MəruzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu MÖvzu giRİŞ. Qİda kimyasi fəNNİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə37/102
tarix17.09.2023
ölçüsü1,92 Mb.
#144728
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   102
Qida-kimyas-

Ribozimlər-
pepdid rabitəsinin hidrolizini, sintezini, polinukleotidlərin fosfoefirləşməsini, 
mononukleotidlərin polimerləşməsini sürətləndirir. Ribozimlərin katalitik aktiv-
liyə malik olan əsas 12-13 oliqonukleotid olan hissəsidir ki, bunlar 
minozimlər


63 
adlanır. Ribozimlərdə ribonukleotidlərin dezoksiribonukleotidlərlə əvəz olunması 
nəticəsində hibrid quruluşlu-
nukleozimlər
alınır. Nukleozimlərin aktivliyi ribozim-
lərdən üstündür.
Ribozimlərin və nukleozimlərin yeni növlərinin sintezi biokatalizatorların 
evalyusiyasının başlanğıcı olacaq və gələcək nəslin sağlam inkişafını təmin 
edəcəkdir. 
4. Fermentlərin təsnifatı və nomenklaturası
Adətən, hər bir fermenti 
adlandırmaq üçün onun təsir göstərdiyi substratın adının sonuna

aza

şəkilçisi 
əlavə edilir. Lakin bütün fermentləri bu cür adlandırmaqla, onları bir-birindən fərq-
ləndirmək mümkün deyil, çünki çox zaman bir substrat müxtəlif fermentlərin 
təsiri altında bir-birindən əsaslı surətdə fərqlənən kimyəvi çevrilmələrə uğraya 
bilir. Bununla əlaqədar olaraq, bir sıra hallarda fermentə müəyyən ad verilərkən 
onun təsir xüsusiyyətini də nəzərə alırlar (laktatdehidrogenaza, suksinatdehidroge-
naza və s.). Bununla əlaqədar, fermentlərin adlandırılmasında qeyri-mütəşəkkillik 
meydana çıxır. Bəzi hallarda eyni bir fermentin adı müxtəlif terminlərlə ifadə 
olunur və təsir xüsusiyyətlərinə görə bir-birindən kəskin surətdə fərqlənən 
fermentlərə oxşar adlar verilir.
1961-ci ildə cəmi 900-ə qədər ferment növü məlum idi. Onların 1978-ci ildə 
tərtib olunmuş siyahısına isə 2142 ferment növü daxil edilmişdir. Yeni kəşf edilən 
fermentlərin sayı ildən-ilə artır. Buna görə də fermentlərin öyrənilməsini 
asanlaşdırmaq üçün onların əlverişli nomenklatura və təsnifatının tərtib edilməsi 
zəruridir. Fermentlərin müasir təsnifatı və nomehklaturası 1961-ci ildə 
biokimyaçıların Moskvada keçirilən beynəlxalq konqresində bəyənilmiş və qəbul 
edilmişdir. 
Bu təsnifata əsasən, fermentlər kataliz etdikləri reaksiyaların növlərinə görə 
altı sinfə bölünür: 1) oksireduktazalar, 2) transferazalar, 3) hidrolazalar, 4) liazalar, 
5) izomerazalar, 6) liqazalar (sintetazalar). 
Bu siniflərin hər biri müəyyən sayda yarımsiniflərə, onlar isə qruplara 
bölünür. Yarımsiniflər çox zaman fermentin təsiri ilə dəyişikliyə uğrayan kimyəvi 
radikalı səciyyələndirir. Təsnifata daxil olan hər bir fermentin özünəməxsus şifri 
vardır. Fermentlərin şifri bir-birindən nöqtələrlə ayrılmış dörd rəqəmdən ibarətdir. 
Bu rəqəmlərdən birincisi fermentin daxil olduğu sinfi, ikinci yarımsinifi, üçüncü 
qrupu təmsil edir, dördüncü rəqəm isə fermentin qrupdakı sıra nömrəsini göstərir. 
Məsələn, laktatdehidrogenaza 1.1.1.27 şifri ilə ifadə olunur. Deməli, bu ferment 
birinci sinfin, birinci yarımsinfinin, 1-ci qrupunda yerləşir, onun sıra nömrəsi 27-
dir. Yeni kəşf edilən fermentlərin şifrini yalnız Beynəlxalq biokimya cəmiyyətinin 
fermentlər üzrə komissiyası təyin edir. Fermentlər üçün iki cür nomenklatura qəbul 
edilmişdir: sistematik və adi (işçi) nomenklaturalar. 


64 
Katalitik təsiri tamamilə aydın olan fermentləri sistematik nomenklatur üzrə 
adlandırırlar. Fermentlərin sistematik adları iki hissədən ibarətdir: birinci hissə 
substratın adını göstərir. İkinci hissə “aza” şəkilçisi ilə bitir və fermentin kataliz 
etdiyi reaksiyanı səciyyələndirir. Fermentlərin sistematik adları yazıldıqda birinci 
hissə ilə ikinci hissənin arasında tire işarəsi qoyulur. 
Fermentlərin adi adları mümkün qədər sadə və qısa olmalıdır. Bu məqsədlə 
fermentlərin əksəriyyətinin köhnə adları işlədilir. 
Təbiidir ki, adi adlandırma üsulu, sistematik adlandırma qədər mükəmməl və 
dəqiq ola bilməz. Məsələn, sidik cövhərinin hidroliz yolu ilə ammonyaka və 
karbon qazına parçalayan ferment hidrolazalar sinfinə daxildir. Onun şifri 3.5.1.5. 
sistematik adı-karbamidamidohidrolaza, adı adlanma ilə ureazadır. 
Aşağıda fermentlərin müasir təsnifatının müxtəlif qrupları haqqında qısa 
məlumat verilir. 
I. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin