İndiki Ermənistan ərazisində ermənilərin azərbaycanlılara qarşı
törətdikləri qırğınlardan bəhs etməkdən öncə Qars vilayətində rus ordularının
və erməni quldur dəstələrinin törətdikləri vəhşiliklərdən bəhs etmək lazımdır.
Qars vilayətinin əhalisi etnik mənsubiyyət baxımdan İrəvan xanlığının əhalisi
ilə demək olar ki, eyniyyət təşkil edirdi. Çünki İrəvan xanlığının əhalisinin
əksər hissəsi 19-cu əsrdə baş vermiş Rusiya-İran müharibələrinin nəticəsində
xanlığın ərazisindən qaçqın düşərək Qars vilayətində məskunlaşmışdılar.
1877-78-ci illər rus-türk müharibəsindən sonra Qars vilayəti hərbi-inzibati
ərazi kimi Rusiyanın tərkibinə qatılmışdı. Vilayətin yerli türk əhalisi hər cür
təzyiq və tə’qiblərə mə’ruz qalmalarına baxmayaraq yenə də bölgədə
əksəriyyət təşkil edirdi. Təsadüfi deyil ki, 1919-cu ildə Paris sülh
konfransında Azərbaycan Demokratik Cümhuriyyətinin memorandumunda
qeyd edilirdi ki, Qars ətrafının sakinləri azərbaycanlılarla eyni etnik qrupa
daxildirlər, onların dini adət-ənənələri, vərdişləri, yaşayış tərzləri və
məişətləri Azərbaycanın qalan hissələri ilə eyniyyət təşkil edir. Həmin
ərazidə yaşayan müsəlmanlar dəfələrlə Azərbaycan hökumətinə müraciət
etmişdilər ki, Azərbaycan Cümhuriyyətinin tərkibinə qatılmaq istəyirlər.
Memorandumda İrəvan quberniyası (bura Naxçıvan, Şərur-Dərələyəz,
Sürməli qəzaları, Yeni Bəyazid, Eçmiədzin, İrəvan və Aleksandropol
qəzalarının bir hissəsi daxil edilmişdi) Azərbaycanın keçmiş inzibati-ərazi
bölgüsü kimi təqdim edilmişdi.
1
Digər tərəfdən, 1914-1918-ci illərdə Qars vilayətində ermənilərin
törətdikləri qırğınların ən qaynar bölgəsindən olan Ağbaba nahiyəsinin əksər
və Şörəyel nahiyəsinin bir hissəsi 1921-ci il Qars müqaviləsinə əsasən
Ermənistan ərazisinə qatılmışdı. Bütün bunlara görə, indiki Erəmnistan
ərazisində ermənilərin törətdikləri qırğınlardın bəhs edərkən Qars vilayətində
törədilən qırğınlardan bəhs etməmək mümkün deyil.
1914-cü ildə başlanan rus-türk müharibəsində Körpüköy ətrafında
rusların məğlubiyyətindən sonra yerli türklərin 37 illik rus-erməni
əsarətindən qurtaracaqlarına ümidləri artmışdı. Lakin bu sevinc uzun sürmür.
Türk tarixçisi Fəxrəddin Kırzıoğlunun yazdığına görə, ruslar müharibədə
dönüş yaradaraq yeni-yeni türk torpaqlarını işğal etməyə başlayırlar. 1914-cü
1
Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918-1920-ci
illər, Bakı, 1993, səh. 203-204.
53
il yanvarın 5-də Ərdahanı işğal edən Sibir kazak alayı Çıldırdan Göləyədək
türk kəndlərində “türklərin gəlişini alqışladınız” deyə, silahsız əhalini, çoluq-
çocuq demədən qətlə başlayırlar. «1915-ci ilin əvvəlindən etibarən üç ay
ruslar Qars vilayətindəki silahsız türk-müsəlman əhalisini qırıb qurtarmaqla
məşğul oldu. Bakıdakı “İslam Cəmiyyəti Xeyriyyəsi”nin “Fəlakət və
hərbzədələrə yardım şöbəsi” çardan rəsmən izn alıb 1915-ci il aprelin
əvvəlində yardıma gəlincəyə qədər, çox vəhşicə yapılan bu rus qırğını davam
etdi. Ən azı 40000 türk qətl edildi. Bu cəmiyyət rəsmi qeydiyyatla 22000
hərbzədə qarslıya 1917-ci ilin sonuna qədər yardımını davam etdirib onları
ölməkdən qurtardı».
1
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti bu köməkliyi etmək üçün üç
dəfə Rusiya çarına müraciət etmiş, lakin hər dəfə rədd cavabı almışdı.
Bundan sonra cəmiyyət Əlimərdan bəy Topçubaşovun başcılığı ilə Tiflisə –
Qafqaz canişininin yanına nümayəndə heyəti göndərir. Onlara “Siz Qafqazlı
müsəlmanlar, bizim düşmənlərimizə yardım etmək istəyirsiniz. Müharibə
zamanı buna icazə verilməz”
– cavabı verilir. Bu zaman Əlimərdan bəy
Topçubaşov: “Siz iki dövlət – Osmanlı imperatorluğu ilə Rusiya çarlığı
müharibə edirsiniz. Biz, Sizin düşmənlərinizlə deyil, işğalınız altına aldığınız
vilayətlərdəki pərişan qardaşlarımıza insani və maddi yardım etmək
istəyirik”
2
–deyərək, icazə almağa nail olur.
Başqa bir mənbədə göstərilir ki, 1916-cı ildə Əlimərdan bəy
Topçubaşov, Ağabala Quliyev və müsəlman icmasının digər üzvləri Tiflisə
gedərək Qafqaz cəbhəsinin komandanı general Mşlaevski ilə görüşmüş və
ondan Qars vilayətindən müsəlmanların erməni qırğınlarından qorunmasına
təminat verməsini və ermənilərin qətlə yetirdiyi tatar (azərbaycanlı) ailələrinə
yardım üçün vəsait yığılmasına icazə verilməsini xahiş etmişdilər.
3
1915-ci ilin martında Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Qars
ətrafındakı hərbzədələrə yardım üçün Xosrov bəy Sultanovun başçılığı ilə
komissiya göndərmişdi. Novruz bayramı ərəfəsində yola düşən komissiya
martın 21-də Gəncəyə gəlmiş, onları Həsən bəy Ağayev, Xəlil bəy
Xasməmmədov, Ələkbər bəy Rəfibəyov, Xudadat bəy Rəfibəyov qarşılamış
1
Kirzioglu F., Kars tarihi, I-ci cild, İstanbul, 1953, səh. 554.
2
Məmməd Sadıq Aran. “Qardaş köməyi” məqaləsi;1951; Bax: “Ədəbiyyət və
incəsənət” qəzeti, 2 oktyabr 1990-cı il.
3
Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar
Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце
XIX начале XX в.), Bakı, 1993, səh. 354-355.
54
və əlavə maddi yardım göstərmişdilər. Gəncədə Əhməd Cavad da
nümayəndə heyətinə qoşularaq Qarsa getmişdi.
1
Doktor Xosrov bəy Sultanov 1915-ci il aprelin 8-də Ərdəhandan
“Kaspi” qəzetinə göndərdiyi məktubunda yazırdı:” Bütün müsəlman yaşayış
məntəqələrində bir nəfər də olsa, canlı insan tapmaq mümkün deyil. Yalnız
iki məntəqəyə 500-600 qadın və uşaq yığılmışdır. Onların içərisində cəmisi 6
kişi vardır ki, onlarda da əldən düşmüş qocalardır.”
Nümayəndə heyətinin üzvü İsmayıl Hazaralı xatirələrində yazır ki,
Azərbaycan Xeyriyyə Cəmiyyəti rus işğalındakı Şərqi Anadolu vilayətlərinə
göndərdiyi heyət vasitəsilə 12000 yetim uşaq topladı, milyonlar dəyərində
ərzaq və geyim gəndərdi. Rus zabitlərinin və erməni komitəçilərinin türklərə
təhdid və təcavüz edən bir çox yüksək rus və erməni zabitləri azəri
advokatlar tərəfindən məhkəməyə verildi və cəzalandırıldı. Bununla da türk
xalqına qarşı edilən özbaşınalıq hərəkətlərinə son qoyuldu.
2
Bakı əhalisini, Azərbaycan türklərini Anadoludakı qardaşlarına
yardıma çağırmaq işində Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin nəşr etdiyi
“Qardaş köməyi” məcmuəsinin çox böyük rolu olmuşdur. 1916-cı il fevralın
16-da rusların əlinə keçmiş Ərzurum şəhərinin əhalisinə də bu cəmiyyət
tərəfindən yardım edilmişdi. 1917-ci ilin iyun ayında general-mayor Xan
Talışınski və Elyasov Xeyriyyə
Cəmiyyəti tərəfindən
Ərzuruma
göndərilmişlər və buradakı qaçqınlara un, ərzaq, pal-paltar paylanmışdı.
3
İndiki Ermənistan ərazisindən və ona bitişik Şərqi Anadolunun rus-
erməni işğalı altında olan ərazilərindən canını salamat qurtarıb qaça bilən
kimsəsiz uşaq və qadınların bir qismi Azərbaycana pənah gətirmişdilər.
Tiflisdəki Müsəlman Xeyriyyə Cəmiyyəti qaçqın yetimlərin cüzi bir hissəsini
yetimxanada himayəyə götürmüşdü. Qaçqınların əksəriyyəti isə Bakıya üz
tuturdu.
Sonralar Cənubi-Qərbi Qafqaz Respublikasının xarici işlər naziri
olan Fəxrəddin Ərdoğan 1917-ci ilin əvvəlində Rusiyadan sürgündən
qayıdarkən Bakıda gördükləri haqda yazmışdır: “ İlk iş olaraq Bakı Xeyriyyə
Cəmiyyətinə getdik, orada olanlarla tanış olduq. Burada istiqlal eşqiylə
cəmiyyətlər qurulmuş, durmadan çalışırlar. Düşdüyümüz İsmailiyyə
binasında Musa Nağıyevin 50 yataqlı qonaqxanası vardı... Bu binanı Nağıyev
1
Əli Saləddin. “Azərbaycan şe’rinin Əhməd Cavad dövrü” məqaləsi. “Həyat” qəzeti,
12 may 1992-ci il.
2
Məmməd Sadıq Aran, göstərilən məqaləsi.
3
Yavuz Aslan, “Doğu Anadoluya Azərbaycanın yardımı” məqaləsi, “Millət” qəzeti,
23 may 1992-ci il.
55
Xeyriyyə Cəmiyyətinə bağışlamışdı bundan başqa 200 yataqlı bir də
yetimxanası vardı. Burada cəbhədə toplanan kimsəsiz çocuqlar gətirilərək
saxlanırdı. Bakı yetimxanalarını da gəzdim, 1000-ə qədər Ərzurum
cəbhəsindən gətirilən çocuq və qadın burada saxlanırdı.”
1
F.Ərdoğanın verdiyi məlumata görə rus qoşunları Qarsdan geri
çəkildiyi zaman Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin, Qarsdakı
nümayəndələr Rza bəy Qaraşarov və Yusif Kənan bəy əhalini erməni
qırğınlarından qurtarmaq üçün silah tədarük etmişdilər. Rza bəy Qaraşarov
Qarsda “Yeni Xurşud” adlı qəzet çıxararaq, xalqı savadlandırmağa
çalışırmış.
2
Rusiyada 1917-ci il fevral inqilabından sonra çar üsul-idarəsi
yıxılmış, müvəqqəti hökumət qurulmuşdu. Martın 9-da müvəqqəti hökumətin
qərarı ilə Qafqaz Canişinliyi buraxılmış, fövqəladə Zaqafqaziya Komitəsi
yaradılmışdı. Noyabrın 11-də Zaqafqaziyada fəaliyyət göstərən siyasi
təşkilatların Tiflisdə yığıncağı keçirilmiş və Zaqafqaziya Komissarlığı
yaradılmışdı. Həmin ayda M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan
fraksiyası təsis edilmişdi.
1917-ci il oktyabrın 25-də (köhnə stillə) Rusiyada bolşeviklər
hakimiyyətə gəlir. Çevrilişin ikinci günü Sovetlərin Ümumrusiya qurultayı
sülh haqqında dekret qəbul edir. Noyabrın 2-də Sovet hökuməti “Rusiya
xalqlarının hüququ Deklarasiyası”nı qəbul edərək bütün xalqlara öz
müqəddəratını təyin etmək hüququ verir. Həmçinin millətlərin işləri üzrə
Xalq Komissarlığı və onun nəzdində erməni məsələsi üzrə komissarlıq
yaradılmışdı. Bu komissarlıq 1917-ci ilin sonundan 1921-ci ilin əvvəlinədək
fəaliyyət göstərmişdi. Dekabrın 16-da Rusiya Xalq Komissarları Soveti
S.Şaumyanı Qafqaz işləri üzrə fövqəladə komissar təyin etmişdi. Yuxarıda
qeyd etdiyimiz kimi, Sovet hökuməti sülh haqqında dekret qəbul etməsinə
baxmayaraq, dekabrın 29-da “Türkiyə Ermənistanı” haqqında dekret qəbul
etmişdi. Bu dekret “Qərbi Ermənistan” dövləti yaratmaq üçün ermənilərin
iştahını artırmışdı.
1918-ci ilin yanvarında Sovet Rusiyası hökuməti “Erməni
qaçqınlarına təcili kömək göstərilməsi haqqında” erməni məsələləri üzrə
komissarlığın bəyanatını müzakirə edərək qərara alır ki, bu məqsədlə
təmannasız olaraq 6.194.784 rubl vəsait ayırsın. Eyni zamanda bütün inqilab
komitələrinə, digər yerli orqanlarına erməni könüllü dəstələri təşkil edərək,
1
Fahrettin Erdogan, Turk Ellerinde Hatıralarım, İstanbul, 1954, səh. 126.
2
Fahrettin Erdogan, göstərilən əsəri, səh. 133.
56
onları silahlandırıb məneəsiz surətdə Ermənistana göndərmək haqqında
təlimat göndərmişdi.
1
İstər çar Rusiyası, istərsə də Sovet Rusiyası erməni könüllü
dəstələrinin təşkili və onların maliyyələşdirilməsini öz üzərinə götürmüşdü.
Yuxarıda qeyd etdiyimiz kimi, erməni könüllü dəstələri İrəvan
quberniyasının və Qars vilayətinin ərazisində istədikləri türk kəndlərinə
hücum edir, əhalini qaçqın düşməyə məcbur edirdilər. Boşalmış türk
evlərində isə Türkiyənin içərilərindən gələn erməniləri yerləşdirirdilər.
Erməni mənbələrinin verdiyi məlumatlara görə, 1914-1916-cı illərdə Qafqaza
təqribən 350 min erməni köçmüşdü.
2
Onların böyük əksəriyyəti İrəvan
quberniyasının ərazisində yerləşmişdilər. İş o yerə çatmışdı ki, etdikləri
cinayətlərə görə cəzasız qaldıqlarını görən Tiflis quberniyasının tərkibində
olan Axılkələk erməniləri də həm Axılkələk, həm də qonşu Ağbaba
nahiyəsinin türk kəndlərinə silahlı basqınlar edirlər. Erməni vəhşiliklərini öz
gözləri ilə görən 1-ci Axıska dairəsi müfəttişi doktor Xoroşenov yazmışdır:
“Keçən 1917-ci ilin dekabr ayının ortasına doğru 8 ağbabalı müsəlman
Boqdanovka kəndində yaşayan duxoborlardan quru ot satın almaq üçün
buraya gəlmişdilər. Müsəlmanların yanında silah deyilən şey yox idi.
Xocabəy kəndinin erməniləri bunu xəbər alınca, həmən oraya gedərək bu 8
müsəlmandan 4-nü xəncərləyərək öldürdükdən sonra gözlərini oymuş, dilləri
və gövdələrinin o biri hissələrini də kəsib, vücudlarını parça-parça edərək
cürbəcür hərəkətlər yapmışlar. Qalan 4-nü də tüfənglə vuraraq
öldürmüşdülər. Bundan sonra parçalanmış cəsədləri yandırdılar, tüfənglə
öldürülən 4-nün cəsədlərini sonradan ağbabalılara verdilər.
1918-ci ilin yanvarından başlayaraq ermənilər müsəlmanların
yaşadıqları kəndlərə hücuma başladılar. Öncə: «Silahlarınızı təhvil etsəniz,
sizlərə əsla toxunmarıq” deyərək, söz verdilər. Ermənilər bu sözlərlə qalan
islamların əllərindəki silahları aldıqdan sonra, müsəlman kəndlərinə hücuma
etməyə, onları öldürməyə, kəndlərini yandırıb mallarını və əşyalarını qarət
etməyə başladılar. Beləliklə, Xorepya, Kokiya, Vereban, Tog, Okam,
Qulalız, Patkana, Sağamo, Kuvaşa, Alaca və Gümris adlı kəndləri
yandırdılar, dağıtdılar, dirliklərini, heyvanlarını və bütün əşyalarını alıb
apardıqdan sonra, sağ qalan kişilərlə qadınları da dustaq olaraq Axılkələk
qəsəbəsindəki kazarmaya topladılar.»
3
1
Киракосян Дж., Младотурки перед судом истории, İrəvan, 1986, səh. 224.
2
История Армянского народа, İrəvan, 1980,səh. 268.
3
Ermeniler hakkыnda derlemeler, Ankara, 1982, səh. 205-206.
57
Daha sonra Xoroşenov yazır ki, düşərgədəki müsəlmanlar soyuq və
aclıqdan hər gün tələf olurdular. Bu, 1918-ci il mayın 21-nə qədər davam
etdi. Türklərin gəldiyini eşidən ermənilər qaçmazdan əvvəl kazarmadakı əsir
müsəlmanları xəncər və tüfənglə öldürdükdən sonra onların qaldıqları evləri
üstlərinə uçurdular. Bir çoxlarının cəsədlərinin çuxurlara atdıqdan sonra,
üstlərinə qazyağı tökərək yandırdılar. “İştə 20-ci yüzilliyin Ermənistanında
yaşayan mədəni (!) ermənilərin yapdıqları vəhşət budur”
– yazır Xoroşenov.
Sənədin rusca əsli Türkiyə İnqilab Tarixi İnstitutunun arxivindədir
(№74/17571).
Zaqafqaziyada Sovet hakimiyyətini qəbul etməyən siyasi qüvvələr
birləşib 1917-ci il noyabrın 15-də Tiflisdə E.Gegeçkorinin sədrliyi ilə
keçirilən Zaqafqaziya Komissarlığının iclasında Qafqaz cəbhəsinin baş
komandanı Prjevalskinin təklifi ilə 3-cü türk ordusunun komandanı Mehmet
Vehib Paşanın barışıq imzalanması təklifi haqqında müraciətini müzakirə
etmiş, ertəsi gün bu təklifin bəyənilməsi haqqında cavab məktubu göndərmiş
və komissarlıq bu münasibətlə orduya və Zaqafqaziya əhalisinə müraciət
etmişdi.
1
Dekabrın 18-də Ərzincanda barışıq imzalanır. 1917-ci ilin dekabrın
ortalarından Qafqazdakı rus ordusu cəbhəni özbaşına tərk etməyi başlamışdı.
Dekabrın 18-də Zaqafqaziya Komissarlığı milli korpuslar və hərbi hissələr
təşkil ediləcəyini elan edir. Bundan istifadə edən ermənilər rus ordusunun
hərbi texnikasına yiyələnərək, Cənubi-Qərbi Qafqazda türklərə qarşı
soyqırım həyata keçirirlər. Yanvarın 14-də Vehib paşa Qafqaz ordusunun
komandanı Odişelidzeyə məktub göndərir ki, sülh müqaviləsi imzalamaq
üçün Qafqaz hökuməti ilə danışıqlara başlamaq istəyir.
2
Ərzincanda barışıq
imzalandıqdan sonra rus qoşunları işğal etdiyi ərazilərdən geri çəkilməyə
başlayır. Rus ordusu geri çəkilərkən müsəlman əhalisini vəhşicəsinə qırıb -
çatır, kəndləri yandırır. Həmin dövrdə Tiflisdə nəşr edilən qəzetlər tərxis
edilmiş rus ordusunun “adamyeyənlər bandasına” çevrilərək, Sarıqamışdan
Aleksandropola (Gümrüyə) qədər keçdikləri əraziləri dağıdıb, xarabaya
qoyduqlarını yazırdılar.
3
Buna görə də Vehib paşa barışığın pozulduğunu və erməni quldur
dəstələrinin vəhşilikləri haqqında yanvarın 22-də general-leytenant
Odişelidzeyə məktub göndərir. Bundan sonrada erməni vəhşiliyinin həddinin
aşdığını, onların cəzasız qaldığını görən Vehib paşa fevralın 1-də Baş
1
Документы и материалы по внешней политики Закавказья и Грузии, Тiflis,
1919, səh. 15-16.
2
Yenə orada, səh. 24.
3
Погосян А., Карсская область в составе России, İrəvan, 1983, səh. 192.
58
komandan Prjevalskinin adına məktub, fevralın 11-də isə Odişelidzenin adına
teleqram göndərir. O, məktub və teleqramlarda konkret faktlarla erməni
vəhşilikləri haqqında mə’lumat verir və onlara qarşı ölçü götürülməsini tələb
edir.
1
Fevralın 12-də türk ordusu erməni qırğınlarına dözə bilməyərək
hücuma keçir. Bu arada ermənilərin özbaşınalıqlarına «son qoymaq üçün»
Zaqafqaziya Komissarlığı Andraniki və doktor Zavriyevi Ərzuruma göndərir.
Bundan sonra ermənilər daha azğınlaşır. Karibi 1920-ci ildə Tiflisdə dərc
etdirdiyi “Qırmızı kitab”da yazır: “General Andranik ermənilərin başçısı
kimi 1918-ci il fevralın 18-də Ərzuruma gəldi. Burada, bu tərəfdə erməni
silahlı qüvvələri o dərəcə başıpozuq idilər ki, talançılıqla məşğul idilər.”
2
Fevralın 18-də Zaqafqaziya Seymi yaradılır və fevralın 25-də
Zaqafqaziya hökuməti Trabzonda danışıqlar keçirmək üçün türk
komandanlığına müraciət edir. Martın 1-də Zaqafqaziya Seymi Türkiyə ilə
sülh müqaviləsi bağlamaqda səlahiyyətli olduğunu və qoşunları 1914-cü il
sərhədlərinə geri çəkmək üçün sülh müqaviləsi imzalamaq istədiyini bildirir.
3
Lakin martın 3-də Türkiyə ilə Sovet Rusiyası Brest-Litovsk müqaviləsini
imzalayır. Bu müqavilə 1711-ci ildən bəri ilk dəfə Türkiyənin Rusiyaya qarşı
bir zəfəri mahiyyətində idi və ruslar nəinki 1914-cü il sərhədlərinə geri
çəkilməyi, hətta 1878-ci il Berlin müqaviləsi ilə Türkiyədən qoparılan Üç
Sancağı (Batum, Ərdahan, Qars vilayətlərini) qaytarmağı qərara almışdılar.
4
Brest-Litovsk müqaviləsinə əlavə Rusiya-Türkiyə müqaviləsinin 1-ci
maddəsində deyilirdi ki, Rusiya türk ordusunun qeyd edilən ərazilərə
qayıtmasınadək qarət və cinayətlərə yol verilməsinin qarşısını alacaq, erməni
“çətə”lərini tərxis və tərksilah edib buraxacaq.
5
Zaqafqaziya hökuməti martın 7-də Brest-Litovsk müqaviləsinin
imzalanmasına etiraz etmişdisə də rus qoşunlarının yerini tutmuş erməni
silahlı qüvvələrinin türk ordusunun qarşısında duruş gətirmədiyini yəqin
etdikdən sonra, aprelin 10-da Trabzondakı Zaqafqaziya nümayəndələri bu
müqaviləni qəbul etdiklərini bildirmişdilər.
Zaqafqaziya Seyminin bütün müsəlman fraksiyaları aprelin 15-də
Qars vilayətindəki hadisələr haqqında məsələ müzakirə edir. Müzakirənin
protokolunda yazılır:” Qaçqın yunanlar xəbər verirlər ki, hücum edən türk
1
Документы и материалы..., səh. 41-45.
2
История Азербайджана по документам и публикациям, Bakı., 1990, səh.167.
3
Документы и материалы..,səh. 83-84.
4
Gokdemir Ahmet, Cenubi-Garli Kafkaz Hükumeti, Ankara, 1989, səh.15.
5
Документы внешней политики СССР, М. 1957, I-ci cild, səh. 199-200.
59
qoşunlarının qarşısından çəkilən erməni hərbi hissələri və silahlı fərariləri
yollarda rast gəldikləri müsəlman kəndlərini tam məhv edir, hər şeyi yandırır,
əhalini qılıncdan keçirir, təsvir ediləsi mümkün olmayan vəhşiliklər
törədirlər. Onlar qadınları lüt-üryan edir, süngülərə keçirilmiş südəmər
körpələri hərbi qənimət kimi aparan “qalib” erməni qoşunlarının keçməli
olduğu böyük yolların kənarına düzürdülər”. Yunanlar deyirlər:” Gərək
qeyri-insani əsəblərin ola ki, bu cəhənnəm əzabını, dəlilik dərəcəsinə
çatdırılmış qadınların və uşaqların qəlbi dağlayan naləsini, köməksiz
qocaların iniltilərini eşidə və dözə biləsən... Təxmini hesablamalara görə 82
kənd təsvirolunmaz dağıntılara məruz qalmışdır. Çiçəklənən Qars vilayəti
kapitan Movsesyanın və general Areşovun dəstəsinin vəhşi tüğyanı sayəsində
indi təəssüf ki, 1915-ci ilin əvvəlindəki dəhşətləri xatırladır. İndi bütün Qars
vilayəti törədilmiş qəddar vəhşiliklərdən, həmişəlik insanlıq sifətini itirmiş
ermənilərin riyakarlığından, vəhşiliyindən və alçaqlığından xəbər verən
nəhəng qəbiristanlığa çevrilib.»
1
Erməni qırğınları martın 12-də türk qoşunlarının Ərzurumu azad
etməsi zamanı daha da şiddətlənmişdi. Həmin hadisələri 15-ci Qafqaz
Kolordusu komandanı Kazım Qarabəkir paşa Amerika nümayəndə heyətinin
başçısı general Harborda verdiyi raportda belə izah etmişdir:” Ərzurumda elə
acı mənzərələr gördük ki, insanı insanlıqdan iyrəndirirdi. Xalq gözü yaşlı
ora-bura qaçaraq kimi oğlunu, kimi atasını, kimi arvadını süngülənmiş və ya
yandırılmış tapır, saçlarını yolurdular. Bir çox küçələrdə həyat yox idi.
Yerlərdə çocuq, qadın, qoca qanlar içində yatırdılar. Yalnız son gecə (11-12
mart 1918-ci ildə) üç min müsəlman kəsdiklərini ermənilər öyünərək ruslara
bildirmişdilər, bunu polkovnik Tverdoxlebov raportunda (xatirələrində)
yazmışdır. Dəmiryolu stansiyasında sanki bir məzarlıq ölülərini kənara
tullamışdı. Cənazələr arasından keçərək, bu dəhşətləri gördük. Hələ içərisinə
insanları doldurub birlikdə yandırdıqları binalar insanı titrədirdi.”
2
Kazım Qarabəkir paşa yazır ki, türk qoşunlarının erməniləri Qarsda
mühasirəyə almaq və onları təqib etməkdən vaz keçməsinə baxmayaraq yenə
də ermənilər razılığı pozub şəhərdə qırğınlar törətmişdilər. “Aprelin 25-də
axşam Qarsı geri aldıq. Şəhəri dolaşdım. Hər tərəf yanır, stansiyada yüzə
qədər əsir əsgərimiz işgəncə ilə öldürülmüşdü. Qarsı Müdafiə Komandanlığı
1
АРДА, Ф.970, siy. 1, İş 1, в. 28-29.
2
Кirzioglu Fahrettin, Kars ili ve cevresinde ermeni mezalimi, Ankara, 1970, səh. 84-
85.
60
dairəsinin 20 metr qərbində (kiçik hövzədə) Qars çayına atılmış 50-yə qədər
müsəlmanın cəsədini tapdıq.”
1
Bu arada, yəni aprelin 22-də Zaqafqaziya Seymi öz yığıncağında
Zaqafqaziyanı müstəqil Demokratik Federativ Respublika elan edir və bu
respublika aprelin 28-də Türkiyə tərəfindən tanınır.
Türk qoşunlarının qarşısından çəkilən erməni qoşunları Gümrüdə də
dəhşətli qırğınlar törətmişdilər. Həmin qırğınlar haqqında sənədli
mə’lumatlar şəkillərlə birlikdə diviziya generalı Əhməd Hulki Saralın
“Erməni məsələsi” kitabında toplanmışdır. “İslam əhalinin uğradıqları
məzalim üzərinə bəlgələrə dayanan bilgilər” adı ilə ilk nəşri bütünlüklə
köşklərdən və kitabxanalardan yığışdırdığı üçün 1919-cu ildə həm türkcə,
həm də fransızca yenidən nəşr edilmişdi. Sənədlərdə deyilir:
“1) 29.04.1918-ci ildə Gümrüdən 500 araba ilə Axılkələyə
götürülməkdə olan 3000-ə qədər qadın, qoca, uşaq və kişi öldürülərək yox
edilmişdir.
2) Min əsgər, iki pulemyot və iki topla silahlanmış ermənilər
(Duzluca) və İrəvan bölgəsindəki islam kəndlərini dağıtmış qadın, uşaq və
kişiləri qırmışlar.
3) 01.05.1918-ci ildə yüzə qədər erməni atlısı Şiştəpə və Düzkənd
ətrafında (indiki Amasiya rayonunun ərazisində) altmış uşaq, qadın və kişini
qırmışlar.
4) 01.05.1918-ci ildə Axılkələk ətrafındakı kəndlərdə Acaraca,
Danqal, Mulanıs, Murcahet, Padızka, Havur və Gümris kəndləri yandırılmış,
əhalisi məhv edilmişdi. Arpaçay üzərindəki Bacoğlu ilə İrəvanın şimali
şərqindəki kəndlərin xalqı ermənilər tərəfindən qırılmış, kəndlər yandırılıb
dağıldılmışdır.”
2
İrəvan ətrafındakı müsəlmanları erməni qırğınlarından xilas etmək
üçün Bakı (İslam) Xeyriyyə Cəmiyyətinin 36-cı Qafqaz diviziyası
komandanlığına etdiyi müraciətdə deyilirdi:
“İrəvan quberniyası ərazisindəki islamların qırılıb, yox edilməkdə
olduqları, otuzdan çox müsəlman kəndinin yandırılıb, əhalisinin qırıldığı və
İrəvandan qaçaraq gələn yaralı və xəstə köçkünlərin sayının gündən-günə
çoxalmaqda və yoxsulluq ilə pərişanlıq içində üzüldüklərindən, bunlara
sığınacaq və daldalanacaq yerinin göstərilməsi rica olunmaqdadır.
3
1
Yenə orada, səh. 87.
2
Kirzioglu Fanrettin, Yenə orada, səh. 44-45.
3
Yenə orada, səh. 46.
61
Qeyd etdiyimiz kimi, Qars vilayətində türk qoşunlarının önündən
geri çəkilməyə məcbur olan erməni könüllü birlikləri qırğınları İrəvan
quberniyasının ərazisində davam etdirmişdilər. “Qarsdan sonra zorakılıq
dalğası İrəvan quberniyasına keçdi. Qısa müddətdə Qars vilayətində 82,
İrəvan quberniyasında 211 müsəlman kəndi yandırıldı, əhalinin bir hissəsi
qırıldı, qalan hissəsi isə didərgin düşdü. İrəvan quberniyasından olan
qaçqınların sayı 80 min nəfəri keçirdi.”
1
Zaqafqaziya Seyminin müsəlman fraksiyası Qars vilayətində və
İrəvan quberniyasında törədilən qırğınlar haqqında iki dəfə məsələ müzakirə
etmiş və Seym qarşısında məsələ qaldırmışdı:
a) daxili işlər nazirinə tapşırılsın ki, müsəlmanlara kömək etmək
üçün xüsusi komissiya göndərilsin,
b) bütün müsəlman qaçqınları öz yerlərinə qaytarılsın,
v) ərazi nazirliyinə tapşırılsın ki, təcili yardım göstərsin,
q) azğınlıq edən erməni hərbi hissəsi buraxılsın,
d) müsəlman qaçqınlarının sayı və vəziyyəti öyrənilsin, onlara əlavə
yardım göstərilsin.
Müsəlman fraksiyasının gərgin səyi nəticəsində Zaqafqaziya
hökuməti bu məsələni öyrənmək üçün komissiya yaratmış və qaçqınların ən
zəruri ehtiyaclarını ödəmək üçün bir milyon manat vəsait buraxmışdı.
2
1918-
ci il mayın 15-də türk qoşunları Arpaçay xəttini keçib Gümrüyə daxil
olmazdan əvvəl Kazım Qarabəkir paşa Gümrüdəki erməni nümayəndələrinə:
”Şəhərdəki türkləri gətirib təhvil verin və sonra da şəhəri təslim edin”
– deyə
ultimatum göndərir. Dərhal ermənilər təlaşla arabalar hazırlayırlar, Gümrüdə
bulunan 250 xanə (ev) türkləri arabalara mindirib, Arpaçay üzərindəki
körpüdən keçirərək türklərə təslim edirlər.
3
Bu hadisə ilə ədaqədar Kazım Qarabəkir paşa yazır: «Gümrü
köylərində tək-tək qoca qadın və kişi qalmışdır. Gümrüdə 8-10 türk evi var.
Orada türk gəncləri görünməyir. Qoca türk ana və ataları, qoca babalar
əsgərlərimizə sarılıb öpürlər. Əlində qanlı bir dəyənək, ağ saqqallı və bir çox
yerlərindən qanlar axan, fəqət dim-dik duran bir baba əsgərlərimizin qoynuna
sarılıb belə hayqırır: 93 hərbindən (yəni 1878-ci il) bəri bir gün dəxi
ümidimizi kəsmədən sizinlə qovuşacağımı bilirdim. Fəqət artıq dünyanın
1
ARDA, F.970, s.I, iş 1, v.29; Bax:Cəmil Həsənov,Azərbaycan beynəlxalq
münasibətlər sistemində, 1918-1920, Bakı,1993, səh. 71.
2
ARDA, f.970,s.1,iş 1, v.27; Bax:C.Həsəov göstərilən əsəri, səh. 72.
3
Fahrettin Erdoğan, Türk Ellerinde Hatıralarım, səh. 155.
62
sonuna qədər ayrılmayacağıq və gözlərindən yaşlar axır»
1
Gümrünü azad
etdikdən sonra türk qoşunları iki istiqamətdə — İrəvan və Qarakilsə
(Kirovakan) irəliləməyə başlayırlar. Mayın 28-də Hamamlı (Spitak) və
Qarakilsəni azad edirlər.
Mayın 26-da Zaqafqaziya Seymi buraxıldıqdan sonra əvvəlcə
Gürcüstan, mayın 28-də isə Azərbaycan və Ermənistan öz müstəqilliyini elan
edir. İyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda sülh müqaviləsi
imzalanır. Bu müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən
9 min kv.km, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min
müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu
respublikanın ərazisinə Yeni-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü,
Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil
idi.
2
Alman diplomatı Bernsdorf bu mənzərəni belə təsvir etmişdi: «Türkiyə
ermənilərə ancaq Sevan (Göyçə-müəllif) gölünü saxlayıb, hansı ki, çimə
bilərlər, ancaq çıxmağa və özlərini qurutmağa yer qalmayıb.
3
Ümumiyyətlə, Batum müqaviləsinə
əsasən Ermənistan
Respublikasının ərazisi Birinci Dünya müharibəsinə qədər ermənilərin İrəvan
quberniyasında kompakt yaşadıqları ərazilərə məhdudlaşırdı.
Mütəxəssis Makkartinin hesablamalarına görə, Birinci Dünya
müharibəsi zamanı rus və erməni hərbi birləşmələrinin Şərqi Anadolunu
işğalı nəticəsində həmin ərazidən 800 min nəfər müsəlman qaçqın
düşmüşdür. Müharibənin sonunadək Qafqazdan 400 mindən artıq müsəlman
onların cərgəsinə əlavə olmuşdur. Şərqi Anadoluda milyondan artıq
müsəlman – o cümlədən ən azı 130 min Qafqazdan olan müsəlman qaçqınlar
qırılmışdır.
4
Ermənistanda daşnakların hakimiyyəti dövründə türklərə qarşı
soyqırım daha geniş vüsət almış, onların yaşadıqları ərazilər demək olar ki,
bütünlüklə xarabazarlığa çevrilmişdi.
1
Kazım Karabekirin Kaleminden, Doğunun Kurtuluşu, Ərzurum, 1990, səh. 371.
2
Киракосян Дж., Младотурки перед судом истории, İrəvan,1986, səh.239.
3
Киракосян Дж., göstərilən əsəri, səh.239.
4
«Армянский геноцид». Миф и реальность, справочник фактов и документов,
Bakı, 1992, səh. 203.
|