Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova


  (sinaps sonu) membran və 3. sinaptik yarıq sinaps boşluğu ayırd  edilir (şəkil 6.10, 6.15).      Şəkil 6.10



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə15/33
tarix17.04.2017
ölçüsü66,66 Kb.
#14258
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

171 
(sinaps sonu) membran və 3. sinaptik yarıq sinaps boşluğu ayırd 
edilir (şəkil 6.10, 6.15). 
 
 
Şəkil 6.10. Sinir lifi, sinir ucu və skelet əzələsi lifi arasındakı 
qarşılıqlı  əlaqənin sxemi: 1-mielinli sinir lifi; 2-mediator 
qovuqcuqları ilə sinir ucu; 3-əzələ lifinin postsinaptik membranı; 4-
sinaps boşluğu; 5-əzələ lifinin sinapsönü membranı; 6-miofibrillər; 
7-sarkoplazma; 8-sinir lifinin fəaliyyət potensialı; 9-postsinaptik 
potensial; 10-əzələ lifinin fəaliyyət potensialı. 
 
Oyanmanın sinapslarda nəql olunmasının mediator mexanizmi. 
Formasına və ölçüsünə görə oxşar olan sinapslarda, impulsların 
kimyəvi ötürülməsində iştirak edən çox da böyük olmayan qovu-
qcuqlar olmasıdır. 
Kifayət qədər toplanmış çoxlu məlumatlar sinaptik qovuqcu-
qlarda mediator maddəsi saxlanmasını  təsdiq edir. Sinir-əzələ 
birləşməsinin mediatoru olan asetilxolin ifrazı porsiyalarla – 
kvantlarla baş verməsi təcrübə ilə təsdiq edilmişdir. 
Sinaptik qovuqcuqlar çoxlu daha qatı asetilxolin (AX) media-
toru saxlayır. Sinapsin fəallığı zamanı AX xaric edilməsi üçün kalsi 
ionlar lazımdır. Ehtimal edilir ki, asetilxolin sintezi bu mediatorun 
çoxlu ehtiyatına malik sinaptik qovuqcuqlarda baş verir. Sakitlik 
vəziyyətində AX sintezi 4 nq/dəq sürəti ilə baş verir. Bu zaman 
 
172 
mediatorun 90% depoya keçir, 10% isə sinaptik yarığa ifraz olunur 
və sakitlik vəziyyətində postnaptik membrana təsir edərək minatur 
oyandırıcı postsinaptik potensial (OPSP) əmələ  gəlməsinə  səbəb 
olur. Normal şəraitdə  hətta uzunmüddətli qıcıqlandırmadan sonra 
belə asetilxolinin depoda tam tükənməsi baş vermir. 
Reseptor – bu müəyyən kimyəvi xassəsi olan postsinaptik 
membranın hissəsi olub, hansı ki, bu hissəyə peresinaptik qovuq-
cuqlardan gələcək mediatorun komplementar molekulu onunla 
birləşir. Bu vaxta qədər mərkəzi sinir sistemində bir neçə spesifik 
mediatorlar ayrılıb. Bunlara asetilxolin, dofamin, adrenalin, 
noradrenalin, serotonin və qamma amin yağ turşusu və s. aiddir.  
Ləngiməni motoneyronun daxilinə elektrod qoymaqla onun bə-
dənində yaranan potensialı qeyd etməklə müşahidə etmək olar. 
LPSP-da birinci əlamət sinaptik ləngimənin OPSP-dan çox 
olmasıdır. Onurğa beynində LPSP birinci olaraq afferent impuls 
daxil olduqdan 1,5 ms baş verir. İkinci, LPSP-da qalxma fazası 
1,5-2,0 ms, enmə fazası 3,3 ms olur. LPSP amplitudu da qradual 
xarakterə malikdir. LPSP üçün tarazlıq potensialı – 80 mB, 
sükunət potensialı – 70 mB, maksimal amplitudası isə 10 mB. 
Oyandırıcı sinaps vasitəsilə aralıq neyron fəallaşdırılır və 
fəaliyyət cərəyanı aksonun hüceyrəsinə daxil olur və onun ucuna 
çatır. Sinaptik nahiyədə əvvəlcə aksonun ucunda zəif elektrik cə-
rəyanı ilə müşahidə olunan depolyarizasiya baş verir. Bu spesfik 
ləngimə mediatorunun mobilizasiyasına və peresinaptik mem-
brandan sinaptik yarığa ifrazına səbəb olur. Sonra bu mediator 
postsinaptik mediatorun ion keçiriciliyini dəyişir. Bu isə  həmin 
membranın ionlara qarşı (K, Cl, Na) seçici keçiriciliyə səbəb olur 
və nəticədə ionların paylanması elektrik cərəyanın meydana gəl-
məsinə  səbəb olur. Çoxlu mediatorların icərisində  ləngidici me-
diator qamma amin yağ turşusudur (QAYT). Məhz Pürküne lif-
lərinə QAYT ləngidici mediator kimi xidmət edir. Pürküne 
liflərində  həcm vahidinə görə QAYT qatılığı, motoneyronlara 
nisbətən 5 dəfə, onurğa beyni düyünlərinə nisbətən 10 dəfə 
çoxdur. 
Pessimum ləngiməni əksər hallarda «Vvedenski ləngiməsi» ad-
downloaded from KitabYurdu.org

 
173 
landırırlar. Onun mahiyyəti belədir:  əgər saniyədə 40-70 ritmik 
qıcıq verməklə  əzələ  qıcıqlandırılırsa, tetanik təqəllüs müşahidə 
edilir. 
Qıcığın sayını 110-130-a qədər artırdıqda tetanik təqəllüsdə 
olan  əzələ boşalır. Qıcığın sayı yenidən azaldılarsa,  əzələ  təkrar 
tetanik təqəllüs edir. Əzələnin tetanik təqəllüsünə səbəb olan qıcıq 
sayını Vvedenski optimum («optimum» – ən yaxşı) qıcıq sıxlığı, 
əksinə,  əzələnin boşalmasına səbəb olan qıcıq sayını pessimum 
Pessimum» - ən pis) qıcıq sıxlığı adlandırır (şəkil 6.11). 
 
 
 
 
Şəkil 6.11. Sinir-əzələ preparatında optimum (Op.) və pessimum 
(Ps.) qıcıq sayı şəkildəki rəqəmlər, qıcığın sıxlığını göstərir. 
 
Presinaptik membrana sinir ucunu örtən membran deyilir. Bu 
isə özünəməxsus neyrosekretor aparatdır.  
Sakit vəziyyətdə mediator sinaptik qovucuqlarda toplanır. 
Presinaptik membran depoliyarizə olunarkən bu qovucuqlar part-
layır və mediator sinaps boşluğuna tökülür. 
Oyanmanın hərəki sinirdən  əzələyə ötürülməsini asetilxolin 
təmin edir. Postsinaptik membranın bu mediatora qarşı yüksək 
həssaslığı xüsusi zülal – xolinoreseptorlarla əlaqədardır. 
Asetilxolin xolinoreseptorlarla əlaqəyə girərək membranın quru-
luşunda bir sıra dəyişikliklər törədir. Nəticədə postsinaptik mem-
branın Na
+
  və  K
+
 ionlarına qarşı keçiriciliyi nəzərə çarpacaq 
dərəcədə artır. Postsinaptik membranda bu dəyişikliklər 
 
174 
qütbləşmənin pozulmasını  təmin edir. Mənfi yüklü postsinaptik 
potensial əmələ gətirir. Postsinaptik potensial əzələ lifi membran-
ının qonşu sahəsini qıcıqlandırır. Buna görə postsinaptik potensial 
kritik ölçüyə çatdıqda, membranın sinaps xarici sahəsində 
fəaliyyət potensialı əmələ gəlir və əzələ lifi boyunca yayılır. 
Q.Deyl tərəfindən müəyyən edilmişdir ki, sinir-əzələ 
birləşməsində yerləşən sinapslardan ifraz olunan asetilxolin əzələ 
liflərinin membranını depolyarlaşdırır və oyanmanın yayılmasına 
və  əzələnin təqəllüsünə  səbəb olur. Xolinestraza fermenti isə 
asetilxolini parçalayır və onun təsirini ləngidir. Ezerin və protiqi-
min inhibitorları isə possinaptik potensialın müddətini uzadır.  
Oyanmanın sinir lifindən əzələyə nəqlolunma prosesini aşağı-
dakı sxemdə göstərmək olar: sinir impulsu
→mediatorun 
ifrazı
→asetilxolin→sinir ucu→postsinaptik membranının xoli-
noreseptorları ilə asetilxolin qarşılıqlı  təsiri
→postsinaptik mem-
brananın ion keçiriciliyinin artması
→əzələ lifi üzrə yayılan 
fəaliyyət potesialının əmələ gəlməsi. 
 
 
6.7. Sinir sisteminin ümumi fiziologiyası. 
 
Sinir hüceyrələrinin yaranması  və neyron nəzəriyyəsi. 
Sinir sisteminin hüceyrələri neyroepitel hüceyrələrdən  əmələ 
gəlir. 
Hələ rüşeym inkişafının blastula və qastrula mərhələlərində 
neyroepitel hüceyrələr fərqlənməyə başlayır. Embrional inkişaf 
dövründə rüşeymin ektoderma qatının hüceyrələri bir sıra ardıcıl 
morfogenetik dəyişikliklərə  uğrayaraq gələcək sinir toxuması 
əmələ gətirir. 
Meduloblastların diferensiyası əsasən iki fazada gedir. Əvvəlcə 
meduloblastlardan neyroblastlar, ependimoblastlar əmələ  gəlir. 
Sonra neyroblastlardan neyronlar, qlioblastlardan qlial, epen-
dimoblastlardan ependim hüceyrələri əmələ gəlir. 
Neyron və neyron nəzəriyyəsi. Sinir hüceyrəsi öz çıxıntıları ilə, 
yəni neyrit və dendritləri və onların ucları (hərəki və hissi ucları) 
downloaded from KitabYurdu.org

 
175 
ilə birlikdə neyron adlanır (şəkil 6.12, 6.13, 6.14). 
Neyron sinir sisteminin əsas quruluş və funksional vahididir. 
Neyron qıcıq təsiri nəticəsində oyanma vəziyyətinə keçmək, 
impuls yaratmaq və  nəql etmək qabiliyyətinə malikdir. Bu 
xüsusiyyət sinir sisteminin spesifik funksiyasını müəyyən edir. 
Neyroqliya sinir hüceyrəsilə üzvi şəkildə  əlaqədə olub, sekretor
müdafiə, dayaq, trofik funksiyalarını yerinə yetirir. 
 
Şəkil 6.12. Neyronun sxemi: 1-dendritlər; 2-hüceyrənin sxemi; 3-akson 
təpəciyi; 4-akson; 5-akson kollateralları; 6-mielin qişası; 7-Şvann qişası; 8-
Şvan hüceyrəsinin nüvəsi; 9-Ranvye buğumu; 10-mielin qişadan çıxan aksonun 
uc şaxələri.  
 
176 
 
 
Şəkil 6.13. 1-dendritlər; 2-hüceyrənin cismi; 3-Akson təpəciyi; 4-
Mielin qişası; 5-Akson; 6-sinir impulsunun istiqaməti; 7-Ranvye 
buğumları; 8-sinapslar. 
 
Hər bir sinir hüceyrəsi çıxıntıların sayına görə üç qrupa 
bölünür:  
1) Təkçıxıntılı – unipolyar sinir hüceyrələri, bunların cismindən 
bir çıxıntı uzanır;  
2)  İkiçıxıntılı  – bipolyar sinir hüceyrələri, bu hüceyrələrin 
cismindən iki çıxıntı uzanır. Uni və bipolyar sinir hüceyrələri 
onurğa beyninin hissi düyünlərində yerləşmişdir; 
3) Çoxçıxıntılı – multipolyar sinir hüceyrələri, bu hüceyrələrin 
cismindən ikidən artıq çıxıntı uzanır (şəkil 6.5, 6.14). Multipolyar 
sinir hüceyrələrinə onurğa beynində, beyincikdə, beyin 
yarımkürələrində  və  mərkəzi sinir sisteminin başqa  şöbələrində 
təsadüf olunur. 
Neyronun cisminin diametri 3-4 mkm-dən 200 mkm, aksonun 
downloaded from KitabYurdu.org

 
177 
1-6 mkm, dendritinki isə 0,3-1 mkm ola bilər. Neyronun cismi 
iyvari, ulduz, piramid və s. formada olur. Neyronun cisminin bir 
uzun çıxıntısı və çoxlu qısa çıxıntıları vardır. 
 
 
Şəkil 6.14. a) Piramid hüceyrə; b) Purkinye hüceyrəsi; c) Motor neyron; 
d) Sensor neyron. 1-dendrit, 2-hüceyrənin cismi; 3-nüvə; 4-akson; 5-
qalxan impuls yolu; 6-mərkəzi  şöbə; 7-periferik şöbə; 8-buğum; 9-
Mielin lifləri; 10-Şvann hüceyrəsi; 11-hərəki liflər; 12-əzələ.  
 
178 
 
Uzun çıxıntıya akson və ya neyrit, qısa çıxıntılara dentrit dey-
ilir. Hər bir sinir hüceyrəsinin, ancaq bir dənə aksonu vardır (şəkil 
6.13, 6.14, 6.15). Aksonun vəzifəsi, mərkəzi sinir sistemini ucqar 
üzvlərlə – əzələ, vəz və sairə ilə birləşdirmək və ya mərkəzi sinir 
sistemi daxilində impulsları bir mərkəzdən digərinə  nəql 
etməkdir. Buna misal olaraq böyük yarımkürələrdən onurğa beyn-
inin ön buynuzlarının hüceyrələrinə gedən piramid sinir 
dəstələrini göstərmək olar. Bəzən aksonların uzunluğu metrdən də 
çox olur. Dentritlər isə bir sinir hüceyrəsini mərkəzi sinir sis-
teminin başqa hüceyrəsi ilə birləşdirir. 
 
Şəkil 6.16. Sinapsın ultrastrukturunun sxematik təsviri: 1-mitoxondri; 
2-sinaptik qovuqcuq; 3-mediator molekulası; 4-postsinaptik membran; 
5-reseptor makromolekulası; 6-presinaptk membran; 7-sinaptik dəlik; 
8-ion kanalı.  
Neyron sitoplazmasında nüvə, endoplazmatik şəbəkə, Holci 
aparatı, mitoxondrilər, ribosomlar, lizosomlar və başqa bu kimi 
hüceyrədaxili törəmələr vardır. Bunlardan başqa neyronda Nissel 
maddəsi (pələngvarı maddə), neyrofibrillər, neyroborucuqlar, sin-
aptik vezikullar kimi spesifik törəmələrə rast gəlinir (şəkil 6.16). 
Neyron cisminə  mənsub olan sitoplazmaya neyroplazma, akson-
dakı plazmaya aksoplazma, dentritdəki plazmaya isə  dendro-
downloaded from KitabYurdu.org

 
179 
plazma deyilir. Neyron xaricdən plazmatik membranla, akson isə 
mielin qişa ilə örtülmüşdür. 
Sinir hüceyrəsi bir nüvəyə, iki və üç nüvəciyə malikdir. 
Sinir hüceyrəsinin sitoplazmasında digər xarakter komponent 
nazik liflər – neyrofibrillər hesab olunur. 
Sinir hüceyrəsinin həyat fəaliyyətində neyroqliya aparatı da 
mühüm rol oynayır. O neyronları  hər tərəfdən  əhatə edərək, 
mərkəzi sinir sisteminin stromasını  əmələ  gətirir. Neyroqliya 
hüceyrələri və onların çıxıntıları bir tərəfdən mexaniki-müvazinət 
vəzifəsini yerinə yetirir, digər tərəfdən isə izoləedici rol oynayır. 
Sinir hüceyrəsinin qişa ilə örtülü olan çıxıntılarına sinir lifləri 
deyilir. Qişanın quruluşundan asılı olaraq sinir lifləri mielin qişalı 
və mielin qişasız olurlar. Mielinli və mielinsiz sinir lifləri dəstəsi 
birləşdirici toxuma pərdəsi ilə örtülü olub, mielinli sinir lifində 
müəyyən məsafədə Ranvye buğumları yerləşir (şəkil 6.6, 6.13). 
Neyronların təsnifatı. Sinir lifləri sinir uc aparatı ilə qurtarır. 
Vəzifəsinə görə üç cür sinir ucu ayırd edilir. Deməli, mərkəzi 
sinir sistemində: 1) hissedici və ya reseptor, 2) hərəki, sekretor və 
effektor və 3) neyronlararası kontakt neyronlar (şəkil 6.14, d, c). 
Reseptor və ya sensor və ya hissi neyronlara bipolyar sinir hü-
ceyrələri aiddir. Onlar oyanmanı xarici (ekstroreseptorlar), daxili 
(intero reseptorlar) və oynaq, bağ, vətər (proprioreseptorlar) və s. 
üzvlərdən qəbul edərək mərkəzi sinir sisteminə  nəql edirlər. Re-
septor neyronların cisimləri mərkəzi sinir sistemindən kənarda – 
onurğa beyin düyünlərində yerləşir. Neyronun uzun çıxıntısı re-
septorlarda qurtarır.  İkinci çıxıntı onurğa və ya uzunsov beyinə 
daxil olub, ara və effektor neyronlarla sinapslar əmələ gətirir. Re-
septor neyronların sayı effektor neyronlardan təxminən 5 dəfə 
çoxdur. 
Effektor neyronlar. Onlar hərəki və sekretor olurlar (şəkil 
6.14, d). Oyanma periferiyaya neyronların uzun aksonları ilə 
daşınır. Skelet əzələrinə gedən hərəki sinir lifləri  əmələ  gətirən 
effektor neyronlar-motor və ya hərəki neyronlar adlanırlar. 
Bunların cismi onurğa beyni boz maddəsinin ön buynuzlarında 
yerləşir. Hərəki sinir ucları  əzələ toxumasında hərəki 
 
180 
hüceyrələrində neyritlərin uclarının şaxələnməsi olub, sinir əzələ 
ucları adlanır. 
Vegetativ sinir sisteminin effektor neyronları  mərkəzi sinir 
sistemindən kənarda, periferik düyünlərdə yerləşirlər. Ara və ya 
kontakt və ya qondarma neyronlar mərkəzi sinir sisteminin əsas 
kütləsini təşkil edirlər. Onlar reseptor və effektor neyronlar aras-
ında əlaqə yaradır. Ara neyronlar törətdiyi effektə görə oyandırıcı 
və ləngidici olmaqla iki qrupa bölünürlər. 
Sekretor uclar vəzilərdə sinir-vəzi uclarını əmələ gətirir. 
XIX əsrin axırlarında neyronlarının bir-birilə əlaqəsi haqqında 
iki nəzəriyyə neyron və neyrofibrilyar nəzəriyyə hökm sürurdü.  
Neyron nəzəriyyəsinin tərəfdarları olan fizioloqlar bir sıra 
fizioloji hadisələri təhlil edərək belə  nəticəyə  gəlmişlər ki, ney-
ronlar bir-birindən ayrıdırlar və iki qonşu neyron arasında 
birləşdirici səth vardır. Bu birləşdirici səth yarımkeçirici zar olub, 
sinir impulslarını bir neyrondan digərinə verir. İki neyronu bir-
birilə birləşdirən bu səthə  sinaps deyilir (şəkil 6.13). Neyronlar 
arasında sinapsların olması  mərkəzi sinir sistemində oyanmanın 
bir tərəfə nəql olunmasına səbəb olmuşdur. 
Zəlinin, xərçəngin sinir sisteminin quruluşunu tamamilə başqa 
cür izah edən bir də neyrofibrilyar nəzəriyyə vardır. Bu nəzəriyyə 
tərəfdarlarının fikrinə görə, sinir impulslarının nəql olunması 
üçün maddi substrat olan neyrofibrillər qırılmadan bir neyrondan 
digərinə keçir və bütün sinir sistemi boyunca yayılır. Bu 
nəzəriyyəni əsaslandırmaq üçün lazım gələn müşahidələr başlıca 
olaraq onurğasız heyvanların səpkin və düyünlü sinir sistemləri, 
onurğalı heyvanların rüşeym dövründə inkişaf etməkdə olan sinir 
toxuması üzərində aparılmışdır. 
Hər iki nəzəriyyə  tərəfdarlarının topladığı müşahidə  və 
təcrübələrə yekun vursaq deyə bilərik: çox ehtimal ki, sinir sis-
temi inkişafının aşağı pillələrində neyrofibrillər fasiləsiz olaraq 
bir neyrondan digərinə keçir. İnkişafın nisbətən yüksək 
pillələrində fibrillər qırılır və ayrı-ayrı neyronlar arasında yeni 
əlaqə forması – sinaps əmələ gəlir. 
Hazırda müəyyən edilmişdir ki, yalnız aşağı sinif onurğasız 
downloaded from KitabYurdu.org

 
181 
heyvanlarda – bağırsaq boşluqlularda sinir hüceyrələrinin çıxıntı-
ları protoplazmatik əlaqə yaradır. 
Onların sinir sistemi sinsit tiplidir. Belə sinsit neyropil adını 
almışdır. Neyropil oyanmanı diffuz şəkildə, yəni hər tərəfə  nəql 
edə bilir. Yuxarı sinif onurğasız heyvanlar və bütün onurğalıların 
mərkəzi sinir sistemində neyronlar çıxıntılar vasitəsilə  əlaqəyə 
girirlər. Hər bir neyronun aksonu başqa sinir hüceyrəsinin cisminə 
və dendritlərinə müvafiq çoxlu şaxələrə bölünür. Hər bir şaxə 
sinapsın elementidir (şəkil 6.15, 6.17). 
 
 
 
Şəkil 6.17. Neyronun cismində  və dendrtlərində sinapsların 
yerləşməsi. 
6.8. Sinapsların formalaşması 
 
Sinir sisteminin fiziologiyasında çoxdan qəbul olunmuş neyron 
nəzəriyyəsinə görə, sinir toxuması bir-birilə eləcə  də  işçi 
orqanlarla  əlaqələrə girmiş neyronlardan təşkil olunmuşdur. 
 
182 
Sinaps sinir üçün əlaqə formasıdır. 
1901-ci ildə ingilis alimi Ç.Şerinqton neyronlararası  əlaqənin 
anatomik əsası kimi elmə sinaps anlayışını daxil etmişdir. 
Sinir sistemində erkən ontogenezdə, hələ sinapslar formalaşana 
qədər desmosoma tipli əlaqə rabitələrinə rast gəlinir.  Əksər 
toxumalarda hüceyrələr bir-birilə öz sərhəd membranları ilə 
təmaslanır. 
Sinapsın formalaşmasının birinci fazasında neyron 
çıxıntılarının böyümə konusunun filopodiləri hədəf hüceyrələrin 
membranına yaxınlaşır, amma ona yapışmır və sabit adgeziv 
zonalar əmələ gətirir. Bu, desmosomaları xatırlatsa da, səciyyəvi 
neyron əlaqəsi deyil. 
Sinaptik  əlaqələrin  əmələ  gəlməsinin sonrakı fazası çütləşmiş 
membran törəmələrinin 
əmələ 
gəlməsilə 
səciyyələnir. 
Peresinaptik membrana aid olan zonada mediator maddələri dolu 
qovucuqlar formalaşır, postsinaptik membranda iki membran 
arasında sinaptik yarıq əmələ gəlir. 
Bundan sonra sinaps öz əsl formasını alır. Stabil sinaptik quru-
luş siqnalları  nəqletmə qabiliyyəti ilə müəyyənləşir. Morfoloji 
cəhətdən formalaşmış sinaps funksional cəhətdən fəal sinaps 
deyil. Sinapsların formalaşmasının, son mərhələsi sinaptik sahə 
ətrafında qlial hüceyrələr təbəqəsinin, beyinin bəzi törəmələrində 
isə xüsusi kapsulun əmələ gəlməsidir. 
Növləri və quruluşu. Neyronla onun innervasiya etdiyi toxuma 
(əzələ və bəzi epitel) arasındakı rabitə sinapslar vasitəsilə qurulur. 
Onlar sinir-əzələ və sinir-epitel sinapsları adlanır. 
Mərkəzi sinir sistemi sinapslar haqqındakı  məlumatları 
ümumiləşdirərək, onları morfoloji, fizioloji və neyrokimyəvi 
xüsusiyyətlərinə görə aşağıdakı kimi təsnif edirlər: 
1. Anotomik və morfoloji quruluşlarına görə sinapslar ney-
ronlararası və üzv sinapslarına bölünürlər. 
Neyronlararası sinapsların bir neçə növü vardır: 
1) Aksosomatik sinaps – bir neyronun aksonunun uc şaxəsi 
digər neyronun hüceyrə cismi ilə təmasda olduqda yaranır. 
2)  Aksodenritik sinaps – aksonun uc şaxəsi digər neyronun 
downloaded from KitabYurdu.org

 
183 
dendritilə rabitəyə girir. 
3) Akso-aksonal – iki neyronun aksonları arasında əmələ gələn 
sinaps əlaqə formasına deyilir. 
4) Dendro-dendritik – iki neyronun dendritləri arasında əmələ 
gələn sinaps əlaqə formasına deyilir. 
Üzv sinapslarına neyromuskulyar və neyroepitelial (neyrosek-
retor) sinapslar aid edilir. 
2. Elektrofizioloji xüsusiyyətlərinə görə oyandırıcı və ləngidici 
sinapslar ayırd edilir. 
3. Neyrokimyəvi xüsusiyyətlərinə görə xolinergiq, adrenergiq 
və serotoninergiq sinapslar təsnif olunur. 
Bütün xolinergiq sinapslarda mediator asetilxolin, adrenergiq 
sinapslarda isə adrenalin, noradenalin və ya simpatindir. Serotin-
ini (və ya 5 oksitiramini) və 
γ-amino yağ turşusunu da mediator-
lara aid edirlər. Serotonin hipotalamusun bəzi neyronlarında oy-
anmanın ötürülməsində iştirak edir. 
Sinapsda iki membran – pere və postsinaptik membran və 
onlar arasında eni 100-150 A° olan və onları bir-birindən ayıran 
sinaptik yarıq olur. 
Sinapslar oyanmanı bir istiqamətdə – aksondan onunla əlaqəyə 
girmiş neyrona ötürür. 
Sinapsın köməyilə neyron 60 minə  qədər digər neyronla 
əlaqəyə girə bilər. Adətən bir neyron üzərində azı 1200-1800 
sinaps ola bilər. 
Elektrik sinapsı – ibtidai heyvanların sinir sistemi üçün səciy-
yəvidir, iki membran arasında məsafə 20 A°-2 Nm olan 
istiqamətdə ötrür. 
Kimyəvi sinaps peresinaptik və postsinaptik membran arasında 
məsafə 10-50 Nm olması, peresinaptik sahədə çoxlu mediator 50 
Nm vezikulların yerləşməsi və  hər sinapsda çoxlu mediator 
fəaliyyət göstərməsi ilə xarakterizə olunur. 
Sinaptik reseptorlar. Sinaptik reseptorlar haqqında olan təlim 
mediatorların postsinaptik membrana təsir mexanizmini başa 
düşməyə imkan verir. Hazırda müxtəlif mediatorların təsirini 
qəbul edən bir sıra membran reseptorları ayırd edilmişdir. Onlara 
 
184 
asetilxolin, noradrenalin və ya adrenalin, serotonin qamma-amin 
yağ turşusu və başqaları aiddir. 
Reseptorla əlaqəyə girən mediator burada ya parçalanır ya da 
sinaptik ötürülmədə  təkrar istifadə olunur. Təsir göstərən 
asetilxolin postsinaptik sahədə xolinə və asetata parçalanır. Reak-
siyanı asetilxolinesteraza (AXE) fermenti kataliz edir. Reaksiya 
dönəndir: əmələ gələn xolin və asetat yenidən presinaptik sahəyə 
diffuziya edərək asetilxolinin yeni ehtiyatlarının sintezinə sərf ol-
unur. 
Oyanmaların hüceyrəarası verilməsində müasir 
məlumatlar.  Sinaptik ötürmə üçün xüsusi mexanizm lazımdır. 
Kimyəvi sinapslar üçün xüsusi maddə – mediator, amma elektrik 
sinapsların da cərəyanın xüsusi paylanması tələb olunur. Kimyəvi 
sinapslar daha çox maraqlıdırlar, belə ki, onlar hüceyrələrin çox 
mürəkkəb qarşılıqlı  təsirlərini təmin edirlər. Buna görə  də 
kimyəvi sinapsları biz daha diqqətlə nəzərdən keçirəcəyik. 
Kimyəvi sinapslarla oyanmanın ötürülməsi. Kimyəvi sinap-
sların  ən mühüm komponentləri sxematik olaraq şəkil 6.18-də 
verilmişdir. Fəaliyyət cərəyanı sinir hüceyrəsinin «presinaptik» 
ucunu depolyarizə edir. Bu – lokal olaraq ondan pre- və 
postsinaptik hüceyrələr arasında olan yarığa «mediatorun» (ar-
alıq-maddə) ifraz olunmasına səbəb olur. 
Mediator postsinaptik hüceyrənin plazmatik membranına daxil 
olur. Orada o spesifik reseptorlarla əlaqəyə girir; nəticədə mem-
branda ion kanalları açılır. Onlardan keçən ion cərəyanı 
postsinaptik hüceyrənin membran potensialını  dəyişir və onu 
fəaliyyət cərəyanı əmələ gələn hədd səviyyəsinə qədər depolyari-
zasiya edir. 
Sinir lifinin fəaliyyət cərəyanı sinaps önünün ucunu 
deporyarizə edir. Nəticədə ondan mediator xaric olur, hansı ki, 
sinaptik yarığa (mediator) daxil olur və postsinaptik hüceyrənin 
membranın reseptorları ilə birləşir. Onun birləşməsi bu mem-
branda kanalların açılmasına səbəb olur və onlardan spesifik 
ionlar keçərək onun potensialın dəyişilməsinə səbəb olur. 
 
downloaded from KitabYurdu.org

 
Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin