2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Niyə? - Özümdən asılı olmadan dilləndim.
-Mat ne pozvalyayet, - Atilla dedi.
Mənim gülümsəməkdən başqa çarəm qalmadı,
yaxınlaşıb başını sığallamaq istədim, özünü əlimin
altından qaçırtdı, əlim bir anlığa havada qaldı, toz-
torpaqlıdı, uşaq yəqin ona görə qaçdı əlimin altından,
deyə düşündüm.
-Bəs bunlar kimdi, kimin uşaqlarıdı, bunları da
tanış elə,- dedim, çəkilib külüngümün yanında
dayandım, kədərlənmişdim birdən-birə...
“...Atillanın rusca danışmağı da Biləcər daşlarına
ermənicə yazı yazmaq kimi bir şeydi... Hə, bizim bu
Atilla da üstündə erməni yazısı olan daş lövhədi,
Atillaya da erməni işarəsi vurulub...” deyə fikirləşdim,
hə, bu temanı işləyərəm, işlənməlidi. Külüngü götürüb
sonuncu erməni hərfini də vurub yerə sərdim...
-Ata, bu Qarikdi, - barmaqlarının ucuna qalxıb
ağzını qulağıma tutdu. -Rəisi gəzdirən erməninin
oğludu... tanıyırsan?
“Həə, bizim rayonun milis rəisinin sürücüsü;
sarışın, həmişə gülən, qılıqlı, nəinki hər kəsə yaxın,
hamının daxilində olmağı bacaran bir adam, elə belə
də gözlərimin önünə gəldi. Bu yörələrdə nə qədər adam
tutuldu, a bala, ay Qarik, sən də eşit, a mənim qıbçaq
üzlü oğlum, a sovet məktəbinin istehsal etdiyi məh-
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
sullar. Hamı bilirdi ki, bütün bunlar Qarikin atasının
işidi, dinən yoxdu, amma...”
Nə isə, gələcək nəslə demək istədiyim milliyə dərsi
batdı, udquna-udquna külüngümə baxdım, canlıydı elə
bil, bir göz gətirməyi qalmışdı... “Qarik atasına
danışsa, dərsi mənə verəcəklər, erməni yalan olacaq,
mən gerçək, Biləcər dağlarından qədim erməni yazısı
tapılıb, onu millətçi azəri türkləri dağıdıblar...bütün
dünya səs- səs verəcək...” Dırnağımın ucuna kimi
soyuyub buza döndüm.
-Ata, bu da bizim Məsidi, tanıyırsan da...
-Kolbasa...?! - Onu tanıdığım üçün sevinc içində
qışqırdım. Məsi ağzında kolbasa maşının
pəncərəsindən baxan yerdə yanında da it gözlərimin
qarşısına gəlmişdi. “Həə, onun da atası zavmaq
Abramın itlərinə baxır, seyid Barxudar. Hər axşam
itləri maşına qoyub gəzməyə aparanda Məsi də itlərin
kolbasasınnan yeyə-yeyə maşının pəncərəsndən baxar,
məhlənin uşaqları da onların ardınca qaçarlar...Həə,
Məsini mən belə görmüşəm...”
-Ay sağ ol, Məsi, bəs itlərini də gətirəydin,- dedim,
külüngümü götürüb daşların arasından çıxdım.
“Uşaqdılar daa, neynillər eləsinlər, cadəcə mənim
dərsim qaldı, gənc nəslə demək istədiyim milliyə dərsi.
Amma dərs demək üçün ilk öncə məktəb olmalıdı,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
daha doğrusu, yaranmalıdı, məktəb olmur, yaranır,
nec ə ki, eyni d üşünc ə, eyni əxlaq istehsal ed ən rus-
sovet məktəbləri yaranmışdı...”
Bu fikrin ən doğru cavabını bir-neçə ildən sonra
Sevortyan Seda deyəcək, mənsə məətəl qalacam,
qorxu-hürkü bürüyəcək canımı...
“-Bilirsən, Leninin cürbə-cür cib dəftərçələri olub,
həmişə üstündə gəzdirirmiş, gizlin qeydlərini eləyirmiş;
əsas proqramlarını, planlarını, açıb deyə bilmədiyi
siyasi məqsədlərini ora yazıb işləyərmiş, 1924-cü ildə
vəvat eləyəndə, dəfn mərasiminin baş mühəndisi o
dəftərçələri götürüb. Eşitmisən, bu haqda?
-Yox.
-O mühəndis 1926-cı ildə qaçıb Fransaya,
“Leninin cib dəftərçələri” adında iri bir əsər yazıb.
-Hardan bilirsən, görmüsən?
-Atam gətirmişdi evə, bir həftə ailəliklə oxuduq.
Qadağan olunmuş kitabdı, - əlini əlinin üstə qoydu, -
düz bu boyda.
“Bizim haqqımızda yenə nəsə yazılıb, bizim
deyəndə də türklərin, yoxsa ermənilər yığışıb gecə-
gündüz oxumazlar.”
-Nə yazılıb? - dedim.
-Yeddi yüz səhivəlik kitabdan bircə bəndi
deyəcəm. Birinci cib dəftərçəsindən səkkizinci bənd:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
SSRİ-də yaşayan türkləri qəzetlərimizi oxuyacaq
dərəcədə savadlandırmaq kifayət edər, onnan aqrtıq
olmaz... - Seda gülümsəyib başını qaldırdı, məni nə
halda gördüsə, tələsik əlavə elədi- mən deməmişm ki,
yolddaş Lenin deyib. Düz deməyib? Çobanlara
savadlanmaq olmaz... -Uzun-uzadı qəhqəhə çəkdi,
yaşıl bir ağacın altıydı, arxadan məni qucaqlayıb
yumru bərk döşlərini küryimə sıxmışdı, mən şairlər
demiş, onun nə vaxt içimə sancılacağını gözləyirdim...”
“Həə, bizim bilikli,dahi insanlarımız cox olsa da
görünür bütövlükdə savadsızıq, daha doğrusu, indiki
günün savadsızı. Yüksək səviyyələrdə gözümüzü
döyməyimiz də buna görədi... Özünü görməmək,
anlamamaq, özündən uzaqlaşmaq, kim olduğundan
xəbərsiz, bütün bunlar Lenin məktəbinin yetirdiyi,
istehsal etdiyi məhsul deyilmi...” Bu fikirlərlə evə tərəf
gedirəm, Biləcər qayalıqlarından baxanda Bakının bir-
birindən seçilməyən yeni binaları, evləri-eşikləri ayağım
altındadı, külüngümü yerə söykəmişəm, dizimin
dibində qulaqlarını sallayıb durub. Bir-birindən o
qədər də seçlməyən gənc nəslimizi bir də görmək
istədim, döndüm, özləri görünmürdü, qayalıqlardan
səsləri gəlirdi...”
Deməli rus kimi böyüməlisən, bir türkün rus kimi
böyüməyisə erməni olmaq deməkdi. Evə qayıdandan
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
sonra da bu fikirlər başımdan çıxmadı, yerimə uzanıb
gözlərimi yumdum; məni bürümüş qorxunun içində
yaxamdan yapışıb silkələyirdilər, “Biləcər
qayalıqlarindakı erməni yazılarını niyə dağıtmısan...”
Qarikin atasının səsiydi. Deyirdim, indi kimsə elə bu
səslə qapını döyəcək, gəl, deyəcək, gəl, görək
neynəmisən.
Doğrudan da günlərin birində elə həmin səslə
qapımı döyüb apardılar məni:
-Bilirsən, ağlını başına yığ, mənim rayonumda it
pişiklə, qurd quzuyla dolanır. O qırıb dağıtdığın daşın
tozunu yedirdərəm sənə! - Rəisin özü dindirirdi məni. -
Nə təhər olur əə, Sevortyanın qızıynan kef eliyirsən,
əlifbasını bəyənmirsən amma. Elə Sevortyanın qızına
görə də bağışlayıram səni, get, erməni qızıyla kef eləyə-
eləyə yaşa...
Çaşmış halda ayağa durdum, elə qapıya
çatmışdım ki, arxadan səsi gəldi:
-Eşit, əə, şairə-zada oxşayırsan özün də, evlənərsən
birdən, Sevortyanın qızıyla, - barmağını mənə tuşlayıb,
- bax, haa, əlimnən qurtara bilməzsən! -dedi, güldü.
Rəis özü demiş, hamıyla məzələnəndi; bu gün də
mənimlə məzələndi. Qoymadı fikrimi axıracan deyəm.
Nə qədər dedim:
-Rəis, bir erməni Biləcər daşlarına...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Sözümü ağzımda qoydu:
-Ə, nolsun?! Nolsun, Biləcər daşlarına kimsə yazı
yazır...?! Birincisi, nə bilirsən, o yazını yazan ermənidi?
- Susub xeyli üzümə baxdı, mən sözün əsl mənasında
inandım ki, o, bu arada pullarını xatırladı, yağlı tox
baxışlarını üzümdən çəkmirdi. -Hıı, nə bilirsən? Bəlkə
özümüz yazırıq...
-Biz ermənicə bilirik ki...? - Mənim bu
sadəlövhlüyüm, daha doğrusu, avamlığım, ona ləzzət
elədi.
-Ə, pul olan yerdə niyə bilmirik, ermənicə bilmək
nə mənədi ki. Sən özün yazmazsan bəyəm? Yazarsan,
pul versələr lap gedib Sevortyanın evində yazarsan, -
birdən elə bərkdən güldü ki, diksindim. -Amma
Sevortyanın qızını yaman tapmısan!
-Məsələ kimin yazmağında deyil, naçalnik, indi
Biləcər dağlarını axtarsalar içinnən erməni yazıları
çıxacaq...-Mən tələsik dilləndim ki, sözümü kəsməsin,
Sevortyanın qızı məsələsinin də üstündə çox
dayanmasın.
-Çıxsın daa, nolsun, o da bir bəzəkdi, qədimlikdi.
Birdə ki, sən Sovet İttifaqında yaşayırsan, yadınnan
çıxartma, Sovet İttifaqı olan yerdə nə Ermənistan, nə
Azərbaycan...!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Pərt olsam da naçalnikin yanından necə çıxdığımı
bilirəm... Onu da fikiləşirəm ki, bizi idarə eləməyə nə
var; asanca bir şeydi, köksüz, nəcabətsiz, dibçək
bitgiləri kimi yerdən aralı, taxtaların, daşların üstündə,
dilsiz, ağızsız...
Nə isə, yolun sağına soluna baxmadan yolu
qarasına keçdim. Dayanıb rəisin yaşını hesablayıram,
düz gəlir, “Leninin cib dəftərçələrinin açdığı
məktəblərin şagirdi, tələbəsi...” Bu ifadəni bir neçə kərə
dodaqaltı pıçıldadım. Rəis demiş, hə, nolsun, tələbə
vaxtlarımda heç nədən qorxmazdım, elə qorxmaz
olaraq da dalaşa-dalaşa universiteti bitirdim, indi işsiz-
gücsüz ortalıqlarda qalmışam...
“...Azərbaycan üçün ermən istehsal edən rus-sovet
məktəbləri...” Çap etdirə bilməsəm də elə bu haqda
yazım, qalsın, heç olmasa içimin tikanları çıxsın. Bu
fikirlərlə binaların arasında dayanmışam, qışqırmaq
istəyirəm. Qorxu, vahimə bürüyüb məni, bu, dolana
bilməmək qorxusudu, hər şeydən əvvəl, tək bir
anamısa dolandıra bilməyəcəyəm...Əslində bu da deyil,
özümü alladıram, sadəcə fikirlərim ilişib boğazımda
qalıb,
“xalq hələ millət deyil...”, “millət xalqın
n əcab ətli, t əmiz qolundan yaranmal ıd ı...” Bəlkə
sınıram, özümnən xəbərim yoxdu, məhv oluram bəlkə,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
rəisin qarşısında nə günə düşmüşdüm, o nə səsdi,
çıxırdı mənnən...
“Türkləri vəzifəyə qoyanda tələsmə, seç,
savadsızları iş başına gətir, o da ətrafına öz
savadsızlarını yığacaq...” İnsanı seçməyə nə var ki, gör,
rəisi necə tapıblar, gör Balacahunlunu necə
işləyiblər...Qardaşım bir kəlmə rusca bilmir, amma hər
cümləsində üç dənə rus sözü işlədir. Nolub deyir, bizim
söz deyil? “Splaşnoy...”gülür özü də ləzzət içində.
Özünə gəlib bir də soruşur:
-Sən canın, splaşnoy bizim söz deyil?
Rus üçün, rus dövləti üçün istehsal olunmuşlar...
-...neynim mən, akademik Balacahunlu, daha da
hisslərimi itilədin, mən də gərək auditoryalarda toz
kimi içimizə hopdurduğun kökü Leninin cib
dəftərçələrində olan məktəb proqramlarıyla,
dərsliklərlə böyüyüb hamıya, hər şeyə oxşayaydım, hər
ş
eyə oxşayansa, özün yaxşı bilirsən ki, heç nəyə
bənzəməz...
İndi 80-ci illərin ortalarıdı, rus-sovet
məktəblərində bizdən fərqli olaraq özlərini anlamaqla,
daha doğrusu, özlərini yenidən qurmaqla məşğul olan
ermənilər də bizi kimi rus- sovet məktəblərini
bitirdilər...Bəs Azərbaycanın Qarabağ bölgəsini,
Ermənistan əhalisinin 90 faizini təşkil edən azərbaycan
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
türklərini, bütövlükdə Qafkazı bürümüş erməni
qasırğası hardan gəlməyə başladı?!
Bəs, bizim torpaqların hesabına yaranmış
əldəqayırma Ermənistan Respublikasının müharibəsi
də əldəqayırma olacaq daa, hörmətli akademik
Balacahunlu. Müharibələrin min cür üzü var, bu da bir
üzü. Siz bunu niyə anlamadınız? Ermənilər, bütün
türklərə ölüm, şüarları deyəndə, bizə şərqi
oxudyrdunuz:
Kür, Araz, Ararat,
Gözəldi bu həyat...
Qardaş olub Hayastan,
Azərbaycan...
Biz böyüyüb tamam tərsini gördük, səhvin
dərinliyinə bax, yoldaş akademik Balacahunlu.
“...Bu səhvləri düzəltmək üçün oxuduğumuz
mahnıları qusmalıyıq, ürəyimiz bulanmalıdı,
ö
güməliyik, aldığımız təhsili- bilgini yaddaşımız
götürməməlidi, biz öyrəndiyimiz tarixi qusub geri
qaytarmalıyıq ki, təmizlənək, mümkündümü bu?!”
...Seda tül xalata bükülüb üz-üzə oturmuşdu,
xalatdan başqa əynində heç nə yoxdu, çıl-çılpaqdı,
əlindəki badəni ətli- dolu dodaqlarının üstündə
saxlayıb mənə baxır, içmır, üz-gözünün sakit, yumşaq
olmasından bilirəm ki, mənim bu əzabım ona xoşdu:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Yaxşı ki, sənnən uşağa qalmamışam, -deyir. –
Uşağa qalmış olsaydım, yəqin ki, bağrım çatdayardı.
Mən onun bu sözündən sonra atasını xatırladım,
Mamvel Sevortyanı... Milis mayoru Mamvel
Sevortyan, həmişə boynu içinə batıq, üzü çiyinlərinə
sarı, elə bil ağzı çatsa paqonlarını gəmirəcək...
-Türkə heç itimi də vermərəm! İstəyir qızımla lap
yüz il gəzsin...
Milis mayoru Sevortyan mənə eşitdirir, gəldiyimizi
görüb yəqin, Sedayla əl-ələ tutub yaxınlaşırıq. İki
mərtəbəli həyət evləridi, vağzaldan azca yuxarı küçənin
o başınacan sırayla düzülüblər. Evlərin özündə,
görkəmində yəni, ermənilik yoxdu, səs-küyündə,
geyim-gecimində var...
Seda məni həyət qapısının ağzınacan apardı. Bir
neçə müddətdi, anlamışam ki, Seda məni həyətə, həyət
adamlarına, atasına göstərmək istəyir... Həyət qapısı
açıqdı, məni qapının ağzında qoyub atasının üstə
qaçdı, atasını öpüb, nəsə dedi...
-Mayorun qulağına nə pıçıldayırdın? - Səhəri gün
görüşən kimi soruşdum. - Düzün de!
-Dedim, narahat olma, türklərə mən sənnən də
çox nifrət eləyirəm. Belə deyəndə hirsi soyuyur.
-Həə, mən də deyirəm, dodağının altında niyə
gülümsədi, birdən- birə...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
O vaxtdan bir-iki ay keçib, elə bir-iki aydı mayor
Sevortyanın gözünə görünmürəm, heç görünmək də
istəmirəm...
Nə isə, Seda mənim cavabımı gözləyir, bilirəm
istədiyi məni özümdən çıxartmaqdı, çıxım da. Başımı
qaldırıb baxdım, anlayım görüm nə deyir, daha
doğrusu, nə demək istəyir:
-Mənə də xoşdu ki, mənnən uşağa qalmamısan,
erməni olacaydı da. -dedim. - Sənnən çıxanın türk
olmağını istəmirəm...”
Biləcər qayalıqlarından şəhərə tamaşa eləyirəm,
fars yönlü insanların, daha doğrusu, tədqiqatçıların
yüz-yüz illərdi Badü-Kübəyə döndərmək istədikləri
amma bacarmadıqları doğma Bakı şəhərinə...heç kəs
Badü-Kübə demir, ən sağlam olanı elə budu. Bayaq
milliyə dərsi demək istədiyim gənc nəslin səs- küyü
məhləni götürüb, bu da anlaşılandı, elə bil bayaqkı
kimi ermənıni daşa basıblar.
Heç nə, mənim sözüm akademik Balacahunluyadı,
bu kiçik hekayəni də elə olduğu kimi ona göndərəcəm.
Atın gülməyi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ağbilən İsmayılı rayonun milis rəisi Ulubabyanın
qapısından içəri iki milisioner keçirti, hərəsi onun bir
qolundan tutmuşdu.
-Siz gedin...
Milis nəfərləri dalı-dalı çəkilib qapıdan çıxdılar.
Akademik Ulubabyanın atası Mkrtç Ulubabyan
başını qaldırıb baxdı ki, görsün, Ağbilən İsmayılın
döyüldüyü bilinirmi... Bilinmir, üzü-gözü təmizdi,
çallaşmış saqqalı tumarını itirməyib. Hə, belini
düzəldəmmir, deyəsən, belinnən vurublar, lap yaxşı.
Ağbilən İsmayıl doğrudan da belini düzəldə bilmir,
ayaq üstə güclə dayanıb.
-Yaxın gəl, - milis rəisi masanın üstündə boydan-
boya açılmış süfrəni göstərdi. - Bax, burda süfrənin
qırağında altı adam var, hərəsi bir sual verəcək, sənə...
-üzünü yanındakı adama tutdu.
Yanındakı qırma saqqallı adamdı, başını
qaldırmadan rus dilində soruşdu: -Na kakom yazıke
qovorit on?
58
Mkrtç Ulubabyan:
-Bütün dilləri,- dedi.- Na vsex yazıkax.
59
Qırma saqqallı adamı elə bil səksəndirdilər:
-Na armyanskom toje?
60
58
Hansı dildə danı şa bilir, bu? (rus)
59
B
ü
t
ü
n dillərdə...(rus )
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Daje luçşe nas...
61
Ağbilən İsmayıl ətrafını o qədər də yaxşı anlamır,
olanlardan daha çox olacaqları hiss eləyir. Yuxusu
bayaqdan gözlərinin önündən çəkilmir... əlində yarısı
sındırılmış araq şüşəsi tutub. Üstündə süfrə açılmış
masa da yuxuda gördüyüdü, yuxusunda gördüyü
masanın üstü qanla örtülüdü, bir küncündən qan
damcılayır...
-Qonagın kim idi? - Qırma saqqallı adam ermənicə
soruşdu.
Ağbilən o gecəki qonagının özündən tez atını
xatırladı, at eyvanın orta dirəyinə bağlanmışdı, həyət-
bacaya bir-iki gözətçi qoyulmuşdu; gələn-gedən olsa
xəbər verəcəydilər.
-Oğul-uşağı yığ, gecəylə keçək o üzə...ona görə
göndəriblər məni, - pəncərənin ağzında üz-üzə
dayanmışdılar, qonaq xırıltılı səslə pıçıldayırdı. -
Dedilər hmısını yığ gətir.
-O vaxtlara baxma, indi keçə bilmərik, qırallar
hamımızı.
-Gözləyəcəklər bizi...o yanda da bu yanda da
adamımız var.
60
Erməni dilini də? (rus)
61
Bizdən də yaxşı ...(rus)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Birdən birə at dartınıb yüyəni qopartdı, pəncərəyə
sarı yeriyib içini vura-vura oxrandı.
-Gələn var, - dedi qonaq, qorxusundan dişi dişinə
dəydi, dişlərinin səsi gəldi, elə bil qapı açılıb örtüldü.
Bir yerdə bayıra atıldılar.
-Hər tərəfə adamlar qoyulub, bir şey olsa...
-At səhv eləmir, - dedi qonaq, ata sarı yüyürüb
yəhərə aşırıldı...At elə bil gülürdü, atın gülməyi
Ağbilənin yadında da elə beləcə qaldı, gülər üzlü at...
-Nəyə gəlmişdi? Neçə nəfər idilər? Sərhəddən kim
keçirtmişdi onları? Hardan keçirtmişdilər?
...Alapaça atdı, pəncərənin ağzında zəif-zəif
közərən şamın işığında ötəri görünməyiylə yadda
qaldı,- vallah atın üzü gülürdü, yiyəsini belinə alıb
sevinə- sevinə gözdən itdi... - anası Yekə Aişəyə
deyirdi. “Ana, vallah mən atın gülməyini gördüm...”
Səhəri elə məktəbdən apardılar...
İndi Ulubabyana baxa-baxa qonağın atını
xatirlayırdı... “vallah atın üzü gülürdü...” Özünün
gülümsədiyindən xəbəri yox idi.
-Necə demisən...?- Mkrtç Ulubabyan əlini qırma
saqqallı adamın əlinin üstə qoydu. - Familyası türkcə
olan ermənilər xristyan azərbaycanlılardı, yəni
albanlar, hıı? Qarabağ, həə?! - Silkələnə-silkələnə
güldü. - Mən də? Ulubabyanam dəə, mənim də familim
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
türkcədi... -masanın aşağı başında oturana işarə elədi, -
araq süz...onun da coyadı türkcədi, burda çoxunun fa-
mili türkcədi elə.
Badələrə araq süzüldü. Ulubabyanın yanında
oturmuş kök, iri gövdəli adam dünən Ağbilənin
döyülməyinə rəhbərlik eləyirdi, sonra irəli yeriyib
təpiklə qarnına vurdu...“alçaq türk, sən mərəkədə nə
oxuyursanmış, Mqlo musurman olacaq, Alı dayı... Sən
bunu kimə deyirdin, bizim rəisimizə?...
Bektaş müridləri təsəvvüf mahnıları oxuyur, beş-
altı müriddi, üçbucaq şəklində düzülüblər, biri ortada
qabal yerinə tənəkə çalır, oynayanlar var, içlərini vura-
vura kiminsə oynayıb-oynayıb cəzb olmasını
gözləyirlər; ruha qarışıb yox olacaq...
Cənnətin bülbülləri
Oxur, Allah deyu-deyu...
Belə bir məqamda bir neçə kənd müəllimi girdi
içəri, kənd məktəbinin rus dili müəllimi Mukuç
Xanzadyan da aralarındaydı. Müridlərdən biri:
-Onları çıxardın, - dedi, - içgilidilər, günahdı.
Doğrudan da içmişdilər, bu gün onlardan bir
neçəsi kommunist olmuşdu, partiya sıralarına
keçirtmişdilər onları.
-Gedin, - dedi, Partkom, iclasdan sonra, - görün
kimdi, kənddə meyxana eliyir, gedin, siz də oynayın... -
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |