AZƏrbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13044
1   ...   6   7   8   9   10   11   12   13   14

Heydər ƏLİYEV, 
Azərbaycan Respublikasının prezidenti 
Bakı şəhəri,  18 dekabr 1997-ci il
 

 
214
 
15. Azərbaycanlıların soyqırımı haqqında 
Azərbaycan Respublikası prezidentinin 
F Ə R M A N I 
 
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra 
xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı 
əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş 
həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. 
Azərbaycan xalqına qarşı  dəfələrlə törədilmiş  və uzun illərdən 
bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin 
açılmamış səhifələrindən biridir. 
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay 
müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi 
torpaqlarımızın bölünməsinin  əsasını qoydu. Azərbaycan xalqının bu 
milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir 
müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə 
Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı 
Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. 
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının  ərazilərində 
məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla 
müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının 
himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün 
yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə,  əslində, 
azərbaycanlıların öz torpaqlarından qovulması  və  məhv edilməsi 
siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları  təbliğ 
olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında 
yaradılmasına “bəraət qazandırmaq məqsədilə” erməni xalqının 
tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar 
reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif 
olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. 
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni 
qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq  şəkildə 
genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan 
başlanan vəhşilikləri Azərbaycanı  və indiki Ermənistan  ərazisindəki 
azərbaycanlı  kəndlərini  əhatə etdi. Yüzlərlə yaşayış  məntəqəsi 

 
215
dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı  vəhşicəsinə  qətlə 
yetirildi. Bu hadisələrin təşkilatçıları  məsələnin mahiyyətinin 
açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik 
törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin 
avantürist torpaq iddialarını pərdələmişlər. 
Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral 
və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz 
iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci 
ilin mart ayından etibarən  əksinqilabçı ünsürlərlə mübarizə  şüarı 
altında Bakı kommunası  tərəfindən ümumən Bakı quberniyasını 
azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata 
keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri 
cinayətlər Azərbaycan xalqının yaddaşına  əbədi həkk olunmuşdur. 
Minlərlə dinc azərbaycanlı  əhali yalnız milli mənsubiyyətinə görə 
məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri 
yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, 
məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini 
xarabalığa çevirmişlər. 
Azərbaycanlıların soyqırımı Bakı,  Şamaxı, Quba qəzalarında, 
Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın 
başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu 
ərazilərdə dinc əhali kütləvi surətdə  qətlə yetirilmiş, kəndlər 
yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. 
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin 
mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər  Şurası 1918-ci il 
iyulun 15-də bu faciənin tədqiqi məqsədilə fövqəladə istintaq 
komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart 
soyqırımını, ilkin mərhələdə  Şamaxıdakı  vəhşilikləri,  İrəvan 
quberniyası  ərazisində ermənilərin törətdikləri ağır cinayətləri 
araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici 
İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin 
mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 
ümummilli matəm günü kimi qeyd edilmişdir.  Əslində bu, 
azərbaycanlılara qarşı yürüdülən soyqırımı  və bir əsrdən artıq davam 
edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət 

 
216
vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu 
işin başa çatmasına imkan vermədi. 
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün 
istifadə edən ermənilər 1920-ci ildə  Zəngəzuru və Azərbaycanın bir 
sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı 
dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi 
siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. 
Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il 
“Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı  əhalinin 
Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi 
qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi 
torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail 
oldular.  
Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən 
etibarən Azərbaycan xalqına qarşı 
kəskin mənəvi təcavüz 
kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə 
yayılan kitab, jurnal və  qəzetlərdə milli mədəniyyətimizin, klassik 
irsimizin, memarlıq abidələrimizin  ən nəfis nümunələrinin erməni 
xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda 
onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını 
formalaşdırmaq cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni 
xalqı”nın surətini yaradaraq əsrin  əvvəlində regionda baş verən 
hadisələr  şüurlu surətdə  təhrif olunur, azərbaycanlılara qarşı soyqırım 
törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi. 
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən 
və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə 
məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları 
ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində  təhsil almasına 
əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. 
Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində 
misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma 
prosesi baş verir. 
Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda 
böyüməsinə  zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə 
qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan 

 
217
ədəbiyyatı  və  mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz 
ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır. 
Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə 
yönəlmiş böhtanlar siyasi və  hərbi təcavüz üçün ideoloji zəmin 
yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-
hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında 
ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. 
Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-ci 
illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına 
Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət 
vermədi. 
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ 
konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi 
torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət 
verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin 
Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin 
qeyri-konstitusion qərarını  və Moskvanın  əslində bu vilayəti Xüsusi 
İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını 
xalqımız ciddi narazılıqla qarşıladı  və mühüm siyasi aksiyalara əl 
atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər 
zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə  də, 
Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən  əl çəkmədi. Məhz elə 
bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən 
xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə 
azərbaycanlı  məhv və  şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə 
məruz qoyuldu. 
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli 
görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk 
olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi,  əsir 
alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. 
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı 
avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq 
soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından 
didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. 
Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı 
zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır. 

 
218
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri 
torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara 
qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin 
ayrı-ayrı  mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə 

 
1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. 
Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan 
Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi 
qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət 
vermək borcunu tarixin hökmü kimi qəbul edir. 
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini 
qeyd etmək məqsədilə qərara alıram: 
1. 31 mart azərbaycanlıların soyqırımı günü elan edilsin. 
2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, 
azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə  həsr olunmuş xüsusi 
sessiyanın keçirilməsi məsələsinə baxsın. 
 
Heydər ƏLİYEV, 
Azərbaycan Respublikasının prezidenti 
 
Bakı şəhəri, 26 mart 1998-ci il 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin