305
nəticədə ağır vəziyyət meydana çıxır. Selye belə ağır vəziyyəti
«gərginlik» və ya «stress» adlandırmış və onu üç dövrə və ya
fazaya bölmüşdür:
1.
Həyəcan fazası – bu fazada xoşagəlməz qıcıq sistemə təsir
edərək adrenokortikotrop və qlikokortikoidlərin ifrazını
artırır;
2.
Rezistenlik və stabillik fazası
– bu dövrdə
qlükokortikoidlərin çoxalması orqanizmin xoşagəlməz hala
qarşı davamlılığını artırır ki, nəticədə normal vəziyyət bərpa
olunur.
3.
Tükənmə fazası – bu fazada qlükokortikoidlər tükənir, hətta
ölüm də baş verə bilər.
Kortizolun stress zamanı digər vacib funksiyası böyrəküstü
vəzinin beyin maddəsindən – katxolaminlərdən adrenalin və
noradrenalini qana buraxmasıdır ki, bunlar damarların saya
əzələsinin və skelet əzələsinin yığılmasına səbəb olur. Bunun
nəticəsində əzələlərə O
2
və qida maddələri ilə zəngin qanın çoxlu
miqdarda daxil olması təmin olunur. Katexolaminlərin bu təsiri
yalnız kortizolun iştirakı ilə meydana çıxır. Ona görə kortizol
skelet əzələlərinə təsir etmir, o, katexolaminlərin təsirinə imkan
yaradır. Ona görə onun təsiri permissiv, yəni icazəverici təsir
adlanır.
Kimyəvi quruluşca qlükokortikoidlər mineralokortikoidlərə
yaxındırlar. Ona görə onlar mineralokortikoidlər kimi həmişə zəif
ikincili təsir göstərir.
Farmokoloji aspektləri. Qlükokortikoid təsirinə malik olan
maddələr müasir dövrdə dərman preparatları kimi işlədilir.
Onların təsirinin farmakoloji və fızioloji əsaslarını bilmək
lazımdır. Qlükokortikoidlərin orqanizmdə artıq miqdarda
yaranması və ya onu çoxlu miqdarda vurduqda yuxarıdakı
effektlər gücləşmiş formada görünəcək. Zülalların parçalanması
əzələ distrofiyasına, sümüklərdə zülal matriksinin dağılması isə
patoloji vəziyyətə – osteoporoza gətirə bilər. Bununla əlaqədar
olaraq qlükozanın yaranması, onun qanda qatılığı artır, nəticədə
onlar qaraciyərdə qlikogenə çevrilirlər. Belə ki, bu proses
downloaded from KitabYurdu.org
306
insulinin miqdarı kifayət qədər olduğu vaxt optimal gedir,
insulinin sekresiyası qlükokortikoidlərdə
zəiflədilir.
Qlükokortikoidlərin orqanizmdə yüksək səviyyəsi nəticəsində
orqanizmdə perediabetik (diabetdənəvvəlki) inkişaf baş verir.
Iltihaba qarşı əks təsiri. Bütün qlükokortikoidlər xəstəlik pro-
seslərinin inkişafının zəifləməsinə bir neçə yolla təsir edir.
İstənilən xəstəlik 3 simptomla müşahidə olunur: l) Qızartı-xəstə
sahəyə qanın çoxlu axması ilə yaranır. 2) Şişkinlik – xəstə sahədə
kapilyarların keçiriciliyinin artması və hüceyrə arası sahəyə ma-
yenin daxil olması ilə yaranır. 3) Ağrı hissi – bu iki prosesin
nəticəsində toxumaların qıcıqlanmasından yaranır. Bütün bu 3
simptom qlukokortikoidlərin təsiri ilə aradan qaldırılır.
Bununla yanaşı qlükokortikoidlər antitellərin yaranmasını
zəiflədir ki, bu da orqanizmin infeksiyaya qarşı müdafiə
reaksiyasının pozulmasına gətirir. Azmüddətli stress zamanı bu
effekt nəzərə çarpmayandır. Ancaq kortizolun yüksək
səviyyəsinin uzunmüddətli saxlanılması zamanı bu aydın görünür.
Qlükokortikoidlərin bu təsiri klinikada orqanizmin allergik
reaksiyasının aradan qaldırılmasında və transplantatların immun
təsirinin qarşısının alınmasında istifadə olunur.
Qlükokortikoidlərin sadalanan effektləri onu izah edir ki,
qlükokortikoid təsirə malik dərman preparatları tibdə geniş tətbiq
olunur. Bu preparatları təyin edərkən həkim nəzərə almalıdır ki,
qlükokortikoidlər iltihabi prossesi zəiflətməklə yanaşı orqanizmin
müdafıə reaksiyasını (immuniteti) zəiflədir. Qlükokortikoidlər
xəstəliyin yalnız simptomlarını aradan qaldırır və bakteriosid
təsirə malik deyil və onların istifadəsi zamanı bakterial infeksiya
«maskalana» bilər. Ona görə qlükokortikoidlər qəbul edən xəstə
nəzarət altında saxlanmalıdır. Qlükokortikoidlərin digər arzuolun-
mayan əlavə təsirlərinə aşağıdakılar aiddir: mədə xorasının
sağalması zamanı və ya toxumaların digər daxili zədələnməsi
zamanı yaranan qaysağın yaranmasını tormozlayır. Bundan əlavə
qlükokortikoidlər mədədə duz turşusunun (NaCl) sekresiyasını
stimulə etdiyinə görə mədə xorası olan xəstələrə qəbul etmək
olmaz.
307
Böyrəküstü vəzin androgenləri. İnsanın bütün həyatı boyu
böyrəküstü vəzin torlu zonasında androgenlərin böyük miqdarı
hazırlanır. Androgenlər içərisində böyük aktivliyə testosteron ma-
likdir. Androgenlər arasında daha vacib olanı dehidroepian-
drosterondur. Qadınlarda bu androgen böyrəküstü vəzilərdə
fizioloji şəraitdə sintez olunur. Belə ki, bəzi patoloji vəziyyətdə
onu çoxlu miqdarda yumurtalıqlar sekresiya edir. Kişilərdə
androgenlərin 2/3 hissəsini toxumluqlar, 1/3 hissəsini isə
böyrəküstü vəzi sekresiya edir. AKTH-nun yüksək
konsentrasiyası nəinki qlükokortikoidlərin (az miqdarda
mineralokortikoidlər) həm də androgenlərin sintez və
sekresiyasını stimulə edir.
AKTH-nun yuxarıda sadalanan təsirləri adrenogenital
sindromun (həmçinin anadangəlmə hiperplaziya adlandırılır)
inkişafında mərkəzi rol oynayır. Bu xəstəlik zamanı kortizolun
yaranması müəyyən qədər və ya tamamilə ferment
çatışmazlığından blokada olunur. Yəni kortizolun normal
şəraitində həyata keçirilən «-» əks əlaqə iştirak etmir. Buna görə
hipotalamus çoxlu KRH sintez edir ki, bu da hipofizin çoxlu
AKTH sekresiya etməsinə gətirir.
Böyrəküstü vəzin ferment çatışmazlığı zamanı kortizol lazımi
miqdarda yaranmır, ancaq digər steroidlər artıq miqdarda
sekresiya olunur, o cümlədən androgenlər. Androgenlərin artıqlığı
qadın genotipinə malik döldə kişi genotipinin inkişafına gətirir.
Androgenital sindrom müxtəlif səviyyədə ola bilər və bəzi
hallarda aldosteronun aşağı sekresiyası ilə əlaqədar duzların
itirilməsi ilə müşayət olunur. Bəzən ferment çatışmamazlığı daha
gec yaşlarda əks olunur və xəstəliyin simptomları yalnız cinsi
yetişkənlik və ya onun qurtarmasından dərhal sonra (gecikmiş
adrenogenital sindrom) üzə çıxir. Elə hallar da məlumdur ki,
məlum olmayan səbəblərdən böyrəküstü vəzinin qabıq qatı
androgenlərin yüksək miqdarını sekresiya edir (çox vaxt
dehidroepiandrosteronu), halbuki, bu vaxt kortizolun sintezində
iştirak edən fermentlərin çatışmamazlığı əlaməti olmur.
Qadınlarda bu hallarda kişi tipli tüklənmə (virsutizm) və
downloaded from KitabYurdu.org
308
irilizosiyanın digər simptomları olur (klitorun böyüməsi və s.)
Mineralokortikoidlər. Onlar böyrəküstü vəzin yumaqcıqlı
zonada sintez olunurlar. Bu qrupun daha vacib nümayəndəsi
aldosterondur.
O, elektrolit mübadiləsinin və su balansının tənzimində iştirak
edir. Aldosteron böyrək kanalcıqlarında Na-un reabsorbsiyasını
artırır, hansı ki, əlaqə eyni zamanda aldosteron K
+
-un xaricə
buraxılmasına şərait yaradır. Anoloji təsiri o, bağırsaqlarda,
tüpürcək vəzilərində ionların və suyun nəqlinə göstərir.
Aldosteron ifrazı artdıqda böyrəklərdən natriumun geriyə
sorulması, bu isə öz növbəsində qanda və toxumalarda natrium
xlorun miqdarının çoxalmasına, sonuncu isə orqanizmdə suyun
çoxalmasına səbəb olur. Bu isə orqanizmdə osmotik və qan
təzyiqinin yüksəlməsinə səbəb olur. Bu hal odem və alkoloza
səbəb olur, ona görə də, bəzən mineralokortikoidləri «iltihab
hormonları» da adlandırırlar.
Qanda Na ionlarının artması aldosteronun sekresiyasını
ləngidir, azalması isə onu artırır. Bu funksiyalar hipotalamusun
nəzarəti ilə həyata keçirilir. Əgər hipotalamus cərrahi yolla
dağıdılarsa, Na və K ionlarının qanda azlığı və çoxluğu
mineralokortikoidlərin ifrazını dəyişmirlər. Hipotalamus aldos-
teron tənzimini vegetativ sinir sistemi və humoral yolla
tənzimləyir.
Aldosteronun sintez və sekresiyasının tənzimlənməsi bir neçə
yolla olur. Birincisi aldosteronun sekresiyası qanda Na-un çatış-
mamazlığı ilə və K-un yüksək miqdarı şəraitində artır. İkincisi
əgər qanda Na-un qatılığının azalması böyrəkdə qanaxma ilə mü-
şayət olunursa, böyrəklərin afferent damarlarının epitelial hücey-
rələri renin buraxır. Onun təsirilə angioenzinogendən (qaraciyərdə
yaranan qlobulin) angiotenzin I əmələ gəlir. Qanda və ağ-
ciyərlərdə olan və çevirici fermentlər adlandırılan peptidazaların
təsiri ilə dekapeptin angiotenzin I aktiv oktapeptid-angiotenzin II-
yə çevrilir. Hansı ki, bu əlavə amin turşu qalıqlarının ayrılmasın-
dan angiotenzin III-ə çevrilə bilər. Angeotenzin II iki təsirə
malikdir-damarların ayrılmasını və aldosteronun sekresiyasını
309
stimulə edir. Aldosteron distal kanalcıqlarında və yığıcı boru-
cuqlarında Na-un reabsorbsiyasını artırmaqla böyrəklərdə suyun
saxlanılmasını artırır.
Reninin sekresiyası, həmçinin katexolaminlər və peptidlərin
böyrəküstü vəzinin beyin qatından ifrazı ilə həyata keçirilə bilər.
Reninin sekresiyasına karotid sinusunda yerləşmiş baro reseptor-
ların qıcıqlanması, həmçinin simpatik sinir sistemini stimulə edən
digər daxili və ya xarici faktorlar səbəb ola bilər.
7.9. Steroid hormonların qısa xarakteristikası
Quruluşu və sintezi. Steroid hormonlar lipid təbiətli
birləşmələrdir. Bütün steroidlərin sələfi xolesteroldur. Desmo-
plazmanın ferment sisteminin təsiri ilə xolesterolun yan
zəncirlərinin parçalanması nəticəsində steroid hormonların hamısı
üçün ümumi olan sələf-preknenolon yaranır ki, o, zəif progesteron
təsirə malikdir. Preqnenolon steroidlərin biosintezinin aralıq
məhsuludur və qanda praktiki olaraq tapılmır. Yumurtalıqda o
proqesterona çevrilir. Proqesteronun çox hissəsini sarı cisim və
plasenta hüceyrələri sekresiya edir. Esterogenlərin sintezi
androgenlərin mütləq əmələ gəlməsini (aralıq məhsul kimi) təmin
edir. Böyrəküstü vəzinin qabığında preqnenolon digər steroidlərə
– mineralokortikoidlərə və androgenlərə çevrilir. Bütün
androgenlər harada – böyrəküstü vəzi, toxumluq və yumurtalıqda
əmələ gəlməsindən asılı olmayaraq steroidlərdilər.
Sintezi, nəqliyyatı və parçalanması. Digər hormonlar steroid
hormonların sekresiyasını tənzimləyir. AKTH böyrəküstü
vəzilərin qabıq maddəsi tərəfindən kortizolun sintez və buxarlan-
masını və androgenlərin sintez və sekresiyasını stimulə edir. An-
giotenzin (II) böyrəküstü vəzinin qabıq maddəsindən aldostero-
nun sintezi və qana buraxılmasını stimulə edir. FSH və LH
estrogenlərin və progesteronun yumurtalığın qranulez
hüceyrələrində sintezinin artmasına səbəb olur. LH toxumluğun
interstnal hüceyrələrində testosteronun yaranmasını stimulə edir.
Bütün lipidlər kimi steroidlər suda pis həll olur, ona görə
downloaded from KitabYurdu.org
310
qanda onlar plazmanın zülalları ilə qeyri-kovalent birləşir, ancaq
steroidlərin qanda miqdarı sərbəst şəkildə olur və bu sərbəst frak-
siya bioloji aktivliyə malikdir. Bəzi steroidlər yalnız hədəf
hüceyrələrinə daxil olduqdan sonra aktiv birləşmələrə çevrilir.
Belə ki, məsələn, testosteron bu strukturların hüceyrələrində 5-
alfa-dihidrotestosterona çevrildikdən sonra aktivliyi əldə edir.
Eyni zamanda əks əlaqə prinsipi üzrə mərkəzi sinir sisteminə
siqnal testosteronun özü ilə təmin olunur. Burada o, testosteronun
reseptorları ilə birləşir. Həm dişi, həm erkəklərin mərkəzi sinir
sistemində testosteronu aromatlaşdıran fermentlər – aromatozalar
mövcuddur. Qandakı steroid hormonların əsas hissəsi hədəf
hüceyrəsi ilə təsirdə olur və qlukuronidə çevrilməsi nəticəsində
inaktivləşir. Hormonlar bu səkildə suda yaxsı həll olur və
böyrəklərlə xaric oluna bilir.
Böyrəküstü vəzinin qabıq maddəsinin hipofunksiyası zamanı
Adisson xəstəliyi inkişaf edir. Bu xəstəliyi 1855-ci ildə ingilis
alimi Tomas Adisson öyrənmişdir və onun adı ilə Adisson
xəstəliyi adlanır. Dəri kəskin piqmentləşdiyi üçün bürünc və ya
tunc xəstəliyi də adlanır. Bu xəstəlik zamanı dəri tunc rəngində
olur. Adisson xəstəliyi orqanizmdən külli miqdarda duzların xaric
olunması, hüceyrədən kənar maye həcminin azalması, qanaxma-
lar, əsəbilik, iştahın itməsi, qanda qlükozanın miqdarının azal-
ması, dəridə külli miqdarda melanin piqmentinin toplanması,
eləcə də mədə-bağırsaq traktı funksiyaları müxtəlif cür pozulması
ilə xarakterizə olunur.
7.10. Mədəaltı vəzi
Mədəaltı vəzi qarışıq vəzilərdən olub, axacaqları olan hissəsi
həzm şirəsi, axacaqları olmayan hormon hazırlayır. Hormon
hazırlayan hüceyrələr vəzidə adacıqlar şəklində paylanmışdır. Bu
adacıqlar onları 1869-cu ildə ilk dəfə kəşf etmiş alimin adı ilə
Langerhans adacıqları adlanır.
1889-cu ildə alman alimləri Merinq və Minkovski mədəaltı
vəzinin xarici sekresiya fəaliyyətinin həzm prosesində rolunu
311
öyrənmək məqsədilə ilk dəfə vəzini itin bədənindən ekstripatsiya
etmişlər. Bu zaman diabet xəstəliyinin əlamətlərini müşahidə
etmişlər. Belə ki, qanda qlükozanın miqdarı artır, sidiklə şəkər
ifraz olunmağı başlayır. Mədəaltı vəzini yenidən bədənə trans-
plantasiya etdikdə diabetin əlamətləri yox olmuş, qanda qlükoza-
nın səviyyəsi normallaşmışdır.
Şəkərli diabet xəstəliyinin əsas əlaməti qanda şəkərin
miqdarının normadan (80-120 mq% və ya 4,44-6,66 mmol/l-dən)
çox olmasıdır. Çox olmasına, hiperqlikemiya, az olmasına hipo-
qlikemiya deyilir.
Diabet zamanı orqanizmdən xaric olan sidiyin miqdarı xeyli
artır ( poliuriya), bu xəstələr çox su içirlər (polidipsiya). Mədəaltı
vəzin hormonunu almaq o qədər də asan olmamışdır. Belə ki, ilk
dəfə 1923-cü ildə rus alimi L.V.Sobolyevin təklif etdiyi üsulla
(mədəaltı vəzin onikibarmaq bağırsağa açılan axacaqlarını bağ-
lamağı təklif etmişdir) Kanada alimi Bantiq və tələbəsi Best
Langerhans adacıqlarından insulin preparatını aldılar.
Orqanizmdə insulin çatışmamazlığı qanda qlükozanın
miqdarının kəskin şəkildə çoxalması ilə nəticələnərək, şəkər dia-
beti xəstəliyinin inkişaf etməsinə şərait yaradır. Diabet xəstəliyinə
yoluxan xəstələrdə qanda külli miqdarda şəkərin olmasına bax-
mayaraq orqanizmin toxumaları onu mənimsəməyərək, əsas enerji
mənbəyi olan qlükozaya qarşı daima çatışmamazlıq hiss edirlər.
Bu orqanizmin digər enerji mənbəyi olan yağlarla zülallardan
istifadə olunması ilə nəticələnir.
Mədəaltı vəzin hormonları. Qanda şəkərin normal
səviyyəsinin saxlanmasında iştirak edən hormonlar – insulin, qlu-
kaqon və samotostatin-mədəaltı vəzin Langerhans adacıqlarında
(alfa, beta, qamma hüceyrələr adlanan hüceyrələrdə) sintez olunur.
Adacıqların 60%-i insulin hazırlayan beta hüceyrələr, 25%-i qlu-
koqon sintez edən alfa hüceyrələr, 15%-i samostatin sintez edən
qamma hüceyrələrdir. Qeyd olunan hormonların sekresiyasını
müəyyən edən tənzimləyicilər və sekresiyanın qida maddələrindən
və parakrin təsirindən asılılığı şəkil 7.15-də göstərilib. Adacıq
hüceyrələrinin normal fəaliyyəti üçün tireoid və cinsi hormonların,
downloaded from KitabYurdu.org
312
həmçinin kortikosteroidlərin normal səviyyəsi vacibdir.
Qanda qlükoza və amin turşuların miqdarının yüksək olmasına
cavab olaraq insulinin sekresiyası stimulə olunur və adrenalin
onun azalmasına təsir edir. Alfa hüceyrələrin sekretor aktivliyi
qanda qlükozanın yüksək qatılığı ilə zəifləyir və onun azalmasilə
stimulə edilir. Amin turşuları qlükozaya nisbətən əks təsir
göstərir. Alfa hüceyrələr tərəfindən sekresiya edilən qlükaqon
parakrin yolla təsir edərək beta hüceyrələr tərəfindən insulinin
sekresiyasını zəiflədir. Samatostatinin sekresiyası qlükozanın,
amin turşularının və yağ turşularının, həmçinin mədə-bağırsaq
sisteminin hormonlarının yüksək səviyyəsi ilə stimulə edilir.
Samotostatin parakrin yolla beta hüceyrələr tərəfindən insulinin
sekresiyasını zəiflədir. Mədəaltı vəzin hormonları haqqında
cədvəl 7.1-də daha ətraflı məlumat verilmişdir.
Şəkil 7.15. Adacıq hüceyrələrinin fəallığının tənzimi.
313
Cədvəl 7.1
Mədəaltı vəzinin hormonları və onların mübadilə
proseslərinə təsiri
Vəz Hüceyrələri Hormonları
Təsir yeri
Fizioloji effekti
M
əd
əal
tı
v
əzi
β-betta
insulin
bütün
orqanizm
Orqanizmin bütün
hüceyrələrində qlükozanın
mənimsənilməsini tənzim edir,
sinir hüceyrəsi müstəsnalıq
təşkil edir.
α-alfa
qlükaqon qaraciyər
Qlükogenin qlükozaya
çevrilməsini təmin edir.
γ-qamma
samostostatin hipofiz
və
digər
toxumalar
Boy hormonun, insulin,
qlükaqon, mədə-bağırsaq
traktının peristatikasını
zəiflədir. Həzm sisteminin
aktivliyini zəiflədir.
vəzi
axacaqlarının
epitelindən
lipokain qaraciyər Yağ turşularının oksidləşməsini
və mənimsənilməsini təmin
edir
vaqotonin
MSS, sümük
sistemi
Parasimpatik S.S. fəal eretro-
poezi təmin edir.
sentropenin
Tənəffüs
mərkəzini
oyadır,
bronxları
genəldir
Bronxları genəldir, oksigenin
daşınmasını artırır.
Langerh
ans
ad
ac
ıqlar
ı
kallikrein
Əzələ, dəri,
qaraciyər
Arterial və kapilyarların
mənfəzinin genəldir.
retardin
Hiperfunksiyasında fəaliyyətini
ləngidir.
7.11. Insulin. Kimyəvi quruluşu və qanda
şəkərin səviyyəsinə təsiri
Mədəaltı vəzinin beta hüceyrələrində yaranan insulin iki
zəncirdən ibarət polipeptiddir. A zənciri 21 amin turşu qalığından
ibarətdir və 30 amin turşusundan ibarət B zənciri ilə disulfid
körpücüyü ilə birləşir. Müxtəlif növ heyvanların insulini amin
turşu tərkibinə görə yalnız azca fərqlənir və eyni bioloji təsirə
malikdirlər. İnsulinin qanda miqdarı normada 0,8-1,0 q/l-dir. Kar-
downloaded from KitabYurdu.org
314
bohidrat qəbul etdikdən sonra qanda şəkərin səviyyəsinin artması
insulinin mədəaltı vəzindən qana xaric olmasına səbəb olur.
İnsulinin təsiri ilə orqanizmin, demək olar ki, bütün hüceyrələri
tərəfindən qlükozanın udulması artır və onun qanda qatılığı
yenidən azalır.
Qlükozanın normal qatılığında (təxminən 100 mq/100 ml)
plazmada insulin demək olar ki, praktiki olaraq tapılmır, ancaq
qanda şəkərin miqdarının artması ilə insulinin qatılığı fizioloji
şəraitdə birdən qalxır.
İnsulinin qaraciyərdə qlükoza mübadiləsinə təsiri. Qaraciyər
qlükozanı ehtiyat şəkildə saxlayan orqanizmin orqanlarından
biridir. Qlükoza qaraciyər hüceyrələrinə sərbəst diffuziya edə bilər
və qanda onun səviyyəsi azaldıqda ordan sərbəst çıxıb qana daxil
ola bilər. Qaraciyər hüceyrələrində insulinin təsiri ilə qlükoza qlü-
kogenə çevrilir və onun qandakı miqdarı azalır. İnsulinin əsas
biokimyəvi effektliyindən biri qaraciyər hüceyrələrinə daxil olan
qlükozanın fosforlaşmasını katalizə edən qlükakinazanın
aktivləşdirməsidir. İnsulin digər fermentləri də aktivləşdirir, o
cümlədən, fosfofruktokinazanı və qlikogensintetazanı aktivləşdirir,
hansı ki, onlar fosforlaşmış qlükozanın qlükogen əmələ gəlməsi ilə
polimerləşməsini təmin edir. Bunun köməyi ilə insulinin yüksək
səviyyəsi qlükogenin qaraciyərdə qatılığını təmin edir (şəkil 7.16).
Şəkil 7.16. Qanda insulinin qatılığının qlükozadan asılılığı.
315
Qida qəbulundan sonra qlükogenin tez sintezi və
qlükogenolizin zəifləməsi hesabına qanda artan qlükozanın
qatılığı tez normal səviyyəyə qayıdır və insulinin də miqdarı
normallaşır. Orqanizmə enerji lazım olanda qlükogen yenə də
qlükozaya çevrilir. İnsulinin qanda qatılığı bu dövrdə çox azalır.
Ona görə fosforelaza fəal vəziyyətdə olur və qlükogeni
qlükozafosfata çevirir, hansı ki, qlükozafosfataza ilə defosforlaşır.
Bu vaxt yaranan qlükoza hüceyrədən diffuziya yolu ilə sərbəst
xaric ola bilər. Bu şəkildə qanda qida qəbulundan digər qida
qəbuluna qədər keçən vaxt müddətində qlükozanın daimi
səviyyəsi sabit saxlanılır. Normal qidalanmada qida ilə qəbul
olunan qlükozanın 60%-i müvəqqəti qaraciyərdə saxlanılır, sonra
qanda şəkərin miqdarı qlükogenin parçalanması ilə tez azad olub
qana daxil olur.
İnsulinin əzələ hüceyrələrində qlükoza mübadiləsinə təsiri.
İnsulinin qanda aşağı miqdarı zamanı əzələ hüceyrələri qlükoza
üçün keçirici deyil və bütün lazım olan enerjini yağ turşularının
oksidləşməsindən alırlar.
Qanda qlükozanın səviyyəsinin qalxması ilə insulinin
qatılığının artması (qida qəbulundan sonra) əzələ hüceyrələrini
qlükoza üçün keçirici edir. Sonra əzələ hüceyrəsində bu
qlükozadan enerji mənbəyi kimi istifadə olunur. Lakin yüksək
əzələ aktivliyi zamanı hüceyrə membranı insulinin iştirakı
olmadan da qlükoza üçün keçirici olurlar. Bu halda işləyən
əzələnin energetik substrat kimi qlükozaya olan təlabatı insulinin,
hətta bazal səviyyəsində belə (ən az) təmin olunur. Bu mexanizm
incəliyinə qədər hələlik öyrənilməyib. Belə ki, qida qəbulundan
dərhal sonra, əzələlər fəal vəziyyətdə olmadığı halda yəni insulin
və qlükozanın yüksək qatılığında belə onlarda da qlükogenin bir
hissəsi saxlanılır. Yüksək tələbat zamanı bu qlükogen yenidən
qlükozaya çevrilir və əzələ hüceyrələri tərəfindən istifadə olunur.
Bir qayda olaraq qlükoza qana lazım olanda əksinə olaraq
buraxılmır və qida qəbulundan sonra qanda şəkərin səviyyəsinin
tənzimlənməsində rol oynayır. İnsulin əzələ hüceyrələrinin
downloaded from KitabYurdu.org
316
səthindəki reseptorlarla əlaqəyə girərək qlükozanın membran
vasitəsi ilə daşınma mexanizmini fəallaşdırır.
Sinir hüceyrələrində qlükozanın mübadiləsi. Mərkəzi sinir
sisteminin hüceyrələri enerjiyə olan yüksək tələbatını demək olar
ki, tamamilə qlükoza hesabına təmin edirlər. Belə ki, onun
istifadəsi insulindən asılı deyil. İnsulin bu hüceyrələrin
membranlarının qlükoza üçün keçiriciliyinə təsir etmir və bu
hüceyrələrin ferment sistemini fəallaşdırır. Mərkəzi sinir
sisteminin özünə lazım olan enerjinin qlükozanın
oksidləşməsindən alması faktı nəyə görə qanda qlükozanın
qatılığının kritik səviyyəsindən aşağı düşməsi (0,5-0,2 q/l)
nəticəsində yaddaşın zəifləməsi və hətta komaya gətirə bilən
hipoqlikemik şokun yaranmasını başa düşməyə imkan verir.
Bədənin əksər digər hüceyrələri insulinə cavabı əzələ hüceyrələri
kimi verir.
Dostları ilə paylaş: |