185
Şəkil 6.18. Kimyəvi sinaptik nəqletmənin sxemi.
Elektrik vasitəsilə sinaptik ötürmə. 1930-1950-ci illərdə
kimyəvi sinaptik ötürmə konsepsiyası hamı tərəfindən qəbul
edildikdən sonra, mütəxəssislər tərəfindən müəyyən edilir ki,
oyanmanın hüceyrəarası ötürülməsi elektrik vasitəsilə də həyata
keçirilə bilər. Bu prinsip şəkil 6.19-da göstərilmişdir. İki qonşu
hüceyrə bir-birilə sıx bitişik olur ki, onların ikisinin
membranından keçən cərəyanın müqaviməti, sinapsı olmayan
membranın digər nahiyələrinin müqavimətilə müqayisə oluna
bilər.
Şəkil 6.19. Elektrik snapsı.
186
Birinci hüceyrənin oynaması zamanı Na cərəyan (1 Na) ona
açıq Na-kanalından daxil olur və ondan çıxaraq cərəyanın bir
hissəsi membran məsaməsi olan yerdə ikinci hüceyrəyə daxil olur
və onun depolyarizasiyasına səbəb olur.
Ehtimal etmək olar ki, burada depolyarizasiyanın səviyyəsi, bi-
rinci hüceyrədən 10 dəfə azdır. Lakin o ikinci hüceyrədə fəaliyyət
cərəyanını generasiya edən həddən yüksək ola bilər. Çox hallarda
belə depolyarizasiya hədd qıcığından aşağı olur və ikinci hüceyrə
digər hüceyrədə kimyəvi və elektrik ötürmə nəticəsində yaranan
sinaptik potensialların summasiyasının təsiri altında qıcıqlana
bilir. Beləliklə, kimyəvi elektrik ötürməni elektrik nəqletmədən
fərqləndirən əsas xüsusiyyətlər:
1.
Kimyəvi sinapsda postsinaptik cərəyan postsinaptik
membranda olan kanalların açılması hesabına generasiya olunur
və postsinaptik hüceyrənin ion qradientilə əsaslandırılmışdır.
2.
Elektrik sinapslarında postsinaptik cərəyanın mənbəyi –
peresinaptik hüceyrənin membranıdır. Burada kimyəvi
mediatorlar yoxdur və onun xaric olmasına və oyanmanın nəql
olunmasına təsir edən amillə, məsələn, Ca
2+
hüceyrə xarici
qatılığının və ya mediatorların, fermentlərin yox edilməsi
haqqında danışılmır.
6.9. Hərəkət sistemi. Refleks təlimi
Dayaq və hərəkətin sinir tənzimi. İnsan və heyvan
orqanizminin hərəkət və başqa fəaliyyət formalarının idarə
olunması mexanizmini izah etmək təşəbbüslərinin qədim tarixi
vardır. Bu haqda ilk fizioloji izahatlara qədim Roma anatomu və
həkimi Qalenin işlərində rast gəlinir. O, insanın hərəkətlərini
şüurlu (iradi) və şüursuz (qeyri-iradi) hərəkətlərə bölmüş və bu
hərəkətlərin sinir sistemi tərəfindən tənzim edildiyini göstərmişir.
Skelet əzələlərinin işinin sinir tənzimi hiss hərəki mərkəzlər
vasitəsilə yerinə yetirilir.
Bədənin dayaq və hərəkətinə, onların düzgün təqəllüsünə
downloaded from KitabYurdu.org
187
uyğun gələn sinir təmzimi – hərəkət mərkəzlərinin ən mühüm
funksiyalarından birdir. Lakin hərəkətin düzgün yerinə yetirilməsi
ançaq gövdə və ətrafların adekvat vəziyyətində mümkündür.
Reflektorlu hərəkətlər. Orqanizmin belə qıcıqlara avtomatik,
sterotipik, məqsədyönlü reaksiyasını Uniser 1771-ci ildə refleks
adlandırmışdır. Refleks termini ilk dəfə 1640-cı ildə R.Dekart
tərəfindən elmə daxil edilsə də, onun elmi izahını çex alimi
Proxaske düzgün vermiş, rus alimləri Seçenov və Pavlov isə onu
daha ətraflı öyrənmişlər.
Refleks termini latın sözü olan reflekto (əks edirəm)
sözündən götürülmüşdür.
Orqanizmin MSS iştirak ilə xarici və daxili qıcığa qarşı
verdiyi cavab reaksiyasına refleks deyilir. Onurğa beyninin
pozulması ilə reflekslər yox olur; deməli, onlar MSS-nin
aktivliyinin nəticəsidir. Reflekslər Pavlov tərəfindən anadangəlmə
(şərtsiz) – bəbək, öskurmə, udma, dartma reaksiyası və s.,
həmçinin bütün həyatı boyu qazanılan reflekslər (şərti) mədə və
bağırsaqda qidanın həzmi və hərəkətini orqanizmin hazırkı
vəziyyətinə qan dövranı və tənəffüsün daima uyğunlaşması və s.
aiddir.
XIX əsrin ikinci yarısında İ.M.Seçenov refleks təlimini yeni
nəzəri və təcrübi baxımdan işıqlandırdı. O, Dekartın fizioloji
düalizminə qarşı fizioloji materializm baxışı irəli sürdü. İ.M.Seçe-
nova görə təkcə hərəkətlər deyil, şüur və psixi hadisələr də təbii
fizioloji qanunlara tabedir, psixi fəaliyyətin əsasını da reflektor
prinsipi təşkil edir. İ.P.Pavlov insan və heyvanların bütöv
davranışının reflektor təbiətə malik olduğu fikrini qəbul edərək
onun formalaşmasının üç mühüm prinsipini müəyyən etdi. Bunlar
aşağıdakılardır: 1) səbəbiyyət (determinizm), 2) analiz və sintez,
3) quruluş (struktur) prinsipi – bütün reflektor proseslər mütləq
sinir törəmələrinin iştirakı ilə həyata keçir.
İ.P.Pavlov insanda və heyvanlarda mürəkkəb qarşılıqlı
əlaqələrinin tənzimində beyin yarımkürələri qabığının rolunu
müəyyən etmişdir. İ.P.Pavlovun şərti reflekslər nəzəriyyəsinin əsas
müddəalarından biri bu idi ki, funksiyaların qabıqüstü
188
mexanizmləri ali, qabıqaltı mexanizmləri isə ibtidai mexanizm
olub, sonradan yaranma, qazanılma şərti reflektor fəaliyyətini
formalaşdırır. Hər iki mexanizm vasitəsilə insan və heyvan
orqanizmi ilk növbədə mühüm həyati funksiyaları – qidalanma,
müdafiə, cinsi və digər mürəkkəb davranış reaksiyalarını həyata
keçirir. Beyin yarımkürələri qabığı və beynin digər ali şöbələrinin
iştirakı ilə anadangəlmə, şərtsiz reflekslər əsasında fərdi inkişaf
prosesində yaranan daha geniş uyğunlanma imkanları qazanan şərti
reflekslər həm də orqanizmin ali sinir fəaliyyəti sferasını müəyyən
edir.
Refleks təlimində dönüş yaradanlardan biri akademik
P.K.Anoxinin fikrinə görə refleks qövsünün qayıdan afferentasiya
xüsusiyyəti var. Qayıdan afferentasiya-reaksiya baş verdikdən
sonra onun haqqında baş-beyinə xəbər verir.
Hər bir refleks xarici və ya daxili qıcıqların təsir etməsilə
başlayır və bunun nəticəsində üzvlərin fəaliyyətində baş verən
dəyişikliklə qurtarır.
Misal üçün, qurbağanın aşağı ətrafını turşu məhluluna salsaq
və ya ona sancaq batırsaq, o bükmə, döş və ya qarın nahiyəsində
dəri üzərinə turşu ilə isladılmış filtr kağızı qoymuş olsaq – silmə,
yazda erkək qurbağanın döş nahiyəsindəki dərisinə toxunmuş ol-
saq, onda quruldama hərəkətlərinin meydana çıxdığını görərik.
Bu reaksiyalar xassələrinə görə bükülmə, silmə və quruldama
refleksləri adlanır.
İtlərdə müşahidə olunan reflekslərdən bunları misal gətirmək
olar: ayaq altının dərisini mexaniki sürətdə qıcıqlandırmış olsaq,
bu qıcığa qarşı ayağın və ayaq barmaqlarının refleks yolu ilə
büküldüyünü görərik, buna ayaqaltı refleks deyilir. Südəmər
uşaqların ağzına əmziyi saldıqda əmmə hərəkətləri, udlağın arxa
səthini kobud cismlə qıcıqlandırdıqda hamıda qusma hərəkətləri
alındığı kimi, gözün buynuz qişasına toxunmaq göz qapaqlarının
qapanması – konyüktiv refleksini, şiddətli işıq isə bəbəyin
daralması – bəbək refleksini verir.
Onurğa beynin işilə bağlı olan reflekslər spinal, uzunsov bey-
nin iştirakı ilə həyata keçən reflekslər bulbar, orta beynin iştirakı
downloaded from KitabYurdu.org
189
ilə formalaşan reflekslər mezensefal, aralıq beyin törəmələrinin və
beyin yarmıkürələri qabığının fəaliyyətindən irəli gələn reflekslər
kortikal reflekslər adlanır.
Reflekslər reflektor reaksiyanın son nəticəsinə və onda işçi
üzvlərin iştirakına görə də fərqlənir. Əgər refleks əzələ
fəaliyyətilə əlaqədardırsa, buna motor və ya hərəki reflekslər,
vəzilərdə müəyyən sekretlərin ifrazı ilə nəticələnirsə, sekretor
reflekslər deyilir və i.a.
Bu reflekslər zahirən başqa-başqa olsalar da onların fizioloji
təbiətləri bir-birinə oxşayır. Bunların hamısı refleksdir. Bunların
bir qismi bədənin xarici səthində yerləşmiş reseptorların
qıcıqlanması ilə başlanır. Bu cür xarici səthdə yerləşmiş
reseptorlara eksteroreseptorlar deyilir. Reflekslərin ikinci qismi
daxili üzvlərin qıcıqlanması ilə baş verir. Qıcığın bilavasitə selikli
qişaya təsirindən başlayır. Selikli qişadakı reseptorlara
interoreseptorlar adı verilir. Bunlardan başqa bir qism reflekslər
də vardır ki, bunlar oynaq kisələrində, bağ və vətərlərdə,
əzələlərdə yerləşmiş reseptorların qıcıqlanmasına qarşı verilən
reflekslərdir. Bu cür reseptorlara proprioreseptorlar deyilir.
Proreseptorlardan refleks almaq üçün əzələyə və ya onun
bağlandığı vətərə yüngülcə vurmaq kifayətdir.
Lakin qeyd etmək lazımdır ki, normal fizioloji şəraitdə bu
reflekslər ancaq onurğa beyni, uzunsov və orta beynin mərkəzləri
ilə əldə edilmir. Burada bütün mərkəzi sinir sistemi, xüsusən
beyin yarımkürələrinin qabığı da iştirak edir. Bu cür refleksləri
yalnız təcrübə şəraitində beynin ali şöbələrinin iştirakı olmadan
almaq mümkündür.
Yuxarıda qeyd etdiyimiz reflekslərdən görünür ki, refleks
hadisələri bədənin müəyyən nahiyələrinin qıcıqlanması ilə
başlayır. Qıcığı qəbul edən sinir uclarının yerləşdiyi bədən
nahiyəsi, xüsusən dəri nahiyəsi reflekslərin reseptiv sahəsi
adlanır. Qıcıqlanması bu və ya digər refleksin baş verməsinə
səbəb olan bədən nahiyəsi, refleksogen zona da adlanır.
Hər bir refleksin meydana gəlməsi üçün müəyyən bir yol
lazımdır. Refleks aktında sinir hadisəsinin getdiyi yola refleks
190
qövsü adı verilir. Refleks qövsü beş hissədən:
1.
Reseptor üzvdən (qıcıqları qəbuledici üzvdən),
2.
Afferent sinir lifindən,
3.
Mərkəzdən,
4.
Efferent sinir lifindən,
5.
Həmin efferent sinir lifinin işcil üzvlərdə qurtaran ucları
və effektor (işcil) üzvdən ibarətdir.
Hal-hazırda refleks qövsünə altıncı komponent – qayıdan
afferentasiya da daxil edilir. Refleks qövsləri sadə və mürəkkəb
refleks olmaqla iki yerə bölünür (şəkil 6.20 A.B.). Sadə refleks
qövsündə iki neyron iştirak edir. Birinci qəbuledici neyron
adlanır. Sinir impulsu ondan ikinci reflektor neyronuna daxil olur.
Hər hansı reflektor aktın həyata keçməsi üçün müəyyən
anatomik və fizioloji əsas lazımdır, əks halda heç bir refleks yarana
bilməz. İkidən artıq neyron iştirak edirsə mürəkkəb refleks qövsü
deyilir. Sadə refleks qövsündəki birinci neyron, qəbuledici neyron
olub, sinir impulsu bu neyrondan ikinci effektor neyrona və oradan
da işcil üzvə verilir (şəkil 6.20 A). Belə refleks qövsünə eyni
zamanda bir sinapslı refleks qövsü də deyilir. Çünki burada iki ney-
ronu bir-birindən ayıran bir sinaps iştirak edir. Lakin fizioloqlardan
bir çoxunun rəyinə görə hər bir refleks qövsü ən azı üç neyrondan
təşkil olunur. Bu halda qəbuledici neyronla efferent neyron aras-
ında üçüncü neyron yerləşir ki, ona birləşdirici və ya aralıq neyron
deyilir (şəkil 6.20 B). Bu neyronun çıxıntıları mərkəzi sinir sis-
teminin içərisində şaxələnərək müxtəlif mərkəzləri bir-birilə
birləşdirir. Polisinaptik reflekslərdə oyanma hissi neyrondan aralıq
neyrona verilir. Aralıq neyronun olmasının əhəmiyyəti ondan
ibarətdir ki, eyni hərəki neyron müxtəlif reseptor neyronlardan
siqnallar ala bilər, ona görə də eyni bir refleksin ən müxtəlif
nahiyələrdə yerləşən reseptiv sahələrdən yaratmaq mümkündür.
downloaded from KitabYurdu.org
191
Şəkil 6.20. İkineyronlu (A) və üçneyronlu (B) onurğa beyni
refleks qövsünün sxemi. R –spinal düyünlərin reseptor neyronu;
M-motoneyron.
Hər hansı reflektor aktın həyata keçməsi üçün müəyyən
anatomik və fizioloji əsas lazımdır, əks halda heç bir refleks
yarana bilməz.
Refleks qövsündə iştirak edən hissələrdən birini kəssək və ya
zədələsək, o zaman refleks almaq mümkün olmur. Bunu bir sıra
təcrübələrlə isbat etmək mümkündür. Məsələn, dəri reseptorlarının
rolunu göstərmək üçün dəriyə kokain deyilən zəhərin sürtülməsi
kifayətdir. Bu zəhər dərindəki hissi sinir üclarını (reseptorları)
keyləşdirdiyindən verilən qıcıqlar qəbul oluna bilmir, buna görə də
dərisi kokain ilə keyləşdirilmiş heyvanda dəri refleksi alınmır. Af-
ferent və efferent sinir liflərini kəsirlər. Belə hallarda da refleks
əldə etmək mümkün olmur. Mərkəzin rolu isə onun zədələnməsi və
ya xarab edilməsi ilə aydınlaşdırılır. Beləliklə, refleks hadisəsinin
ortaya çıxması üçün refleks qövsündə iştirak edən hissələrin hamısı
öz histoloji tamlığını mühafizə etməlidir.
Hər bir refleksdə, sinir impulsu bir çox neyronu əhatə edir.
Digər tərəfdən saysız-hesabsız sinir lifləri ilə nəql olunan oy-
anma, mərkəzi sinir sistemində geniş surətdə yayılmağa qabildir.
Oyanmanın sinir sistemi hüceyrələrində yayılmasına oyanmanın
irradiyasiyası deyilir. İrradiyasiya sayəsində ayrı-ayrı neyronlar
192
bir-birilə qarşılıqlı əlaqəyə girə bilir.
6.10. Sinir mərkəzlərinin xüsusiyyətləri
İndi elmə məlumdur ki, funksiyaların dinamik bir sistem kimi
ondan asılı olaraq həyata keçməsində beyinin müxtəlif nahiyə-
lərində olan neyronlar qrupu arasında olan qarşılıqlı təsir və təsir
ilə əlaqədar olan mexanizmlərin birgə fəaliyyəti lazımdır.
Eyni fizioloji funksiya daşıyan mürəkkəb reflektoru aktların
yerinə yetirilməsi üçün birgə fəaliyyət göstərən sinir hüceyrələri
(neyronqliya ependem) qruplarının funksional birləşməsi şərti
olaraq mərkəz adlanır. Dar mənada mərkəz müəyyən reflektoru
aktı təmin edən neyronlar yığınıdır.
Bir neçə misal göstərək. İtin beyin yarım kürələri qabığının
sensomotor şöbəsini qıcıqlandırdıqda onun ön ətrafları yığılır,
deməli, həmin şöbə ayağın yığılmasını təmin edən mərkəzdir.
Beyin qabığının ənsə payını kəsib götürsək, itdə görmə
qabiliyyəti itir. Bu onu göstərir ki, ənsə payında görmə mərkəzi
yerləşmişdir. Beyin borusunu uzunsov beyin nahiyəsində
kəsdikdə heyvanda tənəffüs hərəkətləri dayanır, deməli, uzunsov
beyində tənəffüs mərkəzi yerləşmişdir. Lakin itirilmiş funksiyalar
çox çəkmir ki, digər mərkəzlər tərəfindən kompensasiya olunur
və tezliklə üzvün normal fəaliyyəti bərpa olunur. Deməli, sinir
sisteminin ayrı-ayrı şöbələrinin daşıdığı vəzifələrin dəyişməz ol-
madığı haqqında fikirlər düzgün deyil.
Yuxarıda refleks qövsündən bəhs edərkən onun beş hissədən,
yəni reseptordan, afferent sinir lifindən, sinir mərkəzindən, effer-
ent sinir lifindən və effektor cihazdan ibarət olduğunu gös-
tərmişdik. Bu hissələrdən reseptorlar haqqında analizatorların
fiziologiyasında, afferent və efferent sinir lifləri və effektor cihaz
haqqında isə sinir-əzələ fiziologiyasında bəhs edilmişdir. Burada
isə refleks qövslərinin mərkəzlərini, bu mərkəzlərin fiziologi-
yasını və malik olduqları bir sıra fizioloji xüsusiyyətləri öyrənmək
lazımdır. Qeyd etməliyik ki, sinir mərkəzlərinin oyanıcılıq və
keçiricilik qabiliyyəti ilə sinir liflərinin oyanıcılıq və keçiricilik
downloaded from KitabYurdu.org
193
qabiliyyəti arasında bir çox oxşarlığı olduğu halda, ancaq sinir
mərkəzlərinə aid bir sıra səciyyəvi xüsusiyyətlər də vardır.
1)
Bunlardan birincisi, mərkəzlərin oyanmasını ancaq bir
istiqamətdə nəql etməsidir. Məlum olduğu üzrə, oyanma sinir
lifində hər iki tərəfə nəql oluna bilər. Hər hansı bir siniri ortasın-
dan qıcıqlandırmış olsaq, o zaman sinirin qıcıqlandırdığımız
yerindən aşağı və yuxarı hissəsində fəaliyyət cərəyanı əmələ
gələr.
Qeyd etmək lazımdır ki, normal fizioloji şəraitdə sinir
hadisəsi daima bir istiqamət üzrə: afferent sinirlərdə reseptorlar-
dan mərkəzə doğru, efferent sinirlərdə isə mərkəzdən işcil üzvlərə
doğru nəql olunur. Buna səbəb oyanmanın mərkəzi sinir
sistemində bir istiqamət üzrə nəql olunmasıdır.
Əgər qurbağa bədəninin üzərində onurğa beyinin ön və arxa
kökləri olan və ya sinirin hər iki tərəfində əzələsi olan preparat
hazırlayıb siniri ortasından qıcıqlandırsaq sinirin hər iki tərəfində
olan əzələlər təqəllüs edəcəkdir. Deməli, sinir oyanmanı hər ikitə-
rəfli nəql edir. İndi mərkəzdə oyanmanı hər birtərəfli nəql olun-
masını müşahidə etmək üçün reseptorlardan oyanmanı afferent
sinirlərlə onurğa beyninə daxil olduğu arxa kökü biostimulyatorla
qıcıqlasaq, ön kökləri oyanmanı nəql etdiyi efferent sinirlərdə
fəaliyyət cərəyanını müşahidə etməklə bərabər, innervasiya etdiyi
əzələnin təqəllüsünü müşahidə etmək olar. Lakin efferent
sinirlərlə əlaqəli olan ön kökləri qıcıqlandırsaq, əzələ təqəllüs et-
mir. Deməli, sinir mərkəzləri oyanmanı birtərəfli nəql edir. Buna
oyanmanın sinir mərkəzlərində bir istiqamət üzrə və ya qütb üzrə
yayılması qanunu deyilir.
Diffuz, səpkin sinir sistemində də oyanma hər iki tərəfə nəql
olunur. Lakin sinir sistemi inkişaf etdikdə oyanmanın sinir sistemi
içərisində nəql olunması məhdudlaşır və onurğalı heyvanlarda
ancaq bir istiqamət üzrə yayılır. Buna səbəb, yəni MSS-də
yerləşmiş, iki neyronun bir-birinə təmas etdiyi yerlərdə sinap-
sların olmasıdır.
2)
Sinir mərkəzlərinin fizioloji xüsusiyyətlərindən ikincisi,
oyanmanın mərkəzlərdə ağır nəql olunmasıdır. Məlum olduğu
194
üzrə oyanma, qurbağanın sinirində saniyədə 40 metr, insanın
sinirində isə saniyədə 120 metrlik bir sürətlə nəql olunur. Hal-
buki, mərkəzi sinir sistemində oyanmanın nəql olunması son
dərəcə ağırdır. Buna görə də refleksin gizli dövrü, yəni qıcığın
verildiyi momentlə reaksiyanın alındığı moment arasında keçən
dövr nisbətən çox uzun olur. Reflektor reaksiyanın gizli dövrü
refleks vaxtı adlanır. Refleks vaxtında bir sıra hadisələr baş verir;
bu hadisələrdən hər biri üçün müəyyən vaxt tələb olunur. Resep-
torun qıcıqlanmasına sərf olunan zamanı I, oyanmanın afferent
sinirlə mərkəzə nəql olunmasına lazım gələn vaxtı II, oyanmanın
mərkəzi sinir sistemi daxilində nəql olunması vaxtını III, oyan-
manın efferent sinirdən işcil üzvə nəql olunması vaxtını IV və
işcil üzvün fəaliyyətə hazırlanması üçün sərf olunan zamanı V ilə
işarə etsək, ümumi refleks vaxtı V=I+II+III+IV+V olacaqdır.
Oyanmanın mərkəzi sinir sistemi daxilində afferent neyron-
dan efferent neyrona nəql olunması müddəti (III), həqiqi refleks
vaxtı adlanır. Bunu tapmaq üçün ümumi refleks vaxtından, yux-
arıda qeyd etdiyimiz hadisələrin gedişi üçün sərf edilən vaxtı
çıxmaq lazımdır: III=V-(I+II+IV+V). Refleks vaxtını təyin etmək
üçün sürətlə hərəkət edən kimoqrafın hislənmiş silindri üzərində
qıcıq verilən momentlə reflektor hərəkətin əyrisini (mexano-
qrammasını) və ya əzələnin fəaliyyət cərəyanının əyrisini elektro-
qrammasını xüsusi cihazla yazırlar.
Bu metodun köməyilə refleks vaxtı saniyənin mində bir
hissəsi dəqiqliyilə təyin edilə bilir. Məsələn, müəyyən edilmişdir
ki, qurbağanın onurğa beynində oyanmanın nəql olunması üçün
0,01-0,03 saniyə vaxt tələb olunur. Oyanma onurğa beynin sim-
metrik tərəfinə keçdikdə isə refleks müddəti təxminən 1,5 dəfə
artır.
Daha çox refleks müddəti insanın göz qapağı qıcıqlandırıldıq-
da və ya gözə güclü işıqla təsir etdikdə alınır və 0,05-0,2 saniyə
çəkir.
Son zamanlarda mərkəzi sinir sistemində oyanmanın ləng
yayılmasını sinapslarda nəql olunmanın xüsusiyyətlərilə
əlaqələndirirlər.
downloaded from KitabYurdu.org
195
Yuxarıda göstərildiyi kimi sinapslarda oyanmanın nəql ol-
unması əsas üç prosesdən asılıdır:
1) Aksonla gələn impulsların təsirindən mediatorların ifrazı,
buna sərf olunan vaxt 0,5 milli/saniyə davam edir;
2) Mediatorun sinaps boşluğundan postsinaptik membrana
diffuziya etməsi;
3) Mediatorun təsirindən oyandırıcı postsinaptik potensialın
əmələ gəlməsi.
Beləliklə, bir sinapsdan oyanma 2-3 milli saniyəyə nəql ol-
unur. Refleks müddəti mərkəzi sinir sisteminin vəziyyətindən asılı
olaraq qüvvəli qıcıqdan zəif qıcığa nisbətən qısa olur. Yorğunluq
zamanı refleks müddəti uzanır.
3)
Sinir mərkəzlərinin fizioloji xüsusiyyətlərindən üçüncüsü,
onların oyanma ritmini transformasiya etməsi, yəni dəyişməsidir.
Sinir mərkəzlərində qıcıq ritminin dəyişməsi əsasən mərkəzə
tək-tək qıcıqlar göndərdikdə onlara qarşı işçi üzvə efferent sinirlə
müəyyən ritmə malik oyanmalar gəlir. Obrazlı şəkildə desək, tək
atəşə qarşı sinir mərkəzləri yaylım atəşilə cavab verirlər.
Sinir mərkəzi vəziyyətindən asılı olaraq fəaliyyətə gətirdiyi
üzvə saniyədə 50-dən 200-ə qədər impuls göndərir. Məsələn,
ştrixinin vasitəsilə oyanıcılığı yüksəlmiş mərkəzi sinir sistemi,
efferent sinirlərlə saniyədə 400 impuls göndərir. Sinir mərkəzləri
soyudulduqda impulslar azalır. Bədən temperaturu 38
°C olduqda
nəfəsalma zamanı diafraqma siniri ilə saniyədə 110-140 impuls
gəldiyi halda, 28
°C-də bu ritm azalaraq saniyədə 50 impulsa çatır;
4) Sinir mərkəzinin xassələrindən dördüncüsü, onların oyanma
qüvvəsini dəyişdirə bilməsidir. Təcrübələr vasitəsilə müəyyən
edilmişdir ki, reflektor reaksiyanın qüvvəsi, hər zaman, o refleksə
səbəb olan qıcığın qüvvəsindən çox olur. Qıcığın qüvvəsini
tədricən artırdıqda alınan reflektor reaksiyanın qüvvəsi çox vaxt
artırsa da, bu iki hadisə paralel inkişaf etmir;
5) Sinir mərkəzlərinin beşinci xassəsi, onların uzun təsir son-
rası dövrə malik olmasıdır. Əzələ ilə birləşmiş olan siniri
qıcıqlandırsaq, o zaman qıcıq davam etdiyi müddət ərzində əzələ
təqəllüs etmiş halda qalacaqdır. Qıcıq kəsiləndən 0,1 saniyə sonra
196
da əzələ təqəllüsünü davam etdirir. Sinir mərkəzində bu hal daha
çox davam edir. Burada qıcıq kəsiləndən sonra reflektor
reaksiyalar bir müddət mühafizə olunur. Reaksiyanın təsirdən
sonra müəyyən müddət mühafizə olunmasına təsir sonrası deyilir.
Məsələn, tüpürcək vəzilərinə fistula qoyulmuş itə qida verdikdə
bu qidaya qarşı tüpürcək alırıq. Qidanın verilməsini dayandırmış
olsaq tüpürcək ifrazı dərhal kəsilməyib bir müddət davam edir.
Bu, təsir sonrasıdır.
Təsirsonrasının mexanizmini necə izah etmək olar. Bunu
başa düşmək üçün biz yenə də neyronlar arasında kimyəvi
maddənin əmələ gəldiyini və oyanmanın bir neyrondan digərinə
nəql olunmasında bu maddənin nə kimi rol oynadığını yadımıza
salmalıyıq. Bu maddə parçalanıncaya qədər təsir göstərir. Onun
parçalanması üçün də müəyyən vaxt tələb olunur. Həmin vaxt
yuxarıda qeyd etdiyimiz təsirsonrası hadisəsini verir.
6) Sinir mərkəzlərinin altıncı xüsusiyyəti onların oyanmaları
yekunlaşdıra bilməsidir. Refleks qövsünün malik olduğu bu xassə
ilk dəfə 1863-cü ildə İ.M.Seçenov tərəfindən təsvir edilmişdir.
Reseptorlara, hər biri ayrı-ayrılıqda qıcıq qapısından aşağı
(subliminal) olan bir neçə çox kiçik fasiləli qıcıqla təsir göstərsək
refleks ala bilərik.
Ümumiyyətlə, baş beyni çıxarılmış heyvanlara spinal
heyvanlar deyilir. Spinal itin dərisinə, induksion cihaz vasitəsilə
ayrı-ayrı qıcıqlar göndərsək, o zaman qıcıqların böyük qüvvəyə
malik olmasına baxmayaraq qaşınma refleksi almaq olmur. Tək
qıcıqlar əvəzinə zəif olsa da ritmik qıcıqlar göndərmiş olsaq, o
zaman qaşınma refleksini almaq mümkün olacaqdır. Lakin bu
halda saniyədə 18 qıcıq verilməli və qıcıq iki və üç saniyə
müddətində təsir göstərməlidir. Qurbağada silmə şərtsiz refleksini
almaq üçün də bu cür etmək lazımdır. Yəni burada da qurbağanın
dərisini və ya dərinin müvafiq reseptiv sahəsindən gedən hissi siniri
induksion cərəyanla ritmik sürətdə qıcıqlandırmaq lazımdır.
Halbuki eyni yerdən göndərilən tək-tək qıcıqlar silmə refleksini
vermir. Bəzi reflekslərin alınması üçün 100 və 100-dən çox ayrı-
ayrı qıcıq olunur.
downloaded from KitabYurdu.org
|