır, - dedi, əlləri Siranuşun
ağrıyan döşünün üstündəydi... -Mən qardaşıma görə
ağrı tutan olmuşam, səni də ona görə sağaldacam,
mənim gözümün qabağında vurdular qardaşımı, takun
Asmiklə onu mən görüşdürürdüm, qardaşımı
Əndrəniyin adamları vurdu, takun Asmiki də alıb
apardılar... Ağlayaq qardaşımı, - əli hələ də Siranuşun
döşünün üstündəydi, -burasınnan qaynıyır, - bir də
deyib giləsinin ucundan sıxdı...
Siranuş Sumikyanın ulartısı kənddən də keçib
dağlara- dərələrə yayıldı...
Saya ananı elə bil divara çırpdılar, qulaqlarını
tutub yerə çökdü.
-Sən çıx, qoy bu qışqırsın, qışqırmaq buna
xeyirdi...
Saya ana bayırda daşın üstündə oturub mat-
məətəl gözləyirdi. Siranuş hələ də qışqırırdı...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Viran qalmışın qızı, bağrını yarır adamın, ürəyim
ağzıma gəldi...-Nə qədər oturmuşdu bilmədi, Siran
Yekə Ayişəylə qapıdan bir yerdə çıxdı:
-Sudan özünü gözlə, yeddi gün çimmə, döşünü
canıva bağlamışam, yeddi gün açma... Kişisi varmı
bunun? - Ərə gedibmi bu?
-Əri var,- dedi, Saya arvad.
-Sənin oğlunla oynaşmırdılar? Bu döyüldü? -
Güldü, gülüşü muncuq kimiydi, yerə nəsə töküldü elə
bil. - Sən Uğurluya niyə getmədin, erməni qızı?
Siranuş özündə deyildi, gülümsəməyə çalışdı, heç
nə alınmadı...
-Ermənisiz türk kişisi olarmı, bizimkilərin
ermənidən tutma beş-altı takunu vardı... -Gülüb
qollarıını qaldırdı, bura kəndin ən yüksək yeriydi, hər
şey havalanmış kimiydi burda, havalanmışa oxşayan
Yekə Ayişə də quş kimi uçub gedəcəydi...
-Sənə hələ kişi olmaz, kişini yaxına buraxma.
Sabah axşam gəl, sarğını dəyişim, indi nə var sorulub
çıxacaq, gələrsən, yaxı qoyaram...
Bir-iki aydan sonra akademik Ulubabyan Siranuş
Sumikyanın döşünün üstündəki bənövşəyi ləkəyə baxa-
baxa qalacaq: “...es inça,... es inç...?” Analizin cavabını
dönə-dönə oxusa da gözlərinə inanmayacaq, bir az da
keçəcək, özünün halı dəyişəcək, Şaliko Siranın
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
qucağına aldığı paltarını bir yana atıb xəstəxananın
dəhlizi boyu həkim dalınca qaçacaq:
-Varjaped yıxıldı, varjapedin halı pisdi...!
Bu, bir-iki aydan sonranın yuxuya bənzər işləridi,
ağılkəsməz, amma ən doğru, ən gerçək işləri...
Bir-iki aydan sonra Siranuş Sumikyan heç fərqinə
varmayacaq ki, özü də əsəblərinəcən, düşüncəsinəcən
dəyişib yeni adam olub, içi sakit, ağrılardan uzaq, dinc
erməni qadını...
“-Dənizdən dənizə Böyük Ermənistan dövlətini
qurmayınca, bu yolda türklərdən qisasını almayınca
heç bir erməniyə dinclik yoxdu...Eşidirsiz?!
Tumanyan adına erməni orta məktəbinin X-cu
sinif şagirdləri dik qalxıb qışqırdılar:
-Yaşasın dənizdən dənizə Böyük Ermənistan!
Siranuş Sumikyanı elə bil havadan endərdilər,
gülümsəyib əlindəki təbaşirlə yarımçıq qoyduğu
kimyəvi düsturun ardını yazır...
Pas atma da xəstəlik
kimi yayıla bilir, metalların da xəstələnməyi var...
Dörd ildi əsgər kimi boy-boya vermiş bu uşaqların
sinif rəhbəridi, indi onlara baxıb qanad açıb dənizdən
dənizə uçmaq istəyir, qışqırmaq istəyir, onun
yetirmələri hazırdılar, ermənilər hazırdı:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Türklər var hələ də, yuxarılarda da, aşagılarda da
yaşayırlar, təmizlik işlərinə aşağıdan da başlamaq
lazımdı...
Siranuşun dediyi aşağılar bazarlardı, bazarlarda:
“-Kərə yağı, mayıs yağına gəl, yaxşı pendir var,
axtarma pendiri, motal pendiri...” deyə-deyə erməniləri
alverə çağıran türk adamlarıdı, avtobus
duracaqlarında yol gözləyənlərdi, çölün-bayırın işini
gərənlərdi; çobanlardı, əkinçilər, biçinçilərdi...
-Türklərə ölüm!
Siranuş Sumikyanın şagirdləridi, bunu hamı bilir,
onların artıq qarşısını kəsən yoxdu...arta-arta, çoxala-
çoxala rayon mərkəzinin küçələrini gəzirlər...
Dörd il qabaq Siranuş onların əllərinə döyürdü:
-Ölün, öldürün...! De görüm, de! Öl, öldür...
Uşaq içini çəkə-çəkə ağlayırdı, Siranuş başını
qaldırıb göz gəzdirdi. Oğlanlı, qızlı uşaqların hamısı
qorxu içində müəllimə baxırdılar:
-Erməni olmağın yolu budu, başqa yolu yoxdu.
Hamı bir yerdə desin,-əlini qaldırıb saldı. - De, türklərə
ölüm, de, deyii-in!
Demirlər... Balaca, arıq, sısqa uşaqlardı,
qorxudan göz yaşlarını da silmirlər. Müəllimsə qışqırır,
hrsindən üzü-gözü əyilib:
-hamı bir yerdə...!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
hansı küncdənsə hıçqırıq içində səs gəldi:
-Türklərə ölüm...
-Elə yox, bu cür böyümək olmaz! Bu səsnən
yaşamaq olmaz... Düşmən qapı ağzındadı.
Əlindəki çubuğu sındırıb uşaqların üstünə atdı,
sonra saçlarını yoluşdurdu, qırmızımtül ipək
köynəyinin yaxasından yapışıb dartdı, iri, ağ döşləri bir
qab su kimi yaxasından axdı elə bil:
-Deyin, deyin, türklərə ölüm...deyin!
Dedilər, deyə-deyə elə bu fikrə də böyüdülər...
2kclO3- 2KCL+3O2 Kalium xlor oksidi yazı
taxtasına yazıb döndü:
-Elə maddələr var ki, - dedi, - nə qədər qızdırsan
da parçalanmaz, öz bütövlüyünü qoruyar. Misalçün
kalium xlor oksid duzu belə maddələrdəndi. Amma
onu qızdıraraq Manqan oksidinin MN2O yanınnan
keçirsək asanca parçalanacaq. Deməli MN2O
katalizator rolunu oynayır... -Təzədən döndü, elə bil
doğrudan da nəsə tapmışdı, sevinc içindəydi. - Baxın,
bu parçalanmadan tamam başqa maddə alındı;
Kalium xlorid və 3 atom oksid...-Barmaqlarının onunu
da şağirdlərinə doğru uzatdı.- Cəmiyyət də belədi, çox
asanlıqla parçalana bilir. Türklərə dağılmış, bölünmüş
kimi baxmayın, katalizatorsuz bölünməzlər... Yad elli
qızlara meyillidilər, pul sevəndilər, Anladınızmı?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Böyüdülər, indi əsgər kimidilər, Siranuş
Sumikyanın əsgərləri... Yaddaşlarında türkləri
öldürməkdən başqa heç nə yoxdu, amma müəllimənin
giləsi çiyələk kimi qızaran ağ döşləri yaddarındadı,
gözlərinin qabağından getmir...Qonşu məktəblərdəsə
hələ də türk uşaqlarına şərqi oxudurlar:
Kür, Araz, Ararat,
Nə gözəldi bu həyat,
Qardaş olub Hayasdan,
AZƏRBAYCAN...
O vaxtdan çox keçib...Öyrətdiklərinin özləri də
öyrədən oldu, artıb çoxaldılar, dünyanın hər tərəfinə
səpələndilər. Neçə illərdən sonra müəllimləri Siranuş
Sumikyanın ad gününə yığışdılar ki, bir-bir qalxıb
desinlər: “Ağdamda müəllimi ailəsiylə bir yerdə
yandıran məndim...” “Bakı-Tiflis avtobusunu mən
partdatdım...” “ Bizim xəstəxanada bir türk oğlanıyla
bir türk qızının içini xarici turistlərə satdım...” “
Vyanada türk diplomatı mənim əlimlə öldürüldü.
Yunanstandakı türk diplomatını da biz öldürdük...” “
Bakıda, Şəkidə, Qazaxda daşlara erməni əlifbasını mən
yazdım , indi Gəncədə işləyirəm, Gəncə qalasının
daşlarına erməni tarixini yazıram...” Bütün bunları
deməyə gəlmişdilər, gəlib müəllimələrinin
yaddaşlarında hələ də giləsi çiyələk kimi qızaran ağ
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
döşlərini sarıqlı gördülər. Siran Sumikyan əllərini
döşlərinin üstünə qoyub ağrıdan gözləri yaşara-yaşara
şagirdlərinə baş əydi:
-Mən xəstələnmişəm, mənim qartallarım. Erməni
qartalları...!
Şagirdləri də bir-bir onun sarıqlı döşündən öpüb
evin bir küncünə, İsa peyğəmbərin çarmıxa çəkilmiş
ikonasının altına çəkildilər...
O vaxtdan beş-altı ay keçib, yenidən doğulmuş
kimidi, ağrısı yoxdu daha...Kimi görür, döşündəki yara
yerini göstərir: - Türk sağaltdı... -deyir, - türk
Ayişə...Yaddaşı yoxdu, daha döğrusu, yaddaşı da
dəyişib, ermənilik eləyə bilmir, erməniliyin nə demək
olduğu ağlında yoxdu... Bir neçə aydı, dərsdən çıxan
kimi bazara gəlib türk arvadlarını axtarır:
-Başınıza dönüm, Ayişə ana necədi? Ona bir inək
göndərdim, geri qaytardı. Pul da verdim götürmədi, bəs
mən neynim?
İndi də akademik Ulubabyan onun analizlərinə
baxa-baxa məətəl qalıb:“...türk türkə- çarəylə xərçəngi
sağaldıb...” Həkimlər halı xarab olmuş Ulubabyanın
başına yığışıblar, iynə vururlar...
Qapı açıqdı, üz-üzə palatanın çarpayıları görünür,
yanakı uzanmış yaşlı arvadın başı açıqdı, ağarıb,
çallaşmış hörükləri Yekə Ayişənin hörüklərinə oxşayır,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Siranuş dönüb palataya tərəf gedir: “...türkcə bilirmi,
bu...?” düşüncəsində yekə Ayişənin səsini eşidir,
ardınca özünün ağrıdan ulamağını xatırlaya- xatırlaya
yaxınlaşır. Yekə Ayişə deyil, amma onu kimi balaca-
balaca hörükləri olan yaşlı türk arvadıdı, gözləri
yumulu olsa da yatmışa oxşamır, əyilib əlindən tutdu,
arvad diksinib gözlərini açdı, başının üstündə geyimli-
gecimli erməni qadınını görüb küncə çəkildi, uşaq kimi
qorxub başını örtdü, örpəyini üzünə gətirib yamşandı:
-Nə istiyirsən? -dedi.
-Qorxma, -istədi desin ki, mən erməni deyiləm,
düşüncəsindən keçən bu fikrin mənası özünə də aydın
olmadığına görə ifadə edə bilmədi, cibindən bir qırmızı
onluq çıxardıb yasdığın üstünə qoydu. -Mən sənin
yanına gəlməliydim, -dediyinin mənasını anlamadı,
başını qaldırıb palataya göz gəzdirdi. –Yenə türk varmı
aranızda?!
İki türk qadını çarpayıda dikəlib üst- başlarını
düzəltdilər, qorxu içindəydilər. Biri dodağının altında:
-Niyə qoymurlar ağrımızı çəkək... -Bir ilin içində
bu xəstəxanada eşitdikləri bir anın içində yaddaşından
iz sala-sala keçib getdi... “Haça Mustafaya nə
içirtdilərsə, necə iynə vurdularsa kişilikdən düşdü...”,
“...Qarakəlləoğlunun gəlininin böyrəyini götürüb
Amerikaya satıblar...”, “...Ermənini vurduğuna görə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ayğır Hasanı bir iynəyə öldürdülər...” Arvad dizin-
dizin sürünüb divara yapışdı.- Çək əlini...!
-Qorxma, türk qadını, mən də sizlərdənəm, - diz
çökmək istəyirdi, niyəsini bilmədən türk arvadlarının
əlinə-ayağına düşüb yalvarmaq istəyirdi. Əslində də
bilə bilməzdi Siranuş Sumikyan, bilməzdi ki, içi niyə
dəyişib...Siranuşun ruhu dəyişmişdi, özünün xəbəri
yoxdu, bu, bir az da dinini dəyişməyə oxşayırdı...
-Mən səni tanıyıram... -Türk arvadı bir-iki il
qabaq rayona qonaq gəlmiş yazıçının şərəfinə keçirilən
görüşü xatırladı. O vaxt rayon mədəniyyət evində
işləyirdi... Yazıçı qaraqabaq adamdı, başını qaldırıb
heç kəsə baxmır, ona görə də yaxşı yadında qalmayıb,
amma bu, yaraşığından, gözəlliyindən daha çox
hikkəsiylə türkləri mədəniyyt evinin divarlarına sıxmış
erməni qadını yaxşı yadındadı, Siran Sumikyan.
-...Türklər bizim mühitimizi dəyişiblər, indi də
dəyişirlər, daha doğrusu, korlayırlar. Erməni
mühitində türk yaşamamalıdı, bu, bəşəriyyət üçün də
xeyirli olardı, erməni mühitində türk hava
tapmamalıdı, boğulmalıdı, indi gəlin görək biz min
illiklərin erməni mühitini yarada bilmişikmi? Yox,
yarada bilməmişik!
-Sən o mühiti yaratsan acınnan öləcəksən,
oturduğun budağı kəsmə, yaxşı fikirləş, türklər sənə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
çörək verir...- İmirxanlı Ağbilən İsmayıl yerindən
durub bütün salonun başı üstündən bağırdı.-Türk sənin
mühitini dəyişir, doğrudu, türk sənin özünü də dəyişir,
amma yaxşıya dəyişir, türk dili sənin qrabar adlan-
dırdığın qədim erməni dilini də dəyişib, sən türkdən
tərbiyəni öyrənmisən, millət olmağı öyrənmisən. Bil, bu
gün sən türklərə görə varsan! - Əlini yuxarı başda, -
prizidiumda oturmuş yazıçıya uzatdı. - Səhvim varsa
hörmətli yazıçı Qrand Matevosyan buyursun, desin,
mən onun əsərlərinin hamısını orijinaldan oxumuşam.
Türkün nəinki uşaqlarının, itinin də tərbiyə məktəbi
var, bunu hörmətli yazıçı Qrand Matevosyan
hamımızdan yaxşı bilir...
Qrand Matevosyan yenə başını qaldırmadı, eləçə
başı aşağı əl çaldı...
Türk qadını bütün bunları bir anın içində
xatırladığına görə canlanıb özünə gəlmişdi:
-Mən səni tanıyıram, - dedi, qorxa-qorxa, - sən
bizi sevməzsən... Sumikyan Siranuş deyilsən sən?
Erməni yazıçısı gələndə çıxış eləyirdin.
Siranuş bayaqdan səs eşidirdi, amma bilmirdi bu
səs nə deyir, bilmək də istəmirdi, əyilib türk arvadının
dərman qoxuyan üzündən öpdü:
-Məni sağaldan Ayişə arvada salam de, - türkcə
dedi, heç kəs onun türkcə danışdığını görməmişdi.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Neçə müddətdi tanıyan bilən onun birdən birə təmiz
türkcəsinə mat-məətəl qalmışdı. Şaliko bir dəfə dedi:
-Siran “Qrunk”un üzvlük haqqını vermək lazımdı.
-Hə, hə, -dedi, - bu ay türk Ayişənin də pulunu
verməmişik...
Şaliko ona baxa-baxa qaldı... Bu, Siranuşun
ölməyiydi, əgər belə deyirdisə, deməli ölüb artıq...
Səhəri akademik Ulubabuanın yanına apardı...
İndi Ulubabyanı özünə gətirmişdilər, ayılıb
Siranuşu axtarırdı:
-Hanı Sumikyan?!
Bu vaxt Siranuş Sumikyan döşünü çıxardıb türk
qadınına göstərirdi:
-Bax, Ayişədən sonra belə oldu... Görürsən
sağalmışam, Ayişə sağaltı məni.
Şaliko onu səsləyirdi deyəsən... İki dənə onluğu
yastığın üstünə qoyub çıxdı.
Əl tarixi...
-Tarixin sərt görünməyinə baxma, əslində maye
kimidi tarix, daha doğrusu civədi, civədə biclik çoxdu,
hara istəyirsən ora dırmaşsın, əyilsin, ensin, qalxsın...
Tarix civə kimi olduğuna görə yaradanını tanımaz,
tanıtdırmaz; hara çəksən ora gedər, enər-qalxar... -
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Balacahunlunun maraqla dinlədiyini görüb ürək-
ləndim. -Hörmətli akademik, -dedim, - tarixin
sonradan qələmə alınması, bicliyin kağıza
köçürülməsindən başqa bir şey deyil.
1980 ci illərin yay aylarıydı...Oğlum da başda
olmaqla məhlə uşaqları gəlib dedilər ki, kimsə bizim
evin yanındakı daşlara yazı yazır, qalxıb tələsik ora
qaçdım.
...Şalikoya oxşayan erməniydi, üzü Biləcər
stansiyasına baxan sal daşlara erməni əlifbasıyla
işarələr qoyurdu. Oğlum da yanımdadı, mən nə
eləyəcəyimi bilmirəm, xeyli dinməz- söyləməz baxdıq...
...Gözümün qarşısında çox işlər olub, oğurluq
eləyiblər, cibə giriblər, ev yarıblar, amma indi mən
erməninin elədiyinə ad tapa bilmirəm. Daşın tozu üz-
gözünə yapışıb, min illərin,- antiq dövrün adamına
oxşayır özü, uzun əyri burnu daş tozunun altında daha
da iri görünür, üzünün rəngi itdiyi üçün qorxduğu daha
çox hiss edilir. Məni görüb duruxdu, amma işindən də
qalmadı, toz içində olan uzun sifəti daşa sarı tuşlandı.
Mən tələsik evə gəldim, çəkicimi, külüngümü götürüb
qayıtdım. Erməni məni əli külünglü görüb gülümsədi,
bu dəfə şox yəqin ki, erməniyə oxşatmışdı, Bakının bu
məzhəbsiz məhəlləsində əli külünglü kim ola bilərdi ki,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
ermənidən başqa, fikirləşdi ki, köməyə gəlmişəm. Ona
görə də soruşmaq istəyirdi:
-Ay mard, du hayes?
57
- Amma ürək eləmirdi,
soruşmaq istədiyi söz içindəydi deyən boğazı bir az da
uzanmışdı. Daşların arasından sümbülqıran siçan kimi
boylanırdı. Mən ona sarı endim, o gülümsəyirdi, bu iş
üçün aldığı pulu yadına salıb fikrində əlini üstünə
qoydu. -“ Keç, o daşlara da sən yaz...”- belə demək
istəyirdi, ona görə də üzünü döndərib sıradakı qa-
yalıqlara baxdı. Oğlum o tərəfdən qaça-qaça gəlirdi,
uzunsov gözlü, qıpçaq üzlü uşaqdı, erməni onu görüb
məni tanıyacaq... “qıpçaqların aslan südlü qızları,”
misrasını fikirləşə-fikirləşə yazılmış daş sırasına tərəf
getdim...
“Alçaq erməni, başıva çalacam indi, külüngü!
Yiyəsiz görmüsən bu torpağı, daşına erməni adı
yazırsan...mərə kafir?!”
Bu cür sözlərlə özümü coşdurmaq istədim, amma
onu da düşündüm ki, dava eləməyə vaxt yoxdu,
yazılanları tarix olmamış silmək lazımdı, sil qurtar,
sonra dava elə. Silməmiş dava eləsən gəlib deyəcəklər
ki, Biləcər qayalıqlarından erməni yazısı tapılıb, bəs,
deməzsənmi, Biləcər erməni torpağıdı...
Axıb
57
Ay adam, sən ermənisən (haysan)? (ermənicə)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
gələcəklər, əli bayraqlı, özlərini yetirəcək
Qafqaz şünaslar. Bil əc əri da şlar ındak ı yalan onun-
bunun üzünə gülsə də heç kəs üstünü vurmayacaq.
-Uraaa...!
Bu düşüncələr altında külüngümü hirslə Biləcərin
sal daşına çırpdım, ermənicənin A-hərfi qopub yerə
düşdü... Erməni özünü yığışdırmışdı. Daha doğrusu,
nəyi vardısa torbasına yığırdı. Mən onun qaçmaq üzrə
olduğunu görüb əlimdə də külüngüm üstünə yüyürdüm:
-Alçaq, sən özünə iş tapmısan?! Bunla ailə
saxlayırsan.-Şair canım nələr fikirləşdim, demyə.
Erməni üzü aşağı qaçırdı, bizim məhlənin uşaqları,
başda da mənim qıpçaq üzlü oğlum, onu daşa
basmışdılar...
Amma uşaqlar məsələnin nə yerdə olduğunu o
qədər də yaxşı anlamırlar; daşa yazı yazan kimdi, niyə
yazır, mən niyə bu qədər hirslənmişəm...?
Erməninin yazı yazdığı üç-dörd daşdı, poza- poza
gəlirəm, toz-dumana qarışıb, vətənçün işlədiyimin
havası çoşdurub məni. Gözucu baxdım ki, uşaqlar
tamaşa eləyirlər, qıpçaq üzlü oğlum qürur içindədi.
Bütün bunları dərindən duyub bir-iki külüng yenə
endərdim:
-Uux, alçaq! - deyib üzü aşağı baxdım, əyri burun
erməni görünmür. Bu iki daşın arasında onu da
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
fikirləşdim, hesabladım ki, bu adamın 45-50 yaşı varsa
25-30 ildə Azərbaycanımızın nə qədər daşına eməni
işarələri həkk etmiş olar...
Elə külüng də əlimdə bu qərara gəldim ki, mənə
tamaşa eləyən indicə ermənini daşa basmış gənc nəslə
milliyədən yaxşı bir dərs verim, deyim millət nədi, xalq
nədi, xalqın daşı nədi, torpağı nədi, başa salım ki,
tarix-yurd oğurluğu daşa yazı yazmaqla olur, bir də
diqqətlə baxdım, çoxu da qıpçaq sifət, əməlli başlı
ü
rəkləndim, bizim eradan əvvəl 1Y minillikdə elə bu
ə
razilərdə yaranmış olan qüdrətli Quttubilər dövlətini,
Lullubiləri, Midiya-Maday dövlətini, Manna,
Atropaten, Kas- Xəzər, Alban devlətini, Səfəvilərəcən
fikrimdən keçirib uşaqlara əl elədim:
-Gəlin bura!
Onacan uşaqdı, daşların arasından tökülüşüb
gəldilər, mənə çatıb çəkilib bir qıraqda dayandılar,
bayaqkı ərkyanalıqları yoxdu...
-O yazanda biz dayanıb baxırdıq, üç gündü yazır.
Oğlum kimi qıpçaq üzlü uşaq bunu rus dilində
dedi. Soruşdum:
-Adın nədi?
-Atilla...
Oğlum bir-iki addım irəli çıxıb mənə yaxınlaşdı:
-Ata, o azərbaycanca bilmir...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |