AZƏrbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13044
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

 
IV FƏSİL.  
ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI ƏRAZİ İDDİALARI 
 
1. DAĞLIQ QARABAĞDA ERMƏNİ SAXTAKARLIĞI 
 
Məlum olduğu kimi, erməni siyasətçilərinin və onların “uzaqgörən” 
dövlət xadimlərinin “Böyük Ermənistan” planlarının növbəti həlqəsi Qarabağ 
torpaqları ilə bağlıdır.  İki  əsrə yaxın bir dövr ərzində aparılan siyasətin 
uğurlu finalı erməniləri Dağlıq Qarabağ  ərazisində  də azərbaycanlıların öz 
doğma torpaqlarından qovulub çıxarılması  əməllərinə başlaması üçün yeni 
imkanlar açdı. 
1978-ci ildə Qarabağa köçüb gəlmələrinin 150 illiyini qeyd edən 
ermənilər, 10 il sonra bədnam niyyətlərini aşkarlayaraq, guya bu torpaqların 
qədim sakinləri olmaları barədə qondarma dəlil və sübutları ilə bütün 
dünyaya car çəkməyə başladılar.  
Ermənilər istər Ermənistanda, istərsə də Dağlıq Qarabağda olsun, hər 
addımlarını belə planlı şəkildə atmağa çalışmış, ümumi məqsədlərinə çatmaq 
üçün hər şeydən və hər yoldan istifadə etməyə cəhd göstərmişlər. 
Ermənistanın keçmiş  rəhbərliyi millətçi ünsürlərin fəaliyyətinə  hər 
cür  şərait yaradırdı. Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyindən 
yazılmış “Ocaq” kitabı  nəşr edildikdən sonra Zori Balayan açıq-aşkar 
meydan oxumağa başladı. Kommunist qiyafəsinə bürünmüş daşnak tör-
töküntüləri S.Xanzadyan, S.Kaputikyan, V.Hambarsumyan və başqaları öz 
həqiqi simalarını göstərdilər. Ermənistanın kütləvi informasiya vasitələri və 
dövrü mətbuatı bütünlüklə millətçi ünsürlərin sərəncamına verilmişdi. Bütün 
bunlardan məqsəd Ermənistanın bağlı qapıları arxasında hazırlanan və 
gələcəkdə “Qarabağ problemi”  adı altında ortaya atılmaq üçün erməni 
xalqının hissələrini qıcıqlandıraraq onu psixoloji cəhətdən “Böyük 
Ermənistan” proqramını həyata keçirmək üçün səfərbər etməkdən ibarət idi.
 Erməni Ümummilli Hərəkatının  o zamankı  fəal üzvlərindən Liliya 
Qriqoryan 1989-cu ilin yanvarında Münxendə  çıxan “Страна  и  мир” 
jurnalındakı  məqaləsində göstərir ki, “Qarabağ” hərəkatının başında 
Ermənistanın o zamankı  rəhbəri K.Dəmirçyan və onun əlaltıları dururdular. 
Məhz onların rəhbərliyi ilə DQMV-də  və Ermənistanda çıxışlar təşkil 
edilirdi. Ermənistan DTK-nın xüsusi adamları hərəkata nəzarət edirdilər. İzin 
itirilməsi və  pərdələnməsində ziyalıların nüfuzlu fiqurlarından (Silva 
Kaputikyan, Sos Sarkisyan, Henrix İgityan və s.) istifadə edilirdi. 
Qorbaçovsayağı “yenidənqurmanın iqtisadi islahatlarının atası” sayılan 

 
120
A.Aqanbekyan 1987-ci ilin payızında Parisdə etdiyi çıxışında 
“əsaslandırmışdı” ki, DQMV-nin Ermənistana  birləşdirilməsi iqtisadi 
cəhətdən daha səmərəlidir.  Əlavə olaraq qeyd etmişdi ki, mənim təklifimlə 
artıq bu məsələ üzərində xüsusi komissiya işləyir. Ölkə  rəhbərinin “sağ 
əlinin” ağzından çıxan bu sözlər təminat verirdi ki, DQMV-nin erməniləri 
ayağa qalxıb öz arzularını bildirsələr və    Vilayət XDS-nin sessiyası 
Ermənistana birləşmək haqqında qərar çıxarsa, məsələ yenidənqurmanın 
eksperimentləri çərçivəsində  həll olunacaq. Çünki Moskvadakı erməni 
lobbisi ölkə rəhbərliyinin məsələni onların xeyrinə həll edəcəyinə əmin idi. 
İlk cəhd kimi, 1987-ci ilin oktyabrında guya İrəvan şəhərinin ekoloji 
cəhətdən çirklənməsinə qarşı  təşkil edilmiş mitinqlər zamanı DQMV-nin 
Ermənistana birləşdirilməsi haqqında çağırışlar edildi və kütləvi imzalar 
toplandı. 
1988-ci il dekabrın 5-də Z.Balayan İrəvan şəhəri xüsusi rayonu hərbi 
komendantının siyasi işlər üzrə müavini, polkovnik M.Surkovla televiziya 
müsahibəsində demişdi ki, biz Dağlıq Qarabağ məsələsini ortaya atmaq üçün 
düz iyirmi il idi fürsət axtarırdıq. Ancaq belə fürsəti bizə yenidənqurma bəxş 
etdi. Belə  çıxır ki, erməni millətçiləri bütün dövrlərdə Dağlıq Qarabağın 
sosial-iqtisadi inkişaf səviyyəsini nəzərə almadan bu məsələni ortaya atmağa 
həmişə cəhd göstəriblər. Lakin inzibati-amirlik dövründə məsələn üzə çıxara 
bilməyiblər. 
1988-ci ilin əvvəlinədək gizli fəaliyyətdə olan “Qarabağ” komitəsi, 
İrəvanda, onun şöbəsi sayılan “Qrunk” komitəsi isə Xankəndində açıq-aşkar 
fəaliyyət göstərməyə başladı. Onların təzyiq və təhriki ilə 1988-ci il fevralın 
20-də DQMV Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası vilayətin 
Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə 
daxil edilməsi haqqında qərar qəbul etdi.
1
 
 
Bu qərarın qəbul edilməsi ilə  də Ermənistanda yaşayan 
azərbaycanlıların faciəsi başlandı.  İki yol var idi: ya onlar ermənilərin 
çağırışına qoşulub Qarabağın Ermənistana birləşdirilməsinə tərəfdar çıxmalı, 
ya da öz ata-baba yurdlarını  məcburi tərk etməliydilər, başqa yol yox idi. 
Ermənistanın kütləvi informasiya vasitələri orada yaşayan azərbaycanlılardan 
bircə  nəfər də olsun tapıb üzə  çıxara bilmədi ki, Qarabağın Ermənistana 
birləşdirilməsinə tərəfdar olsun. 
1988-ci il fevralın 24-də DQMV-nin Əsgəran rayonunda iki 
azərbaycanlı  gəncin odlu silahla öldürülməsi hadisələrin inkişafını daha da 
sürətləndirirdi. Bu zaman Qafan rayonundan təqribən dörd min qaçqının 
                                                           
1
 “Советский Карабах” qəzeti, 21 fevral 1988-ci il. 

 
121
Bakıya və Sumqayıta gəlməsi ilə Ermənistandan Azərbaycana qaçqın axını 
kütləvi şəkildə almağa başladı. 
Bir qədər sonra DQMV-nin ərazisindən, xüsusən də Xankənddən  
azərbaycanlıların kütləvi  şəkildə  işdən qovulması prosesi başlandı. Onların 
evləri yandırılıb talan edildi. Stepanakertin (Xankəndi) özündən 18 min 
azərbaycanlı qaçqın düşdü. Erməni kəndlərinin  əhatəsində olan bir neçə 
azərbaycanlı  kəndinin sakinləri basqınlar nəticəsində öz doğma yurdlarını 
tərk etməyə məcbur oldular. Yerli əhali öz ərazisində qaçqın oldu. 
Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində  vəziyyəti 
normal hala salmaq tədbirlərinin həyata keçirmək üçün konkret tədbirlər 
hazırlanarkən  ən  əsas amillərdən biri kimi burada yaşayan azərbaycanlıların 
dəqiq sayı nəzərə alınmalı idi. 
1989-cu ilin yanvarında keçirilmiş Ümumittifaq siyahıyaalınmasının 
nəticələrinə düzgün və obyektiv saymaq olmaz. 1979-cu ildə DQMV-də 
yaşayan 162181 nəfər əhalinin 123076 nəfəri erməni (76 faiz), 37264 nəfəri 
(23 faiz) azərbaycanlı olmuşdur. 1989-cu ildə isə vilayətin 189029 nəfər 
sakininin 145450 nəfəri (77 faiz) erməni, 40632 nəfəri (21 faiz) isə 
azərbaycanlı olduğu göstərilir. 
Bu məlumatların doğruluğuna və obyektivliyinə  şübhə oyadan bir 
sıra amillər vardır. 
Əvvəla, statistik məlumata görə o vaxt vilayətdə yaşayan ermənilərin 
sayı on il ərzində 22374 nəfər, azərbaycanlıların sayı 3368 nəfər artmışdır. 
Və  məlum olmur ki, hansı  səbəbə görə Azərbaycanın muxtar vilayətində 
yaşayan ukraynalıların, belorusların və gürcülərin sayı müvafiq şəkildə, üç, 
iki yarım və dörd dəfə artdığı halda, azərbaycanlıların artım faizi onlardan 
xeyli aşağı düşmüşdür. Bu əsla belə ola bilməzdi. 
Necə inanmaq olar ki, ötən 10 il ərzində vilayətdə erməni əhalisinin 
artımı  təxminən 15,4 faiz, azərbaycanlıların artımı isə  təxminən 8,2 faiz 
olub?!  
1989-cu ilin yanvarında Dağlıq Qarabağın əhalisi siyahıya alınarkən 
burada yaşayan ermənilərlə 
əlaqədar  şişirdilmiş  rəqəmlər  əsas 
götürülmüşdür. Yəni rəsmən vilayətdə qeydiyyatda qalan, lakin çoxdan 
Ermənistana, yaxud keçmiş SSRİ-nin başqa  şəhərlərində daimi yaşayan və 
işləyən ermənilər də (15-20 faiz) vilayətin sakinləri kimi qələmə verilmişdir. 
Digər tərəfdən, son bir neçə ildə Ermənistandan və Azərbaycanın 
müxtəlif şəhər və regionlarından gələn ermənilər də Dağlıq Qarabağın daimi 
sakini kimi siyahıya alınmışdılar (təxminən 15-20 min nəfər). 
Bütün bunların  əvəzində isə vilayətin daimi sakinləri olan 
azərbaycanlılar siyahıya alınarkən məlum hadisələrlə əlaqədar Xankəndindən 

 
122
qovulmuş azərbaycanlılar (təxminən 15 min nəfər), vilayətin ayrı-ayrı 
rayonlarından öz doğma ev-eşiklərini atıb, Şuşaya və respublikanın müxtəlif 
şəhər və rayonlarına pənah aparmış azərbaycanlılar bilərəkdən nəzərdən 
qaçırılıb. Nəhayət, son rəsmi statistik məlumata şübhə ilə yanaşmağa bir əsas 
da vardır. Belə ki, 1989-cu il siyahıyaalma materialları tam dəqiq deyil və 
onun Azərbaycanın, Ermənistanın, o cümlədən Dağlıq Qarabağın  əhalisinin 
milli tərkibinə dair səhifələrində belə bir qeyd vardır: “Ermənistan SSR-in 
şimal rayonlarında baş vermiş  zəlzələ, DQMV və onun ətrafındakı 
hadisələrlə  əlaqədar Ermənistan SSR-də  və Azərbaycan SSR-də  əhalinin 
siyahıya alınması mürəkkəb  şəraitdə keçmişdir ki, bu da əhalinin dəqiq 
sayına təsir göstərə bilərdi.” 
Bütün bunlardan sonra qətiyyətlə demək olar ki, 1989-cu ilin 
yanvarında DQMV-də aparılan rəsmi siyahıyaalınmanın nəticələri düzgün 
sayıla bilməz. 
Ermənilərin mənfur siyasətləri nəticəsində Dağlıq Qarabağ 
ərazisində yaşayan bütün azərbaycanlıların bu ərazidən qovulması planları da 
həyata keçirilməyə başlandı. 
1988-ci il iyun ayının 15-də Ermənistan SSR Ali Soveti DQMV Xalq 
Deputatları Sovetinin xahişi ilə Dağlıq Qarabağın Ermənistanın tərkibinə 
qatılmasına razılıq verməsi və 1989-cu il dekabr ayının 1-də isə Ermənistan 
Ali Sovetinin DQMV-ni Ermənistana birləşdirilməsi haqqındakı  qərarlardan 
sonra azərbaycanlıların Muxtar Vilayət  ərazisindən nə yolla olursa-olsun 
çıxarılması prosesi daha da gücləndi. 
Muxtar Vilayətin  əsasən azərbaycanlılar yaşayan kənd, rayon və 
şəhərləri bir-bir məhv edildi və yandırıldı, yollar bağlandı, gediş-gəliş demək 
olar ki, kəsildi. 
Bu mənada yeganə vasitə olan hava yolu ilə təyyarə və vertolyotların 
uçuşu üçün də qorxu yaranmışdı. 
1991-ci ilin sonlarından etibarən ermənilərin açıq-aşkar apardıqları 
qəsbkarlıq siyasətləri nəticəsində Muxtar Vilayətdəki azərbaycanlılar 
yaşayan məntəqələr işğal edildi. Kərkicahan, Qaradağlı, Malıbəyli, Meşəli, 
Quşçular... 
1992-ci il fevralın 26-da törədilən Xocalı faciəsi zamanı 600-dən 
artıq insan vəhşicəsinə  qətlə yetirilmiş, 120 nəfər itkin düşmüş, 1300 
nəfərdən artıq adam əsir götürülmüşdü. Belə bir vəhşiliyi törətməklə 
ermənilərin məqsədi Yuxarı Qarabağda yaşayan bütün azərbaycanlıların 
ürəklərinə  dəhşətli qorxu hissi salmaq idi. Ermənilər öz çirkin əməllərini 
həyata keçirərkən MDB silahlı qüvvələrinin 366-cı motoatıcı alayının 
köməyindən istifadə etmişdilər. 

 
123
İki həftə sonra isə erməni təcavüzkarları  Ağdərə rayonunun 
azərbaycanlılar yaşayan bütün kəndlərini işğal edərək, dinc əhalini qırdılar. 
May ayında Şuşa və Laçın rayonlarının  işğalı ilə ermənilər bir növ 
öz çirkin niyyətlərinə nail oldular. Onlar nəinki azərbaycanlısız Ermənistan, 
eləcə də azərbaycanlısız Dağlıq Qarabağ arzusuna da nail oldular. 

 
124
 
2. DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ERMƏNİSTANIN 
AZƏRBAYCANA QARŞI ƏRAZİ İDDİASIDIR. 
 
“10 ildən artıq davam edən Qarabağ münaqişəsi”, “qondarma Dağlıq 
Qarabağ problemi” kimi ifadələri tez-tez işlədilir.  Əslində isə Qarabağ 
münaqişəsinin 170 ildən artıq bir tarixi vardır. Daha doğrusu, bu 
münaqişənin çıxış nöqtəsi ermənilərin Qafqaza köçürülməsi anlarından 
başlayır. 
Zaman-zaman bu münaqişə erməni din xadimləri, erməni generalları 
və zadəganları, ermənipərəst xarici havadarlar, xüsusən, Rusiyanın 
imperiyapərəst siyasi xadimləri,  ən nəhayət, erməni lobbisi tərəfdən himayə 
və müdafiə edilmiş, nəticədə bugünkü zirvəsinə gəlib çatmışdır. 
Əslində bu iddianın heç bir obyektiv əsas yoxdur. Çünki bu məsələdə 
hər şey qondarma, hər  şey saxta, hər şey subyektiv fakt və amillər üzərində 
qurulmuşdur. 
Ermənilərin Dağlıq Qarabağla bağlı  ərazi iddiası ümumiyyətlə, 
onların tarixi Azərbaycan torpaqlarına  əvvəlcə ovuc-ovuc, sonra qarış-qarış 
və nəhayət qucaq-qucaq artan ərazi iddialarının ən yüksək pilləsidir. 
Bəs əsl həqiqət necədir? 
Son dövr hadisələrinə keçməzdən  əvvəl tarixin bəzi səhifələrinə 
nəzər salmaq məsələnin məğzinin daha aydın dərk edilməsi üçün faydalı 
olardı. 
Tarixi mənbələr sübut edir ki, ermənilər Qafqaza gəlmə xalqdırlar. 
Filoloji mənbələr təsdiq edir ki, erməni dilinin Qafqaz dilləri ailəsinə 
aidiyyatı yoxdur. 
Arxeoloji və maddi mədəniyyət abidələrinin dərindən öyrənilməsi 
təsdiq edir ki, indiki Ermənistan ərazisində XIX əsrdən əvvəlki dövrə aid bir 
dənə də olsa sırf ermənilərə məxsus tarixi abidə yoxdur. 
Erməni və ermənipərəst tədqiqatçılar Qafqaza, onun yerli xalqlarına 
dair tarixi fakt və hadisələri saxtalaşdırmağa çalışmışlar və adətən bu 
məqsədlərinə də nail ola bilmişlər. 
Bunlar ümumi faktlar. Bəs, onların konkret təzahürü? Bu haqda bir 
qədər sonra. 
Yalnız bircə tezisi – ermənilər Qafqazın aborigen xalqlarından deyil, 
– tezisini əsas götürsək və tarixi həqiqətin məhz bu cür olduğunu sübut edən 
mənbələrə, xüsusən, 1987-ci ildən üzü bəri Fransanın, ABŞ-ın, Rusiyanın 
ermənipərəst mətbuat orqanlarının və digər informasiya vasitələrinin, ilk 
növbədə Ermənistan Respublikasının mətbuatının, radio və televiziyasının 

 
125
Dağlıq Qarabağın qədim Ermənistan  ərazisi olması barədəki uydurmaların, 
cızmaqaraların büsbütün böhtan xarakteri daşıdığını, xülya olduğunu 
görmək, dərk etmək çətin deyildir. 
Bu haqda yüzlərcə qondarma faktı misal çəkmək olar. 
Hətta 1994-cü ilin aprelində Rusiyanın “Ostankino” televiziya kanalı 
ilə “N.S.Xruşşov” filmində  məsələyə heç bir dəxli olmayan bir məqamda 
böyük vurğu ilə bildirilirdi ki, guya vaxtilə Dağlıq Qarabağı Azərbaycana 
İ.V.Stalin verib. Halbuki, bu məsələdə keçmiş “dahi rəhbərin” mövqeyi 
tamamilə əksinə olub. 
Bəzi erməni müəllifləri dəridən-qabıqdan çıxırlar ki, dünya 
ictimaiyyətinə belə bir təsəvvürü aşılasınlar ki, guya Dağlıq Qarabağ 1923-cü 
ildə Ermənistanın tərkibindən çıxarılıb Azərbaycana “verilmişdir”. Bu 
ideyanı əlində bayraq kimi tutub gəzən akademik A.Saxarov (arvadı Yelena 
Bonner-Əlixanyanın təhriki ilə) hələ 1975-ci ildə Nyu-Yorkda nəşr etdirdyi 
“Ölkə və sülh haqqında” kitabında bildirirdi ki, “ermənilər Azərbaycanda və 
Gürcüstanda vəhşi irqi ayrıseçkilik obyektidirlər”. 
1988-ci ilin martın 23-də A.D.Saxarov M.S.Qorbaçova yazdığı 
məktubunda qeyd edirdi ki, “Исторически  вся  область  Нагорного 
Карабаха  (Арцах)  являлась  частью  Восточной  Армении.  Автономная 
национальная  область  Нагорный  Карабах  была  присоединена  к 
Азербайджанской ССР в 1923 году”. Əlbəttə ki, bu faktlar ağ yalan idi və 
ermənilərin uydurma faktlarına əsaslanırdı.  
O ki, qaldı bir qrup erməni jurnalist və alimlərinin Dağlıq Qarabağın 
Ermənistan torpağı kimi qələmə vermələrinə, çox təəssüflər olsun ki, 
vaxtında və  dərin elmi əsaslarla, hətta direktiv və ali orqanlar səviyyəsində 
cavabsız qaldığından bu toxumlar maneəsiz, surətdə çox qısa bir müddətdə 
cücərdi, böyüdü, qol-budaq atdı  və dünyaya yayıldı. Hətta 1988-ci ildə 
Ermənistan EA-nın 19 akademiki və elmlər doktorunun hazırladığı və həmin 
akademiyanın da nəşr etdirdiyi “Dağlıq Qarabağ”: tarixi arayış “ kitabına o 
vaxt bizim mütəxəssis alimlərimiz tərəfindən tutarlı və elmi cavab verilmədi. 
Kitabın rus dilində 20 min tirajla nəşr olunub lazımi ünvanlara göndərilməsi 
ermənipərəst xadimlərin  əlində ideoloji silahla çevrildi. Çox təəssüf ki, 
Dağlıq Qarabağın tarixinə dair elmi əsaslarla, erməni  tarixçilərinin iç üzünü 
açan, tarixi təhriflərə müəyyən qədər cavab kimi akademik Tofiq Köçərlinin 
hazırladığı “Qarabağ  məsələsinin tarixinə dair” (uydurmalar və  həqiqət) 
araşdırması yalnız 1994-cü ilin ortalarında respublika mətbuatında işıq üzü 
gördü. 
1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü İqrar  Əliyevin 
“Dağlıq Qarabağ: tarix, faktlar, hadisələr” kitabçası çap olundu. Lakin bu 

 
126
kitab erməni müəlliflərinə tutarlı cavab kimi lazımi effekt vermədi, azlıq etdi. 
Böyük zəhmətin nəticəsi olan bu kitabçada göstərilən mənbələr  əsasında 
geniş və fundamental əsərlər yazılmadı.  
Əgər 1988-ci ildə Qarabağ münaqişəsinin yeni mərhələsinin 
başladığı günlərdən ölkəmizin daxilində sabitliyi qoruyub saxlaya 
bilməməyimizi və  əsl həqiqəti dünya ictimaiyyətinə doğru və lazımınca 
çatdırmamağımızı, yaymamağımızı  nəzərə alsaq görərik ki, indi ermənilərlə 
müqayisədə xeyli uduzmuşuq. 
1918-ci ilə mayın 28-dən 1919-cu ilin mart ayına qədər neçə  dəfə 
hökumət tərkibi dəyişib: düz dörd dəfə! 
Və yaxud, Azərbaycan Demokratik Cümhuriyyətinin  ədliyyə naziri 
X.Y.Xasməmmədov 1918-ci ildə yazmışdı: “Мы,  азербайджанцы  в 
политике еще не искушены и не умеем пользоваться теми приемами к 
которым прибегают  другие в особенности наши  недоброжелатели. Мы 
не  сумели  создать  шум  на  всю  Европу,  обивать  пороги  великих  мира 
сего, не сумели даже, как это принято сделать себе «хорошую прессу» в 
Европе».      Bəs, görəsən 70 il sonra yenə də Qarabağ münaqişəsinin yeni 
mərhələsi başlarkən X.Y.Xasməmmədovun dediklərindən nə  qədər irəliyə 
doğru addım atmışıq?! Çox az... “Ermənilər isə  hələ 1918-ci ildə ABŞ-da 
Ermənistanın Müstəqilliyi Uğrunda Mübarizə Komitəsi” yaratmışdılar. 
1918-1920-ci illərdə ermənilərin Qarabağı zorla Ermənistana 
birləşdirmək təşəbbüsləri ilə 1988-ci ildən bəri ermənilərin Dağlıq Qarabağı 
Ermənistana birləşdirmək cəhdləri arasında çox böyük oxşarlıq vardır. Tarixi 
hadisələrdən, başımıza gələn düşmən hiylə  və  fəsadlarından vaxtında və 
lazımi nəticə çıxarmadığımız üçündür ki, bu gün erməni təcavüzü qarşısında 
aciz qalmışıq, dünya ictimaiyyəti hələ  də Ermənistanı  təcavüzkar kimi 
tanımır. 
Dağlıq Qarabağdan azərbaycanlı əhalinin çıxarılmasında ermənilərin 
siyasətinə şərait yaradan amillərdən biri də 1988-1990-cı illərdə Azərbaycan 
KP MK-nın 1-ci katibi işləmiş Ə.X.Vəzirovun bu işə himayədarlığı idi. 
Pakistandan səfir vəzifəsindən Azərbaycana yüksək vəzifəyə 
gətirilməsinin  əvəzində Dağlıq Qarabağın Ermənistanla birləşməsinə imkan 
və şərait yaradacağına söz verən Ə.Vəzirov yeni vəzifə kreslosunda əyləşdiyi 
ilk gündən bu istiqamətdə əlindən gələn imkanlardan istifadə etməyə başladı. 
Moskvaya verdiyi vədə xilaf çıxmayan  Ə.Vəzirov Ermənistandan qovulan 
didərginlərin çox böyük əzab-əziyyətlə özlərini  Şuşaya yetirmələrinə 
baxmayaraq, xüsusi göstərişlə, bir gün ərzində 10 minə yaxın qaçqını 
Qarabağdan çıxarıb Bakıya, Sumqayıta, Xızıya, Xaçmaza və başqa ərazilərə 
səpələdi. Onların zorla milis və DTK nümayəndələrinin köməkliyi ilə 

 
127
Qarabağ torpaqlarında cəmləşməsinin qarşısını aldı. Belə olmasaydı, 
ermənipərəst Vəzirovun ağaları qarşısında verdiyi söz qüvvədən düşərdi. 
Qaçqınlar Qarabağ torpağına yaxın buraxılmır, Azərbaycan xalqının  əlində 
olan ən adi silahlar, kəsici alətlər belə, zorla əllərindən alınırdı. 
Azərbaycanda  ən yuxarı  eşelonda özlərinə arxa və müdafiəçi tapan 
ermənilər Ermənistandan azərbaycanlıları ildırım sürəti ilə təmizlədikdən və 
buna qarşı İttifaq rəhbərliyindən heç bir reaksiya görmədikdən sonra Dağlıq 
Qarabağdakı azərbaycanlıları da öz ev-eşiklərindən “təmizləməyə” və faktiki 
olaraq Dağlıq Qarabağı azərbaycanlısız «erməni torpağına» çevirməyə 
başladılar. Bu, onlara dünya ictimaiyyətinə Dağlıq Qarabağın erməni torpağı 
olduğunu “daha inamla” demək, beləliklə  də, Azərbaycanın  ən qədim və 
gözəl guşəsini anneksiya etmək, sonradan isə Azərbaycan torpağının öz 
içərisindən Azərbaycana müharibə “elan etmək” imkanı yaratdı. 
Ermənilərin Qarabağa sonradan gəlmə xalq olduğlarını  təsdiqləyən 
erməni alimləri də olmuşdur. Məsələn, indiki Dağlıq Qarabağın ermənilər 
tərəfindən zəbt olunduğunu  İ.A.Orbeli, burada yaşayan yerlə  əhalinin 
müəyyən qisminin “erməniləşdirildiyi”ni  S.T.Yeremyan qeyd etmişlər. 
1916-cı ildə Petroqradda “Narodnosti Kavkaza” kitabını nəşr etdirən 
B.İşxanyan yazmışdır:  Армяне,  проживающие  в  Нагорном  Карабахе, 
частью являются аборигенами, потомками древних албанцев... А частью 
беженцами  из  Турйии  и  Ирана,  для  которых  Азербайджанская  земля 
стало убежищем от преследований и гонений”. 
Bu da bir həqiqətdir ki, ermənilər 1978-ci ildə Mardaketdə (indiki 
Ağdərədə) özlərinin İranın Marağa əyalətindən Qarabağa köçüb gəlmələrinin 
150 illiyi şərəfinə böyük abidə kompleksi ucaltmışdılar. 1988-ci ildə 
ermənilər həmin abidəni özləri dağıdaraq yox etmişlər. 
Azərbaycan tarixşünaslığının qənaəti də  məlumdur: “Итак 
совершенно бесспорно, что армяноязычное население нынешней НКАО 
(кроме  тех,  которые  была  переселены  сюда  в XIX веке) - это  потомки 
арменизированного местного населения - различных албанских племен 
утиев,  цодов  (ни  кто  иной,  армянский  автор  Моисей  Хоренский, 
называет их потомками Арама - прородителя и правителя албан) и др." 
(И.Г.Алиев). 
Dağlıq Qarabağın – keçmiş Albaniyanın qədim Azərbaycan 
torpaqları olması barədə akademik Ziya Bünyadovun, müxbir üzvü İqrar 
Əliyevin, tanınmış  tədqiqatçılarımız Fəridə  Məmmədovanın, Qiyasəddin 
Qeybullayevin, Mirəli Seyidovun və başqalarının qiymətli tədqiqatları vardır.  
Ermənilər tarixi Azərbaycan torpaqlarında istədikləri kimi 
məskunlaşdıqca bu torpaqlar üzərində nəinki öz milli dövlətlərini yaratdılar, 

 
128
həm də zaman-zaman digər Azərbaycan torpaqlarını qarış-qarış  zəbt etmək 
üçün hər cür hiyləyə, hər cür üsula əl atmağa başladılar. Bu mənada 
ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparıb sözün bugünkü 
mənasında Ermənistan deyilən  əraziyə birləşdirmək üçün dəridən-boğazdan 
çıxırlar. 
Ümumiyyətlə,  ermənilərin Azərbaycan torpaqlarına qarşı  ərazi 
iddiaları bütün dövrlərdə olmasına baxmayaraq, həmin prosesi əsasən beş 
mərhələyə bölmək olar. 
 
1. 1918-1920-ci illər 
2. 1921-1929-cu illər 
3. 1945-1969-cu illər 
4 1983-1987-ci illər 
5. 1988-ci ildən bu günə qədər 
 
ADC-nin  ərazisi 114 min kv.km. olmuşdur. 1920-ci ildə  Zəngəzur 
qəzası, Göyçə  və Dilican nahiyələri bütünlükdə Azərbaycan Demokratik 
Cümhuriyyətinin  ərazisi idi. Həmin ilin dekabrında Zəngəzur Ermənistan 
SSR-ə verildi. 
Həmin dövrdə  hər tərəfdən güclü sıxıntılara məruz qalmış  və çox 
vədlərlə aldadılmış görkəmli ictimai xadim Nəriman Nərimanov çox inandığı 
V.İ.Leninə (təəssüf ki, ermənilərin. onların  ən tanınmış liderlərinin eləcə  də 
ermənipərəst mərkəzçilərin V.İ.Lenin tərəfindən hərtərəfli  şəkildə himayə 
edildiyindən N.Nərimanov xəbərsiz idi) ürək ağrısı ilə yazırdı:  “Центр 
признал  самостоятельность  Грузии и  Армении, признал  независимость 
Азербайджана,  но  в  то  же  время  он,  центр  отдает  совершенно 
бесспорные  территории  Азербайджана  Армении...  Азербайджан... 
теряет и территорию и самостоятельность... 
Владимир  Ильич!  Нельзя  так  шутить  с  правом  и  чувством 
многонационального населения. 
...Ежедневно  из  Центра  являются  представители  с  мандатами, 
предписывающими  нам  в  том  или  другом  отношении  подчиняться 
известному наркому. 
Дорогой  Владимир  Ильич,  неужели  слова  “Независимый 
Азербайджан” не из ваших уст?...”  
N.Nərimanov sonradan RK(b) MK-ya ünvanladığı  məktubunda 
bildirirdi: “В Азербайджане дашнакская политика идет вовсю. Для меня 
нет ни малейшего сомнения, что ЦК  АКП(б)  в лице Серго и Сталина 
не доверяет нам – тюркам, и судьбу Азербайджана поручает армянам – 

 
129
дашнакам.” N.Nərimanov bu sahədə tamamilə gücsüz idi və  təklənmişdi. 
1922-ci ildə SSRİ yaradılarkən Göyçə  və Dilican ərazisi də Ermənistana 
bağışlandı.  İki il ərzində Azərbaycan 17 min kv.km. ərazisini itirdi. 
Azərbaycan SSRİ-nin tərkibinə daxil olarkən onun ərazisi 97 min kv.km. 
göstərildi. 
1923-cü ildə Zaqafqaziya MİK-in 18 fevral tarixli 3 saylı protokolu 
əsasında Naxçıvanın doqquz kəndinin  Ermənistana verilməsi qərara alındı. 
1929-cu ildə yenə  də ZSFSR-in qərarı ilə Qazax ərazisinin 5 min 
hektara yaxın torpağı  və  Zəngilan rayonunun Nüvədi, Tuğud, Ernəzir 
kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan 
Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı. 1969-cu ilin 
əvvəllərində Tovuz rayonundan 760 hektar Ermənistana verildi. 
1969-cu ildə SSRİ Nazirlər Sovetinin 7 may tarixli qərarı ilə Qazax 
rayonunun  ərazisindən müəyyən torpaqları Ermənistana verilməsi nəzərdə 
tutuldu. Lakin ermənilərin bu niyyəti yalnız  1984-cü ildə baş tutdu. 
Ermənistan tərəfi 1988-ci ildən bəri öz təcavüzkar və  qəsbkar 
hərəkətlərinə başladıqları vaxta qədər Azərbaycan Respublikasının  ərazisi 
86,6 min kv.km. idi. Əgər 1918-ci ildə Ermənistan Respublikasının  ərazisi 
təqribən 9 min kv.km. idisə, hazırda onun ərazisi 30 min kv.km.-ə yaxındır. 
20 min kv.km. ərazini ermənilər Azərbaycan Respublikasından 
qamarlayıb qoparıblar. 
Hazırkı dövrdə isə ermənilər qondarma Dağlıq Qarabağ münaqişəsi 
ətrafında baş verən hadisələrdən çox məharətlə istifadə edib, həm keçmiş 
DQMV-ni həm də Azərbaycanın 7 rayonunun torpaqlarını  işğal edərək, 
həyasızcasına, vəhşicəsinə Azərbaycan Respublikasının 20 faizə yaxın 
ərazisini talan edir, şəhər, rayon və kəndləri dağıdırlar. 
“Böyük Ermənistan” yaratmaq xülyasında olan erməni millətçiləri 
əsrimizin iyirminci illərindən başlayaraq öz fəaliyyətlərini  əsasən 
Azərbaycanın Dağlıq və Aran Qarabağ  ərazilərinin Ermənistan deyilən 
qondarma dövlətə birləşdirilməsi işinə həsr etmişlər. Bir növ Qarabağla bağlı 
bütün hadisələr ermənilərin Azərbaycana qarşı  ərazi iddialarının  əsasını, 
bünövrəsini təşkil edir. 
1923-cü ildə başda V.İ.Lenin və  İ.Stalin olmaqla erməni 
kommunistləri və SSRİ-nin ermənipərəst dövlət xadimləri Qarabağ 
torpağının dağlıq hissəsindən 4.400 kv.km. ərazidə DQMV yaratdılar. 
Əslində son illərdə baş verən Ermənistan-Azərbaycan münaqişəsi 
Azərbaycan  ərazisinin beşdə birinin işğalı,  ermənilərin Qarabağa  ərazi 
iddiaları, Ermənistan hökumətinin Dağlıq Qarabağı öz ərazisi elan etməsi (1 
dekabr 1989-cu il) və  nəhayət qanuni əsası olmayan, qondarma DQ 

 
130
Respublikası elan edilib, orada prezident seçkisinin keçirilməsi (1994,1997) 
tarixi kökləri qondarmalar və uydurmalar üzərində qurulsa da, bu günə qədər 
baş verən hadisələr keçmiş SSRİ  və Sov.İKP rəhbərliyinin müdafiə etdiyi 
geosiyasi məqsədlərinin acı  nəticələri, Rusiya Federasiyasının ikili siyasəti, 
xarici ölkələrdə çox geniş  təşəkkül tapmış, formalaşmış nüfuzlu və varlı 
erməni lobbisinin, diasporunun fəaliyyətləri ilə bağlıdır. 
Ermənilərin Qarabağa  ərazi iddiaları isə 1918-ci ildə Ermənistan 
daşnak respublikası yarandığı ilk gündən başlamışdır. 
1920-ci ildə Tiflisdə çapdan çıxan “Krasnaya kniqa” toplusunda 
oxuyuruq:”  До  появления  армянских  революционнных  деятелей, 
главным  образом,  партии  “Дашнакцутюн”,  Закавказье  жило  в  мире  и 
спокойствии...  Армяне,  татары,  грузины  жили  вместе  веками.  Мирное 
население  никогда  не  знала  здесь  ни  какого  кровопролитного 
столкновения  на  национальной  почве...  Пришли  дашнаки  со  своей 
проповедью  о  создании  сплошной  армянской  территории  для  будущей 
автономной  Армении  и  в  дотоль  патриархальную  жизнь  Закавказской 
деревни ворвались чувства национальной вражды и ненависти”. Bu sitatı 
araşdırmasından misal çəkdiyimiz akademik T.Köçərli çox doğru olaraq 
yazır ki, “До  образования  Азербайджанской  и  Армянской  республик 
армяне  в  Нагорном  Карабахе  не  ставили  вопрос  о  выходе  из  состава 
Елизаветпольской губернии, о передаче нагорного Карабаха, скажем, в 
состав  Эриванской  губернии  или  же  о  своей  самостоятельности. 
Насколько  мне  известно,  об  этом  открыто  не  говорили  и  армянские 
партии, и политические деятели в Баку, Тифлисе и Эриване”. 
Yeri gəlmişkən qeyd edək ki, istər Dağlıq Qarabağ, istərsə  də 
Azərbaycanın digər torpaqlarına ermənilərin ərazi iddialarının baş tutması bir 
tərəfdən Mərkəzin (yəni  Moskvanın) ermənipərəst mövqeyi ilə bağlı idisə, 
digər tərəfdən, həmin  ərazi iddiaları irəli sürülərkən Azərbaycan 
Respublikasının partiya və dövlət orqanlarına rəhbərlik edən birinci şəxslərin 
acizliyi, zəifliyi və  qətiyyətsizliyi, milli təəssübkeşlik hisslərindən məhrum 
olmaları ilə bağlı olub. 
Bu iyirminci-otuzuncu illərdə Azərbaycana rəhbərlik edən 
ermənipərəst dövlət və hökumət başçıları zamanı da belə idi, Kamran 
Bağırovun və  Əbdürrəhman Vəzirovun Azərbaycan KP MK-nın 1-ci katibi 
olduqları vaxtlarda da. 
Lakin 1945-1949-cu illərdə, 1969-cu ildən 1982-ci ilədək olan 
dövrdə ermənilərin Azərbaycan torpaqlarına qarşı  ərazi iddiaları  məhz o 
vaxtı Azərbaycan rəhbərliyinin - ilk növbədə respublikanın birinci şəxslərinin 
qətiyyəti, tutarlı əməlləri, cəsarətli addımları nəticəsində dəf olunmuşdur. 

 
131
Məsələn, 1945-ci ilin payızında Ermənistan KP MK-nın katibi 
A.Harutyunov ÜİK(b)P MK-nın müzakirəsinə Dağlıq Qarabağ Vilayətinin 
Ermənistana verilməsi barədə  təklif – layihə  təqdim edir.  Təklifdə xüsusi 
vurğu ilə bildirir ki, Dağlıq Qarabağın  əhalisinin  əksəriyyəti ermənilərdən 
ibarət olduğu üçün həmin ərazi Ermənistana verilməlidir. Bu zaman ÜİK(b)P 
katibliyi Azərbaycan KP MK katibi M.C.Bağırovun rəyini öyrənmək üçün 
ona müraciət edir. 
A.Harutyunovun məktub-layihəsindəki dəlilləri alt-üst edən 
M.C.Bağırov bildirir ki, əgər ermənilərin  əsas götürdükləri səbəbə görə 
Yuxarı Qarabağın Ermənistana verilməsi məqbul sayılırsa, nə olar, qoy 
DQMV-nin  Şuşa rayonu istisna olunmaqla ərazisi Ermənistana verilsin. 
Ancaq bir şərtlə. Elə bu arqumentə-amilə  əsaslanaraq azərbaycanlıların 
yaşadığı Vedi, Qarabağlar və Yeğeqnadzor rayonları Naxçıvana 
birləşdirilsin, habelə, vaxtilə Gürcüstana və Dağıstana verilən Azərbaycan 
torpaqları geri qaytarılsın. 
Bu əks təklifdən sonra həmin məsələ qapanır. 
Təəssüf ki, 1988-1990-cı illərdə Azərbaycan rəhbərliyi tarixdən dərs 
götürmək  əvəzinə,  əks tədbirlər görmək  əvəzinə erməni separatçıları  və 
ermənipərəst “Mərkəz”lə “dostluq”, “qardaşlıq” siyasəti aparmağı daha üstün 
tuturdular. 
Bəzən bir sıra Qərb dövlətlərinin ikibaşlı siyasət yeritməsi, ayrı-ayrı 
dövlət başçılarının ermənilərini özgə torpaqları hesabına öz ərazilərini 
genişləndirmək iddialarına birmənalı  şəkildə münasibət bildirməmələri də 
ermənilərin bu sahədəki fəaliyyətlərinə qol-qanad verib. 
Bu məsələdə istər 20-50-ci, istərsə  də 1988-1992-ci illərdə 
Türkiyənin, Almaniyanın, Böyük Britaniyanın mövqelərindəki qətilik 
ermənilərin bir çox çirkin əməllərinin qarşısını alıb.  
1947-ci ildə Türkiyə ilə SSRİ arasında gedən danışıqlarda ərazi məsələsi də 
ortaya atılmışdı. Bu zaman Türkiyənin xarici işlər naziri Nurullah Sümer 
Sovet nümayəndəsi Aleksandr Vinoqradovun həmin təklifini “dünya 
ərazisinin böyük bir hissəsi olan Sovet Rusiyasının doğrudanmı yenə  də 
torpağa ehtiyacı var?” sualı ilə qarşılamışdı. A.Vinoqradov isə o zaman öz 
cavabında demişdi: “Torpağa ehtiyacı olan Rusiya deyil, Ermənistan 
Sosialist Respublikasıdır”. Beləliklə Sovet tərəfinin xahişini N.Sümer 
ustalıqda və kəskin şəkildə rədd etmişdi.  
1987-ci ilin aprelində ABŞ-dakı erməni diasporu Amerika 
ictimaiyyətinə  və dövlətinə müraciət edərək, “1915-1923-cü illər erməni 
genosidinin milli xatirə günü”  layihəsinin ABŞ konqresində müzakirə edilib 
müvafiq qərar çıxarmasına tələb etdilər. Bu sahədə kütləvi tədbirlərə əl atıldı. 

 
132
Türkiyənin qəti etirazından və ABŞ-ın o vaxtı dövlət katibi C.Şultsun bu 
məsələyə qarşı  qəti mövqeyi nəticəsində ABŞ Dövlət Departamenti 
konqresmenlərə  məsləhət gördü ki, ermənilərin hazırladığı qondarma 132 
saylı qətnamə layihəsi qəbul edilməsin. 
Belə olduğu halda, dünya erməni lobbisi, erməni milli-siyasi 
partiyaları  qərara gəldilər ki, Ermənistan Sovet Respublikası Azərbaycanın 
Dağlıq Qarabağ  və Naxçıvan torpaqlarına  ərazi iddialarını yenidən 
gücləndirsin və bunun üçün bir sıra konkret tədbirlər planı hazırladı. Həmin 
tədbirlərdən bir neçəsi bunlardır: tarixi təhrif etmək, Azərbaycanı iqtisadi və 
informasiya blokadasına salmaq, azərbaycanlıları kütləvi 
şəkildə 
Ermənistandan, Dağlıq Qarabağdan qovub çıxarmaq, dünya ictimaiyyətinin 
gözündə  vəhşi azərbaycanlı, ”əzabkeş” erməni xalqı obrazını yaratmaq, 
Azərbaycan Respublikası ilə ABŞ arasındakı münasibətlərin pisləşməsi üçün 
hər cür yoldan və üsuldan istifadə etmək. 
Bütün bunların nəticələri isə göz qabağındadır. 
Ermənilər bütün dövrlərdə Dağlıq Qarabağ amilindən sui-istifadə 
etməyə  cəhd göstəriblər. Həmişə  də bir qayda olaraq bu niyyətlərində 
uduzublar. Söz yox ki, erməni millətçiləri nə  qədər cəhd göstərirlərsə 
göstərsinlər, hansı üsullardan istifadə edirlərsə etsinlər, kimlərin himayəsinə 
sığınırlarsa sığınsınlar, fərqi yoxdur, bu dəfə  də onların niyyətləri baş 
tutmayacaq. Azərbaycan xalqı istər siyasi yolla olsun, istərsə  də öz qanı 
bahasına, ya beynəlxalq ictimaiyyətin obyektiv mövqeyi hesabına, ya da 
milli birliyə arxalanaraq özü öz doğma torpaqlarını düşmən təcavüzündən, 
tapdağından azad edəcəkdir.  
 
 

 
133
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin