II FƏSİL.
XX ƏSRİN ƏVVƏLƏRİNDƏ ERMƏNİLƏRİN TÖRƏTDİYİ
QIRĞINLAR.
1. 1905-1906-cı İLLƏR QIRĞINLARI
20-ci əsrin əvvələrində Qafqazda, xüsusən də indiki Ermənistan
ərazisində Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi
ermənilərin 19-cu əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə
əsaslanırdı. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa
dövlətlərinin səyləri nəticəsində gündəliyə çıxarılan «erməni məsələsi»
sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil
Ermənistan dövləti qurmaq üçün bir vasitəyə çevrilmişdi. Bu muxtariyyətin
əldə edilməsi üçün əvvəlcə Şərqi Anadolu vilayətlərində, yəni ermənilərin
«Qərbi Ermənistan» adlandırdıqları vilayətlərdə ermənilərin say üstünlüyünə
nail olmaq lazım gəlirdi. Lakin ermənilərin «Qərbi Ermənistan»
adlandırdıqları vilayətlərin heç birində say etibarı ilə üstünlük onların
tərəfində deyildi. Bunu ermənilərin qəyyumu kimi çıxış edən Fransanın
Xarici İşlər Nazirliyi 1897-ci ildə yaydığı sənəddə də etiraf etmişdi.
1
Həmin illərdə İngiltərə və Fransanın yardımı ilə Türkiyədə erməni
üsyanı təbliğatı aparılırdı. Bu işə rəhbərliyi «Daşnaksutyun» və «Hnçak»
siyasi təşkilatları öz üzərlərinə götürmüşdülər. Ermənilər kütləvi iğtişaşlar
törətmək məqsədilə türklərə və kürdlərə hücumlar edirdilər ki, qırğınlar baş
versin və sonradan da Avropanın kütləvi informasiya vasitələri ilə türklərin
erməniləri soyqırıma məruz qoyduqlarını dünyaya car çəkə bilsinlər.
Ermənilərin Türkiyədə 1894-1896-cı illərdə törətdikləri iğtişaşlar
Sultan Əbdülhəmid tərəfindən yatırıldı. Həmin iğtişaşların təşkilatçılarının və
icraçılarının əksəriyyəti isə Qafqazın müxtəlif regionlarına köçmüşdülər.
2
Rus müəllifi N.Şavrovun göstərdiyinə görə, 1896-cı ildə Zaqafqaziyada
900000, 1908-ci ildə 1301000 erməni yaşamışdır. Deməli, təkcə bu dövrdə
Zaqafqaziyaya 400000 erməni gəlib yerləşmişdi.
3
1908-ci ildə Rusiya Daxili
1
Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы,
С.Петербург, 1904, səh.96.
2
«Армянский геноцид». Миф и реальность. Справочник фактов и документов,
Б.1992, səh.204; Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992,
səh.119-120.
3
Шавров Н.Н., Новая угроза русскому делу в Закавказье: предстоящая
распродажа Мугани инородцам, С.Петербург, 1911, səh.64.
38
İşlər Nazirliyi polis departamentinin sənədlərində göstərilirdi ki,
«Türkiyədəki məlum hadisələrdən sonra Zaqafqaziyaya yarım milyon erməni
gəlmişdir. Bu ermənilər dərhal öz qara əməllərini göstərdilər».
1
Bundan
sonra indiki Ermənistan ərazisində «Daşnaksutyun» partiyasının sıraları daha
da artmış, Qafqazda anti-türk təbliğatı xeyli güclənmişdi. «Novaya vremya»
qəzetinin İrəvan üzrə müxbiri Qriqoryevin verdiyi məlumata görə, törədilən
cinayətlərin 80 faizi Türkiyədən gəlmiş ermənilərin, muzdlu qatillərin payına
düşürdü.
2
Maraqlıdır ki, hələ Türkiyədə erməni iğtişaşları başlamazdan xeyli
əvvəl, «Daşnaksutyun» partiyasının qeydə alınmasından cəmisi bir neçə ay
sonra, yəni 1891-ci ilin yanvarında Bakıda Tağıyev teatrında Safrazyanın 4
şəkilli pyesi tamaşaya qoyulmuş, tamaşanın 1-ci şəklində erməni qadınına
işgəncə verən türk təsvir edilmiş, 2-ci şəkildə həmin qadının öz azadlığı
uğrunda mübarizəsi, 3-cü şəkildə türkü məhv edən həmin qadın, 4-cü şəkildə
isə gənc erməni qızı timsalında azadlığa çıxmış Ermənistan təsvir edilmişdi.
Həmin tamaşaya görə, pyesin müəllifi Safrazyan Bakının makleri adına layiq
görülmüşdü. Bu məlumat Qafqaz canişinliyinin 7 fevral 1891-ci ildə Bakı
qubernatoruna göndərdiyi məktubundan götürülmüşdür.
3
Göründüyü kimi,
19-cu əsrin sonunda «Daşnaksutyun» partiyasının anti-türk təbliğat maşını
təkcə İrəvan və Tiflisdə deyil, hətta Bakıda belə, var gücü ilə işə salınmışdı.
XX əsrin əvvəllərində erməni şovinizminin, millətçi erməni
partiyalarının maddi və mənəvi qida mənbəyi rolunu erməni kilsəsi məharətlə
oynayırdı. 1903-cü ildə kilsə torpaqlarının Rusiya Torpaq və Əmlak
Nazirliyinin sərəncamına keçirilməsi haqqında çıxarılan qanun kilsənin
maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinə zərbə vurduğu üçün
erməni terrorizminin genişlənməsinə, anti-türk, anti-müsəlman əhval-
ruhiyyəsinin qızışmasına səbəb olmuşdu. Erməni kilsəsi İrəvan və
Eçmiədzində bu qanun əleyhinə qiyamlar təşkil etmişdi. Həmin il avqustun
29-da Gəncədə, sentyabrın 2-də Qarsda və Bakıda, sentyabrın 12-də Şuşada,
oktyabrın 14-də Tiflisdə ermənilər iğtişaşlar və terror törətmişdilər. 1905-ci
ildə Rusiyanın özündə baş verən iğtişaşlar, çarizmə qarşı narazılıq dalğasının
güclənməsi Zaqavqaziyada güclü əks-səda doğururdu. Bu qarışıqlıqdan
ermənilər məharətlə istifadə edirlər. Rusiyanın hakim şovinist dairələri də
zərbəni özlərindən yayındırmaq üçün ermənilərin anti-türk, anti-müsəlman
1
Дашнаки (из материалов департамента полиции), Б.1990, səh.8.
Rusiya Federasiyası Dövlət Arxivi, ф.102, siyahı 253, Saxlanma vahidi 285, v.1-18.
2
Величко В.Л., göstərilən əsəri, səh.137.
3
Azərbaycan Respublikası Tarix arxivi, F.25, Siy.2, iş 208.
39
kampaniyasını qızışdırırdılar. Qafqaz canişinliyinin yüksək rütbəli erməni və
ermənipərəst məmurları vasitəsilə silahlandırılan erməni dəstələri 1905-ci
ildə Bakıda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Gəncədə,
Tiflisdə və başqa yerlərdə yaşayan azərbaycanlılara qarşı silahlı hücumlar
edib, həmin ərazilərdən onları təmizləməklə ermənilərin say üstünlüyünə nail
olmaq istəyirdilər. Çünki həmin dövrdə Qafqazdakı 54 qəzadan yalnız
beşində ermənilər çoxluq təşkil edirdilər.
1905-1906-cı illərdə Qafqazda erməni-müsəlman qırğınları haqqında
polis departamentinin adı çəkilən sənədində deyilir: «Daşnaksutyun» öz
qüdrətini göstərdi, müsəlmanlar cəfasını çəkdilər. Burada ikili oyun
oynanılmışdı: birincisi, müsəlmanlarda olan qisasın bir qismini almaq, digər
tərəfdən baş verən hadisələrin günahını mətbuat və təbliğatın köməyi ilə rus
hökumətinin üzərinə yıxmaq, bununla da təkcə erməniləri deyil, Qafqazın
digər sakinlərini də inqilabçılaşdırmaq üçün güclü təbliğat materialı əldə
edilmiş olurdu. Nəticədə ermənilərə münasib olmayan bir çox rus məmurları
və ayrı-ayrı şəxslər terror qurbanı oldular: general Əlixanov (Əlixanov-
Avarski – müəllif), qubernatorlar Nakaşidze, Andreyev (birincisi Bakı
qubernatoru, ikincisi Yelizavetpol (Gəncə) vitse- qubernatoru – müəllif),
polkovniklər Bıkov və Saxarov və başqa dövlət məmurları (partiyanın
hesabatından). Onların qismən nail olduqları ikinci məqsədləri ondan ibarət
idi ki, Zaqafqaziyada ermənilərlə müsəlmanların yaşadıqları ərazilər bir-
birindən ayrıldı, Türkiyədən və qismən İrandan köçən ermənilərin
məskunlaşdırılması üçün torpaqlar boşaldıldı. Son 5-6 ildə onların sayı yarım
milyona çatmış, 200 min nəfər isə rus idarələrinin vəkaləti ilə təbəəlik əldə
etmişdi. Yelizavetpol, İrəvan və Qars vilayətlərində ərazilərin qismən
ayrılmasına nail olunmuş, torpaqların müəyyən hissəsi boşaldılmış, həmin
ərazilərdən bir çox müsəlmanlar qaçaraq canlarını qurtarmışdılar".
1
Əslində Rusiyanın hakim dairələri də 1905-1906-cı illər erməni-
müsəlman iğtişaşlarından öz məqsədləri üçün istifadə etməklə ikili oyun
oynamışdılar. Çar məmurları Qafqazda güclənən narazılıq dalğasının
hökumət əleyhinə istiqamətlənəcəyindən qorxduqlarından, ermənilərin
müsəlmanların yaşadığı ərazilərdə törətdikləri qırğınlara biganə qalmış, bəzi
hallarda isə onların tərəfini saxlamaqla hər iki tərəfin gücünün etnik
toqquşmalara sərf edilməsinə nail olmuşdular. Bu məqsədlə xüsusi xəfiyyə
şəbəkəsinin qurulması haqqında C.Zeynaloğlunun 1924-cü ildə İstanbulda
dərc edilən kitabında belə məlumat verilir: "Yalnız azəri türkləri hələ
qəflətdə idilər və iğtşaşlarda çar tərəfini saxlayırdılar. Rusiya hökuməti
1
Дашнаки..., səh. 11.
40
müsəlmanların bu qəflətindən istifadə edib, Peterburqdan xüsusi surətdə yüz
otuz xəfiyyə mə'muru göndərərək, türklər ilə ermənilər arasında icra etdiyi
propaqanda ilə biri digəri əleyhinə silah işlətməyə təşviq və əsrlərcə yaxşı
keçinən iki milləti biri digərinə qırdırdı".
1
1905-ci il fevralın 6-da Bakıda bir nəfər azərbaycanlının ermənilər
komitəçiləri tərəfindən öldürülməsi ilə başlanan erməni-müsəlman qırğınları
bir çox müəlliflərin iddia etdikləri kimi bir təsadüf nəticəsində deyil, məhz
bütün Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduqları bir şəhərdə
planlı şəkildə baş vermişdi. Ermənilər Bakıda erməni milyonerlərinin köməyi
ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini əllərinə
keçirəcəklərinə və bundan sonra bütün Zaqafqaziyadan müsəlmanları silah
gücünə qovub Ermənistan dövləti yaradacaqlarına əmin idilər. Fevralın 6-dan
10-a qədər Bakıda şiddətlə davam edən qırğınlar zamanı hər iki tərəfdən
tələfat min nəfərə çatsa da, ermənilərin niyyətləri baş tutmamış və məğlub
olmuşdular.
2
Ermənilər fevralın 21-23-də İrəvanda da qırğınlar törətmişdilər.
M.S.Ordubadi "Qanlı illər" kitabında verdiyi məlumata görə, ermənilərin
növbəti fitnəkarlığı 1905-ci il mayın 5-də Naxçıvan qəzasının Cəhri kəndində
üç nəfər müsəlmanın ağır yaralanması və mayın 7-də bir nəfər müsəlmanın
Tunbul kəndində öldürülməsi ilə yenidən qızışır. Mayın 8-də İrəvan vitse-
qubernatoru Baranovski, İrəvan şəhər qlavası Ağamolovla birlikdə Naxçıvan
şəhər qlavası Cəfərqulu xan Naxçıvanski Naxçıvana gəlirlər. Qırğınlar ara
vermədiyi üçün Tiflisdən general Əlixanov Avarski də Naxçıvana göndərilir.
Ermənilər Naxçıvanda da məğlub olduqlarından növbəti iğtişaşları İrəvanda
törədirlər. Ermənilərin məqsədi ilk növbədə İrəvan və onun ətraf kəndlərini
müsəlmanlardan təmizləmək, sonra isə M.S.Ordubadinin təbirincə,
«İrəvandan Naxçıvana qədər yol üstə yerləşən islam kəndlərini dağıtmaqla
İrəvan ermənilərini Naxçıvanda hazır əsgəri qüvvələrlə birləşdirmək,
Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb Zəngəzur
könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvəni bitişdirmək kimi alçaq
xəyallar»dan
3
ibarət idi.
Mayın 23-də ermənilərin Qarsaçay bağçasında müsəlman gənclərinə
hücumu ilə İrəvanda qırğınlar başlanır. Mayın 31-də İrəvanda qırğınlar
dayandırılsa da, ermənilər ətraf müsəlman kəndlərinə hücum etməyi qərara
alırlar. Elə həmin axşam ermənilər Qırxbulaq mahalının Gözəcik kəndinə
1
Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992, səh. 106.
2
Ордубади М.С., «Qanlı illər», Bakı, 1991, səh. 7.
3
Ордубади М.С., göstərilən əsəri, səh.119.
41
hücum edirlər. İyunun 2-də 10 min nəfərlik erməni alayı Məngüs kəndinə
hücum edir. Dağılmış 12 müsəlman kəndinin əhalisi Təzəkəndə qaçır.
Ermənilər iyunun 3-də Güllücə kəndinə hücum edirlər. Silahsız əhali Tutiyə,
Damagirməz, Kamal kəndlərinə qaçır. Qırğınlar 18 gün davam edir. İyunun
3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropol erməniləri Eçmiədzin
(Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir, iyunun 8-də müsəlmanlar kəndi
tərk edirlər. İyunun 9-da ermənilər Pərsi, Nəzrəvan, Kiçikkənd, Kötüklü,
Qoşabulaq, İrku, Əngirsək, Təkiyə kəndlərini dağıdırlar. İyunun 10-da
ermənilər Eçmiədzində 10 kəndi dağıdırlar. M.S.Ordubadi 1905-ci ildə
indiki Ermənistan ərazisində ermənilərin törətdikləri soyqırımını belə
səciyyələndirmişdi: «İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib
islam millətini yandırmaqda, boğmaqda idi».
1897-ci ildə İrəvan quberniyasında azərbaycanlı əhali 313176 nəfər
olduğu halda, 10 ildən sonra – yəni 1907-ci ildə 302965 nəfər qalmışdı.
Deməli, 1905-ci və 1906-cı illərdə İrəvan quberniyasında əhalinin 10 illik
təbii artımından 10 min nəfər artıq azərbaycanlı qətlə yetirilmişdi.
İrəvan quberniyasında öz məqsədlərinə nail olan erməni silahlı
dəstələri Qarabağda qırğınlar törətməyə başlamışdılar. İyunun 1-dən başlayan
erməni hücumları nəticəsində Cəbrayıl-Qaryagin bölgəsində Veysəlli, Qacar,
Çəmənli, Arış, Qışlaq, Məzrə kəndləri darmadağın edilir. Avqustun 16-da
Şuşada qırğınlar törədilir.
1905-ci ilin noyabrında Gəncə şəhərində, Cavanşir və Qazax
qəzalarında, Tiflis şəhərində ermənilər iğtişaşlar törədərək minlərlə günahsız
azərbaycanlını qətlə yetirirlər.
Erməni müəllifi S.Zavaryanın verdiyi məlumata görə həmin dövrdə
Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur
qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılmışdır.
1
1906-cı ildə Tiflisdə Qafqazın canişini Vorontsov-Daşkovun
təşəbbüsü ilə erməni-müsəlman qırğınarına son qoymaq məqsədilə sülh
konfransı (məclisi) keçirilir. Həmin konfransda müsəlman nümayəndələri
Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və
başqaları "Daşnaksutyun" partiyasının niyyətlərini ifşa edir, onun Qafqazda
törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərir,
1
Заварян С., Экономические условия Карабаха и голод 1906-1907 г., Перевод с
армянского, С.Петербург, 1907, səh. 61.
42
rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta
yetirilər.
1
Lakin bu konfransın keçirilməsindən bir qədər sonra erməni silahlı
dəstələri yenidən qırğınlara başlamışdılar. Bakıda və Şuşadakı ikinci
məğlubiyyətlərindən sonra "Böyük Rusiya inqilabı söndü, biz işləri sona
çatdıra bilmədik" deyə 1906-cı ilin yayında Qarabağdan Zəngəzura yol
açmaqdan ötrü İrəvan, Abaran, Aleksandropol, Şörəyel ermənilərinə
teleqramlar göndərərək
əsgər toplamışdılar. İrəvandan Zəngəzura,
Zəngəzurdan Qarabağa qədər yol boyunca erməni əhalisinin sayı olduqca az
idi. Ona görə də erməni komandalarına yol üstündə yerləşən müsəlman
kəndlərinə hücum etmək əmri verilmişdi.
Ermənilər təkcə 1906-cı ilin avqust ayında Zəngəzur qəzasında
Xələc, Karxana, Qatar, İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar,
Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud, Zurul, Cuman, İyilli-Sənalı,
Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq və başqa kəndləri yerlə yeksan
etmiş, azərbaycanlı əhalisinə qarşı soyqırım törətmişdilər.
2
Ümumiyyətlə, 1905-1906-cı illərdə
İrəvan və
Gəncə
quberniyalarında 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş,
əhali soyqırıma məruz qalmışdır.
1
Ордубади М.С., göstərilən əsəri, səh. 105-116; Кавказский календарь на 1913,
Тифлис, 1912, səh.66.
2
Ордубади М.С., göstərilən əsəri, səh.126-140.
43
2. ERMƏNİ QULDUR DƏSTƏLƏRİNİN TƏŞKİLİ
XX əsrin əvvəllərində Yaxın Şərqdə öz nüfuz dairəsini
genişləndirmək uğrunda böyük dövlətlər arasında mübarizə kəskinləşmişdi.
Bu regionda İngiltərənin, Fransanın, Rusiyanın, ABŞ-ın, Almaniyanın
xüsusi marağı var idi.
Birinci dünya müharibəsi zamanı Almaniya ilə müttəfiq kimi çıxış
edən Türkiyənin vəziyyəti ağırlaşmışdı. ”Rusiyanın hakim dairələrindən
boğazlara və Konstantinopola (İstanbula-müəllif) yiyələnmək uğrunda
mübarizəsi ənənəvi idi”
1
və bu istək yenidən baş qaldırmışdı.
1914-cü il fevralın 21-də Rusiyanın xarici işlər, hərbi və dəniz
nazirləri çar II Nikolayın mövqeyini müdafiə edərək birgə qərar qəbul
etmişdilər ki, “böyük Avropa müharibəsi baş verərsə, Rusiya Bosfor və
Dardanel körfəzlərində, Konstantinopolda öz hakimiyyətini qurmaq yolu ilə
“şərq məsələsini” öz xeyrinə həll etməlidir”.
2
Digər tərəfdən, Türkiyə boğazlarda Rusiyanın təhdidindən qorxaraq
öz mövqeyini qoruyub saxlamaq üçün Almaniya ilə müttəfiq olmuşdu.
Almaniya avqustun 1-də Rusiyaya müharibə elan etmiş, avqustun 2-də
Türkiyə-Almaniya ittifaqı haqqında müqavilə imzalanmışdı.
Müharibənin gedişində Rusiya ordusunun qarşısında tab gətirməyən
Almaniya qərb cəbhəsindən rus qoşunlarının bir hissəsini geri çəkmək
məcburiyyətində qoymaq üçün Türkiyəni təşviq edirdi ki, Qafqaz
cəbhəsindən hücuma keçsin. Türkiyə isə hərbə hazır deyildi. Səfərbərlik
yenicə elan edilmişdi. Almaniyadan gözlənilən sursat gəlib çıxmamışdı.
3
Bununla belə, Türkiyənin hərbi naziri Ənvər Paşanın əmri ilə 29 oktyabrda
türk gəmiləri Rusiyanın Qara dəniz limanlarını bombalayır və Türkiyə-
Rusiya müharibəsi başlanır. Rəsmi olaraq Qafqaz cəbhəsində isə Rusiya
Türkiyəyə qarşı müharibəni noyabrın 1-də e’lan etir.
Rus-türk müharibəsindən faydalanaraq ermənilər Türkiyənin 6
vilayətində «Qərbi Ermənistan» dövləti yaratmaq istəyirdilər. Hələ 1913-cü
ildə rus diplomatları mütəşəkkil erməni burjuaziyası ilə saziş bağlamağa və
“məzlum ermənilərin müdafiəsi” uğrunda açıq çıxış edərək Türkiyənin şərq
vilayətlərində islahatlar keçirilməsi tələbini irəli sürmüşdülər. Türkiyə
1
Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960,
səh.56.
2
Yenə orda, səh.56.
3
Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989, səh.376.
44
hökuməti 1914-cü il yanvarın 26-da islahatlar haqqında saziş imzalamağa
məcbur olmuşdu. Həmin sazişə görə, ermənilərə xarici dövlətlərin, birinci
növbədə Rusiyanın nəzarəti altında idarəetmə, dil, hərbi mükəlləfiyyət və s.
sahələrdə geniş muxtariyyət verilirdi.
1
Müharibə başlanan kimi bütün ermənilərin katolikosu V Gevorq
Qafqaz canişini Vorontsov-Daşkova məktubla müraciət edərək «erməni
məsələsini» həll etməyin vaxtı olduğunu xatırlatmışdı. Canişin də onu əmin
etmişdi ki, şərait yaranan kimi bu məsələ həll ediləcək. Müharibənin
əvvəlində rus ordularının Körpüköy müharibəsində məğlubiyyətindən sonra
1914-cü il dekabrın 20-də çar II Nikolay döyüş bölgəsinə gəlmiş əsgərləri
ruhlandırmaq üçün onlara mükafatlar təqdim etmişdi.
2
Bütün ermənilərin katolikosu V Gevorqun çarla 15 dəqiqəlik görüşü
olmuşdu.
İmperator demişdi: «—Zati müqəddəsləri, Sizi əmin edirəm ki, Siz
nə arzu edirsinizsə, yerinə yetiriləcək, ancaq müharibədən sonra. Mən
ermənilərin sədaqətinə tamamilə inanıram, erməni xalqını yaxşı gələcək
gözləyir. Siz hansı ərazilərdə yeni idarəetmə (yəni erməni üsul-idarəsi) tətbiq
edilməsini istərdiniz?
- Katolikos: 6 vilayətdə (sadalayır) və Kilikiyada, Aleksandretiyə
qədər dəmir yolunu Qarsdan davam etdirmək, Aralıq dənizinə qədər
çatdırmaq olar.
- İmperator: Həmin rayonlarda nə qədər erməni var? Onlar
çoxdurlarmı?
- Katolikos: Yeni sərhədlərdə erməni əhalisi kifayət qədər olacaq,
lakin Allahın və əlahəzrətin mərhəməti ilə yeni azad üsul-idarə ki olacaq,
onda Əbdülhəmidin rejimi və qırğınlar zamanı vətənini tərk edən ermənilər
Amerikadan, Misirdən və digər yerlərdən öz vətənlərinə qayıdacaqlar.
- İmperator: İnanıram, inanıram - demişdi.
Bundan sonra Katolikos Qafqazın canişini vasitəsilə bu məsələ ilə
bağlı ona yazılı müraciət etdiyini bildirir.
3
Göründüyü kimi, ermənilər “Böyük Ermənistan” dövləti
yaratmaq üçün hər cür zəmin hazırlamışdılar və qarşıda isə həmin ərazilərdə
yaşayan türkləri bütün vasitələrlə sıxışdırıb çıxarmaq, onların yerinə
erməniləri məskunlaşdırmaq vəzifəsi dururdu.
1
В.Гурко-Кряжин, Erməni məsələsi, Bakı,1990, səh.12.
2
Suleyman Kocabaş, gəstərilən əsəri, səh.383.
3
Арутюнян А., Кавказский фронт 1914-1917 гг., İrəvan 1971, səh. 345-346.
45
Lakin 1914-1916-cı illərdə Rusiya, Fransa, İngiltərə və sonralar
İtaliya arasında Türkiyəni bölüşdürmək haqqında gizli danışıqlar
keçirilmişdi. 1916-cı ilin mayında bağlanan gizli müqaviləyə əsasən (Sayks-
Piko müqaviləsi nəzərdə tutulur) “Türkiyə Ermənistanın böyük bir hissəsi
sadə rus quberniyası şəkildə Rusiyanın tərkibinə daxil edilirdi, rus hökuməti
həmin ərazilərə kazakları (Don, Kuban, Sibir kazaklarını) köçürmək, bununla
da Türkiyə Ermənistanını ruslaşdırmaq istəyirdi.”
1
Ancaq sonralar ermənilərin gözlədiklərinin əksinə olaraq, 1916-cı
il iyunun 8-də imperator II Nikolay Türkiyənin işğal edilməsi haqqında
əsasnamə imzaladıqdan sonra “Həmin ərazilərdə yaradılmış 29 dairənin hərbi
rəislərindən yalnız birini ermənilərdən təyin etmişdi.”
2
Göründüyü kimi, Rusiya həmin dövrdə öz geosiyasi mənafeyini
təmin etmək üçün ermənilərdən alət kimi istifadə edirmiş və Türkiyəyə
xəyanət edən ermənilərdən çox da sədaqət gözləmirmiş.
«Daşnaksutyun» liderlərindən Kaçaznuni bu məsələyə
münasibətində yazmışdır: “...ruslar bizi aldatdılar və satdılar. Ruslar
Ermənistanı boşaltmaq və sonralar oraya kazakları yerləşdirmək xəttini
tutdular. Knyaz Lobanov-Rostovskinin məşhur “Ermənisiz Ermənistan”
layihəsi həyata keçirildi.”
3
Birinci Dünya müharibəsi dövründə İran Azərbaycanının Türkiyə
sərhədlərinə yaxın əyalətləri müharibə aparan dövlətlər üçün strateji kəsb
edirdi. 1914-cü il noyabrın 6-da Rusiyanın xarici işlər naziri Sazonov
Rusiyanın Londondakı nümayəndəsi Bekendorfu xəbərdar etmişdi ki,
Türkiyə ilə müharibə zamanı rus qoşunları İranın bitərəfliyini pozacaqdır.
Hələ 1914-cü ilə qədər Peterburq və İstanbul İran Azərbaycanının
ərazisindən müharibə meydanının cinahı kimi istifadə etməyi nəzərdə
tutmuşdular. Tehran hökumətinin gücsüzlüyünü görən tərəflər Cənubi
Azərbaycanın strateji üstünlüyündən faydalanmaq istəyirdilər. Rus
qoşunlarının komandanlığı isə bu cinahda Türkiyəni qabaqlamaq istəyirdi.
4
Müharibə başlamazdan xeyli əvvəl çar Rusiyası özünün Yaxın
Şərq siyasətində azsaylı xalqlar faktorundan məharətlə istifadə etmişdi.
Türkiyədə yaşayan ermənilər, aysorlar, yunanlar Rusiyanın simasında
Osmanlı imperiyasını diz çökdürəcək bir qüvvəni görürdülər. “Birinci Dünya
1
Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и
английского командования на Кавказе, Bakı, 1990, səh.6.
2
Арутюнян А., göstərilən əsəri, səh. 359.
3
Качазнуни Ов., Дашнакцутюн больше нечего делать!, Bakı, 1990, səh.14.
4
Готлиб В.В., göstərilən əsəri, səh.97-98.
46
müharibəsi ərəfəsində bu xalqların nümayəndələri rus hökumətindən onları
silahlandırmağı xahiş edir və vəd verirdilər ki, ilk çağırışda türklərə qarşı
könüllü dəstələr təşkil edəcəklər.”
1
A.Lalayan “Əksinqilabçı ”Daşnaksutyun”
və 1914-1918-ci illər imperialist müharibəsi” məqaləsində yazırdı ki,
“Daşnaksutyun” partiyasının 1912-ci ildə təşkil etdiyi Erməni milli bürosu
1914-cü il imperialist müharibəsi zamanı ermənilərin çar Rusiyası tərəfindən
müharibəyə cəlb edilməsi üçün geniş kampaniya aparırdı.”Milli büro”nun
tərkibi aşağıdakılardan ibarət idi: Yepiskop Mesrop – Tiflis erməni
burjuaziyasının rəhbəri və çarın Qafqazdakı canişini Vorontsov-Daşkovun
arvadının məşuqu, “Daşnaksutyun” partiyasının fəal xadimi, Al.Xatisov –
erməni xalqının qatili, 1918-1920-ci illərdə daşnak hökumətinin başçısı,
doktor Zavriyev–”Daşnaksutyun” partiyasının xarici işlər müdiri, Samson
Harutyunov, xmbapet Dro (Drastamat Kananyan) – sonralar
“Daşnaksutyun”un hərbi diktatoru və avantürist Andranik.
”Milli büro”nun üzvləri Vorontsov-Daşkovla görüşdükdən sonra
Rusiyanın Türkiyə ilə müharibə aparacağı təqdirdə hər biri 400 nəfərdən
ibarət dörd erməni könüllü dəstəsi hazırlamaq üçün razılıq almışdılar.
2
1914-cü il avqustun 10-da Qafqaz canişini, Qafqaz cəbhəsinin baş
komandanı Vorontsov-Daşkov hərbi nazir Suxomlinova müraciət etmişdi ki,
Qafqaz dairəsinə 5000 tüfəng və 50 milyon güllə göndərsin. Bununla o,
Zaqafqaziyada yerli könüllüləri silahlandırmaq istəyirdi. Bundan əlavə
olaraq, o, Türkiyədəki antitürk ünsürləri (ermənilər və yunanları)
silahlandırmaq üçün 25 min tüfəng və 12 milyon güllə gətirtmişdi.
3
Rusiyanın xarici işlər naziri Vorontsov-Daşkova göndərdiyi
məktubunda bildirirdi ki, kürdlərə Kürdüstan dövləti yaradılacağı və’dini
verməkdə ehtiyatlı olsunlar. Bununla belə, silah və güllələri hazırlamaq
tapşırılırdı. Göründüyü kimi, çar Rusiyası Türkiyə ilə müharibə təqdirində
etnik xristianlar arasında hazırlıq işlər aparırdı.
Avqustun 16-da Qafqaz ordusunun səhra kəşfiyyat idarəsinin rəisi
kapitan Dratsenko öz məruzəsində Türkiyə ermənilərinin silahlandırmağın
zəruri olduğunu göstərmişdi. Sonralar Daşnak hökumətinin baş naziri olmuş
Ov.Kaçaznuninin yazdığına görə, 1914-cü payızında hələ ki, Türkiyə
müharibə edən ölkələr ailəsinə daxil olmadığı və buna hazırlaşmadığı vaxtda,
1
Арутюнян А., göstərilən əsəri, səh. 52.
2
“Революционный Восток” журналы.1936, №23; Бах: История Азербайджана
по документам и публикациям. Bakı, 1990, səh. 94-95.
3
Арутюнян А., göstərilən əsəri, səh. 52-53.
47
Zaqafqaziyada böyük hay-küylə və böyük enerji ilə erməni könüllü dəstələri
təşkil etməyə başlamışdılar.
1
Qafqaz hərbi dairəsinin qarargah rəisi Yudeniç avqustun 16-da Baş
Qərargahın rəisi general Yanuşkeviçə göndərdiyi gizli teleqramda
göstərmişdi ki, əgər Türkiyədəki ermənilər, aysorlar və kürdlər arasında
üsyan qaldırmaq lazımdırsa, bunun üçün 25 min tüfəng, 12 milyon güllə və
25 min rubl lazımdır.
2
Bütün bunlarla yanaşı, Qafqazda yaşayan ermənilərdən
ibarət könüllü silahlı dəstələr təşkil edilir, onlar nizami ordunun tərkibində
deyil, türk qoşunlarına arxadan zərbə vurmaq üçün təlim-məşqlər keçirirdilər.
Rəsmi dairələr bu cür könüllü dəstələr haqqında mətbuatda məlumat verməyi
qadağan etmişdilərsə də, müharibənin gedişində hər şey aydın olmuşdu.
3
Könüllü dəstələr həm də xaricdə hazırlanır, Rusiyanın rəsmi
dairələrinin köməyi ilə indiki Ermənistan ərazisinə çıxarılırdı. Qafqaz
cəbhəsində hərbi əməliyyatların iştirakçısı, general-mayor Q.Korqanyan
təsdiq edir ki, ilk vaxtlar erməni könüllüləri sırasında 2500 nəfər olmuş,
sonralar 6000-ə çatmışdır.
Bə’zi müəlliflər bu rəqəmin 9000 olduğunu göstərirlər.
4
Yuxarıda qeyd etdiyimiz kimi, “Erməni milli bürosu”nun Qafqaz
canişini ilə danışıqları zamanı 1600 nəfərdən ibarət könüllü dəstələr təşkil
etməyə razılıq verildiyi halda, “Milli büro” Türkiyənin Şərq vilayətlərini
sürətlə ələ keçirmək üçün 10000 nəfərlik dəstə təşkil etmişdi. “Milli büro” öz
xmbabetlərini (dəstəbaşları) toplayaraq bu dəstələrə komandanlığı həvalə
etmiş, türk əhalisini qəddarcasına məhv etməyi tapşırmışdı.
5
Rusiyanın dəmiryol naziri 1915-ci il noyabrın 15-də xarici işlər
naziri S.Sazonova bildirmişdi ki, Bolqarıstandan erməni könüllü dəstələri
pulsuz olaraq Qafqaza gətirilmişdir ki, türklərə qarşı vuruşsunlar.
Rusiyanın Misirdəki nümayəndəsi Smirnov 22 fevral 1915-ci ildə
Petroqrada vurduğu teleqramında göstərmişdi ki, Fransadan, Amerikadan və
digər ölkələrdən 1000-ə yaxın erməni gəlib, könüllü olaraq Qafqaza getmək
istəyirlər və bunun üçün maddi yardım xahiş edirlər.
6
1
Ов. Качазнуни, göstərilən əsəri, səh. 10.
2
Арутюнян А., göstərilən əsəri, səh. 56.
3
Yenə orada, səh. 315.
4
Yenə orada, səh. 287.
5
История Азербайджана по документам и публикациям, Bakı. 1990, с. 95.
6
Арутюнян А., göstərilən əsəri, səh. 297.
48
ABŞ-dan ilk könüllülər dəstəsi 12 mart 1915-də yola düşərək
Arxangelskə, oradan da Qafqaz cəbhəsinə yollanmışdılar. İkinci dəstə mayın
10-da, üçüncü dəstə isə noyabrın 21-də yola düşmüşdü.
Könüllülərin təchizatı üçün hər yerdə vəsait toplanırdı. Təkcə
1915-ci ildə 1444000 rubl toplanmışdı.
1
1914-cü ilin sonunda artıq dörd könüllü drujina yaradılmışdı və
onlar aşağıdakı istiqamətdə hücuma keçməli idilər.
I drujina – İran-Başqala-Van istiqamətində (komandir Andranik
Ozanyan)
II drujina – İqdır-Bəyazid-Berkri-Van istiqamətində (komandir
general Nikolayev).
III drujina – Qağızman-Ələşkert-Manazkert-Bitlis istiqamətində
(general Prjevalskinin tabeliyində).
IV drujina – Sarıqamış-Qaracaörən-Körpüköy-Ərzurum
istiqamətində (polkovnik Kulebyakinin tabeliyində).
1915-ci il aprelin 16-da Vorontsov-Daşkov erməni drujinalarının
ştat cədvəlini təsdiq etmişdi. Hər bir drujina dörd rotadan ibarət olmaqla, hər
rotada 234 nəfər olmalı idi. Əlavə ştatlarla birlikdə hər drujinada 985 nəfər
nəzərdə tutulurdu.
1915-ci ilin yanvarında isə Kənəkerdə quldurbaşı Vardanın
rəhbərliyi ilə drujina formalaşdırılmışdı. 2-ci, 3-cü, 4-cü drujinalar onun
tabeleyinə verilmişdi və “Araratyan zoraxumb” adlanırdı. Andranikin
başçılığı ilə I-ci drujina İranda-Cənubi Azərbaycanda idi və orada qırğınlar
törədirdi. Aprelin 15-də İrəvanda drujinalara baxış keçirilmiş, Eçmiədzində
təntənəli şənlik olmuş, katolikos V Gevorqun xeyir-duası ilə “qədim erməni
torpaqlarını yadelli əsarətdən qurtarmaq üçün” İydir istiqamətində yola
düşmüşdülər.
2
Erməni könüllü dəstələrinin Şərqi Anadoluya doğru hərəkətindən
ruhlanan Türkiyə erməniləri “Qərbi Ermənistan”ı azad edib müstəqil dövlət
qurmaq fürsətini əldən verməmək üçün hər yerdə silahlı basqınlar edərək
türkləri qırıb məhv etməyə başlamışdılar. Bu haqda çoxlu faktlar mövcuddur.
İngilis tarixçisi Stenford C.Şou tarixi sənədlər əsasında göstərmişdir: “
Erməni könüllülərinin köməyi ilə rus ordusu Van istiqamətində hücuma
keçərək mayın 14-də oranı tutan kimi 2 gün ərzində yerli müsəlman əhalisini
kütləvi surətdə qırmağa başladılar... Rusların himayəsi altında Vanda erməni
hökuməti qurulmuşdu (halbuki müharibənin əvvəlində vilayətdə ermənilər
1
Yenə orada, səh. 298.
2
Yenə orada, səh. 304-305.
49
42,3 %, yəni 33789 nəfər təşkil etmişdir – yenə orada).” İyulun ortalarında
hər tərəfdən 250 min erməni Vanda toplanmışdı.»
1
Türkiyə hökuməti məcburiyyət qarşısında qalıb ermənilərin türk
ordusuna arxadan zərbəsinin qarşısını almaq məqsədilə müharibə rayonundan
erməniləri ölkənin içərilərinə köçürmək haqqında qərar qəbul etmişdi. Hər
cür hazırlıqdan sonra, mühafizə dəstələrinin müşayiəti ilə mayın 28-də
köçürmə işlərinə başlanmışdı. Köçürmə şərtləri aşağıdakı kimi idi:
“Boşaldılan erməni evləri möhürlənərək mühafizə altına alınacaqdır;
geridə buraxılan hər cür mal və əşya sahibinə qaytarılacaqdır; daşınmaz
mallar, xarab olacaq qida maddələri açıq-artırma ilə satılacaq, pulları
sahibinin adına əmanətə alınacaqdır; bilxassə kilsələrdəki rəsm və kitablar
üçün ayrı inventar tənzim ediləcək, yaşadıqları kənddə kilsəsi olan
ermənilərin Şərqi Anadoluda yenidən yerləşdikləri kənddə yeni kilsələri
olacaqdır; bütün bunlara riayət etməyənlər üçün sərt tədbirləri
görüləcəkdir.”
2
Göründüyü kimi, bu qərar ədalətli qərar idi və hərb bölgəsindən
kənarda yaşayan ermənilərə şamil edilməmişdi. Bu o demək idi ki, Osmanlı
dövləti ermənilərə qarşı ədalətlə davranmışdı.
3
Ermənilər hər il aprelin 24-nü “genosid günü” kimi qeyd edərək
iddia edirlər ki, guya həmin dövrdə türklər 1,5 milyon ermənini qırmışlar.
Əslində isə həmin gün sadəcə olaraq İstanbulda və digər şəhərlərdə türklərə
qarşı xəyanət edən erməni təşkilatlarının təcili olaraq bağlanması, onların
rəhbərlərinin həbs edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili işlər
naziri əmr vermişdi. Bundan sonra 2345 erməni xəyanətə görə həbs
edilmişdi. Maraqlı orasıdır ki, bu əmrin veriləcəyindən əvvəlcə xəbər tutan
Eçmiədzin katolikosu aprelin 22-də ABŞ prezidentinə teleqram vurmuşdu ki,
ermənilərin “türk fanatizminin özbaşınalığından xilas etsin.” Həmin teleqram
aprelin 24-də, yəni əmr verilən günü artıq ABŞ prezidentinə çatmışdı.”
4
Əslində ermənilər aprelin 24-nü ona görə “genosid günü” kimi qeyd
edirlər ki, yuxarıda qeyd etdiyimiz köç haqqında qərardan sonra onların
“Qərbi Ermənistan” yaratmaq istədikləri 6 vilayətdə (Ərzurum, Van, Bitlis,
Xarput, Diyarbəkir, Sivas) onsuz da azlıq təşkil edən ermənilərin sayı
1
“Армянский геноцид” миф и реальность.Справочник фактов и документов.
Bakı, 1992, səh. 229.
2
Зейналабдин Макас, “Şəxsiyyət arayışı” məqaləsi, “Tarix” qəzeti, № 19, 1991.
3
Suleyman Kocabaş, göstərilən əsəri, səh. 392.
4
Жорж де Малевил, Армянская трагедия 1915 года, Bakı, 1990, səh.33-35.
50
minimuma endirilmişdi. Yə”ni onların “Böyük Ermənistan” dövləti yaratmaq
iddiaları puça çıxmışdı.
İstər indiki Ermənistan ərazisində, istərsə də Türkiyə ilə
sərhədboyu ərazilərdə erməni quldur dəstələrinin özbaşınalıqları, qətl və
qarətləri haqqında Rusiyanın rəsmi dairələrinə müntəzəm olaraq məlumat
göndərilirdi. Xüsusən, Daxili İşlər Nazirliyinin agentləri erməni hərbi
hissələrinin törətdikləri vəhşiliklər haqqında, ermənipərəst Vorontsov-
Daşkovun onları himayə etməsi haqqında Petroqrada məlumatlar
göndərirdilər.
1
Həmçinin bir çox zabit və generallar erməni könüllü
dəstələrini soyğunçuluqda, qarətçilikdə və yerli əhaliyə qarşı (yəni türklərə –
müəllif) özbaşınalıqda təqsirləndirirdilər.
2
Ona görə də baş komandanlıq
köhnə drujinalarda qayda-qanun yaradılmayınca yenilərinin yaradılmasını
qadağan etmək haqqında əmr vermişdi.
3
Yeri gəlmişkən, Vorontsov-Daşkovun ermənipərəst mövqe tutması
və “Daşnaksutyun” partiyasının əməlləri haqqında S.Şaumyan sosial-
demokratlar mövqeyindən çıxış edərək 1915-ci ilin oktyabrında yazmışdı:
“Erməni burjuaziyası keçmiş canişin Vorontsov-Daşkovun ona göstərdiyi
xüsusi diqqətə görə minnətdarlıq əlaməti olaraq və himayəsi altında sərbəstcə
varlandığı çar hökumətinə sadiq bəndəlik hissini ifadə etmək üçün müharibə
zamanı öz yalançı vətənpərvərliyini ən böyük hay-küylə göstərməyə
çalışırdı... Bunun üçün o (yə’ni “Daşnaksutyun” partiyası-müəllif) öz pulu ilə
erməni könüllü dəstələri yaratmışdı. Bu dəstələrə Türkiyə erməniləri də (türk
ordusundan fərarilər və hətta Türkiyə parlamentinin deputatı) cəlb
edilmişdilər...Bədbəxt Türkiyə ermənilərinin öz dövlətinin açıq xainləri kimi,
demək olar ki, ucdantutma vəhşicəsinə məhv edilməsi erməni burjuaziyasının
və onun nökəri “Daşnaksutyun” partiyasının xudbin sinfi siyasətinin kədərli,
lakin təbii nəticəsi oldu...”
4
Deməli, S.Şaumyan da etiraf edirdi ki, ermənilər türklərdən öz
xəyanətkar əməllərinin layiqli cavabını almışdılar. 1917-ci ildə erməni
generalları Qafqaz ordusunun tərkibində ayrıca erməni silahlı birləşmələrinin
yaradılması haqqında dəfələrlə Ali Baş Komandanlıq adından vəsatət
qaldırmışdılarsa da Müdafiə Nazirliyi buna razılıq verməmişdi. Bununla belə,
Qafqaz ordusunda ermənilərin xüsusi çəkisi yüksək idi. 1917-ci il yanvarın
1-nə olan mə’lumata görə təkcə Tiflis səfərbərlik məntəqəsində hərbi
1
Арутюнян А., göstərilən əsəri, səh. 316.
2
Yenə orada, səh. 313.
3
Yenə orada, səh. 313.
4
Şaumyan S., Seçilmiş əsərləri, Bakı, 1978, 2-ci cild, səh. 15-16.
51
xidmətə 304164 nəfər cəlb edilmişdi ki, onlardan 121321-i erməni, 121113-ü
gürcü, 42712-i rus, 1314-ü tatar, 3221-i yəhudi, 2413-ü alman və 11470-i
qeyri millətlərdən ibarət idi.
1
Nəhayət, 1917-ci il oktyabrın 23-də Qars cəbhəsinin baş
komandanının sərəncamı ilə iki erməni atıcı briqadası yaradılır. Sonralar bu
briqadalar erməni daşnak hökuməti ordusunun əsasını təşkil etmişdi.
İstər indiki Ermənistan ərazisində, istər Qars vilayətində, istərsə
də Qarabağ və Azərbaycanın digər bölgələrində yüz minlərlə soydaşlarımıza
qarşı soyqırım aksiyası 1918-1920-ci illərdə məhz bu ordu tərəfindən həyata
keçirilmişdi.
1
Арутюнян А., göstərilən əsəri, səh. 319.
52
3. MÜHARİBƏ MÜDDƏTİNDƏ ERMƏNİLƏRİN
TÖRƏTDİKLƏRİ QIRĞINLAR.
Dostları ilə paylaş: |