AZƏrbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu


ERMƏNİ ŞOVİNİZMİNİN DİRÇƏLİŞİ (1960-1987-ci illər)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13044
1   2   3   4   5   6   7   8   9   10   ...   14
 
3. ERMƏNİ ŞOVİNİZMİNİN DİRÇƏLİŞİ (1960-1987-ci illər) 
 
Ermənistanda antitürk, antimüsəlman təbliğatı 60-cı illərin 
ortalarında yenidən var gücü ilə  işə salınmışdı. 1964-cü ildə Ermənistanın 
rəsmi dairələri Moskvanın razılığı ilə uydurma "Erməni genosidi"nin 50 
illiyinin qeyd edilməsi haqqında qərar qəbul etmişdilər. Bir il ərzində 
Ermənistanın bütün kütləvi informasiya vasitələri, nəşriyyatları, redaksiyaları 
1915-ci il "genosidi"nin təbliği ilə məşğul olmuşdular. Həmin vaxtadək gizli 
fəaliyyət göstərən "Daşnaksutyun" partiyası fürsətdən istifadə edərək, bir növ 
açıq fəaliyyətə keçmişdi. Erməni millətçiləri 1965-ci ilin fevralında cəllad 
Andranik Ozanyanın anadan olmasının 100 illiyini təntənəli surətdə qeyd 
etdilər. Həmin dövrdə Ermənistanı Yenidən Birləşdirmə Komitəsi 
yaradılmışdı. 
Bu hərəkata gizli surətdə Ermənistanın KP MK-nın o zamankı birinci 
katibi Y.Zarobyan, ikinci katibi H.Bağdasaryan, Elmlər Akademiyasının 
prezidenti V.Hambarsumyan, şairlərdən Hovanes Şiraz, Silva Kaputikyan, 
akademik B.Ulubabyan, C.Girakosyan və s. rəhbərlik edirdilər. Nümayiş  və 
mitinqlərdə isə tələbələri və xaricdən gələn erməniləri qabağa verirdilər. 
Komitə öz qarşısına «Türkiyə Ermənistanı»nı, Naxçıvan və Qarabağı 
indiki Ermənistana birləşdirməyi məqsəd qoymuşdu. 
1965-ci aprelin 24-də  İrəvanda "qırğınların" 50 illiyinə  həsr edilmiş 
yığıncaq keçirilmiş, Ermənistan EA-nın prezidenti Viktor Hambarsumyan 
məruzə etmişdi. 
Tədbirin keçirilməsi zamanı Ermənistanı Yenidən   Birləşdirmə 
Komitəsinin üzvləri onların nümayəndəsinə məruzə üçün söz verilməməsinə 
etiraz  əlaməti olaraq Opera Teatrı binasının  şüşələrini sındırmış,  şəhərdə 
çaxnaşma salmış, orada yaşayan azəri türklərini "genosid"lə hədələmişdilər.
1
  
60-cı illərin ortalarında Ermənistanda aparılan milli ayrıseçkilik 
siyasəti və diskriminasiya aksiyası  nəticəsində  İrəvan və onun ətraf 
rayonlarından minlərlə ailə Azərbaycana köçməyə məcbur olmuşdu. 
1961-ci ildə SSRİ hökuməti xaricdə yaşayan ermənilərin yeni 
dəstəsinin qəbul edilməsi haqqında qərar qəbul etmişdi. Ermənistan KP MK-
nın 1961-ci il oktyabr plenumunda qərara alınmışdı ki, ermənilərin 
Ermənistana 1946-48-ci illər köçürülməsi zamanı  əldə edilən təcrübəyə 
əsaslanaraq, onlara mənzil fondu ayırmaqla, məktəblər və s. sosial obyektlər 
təşkil etməklə onların yerləşdirilməsinə başlansın. 1962-ci ilin əvvəlində 
                                                           
1
 Didərginlər, Bakı, 1990, səh. 92-97. 

 
98
başlayaraq Kiprdən, Misirdən,  İrandan, ABŞ-dan, Türkiyədən, Uruqvaydan, 
Argentinadan ermənilər Ermənistana axışdılar. 1962-1965-illərdə 
Ermənistana 7 min erməni gəlmişdi. Onlar əsasən sənaye  şəhərlərində  və 
Hoktemberyan, Eçmiədzin, Artaşat və Vedi rayonlarında yerləşdirilmişdilər. 
Ümumiyyətlə, 1962-1973-cü illərdə xaricdən Ermənistana 26 min 
erməni gəlmişdi.
2
  
1946-1948-ci illərdə olduğu kimi, 60-cı illərdə  də xaricdən 
ermənilərin Ermənistana gətirilməsi oradan azərbaycanlıların kütləvi surətdə 
deportasiya edilməsi ilə  nəticələnmiş, on minlərlə azərbaycanlı  əhalinin 
Azərbaycana və başqa yerlərə köçməsinə səbəb olmuşdu. 1968-ci ildə erməni 
tarixçiləri saxtakarlıqla Erebuni (guya qədim  İrəvan)  şəhərinin guya 2750 il 
öncə salındığını sübuta yetirməyə  cəhd göstərdilər, təntənəli yubileylər 
keçirdilər. Ermənilər əski erməni əlifbası ilə şəhərin salınma tarixini yazmış 
və onu şüşə qabın içərisində torpağa basdırmışdılar. Lakin həmin şüşə qabın 
II Yekaterina zamanında Rusiyada istehsal olunduğu sübut edildikdən sonra 
ifşa olundular. Erməni tarixçilərinin İrəvan şəhərinin əski türk şəhəri olması 
faktını danmaq cəhdləri bir daha puça çıxdı. Təəssüf ki, həmin vaxt 
Azərbaycan  alimləri susmağı üstün tutdular. 
1979-cu ildə keçirilən Ümumittifaq siyahıyaalınmasının nəticələrinə 
görə Ermənistanda azərbaycanlılar 160841 nəfər, yaxud Ermənistan 
əhalisinin (3037259 nəfər) 5,3 faizini təşkil edirdilər. 1926-cı ildə 
Ermənistanda türklər 84,6 min nəfər olmuşdular. Həmin dövrlə müqayisədə 
azərbaycanlılar cəmisi 89 faiz, yaxud 1,9 dəfə artmışdı. Müqayisə olunan 
müddətdə ermənilər 743,6 min nəfərdən 2725000 nəfərə çatmışdı. Onların 
artımı 280 faiz, yaxud 3,7 dəfə olmuşdur. Eyni müddət ərzində kürdlər 15,3 
min nəfərdən 50822 nəfərə çatmış, 301 faiz, yaxud 3,3 dəfə artmışdı. Bu 
rəqəmlər azərbaycanlıların Ermənistanda nə  dərəcədə diskriminasiya və 
repressiyaya məruz qaldıqlarına əyani nümunədir. 
Təəccüblü orasıdır ki, 1972-ci ildə Ermənistan respublikası "Xalqlar 
dostluğu" ordeni ilə təltif edilmişdi. 
1965-ci ildə Ermənistan rəhbərləri Göyçə (Sevan) gölünün suyunun 
azalmasını  bəhanə edərək Arpa çayının kanal vasitəsi ilə Göyçə gölünə 
axıdılması üçün SSRİ hökumətinin qərarını ala bildilər. Uzunluğu 48,5 km 
olan bu tunel-kanalın çəkilməsi ilə Arpa çayından suvarılan Naxçıvan 
MSSR-in torpaqları suya həsrət qaldı. Təəssüf ki, Azərbaycanın o zamankı 
rəhbərləri ermənilərin bu hərəkətinə qarşı  çıxmağa özlərində  cəsarət 
tapmadılar. 
                                                           
2
 История aрмянского народа, Ирəван, 1980, səh. 417-418 

 
99
1960-1970-ci illərdə  Ağstafa-İcevan,  İcevan-Razdan, Sevan-Şorca, 
Şorca-Zod (qızıl mədəninə) çəkilən elektrikləşdirilimiş  dəmiryol xətləri 
Ermənistanın iqtisadiyyatının dirçəlməsinə xeyli təkan verdi. Çünki 
Ermənistanın nəhəng kimya sənayesi müəssisələri və toxuculuq kombinatları 
bütövlükdə Azərbaycandan gətirilən xammal əsasında işləyirdi. 
Zod qızıl mədənindən çıxarılan qızılın yuyulması zamanı  əmələ 
gələn zəhərli maddələr Araz çayına axıdılır. Gorus və Sisyanın sənaye 
müəssisələrinin tullantıları  Həkəri çayı vasitəsilə, Qacaran və Qafanın mis-
molibden emalı kombinatlarının zəhərli tullantıları Oxçu çayı vasitəsilə Araz 
çayına, Allahverdi-Şamlıq mədənlərinin tullantıları isə Debet çayı vasitəsilə 
Kür çayına axıdılır, Azərbaycan təbiətinə, canlı aləminə, ekologiyasına 
öldürücü zərbələr vurur. 
Ermənistanın iqtisadiyyatı bütövlükdə Azərbaycandan qidalanmasına 
baxmayaraq, erməni ziyalıları, mədəniyyət və incəsənət xadimləri mütəmadi 
olaraq antitürk, antiazərbaycan təbliğatını gücləndirir, erməni və Azərbaycan 
xalqları arasında  ədavət toxumu cücərdirdilər.  İrəvanda 1915-ci il 
"soyqırımı"na məruz qalanların xatirəsinə abidənin qoyulması, 
Hoktemberyan rayonunda Sərdarabad döyüşçülərinin xatirəsinə memorial 
kompleksinin açılması, uşaqdan böyüyə kimi hamının bu abidələri ziyarət 
etməsi, "erməni qırğınları"na həsr edilmiş kinofilmlərin nümayiş etdirilməsi 
erməni xalqında Azərbaycan xalqına qarşı düşmənçilik  hisslərinin 
alovlanmasına səbəb olurdu. Xüsusən, erməni yazıçılarından S.Zoryanın, 
G.Eminin, S.Xanzadyanın, S.Ayvazyanın  tarixi səpkidə yazılan roman və 
povestləri, publisistik əsərləri erməni xalqında türk dünyasına, müsəlman 
dünyasına qarşı düşmənçilik hissləri təlqin edirdi. 
İrəvan televiziyası  və radiosu Qarabağın və Naxçıvanın erməni 
torpaqları olması haqqında günaşırı verilişlər təşkil edir, bir növ erməni 
gənclərini Azərbaycana qarşı hücuma hazırlayırdı. 
1965-ci ildən etibarən hər il aprelin 24-ü rəsmi olaraq "genosid" 
günü kimi qeyd edilir. Həmin günlər Ermənistanda yaşayan azərbaycanlılar 
üçün qorxulu gün hesab edilirdi. Şəhərin küçə bazarlarında  ələ keçən 
azərbaycanlıları döyür, təhqir edirdilər. 
1983-cü il aprelin 24-də ermənilər "genosid" gününü bəhanə edərək 
Masis (Zəngibasar) rayonunun mərkəzində (Uluxanlıda) azərbaycanlılar 
yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını 
qırıb dağıtmışdılar. Müdafiəsiz  əhali Türkiyə  sərhədinə  sığınmağa məcbur 
olmuşdu. Yalnız hərbiçilər işə qarışdıqdan sonra azğınlıqlara son 

 
100
qoyulmuşdu.
1
 Bu cür hadisələr Ermənistanda türklərin yaşadıqları 22 
rayonda müxtəlif vaxtlarda, müxtəlif cür baş verirdi. 
Son yetmiş ildə Ermənistanda yaşayan azərbaycanlılara qarşı açıq 
elan edilməmiş "səlib yürüşü"nün proqramı respublikanın  ən yüksək 
dairələrində hazırlanır, gizli qərarlar və xüsusi göstərişlər vasitəsilə  həyata 
keçirilirdi. 80-ci illərin ortalarında Ermənistanda yaşayan azərbaycanlıların 
problemlərini həll etmək üçün məsələnin kəskin  şəkildə Ermənistan 
rəhbərləri qarşısında qoyulması vaxtı çatmışdı. Bu məsələni Azərbaycan 
rəhbərləri qaldırmalı idilər. Haqq, ədalət də bunu tələb edirdi. Lakin 
Azərbaycan rəhbərləri hər gün Ermənistandan onların ünvanına göndərilən 
imdad dolu şikayət məktublarına etinasız yanaşır, Ermənistanın "daxili 
işlərinə qarışmamağını" üstün tuturdular. 
Həmin dövrdə Ermənistanda iki yüz mindən artıq azərbaycanlı 
yaşadığı halda, Ermənistan KP MK aparatında onları bir nəfər inspektor 
təmsil edirdi. Ermənistan SSR Nazirlər Sovetinin və Ali Sovetinin 
aparatlarında bir nəfər də olsun məsul  şəxs işləmirdi. Ali Sovet sədrinin 
ictimai  əsaslarla müavinindən başqa ("Sovet Ermənistanı" qəzetinin 
redaktoru  ənənəvi olaraq ictimai əsaslarla müavin seçilirdi). Komsomolun 
Mərkəzi Komitəsində isə 1981-ci ildən etibarən bir nəfər təlimatçı  işləyirdi. 
Əhalinin  əksəriyyətini türklər təşkil edən rayonlarda (Krasnoselo, Vardenis 
(Basarkeçər), Masis (Zəngibasar), Amasiya (Ağbaba))  əsas nomenklatur 
vəzifələrdə ermənilər işləyirdilər. Amasiya rayonu əhalisinin 86 faizini 
azərbaycanlılar təşkil etdiyi halda, nomenklatur vəzifələrinin 90 faizini 
ermənilər tutmuşdular.  Əvvəllər Ermənistanın rayonlarında rayon partiya 
komitəsinin birinci katibi vəzifəsində  işləmiş azərbaycanlıların heç birinə 
Ermənistanda təqaüdə  çıxmaq müyəssər olmamışdı. Onlar təqiblərə  və 
terrora məruz qaldıqlarından ya respublikanı  tərk edərək Azərbaycana 
köçməyə  məcbur olmuş, ya da müəmmalı  şəkildə  həyatla vidalaşmışdılar. 
Əvvəllər Amasiya rayon partiya komitəsinin birinci katibi, sonralar isə 
"Sovet Ermənistanı" qəzetinin redaktoru və Ali Sovetin ictimai əsaslarla 
müavini Məhərrəm Bayramovun taleyi 1981-ci ildə  məhz belə olmuş, sui-
qəsd nəticəsində həyatdan vaxtsız getmişdi. 
Ermənistanda azəri türklərinə qarşı aparılan milli ayrıseçkilik 
siyasətinə, onların müxtəlif bəhanələrlə sıxışdırılmasına nəhayət ki, Sov.İKP 
MK reaksiya verməyə məcbur olmuşdu. 
                                                           
1
 Xəlilov İ., «Zəngibasar necə dağıldı» məqaləsi, «Vətən səsi» qəzeti, № 39, 10 
oktyabr 1991-ci il. 

 
101
"Ermənistan partiya təşkilatında Sov.İKP MK-nın 1983-cü il iyun 
plenumunun qərarının yerinə yetirilməsi haqqında" Sov.İKP MK-nın 17 
oktyabr 1984-cü il tarixli qərarında deyilirdi ki, son vaxtlarda Ermənistanda 
millətçilik əhval-ruhiyyəsini qızışdıran əsərlər yazılır, tarixi həqiqətlər təhrif 
edilir, azlıqda qalan millətlərin dilinin və  mədəniyyətinin inkişafına imkan 
yaradılmır, partiya, sovet və təsərrüfat strukturlarında onların nümayəndələri 
təmsil olunmurlar və s. 
Bütün bunlarla müqayisədə, həmin dövrdə Azərbaycanda yaşayan 
ermənilər istənilən səviyyədə  məsul vəzifələrdə irəli çəkilirdilər. Erməni 
millətindən olan nazir və neçə-neçə nazir müavinləri, rayon partiya 
komitələrinin katibləri, icraiyyə komitələrinin sədrləri, respublika miqyaslı 
idarə  rəisləri Azərbaycanda vəzifə tuturdular. Hüquq və mühafizə 
orqanlarında, xüsusən də Respublika Prokurorluğunda və Daxili İşlər 
Nazirliyində bir çox məsul vəzifələrdə ermənilər işləyirdilər. Ümumiyyətlə, 
Azərbaycanda erməni millətindən olan respublika səviyyəli nomenklatur 
kadrlarının ümumi sayı onların respublika əhalisinə olan nisbətindən 
dəfələrlə çox idi. DQMV-də  əhalinin 30 faizini azərbaycanlılar təşkil etdiyi 
halda, vilayətin idarəetmə strukturlarında onlar həmin nisbətdə  təmsil 
olunmamışdılar. Ermənistanda olduğu kimi, DQMV ərazisində  də bütün 
səviyyələrdə azərbaycanlı əhalinin hüquqları tapdanırdı.  
1984-cü ildə Azərbaycan xalqının qəddar düşməni Z.Balayanın 
"Ocaq" kitabının dərc edilməsi Ermənistanda azərbaycanlılara qarşı 
düşmənçilik hisslərinin açıq-aşkar qızışmasına səbəb oldu. Həmin vaxt 
Ermənistanda 170 təmiz və 94 qarışıq azərbaycanlı yaşayış  məskənləri var 
idi. Z.Balayan kitabının əvvəlində yazır ki, Ermənistanda olan bütün kəndləri 
– 1063 kəndi gəzib dolaşmış, nəticədə  həmin kitabı yazmışdır. O, həmin 
əsərdə heç olmazsa yolüstü də olsa azərbaycanlı  kəndlərindən keçdiyini 
qəsdən qeyd etmir. Lakin Amasiya rayonunun İlli erməni kəndində öyrənir 
ki,  rayonda yaşayan ermənilərin sayı azalır (təbii ki, türklərin sayı artırdı). 
Onda Z.Balayan tədbir görməyin vaxtı çatdığını bildirir. Balayanlara belə bir 
fürsəti M.Qorbaçovun elan etdiyi "demokratiya və aşkarlıq" prinsipləri verdi. 
Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını  təyinetmə  pərdəsi 
altında Azərbaycana qarşı anneksiya planının həyata keçirilməsinə maneçilik 
törədə biləcək  şəxs – Heydər  Əliyev 1987-ci ilin oktyabrında erməni 
lobbisinin təzyiqi ilə keçmiş Sov.İKP MK-nın Siyasi Bürosunun 
üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən 
uzaqlaşdırıldı. Elə  həmin il oktyabrın axırından  İrəvanda DQMV-ni 
Ermənistana birləşdirmək tələbi ilə mitinqlər keçirildi. Noyabrın 18-də 
Qorbaçovun sağ  əli sayılan A.Aqanbekyan Parisdə "Humanite" qəzetinə 

 
102
verdiyi müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi 
cəhətdən daha sərfəli olmasını  və bu məsələ üzərində xüsusi komissiya 
işlədiyini bəyan etmişdi. 
 

 
103
 
4. İNDIKİ ERMƏNİSTANDA AZƏRBAYCANLILARA QARŞI 
SONUNCU SOYQIRIM 
 
Mixail Qorbaçovun 1985-ci ildə Sovet İttifaqı Kommunist 
Partiyasının Baş katibi seçilməsindən sonra Dağlıq Qarabağ ermənilərinin öz 
müqəddaratını  təyin etməsi pərdəsi altında Azərbaycana qarşı anneksiya 
planı işlənib hazırlanmışdı.  
1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin yalnız 
erməni deputatların iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin 
Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə 
daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti DQMV 
XDS-nin konstitusiyaya zidd qərarını  rədd etdikdən sonra, Ermənistanın 
millətçi rəhbərləri “Daşnaksutyun” partiyasının “Türksüz Ermənistan” 
proqramını həyata keçirməyə başladılar. 
1988-ci il feralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. 
Mitinq iştirakçıları “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan 
yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü 
günü  İrəvanda salamat qalmış yeganə  məscid binası (XX əsrin  əvvələrində 
şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına 
İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı.  İrəvanda bu 
hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular. 
İrəvanda bütün bunlar törədilən zaman Sumqayıt faciəsi hələ hazırlanırdı. 
“Sumqayıt qırğınları” proqramının icracılarından  ən fəalının 1959-cu ildə 
anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olması 
(öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür), hadisədən on gün əvvəl 
Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi 
şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni 
operatorlarının  əvvəlcədən hadisələrin planlı  şəkildə törədiləcəyi yerlərdə 
özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin 
montaj edilib bütün dünyanı dolaşdırılması, “Sumqayıt qurbanları”nın 
xatirəsini “əbədiləşdirmək” üçün əvvəlcədən hazırlanmış abidənin dərhal 
Xankəndində (Stepanakertdə) qoyulması  və bu kimi faktlar sübut edir ki, 
bütün bunlar erməniləri, eləcə  də dünya ictimaiyyətini Azərbaycan xalqına 
qarşı ayağa qaldırmaq, onun “vəhşi” obrazını yaratmaq məqsədini 
güdmüşdür. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, 
Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli 
saxlanmışdı. 

 
104
Sonralar L.Ter-Petrosyan öz müsahiblərinin birində demişdi ki, 
Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. 
Əgər ölkə  rəhbərliyi bu məqamdan istifadə edib DQMV-nin Ermənistana 
birləşdirilməsi haqqında qərar çıxarsaydı    Azərbaycan xalqı buna etiraz edə 
bilməyəcəkdi. Bu sözlər aydın sübut edir ki, Sumqayıt faciəsi ermənilərə öz 
separatçılıq aksiyalarını həyata keçirməkdən ötrü lazım olmuşdur. 
Lakin Moskvanın, onun Azərbaycana və Ermənistana göndərilmiş 
emissarların ikiüzlü mövqeləri (Y.Liqaçov Azərbaycanda, A.Yakovlev 
Ermənistanda) erməni millətçilərinin öz bədnam niyyətlərini həyata keçirmək 
ümidlərini artırırdı. 
Erməni millətçiləri üçün Ermənistanda ən münbit rayonlarda yaşayan 
200 mindən artıq azərbaycanlıları oradan çıxarmaq Qarabağ  məsələsini həll 
etmək qədər vacib idi. 
1988-ci ildə isə respublika rəhbərliyi azərbaycanlıların 
təhlükəsizliyinin qorunmasına təminat verməməklə, onlar arasında vahimə və 
qorxu yaradaraq Ermənistandan deportasiya edilməsinə başlayır. 
Ayrı-ayrı rayon rəhbərləri azərbaycanlılara qarşı iqtisadi təzyiq 
üsullarından istifadə edərək kəndlərə çörək,  ərzaq və gündəlik tələbat 
mallarının verilməsini məhdudlaşdırırlar.  Ərzaq üçün şəhərlərə  və rayon 
mərkəzlərinə getməyə  məcbur olan azərbaycanlılar təhqir edilir, döyülür və 
qarət edilirlər.  
İş o yerə çatır ki, mart ayında Gürcüstanın Boqdanovka və Axılkələk 
rayonlarında yaşayan ermənilər Amasiya rayonunun kəndlərinə  dəfələrlə 
silahlı basqınlar edirlər. 
Moskva azərbaycanlıların kompakt yaşadıqları rayonlara daxili 
xidmət qoşunlarının bölmələrini yerləşdirməyə  məcbur olur. Hadisələrin 
sonrakı inkişafı göstərdi ki, bu bölmələrə yalnız qırğınları müşahidə etmək 
səlahiyyəti verilibmiş. 
Hadisələrin bu cür inkişafının gözlənilməz, fəlakətli nəticələrə gətirib 
çıxaracağı hiss edilirdi. 1988-ci il martın 25-də “Qarabağ” komitəsinin 
fəaliyyəti Ermənistan SSR Konstitusiyasına və mövcud qanunvericiyə zidd 
olduğuna görə respublikanın Ali Soveti həmin komitəni qeyri-qanuni hesab 
edərək fəaliyyətinin dayandırılması haqqında qərar çıxarır. Azərbaycan SSR 
Ali Soveti də öz növbəsində “Qrunk” təşkilatının fəaliyyətini dayandırılması 
haqqında və onun təşkilatçılarının cinayət məsuliyyətinə  cəlb edilməsi 
haqqında qərar qəbul edir. Lakin hər iki qərar sonralar kağız üzərində qalır. 
Ermənistan SSR Ali Sovetinin, Nazirlər Sovetinin və KP MK-nın 
orqanı olan “Kommunist” qəzeti  “Fəlakət anı, məsuliyyət anı” məqaləsində 
həmin dövrü belə səciyyələndirirdi: “Meydana siyasi avantüristlər çıxmışlar. 

 
105
Onlar öz məqsədlərinə çatmaq üçün heç nəyin qarşısında dayanmırlar. Bu 
məqsədlər yaxşı  məlumdur: onlar açgözlüklə hakimiyyətə can atırlar, xalqı 
milli faciə ilə nəticələnə biləcək son həddə sürükləyirlər”.
1
  
1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası 
DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ 
Ali Sovetinə müraciət etdi ki, buna razılıq versin. Azərbaycan SSR Ali 
Soveti iyunun 17-də bu qanunsuz tələbi rədd etdikdən sonra Ermənistandakı 
azərbaycanlıların vəziyyəti daha da ağırlaşır. 
İyunun 17-20-də  İrəvanda teatr meydanında qeyzlənmiş erməni 
dəstələri avtobuslarla azərbaycanlılar yaşayan Masis rayonunun mərkəzinə 
və  Zəngilər, Zəhmət, Dəmirçi, Dostluq, Nizami, Sarvanlar kəndlərinə 
basqınlar etdilər. Müdafiəsiz on mindən çox azərbaycanlılar Sovet-Türkiyə 
sərhədinə toplaşmış, orada gecələməyə  məcbur olmuşdular. Həmin günlər 
20-dən çox azərbaycanlı yaralanmışdı. Rayon mərkəzi Masis qəsəbəsindən 3 
mindən çox azərbaycanlı evlərindən çıxarıldı. Bütün bu iğtişaşlar zamanı 
SSRİ Daxili İşlər Nazirliyinin rayonda olan qüvvələri yalnız müşahidəçi 
rolunu oynayırdılar. 
1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət heyətinin iclası 
DQMV-i haqqında məsələni müzakirə edərək respublikalar arasında 
sərhədlərin dəyişdirilməsi yolverilməz hesab edildikdən sonra, erməni 
millətçiləri azərbaycanlıların Ermənistan  ərazisindən çıxarılması üçün hər 
yerdə mitinqlər təşkil etməyə başladılar. 
Ermənistan EA-nın müxbir üzvü, “Qarabağ” hərəkatının 
liderlərindən biri Rafael Kazaryan 1988-ci il noyabrın 4-də  İrəvanda 
keçirilən mitinqdə demişdi: “Dəstələrin köməyi ilə emiqrasiyanı təmin etmək 
lazımdır. Bizə bütün onilliklər  ərzində ilk dəfə Ermənistanı  təmizləmək 
imkanı verilmişdir. Mən bunu bu on aylıq mübarizəmizin ən böyük naliyyəti 
hesab edirəm».
1
  İrəvanda rusca çıxan “Kommunist” qəzeti “Fəlakət anı, 
məsuliyyət anı” məqaləsində etiraf etməyə  məcbur olmuşdu:” Komitənin 
(“Qarabağ”) yerli özəklərinin təşəbbüsü ilə rayon və  kəndlərdə mitinqlər 
təşkil edilərək azərbaycanlılardan öz evlərini tərk etmələri tələbləri irəli 
sürülürdü.  Ən həyəcanlandırıcı hal odur ki, “Qarabağ” komitəsinin 
hazırladığı siyasi münaqişələrə hətta uşaqları da cəlb edirdilər. Təsəvvür edin 
ki, Amasiya rayonunun mərkəzində rayon xalq nəzarəti komitəsi sədrinin 
oğlunun rəhbərliyi ilə 30 məktəbli nümayiş keçirir və azərbaycanlıların işdən 
qovulmasını  tələb edirdilər”. Amasiyanın beynəlmiləl məktəbinin erməni 
                                                           
1
 «Коммунист» (rusca), 13 dekabr 1988-ci il. 
1
 Армения двадцать месяцев борьбы, İrəvаn, 1989, səh. 15. 

 
106
şagirdlərinin tələbi ilə dərhal məktəbin azərbaycan bölməsi bağlanmışdı. Bir 
həftə  ərzində, 1988-ci il dekabrın birinədək rəhbər vəzifələrdə  işləyən 
azərbaycanlıların əksəriyyəti işdən azad edilmişdilər. 
Şagirdlərin milli münaqişəyə  cəlb edilməsinə  gəldikdə isə qeyd 
etmək lazımdır ki, hər bir erməni ailəsində deyilirdi ki, türklər onların qatı 
düşmənləridir və buna görə  də fürsət düşən kimi onlardan qisas almaq 
lazımdır. 
1988-ci il noyabrın ortalarında Azərbaycana 80 mindən artıq qaçqın 
pənah gətirmişdi. Noyabrın 17-də Bakıda “Azadlıq” meydanında keçirilən 
mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi 
tələbi ilə  qətnamə  qəbul edilmişdi. Ermənistan televiziyası  həmin gün 
mitinqdən reportajlar göstərərək, qətnamənin tələblərini dəfələrlə efirdə 
səsləndirmişdi. 
Bu tələblərdən narahat olan Ermənistan rəhbərliyi Ali Sovet 
sessiyasının noyabrın 22-də keçirildiyi Opera teatrının binasına mitinq 
iştirakçılarının hücumundan sonra sessiyasının gedişini dayandıraraq, onların 
tələbi ilə deputatları, rayon rəhbərliyini yerlərdə “qayda-qanun bərpa 
etməyə” göndərdilər.  Əslində isə onlara tapşırıq verilmişdi ki, bir həftə 
ərzində, yəni noyabrın 28-dək Ermənistanı azərbaycanlılardan təmizləmək 
aksiyasını həyata keçirsinlər. 
Bu haqda yuxarıda qeyd edilən “Fəlakət anı, məsuliyyət anı” 
məqaləsində yazılır: “”Qarabağ” komitəsi avantüristlərinin çağırışına 
millətçilik azarına tutulmuş bir sıra partiya-sovet işçiləri də qoşulmuşlar. 
Ayrı-ayrı rayonlarda millətlərarası  qırğına sürükləyən coşmuş ehtirasları 
cilovlamaq, vətəndaşları müdafiə etmək, təxribatçıları ifşa etmək  əvəzinə, 
onlar adamların (yə’ni azərbaycınlıların-müəllif.) kütləvi surətdə 
çıxarılmasına fitva verdilər. Bu cür “missiya” ilə  bəzi “xadimlər” 
Kirovakanda, Stepanavanda, Artaşatda evləri bir-bir gəzirdilər.”  Əlbəttə, 
azərbaycanlılar yaşayan bütün rayonların vəziyyəti belə idi. Deportasiya 
aksiyasını müəyyən olunmuş müddətdə başa çatdırmaq üçün Kalinin, Spitak, 
Quqark, Noyemberyan, Krasnoselo, Vardenis, Yağeqnadzor,  Əzizbəyov, 
Ararat, Masis, Sisyan və Meğri rayonlarının rəhbərləri xüsusilə canfəşanlıq 
göstərirdilər. 
Ermənistanı 1988-ci ildə  tərk edərək və Xanlar rayonuna pənah 
gətirmiş, milliyyətcə rus olan L.V.Tolstyak Azərbaycan Qaçqınlar 
Cəmiyyətində yazdığı öz izahatında göstərmişdi ki, noyabrın 27-də 
Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini (daha sonralar 
Ermənistan KP MK-nın birinci katibi) V.Movsesyan Vardenis rayonunun 
Zod kəndinə  gəlib  əhalinin kəndi tərk etməsi üçün üç gün vaxt veridiyini 

 
107
bəyan etdi və  əlavə etdi ki, bu müddətdə  kəndi tərk etməsələr, onların 
təhlükəsizliyinə  təminat verilməyəcək. Deportasiyanı sürətləndirmək üçün 
elektrik xəttini kəsdilər,  ərzaq verilməsini dayandırdılar, dağ yolları ilə 
rayonu tərk edən azərbaycanlıların köçünü tez-tez atəşə tutdular.  
Bu cür izahatlar yüzlərcədir. 
Yenə yuxarıda adı çəkilən “Fəlakət anı, məs’uliyyət anı” məqaləsinə 
müraciət edək:”Noyabrın 26-da “Qarabağ” hərəkatı  fəallarının təhrikçi 
çıxışlarından qızışmış 500 nəfər Kirovakan sakini Şaumyan kəndinə doğru 
hərəkət etdi. Vuruşma iki gün davam etdi, silahlı atışma oldu. Ölənlər var. 
Kuybışev kəndində  də  qırğınlar törədildi, orada da tələfat var. Hərəkatın 
fəallarının köməyi ilə yaradılmış “özünümüdafiə  dəstələri” yollarda 
qoyduqları postlarda azğınlıqlar törədirdilər. Azərbaycanlı  kəndlərinə  ərzaq 
köməyi göstərən ermənilər döyülürdülər.” 
Ermənistan mətbuatı  Şaumyan (əvvəlki adı Vartanlı) qırğınları 
haqqında yalnız “atışma olmuşdur, tələfat var” sözlərini qeyd etməklə 
kifayətlənmişdir..  Şaumyan (Vartanlı) kəndi Kirovakan şəhərinə bitişik 
olmasına baxmayaraq, inzibati-ərazi bölgüsünə görə Quqark rayonuna daxil 
idi.  Şaumyan (Vartanlı) faciəsi öz ssenarisinə görə 1918-1920-ci illərdə 
Gümrü-Qarakilsə bölgələrindəki silahsız azərbaycanlılar yaşayan kəndlərə 
erməni quldurlarının hücumları zamanı törədilən vəhşiliklərin təkrarı idi. 
Təəssüf ki, dünya ictimaiyyəti Ermənistandakı nə 1918-1920-ci illər, 
nə  də 1988-1989-cu illər qırğınları haqqında xəbər tutmamışdır. Ermənilər 
bir  əsrdə Vartanlı  kəndində iki dəfə azərbaycanlılara qarşı soyqırım 
törətmişlər. Onlar “adımı  sənə qoyaram, səni də yana-yana” prinsipi ilə 
Azərbaycan xalqını  vəhşi kimi qələmə verməklə, ictimai rəy yaratmağa 
çalışmışlar. Vartanlı  qırğınlarının üstündən sükutla keçib, onu ört-basdır 
etməklə yanaşı, özlərinin törətdikləri Sumqayıt qırğınlarına siyasi qiymət 
verilməsini tələb etmək məhz ermənilərə məxsus həyasızlıq idi. 
İndi isə  şahidlərin verdiyi ifadələr və Ermənistan Prokurorluğunun 
göndərdiyi cavablar arasında Vartanlı  qırğınlarının bəzi səhnələri ilə tanış 
olaq. Əsrin əvvələrində tamamilə azərbaycanlılar yaşayan Vartanlı kəndində 
1988-ci ilin sonunda ermənilər çoxluq təşkil edirdilər. Ermənilər noyabrın 
25-dən 26-na keçən gecə kəndə silahlı hücum edirdilər. Həmin gün güclü qar 
yağır, boran imiş. Azərbaycanlılar əsasən kəndi tərk edib meşəyə çəkilməyə 
məcbur olmuşdular. Qatillər kənddə rastlarına çıxan Mehralı  İsgəndərovu 
ağaca bağlayır, gözləri qarşısında arvadı Xanım  İsgəndərovanın boynuna 
kəndir keçirib hər cür təhqir edərək, kəndin içində  gəzdirirlər. Onların 14 
yaşlı  oğlu Alim hadisədən xəbər tutaraq ov tüfəngini götürüb kəndə enir və 
ata-anasını xilas etmək üçün atəş açmağa məcbur olur. Güllələr dolu kimi 

 
108
Alimin üzərinə yağdırılır. Yaralı Alimi ata-anasının gözləri qarşısında yanan 
tonqalın içinə atırlar. Bu dəhşəti görməmək üçün anası Xanım özünü çaya 
atır ki, boğulsun. Onu çaydan çıxarıb işgəncə ilə öldürürlər. Vəhşicəsinə 
döyülüb hər cür təhqirlərə  məruz qalan Mehralı  İsgəndərov gözlərini  əbədi 
yumur. Ermənistan Respublikası Prokurorluğunun bu cinayət işi ilə bağlı 
SSRİ Prokurorluğuna göndərdiyi cavabda deyilir:” İsgəndərov Mehralı 
Həsən oğlu, 1938-ci ildə anadan olmuş, Vartanlı kənd sakinidir. 1988-ci ildə 
millətlərarası toqquşma nəticəsində öldürülmüş, Vartanlı 
kənd 
qəbiristanlığında basdırılmışdır. Onun meyiti 1989-cu ilin sonunda 
qohumları  tərəfindən çıxarılaraq Azərbaycanda yenidən dəfn edilmişdir. 
SSRİ Prokurorluğu cinayət işi qaldırmışdır. Cinayətkarlar tapılmamışdır.” 
İsgəndərovların üçünün də haqqında verilən cavabın sonunda deyilir: 
”Cinayətkarlar tapılmamışdır.” Görəsən, bütöv kənd camaatının gözü 
qarşısında baş verən qırğınların icraçılarını doğurdanmı SSRİ 
Prokurorluğunun işçiləri əlləşib aşkara çıxara bilməmişdilər? 
1941-1945-ci illər müharibəsində bir qolunu itirmiş 69 yaşlı  Qərib 
Bayramovun evi kəndin yuxarı hissəsində olduğundan,  İsgəndərovların 
faciəsindən gec xəbər tutur. Çayın kənarına enib meyitləri gördükdən sonra 
evə qayıdıb üstlərini örtmək üçün bir şey gətirmək istəyir. Bu dəm arxadan 
onu balta ilə vurub yanan tonqalın içinə atırlar. Ermənistan Prokurorluğunun 
cavabında isə deyilir:”Bayramov Qərib  İsmayıl oğlu, 1919-cu ildə anadan 
olmuş,  Şaumyan kəndinin keçmiş sakini, 1988-ci ildə  Şaumyan kəndinin 
erməni əhalisi tərəfindən öldürülmüş, meyit yarı yandırılmışdır.” 
Öz qonşusunun başına arxadan endirdiyi zərbədən qanına qəltan 
edilən, kəndin ağbirçəyi Hüseynova Leyli haqqında göndərilən cavabda 
deyilir: ”Hüseynova Leyli Həsən qızı, 1925-ci ildə anadan olmuş, Vartanlı 
kəndinin sakini, 1988-ci ilin noyabrında millətlərarası toqquşma nəticəsində 
öldürülmüş  və Vartanlı  kənd qəbiristanlığında basdırılmışdır. 1989-cu ilin 
axırlarında onun meyiti qohumları  tərəfindən Azərbaycana aparılıb yenidən 
dəfn edilmişdir. SSRİ Prokurorluğu cinayət işi qaldırmış, cinayətkarlar 
tapılmamışdır.” 
Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz 
həyatlarını  təhlükə qarşısında qoyaraq, erməni qonşularını  qəzəblənmiş 
kütlənin təhlükəsindən xilas etmələri haqqında mətbuatda çox yazılıb. Lakin 
Vartanlı erməniləri bu cür insani hisslərdən uzaq idilər. Onlar azğınlaşmış 
dəstənin önündə gedir, azərbaycanlıların sığındığı evləri nişan verirmişlər. 
Azğınlaşmış  dəstəyə isə  Şaumyan kənd sovetinin sədri J.Arakelyan 
bələdçilik etmişdi. 

 
109
Süleyman Məmmədov qonşusu Mexaqın evində gizlənibmiş. Mexaq 
isə onu quldurlara təhvil vermiş, onlar isə maşın təkərlərini yandırıb 
S.Məmmədovu diri-diri odun içinə atmışdılar. Namərd qonşu isə tutduğu 
işdən həzz ala-ala, tükürpədici səhnəyə tamaşa etmişdi. Cinayətkarlar yenə 
də “tapılmamışdı”. 
Ermənistan Prokurorluğunun cavabı: ”Məmmədov Süleyman Qənbər 
oğlu, 1938-ci ildə anadan olmuş, Vartanlı  kəndi sakini, 1988-ci ilin 
noyabrında millətlərarası toqquşma nəticəsində öldürülmüşdür və Vartanlı 
kənd qəbiristanlığında basdırılmışdır. 1989-cu ilin axırında qohumları 
tərəfindən Azərbaycanda yenidən dəfn edilmişdir. SSRİ Prokurorluğu cinayət 
işi qaldırmış, cinayətkar tapılmamışdır.” 
Ümumiyyətlə, təkcə noyabrın 26-27-də Vartanlı  kəndində 14 nəfər 
azərbaycanlı  vəhşicəsinə öldürülmüş  və yandırılmışdır. Kəndin sağ qalan 
əhalisi qarlı-çovğunlu günlərdə dağlarla, meşələrlə gündüzlər gizlənib yalnız 
gecələr yol gedərək 13-14 gün ərzində Azərbaycana çatmışdılar.
1
 Onlarca 
vartanlılar dağlarda itkin düşmüşlər. Toqquşma zamanı aldıqları  bədən 
xəsarətindən, yollarda tutulduqları  xəstəlikdən sonra Azərbaycana gələn 
onlarca vartanlılı  vəfat etmiş, çoxları  şikəst olmuşdular. Ümumiyyətlə, 
Quqark rayonunla ermənilərin törətdiyi qırğınlar nəticəsində 30-dan artıq 
azərbaycanlı  qətlə yetirilmişdir. Quqark faciəsi Ermənistan rəhbərliyi 
tərəfindən ört-basdır edildi. Sonralar, yəni 1989-cu ildə Ermənistan KP MK 
bürosu Quqark rayon partiya komitəsinin birinci katibi L.Bağdasaryanı  və 
RİK-nin sədri S.Kazaryanı  işdən azad etməklə kifayətləndi. Lakin Vartanlı 
(Şaumyan) qırğınlarının 
əsas təşkilatçıları  və icracıları cinayət 
məs’uliyyətindən kənarda qaldılar. 
Qonşu Spitak (keçmiş Hamamlı) rayonunun rəhbərliyi 
azərbaycanlılara qarşı törədikləri cinayətlərə görə Quqark rayonunun 
rəhbərlərindən heç də geri qalmamışdı. Noyabrın 28-də Spitak rayon İK-nin 
sədri V.Haycyan, DİŞ-in rəisi Sarkisyan, DTK rayon şöbəsinin sədr müavini 
Mehrabyan rayonun azərbaycanlılar yaşayan Saral və Qusarlı  kəndlərinə 
gəlib bildirmişdilər ki, onların təhlükəsizliyinə  təminat vermirlər.  Əgər iki 
saat  ərzində  kəndi tərk etməsələr, silahlı  dəstələr kəndə hücum edəcəklər. 
Camaat onların təklifini rədd edir. Lakin Spitak və Quqark rayon rəhbərləri 
yenə gəlib təkidlə tələb edirlər ki, kənd camaatı tezliklə çıxmalıdırlar. Onlar 
özləri ilə 34 avtobus və 40 yükünüözüboşaldan maşın gətirmişdilər. Onların 
                                                           
1
 Çaxmaqlı Q., «Erməni xəyanətinin qurbanları» məqaləsi, «Vətən səsi» qəzeti, 28 
noyabr 1990-cı il. 

 
110
göstərişi ilə bir dəstə erməni sahiblərinin gözü qarşısında ev əşyalarını həyətə 
çıxarıb, od vururlar. 
Avtobuslarla dolu camaatı rayon ərazisindən kənarda - Quqark 
rayonunun Mrqahovit (Həmzəçimən) kəndi yaxınlığında axşamdan xeyli 
keçmiş silahlı  dəstələr gözləyirdilər. Spitak rayonunun rəhbərləri işi elə 
hazırladılar ki, qan qonşu rayonun ərazisində tökülməli idi, bununla da onlar 
məsuliyyətdən kənarda qalacaqdılar. Gecənin qaranlığında yolun kənarında 
pusquda durmuş quldurlar avtobusları atəşə tutur, 3 nəfər həlak olur, 7 nəfər 
ağır yaralanır. Bu cinayətlə bağlı Ermənistan Prokurorluğunun verdiyi 
cavabdan: 
«1. Balacayev Şahin Səyyad oğlu, 1977-ci ildə anadan olmuş, Saral 
məktəbinin 4-cü sinif şagirdi. Mrqahovit kəndinin yaxınlığında Spitakdan 
gələn PAZ-672 markalı 39-52 ADN nömrəli avtobus naməlum  şəxslər 
tərəfindən atəşə tutulmuşdur, güllə başından dəymiş, yerindəcə keçinmişdir. 
01.12.1988 
2. 
 
Balacayev Teymur Məsim oğlu, 1959-cu ildə anadan olmuş, Kirovakan 
dəzgahqayırma zavodunun fəhləsi, PAZ-696 markalı, 57-94 ADN nömrəli 
avtobusla (Spitakdan gələn kolonna) Mrqahovit kəndi yaxınlığında meşədə 
naməlum  şəxslər tərəfindən daşa basılmış, başından zərbə alaraq yerindəcə 
keçinmişdir. 
3. 
 
Balacayeva Sürəyya Hüseyn qızı, 1954-cü ildə anadan olmuş, yuxarıda 
qeyd edilmiş hadisə zamanı  bədən xəsarəti almış  və 02.12.1988-ci ildə 
xəstəxanada keçinmişdir.» 
Ermənistan Prokurorluğunun verdiyi həmin məlumatın əlavəsində isə 
Balacayevlərin hər üçünün güllə yarasından öldürüldüyü qeyd edilmişdir. 
Sürəyyanın həyatını xilas etmək mümkün idi. Lakin onu Kirovakan 
xəstəxanasında tibb bacıları döşəkağıları ilə boğub öldürmüşdülər. 
Sürəyyanın üstündə olan 6 min manat nağd pulu və 3 min manat dəyərində 
olan zinət  şeylərini xəstəxanada həkimlər oğurlamışdılar. Rayon rəhbərləri 
hər üç meyiti Azərbaycana gətirməyə qoymamış, Quqark rayonunun Vartanlı 
kəndində hərbçilərin köməyi ilə dəfn etmişdilər. 
Spitak faciəsindən daha bir nümunə. Qursalı  kənd sakini Rəhim 
Daşdəmirov 23 il idi ki, Kirovakan şəhərində milis işçisi işləyirdi.  Əmək 
veteranı, milis əlaçısı idi. 1989-cu il iyunun 9-da oğlu Mayılla  şəxsi 
maşınlarında Spitak şəhərinə  gəlib bəzi sənədləri götürmək və  zəlzələdən 
sonra Qursalıda dağılmış evlərinin dəyərinin  əvəzini almaq istəyirdilər. 
Spitak RİK-in qarşısında onu tanıyan iki erməni hücum edib armaturla onun 
başını  əzir və hadisə yerindən qaçırlar. Özünü itirən Mayıl atasını maşına 
qoyub Qazax xəstəxanasına çatdırmaq istəyir. Ermənilər onları maşınla 

 
111
tə’qib edirlər. Rəhim kişini xəstəxanaya çatdırmaq olmur. O, yolda keçinir. 
İyunun 10-da R. Daşdəmirovu Gəncə şəhərində dəfn edirlər. 
Bununla  əlaqədar olaraq Ermənistan Prokurorluğunun həqiqətdən 
uzaq, riyakar cavabında deyilir: «Daşdəmirov Rəhim Cabbar oğlu, 1932-ci 
ildə anadan olmuşdur. 1988-ci ilin iyulunda zəlzələdən çatacaq 
kompensasiyanı almaq üçün Spitaka gəlmişdilər. Döyülmüşlər. Xəstəxanaya 
yerləşdirməkdən imtina etmişdir. Öz maşınında Bakıya getmişdir. 1990-cı 
ildə Ermənistan DTK-na Bakıdan teleqram gəlmişdir ki, Daşdəmirov 
Spitakda döyüldükdən sonra Bakıda ölmüşdür. Bunun əsasında cinayətkar 
məhkəməyə verilmiş, ancaq psixi xəstə olduğu müəyyən edilmişdir.» 
Ermənistan Prokurorluğu göndərdiyi cavab həqiqətə uyğun olmadığı 
kimi, Daşdəmirovun qatilinin «psixi xəstə» çıxması da ermənisayağı 
saxtakarlıqdır. 
Ermənistanda azəri türklərinə qarşı  dəhşətli cinayətlər törədilmiş 
rayonlardan biri də Stepanavan (keçmiş  Cəlaloğlu) rayonudur. Kuybışev 
kəndinin sakinləri Təmraz Yusif oğlu  İsgəndərov, Gilas Rüstəm qızı 
Xəlilova,  Şərif Cabbar oğlu Xəlilov vəhşicəsinə döyülmüş  və soyuq silahla 
qətlə yetirilmişlər. Puşkino kolxozunun sağıcısı (Gərgər kənd sakini) Bəsti 
İsrafil qızı Mustafayeva isə Ermənistanda baş vermiş  dəhşətli zəlzələdən 
sonra, yəni bütün dünyanın Ermənistanın halına ağladığı bir vaxtda, 30 
dekabr 1988-ci ildə diri-diri yandırılmış  və meyiti zibillikdə gizlədilmişdi. 
Xeyli müddətdən sonra onun meyiti hərbçilərin köməyi ilə tapılmışdı. Qeyd 
etdiyimiz dörd ölüm hadisəsindən yalnız ikisinin barəsində cinayət işi 
qaldırılmışdı. 
1902-ci ildə anadan olmuş, Kalinino rayon mərkəzindəki 41 nömrəli 
evdə yaşayan Məhəmməd Nəbi oğlu Sadıqovun evinə rayon mərkəzində 
keçirilən mitinqdən ayrılan silahlı dəstə hücum etmiş, onu soyuq silah və daş-
qaya ilə öz həyətindəcə  qətlə yetirmişdilər. Bu haqda «Pravda» qəzetinin 7 
yanvar 1989-cu il tarixli və  «Социалистическая  индустрия» qəzetinin 18 
dekabr 1988-ci il tarixli sayında dərc edilmişdir. 
1988-ci ilin noyabr-dekabr aylarında bir tərəfdən Ermənistanın azəri 
türkləri yaşayan kəndlərinin  əhalisi sıxışdırılır, kəndlərə  ərzaq göndərilmir, 
elektrik xətləri kəsilir və silahlı basqınlar edilir, digər tərəfdən kəndləri tərk 
edən ailələrə yollarda divan tutulur, əmlakları qarət edilir, özləri isə  qətlə 
yetirilirdilər. Ermənistanda milli zəmində baş verən cinayətlərin  əksəriyyəti 
əsasən azərbaycanlı  əhalinin öz yaşayış  məntəqələrini tərk etməyə  məcbur 
olduqları vaxt baş vermişdi. Ermənistandan Azərbaycana gedən bütün yollar 
üzərində bir neçə yerdə silahlı quldur dəstələri yerləşdirilmişdi. Quldurların 
əksəriyyəti milis forması geyərək özbaşına yoxlama — buraxılış məntəqələri 

 
112
yaratmışdılar. Onlar bütün maşınları saxlayır, sərnişinlərin sənədlərini 
yoxlayır və maşında azərbaycanlılar olduğunu müəyyən edən kimi onu 
maşından düşürür, əmlaklarını boşaldaraq qarət edir, özlərini isə vəhşicəsinə 
qətlə yetirirdilər. 
Ermənistan Prokurorluğu öz ərazisində törədilən minlərlə cinayəti 
açmadan aşağıdakı kimi şablon cavablar vermişdir: “Göstərilən məlumatlara 
uyğun  şəxs pasport qeydiyyatı stolundan və  kənd sovetinin təsərrüfat 
kitabından keçməmişdir,” “Ünvanından qeydiyyatdan çıxıb”, “Ölümü 
haqqında qeydiyyat rayon VVAQ şöbəsində yoxdur,” «1988-ci ildə 
ünvanından çıxıb Azərbaycan SSR-ə getmişdir” və s. 
Ermənistan Prokurorluğunun Masis qəsəbəsinin sakini Səfa 
Novruzəli qızı  Cəfərova haqqında verdiyi məlumatda yazılmışdır: 
”Göstərilən məlumatlara uyğun şəxs RDİŞ-nin və VVAQ-ın qeydiyyatından 
keçməmişdir.” Belə  çıxır ki, belə bir adam ümumiyyətlə, Masis rayonunda 
yaşamamışdır və onun öldürülməsi də  təbii ki, uydurma hesab edilməlidir. 
Lakin sənədlər içərisində  Cəfərova Səfa Novruzəli qızının Masis qəsəbə 
Soveti tərəfindən verilmiş doğum haqqında  şəhadətnaməsinin surəti vardır. 
Şəhadətnamə 1980-cı il aprelin 2-də yazılmış və qeyd nömrəsi 189-dur (Ş-SL 
№ 262478). Şahidlərin verdiyi izahata əsasən isə Səfa başından aldığı zərbə 
nəticəsində Masisdə qətlə yetirilmişdir. 
Ermənistan tərəfi azərbaycanlılara qarşı törədilən cinayətləri  əsasən 
təkzib edərək qeyd edir ki, konkret olaraq bu və ya digər halda zərərçəkənlər 
Ermənistanın hüquq-mühafizə orqanlarına müraciət etməmişlər. Bir halda ki, 
Ermənistanda azərbaycanlılara qarşı cinayətlər respublika hökuməti 
səviyyəsində, onun yerlərdəki partiya, sovet və hüquq-mühafizə orqanları 
rəhbərlərinin başçılığı ilə törədilirdi, onda azərbaycanlıların şikayətlərinin nə 
mənası olacaqdı? Kim bu şikayətə baxacaq, kimləri cəzalandıracaqdı? Tək-
tək şikayətçiləri isə bir daha əzişdirib elə hala salırdılar ki, şikayət etdiyinə də 
peşman olurdu. Axırda da sözləri bu olurdu: “sizinkilər Sumqayıtda 
erməniləri niyə qırdılar? Şükür edin ki, sağ qalıbsınız.” 
Bütün bunlara görə  də azərbaycanlılar öz rəsmi  şikayətlərini yalnız 
Azərbaycana çatdıqdan sonra edə bilirdilər. 
Amasiya rayonunda azərbaycanlılara qarşı edilən cinayətlərlə 
əlaqədar Ermənistan Prokurorluğunun cavabında deyilir:” Rayonun keçmiş 
sakinləri azərbaycanlıların və ya onların qohumlarının ərizələrində nə əmlak 
iddiası, nə də ermənilər tərəfindən onlara qarşı zor işlədilməsi haqqında SSRİ 
DİŞ-in operativ əməliyyat qrupuna şikayət edilməmişdir.” 
Amasiya rayonu coğrafi mövqeyinə görə  qərbdən Türkiyə ilə, 
şimaldan Gürcüstanın ermənilər yaşayan rayonları ilə əhatə olunmuş, 18 min 

 
113
əhali girov kimi qalmışdı. Rayondan kənara çıxan azərbaycanlıları ölüncəyə 
qədər döyürdülər. Ümid təkcə vertolyotlara qalmışdı. Rayon DİŞ-in 
əməkdaşı Arif İsgəndər oğlu Məmmədov və  Əzizbəyov kənd sakini Arzu 
İsfəndiyar oğlu Haqverdiyev 1988-ci ilin noyabrında maşınla ev əşyalarını 
Azərbaycana apararkən yolda silahdan atəşə tutulmuş, bir necə yerdən güllə 
bədənlərini deşik-deşik etmişdi (sübutlar Azərbaycan Məhkəmə Ekspertizası 
İnstitutunda saxlanır). Hərbçilərin, BTR-lərin müşayiəti ilə Oxçoğlu 
kəndindən yola salınan 15 ailənin ev əşyaları Axuryan rayonunun Kaps 
(keçmiş Qanlıca) kəndində maşınlardan boşaldılmış, talan edilmiş, sonra isə 
od vurub yandırılmışdılar. Bu cinayət işi ilə SSRİ Prokurorluğunun 
əməkdaşları  məşğul olmalarına baxmayaraq, heç kəs məsuliyyətə  cəlb 
edilməmişdi. 
Əsas çıxış yollarını silahlı erməni quldurları ələ keçirdiklərinə görə, 
Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarının azərbaycanlı  əhalisi 
maşınlarla deyil, qışın qarlı-boranlı günlərində dağlardan piyada aşaraq 
özlərini Azərbaycana çatdıra bilmişdilər. Krasnoselo, Vardenis, Sisyan, 
Qafan, Gorus, Razdan, Əzizbəyov, Amasiya rayonlarından 48 nəfər dağları 
aşarkən borana düşüb həlak olmuşdular. 
Vardenis (Basarkeçər) rayonunun Şişqaya kənd sakini, 1971-ci ildə 
anadan olmuş  Şahin Qabil oğlu  Əliyev 1988-ci ilin dekabrında dağları 
aşarkən Gədəbəy rayonunun ərazisində borana düşmüş  və donub ölmüşdü. 
Onun meyiti dörd aydan sonra, dağlarda qarın altından tapılmış  və  Şəmkir 
rayonunun Dağ Cəyir kəndində dəfn edilmişdir. 
Sisyan rayonunun Şəki kəndinin sakini, 1925-ci ildə anadan olmuş 
Xalisə Əmrah qızı Əliyeva 1988-ci ilin dekabrında dağlardan aşarkən borana 
düşmüş  və ölmüşdür. Lakin onun meyitini tapmamışdılar. Dağların qarı 
əridikdən sonra, 1989-cu ilin may ayında qohumları dağdan onun 
paltarlarının cırıqlarını və ağ saçlarını tapmışdılar. 
Ermənistandakı  qırğınların  ən faciəlisi  İrəvan  şəhərində Estonakan 
küçəsi ev 12/1, mənzil 56-da yaşayan Misgərovlar ailəsinin başına 
gətirilmişdir. 1955-ci ildə anadan olmuş Elza Cəfər qızı Misgərova və 1956-
cı ildə anadan olmuş qardaşı Vidadi namərd qonşularının və “dostlarının” 
şirin dillərinə aldanaraq İrəvanda qalıb mənzillərini Bakıya dəyişdirmək üçün 
münasib variant axtarırdılar. Elza və Vidadi “sadiq dostlarının” əli ilə hər cür 
işkəncələrlə  qətlə yetirilmiş  və  hər ikisinin meyitini  Artaşat rayonunun 
ərazisindəki Azat su anbarına tullamışdılar. 
Müvafiq sənədlər və  şahidlərin verdikləri ifadələr  əsasında 
Azərbaycan Qaçqınlar Cəmiyyətində  tərtib edilmiş siyahıya  əsasən, 1988-
1990-cı illər  ərzində Ermənistanda 216 nəfər azərbaycanlı  vəhşicəsinə  qətlə 

 
114
yetirilmiş  və ya millətlərarası münaqişə  zəminində baş vermiş hadisələr 
nəticəsində  həlak olmuşlar (Əlavəyə bax).  Həmin siyahıya  əsasən 52 nəfər 
aldığı  xəsarət nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər 
odlu silahla qətlə yetirilmiş, 15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 
9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər 
dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər intihar etmiş, 
bir nəfər asılmış, 2 nəfər maşın partladılması  nəticəsində, bir nəfəri elektrik 
cərəyanı ilə, bir nəfəri suda boğub öldürmüşdülər, 6 nəfər itkin düşmüş, 20 
nəfər xəstəxanadan yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşüb həlak 
olmuşlar. 
1990-cı ilin avqustun 9-da Azərbaycan Respublikası Ali Soveti SSRİ 
Prokurorluğuna 05-1-208 nömrəli məktubla müraciət edərək Ermənistanda 
milli münaqişələr zəminində həlak olmuş  azərbaycanlılar haqqında məlumat 
verməyi xahiş etmişdi. SSRİ Baş Prokurorunun müavini V.İ.Kvartsovun 4 
oktyabr 1990-cı il 15-1502-90 nömrəli cavab məktubunda deyilir: “Sizin 
məktubunuzla əlaqədar olaraq bildirirəm ki, 1988-1989-cu illərdə Ermənistan 
SSR-də milli zəmində baş verən cinayət faktları üzrə 675 cinayət işi 
qaldırılmışdır, onlardan 283-ü istintaq aidiyyati üzrə Azərbaycana 
göndərilmişdir. Eyni zamanda Azərbaycan SSR-dən Ermənistana təhqiqat 
üçün 138 cinayət işi daxil olmuşdur. 1989-cu il dekabrın 31-nə olan 
məlumata görə Ermənistanın hüquq-mühafizə orqanlarının icraatında olan bu 
qəbildən 530 cinayət işindən 200 iş üzrə cinayət açılmamış  və istintaq 
dayandırılmışdır. 
1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan  ərazisində milli 
münasibətlərin kəskinləşməsi üzündən bir sıra rayonlarda qarət, yanğın və 
ictimai qayda-qanununa zidd olan digər hallarla müşayiət olunan kütləvi 
iğtişaşlar baş vermişdir... Bu hərəkətlər nəticəsində 21 nəfər öldürülmüş (20 
azərbaycanlı və bir erməni), 4 nəfər sonradan ölümlə nəticələnmiş ağır bədən 
xəsarəti almışdır. Qətl hadisəsi üzrə 8 cinayət işi və zərərçəkənlərin ölümü ilə 
nəticələnmiş  ağır bədən xəsarəti üzrə dörd işin istintaqı başa çatdırılaraq 
məhkəməyə göndərilmişdir.  Əliyevlər barəsindəki cinayət işinə  bəraət 
qazandırıcı  əsaslar üzrə xitam verilmişdir, belə ki, istintaq bu qənaətə 
gəlmişdir ki, onun Mirzoyanı öldürməsi son zəruri müdafiə  həddindən baş 
vermişdir. 
Bu qəbildən məhkəməyə göndərilən üç qətl və  ağır bədən xəsarəti 
yetirilməsi üzrə iki cinayət işi üzrə günahkarlar müxtəlif müddətlərdə 
azadlıqdan məhrum edilmişlər. Bir neçə cinayət işi  əlavə istintaqa 
qaytarılmışdır. 

 
115
Ermənistan Prokuroruna tapşırılmışdır ki, bu işlər üzrə aparılan 
istintaqın tamlığını  və obyektivliyini yoxlasın, onun başa çatdırılması üçün 
tədbirlər görsün. Günahkarların müəyyənləşdirilməməsi üzündən istintaqın 
xitam verilmiş  işləri araşdırmaq və istintaqı  təzələmək məsələsinin 
mümkünlüyünü öyrənmək tapşırığı da verilmişdir. Ermənistan 
məhkəmələrinə milli nifaq zəminində baş vermiş 91 müttəhim barəsində 
cəmisi 53 cinayət işi göndərilmişdir. 48 iş üzrə 82 nəfər mühakimə olunmuş, 
onlardan 30 nəfər müxtəlif müddətdə azadlıqdan məhrum edilmişdir. 
SSRİ Prokurorluğu cinayətlərin açılmasına nəzarət edir və  zəruri 
kömək göstərir.”
1
 
V.İ.Kvartsovun bu cavabı ilə əlaqədar təkcə onu qeyd edirik ki, əgər 
Ermənistanın hüquq-mühafizə orqanlarının icraatında olan 530 cinayət 
işindən 200 iş üzrə cinayət açılmamış və istintaq dayandırılmışdırsa, keçmiş 
SSRİ Prokurorluğunun bu işə necə kömək etdiyini və hansı  nəzarəti 
qoyduğunu izah etməyə ehtiyac qalmır. 
Məhz hüquq-mühafizə orqanlarının nəzarətsizliyi, onların erməni 
millətçilərinin separatçı  hərəkətlərinə vaxtında və qanuni qiymət 
vermədiklərinin nəticəsində 200 mindən artıq azərbaycanlılar  əsrlər boyu 
yaşadıqları  əzəli torpaqlarından iki həftə  ərzində  vəhşicəsinə qovuldular. 
Keçmiş  İttifaq orqanları azərbaycanlıların Ermənistandan deportasiyasına 
seyrçi münasibət göstərdi. Demək olar ki, bütün azərbaycanlılar 
Ermənistandan qovulduqdan sonra, yəni 1988-ci il dekabrın 6-da Sov. İKP 
MK və SSRİ Nazirlər Soveti “Vətəndaşların daimi yaşayış yerləri məcburi 
tərk etməsində Azərbaycan SSR və Ermənistan SSR-in yerli orqanlarının 
ayrı-ayrı  vəzifəli  şəxslərinin yolverilməz hərəkətləri haqqında” qərar qəbul 
etmişdi. 
SSRİ Nazirlər Soveti sədrinin o zamankı müavini B. Şerbinanın 
rəhbərliyi ilə  hər üç Zaqafqaziya respublikalarının nazirlər sovetlərinin 
sədrləri və  İttifaqın müvafiq nazirliklərinin rəhbər işçiləri da daxil olmaqla 
xüsusi komissiya yaradılmışdı. Bu komissiya qaçqınların təhlükəsiz 
köçürülməsi və yerləşdirilməsi məsələləri ilə  məşğul olmalı idi. Əslində isə 
Ermənistandan azərbaycanlılar faktiki olaraq təmizləndikdən və dekabrın 7-
də orada baş verən zəlzələdən sonra bu komissiya da heç bir iş görmədən öz 
işini başa vurmuşdu. 
Zəlzələnin vurduğu ziyanları aradan qaldırmaq, iqtisadiyyatı  bərpa 
etmək üçün Ermənistana xeyli miqdarda işçi qüvvəsi lazım idi. Məhz bu 
                                                           
1
 Həsənli Həsən, «Faciələrin xronikası yaradılmalıdır»məqaləsi, «Vətən səsi» qəzeti, 
1 avqust 1991-ci il. 

 
116
məqsədlə  də 1989-cu il yanvarın 4-də Ermənistan rəhbərliyinin “xahişi” ilə 
Azərbaycan rəhbərliyi hər iki respublikanın KP MK-larının, Ali Soveti 
Rəyasət heyətlərinin və Nazirlər Sovetlərinin adından daimi yaşayış yerlərinə 
qayıtmaları üçün qaçqınlara müraciət etmişdi. 
Azərbaycandan Ermənistana köçən ermənilər isə dünyanın hər  
tərəfindən Ermənistana köməyə  gəldikləri vaxtda kütləvi surətdə 
Azərbaycana geri qayıtmağa başlamışdılar. Dekabrın 16-da SİTA məlumat 
verirdi: “Azərbaycan SSRİ-in partiya, sovet və digər orqanlarının səyi ilə 
əvvəllər Azərbaycanı  tərk etmiş erməni millətindən olan şəxslər geri 
qayıtmağa başlamışlar. 
Dekabrın 2-dən 15-dək Ermənistandan daimi yaşayış yerlərinə (yəni 
Azərbaycana) 2300 nəfərdən artıq erməni qayıtmışdır, o cümlədən Bakıya 
1100 nəfər, Şamaxıya 315 nəfər, Zaqatalaya 110, Şamxora 54 nəfər. Qayıdan 
kimi onlar öz əmək kollektivlərində işə başlayırlar.” 
Ermənistan rəhbərliyi özünü “sığorta” edərək azərbaycanlıların 
Ermənistana qayıtmasına təminat verilməsi illüziyası yaratmaq məqsədilə 15 
dekabr 1988-ci ildə Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 6 dekabr tarixli 
yuxarıda adı çəkilən qərarının yerinə yetirilməsinin gedişini müzakirə edərək 
13 rəhbər işçini partiya sıralarından kənar etmiş (daha dəqiq desək, bir 
vəzifədən başqa vəzifəyə dəyişdirmişdi), 68 nəfərə partiya tənbehi vermişdi. 
Büro həmçinin Quqark rayon partiya komitəsinin birinci katibi 
L.Bağdasaryanı  və icraiyyə komitəsinin sədri S.Kazaryanı  işdən azad 
etməklə kifayətlənmiş, Stepanavan və  İcevan rayonlarının birinci katibləri 
Y.Cşmartyan və C.Ananyana isə ciddi töhmət vermiş, adları  çəkilən 
rayonlardan  əlavə Yeğeqnadzor, Krasnoselo, Ararat, Masis, Amasiya, 
Noyemberyan rayonlarında vətəndaşların hüquqlarının pozulması,  şantaj və 
kütləvi iğtişaşlara yol verildiyini qeyd etmişdi. Ermənistan Prokurorluğu isə 
Sevan, Kalinino və Abovyan rayon prokurorlarını işdən azad etmişdi. 
Ermənistanda zəlzələ baş verməsəydi  şübhəsiz ki, heç bu cür 
başdansovdu cəza tədbirlərinə  də  əl atılmayacaqdı. Çünki Ermənistanda 
heyvandarlıq və tərəvəz məhsullarının əksər hissəsini azərbaycanlılar istehsal 
edirdilər. Mənzillərini dəyişdirmək yolu ilə Azərbaycandan gələn ermənilər 
isə əsasən şəhər mühitində yaşadıqlarından, qaçqın kimi Ermənistanda qeydə 
alınır, humanitar yardım alaraq dərhal Rusiyanın  şəhərlərinə üz tutur, orada 
da qaçqın kimi yenidən qeydə alınaraq bir daha yardım alır və digər 
güzəştlərdən istifadə edirdilər. 
Ermənistanda baş verən dəhşətli zəlzələdən sonra bütün inciklikləri, 
Azərbaycan xalqına edilən zülm və haqsızlıqları bir kənara qoyaraq zəlzələ 
zonasına istər maddi-texniki, istərsə  də  işçi qüvvəsi ilə kömək göstərib 

 
117
uçqunlar altında inildəyən ermənilərin xilasına birinci yetişən Azərbaycan 
rəhbərliyi oldu. Daha fikirləşmədilər ki, xilas etdikləri erməni özünə  gələn 
kimi,  əlinə silah götürüb, yenə  də Azərbaycan xalqının qəsdinə duracaq, 
Azərbaycanla sərhəd rayonların  ərazisindən, yaxud DQMV-nin erməni 
kəndlərindən dinc azərbaycanlılara atəş açacaqdır. 
Mayasına, iliyinədək millətçilik azarına tutulan ermənilər isə 
“Qarabağ” komitəsi başda olmaqla Leninakan (Gümrü) və Spitakda minlərlə 
erməninin uçqunlar altında qalıb inləməsini, kömək ummasını veclərinə 
almayıb zəlzələ zonasına gəlmiş M.Qorbaçovdan Qarabağ probleminin 
onların xeyrinə həll etməsini tələb etmişdilər. 
Azərbaycan hökumətinin ona pənah gətirmiş 200 minə yaxın 
qaçqının dərd sərini bir kənara qoyub karvan-karvan Ermənistana göndərdiyi 
hər cür ləvazimat, pal-paltar, dava-dərman dolu yük maşınları İcevandan geri 
qaytarıldı. Noyabrın 11-də Respublika Hərbi Komissarlığının və Mülki 
Müdafiə  Qərargahının səfərbər edib Leninakana göndərdiyi müxtəlif peşə 
sahibləri (69 sərnişin, 9 ekipaj) “İL-76” təyyarəsində Leninakan yaxınlığında 
qəzaya uğradıldı. Lakin həmin qəzanın səbəblərini araşdırmaq üçün nə 
komissiya yaradıldı, nə  də ekspertlər tələb edildi. Ermənilər isə  qəzadan 
möcüzə  nəticəsində sağ qalmış  Fəxrəddin Balayevi hər yerdə axtarmışdılar 
ki, yeganə  şahid kimi aradan götürsünlər. Lakin hərbçi həkimlər onu 
hospitalda, qadınlar yatan otaqda arakəsmənin arxasında gizlətmişdilər. 
Ermənistan rəhbərliyi isə  təyyarə  qəzasında həlak olanların ailələrinə  və 
Azərbaycan xalqına baş sağlığı verməyi belə özlərinə rəva bilmədi. 
Bütün bunlara baxmayaraq, yenə  də Azərbaycanın hər yerində 
iməciliklər keçirilir, zəlzələdən zərər çəkənlərə kömək məqsədilə 400412 
nömrəli hesaba milyonlarla manat vəsait toplanırdı. Zəlzələyədək 
Ermənistanın Amasiya, Spitak, Quqark, Stepanavan rayonlarında 20 mindən 
artıq azərbaycanlı girov kimi’ qalmışdı. Zəlzələdən bir gün əvvəl Quqark 
rayonun Haydarlı  kəndində olmuş “Krasnaya zvezda” qəzetinin xüsusi 
müxbiri mayor O.Vladıkin “Ədavət fəalları” məqaləsində yazmışdı: 
“Haydarlının girəcəyində yolu tankla kəsmiş zabit və silahlı  əsgərləri 
gördüm. Leytenant Vitali Naklonnı nəql etdi ki, onların vəzifələri ermənilərlə 
azərbaycanlı  əhalisi arasında toqquşmaya yol verməməkdən ibarətdir. Zabit 
deyir: Bütün bunlara baxmaq ağırdır. Onlar (yəni azərbaycanlılar) faktiki 
olaraq blokadadırlar. Nəqliyyat işləmir. Elektrik cərəyanı verilmir. 20 gündür 
ki, çörək və digər  ərzaq məhsulları  gətirilmir. Onlar gecə-gündüz tankın 
yaxınlığında olurlar. Uzaqlaşmaqdan qorxurlar.”
1
  
                                                           
1
 «Краснайа звезда» qəzeti, №290, 7 dekabr 1988-ci il. 

 
118
Yetmiş ildə milli ayrıseçkilik siyasəti yürüdən Ermənistan rəhbərliyi 
zəlzələdən sonra da öz çirkin əməllərini davam etdirdi. Zəlzələ zamanı həlak 
olmuş, ağır yaralanmış, evləri dağılmış azərbaycanlıların taleyinə biganə 
qaldı. Spitak və Quqark rayonlarının rəhbərləri həmin rayonların hərbi 
komendantlarına təqdim etdikləri siyahıda azərbaycanlı  kəndlərinin adlarını 
siyahıdan çıxarmışdılar ki, guya artıq orda əhali yaşamır. Bununla da onları 
ərzaq və digər zəruri  şeylərlə  təmin etməkdən, tibbi yardımdan məhrum 
etmişdilər. 
Zəlzələ ermənilərin tamamilə silahlanması üçün fürsət verdi. Yardım 
və tikinti materialları adı altında keçmiş SSRİ-nin hər yerindən və bəzi xarici 
ölkələrdən Ermənistana  ən müasir silahlar daşındı. Həmin silahlarla 
Ermənistanla sərhəd olan və Dağlıq Qarabağın  ətraf azərbaycanlı 
rayonlarının əhalisi qətlə yetirildi, kəndlər yandırılıb külə döndərildi. 
Moskvanın ermənilərə arxa durması  nəticəsində 1988-89-cu illərdə 
indiki Ermənistan  ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 
qarışıq yaşayış  məskənləri boşaldıldı  (Əlavələrə bax). Ermənistanın Mehri 
rayonunda qalmış axırıncı azərbaycanlı  kəndi – Nüvədi kəndi (bu kənd 
18.02.1929-cu ildə Zaqfederasiyanın qərarı ilə  Zəngilan rayonundan 
qoparılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilmişdir) 1991-ci il 
avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, Ermənistanın 22 kənd, rayonundan 
və 6 şəhərindən 200  mindən artıq azərbaycanlılar tarixi-etnik torpaqlarından 
vəhşicəsinə qovuldular. 
Ermənistanda azərbaycanlıların yaşadıqları  ərazi  respublika 
ərazisinin (29, 8 min kv.km.) 25 faizini, yaxud təqribən 7,5 min kv.km. təşkil 
edirdi. Bu isə keçmiş DQMV-nin ərazisindən (4,4 min kv.km.) təqribən 3 
min kv.km. artıqdır. 
Ermənistan rəhbərliyi azərbaycanlıların təmizlənməsi aksiyasını başa 
çatdırdıqdan sonra, onların yaşadıqları  kəndlərin adlarının dəyişdirməyə 
başlamışdır. Ermənistan Respublikası Ali Sovetinin 9 aprel 1991-ci il tarixli 
fərmanı ilə 90 türk mənşəli məskənlərinin adları  dəyişdirilmişdir. Bu, 
Ermənistanda 1920-1988-ci illər  ərzində aparılan addəyişmə  əməliyyatının 
davamı hesab edilir. Təkcə 1920-ci ildən 1988-ci ilin avqustuna qədər 
Ermənistanda 517 azərbaycanlı yaşayış  məntəqəsinin adları  dəyişdirilmişdir 
(Əlavəyə bax). 
Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan  ərazisində iki mindən 
artıq azəri türk yaşayış  məskənləri müxtəlif yollarla (rəsmi köçürmələrlə, 
silah gücünə qovmaqla, soyqırım törədərək kəndləri yandırıb xaraba 
qoymaqla) siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik 
Ermənistan dövləti yaradılmışdır. 

 
119
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin