62
Birkomponentli fermentlərə hidrolazaları, ikikomponentli fermentlərə isə
oksidoreduktazaları misal göstərmək olar.
Hazırda müəyyən edilmişdir ki, eyni təsirə malik olub,
fiziki-kimyəvi və
qeyri xassələri ilə (elrktroforetik hərəkətliyinə, kinetik xassələrinə, inqibitorlara,
aktivatorlara münasibətinə, aminturşu tərkibinə və s. görə) fərqlənən fermentlər də
vardır. Bunlara
izofermentlər
(izoenzimlər) və ya
izozimlər
də deyilir.
İzofermentlər
ayrı-ayrı
fermentlərin
formalarıdır.
Müxtəlif
bioloji
materiyallarda 50-yə yaxın fermentin izozimləri müəyyən edilmişdir. Bunlardan
laktatdehidrogenazanı, fosfatazanı, esterazanı, aminotransferazanı, leysinamino-
peptidazanı və s. göstərmək olar. Laktatdehidrogenazanın 5─forması, izofermenti
(LD
1─5
) bəllidir. Bunların hamısının molekul kütləsi 134000-ə yaxındır.
Tərkiblərində hər birinin molekul kütləsi 33500 olan
dörd polipeptid zənciri
(subvahid) vardır. Bu polipeptid zəncirləri iki tipdə olur. Onlardan biri M (ingilis
dilində əzələ deməkdir), digəri H (ingiscə ürəkdə sözündəndir) zənciri adlanır. Bu
zəncirlərdən laktatdehidrogenazanın müxtəlif formaları (LD
1
; LD
2
;
LD
3
; LD
4
və
LD
5
) əmələ gəlir. Bunlardan bir 4 M (M
4
və ya LD
5
) zəncirindən, digər üç M və bir
H (M
3
H) zəncirindən, üçüncüsü iki M və H (M
2
H
2
) zəncirindən, dördüncüsü bir M
və üç H (MH
3
) zəncirindən, beşincisi isə yalnız dörd H (H
4
və ya LD
1
) zəncirindən
əmələ gəlmişdir. Bu polipeptid zəncirləri aminturşu tərkiblərinə görə fərqlənir və
təklikdə fermentativ fəallıqları yoxdur.
M
4
və M
2
H izofermentləri əsas enerji mənbəyi qlükoliz olan toxumalarda
(ağ skelet əzələlərində, embrion tozumalarında), MH
3
və H
4
isə aerob mübadilə ilə
xarekterlənən toxumalarda çox olur.
İzofermentlər molekullarının quruluşuna və müxtəlif orqanlarda miqdarına
görə də fərqlənir. Bütün orqanlarda laktatdehidrogenazadan ən çox M
4
forması
vardır. Güman edilir ki, hüceyrələrdə
nəinki izofermentlər, hətta zülallar da
müxtəlif formalarda ola bilər. Odur ki, bu məsələlərin tədqiqinin hüceyrə
diferensasiyasının və morfogenezinin molekulyar əsaslarının öyrənilməsində də
çox böyük əhəmiyyəti vardır.
Fermentlərin bəzi növləri birlikdə kompleks əmələ gətirir,
multienzimlər
adlanır-bu növ fermentlər eyni zamanda ardıcıl bir neçə biokimyəvi reaksiyanı
kataliz edir. Ferment kompleksi adlanan üç növ
fermentdən təşkil olunmuş
multifermentim molekul kütləsi 4.500.000 Daltondur, piroüzüm turşusunun
oksidləşməsini və dekarboksizləşməsinin kataliz edir.
Son zamanların tədqiqatları göstərir ki, RNT-nin bəzi növləri zülallarla
əlaqəli şəkildə katalitik funkisiya daşıyırlar. Bunlar
ribozimlər
adlanır.
Dostları ilə paylaş: