Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə24/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   20   21   22   23   24   25   26   27   ...   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Niyəsə çiynini qısa-qısa güldü, bunu hamıdan yaxşı 



Mukuç Xanzadyan anladı ki, partkom nəyə güldü. - 

Gedin, -dedi, Partkom bir də. - Gedin oynayın, 

meyxanada, sonra gəlib gördüklərinizi danışarsınız... 

Müıllimlər çıxmaq yox, əksinə oynayanlara 

qarışıb oynamağa başladılar, ən çox atdanıb düşənsə 

Mukuç Xanzadyan oldu. Müridlər susmuşdular, indi 

də müəllimlər oxuyurdu, oxuyub Mukuşu 

oynadırdılar... 

-Mıqlo musurman olacaq Alı dayı, 

Bu yurd Alosman olacaq, Alı dayı... 

-...Səndin oxuyan?   “....Mıqlo musurman olacaq,”  

deyən səndin? Osmanlı gələcək, hə? Alosman, hıı?! 

...həə, müəllimlər Partkomun tapşırığıyla 

müridlərlə məzələnirlər... Ağbilən heç orda olmayıb, 

amma adı deyilməlidi, belə lazımdı, çatdıran belə 

çatdırıb. 

-Yeşyo raz... -müəllimlərdən hansıdısa tənəkə 

vuranla üz-üzə durub drijorluq eləyir... 

Ağbilən kök, irigövdəli adamın, -Qaraginin 

cavabını verə bilmir, ötən günləri xatırlayır, özündən 

xəbəri yoxdu, heç bilmir, danışırmı danışmırmı... 

-Ağrıya öyrəşdi bu, döyülməklə heç nə deməyəcək, 

vurduqca gülür, bəlkə yandıraq?! -Qaragin belə deyib 

dikəlmək istəyir. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

...Yuxusunda araq içirdirdilər... Başından aşağı 



araq tökülürdü, amma əlində yarısı sındırılmış araq 

şüşəsi vardı, hardandı, özü də bilmir, sonra şüşəni 

harasa çırpdı, harasa yox, əl gördü masanın üstündə, 

çırpınan əl...sınmış, bıçaq kimi tiyələri olan şüşəni 

həmin ələ sancdı...İndi özünün gülümsədiyindən xəbəri 

yoxdu... üz-gözünü dolaşan gülüş o qədər dincdi ki, üz-

ləri üzlər görmüş erməniləri çaşdırıb. 

Mkrtç Ulubabyan yanındakı kök, irigövdəli 

adamla, Qaraginlə baş-başa verdi, o da yarıpıçıltıyla: 

-Yandırmayaq, içirdərik indi...danışar, - dedi, 

altdan yuxarı yenə Ağbilənə baxdı. - Ermənilər haqda 

necə demisən? Nə xalqdı, nə də millət...xalqla millətin 

arasında, həə?! O nə deməkdi, necə başa düşək? Sən 

danış Ağbilən, qorxma, doğru sözümdü, mən sənə 

kömək etmək istəyirəm, bax, bu adamları da ona görə 

yığmışam... Sinif otağında necə demisən eləcə... ermə-

nilər kilsədə yalanarla doldurulur, buraxılır, 

boşalanacan da yol gedirlər, boşalanda kilsə təzədən 

yığır, üfürür onları, hıı? 

Kök, iri gövdəli Qaragin özünü saxlaya bilmədi: 

-Turki mera... -deyib süfrədəki araq şüşəsini 

götürdü, dikəlmək istədi. Ulubabyan əlini onun əlinin 

üstünə qoydu. Qaragin təzədən çəkilib yerinə yayxandı, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

əlindəki araq şüşəsini elə ordan süfrəyə tulladı, şüşə kül 



qabına dəyib sındı... 

Ağbilənin yuxusu bir-bir üzə çıxır, canı suya 

çəkilir elə bil, rahatlaşır, ağrıları azalır, içinə dinclik 

çökürdü. Amma yuxusunda masanın bir küncündən 

damcılayan qan idi, araq yox, amma indi sınmış araq 

şüşəsindən araq axırdı. Hər şey yuxuda gördüyü 

kimiydi. Sınıq şüşəni götürməkdən özünü güclə sax-

ladı... 


-Hə, “...ermənilər bir xalq kimi heç nə 

yaratmayıblar. Xalqların yaratdıqlarısa bəşəriyyətin 

proqramıdı, bu proqramda ermənilər yoxdu, yalanları 

var...” bütün bunlar sənin sözündü, sənin elə özünkülər 

yazıb göndərib, budu bax, məktub, sən demisən 

sinifdə. Düzdü?... Sınmış araq şüşəsi lap əlinin 

altındadı, əlini uzatsa götürəcək... 

“...Millət kimi bir görünsələr də ayrı-ayrıdılar, 

amma  ayrı-ayrılıqda olsalar da işləri birdi. Onu da 

deyək ki, hələlik dünya ictimaiyyətinə bu cü

görünməkləri sərf  eləyir...” bu isə mənim sözümdü

Ağbiləndən eşitdiyim sözlər... illər keçəcək, Sevortyan 

Sedaya deyəcəm. 

...Universitetin sonuncu kursundayıq, artıq heç 

kəs bizi ayrı görmür, dərsdən çıaxan kimi bir-birmizi 

axtarırıq. Qrupumuzun qızları adımı dəyişib Kərəm 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qoyub... “Təzə Əsli Kərəm dastanı yazırlar...” dedilər, 



yoruldular, əllərini üzdülər mənnən.“ -Ermənilər millət 

kimi bir görünsələr də əslində ayrıdılar? Belə demək 

istiyirsən?!” - Seda başını qaldırmır, yəqin hirsindəndi.-

Bu haqda fikirləşərəm, - deyir. - Amma sən də fikirini 

izah eləyərsən, bu cür ağzına gələnə oxşayır. 

-Yaxşı mən izah eləyərəm, sən atana demə, hələ. 

Mayor Sevortyana, aləmi qatacaq bir- birinə. 

-Niyə, deyəcəm, qoy o da fikirləşsin...erməni 

deyil?!. Aləmi də qatır qatsın...” 

 

*** 



                                              

Ağbilən İsmayıl bizə dərs demədi, amma demiş 

olduğu sözlər, görmüş olduğu işlər, fikirləri, düşüncələri 

bütövlükdə götürəndə kəndin canında, mənasında dərs 

kimi yaşayırdı, daha doğrusu, illər boyu özü 

olmayanda belə kəndin-kəsəyin içində hər kəsdən 

xəbərsiz uşaqlar böyüdür, tərbiyə eləyir, səhvləri, 

yanlışlıqları düzəldirdi, sözü-söhbəti məclislərdə-

yığnaqlarda söylənilirdi. 

“ -Belə müəllim idi, Ağbilən, uşaqlara dil 

öyrədirdi, elm öyrədirdi, - kəndin yaşlı adamları həmişə 

onnan danışırdılar.- Deyirdi, yaxınlarınızı təkcə 

yaxınlıqda axtarmayın, uzaqlarda axtarın, uzaqlarda 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

da yaxınlarınız var...Belə şeylərinə görə də kökünü 



kəsdilər, bir anası yekə Ayişəni saxladılar. O da bax

göz dağı kimi təpənin başında qalıb...” 

Aşıq Ayvaz onun şerlərini oxuyardı, məclislərdə... 

-İmirxanlının yazdıqlarını saza gətirə bilmirəm, - 

deyə- deyə Ağbilənin sözlərindən oxuyub yığnaqlar 

yola salırdı... 

Yüz il oldu, səni sevdim yüz il mən, 

Ç

atammadım get, ardınca üzülməm... 

...Ağbiləni qara maşına qoyub aparanda səhər 

tezdəndi. Həmin kök, iri gövdəli adam, Qaragin 

qabaqda oturub, Ağbilən arxada iki nəfərin 

arasındadı, kəndin içiylə keçirlər...Bütün kənd yola 

çıxıb, amma başını qaldıran yoxdu, hamı yerə baxır. 

Kök adam üz-gözünü bürümüş geniş təbəssüm içində 

kənd camaatını seyr eləyir, az qalır əl eləsin, əlləri yan-

yörəsində vurnuxur, ovucları gicikməklə, yəni iştahla 

doludu...bir azdan türk döyəcəkdi, başından yekə 

danışan bir türk öyrətmənini salacaq təpiyin 

altına...uux, ağzı-gözü qan içində, heyif ki, öldürmək 

olmaz, uşaqlara kef verərdim... 

-Adın niyə ağdı? Niyə Ağbilən deyirlər sizə? - belə 

deyib qanrılıb baxdı...  



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Eeeeey, Ağbilən İsmayılın üzü batıb içinə, çəkilib- 



çəkilib, odu, haralarda görükür... maşınnan da o 

tərəfdə... 

-Sən ermənicəni bizdən yaxşı bılırsən, ona görə 

bağışlayıram səni, yoxsa güllələyərdim indicə. -Dönüb 

o birilərinə baxdı. - Lax yumurtaya ermənicə nə 

deyirlər, bilirsiz? Ermənisiz, deyin görək. 

Maşındakılar çiyinlərini çəkib bir- birinə baxdılar. 

-Bax, bu türk bilir, - Qaragin əlini Ağbilənə sarı 

uzatdı,- Laxloxuma, doğrudu, turki dığa?  

İndi də masanın arxasında söyüş söyən bir budu, 

bayaqdan dodaqlarının arasında mızıldana-mıızıldana 

söyüş söyür: 

-Türk köpəyoğlu, döydüm, danışmadın, 

yandıraram, danışarsan, sənnən söz soruşurlar cavab 

ver. 

Ulubabyan  onu yenə sakitləşdirdi: 



-Sakit ol, Qaragin, nahaq da döymüsüz, indi 

biznən yeyib içər, sonra da danışar, suallarımıza cavab 

verər. - Üzünü Ağbilənə tutdu. - Otur biznən iç, 

içməsən, deyəcəm, bütün şüşələri boğazınnan içəri 

tökəcəklər... 

Yuxusunda başından aşağı araq tökülürdü, sonra 

niyəsə arağın rəngi dəyişdi...masanın küncündən qan 

damcıladı. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

...Hə, Qaragin əlini yzadıb süfrədən şüşə qırığını 



götürmək istəyir...qırılmış araq şüşəsini... Elə bildi bu 

əl yuxusundan çıxdı, Qaraginin yekə iri gövdəsi 

masanın üstə əyilib...Ağbilən İsmayıl bir anlığa 

gözlərini yumdu, özünü boğazı qanlı gördü, haradısa 

yuxarıdan baxırdı. Kök adamın əli masanın o ya-

nından bu yanına ayrıca bir canlıymış kimi qıvrıla-

qıvrıla şüşə qırığına sarı gəlirdi... Ağbilənin özünün 

belə xəbəri olmadı, sınmış şüşəni götürdü də öz 

boğazına çəkdi... qan şoralandı, bir onu bildi ki, üzü-

gözü qana bulandı... heç ağrı hiss eləmədi, fərəh 

içindəydi, hər şey yuxudan gəlirdi onsuz da, öz qanı öz 

içinə bağlanmış bağ kimi axıb gedir, onu da dadlı bir 

tam içində dartıb aparırdı. Yan-yörəsində əllər çoxdu, 

qana bələnə- bələnə qaynaşırdı... masanın qırağından 

hərə bir yana dağılmışdı, pəncərə sındı deyəsən, sonra 

güllə səsi gəldi, çiynindən də qan axmağa başladı, 

amma bayaqdan axan qanın yanında bu heç. Şüşəni 

boğazına bir də sancdı...Bu arada onu da fikirləşdi ki, 

Qaraginin əli ağır deyil, dünən nə qədər vururdu 

ağrıtmırdı, ağrıdan onun söyüşləriydi, “ -sənin türk 

olan ananı...” Amma belə, yəni bu cür boğazı kəsilmiş 

necə yaxşıymış, yaşamaq necə gözəlmiş, isti, yumşaq 

qanı yaxası boyu axır, ləzzətdən, daddan, tamnan yerə 

uzanmaq istəyir, əlindəki sınmış araq şüşəsini yenə 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

harasa sancır, əldi deyəsən, kök-koppuş əl, həə, yuxu-



sunda da görmüşdü axı, Qaraginin əli... ahaaa, hər şey 

necə varsa  eləcə donub qalır... 

 Mkrtç Ulubabyanın özü də, iş otağı da qan 

içindədi...Hər şey o qədər birdən birə oldu ki, heç kəs 

özünə gəlməyib, elə bil səhər açılandan beləymiş, 

hamının üzü-gözü, üstü-başı qan içində... 

Qaraginin qışqırdığını da indi eşidirlər. 

-Susss...! -deyir, Ulubabyan əlini dodaqlarının üstə 

qoyur. -Suss, səs eləmə! 

 

Yağ oğurluğu... 



 

Gün əyilib, sərin yaz havasıdı, rayon bazarının 

çıxacağında dinməz-tərpənməz dayanmış Dəmir kişini 

heç kəs evə apara bilmir: 

-Yox, - deyir, Dəmir kişi, - elə belə adam deyildi, 

hörmətdi bir erməni kişisiydi, bax, budu, əl ağacını da 

mənə verdi, bir vedrə yğı da götürdü, dedi gedim, pulu 

gətirim gəlim, budu onun əl ağacı. - Erməninin verdiyi 

əsanı göstərir. - Gələcək, -deyir, -gəlməyə bilərmi, 

əlinin ağacı budu, məndədi. 

İşini qurtarıb bazardan çıxan kənd adamları 

başına yığışıb: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Gəlmiyəcək, - deyillər, - səhərdən gedəndisə indən 



belə gəlməz. 

Dəmir kişi məətəl qalıb, ayağının ucuna qalxıb 

ora-bura boylanır, istəyir çağırsın: 

-Adını soruşaydım gərək, - deyir öz-özünə. Dönüb 

bir-bir yanındakılara baxır. - Mən neynim, ağsaqqal 

adam idi, gözündə gözlük, başında fəs, belə, yannarı iri 

papaq, - əlini qaldırıb havada dairə cızır. -Mənnən üz-

üzə durub, ey türk, deyir, pul qalıb evdə, özüm, deyir, 

odu, o binada yaşayıram, bəs məni tanımırsanmı, al, - 

deyir, - əl ağacımı da tut, indi pulu da gətirib gəlirəm, 

deyir. Necə vermiyim mən?! -Yerində fırlanır, az qalır 

ağlasın. - Məni yandıran yağ deyil, aldanmağımdı. 

Amma yox, gələcək o adam, bilirəm ki, gələcək. Yəqin 

yolda izdə yıxılıb, başına nəsə gəlib... 

Milis idarsinə çatanda növbətçi onları elə küçədə 

qarşıladı: 

-Nolub? Kim lazımdı? 

-Qaraginin yanına getmək istəyirik, bizim 

uçastkovının. Bu adamın yağını aparıblar, pulunu 

verməyiblər... 

-İndi iclas gedir, sonra gələrsiniz... 

Milis idarəsinin qapıları şaqqıltıyla üzlərinə 

bağlandı.  


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Rəis Ulubabyanın otağında isə axar qan canda 



qalmamışdı, axıb qurtarmışdı. Axşam günəşinin işığı 

pəncərədən düz Ağbilən İsmayılın üzünə düşmüşdü, 

ağappaq işıq içindəydi... 

Bayırda: 

-Yox, - dedi, Dəmir kişi, milis idarəsinin 

qarşısında, - mən qayıdım yerimə, ermənini gözləyim, 

birdən gələr məni görməz... 

Bazarın çıxacağında səhər necə dayanmışdısa indi 

də eləcə dayanıb, bir vedrə yağı erməniyə verəndə 

ayaqlarını hara qoymuşdusa indi də ora qoyub

yorulub əldən düşdüyünü hiss eləmədən erməninin 

əsasına söykənib gözləyir, heç kəs yoxdu, təkdi, bilmir 

hara baxsın. Yaxınlığında ağacdan düzəldilmiş 

oturacaq var, “...ermənilər belə şeylərdə səliqəlidi...” 

bu iki daşın arasında bunu da fikirləşir Dəmir kişi, 

gedib oturmur ki, erməni gələr, tanımaz onu...beləcə, 

gözü görə-görə günü axşam eləyib, gün batıb, hava 

qaralıb. Bayaqdan ürəyində çağırır, qulaqları batınca 

qışqırır: “...erməni-iii...” içində yalınça bir səs var, 

amma hələ nəfəsdi, səsə dönməyib, göynəyir eləcə. 

Adını bilsəydi, qapı-qapı düşüb soruşardı... 

Beşmərtəbəli çalın-çarpaz evlərdi, artıq bütün 

pəncərələrin işıqları yanır, küçələrdəki incan axını su 

kimi sıpqarılıb, azalıb, onun heyini də alıb aparıb, tək 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qaldığı üçün də üzülüb əldən düşdüyünü hiss eləyir, 



dönüb yaxınlıqdakı ağac oturacağa sarı gedir, özü öz 

içinə batır elə bil...  

“Erməninin, rusun arasında niyə pis görünsünlər, 

Dəmir kişi, uşaga paltar al, bu günlərdə komsomola 

keçirdəcəm...” Dünən Qara müəllim düz onun qapısına 

gəlmişdi, bunu eşidəndə sevindi: 

-Bax, covet hökümətinə yol burdan başlayır, 

arvad, uşağı komsomola keçirdillər, yağı hazırla, 

aparım satım, paltar alım... 

Başını salıb onu fikirləşirdi, dikəlib evlərə bir də 

göz gəzdirdi: 

-Uşağa paltar alacaydım,- ürəyindən keçəni bir də 

bərkdən dedi, içi səslə, qışqırtıyla doldu yenə, 

“...İkimizə də ayıbdı, ay erməni, sənə aldatdığın üçün 

ayıbdı, mənə bu yaşımda aldandığım üçün...” Sonra 

fikirini ermənicə düzəltmək istədi, bildiyi sözləri bir 

yerə yığıb təzədən dikəldi.- Amota mez hamar...!

62

 -



Səsi çatdığı qədərində elə belə qarasına qışqırdı. 

Yaxınlıqdakı binanın balkonuna çıxanlar oldu: 

-Ubiraysa von, basurman svoloç!

63

 



-Es  ove, ay mart, inç uzum?! İnç asuma?

64

 



                                                           

62

 Bizim ikimizə də ayıbdı! (ermənicə). 



63

 İ til burdan, basurman k

ö

pəyoğlu...(rus) 



64

 Bu kimdi, a kişilər, nə istəyir? Nə deyir? (erməni) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Dəmir kişi deyilənləri anlamasa da əllərinin ikisini 



də səsə-küyə açdı: 

-Heç nə istəmirəm, ay erməni – dedi, - sənin pulun 

daha mənə lazım deyil, gəl, ağacını apar, kişi əini boş 

qoymaz, gəl götür əl ağacını...! - Bir də bərkdən 

qışqırdı, - ay yağ aparan erməni, gəəəl, əl ağacını götür, 

pul lazım deyil, halal eliyirəm, gəəə-əəl...!  

“...Gəə-əəl...” içindəki səs daha güclüdü, ürəyini 

ağzına gətirir, dirənib qalır boğazında. “ Eeey...yağ 

alan erməni...!” aşkara qışqıra bilmədiyi səs içinin qanı 

kimi axıb gedər, ölə bilər Dəmir kişi. Bunu birdən-birə 

hiss elədi... Oğurlayıb aparsaydılar onu belə 

yandırmazdı, amma aldatmaq-aldanmaq insanı içdən 

yaralamaqdı. “... Necə ola bilər, əməlli-başlı 

salamlaşdıq, sabahın xeyir, dedi, ay allahın türkü, mən 

də dedim, hər vaxtın xeyir olsun, ay allahın ermənisi, 

kişi kimi salam-əleyk elədik, dedim puldu, gətirib gələr, 

yağı verdim əlimnən, apardı getdi, amma gəlmədi...” 

Erməninin arığanaq, uzunsov üzü gözlərinin 

önündən çəkilmir, bozumtul fəsin-şlyapanın altından 

bir dağ ətəyindən baxırmış kimi baxır... hə, elə bil uzaq 

arxac yerindən gülə-gülə üstünə gəlir: 

“-Nədi satdığın?- deyir. -Yağdı? - Bilirki yağdı, 

ağzıaçıq qabda on kilodan çox, gözü görür, yenə 

soruşur. - Yağ satırsan? 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Deyirəm, mayıs yağıdı, bir bax, deyirəm, çiçək iyi 



gəlir...” 

Əlindəki əsadan başqa indi arada heç nə 

qalmayıb... Pəncərədən düşən işığa tutub ağacın 

orasına-burasına baxır, bəlkə üstünə adını yazıb; baxır, 

ağacın üstündə heç nə yoxdu, özü də hökümət ağacıdı, 

yəni dükannan alınandı. Bilmir neynəsin... Üstündə 

yazısı olsaydı, götürüb qapı-qapı düşərdi, - budu bax,- 

deyərdi, budu, adını da əl ağacına yazıb... 

“...oğurlrğun da halal olanı var...” Babası 

Aydəmiri xatırladı...

“Heç vaxt əlağacınıüstünə adını 

yazma, adıələ keçər, ilişərsən, yaylaq oğurluğuna 



çı

xsan üstündə səs eliyə biləcək heç nə götürmə, nə 

götürürsən dəridən götür, dəri səs eləmir. Gecədə ay 

varsa işığını izlə, kölgəsində gizlən, ay getdikcə kölgəsi 

də gedəcək, sən də get, arxaca kölgəylə bir yerdə gir, 

oğru öskürəyi deyilən söz var, o doğrudu, sürü oğrunu 

hiss eləyəndə hamısı sırayla içini vurub öskürər, yəni 

bildirər ki, “...oğru var...” ona görə də tələsmə, sürü 



ö

sgürüşürsə ayın getməyini, kölgənin qatılaşmağını 

gözlə, gördün sakitlikdi, əlini uzat, bil ki, kök, yağlı 

qoyunlar həmişə sürüdən qıraqda yatar, əl altında, sə

də elə qıraqdan yapış... amma içdiyin anddan, ərsiz 

arvaddan, ağzı dualıdan, saz tutan əldən, keçdiyin 

eldən, yediyin çörəkdən oğurluq eləmə... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Gülüb deyərdim: Yerdə nə qaldı ki, baba...? 



“-Bəsdi kişi, belə şeyləri öyrətmə uşağa! Nə 

öyrədirsən? İndi oğurluq vaxtıdı?...” Atam babama 

deyərdi...biz də heç nə yox, babamla bir yerdə gülə-gülə 

oxuyardıq: 



İç

diyin anddan, 

Ocaqdan-oddan, 

Ə

rsiz arvaddan, 

Tanıdığın addan, 

Yediyin qazannan, 

Qoşma yazannan, 

Aşıqdan, ozannan, 

Qıldığın duadan..., 

Eldən- obadan 

Paltarı ətəkdən, 

Xəlbirdən, ələkdən   

Yediyin çörəkdə

oğurluq eləmə

...Gecə dərinə endikcə erməni bir vedrə yağ qarışıq 

uzaqlaşıb gedir... Dəmir kişi əlindəki əsaya baxa-baxa 

qalıb, bilmir hara qoysun, özüylə aparıb gəzdirə 

bilməz, işlədə bilməz, elə bir adamın ağacını özünə əl 

ağacı eləyə bilməz...Kömək Allahdan, başını qaldırıb 

göyə baxır, taxta oturacağın yanında göyə dirək olmuş 

çinar ağacınl indi görür, “...onun əl ağacını qaldırım 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

budağın birinnən asım...” deyir ürəyində, “...elə eliyim, 



əl çatmasın... əvvəl-axır görən olacaq, harda olsa o da 

gəlib çıxar, allahsız, yalançı köpəyoğlu, qoy ağacına 

baxıb atdana- atdana qalsın...” Bəs ağacdan necə 

assın? Həə, bunu fikirləşməyib... 

Səhər tezdən minib gəldiyi at indi yadına düşdü...  

Bazarın həyətinə çatanda hələ gün çıxmamışdı, elə 

bir yükü yoxdu, bir az yumurtadı, bir az pendir, 

arvadının diliylə desək, bir çınqır da yağdı, yəni bir 

vedrə kərə yağı. Atın yükünü alıb bazardan biraz aralı 

göylüyə bağladı, yumurtayla pendiri elə qapının 

ağzındaca aldılar, yağı götürüb gəldi bura, heç 

gəlməyəydi, gəldi, ala inəyin bir aylıq əməyini heç 

elədi... 

Nə isə, at indi yadına düşdü, tələsik yığışıb bazara 

tərəf getdi... Molla Nəsrəddininki olmasın, atı da 

aparsalar lap yaxşıdı, arvada deyərəm, atı da verdim 

ki, bir vedrə yağı piyada- yayaq aparmasın... 

Tələm-tələsik özünü bazarın həyətinə çatdırdı, at 

yerindəydi, amma yan-yörəsində dişə dəyən nə vardısa 

otdamışdı, indi də dartınıb-dartınıb dəriyığan Apedin 

dükanının taxtalarını gəmirirdi, çürüyüb köbələk 

bağlamış taxtalardı, indi heç Apedin özünə də gərək 

deyil. Amma muzey eləyəcəm deyir, adını da araba 

təkərinin üstünə yazıb; “ SKİZBUK...”, yəni, baş-



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin