137
P
0 20 40 60 80 100 120 140 180 qr
A=PH
0 160 280 360 400 400 360 280 180 qr
Cədvəl 5.2
P (qr)
0 20 40 60 80 80 100 120 160
H (mm)
9 8 7 6 5 4 3 2 1
A (qrmm)
0 80 140 240 300 320 300 240 160
160 280 360 400 400 360 280 160
Beləliklə, yüklər içərisində eləsi tapılır ki, məsələn, 80 q,
yükü 5 mm hündürlüyə qaldırdıqda əzələ ən çox faydalı iş görür.
Buna orta yük qanunu da deyilir.
Əzələnin qaldırdığı axırıncı yükə onun qüvvəsi deyilir. Ən
çox faydalı iş verən yükə orta yük deyilir. Əzələnin mütləq
qüvvəsini təyin etmək üçün əzələni qaldıra bildiyi maksimum
yükü onun en kəsiyninin sahəsinə bölmək lazımdır. Alınan
qiymətləri aşağıdakı düsturda yerinə qoyub mütləq qüvvəni
tapırıq:
2
r
Pm
F
π
=
.
Burada: F – əzələnin qüvvəsi, Pm – maksimal yük,
π=3,14 sabit
ədəd, r – radiusdur.
Aparılan təcrübələrdən məlum olmuşdur ki, ən faydalı iş əmsalı
yük, nə çox, nə də az, orta qüvvəli olanda alınır (cədvəl 5.3).
Cədvəl 5.3
Yükün qısalma və ya görülən işə təsiri
Yük,
qr
3 5 9
Qısalma, sm
0,5
0,36
0,12
İş, qr
⋅sm
1,2 1,8 1,1
Təqəllüsün müddəti, san
0,55
0,48
0,4
Qeyd: Məlumat qurbağanın 3 sm dəri əzələsində 0
°C-də ləngidilmiş yüklə
5
4
3
2
1
downloaded from KitabYurdu.org
138
tək izotonik təqəllüsü üçündür. İzometrik təqəllüs qüvvəsi 0,12 H.
Tək təqəllüsdə yük ilə iş arasında münasibət cədvəl 5.3-də
verilən rəqəmlərə daha yaxın olur. Lakin ləngidilən yük zamanı
tək əzələ təqəllüsündə məsafə və iş, ləngidilən yüklə tetanusa
nisbətən az olur, belə ki, birinci halda fəallıq dövrü tetanus vaxtı
olduğu qədər əzələnin qısalması dövründə həddindən çox azdır.
Uzun əzələ yığıldıqda yükü daha çox hündürə qaldırır,
deməli çox iş görür.
Orqanizmin adi fizioloji şəraitində əzələ öz uzunluğunun 5%-
i qədər yığılır. Əzələnin işi nəinki əzələ liflərinin uzunluğundan,
həm də təcrübə şəraitində verilən qıcığın qüvvəsindən də asılıdır.
Qıcıq qüvvəsini tədricən artırdıqda əzələnin yığılma qüvvəsi də
artır. Lakin müəyyən vaxtdan sonra qıcıq qüvvəsinin artırılması
təqəllüsə təsir etmir. Çünki əzələdə də fəaliyyət potensialı
tərəfindən oyanmanın əmələ gəlməsi «hamısı və ya heç nə»
qanununa tabedir. Əzələnin qüvvəsini təyin etmək üçün onun
maksimal dərəcədə yığılmasını verən qıcıq qüvvəsi tətbiq
edilməlidir.
Əzələnin maksimal dərəcədə təqəllüs etdirə bilən qıcıq
verməklə və müxtəlif yüklər asmaqla onun daha qaldıra bilmədiyi
yük təyin edilir.
5.14-cü şəkildə göstərildiyi kimi əzələlər müxtəlif quruluşlu
olur. Buna görə də əzələnin en kəsiyilə bütün liflərin en kəsiyi
həmişə uyğun gəlmir.
Bütün liflərin en kəsiyi 5.14-cü şəkildə göstərildiyi kimi təyin
edilir. Ancaq bütün liflərin en kəsiyinin kvadrat santimetrlərlə
ölçüsü təyin edildikdən sonra əzələnin qaldırdığı yük həmin
ölçüyə bölünür və beləliklə də əzələnin mütləq qüvvəsi təyin
edilir. Hesablamalar göstərmişdir ki, insanın nəli əzələsinin müt-
ləq qüvvəsi 5,9 kq/sm
2
-ə, bazunu bükən əzələnin 8,1 kq/sm
2
, çey-
nəmə əzələlərinin – 10 kq/sm
2
, bazunun ikibaşlı əzələsinin – 11,4
kq/sm
2
, bazunun üçbaşlı əzələsinin – 16,8 kq/sm
2
və saya
əzələlərinin 1 kq/sm
2
-ə bərabərdir. Lələkli əzələlər böyük fizioloji
kəsiyə malik olduğundan çox güclü olurlar.
139
Əzələ tonusu. Sakit halda insanın ətraf əzələlərinin
sinirlərində çox az gərginlikli fəaliyyət potensialı qeydə alınır.
Hər bir əzələ öz anatomik quruluşuna görə çox uzana bilər,
lakin nədənsə uzanmayıb bir qədər yığılmış halda qalır ki, bu
onun tonusudur. Bəs belə olduqda əzələni boşalıb həqiqi uzunluğa
çatmağa qoymayan nədir? Aparılan elektrofizioloji tədqiqat
göstərir ki, buna səbəb əzələlərə fasiləsiz surətdə mərkəzi sinir
sistemindən və ilk növbədə onurğa beyninin ön buynuzlarında
yerləşmiş motoneyronlardan (hərəki neyronlardan) gələn
qıcıqlardır. Bəs o halda motoneyronları kim qıcıqlandırır? Onları
qıcıqlandıran əzələlərdə yerləşən əzələ oxlarında və hərəkət
aparatının digər hissələrində (vətərlərdə, bağlarda və s.) yerləşmiş
proprioreseptorlardan gedən qıcıqlardır. Beləliklə, tonusun
nəticəsində əzələnin yığılması (gərilməsi) hərəkət aparatındakı
proprioreseptorları oyadır, bu oyanma da öz növbəsində afferent
sinirlərlə gedərək onurğa beynindəki motoneyronları oyadır,
beləliklə, impulslar dövranı yaranır, başqa sözlə desək, əzələnin
tonusu refleksor təbiətə malik olub, sonrakı tonusu təmin edir.
Brondjestin aşağıdakı təcrübəsilə bu impulslar dövranını sübut
etmək olar. Əgər spinal qurbağada bir tərəfdən onurğa beyninin
hissi köklərini kəssək, o zaman həmin tərəfdə tonusun itdiyi və
pəncənin sallandığı müşahidə ediləcəkdir. Oturaq sinirin
tərkibində əzələlərə gələn hərəki sinirləri kəssək, yenə də eyni
nəticə əldə etmiş olarıq. Onurğa beyninin zədələnməsi isə
pəncənin hər tərəfdən sallanmasına səbəb olacaqdır.
Beləliklə, əzələlərin tonusunu yaradan onurğa beynidir. Lakin
bununla belə baş beyninin ayrı-ayrı şöbələri isə onurğa beyninə
göndərdikləri qıcıqlar vasitəsilə tonusu azaldıb-çoxalda, başqa
sözlə, onu nizama sala bilərlər.
Əzələnin tonusu bəzi amillərdən asılı olaraq dəyişə bilər.
Belə amillərdən biri insanın oyaq və ya yuxuda olmasıdır. İnsan
yatan zaman mərkəzdən gələn qıcıqların miqdarı azaldığından
tonus da azalır.
Əzələlər nisbi sakit halında, tamamilə boşalmır, gərgin
vəziyyətdə qalırlar ki, buna
tonus deyilir. Nisbi sakit halında
downloaded from KitabYurdu.org
140
əzələnin tonusda qalmasına səbəb, onurğa və baş beyində yaranan
sinir impulslarıdır.
Əzələlərin tonusunun tənzimi iradidir, insan istədiyi vaxt
əzələlərini gərginləşdirə və boşalda bilir.
Eninəzolaqlı əzələlərin tərkibində tetanik və tonik liflər olur.
Əzələ tonusu və təqəllüsü əsasən retikulyar formasiyanın beyin
qabığına fəallaşdırıcı və onurğa beyninə ləngidici təsirindən asılıdır.
Məsələn, spinal qurbağada ətraf əzələləri tonusda olur. Əgər onurğa
beyninə arxa köklərdə əzələ reseptorlarından daxil olan sinir
impulsların, arxa kökləri kəsməklə ora daxil olmasını, ön kökləri
kəsməklə əzələlərə cavab siqnallarının gəlməsinin qarşısını alsaq,
əzələlərə sinir impulsları gəlmədiyi üçün onlar tamamilə boşalır.
Əzələlər tonusdan düşür, yəni boşalır, ətraflar sallanır (5.15).
Şəkil 5.15. Qurbağada arxa köklər birtərəfli kəsildikdən sonra aşağı
ətrafda tonusun itməsi.
5.7. Saya əzələ hüceyrələri və təqəllüsü
Saya əzələlərdə təqəllüs aktı. Saya əzələlərin tərkibində
olan saya əzələ hüceyrələri boş və borulu orqanların əzələ divarın
əmələ gətirir. Saya əzələ hüceyrəsində eninə zolaqlar yoxdur.
Çünki miofilamentlər eninəzolaqlı əzələyə xas olan miofibrinləri
əmələ gətirmir. Skelet əzələsini təqəllüs etdirən minimum qıcıq
qüvvəsi saya əzələnin və ürək əzələsinin təqəllüsünə səbəb ola
bilmir.
Skelet əzələsinin avtomatiya qabiliyyəti ürək əzələsinin və
daxili orqanların saya əzələlərinə nisbətən zəifdir.
141
Yuxarıda deyildiyi kimi, ali heyvanların və insanların
orqanizmində saya əzələləri daxili orqanların, qan damarlarının
divarında və dəridə yerləşmişdir.
Saya əzələlərin təqəllüsünü skelet əzələlərinin təqəllüsündən
fərqləndirən onun son dərəcə yavaş təqəllüs etməsidir. Məsələn,
saya əzələ təqəllüsünün latent dövrü skelet əzələsinin latent
dövründən 300 dəfə çoxdur. Saya əzələlərdə təqəllüsün yığılma
və boşalma dövrü də çox yavaş cərəyan edir. Məsələn,
adadovşanının mədəsinin təqəllüsü 5 san, qurbağanın mədəsi isə 1
dəq davam edir. Xüsusən təqəllüsün yığılma dövründən sonra
gələn boşalma dövrü daha uzun sürür. Saya əzələ üçün xarakter
olan cəhət onun uzun müddət yığılmış halda qalması və bu zaman
heç bir yorğunluq əlaməti aşkara çıxarmamasıdır. Belə təqəllüs
tipi tonik fəaliyyət adlanır. Saya əzələlərin uzun müddət tonik
təqəllüs vəziyyəində olması xüsusən boş orqanların
sfinktorlarında özünü daha aydın göstərir. Onların tonik təqəllüsü
orqanın möhtəviyyatının xaricə çıxmasına mane olur. Ödün öd
kisəsində, sidiyin sidik kisəsində toplanması, nəcisin düz
bağırsaqda formalaşması bununla təmin olunur. Qan damarlarının
və xüsusən arteriya və arteriolların divarlarında yerləşən saya
əzələlər də kəskin tonusa malikdir. Arteriya divarlarındakı əzələ
qatı onun mənfəzini, qan təzyiqinin səviyyəsini, orqanların qan
təchizatını nizama salır. Saya əzələlərdən çoxunun fəaliyyət
potensialının amplitudası kiçik olub, 60 mv-ə bərabərdir, halbuki,
skelet əzələlərində bu 120 mv təşkil edir, fəaliyyət potensialının
müddəti də çox olub, 1-3 san-yə bərabər olur.
Aparılan tədqiqat göstərir ki, tək əzələ təqəllüsünü, ancaq
laboratoriya şəraitində almaq olar. Təbii vəziyyətdə, sağlam
adamlarda heç vaxt tək əzələ təqəllüsünə təsadüf edilmir. Çünki
tək əzələ təqəllüsü üçün tək-tək qıcıqlar lazımdır. Təbii şəraitdə
isə skelet əzələlərinə qıcıq göndərən mərkəzi sinir sistemidir.
Mərkəzi sinir sistemi heç vaxt tək-tək qıcıq törədə bilmir. O,
daima topa-topa, yaylım atəşli qıcıqlar göndərir. Məlum olduğu
kimi, yaylım atəşli qıcıqlara qarşı isə əzələ, ancaq tetanik
təqəllüslərlə cavab verir. Zahirən tək əzələ təqəllüsü kimi görünən
downloaded from KitabYurdu.org
142
təqəllüsün özü belə qısamüddətli tetanusdan ibarətdir. İş
burasındadır ki, tetanik təqəllüs olmasa idi, biz iş görə bilməzdik,
belə ki, fəhlə əlində çəkic saxlaya, heç bir yükü daşıya, idmançı
heç bir statik iş görə bilməzdi (ştanqçı ştanqı sinəsi üzərində və ya
başı üstündə, ağırlıq qaldıran ağırlığı saxlaya bilməzdi). İnsanın
bütün əzələləri tetanik təqəllüsə qabildir. Yalnız ürək əzələsi
tetanus vermir. Ürək əzələsi ancaq tək əzələ təqəllüsü verir.
Bunun nəticəsində o ritmik surətdə sistola və diastola edir. Əgər
ürək əzələsi tetanus versə idi, o zaman yığılmış halda qalardı, qanı
müntəzəm surətdə aortaya verə və qan təzyiqini lazımi səviyyədə
saxlaya bilməzdi.
Beləliklə, skelet əzələsi tək qıcığa qarşı tək təqəllüslə,
çoxsaylı qıcığa qarşı isə tetanik təqəllüslə cavab verdiyi halda,
ürək əzələsi qıcığın sayından və qüvvəsindən asılı olmayaraq,
oyanmaya səbəb ola bilən qıcıq qüvvəsinə qarşı maksimum
yığılmaqla, tək təqəllüs etməklə cavab verir.
Saya əzələ hüceyrələrinin morfologiyası. Saya əzələ
hüceyrələrinin quruluşu – uzunsov, iyvari, çox vaxt çıxıntılı olur.
Uzunluğu 20 mkm – 1 mm qədərdir (məsələn, hamiləlik zamanı
uşaqlığın saya əzələ hüceyrələri). Mərkəzdə oval nüvə yerləşir
Sarkoplazmada nüvənin qütblərində mitoxondrilər, azad
ribosomlar, SR (sarkoplazmatik retikulum) yerləşir.
Miofiomentlər hüceyrənin uzununa oxu boyunca yerləşir.
Hər bir saya əzələ hüceyrələri bazal membranla örtülüb.
Yığılma aparatı. Stabil aktin lifləri əsasən saya əzələ
hüceyrələrinin uzununa oxu boyunca yerləşir və sıx cisimlərə
bağlanır. Qalın miozin liflərinin və aktin və miozin liflərinin birgə
təsirini kalsium deposundan (SR) daxil olan Ca
2+
ionları
aktivləşdirir.
Yığılma aparatının mütləq komponentləri – kalmodulin (Ca
2+
birləşdirici zülal) kinaza və fosfotazasıdır.
İnnervasiya. Saya əzələ hüceyrələrini sinapatik və hissəvi
olaraq parasimpatik (xolinerqik) sinir lifləri innervasiya edir.
Neyromediatorlar sinir liflərinin varikoz terminal
genişlənmələrindən hüceyrəarası boşluğa diffuziya edirlər.
143
Plazma molekulundakı neyromediatorlar onların reseptorları
ilə sonrakı birgə təsiri saya əzələ hüceyrələrinin yığılmasına ya
boşalmasına gətirib çıxarır.
Boşluqlu orqanların çoxu sinsit quruluşlu saya əzələlərdən
təşkil olunmuşdur və o, fəaliyyət potensialının yavaş dalğalarının
heç bir maneə olmadan bir lifdən digərinə yayılmasını təmin edir.
Belə ki, bunlar simpatik və parasimpatik sinir lifləri ilə təchiz
olunurlar (şəkil 5.16). Parasimpatik sinirin qıcıqlandırılması boşluqlu
orqanların sekretor fəaliyyətini artırır, simpatik sinir isə ləngidir.
Şəkil 5.16. Asetixolin (A) və adrenalinə (B) qarşı saya əzələlərinin
reaksiyası.
Adrenalinin təsirindən damar divarlarının saya əzələləri
yığılırsa, mədə-bağırsaqların saya əzələləri, əksinə, boşalır.
Asetixolin isə bu qrup əzələlərə əks təsir göstərir.
Saya əzələlər uzunmüddətli mütləq refrakter dövrə, əksinə,
skelet əzələləri isə qısa refrakter dövrə malikdir.
Humoral requlyasiya. Müxtəlif saya əzələ hüceyrələri
membranına asetilxolin, histanin, aqriopeptin, anquotenzin
reseptorları, adrenoreseptorlar və digərləri daxildir. Aqonistlər
saya əzələ hüceyrələri membranında öz reseptorları ilə birləşərək
saya əzələ hüceyrələrinin yığılmasına və ya boşalmasına səbəb
olurlar.
Saya əzələ hüceyrələrinin yığılması. Aqonist (adrenalin,
noradrenalin, anqiotenzin vazopressin) öz reseptoru vasitəsilə C-
zülalı (C
p
) aktivləşdirir, o isə öz növbəsində C fosfolipazanı
downloaded from KitabYurdu.org
144
fəallaşdırır. C-fosfolipaza inozitoetrifosfatın (İTF) əmələ
gəlməsini katalizə edir. İTF Ca depolarından Ca
2+
qovulmasını
stimullaşdırır. Sarkoplazmada Ca
2+
konsentrasiyasının yüksəlməsi
saya əzələ hüceyrələrinin yığılmasına səbəb olur.
Saya əzələ hüceyrələrinin boşalması. Aqonist (atripeptin,
trudikinin, histamin, VİP) reseptorla birləşib C-zülalı fəallaşdırır,
o isə öz növbəsində adenilatsiklazanı fəallaşdırır. Adenilatsiklaza
TsAMF-nin əmələ gəlməsini katalizə edir. TsAMF-Ca deposuna
Ca
2+
dolduran kalsium nasosunun işini gücləndirir.
Sarkoplazmada Ca
2+
konsentrasiyası azalır və saya əzələ
hüceyrələri boşalır.
Saya əzələ hüceyrəsi iyvarı formada olub, uzunluğu təqribən
50-400 mkM, diametri 2-10 mkm olub, xüsusi hüceyrəarası
əlaqələrlə (desmosomlar) birləşmişdir. Onlar kollagen liflər
sarılmış tor əmələ gətirir. Miozin və aktin liflərinin qeyri-düzgün
paylanmaması səbəbindən, bu hüceyrələr ürək və skelet əzələsi
üçün xarakterik olan eninəzolaqlı deyil, iyvarı formalıdırlar.
Onlar da həmçinin mifilamentlərin bir-birinə nisbətən sürüşməsi
hesabına qısalır. Lakin sürüşmə sürəti və ATF-ın parçalanması
burda eninəzolaqlı əzələyə nisbətən 100-1000 dəfə aşağıdır.
Bununla əlaqədar olaraq saya əzələ həm yorulmaya, həm də
bədənin çox enerji itkisinə səbəb olmayan uzunmüddətli təqəllüsə
daha yaxşı uyğunlaşmışdı.
Saya əzələnin yığılması (dartılması) zamanı onun gərginliyi
əvvəlcə kəskin artır, sonra isə tədricən enir.
Saya əzələ özünün plastikliyi sayəsində həm qısalmış, həm
də dartılmış vəziyyətdə tam boşala bilər (məsələn, sidik kisəsi).
Arteriyaların, toxum axarlarının, həmçinin kirpikli əzələnin saya
əzələsinin aktivliyi zəif və ya heç olmur. Bağırsaq əzələrindən
fərqli olaraq onların fəallığı miogen təbiətli deyil, neyrogendir,
başqa sözlə, bu əzələlərə vegetativ sinir sistemini sinirlərilə daxil
olan impulslara əsaslanır.
Sinir impulsların daxil olması nəticəsində xaric olan
mediatorlar diffuziya yolu ilə effektor hüceyrəyə daxil olur və
onları fəallaşdırır – arterial və toxum axarlarında tetanusabənzər
145
yığılmasına səbəb olur. Damarın izolə edilmiş əzələsinə
noradrenalin ilə təsir etdikdə düzlənmiş təqəllüsə səbəb olur.
Saya əzələnin işinin idarə olunması. Saya əzələnin idarə
olunması da ona ikili şəkildə olan təsirin göstərilməsinə
(möhkəmləndirici və ya zəiflədici) əsaslanmışdır. Məhz buna görə
də skeletin hər bir eninə zolaqlı əzələsindən onun yığılmasına
təkan verən bir sinir keçdiyi halda, daxili orqanların saya
əzələlərinə yığılmanı və zəiflədilməni əmələ gətirən iki sinir daxil
olur. Vegetativ sinir sisteminin simpatik və porasimpatik sinirləri
ikili şəkildə olan antoqonistik innervasiyanı həyata keçirirlər.
Məsələn, mədə, bağırsaq, bronx və sidik kisəsinin divarlarının
əzələlərinin yığılması parasimpotik sinirlər vasitəsilə güclənir,
simpotik sinirlər vasitəsilə isə zəiflədilir. Qan damarları, uşaqlıq
borusu, sidik kisəsinin dəri və sfinkterinə isə simpotik sinirlər əks
təsir göstərərək, onların yığılmasını gücləndirirlər. Saya əzələli
orqanlar həm sinir idarəetməsinin, həm də humoral
tənzimləyicilərin təsirinə məruz qalırlar. Məsələn, adrenalin
damarların əzələsinin yığılmasına, mədə və bağırsaq əzələsinin
zəifləməsinə səbəb olur.
Elektromexaniki yığılma. Saya əzələ hüceyrəsinin oyanması
ya hüceyrə membranın cərəyandan asılı kalsium kanallarından
Ca
2+
daxil olmasının çoxalmasına ya da hüceyrədaxili «ikinci
vasitəçinin» inozitolfosfatın təsiri ilə Ca
2+
sarkoplazmatik
retikulumdan xaric olmasına səbəb olur. Hər iki halda
sarkoplazmada Ca
2+
qatılığının artmasına və deməli, yığıcı ürək
və skelet əzələsində olduğu kimi, saya əzələlərdə də həmişə Ca
2+
hüceyrədaxili qatılılığı 10
-7
M aşağı olduqda boşalır. Lakin
onların boşalması həddindən artıq tədricən baş verir, ona görə ki,
Ca
2+
ionlarının hüceyrə membranından xaric olması və
sarkoplazmatik retikulum tərəfindən udulma sürəti burda zəifdir.
5.8. Əzələnin yorulması
Yorulma – fiziki və zehni əmək növlərindən birinin təsiri
nəticəsində yaranan oyanmanın (fəaliyyət potensialının) MSS-nə
downloaded from KitabYurdu.org
146
uzunmüddətli ritmik təsiri nəticəsində əvvəlcə mionevral
sinapsın, sonra MSS-nin, nəhayət, əzələnin iş qabiliyyətinin
müvəqqəti azalmasına deyilir. Yorulma fəaliyyətdə olan orqanın
funksiyasının müvəqqəti aşağı enməsi deməkdir. Bu az və ya çox
davam edən istirahətdən sonra aradan qalxır. Əzələyə daxil olan
sinir uclarının – mionerval sinapsların yorulmasını müşahidə
etmək üçün əzələni curare zəhərilə zəhərləyib vasitəsiz
qıcıqlandırmaq lazımdır. Əzələnin yolurlmasını müşahidə etmək
üçün qurbağa bədənindən sinir-əzələ preparatı hazırlanır və
miofrafa birləşdirilərək tərəzi gözündən yük asılır. Ritmik şəkildə
verilən qıcıqların qıcıq qüvvəsindən, tezliyindən və müddətindən
asılı olaraq təqəllüsün latent dövrü uzanır, amplitudası tədricən
azalır və nəhayət itir. Bunu tam qurbağadan hazırlanan preparatın
üzərində müşahidə etmək olar. Qıcığın tezliyi çoxaldıqca yorulma
daha tez əmələ gəlir (şəkil 5.17).
Şəkil 5.17. Müxtəlif tezlikli qıcıqlar zamanı yorulmanın sürəti. 1-
saniyədə bir qıcıqdan yorulma; 2-iki saniyədə bir qıcıqdan yorulma; 3-
dörd saniyədə bir qıcıqdan yorulma.
Tam qurbağada yorulmanı müşahidə etmək üçün qurbağanın
aşağı ətraflarından birində bud-oma oynağı nahiyəsinə yaxın
oturaq sinirini (
n. ischaticusu) tapıb, altından liqatura keçirilərək
bağlanır və mərkəzi ucu kəsilir. Sonra M. castrocnemusun vətəri
sümükdən ayrılaraq manivellanın qarmağına keçirilir və oturaq
sinirinə qıcıq verilərək əzələ yorudulur.
İnsan üzərində əzələlərin yorulmasını
erqoqraf adlanan cihaz
vasitəsilə təyin edirlər. Bunun erqoqrafın lingindən 3-4 kq yük
asılır. Sonra barmaq vasitəsilə yük qaldırılb-endirildikcə karandaş
147
kağız üzərində barmaq əzələsinin işini qeyd edir. Alınan yazı
erqoqramma adlanır. Bu prosesə erqoqrafiya deyilir.
Erqoqrammaların amplidudasının qiymətinin azalması və sonra
barmağın yükü qaldıra bilməməsi onun yorulmasını göstərir.
Yorulmanı izah etmək üçün bir neçə nəzəriyyə irəli sürülmüşdür.
Bəziləri yorulmanı iş nəticəsində enerji ehtiyatının (ATF, KF,
qlikogen) tükənməsi ilə (tükənmə nəzəriyyəsi), bəziləri oksigen
çatışmazlığı ilə (boğulma nəzəriyyəsi), digərləri isə əzələ
təqəllüsü zamanı əmələ gələn parçalanma məhsullarının (fosfat,
süd və karbonat turşuları) toplanması ilə (zəhərlənmə nəzəriyyəsi)
izah edirlər. Lakin bu nəzəriyyələrdən heç biri yorulmanın tam
izahını vermirdi. Çünki onlar sinir sisteminin rolunu nəzərə
almırdılar. Belə ki, vasitəli yolla sinir əzələ preparatının
qıcıqlandırılması göstərmişdir ki, yorulma əzələ liflərinin özündə
deyil, mionerval sinapslarda baş verir. Yalnız bundan sonra
bilavasitə
əzələ lifini qıcıqlandırdıqda
əzələ yorulur.
N.Y.Vvedenski xüsusi təcrübələrlə reflektor təsir nəticəsində
əzələ yorulmasını müşahidə etmişdir. Tam qurbağa bədənində
yorulmanı müşahidə etmək üçün kəsilmiş oturaq sinirin mərkəzi
ucunu qıcıqlandırmaqla əzələlərin yorulmasını əldə etmək
mümkün olmuşdur. Elektrodları yorulmuş əzələnin üzərinə
toxundurub qıcıqlandırdıqda əzələ əvvəlki qüvvəsi ilə cavab
vermişdir. Buna görə belə bir nəticəyə gəlmək olar ki, yorulma ilk
növbədə əzələdə deyil, MSS-də sinir mərkəzlərində əmələ gəlir
(sinir lifi əslində yorulmur). Deməli, ilk növbədə MSS, sonra
mionerval sinaps və bunun ardınca əzələ lifləri yorulur.
Tələbələrin zehni işinin yorulmaya təsirini öyrənmək üçün
A.Masso imtahandan əvvəl və sonra tələbələrin erqoqrammasını
ayırıb müqayisə etdikdə zehni işdən sonra iş qabiliyyətinin kəskin
azalmasını müşahidə etmişdir.
Qurbağa əzələsində yorulma əmələ gətirdikdən sonra
vegetativ sinir sisteminin qurbağanın bel nahiyəsindəki simpatik
sinir lifini qıcıqlandırarkən əzələdə iş qabiliyyətinin olması
müşahidə olunmuşdur. Uzunmüddətli zehni və fiziki əməkdən
sonra yorulmanın qarşısını almaq üçün passiv və fəal istirahətdən
downloaded from KitabYurdu.org
148
istifadə edirlər. Məsələn, L.M.Seçenov iş zamanı yorulmuş sağ
əlin əzələlərinin iş qabiliyyətini, sol əlin iş görməsilə əvəz
olunması yolu ilə sağ əlin əzələlərinin istirahət etməsinə üstünlük
vermişdir. O, MSS-ndə əmələ gələn yorulmanı passiv istirahətlə
deyil, açıq havada gəzməklə, idman hərəkətləri etməklə aradan
qaldırmağa üstünlük vermişdir. Deməli, zehni yorulmanı aradan
qaldırmaq üçün fəal istirahəti məsləhət görmüşdür. İ. P.Pavlov
zehni işdən sonra həmişə qorodki oynamağa, velosiped sürməyə
üstünlük vermişdir.
Dostları ilə paylaş: |