92
Qlükaqon.
Bu hormonda mədəaltı vəzinin alfa hüceyrələrində əmələ gəlir,
tərkibində 29 aminturşusunun qalığı vardır.
Müəyyən edilmişdir ki insan və heyvan qlükaqonun birincili quruluşu bir-
birindən fərqlənmir (hindquşundan başqa).
Qlükaqon mədəaltı vəzidən başqa bağırsaq divarında da sintez olunur. Bu
hormon qlükogenolitik təsirinə görə adrenalinə
bənzəyir lakin qlükaqon
adrenalindən fərqli olaraq arterial təzyiqi yüksəltmir. Onun təsir obyekti qaraciyər,
miokard və piy toxuması hüceyrələridir. Qlukaqon göstərilən hüceyrələrdə
adenilatsiklaza frmentinin fəallığını artırır nəticədə AMF-in sintezi sürətlənir.
Qlukaqon orqanizmdə karbohidratların parçalanma məhsullarından lipidlərin
sintez olunmasını ləngidir və qlükonogenez prosesini sürətləndirir. Onun təsirindən
piy toxumasından qliserinin və yağ turşularının azad olaraq qana keçməsi
sürətlənir. Qaraciyər lipazasının aktivliyi yüksəlir. Toxumalarda qlükoza, fruktoza
və sirkə turşusunun yağ turşularına və xolesterinə çevrilməsinə mane olur.
Bunların nəticəsində toxumalarda enerji hasilatı artır və orqanizmin oksigenə qarşı
təlabatı yüksəlir.
Lipokain.
Bu polipeptiddir. O vəzin xırda axarlarının
epitelisində əmələ
gəlir. Lipokain yağ turşularının oksidləşməsinin, fosfastidlərin mübadiləsini
sürətləndirir, lipotrop amillərin (xolin, metionin) təsirini stimullaşdırır. Onun
çatışmamazlığı insan və heyvanlarda qaraciyərin piylənməsinə səbəb olur.
Bunlardan əlavə mədəaltı vəzdə daha 4 hormonun
sintez olunduğu aşkar
edilmişdir – somatostatin, vaqotonin, sentropnein və pankreatik polipeptid. Bu
hormonların hər birinin özünün funksyaları var.
Dostları ilə paylaş: