109
Həmid Alimcan, Zülfiyyə, Erkin Vahidov, Abdulla Arifov və başqa ədiblərin qısa
bioqrafiyası və şeirlərindən nümunələr verilmişdir.
Bu tərcüməni daha sonra Zəhirəddin Məhəmməd Baburun “Seçilmiş əsərləri”
(2) və ünlü “Baburnamə”si izləmişdir. “Baburnamə”nin miniatürlü nəfis nəşri (3)
oxucuların böyük sevincinə səbəb olmuşdur. Baburun “Seçilmiş əsərləri”nə onun
500-dən çox qəzəli, məsnəvisi, rübaisi, müəmması, qitəsi, tüyuğu, mətləsi və digər
janrlarda şeirləri daxildir. Əlavə olaraq, Baburun dini mövzuda yazdığı
„Etiqadiyyə” risaləsi və tərcümə etdiyi „Risaleyi-validiyyə” əsəri də kitaba daxil
edilmişdir.
Məşhur şair və hökmdar Sultan Hüseyn Bayqaranın “Divan”ı da (4)
ədəbi
ictimaiyyət tərəfindən eyni rəğbətlə qarşılanmışdır.
Bundan sonra təqribən on il özbək ədəbiyyatı ilə məşğul ola bilmədim. Yalnız
2020-ci ildə Əlişir Nəvayinin 580 illik yubileyi ərəfəsində mən yenidən özbək
ədəbiyyatına müracət etdim. Həmin il “Əlişir Nəvayi və onun xəmsəsi” (5) adlı
tədqiqat əsərim çapdan çıxdı. Burada dahi şairin xəmsəsi haqqında yazdığım
məqalələr toplanmışdır. Bunun ardınca özbəkcədən çevirdiyim əsərlərə yazdığım
ön sözlərin yer aldığı “Özbək ədəbiyyatı tədqiqatları” (6) adlı kitabım işıq üzü
gördü. Yenə həmin il tanınmış özbək şairi, xalqımızın və ədəbiyyatımızın yaxın
dostu Xasiyyət Rüstəmin “Məcnun söyüd” (7) adlı şeirlər kitabını
geniş giriş
məqaləsi ilə çevirib orijinalı ilə birlikdə nəşr etdim.
2021-ci il mənim elmi-bədii yaradıcılığımda bütünlüklə Əlişir Nəvayi sənəti
ilə bağlı oldu. Həmin il ulu şairin xəmsəsini orijinaldan tərcümə etdim. Xəmsənin
bəzi hissələri əvvəllər də dilimizə çevrilmişdi. Lakin bu zaman əsərlərin vəzni,
rədif və qafiyələri saxlanılmamış, gəlişigözəl şəkildə tərcümə olunmuşdu. Təbii ki,
bu, bizi qane edə bilməzdi. Türkologiyanın qabaqcıl mərkəzi sayılan Bakıda türk
dünyasının ən böyük şairi Nəvayinin xəmsəsinin ona layiq şəkildə nəşr edilməməsi
ilə barışmaq olmazdı. Odur ki, 2021-ci ildə dahi qələm ustasının “Heyrət ül-əbrar”
(8), “Fərhad və Şirin” (9), “Leyli və Məcnun” (10), “Səb’ayi-səyyar” (11) və
“Səddi-İskəndəri” (12) poemalarını çapdan buraxdım.
Nəvayinin nəzm və nəsrlə qarışıq şəkildə yazılmış bəzi risalələrini də tərcümə
etməklə onun yaradıcılığı haqqında dolğun təsəvvür yaratmaq lazım idi. Bə
məqsədlə şairin ən böyük risaləsi olan “Məhbub ül-qülub”u (13) ayrıca
kitab
halında tərcü¬mə etdim. Bundan sonra Nəvayinin “Risaleyi-tiyr əndaxtən”,
“Haləti-Seyid Həsən Ərdəşir”, “Haləti-Pəhləvan Məhəmməd”, “Minacat” və
“Məhbub ül-qülub” adlı əsərlərini ehtiva edən “Beş risalə” (14) kitabını çap
elədim.
Azərbaycanca xəmsənin tirajının az olduğunu nəzərə alaraq hər poemadan
müəyyən qədər götürməklə Nəvayinin “Əsərləri”ni (15) və “Seçilmiş əsərləri”ni
(16) ayrı cildlər halında nəşr etdim ki, daha çox oxucuya çatsın. Bu
tərcümələrin ən
110
bariz özəlliği əsərlərin orijinaldan çevrilmiş olması, hər əsərə giriş məqaləsi, qeyd
və şərhlər yazılmış olması, habelə lüğət tərtib edilmiş olmasıdır.
Yubiley ilində “Əlişir Nəvayi: şəxsiyyəti və sənəti” (17) və “Əlişir Nəvayinin
lirikası” (18) adlı iki tədqiqat əsəri də yazıb nəşr etdirdim.
2021-ci ildə mənim iki kitabım Daşkənddə tanınmış tərcüməçi Şəhla
Qasımova tərəfindən özbək dilinə çevrilərək nəşr olundu. “Alişer Navoiy va uninq
“xamsa”si (19) və “Uzbek adabiyotidan tadqiqotlar” (20) adlı bu kitablar akademik
İsa Hə¬bibbəylinin ön sözü, prof. Cabbar İşankulovun redaktorluğu və prof.
Dilnəvaz Yu¬upovanın rəyi ilə nəşr edilmişdir.
2022-ci ildə klassik özbək şairlərindən Əmirinin 235 illiyi, onun həyat yoldaşı
Nadirənin 230 illiyi tamam olur. Kokand ədəbi məktəbinin ünlü təmsilçiləri olan
bu iki şairin birər kitabını çapa hazırladım və bir neçə gün əvvəl nəşr etdirdim.
“Əmiri” (21) və “Nadirə” (22) adlı bu kitablara ön söz, qeyd və şərhlər də yazdım.
Xarici ölkələrdə keçirilən elmi konfranslara qatılmış, Nəvayi haqqında
məruzə¬lərlə çıxış etmişəm. Naçiz əməyim yüksək qiymətlən¬dirimiş, özbək
ədəbiyyatı qarşısındakı xidmətlərimə, akademik araşdırmalarıma və tərcümə-
lərimə görə qardaş ölkənin prezidenti Ş.M.Mirziyoyevin fərmanı ilə Özbəkistanın
“Dostluq” ordeninə, Babur adına
Beynəlxalq mükafata, Beynəlxalq Türk
Akademiyasının “Əlişir Nəvayi” qızıl medalına layiq görülmüş, “Turan”
Elmlər
Akademiyasının akademiki, Nəvayi şəhərinin fəxri vətəndaşı seçilmişəm.
Ədəbiyyat:
(1) XX əsr özbək şeiri antologiyası. Bakı: MBM, 2009, 96 s.
(2) Zəhirəddin Məhəmməd Babur. Seçilmiş əsərləri. Bakı: MBM, 2011, 328 s.
(3) Zəhirəddin Məhəmməd Babur. Baburnamə. Bakı: BXQR, 2011, 432 + 32 s.
rəngli miniatür.
(4) Sultan Hüseyn Bayqara. Divan. Bakı: MBM, 2011, 248 s.
(5) Əlişir Nəvayi və onun xəmsəsi. Bakı: Füyu¬zat, 2020, 96 s.
(6) Özbək ədəbiyyatı tədqiqatları. Bakı: Füyuzat, 2020, 192 s.
(7) Xasiyyət Rüstəm. Məcnun söyüd. Bakı: Füyuzat, 2020, 130 s.
(8) Əlişir Nəvayi. Heyrət ül-əbrar. Ba¬kı: Eco¬print, 2021, 480 s.
(9) Əlişir Nəvayi. Fərhad və Şirin. Bakı: Eco¬print, 2021, 624 s.
(10) Əlişir Nəvayi. Leyli və Məcnun. Bakı: Eco¬¬¬print, 2021, 400 s.
(11) Əlişir Nəvayi. Səb’ayi-səyyar. Bakı: Eco¬¬print, 2021, 520 s.
(12) Əlişir Nəvayi. Səddi-İskəndəri. Ba¬kı: Eco¬¬print, 2021, 740 s.
(13) Əlişir Nəvayi. Məhbub ül-qülub. Bakı: Fü¬yu¬zat, 2021, 262 s.
(14) Əlişir Nəvayi. Beş risalə. Bakı: Fü¬yu¬zat, 2021, 328 s.
(15) Əlişir Nəvayi. Əsərləri. Bakı: “Red N Li¬ne” MMC, 2021, 576 s. + 56 s.
rəngli miniatür.
(16) Əlişir Nəvayi. Seçilmiş əsərləri. Bakı: Fü¬yuzat, 2021, 504 s.
111
(17) Ramiz Askar. Əlişir Nəvayi: şəxsiyyəti və sənəti. Bakı: Füyuzat, 2021, 404 s.
(18) Ramiz Askar. Əlişir Nəvayinin lirikası. Bakı: Fü¬yuzat, 2021, 320 s.
(19) Ramiz Askar. Alişer Navoiy va uninq “xam¬sa”¬si. Toşkent: 2021, 152 b.
(20) Ramiz Askar. Uzbek adabiyotidan tadqiqotlar. Toşkent, 2021, 220 b.
(21) Əmiri. Seçilmiş əsərləri. Bakı: Füyuzat, 2022, 168 s.
Dostları ilə paylaş: