Qeyd: Bu siyahı müvafiq sənədlərə əsaslanaraq Azərbaycan Qaçqınlar
Cəmiyyətində tərtib edilmişdir.
201
11. 1988-ci ilə qədər indiki Ermənistanda mövcud olan
azərbaycanlı yaşayış məntəqələri
Amasiya (Ağbaba) rayonu
1. Oxçoğlu (Voxçi-1991), 2.Güllübulaq, 3.Çaxmax (Kamxut-1991), 4.
Mağaracıq (Qdaşen-1991), 5.Qaraçanta (Əzizbəyov-1939, Areknadem-
1991), 6.Daşkörpü, 7.İbiş (Yerizak-1991), 8.Qoncalı (Zarişat-1991), 9. İlanlı
(Çaybasar-1946, Aravet-1991), 10.Düzkənd (Alvar-1991), 11.Qaranamaz
(Yeniyol-1935, Ağvorik-1991), 12.Göllü (Ardenis-1991), 13.Təpəkənd
(Berdaşen-1991), 14.Sultanabad (Şurabad , Paqaxş-1991), 15.Balıqlı
(Zorakert-1991), 16.Öksüz (Darik-1991), 17.Güllücə (Tsaxkut-1991),
18.Ellərkənd (Lorasar-1991), 19.Çivinli (Yeğnacur-1991), 20.Hozukənd
(Quzukənd , Qarnariç-1991), 21.Qarabulaq (Şağik-1991).
Qarışıq yaşayış məntəqəsi:
22.Amasiya (Hamasa).
Noyemberyan rayonu
1.Yuxarı Körpülü.
Qarışıq yaşayış məntəqələri:
2.Debedavan (Baraxlı), 3.Ləmbəli (Baqrataşen-1972), 4.Ayrım sovxoz
(Btğavan), 5.Aşağı Körpülü (Haxtanaq-1978), 6. Ayrım (qəsəbə dəmiryol
stansiyası).
Ararat (Vedi) rayonu
1. Şidli (Yexeqnavan-1991).
Qarışıq yaşayış məntəqələri:
2.Xalisa (Noyakert-1991), 3.Arazdəyən (Yerasx-1968), 4.Şirazlı (Vosketap-
1991), 5.Qaralar (Aralez-1978), 6.Yengicə (Sisavan-1978), 7.Taytan
(Vanaşen-1978), 8.Kiçik Vedi, 9.Şıxlar (Lusarat-1978), 10.Avşar,
11.Çimənkənd (Urcadzor-1978), 12.Dəvəli (Ararat şəhəri-1947), 13.Vedi,
14.Daşdı (Daştakar-1968), 15.Dəvəli kəndi, 16.Armaş, 17.Çəmbərək
(Surenavan).
Krasnoselo (Çəmbərək) rayonu
1.Cil, 2.Ardanış, 3.Şorca, 4.Toxluca (Draxtik-1991), 5.Ağbulaq (Axperek-
1991), 6. Gölkənd (Ayqut-1991), 7.Çaykənd (Dprabak-1991), 8.Əmirxeyir
(Kalavan-1991), 9.Bəryabad (Barepat-1991), 10.Yanıqpəyə (Meşəkənd-
1978), 11. Cıvıxlı, 12.Qaraqaya (Coravank-1991.
202
Qarışıq yaşayış məntəqələri:
13.Çəmbərək (Krasnoselo), 14.Orconikidze.
Tumanyan (Allahverdi) rayonu
1. Böyük Ayrım, 2. Bala Ayrım, 3. Yuxarı Axtala.
Qarışıq yaşayış məntəqələri:
4. Allahverdi (Mə’dən qəsəbəsi), 5.Şamlıq qəsəbəsi, 6.Aşağı Axtala qəsəbəsi
(Gümüşxana), 7.Cılız, 8.Axtala dəmiryol stansiyası.
İcevan (Karvansara) rayonu
1.Göyərçin, 2.Mürteyil (Çiçəkbulaq-1978, Qeğatan-1991),
3.Haqqıxlı (Vurğun-1978, Hovk-1991), 4.Alaçıqqaya (Alaçux), 5.Ağkilsə
(Cermakavan-1991), 6.Polad (Xaçardzap-1991), 7.Salah (Akanavank-1991).
Razdan (Axta) rayonu
1.Dədəqışlaq (Axundov-1939), 2.Təkəlik (Artavaz-1991),3.Qorçulu.
Qarışıq yaşayış məntəqələri:
4.Misxana (Hankavan-1949), 5.Çarensavan.
Yeğeqnadzor (Keşişkənd-Mikoyan) rayonu
1.Qabaxlı, 2.Ələyəz (Yexeqis-1991), 3.Qovuşuq (Yermon-1991), 4.Aysəsi
(Qızılgül-1946, Arates-1991), 5.Qalaser, 6.Gədikvəng, 7.Qaraqaya,
8.Güldüzü (Vardahovit-1991).
Qarışıq yaşayış məntəqələri:
9.Əməğu, 10.Sallı, 11.Hors, 12.Ağkənd (Ağncadzor-1968), 13.Çivə.
Mehri rayonu
1. Nüvədi, 2. Aldərə, 3. Lök (Vartanizor).
Qarışıq yaşayış məntəqələri:
4. Maralzəmi, 5.Lehvaz, 6.Mehri, 7.Astazur (Şivanidzor-1935).
Sisyan (Qarakilsə) rayonu
1.Qızılcıq, 2.Sofulu, 3.Murxuz, 4.Şıxlar, 5.Ağüdü (Aqitu-1991), 6.Urud
(Vorotan-1968), 7.Ərəfsə (Arevis-1968), 8.Comərdli (Tanahat-1991).
Qarışıq yaşayış məntəqələri:
9.Dəstəkirt, 10.Vağudi, 11.Şəki.
Qafan rayonu
203
1.Gığı, 2.Kirs, 3.Kurud (Kard-1991), 5.Mahmudlu (Çaykənd), 6.Pəyhan, 7.
Acıbac ( Acabac-1991). 8.Həcəti, 9.Kehpəşin, 10.Aşağı Pürülü, 11. Yuxarı
Pürülü, 12.Qovşud (Kavçut-1991), 13.Zeyvə (Davidbek-1949), 14.Müsəlləm,
15. Yuxarı Girətağ, 16.Aşağı Girətağ, 17.Açağu, 18.Dəvrus, 19.Qaradığa,
20.Xələc, 21.Oxdar, 22.Cıbıllı. 23. Yuxarı Gödəkli, 24. Aşağı Gödəkli,
25.Bəydaş (Xorcor-1991), 26.Şabadin (Yexeq-1991), 27.Siznək,
28.Qaraçimən (Diçmayri), 29.Baharlı, 30.Aşağı Daşbaşı, 31.Aşağı Dovruz,
32.Yuxarı Dovruz, 33.Hünüd, 34.Novruzdar, 35.Qatar, 36.Atqız.
Qarışıq yaşayış məntəqələri:
37.Qafan, 38.sarıdərə, 39.Piriman, 40.Sünük sovxozu, 41.Şəhərcik qəsəbəsi.
Gorus rayonu
1.Şurnuxu, 2.Ağbulaq, 3.Qurdqalaq.
Kalinino (Vorontsovka) rayonu
1.Qızıldaş (Aruni-1991), 2.Sarıyar (Apaven-1991), 3.Evli (Coramut-1991),
4.Cücəkənd (Qızılşəfəq-1935), 5.Soyuqbulaq (Paqaxpyur-1991), 6.İlməzli,
7.Qaraqala, 8.Dəmirçilər (Qoqavan-1991), 9.Qaraisa (Meqahovit-1991).
Qarışıq yaşayış məntəqələri:
10.Kalinino qəsəbəsi (Taşir-1991), 11.Novoselçovo, 12.Saratovka,
13.Privolnı, 14.Kruqloşışka, 15.Medovka, 16.Mixailovka, 17.Petrovka
(Qurdqala), 18.Blaqodarno, 19.Lorsovxoz.
Qukark (Böyük Qarakilsə) rayonu
1.Hallavar, 2.Yuxarı Kilsə, 3.Mollaqışlaq (Güllüdərə-1978), 4.Xancığaz
(Gözəldərə-1940, Ağnavadzor-1991), 5.Arçut, 6.Haydarlı, 7.Aşağı Kilsə.
Qarışıq yaşayış məntəqələri:
8.Vartanlı (Şaumyan), 9.Fioletovo, 10.Lermontovo.
Vardenis (Basarkeçər) rayonu
1.Hüseynquluağalı (Nərimanlı, Şatavan-1991), 2.Böyük Qaraqoyunlu
(Əzizli-1935, Norabak-1991), 3.Aşağı Şorca, 4.Yuxarı Şorca, 5.Daşkənd
(Ayrk-1991), 6.Sarıyaqub (Çaxkadzor-1991), 7.Qayabaşı (Qeğamabak-
1991), 8.Qoşabulaq (Şadcrek-1991), 9.Zərzibil (Zərkənd-1935, Kut-1991),
10.Ağkilsə (Azad-1935), 11.Zod (Cotk-1991), 12.Babacan (Qızılkənd-1978),
13.Pəmbək, 14.Dərə (Daranek-1991), 15.Şişqaya (Qukariç-1991), 17.Bala
Məzrə (Pokr Masrik-1991), 18.Qaraiman (Sovetkənd-1978, Kaxank-1991),
19.Kəsəmən (Bahar-1978, Arpunk-1991), 20.İnəkdağı (Yenikənd-1978,
Tretuk-1991), 21.Qanlı (Qamışlı-1946), 22.Kərkibaş (Şəfəq-1967, Vanevan-
204
1991), 23.Subatan (Qexakar-1991), 24.Canəhməd (Günəşli-1969, Kutakan-
1991), 25.Ağyoxuş, 26.Sətənəxaç (Güney-1935, Arevuni-1991).
Qarışıq yaşayış məntəqələri:
27.Yuxarı Zağalı (Ağpradzor-1978), 28.Çaxırlı (Sovetakert-1978, Kaxakn-
1991), 29.Tüstülü (Lusaqunk-1978), 30.Böyük Məzrə (Medz Masrik-1991),
31.Qızılvəng (Çiçəkli-1940, Makenis-1978), 32.Torf.
Masis (Zəngibasar) rayonu
1.Zəhmət (Xaçpar-1991), 2.Dostluq (Qaraqışlaq, Ayanist-1991), 3.Dəmirçi
(Darbnik-1991), 4.Sarvanlar (Sis-1991), 5.Rəncbər, 6.Zəngilər (Zorak-
1991), 7.Kalinin qəsəbsi (Həbilkənd, Reyhanlı, Seyidkənd-Noramarq-1991).
Qaraşıq yaşayış məntəqələri:
8.Yuxarı Necili (Nizami-1978), 9.Aşağı Necili(Sayat Nova-1978),
10.Rəhimabad, 11.Mehmandar (Hovtaşad-1978), 12.Şöllü (Daşdavan-1978),
13.Arbat, 14.Uluxanlı (Zəngibasar,Masis-1950) qəsəbəsi.
Əzizbəyov (Paşalı-Vayk rayonu)
1.Köçbəy (Yeğedzor-1991), 2.Leyliqaçan, 3.Saravan, 4.Axta, 5.Gomur
(Qomk-1991), 6.Gabud (Kapuyt-1991), 7.Gülüstan (Nor Aznaberd-1991),
8.Zeytə (Zedea-1991), 9.Terp (Saravan-1960).
Qarışıq yaşayış məntəqələri:
10 Kotanlı (Karmraşen -1935), 11.Qndevaz, 12.Horadiz (Oradis-1968).
Spitak (Hamamlı) rayonu
1.Qursalı, 2.Saral.
Qarışıq yaşayış məntəqəsi:
3.Qızılörən (Şenavan-1946).
Stepanavan (Cəlaloğlu) rayonu
Qarışıq yaşayış məntəqələri:
1.Rus Gərgəri (Puşkino-1937), 2.Gərgər 3.Kələkürək, 4.Kirov (Xarxar),
5.Çubuxlu (Kuybışev-1939),. 6.Qara Məmməd (Maksim Qorki-1939).
Artaşat (Qəmərli) rayonu
Qarışıq yaşayış məntəqələri:
1.Yamancalı (Desxut-1967), 2.Bayburd.
Abovyan (Ellər) rayonu
Qarışıq yaşayış məntəqələri:
205
1.Göykilsə (Kaputan-1935), 2.Nurnus.
Hoktemberyan (Qurduqulu) rayonu
Qarışıq yaşayış məntəqəsi:
1.
Bağçalar (Baqaran-1968).
Azərbaycanlılar yaşamış respublika tabeliyində olan şəhərlər:
1.
İrəvan
2.
Kirovakan (Vanadzor-1990)
3.
Hrazdan
4.
Stepanavan
5.
Cermuk
6.
Leninakan (Gümrü-1990).
206
12. Erməni təcavüzü nəticəsində 1988-1994-cü illərdə Azərbaycan
Respublikasında zəbt edilmiş, dağıdılmış və yandırılmış yaşayış
məntəqələri və sosial obyektlər
yaşayış məntəqələrinin sayı 900
sosial obyektlər
məktəb
uşaq bağçası
məktəbdənkənar müəssisə
texnikum
ali məktəb
klub
kitabxana
muzey
kino-qurğusu
teatr
məktəbəqədər müəssisə
poliklinika
ambulatoriya
tibb məntəqəsi
doğum evi
aptek
sanatoriya
turbaza
məscid
4366
690
280
35
4
1
862
982
13
1831
2
855
10
159
397
10
76
4
1
10
207
13. Azərbaycanlılara qarşı edilmiş vəhşiliklərin açıqlanması və
erməni terrorizminin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi
haqqında Azərbaycan Respublikası prezidentinin fərmanı
Azərbaycanlılara qarşı iki əsrədək davam edən gizli və açıq soyqırım
siyasətini qətiyyətlə pisləyərək, Ermənistan Respublikasının son beş ildə
Azərbaycan Respublikası ərazisində apardığı e’lan olunmamış müharibənin,
ölkəmizin dinc əhalisinə qarşı vəhşiliklərin dərhal dayandırılmasını tələb
edərək, erməni terrorizmi və totalitar rejimin özbaşınalığı nəticəsində
xalqımıza dəymiş böyük maddi və mə’nəvi ziyanı, yüz minlərlə günahsız
insanın məhv və şikəst edilməsini nəzərdə tutaraq, habelə onların
tapdalanmış hüquqlarının bərpası və müdafiəsi məqsədi ilə q ə r a r a a l ı r a
m:
1.
Azərbaycan xalqına qarşı edilmiş cinayətlərə və erməni
terrorizminə görə hüquqi, mə’nəvi məs’uliyyət məsələsinin beynalxalq
təşkilatlar və dünya ictimaiyyəti qarşısında rəsmi şəkildə qoyulması zəruri
hesab edilsin.
Bu
məqsədlə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və
Xarici İşlər Nazirliyinə tapşırılsın ki, beynalxalq hüquq normalarına uyğun
olaraq, göstərilən cinayətlərin törədilməsində, yaxud onlara şərait
yaradılmasında günahkar şəxslərin və təşkilatların məs’uliyyətə cəlb
olunması, habelə bu cinayətlər nəticəsində vətəndaşlara dəymiş maddi və
mə’nəvi ziyanın ödənilməsi haqqında məsələni öyrənsinlər və müvafiq
təkliflər hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsinlər.
1.1.
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Xarici İşlər
Nazirliyi, respublikanın xarici ölkələrdəki səfirlikləri və konsulluqları,
beynalxalq təşkilatlardakı nümayəndəlikləri, AzərTAC, Dövlət Teleradio
Verilişləri Şirkəti və mətbuat orqanları:
Erməni terrorçuları və imperiya qüvvələri tərəfindən XIX-XX
əsrlərdə Azərbaycan xalqının başına gətirilmiş müsibətləri və cinayətləri
bütün dünya ictimaiyyətinə çatdırsınlar, erməni terrorizminin, onun
azərbaycanlılara qarşı soyqırımı siyasətinin mə’nəvi və hüquqi cəhətdən
pislənilməsi barədə Azərbaycan Respublikasının mövqeyini xarici dövlətlərə
bildirsinlər.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə, Dövlət Statistika
Komitəsinə, Səhiyyə Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Xalq Təhsil
Nazirliyinə, şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın:
208
-
azərbaycanlılara qarşı edilmiş cinayətlər nəticəsində respublikaya
pənah gətirmiş bütün şəxslərin rəsmi qeydiyyatının keçirilməsini əlaqədar
ictimai təşkilatlarla əməkdaşlıq əsasında təkmilləşdirsinlər. Vahid forma
əsasında (beynəlxalq standartlara uyğun olaraq) hər bir şəhər, rayon, kənd və
qəsəbə əhatə olunmaqla beynalxalq ictimaiyyətə təqdim edilmək üçün
qaçqınların və məcburi köçkünlərin vahid qeydiyyat kitabını çapdan
buraxsınlar;
-
qaçqınların və məcburi köçkünlərin vəziyyəti öyrənilməklə onların
maddi və mə’nəvi ehtiyaclarının ödənilməsi, mənzil, əmək, mülk, pensiya,
ailə, təhsil və digər hüquqlarının tə’min olunması haqqında dövlət proqramı
işləyib hazırlasınlar və təsdiqə təqdim etsinlər.
Qaçqınların və məcburi köçkünlərin yığcam yaşadıqları şəhər və
rayonlarda onlara kömək məqsədi ilə qaçqınlar və məcburi köçkünlər
mərkəzləri yaradılsın, bu mərkəzlərə icra hakimiyyəti başçısının şö’bəsi
statusu verilsin. Azərbaycan Respublikasının rayonlarda, şəhərlərdə dövlət
hakimiyyət və idarəetmə orqanları haqqında əsasnaməyə müvafiq dəyişiklik
edilsin.
3.
Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyi və Azərbaycan
Respublikasının Elmlər Akademiyası bu fərmanda göstərilən məsələlərə
tə’lim-tədris, elmi-tədqiqat, mədəni-maarif işində diqqəti artırsınlar və
müvafiq mövzuları tədris proqramlarına, elmi planlara, muzey-ekspozisiya
və bədii-sərgi tədbirlərinə daxil etsinlər.
3.1
Azərbyacan Respublikasının Elmlər Akademiyası xalqımızın
XIX əsrdən başlayaraq azadlıq mübarizəsini, o cümlədən azərbaycanlıların
soyqırımını, qaçqınlıq tarixini əsaslı və kompleks şəkildə araşdırıb
fundamental elmi tədqiqat işləri hazırlanmasını, onların rus, Qərbi Avropa və
Şərq dillərində nəşr olunmasını tə’min etsin.
3.2
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
azərbaycanlıların soyqırımını, onların milli-azadlıq mübarizəsini əks etdirən
“Yaddaş evi” muzeyi təşkil etsin.
Bakı şəhər icra hakimiyyəti başçısı “Yaddaş evi” muzeyinə bina
ayrılması məsələsini 1 ay müddətində həll etsin.
4.
Azərbaycan Respublikasının Dövlət Mətbuat Komitəsi
azərbaycanlıların Ermənistandan kütləvi surətdə qovulmasına həsr olunmuş
və qaçqınların həyatından bəhs edən illüstrasiyalı albomlar, sənədli elmi-
publisist məcmuələr və başqa ədəbiyyat nəşrini təşkil etsin.
5.
Azərbaycan qaçqınlarının tarixini, erməni terrorizminin və totalitar
rejiminin günahsız qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə:
209
5.1
Bakı şəhərində keçmiş «26 Bakı komisarı» bağının adı
dəyişdirilərək “Qaçqınlar meydanı” qoyulsun. Orada yerləşən ictimai-siyasi
və bədii əhəmiyyətini itirmiş, millətin tarixi yaddaşına zidd olan memorialın
yerinə 1,5 milyon azərbaycanlı qaçqınlarına həsr olunmuş abidə kompleksi
ucaldılsın.
5.2
Bakının Dağüstü parkında 1918-ci il soyqırımında həlak olmuş
18 min azərbaycanlının xatirəsinə həsr edilmiş abidə ucaldılsın.
5.3
Ağdamda Xocalı şəhidlərinin basdırıldığı qəbiristanlıqda Xocalı
faciəsinə həsr edilmiş memorial abidə və Xocalı şəhərində (azad edildikdən
sonra) tarix-memorial abidə kompleksi yaradılsın.
5.4
Azərbaycan Respublikası dövlət nümayəndələrinin sülh məramı
ilə uçan vertolyotun salındığı yerdə - Xocavənd rayonunun Qarakənd
kəndində (azad olduqdan sonra) həlak olmuş dövlət xadimlərinin, millət
vəkillərinin və başqa şəhidlərin adını əbədiləşdirən və bu faciəni əks etdirən
abidə qoyulsun.
5.5
Bakı və Yevlax şəhərlərində terrorçuluq əməlləri nəticəsində
partladılmış qatar, bərə və avtobusun həlak olmuş sərnişinlərinin xatirəsini
yad edən mərmər lövhələr qoyulsun.
6.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 5-ci
maddəsində göstərilən məsələlərə Bakı şəhər icra hakimiyyəti, Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi və yaradıcılıq təşkilatları ilə birlikdə
baxsın və onları mövcud qaydalar çərçivəsində (müsabiqə əsasında,
ictimaiyyətin və mütəxəssislərin fikri nəzərə alınmaqla) həll etsin.
7.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki,
1988-ci ildən başlayaraq erməni terrorçuları tərəfindən azərbaycanlılara qarşı
törədilən cinayətləri öyrənmək və materiallar toplamaq üçün hökumət
komissiyası yaratsın.
HÖKUMƏT KOMİSSİYASI:
- qanunla müəyyən edilmiş qaydada istintaq işlərinin aparılmasına
kömək edir və öz tərkibində hüquq-mühafizə orqanlarının səlahiyyətli
işçilərini, peşəkar hüquqşünasları, mütəxəssis-alimləri və ekspertləri
birləşdirir;
-
cinayətlərin forma və metodlarını, törədilən şəraiti və amilləri
örənir;
-
ayrı-ayrı vətəndaşlara, milli və ictimai mənafeyə dəyən ziyanı,
onun həcmini, mövcud beynalxalq qanun-qaydanın pozulma dərəcəsini
müəyyənləşdirir;
-
toplanmış materialları ümumiləşdirərək türk, ingilis, rus, ərəb
dillərində və başqa dillərdə nəşr olunmasını tə’min edir və uluslararası
210
vasitələrlə yayır, insan hüquqları ilə məşğul olan beynalxalq təşkilatlara
çatdırır;
- öz fəaliyyətini respublika büdcəsindən maliyyələşdirir.
8.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində yaradılan
hökumət komissiyasına, Azərbaycan Respublikasının prokurorluğuna, Milli
Təhlükəsizlik Nazirliyinə, Ədliyyə Nazirliyinə, Dövlət Mətbuat Komitəsinə,
Elmlər Akademiyasına və Nazirlər Kabinetini yanında Baş Arxiv İdarəsinə
tapşırılsın ki, erməni terrorizminin və totalitar rejimin günahsız qurbanları -
bütün məhkum olunanlar və sair kütləvi represiyalara qalanlar haqqında
sorğu-informasiya və arxiv mə’lumatlarını açıqlamaq və ictimaiyyətə
çatdırmaq məqsədi ilə “Azərbaycanlılara qarşı soyqırımı siyasəti (erməni
terrorizmi qurbanları)” və “Totalitarizm dövrünün repressiyaları”
mövzularında Azərbaycan Respublikasının rəsmi ağ kitablarını buraxsınlar.
Azərbaycan Respublikasının prezidenti
Əbülfəz Elçibəy.
Bakı şəhəri, 23 fevral, 1993-cü il.
211
14. 1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi
surətdə deportasiyası haqqında Azərbaycan Respublikası
prezidentinin
F Ə R M A N I
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə
həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız
ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə mə’ruz qalmışdır.
Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində
azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən-min illər boyu
yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi
qətl və qırğınlara mə’ruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni
abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və
1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı
növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü
illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-
baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi
hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar
rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o
cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim
dəyişikliyinə, fiziki sarsıntılara və mə’nəvi genosidə dözməyərək həlak
olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin siyasəti
ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd
mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata
keçirilməsində iştirakı da az rol oynamamışdır.
Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR
ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca
araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir.
Yuxarıda göstəriləni nəzərə alaraq
QƏRARA ALIRAM:
1. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR
ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyanın
hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində
keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun
212
beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə aşağıdakı tərkibdə dövlət
komissiyası yaradılsın:
Dövlət komissiyasının sədri :
Heydər Əliyev - Azərbaycan Respublikasının prezidenti
Dövlət komissiyası sədrinin müavini:
Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri
Dövlət komissiyasının üzvləri:
Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti İcra Aparatının
rəhbəri
Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
İzzət Rüstəmov - Azərbaycan Respublikası Baş nazirinin müavini
Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Həsən Həsənov - Azərbaycan Respublikası xarici işlər naziri
Namiq Abbasov - Azərbaycan Respublikasının milli təzlükəsizlik naziri
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Eldar Həsənov - Azərbaycan Respublikasının Baş prokuroru
Südabə Həsənova - Azərbaycan Respublikası ədliyyə nazirinin birinci
müavini
Xanlar Hacıyev - Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Sirus Təbrizli - Azərbaycan Respublikasının mətbuat və informasiya naziri
Vəfa Quluzadə - Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə
dövlət müşaviri
Hidayət Orucov - Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə
dövlət müşaviri
Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti İcra Aparatının
humanitar siyasət şö’bəsinin müdiri
Şahin Əliyev - Azərbaycan Respublikası Prezidenti İcra Aparatının
qanunvericilik və hüquq ekspertizası məsələləri
şö’bəsinin müdiri
Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezindenti İcra Aparatının
dövlət-hüquq şö’bəsinin müdiri
Yusif Hümbətov - Azərbaycan Respublikası Prezindenti İcra Aparatının
ərazi idarəetmə orqanları ilə iş şö’bəsinin müdiri
Əli Həsənov - Azərbaycan Respublikası Prezindenti İcra Aparatının
ictimai-siyasi şö’bəsinin müdiri
Rafael Allahverdiyev - Bakı şəhər icra hakimiyyətinin başçısı
Nizami Xudiyev - Azərbaycan Respublikası Dövlət Televiziya və Radio
Verlişləri Şirkətinin sədri
Fəraməz Maqsudov - Azərbaycan Elmlər Akademiyasının prezidenti
213
Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri
Cəmil Quliyev - Azərbaycan Elmlər Akademiyası ictimai elmlər
bölməsinin akadkmik-katibi əvəzi
İqrar Əliyev - Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun
direktoru
Budaq Budaqov - Azərbaycan Elmlər Akademiyası Coğrafiya
İnstitutunun direktoru
Ataxan Paşayev - Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
Baş Arxiv İdarəsinin rəisi
Yusif Yusifov - N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin
ümumi tarix kafedrasının müdiri
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın icrası ilə bağlı
məsələləri həll etsin.
Dostları ilə paylaş: |