7.14. Hipofizin ön payının endokrin funksiyaları
Hipofizin ön payının sistemi. Embriogenezdə hipofizin ön
payı birincili ağız boşluğunun damının çıxıntısından formalaşır.
Bu boşluq Ratki cibi adlanır. Embrional inkişaf prosesində çıxıntı
kəllənin daxilində yerləşir. Bu müəyyən patofizioloji əhəmiyyətə
malikdir. Bu da onunla bağlıdır ki, embrional toxumaların çıxıntı-
ları birincili ağız boşluğundan türk yəhərində yerləşən son yerinə
qədər olan yolda qalıb sonrakı yaşlarda şişlərə başlanğıc verə
bilər. Neyroendokrin struktur kimi deyil, ektodermal struktur kimi
formalaşan hipofizin ön payı vəzili epitel xarakterinə malikdir.
Adenohipofiz adı da buradan götürülüb. Sadə histoloji metodların
329
köməyi ilə adenohipofizin 3 tip hüceyrədən əmələ gəldiyini
müəyyən etmişlər.
1. Asidofid hüceyrələr – turş rənglə boyanır. Samotrop və
prolaktin hormonlarını sintez edirlər.
2. Bozafil hüceyrələr – qələvi rənglə boyanır. Adrenokor-
tikotrop, triotrop və qonadotrop (follikulu stimulə edən və
lüteyinləşdirici) hormonlar hazırlayır.
3. Neyrofil-hüceyrələr və ya xromofob hüceyrələr, praktiki
olaraq heç bir rəngləyici ilə boyanmırlar. Hormon ifraz etmirlər
və bazafil hüceyrələrin sələfi sayılırlar. Ön payın bütün hor-
monları zülal təbiətlidir.
Beləliklə, ön pay 6 hormon hazırlayır. Onlar aşağıdakılardır
(cədvəl 7.2):
Cədvəl 7.2
Qısaldılmış adı Tam
adı
Hədəf orqanı
Qlandotrop hormonlar
1. AKTH
Adenokortikotrop hormon Böyrəküstü vəzin
qabığı
(kortikotropin)
2. TTH
Tireotrop hormon
(tireotropin)
Qalxanabənzər vəzi
3. FSH
Follikulstimulə edən
hormon
Qonadalar
4. LH
Lüteinləşdirici hormon
Qonadalar
Effektor hormonlar
5. Prolaktin
Prolaktin
Süd vəzi, qonadalar
6. BH
Boy hormonu
samototropin
Orqanizmin bütün
hüceyrələri
Qlandotrop hormonlar. Bu 4 hormonun hədəf orqanı endokrin
vəzilər olduğu üçün onları qlandotrop hormonlar adlandırırlar. Bu
hormonlar vəzilərin aktivliyini stimulə edir. Hədəf orqanlarından
biri də qalxanabənzər vəzidir ki, aktivliyi TTH ilə stimulə edilir.
AKTH isə böyrəküstü vəzin qabıq maddəsini stimulə edir. FSH və
LH isə qonadotropin hormonudur. Bunlardan biri follikulların
downloaded from KitabYurdu.org
330
yetişməsini, digəri isə follikulların partlamasını, ovulyasiyanı və
sarı cismin əmələ gəlməsini təmin edir. Bu 2 hormon qadınlarda
yerinə yetirdiyi funksiyalara görə bu cür adlandırılıb. Lakin bu
hormonlardan (FSH) kişilərdə isə spermanın yetişməsində mühüm
rol oynayır. LH testesteronun sintezini stimulə edir. TTH, LH,
FSH-qlükoproteindirlər, yəni karbohidrat qalıqları saxlayırlar.
Effektor hormonlar. 4 hormondan əlavə adenohipofiz 2
hormon da hazırlayır ki, bunlar ayrı-ayrı vəzilərə deyil, orqanlar
sisteminə və hətta orqanizmə bütövlükdə təsir edir. Bu hor-
monlardan biri STH-samototrop hormon, samototropin, II-
prolaktindir – o, laktasiyada iştirak edir. Belə ki, onun spesifik
reseptorları təkcə süd vəzilərində deyil, digər orqanlarda da
tapılıb. Prolaktinin bu orqanlara təsir etməsi hələlik məlum deyil.
Siçovullarda prolaktin luteyinotrop təsir göstərir, ona görə onu
lynteotrop hormon adlandırırlar. Lakin insanda o, belə təsirə
malik deyil, ona görə bu addan istifadə etmirlər.
Adenohipofiz MSS tərəfindən innervasiyaya malik olunmasına
baxmayaraq, onun aktivliyi – hipotalamus ilə nizamlanır. Hipofizin
sinir hüceyrələrində müəyyən maddələr hazırlanır – bunlar kimyəvi
informasiyanın daşıyıcıları olub, hüceyrələrin fəallaşması zamanı
akson terminallarından xaric olur. Akson terminalları ixtisaslaşmış
damar sistemi-qapı sistemi yaxınlığında (hipofizin) yerləşir, hansı
ki, bu hipotalamus və hipofizi əlaqələndirir. Bu sistemlə hipota-
lamik neyronlardan buraxılan kimyəvi maddələr hipofizin ön pay-
ına daşınır (şəkil 7.22). Hipofizdə onlar ya hipofizar hormonun sek-
resiyasını təmin edir (bu halda həmin maddələrə rilizinq faktoru
(RF) və ya rilizinq hormonu (RH) deyilir, ya da onun sekresiyasını
zəiflədir (bu halda onlara ingibirləşdirici faktor və ya hormon (İF,
İH) deyilir. Digər nomenklaturaya görə rilizinq faktoru liberinlər,
ingibirləşdirici faktoru isə statinlər adlandırırlar.
331
Şəkil 7.22. Adenohipofizar hormonların sekresiyasının (aşağı
düzbucaqlılar) hipotalamus (yuxarı düzbucaqlılar) tərəfindən
nizamlanmasının əsas prinsipləri.
Əvvəllər hesab edirdilər ki, hər bir trop hormonun sekresiyasını
özünün spesifik rilizinq-hormonu stimulə edir və bu hormonların ad-
landırılmasında öz əksini tapıb: tireotropin-rilizinq-hormon (TRH),
kortinotropin-rilizinq-hormon (KRH), lüteinləşdirici hormonun
RH-u (LH-RH), follikul-stimuləedici hormonun rilizinq hormonu
(FSH-RH). İndi müəyyən olunub ki, trop hormonların
tənzimlənməsi mürəkkəbdir. Göstərilib ki, hipotalamusdan
buraxılan dekapeptid LH və FSH-ın sekresiyasını stimulə edir. Ona
görə əvvəllər LH-RH adlandırılması indi qonadotropin-rilizinq-hor-
monu (QTRH) ilə əvəz olunub. 2 effektor hormonun sekresiyasının
tənzimlənməsi birdən çox hormonla requlyasiya olunur. BH-un
sekresiyası RH (BH-RH) və ingibirləşdirici hormonla (BH-İH)
tənzimlənir. İlk dəfə BH-RH-nun strukturu açıqlananda, müəllif
ona samatostatin adı verdi. Prolaktinə gəldikdə isə onun sekresiyası
çoxdan məlum olduğu kimi hipotalamik prolaktin-ingibirləşdirici
hormon və ya faktorla (PİF) tənzimlənir (cədvəl 7.3). PİF onunla
seçilir ki, o peptid deyil, biogen amindir-dofamin. O, prolaktinin
downloaded from KitabYurdu.org
332
sekresiyasını güclü təzyiq altına alır. Bununla yanaşı prolaktinin
sekresiyasının tənzimində güman ki, peptidlər də rol oynayır. (tir-
eotropin-rilizinq hormon TRH, vazoaktiv intestinal polipeptid
(VST) və angiotenzin 2, B(beta)-endorfin) (şəkil 7.21).
Cədvəl 7.3
Hipofizotrop hormonlar
Qısa adı Tam
adı Digər adı
Nəyə
təsir edir
Rilizinq hormonlar
TRH Tireotropin-rilizinq
hormon Tireoliberin TTH
Lüteinləşdirici hormon
Lyuliberin
LH və FSH
LH-RH
rilizinq hormonu
(qonadoliberin)
KRH Kortikotropin-rilizinq hormonu
Kortikoliberin AKTH
BH-RH Boy hormonun rilizinq hormonu Samatoliberin
HB
PRL-RH Prolaktinin
rilizinq
hor^fiO^ Prolaktoliberin
PRL
İngibirləşdirici hormonlar
BH-İH
Boy hormonun inqibirləşdirici
hormonu
Samatostatin
HB
PRL-İH Prolaktin hormonunun
Prolaktostatin
PRL
(PİF)
İngibirləşdirici hormon (faktor)
7.15. Hipotalamusun hormonların formalaşmasına
təsir edən faktorlar
Hipotalamusun RH və İH hazırlayan neyronları çoxsaylı ekstra
və intrahipotalamik neyronlarla innervasiya olunur. Daha çox güclü
impulslar orta beyindən noradrenerqemik, adrenerqik,
seratoninerqik neyronlarla, həm də xüsusilə limbik struktur,
badamabənzər nüvə və hipokampadan gəlir. Bu innervasiya xarici
və daxili təsirləri inteqrasiya etməyə (əsas etibarı ilə orta beyindən)
və emosional stimulu neyroendokrin tənzimləməyə (əsas etibarı ilə
limbik sistem ilə) imkan verir. Öz növbəsində orta beyin və limbik
sistem hipotalamusdan afferent siqnallar alır, nəticədə informasi-
yanın resiprok mübadiləsi gedir. RH və İH-nun formalaşması da
əks əlaqə prinsipi ilə tənzimlənir və hipofizar hormonların
konsentrasiyasından və ya onların təsir nəticəsindən asılıdır.
Hipofizin ön payında geniş fəaliyyət spektrinə malik bir sıra
333
hormonlar əmələ gəlir. Onlardan bir çoxları digər daxili sekresiya
vəzilərinə nisbətdə kəskin şəkildə ifadə olunmuş troplu effektə
malik olurlar (honadotron, tireotrop, adrenokortikotrop hormonlar
və b.).
Samototrop hormon (STH) – boy artımı hormonu olub,
müxtəlif heyvanlarda müxtəlif molekulyar kütləyə malik zülal
kimi çıxış edir. STH sümüklər ilə bütün orqanizmin inkişafını
stimullaşdırır. O, zülalın sintezini sürətləndirərək, amin
turşularının parçalanması proseslərini ləngidir. Bu orqanizmdə
azotun yubanmasına, su ilə duzların miqdarının artmasına, yağ
tərkibinin azalmasına yardım edir. STH zülalın sintezinə
stimullaşdırıcı
təsir göstərərək, laktasiya prosesinin
tənzimlənməsində iştirak edir. STH periostal sümükləşməni,
qığırdaq toxumasının proliferasiyasını və hipofizar zonada
sümüyün
əmələ
gəlməsini stimullaşdıraraq, sümüklərin
uzunluğunun artmasına şərait yaradır. Buna görə də, bu hormonun
yüksək ifrazat səviyyəsi qiqantizmin inkişafına şərait yaradır
(insanın boyu 2 m olur).
Hipofizin ön hiperfunksiyası boyun sürətlə artmasına -
qiqantizmə (nəhəngboylu) səbəb olur; Belə adamların boyu 2,5-2,6
m-ə çatır, yəni normal adamın boyundan 1,5 dəfə çox olur.
Skeletin quruluşunda umumi mütənasiblik pozulur, əzələlər
adətən süst və zəif olur. Çox zaman cinsi fəaliyyət zəifləməklə
xarici cinsiyyət orqanları çox inkişaf edir.
STH heyvanın boy artımı proseslərinə təsiri orqanizmə
hipofizar toxuma ekstraktının daxil edilməsi zamanı təsdiq olunur
– bu zaman hiss olunan şəkildə boy artımı baş verir. Yaşlı insanda
boy hormonunun külli miqdarda ifrazı akromeqaliyanın –
sümükləşmə prosesinin başa çatmayan sahələrdə ayrı-ayrı
sümüklərin qeyri-mütənasib artımına səbəb olur. Əksər hallarda
əl, daban, çənə, almacıq sümüklərinin qeryi-mütənasib şəkildə
inkişafına rast gəlinir. Hipofizar nəhənglərdə olduğu kimi
akromeqaliyaya yoluxmuş xəstələrdə də hipofizin ön payı
hormonları ilə tənzimlənən daxili sekresiya funksiyalarının
pozulması müşahidə olunaraq, cinsiyyət vəzilərinin daxili
downloaded from KitabYurdu.org
334
sekresiya funksiyalarında, şəkər diabeti ilə nəticələnən mədəaltı
vəzinin insulyar toxumasında çatışmazlıq inkişaf edir.
Orqanizmin böyümə dövrü qurtardıqdan sonra, yəni yaşlılarda
samotrop hormon artarsa, aktomeqaliya xəstəliyi baş verir (şəkil 7.23).
Şəkil 7.23. Akromeqaliya
Bu xəstəlik zamanı burun uzanır, dodaqlar və yanaqlar xeyli
qalınlaşır, dil böyüyərək ağıza sığmır, daxili orqanlar (qaraciyər,
ürək və s.) da böyüyür.
Ön payın piy mübadiləsini tənzim edən hormonu azaldıqda
müəyyən nahiyələr, məsələn, qarında, budlarda, çiyində artıq
dərəcədə piy toplanır və hipofizar piylənmə adlanan xəstəlik baş
verir (şəkil 7.24).
Şəkil 7.24. Hipofizar piylənmə. 40 yaşlı qadında.
335
Somatotrop hormon boyun inkişafına təsir edir. Onun çatış-
mazlığı yaşdan asılı olaraq müxtəlif dəyişikliklər törədir.
Uşaqlarda hipofizin ön payının hipofunksiyası boyun inkişafını
ləngidir. Belə adamlara hipofizar karliklər (cırtdanboy) deyilir
(şəkil 7.25).
Onların sümükləri böyümür, maddələr mübadiləsi zəifləyir,
cinsiyyət orqanları inkişaf etmir, onlar ağıllı olur, sənətlərə
yiyələnirlər. Karlik qadınlar isə hamilə olmur.
Yeni anadan olmuş küçüklərdə boy inkişafı çox zəif olur (şəkil
7.26). Ağır xəstəliklər nəticəsində bəzən doğuşdan sonra qadınlarda
hipofizar kaxeksiya həddən artıq arıqlama müşahidə edilir (şəkil
7.27).
Hipofizin ön payından cinsiyyət vəzilərinə təsir göstərən
qonadotrop hormonun sintezi artdıqda vaxtından əvvəl cinsi
yetişkənlik müşahidə edilir (şəkil 7.28). Qonadotrop hormonu
cinsiyyət vəzilərinin vaxtında inkişaf etməsinə şərait yaradır.
Şəkil 7.25. Hipofizar hün-
dürboylu (qiqant) və cırtdan-
boylu (karlik). 1. 14 yaşlı
hipofizar karlik (boyu 100
Şəkil 7.27. Hipofizar kaxeksiya
downloaded from KitabYurdu.org
336
sm); 2. 14 yaşlı normal
boylu uşaq; 3. 13 yaş 10
aylıq xəstə hipofizar qiqant
uşaq (boyu 186,8 sm.).
Şəkil
7.26.
Eyni
vaxtda
doğul-
muş iki it
(12 ay-
lıq):
solda –
2,5 ay-
lığında
hipofizi
çıx-
arılmış,
sağda –
normal
it.
STH sekresiyası
prosesinin tənzim-
lənməsində hipotalamus
iştirak edir.
Hipofizin ön payında
qalxanabənzər vəzi
hormonlarının ifraz ol-
unmasını tənzimləyən
tireotrop hormon əmələ
gəlir. TTH proteazları
fəallaşdıraraq,
qalxanabənzər vəzidə
Şəkil 7.28. 5 yaşlı qızda vaxtından əvvəl cinsi
yetişkənlik.
337
tireoqlobumin
parçalanmasını artıra-
raq, bununla da tiroksin
ilə tripodtironinin qana
ifraz olunmasına səbəb
olur. TTH-nin təsiri alıt-
nda qalxanabənzər
vəzinin hüceyrələrində
yodun udulması çoxalır.
Hipofizin ön payında
hasil olunan AKTH-nin
təsiri altında yalnız
böyrəküstü vəzi
qabığının
qlükokortikoidləri
tənzim olunur. AKTH-
nin ifraz olunması
prosesi hipofizdə hipo-
talamus vasitəsilə
tənzimlənir. Hipotala-
mus isə öz növbəsində
qanda
kortikosteroidlərin təsiri
altında olur.
Hipofizin bazofil hüceyrələri tərəfindən hasil olunan
follikulustimullaşdıran hormon qükoproteiddir. FSH dişilərin
yumurtalığında follikulların artımını təmin edərək, erkəklərin
xayalığında spermatazoidlərin əmələ gəlməsi prosesinin
stimullaşdırır.
Qonadotrop hormonların (FSH və LH) sintezi hipotalamus
vasitəsilə tənzimlənir.
Prolaktin zülalı qırmızı rəngli asidofil hüceyrələrdə əmələ gəlir.
LTH-nin təsiri altında sarı cismin mövcudluğu dəstəklənərək, onun
vasitəsilə progesteronun sekresiyası prosesi fəallaşır. LTH cinsiyyət
hormonlarının fəaliyyətinin gücləndirərək, süd vəzilərinin inkişafına
downloaded from KitabYurdu.org
338
yardım edərək, qalxanabənzər vəzi hormonu və kortikosteroidlər ilə
birlikdə normal laktasiya prosesini təmin edir. Bununla bərabər
prolaktin ailə instinktini və davranış tərzini dəstəkləyir.
Prolaktin məməlilərdən başqa, bütün onurğalı heyvanlarda
hipofizin aralıq payının melanposit stimullaşdırıcı hormonu ilə
birlikdə melanin piqmentinin müvafiq şəkildə çökməsi sayəsində
dəri örtüklərinin rənginin tənzimlənməsində iştirak edir.
Hipofiz LTH-nin təşkili prosesinin tənzimlənməsində
hipotalamusun strukturu iştirak edir.
Beləliklə, hipofiz sinir-humoral tənzim sisteminə daxil olaraq,
qayıdan əlaqə prinsipi üzrə işləyir, avtomatik şəkildə müvafiq
vəzilərdə hormon ifrazını lazımi səviyyədə saxlayır. Hipofizin ön
payı simpatik sinir lifləri ilə təchiz olunur. Simpatik sinirlər vəzi
hüceyrələrinin sekretor fəallığını deyil, əsasən damar mənfəzini
tənzim edirlər. Hipofizin ön payının fəaliyyətinin tənzim
mexanizmində onun hipotalamusla ümumi olan qan təchizatı
böyük əhəmiyyətə malikdir. Hipotalamusun sinir hüceyrələrində
əmələ gələn fizioloji aktiv maddələr qanla hipofizin ön payına
çataraq onun sekretor fəaliyyətini tənzim edir. Beləliklə, hipofizin
ön payının daxili sekresiyası hipotalamusun nüvələri ilə tənzim
olunur. Lakin bu tənzim təsiri sinirlə deyil, humoral yolla verilir
(şəkil 7.29,A). Hipofizin arxa payının ön payından fərqli olaraq
hipotalamusun nüvələri ilə bilavasitə sinir əlaqəsi vardır. Həmin
sinir hüceyrələrinin aksonları hipofizin ayaqcıqlarına daxil olur və
arxa payda qurtarır (şəkil 7.29,B).
Şəkil 7.29. Hipofizin ön payının hipotalamusla damar əlaqəsi (A) və
339
hipofizin arxa payının hipotalamusla sinir əlaqəsinin (B) sxemləri: 1-
ara beyin; 2-mamilyar cism; 3-görmə siniri çarpazı; 4-hipofizin ön
payı; 5-hipofizin arxa payı; 6-hipotalamusun paraventikulyar nüvələri;
7-supraoptik nüvə; 8-hipotalamo-hipofizar trakt; 9-arteriya; 10-ilk
kapilyar tor; 11-hipotalamo-hipofizar qapı venası.
Hipofizin ön payı digər endokrin vəzilərin işini tənzimləyən bir
sıra vacib hormonal maddələr ifraz edir (şəkil 7.30).
Şəkil 7.30. I-böyrəküstü vəzin qabıq maddəsi, II-qalxanabənzər vəzi,
III-toxumluq, IV-yumurtalıq, V-süd vəziləri, VI-sümüklər, VII-süd
vəziləri və uşaqlıq boruları, VIII-böyrəklərin süzmə borucuqları. 1-
adrenokortikotropin hormon (AKTH), 2-Tiroid tənzimi hormonu
(TTH), 3-qonadotropin hormonlar (FSH və LH), 4-qonadotropin
hormanlar, folukultənzimedici hormon (FSH), lüteinləşdirici hormon
(LH), 5-prolaktin (LTH), 6-böyümə hormonu (GH), 7-oksitosin, 8-
antidiüretik hormon (ADH).
Endokrin vəzilər isə öz növbəsində orqanizmdə həyat
baxımından vacib prosesləri idarə etdiyindən hipofizdə əksini
tapan pataloji proseslər orqanizmin fəaliyyətində baş verən
əhəmiyyətli pozğunluqlar ilə nəticələnir. Hipofizin ön payının tam
və yaxud qismən dağılması zamanı hipofizin trop funksiyalarının
fəaliyyətdən düşməsinin nəticəsi kimi çıxış edən hipofizar
yorğunluq başlanır.
downloaded from KitabYurdu.org
340
7.16. Cinsiyyət vəziləri
Kişi və qadın cinsiyyət vəziləri qarışıq vəzilərdən olub
orqanizmdə iki funksiyanı yerinə yetirirlər. Kişilərdə xarici
sekresiya funksiyası ilə əlaqədar spermatogenez (sperma əmələ
gəlməsi), qadınlarda isə ovagenez (yumurta hüceyrələrin əmələ
gəlməsi) prosesləri baş verir. Bununla yanaşı, cinsiyyət vəziləri
qana daxil olan cinsiyyət hormonları hazırlamaqla daxili sekresiya
vəzi funksiyasını yerinə yetirir.
Cinsiyyət vəzilərinin hormon hazırlaması cinsi yetişkənlik
yaşında – isti ölkələrdə 12-14, orta zonada 13-16, şimalda isə 16-
19 yaşlarında baş verir. Bu yaşlarda birinci və ikinci yetişkənlik
əlamətləri üzə çıxır. Həm qadınların, həm də kişilərin cinsiyyət
vəzilərinin ifraz etdikləri hormonlar iki qrupa bölünür: qadın
cinsiyyət hormonları estrogenlər ( oestrus - axıtma) və kişi
cinsiyyət hormonları androgenlər (yunanca andros - kişi).
Qadın cinsityyət vəziləri. Qadınlarda 1-ci cinsi əlamətlərə
yumurtalıqlar, fallop boruları, uşaqlıq yolu, uşaqlıq aiddir. Qadın
cinsiyyət vəzilərində yumurtalıqlarda estrogenlər, progesteron və
androgenlər kimi hormonlar əmələ gəlir. Daha geniş yayılmış
estrogenlər estradiol və estrondur. Estrogenlər yumurtalıq
follikullarını daşıyan hüceyrələr vasitəsilə ifraz olunaraq,
ovulyasiyadan əvvəlki dövrdə külli miqdarda hasil olunur. Bu
uşaqlıq divarının mayalanmış yumurtanın implantasiyasına
hazırlanması üçün zəruridir. Estrogenlər zülallar ilə əlaqədar
şəkildə orqanizm boyu qan vasitəsilə nəql olunur. Estrogenlərin
təsiri altında əlavə və ikincidərəcəli qadın cinsiyyət əlamətlərinin
inkişafı və formalaşması baş verir. Estrogenlər qadının bədən
quruluşunun xüsusiyyətlərini təmin edərək, sümüyün inkişafına
təsir göstərir: uzun boruşəkilli sümüklərin artımı dayandırılaraq,
epifizar qığırdaqların sümükləşməsi prosesi fəallaşır.
Progesteron dağılmış follikulun yerində formalaşan sarı
cisimdə əmələ gəlir: bundan başqa o, plasenta və böyrəküstü vəz
qabıq maddəsində ifraz olunur. Progesteron qadın cinsiyyət
341
əlamətlərinin formalaşmasına cüzi şəkildə təsir göstərsə də,
endometriyanın inkişafının tənzimlənməsində
və onun
mayalanmış yumurtanın implantasiyasına hazırlanmasında vacib
rol oynayır. Progesteron estrogenlər ilə birlikdə yumurtanın
implantasiyası və embrionun sonrakı inkişafı üçün uşaqlığın
sonuncu hazırlıq prosesini həyata keçirdiyindən qadın cinsinə
hamiləliyi qoruyub saxlamaq üçün lazımdır.
Progesteron süd vəzilərinin inkişaf prosesinin fəallaşmasında
estrogenlərin effektini tamamlayır. Progesteronun effekti daha
tam şəkildə yalnız yumurta hüceyrələri ilə mayalanma hallarında
təzahür edir. Progesteronun uzunmüddətli ifrazı plasentanın əmələ
gəlməsinə, süd vəziləri sekretor epitel yollarının inkişafına, tsiklik
proseslərin yumurtalıqda və digər cinsiyyət orqanlarında başa
çatmasına səbəb olur.
Yumurtalıq hormonlarının əmələ gəlməsi hipofizin ön payının
qonadotrop hormonlarının tənzimləyici təsiri altında olur – FSH,
LH və LTH. Yumurtalıq ilə hipofiz hormonların sıx qarşılıqlı
əlaqəsi məməli heyvanlarda menstrual (aybaşı) və estral
tsiklərinin endokrinli tənzimlənməsinin əsasını təşkil edir.
Estrogenlərin təsiri altında SPSH-nin hasilatı tormozlanaraq,
LH və LTH-nin əmələ gəlməsi fəallaşır. Əksinə, progesteron LH-
nin prosesini ləngidərək, FSH ifrazın stimullaşdırır, lakin
progesteronun LH-nin əmələ gəlməsinə təsiri qatılıqdan asılıdır:
cüzi qatılıq zamanı progesteron estrogenlər ilə birlikdə LH-nin
ifrazını stimulə edir.
Orqanizmdə hipofizin müxtəlif cür zədələnməsi və yaxud
yumurtalıqlarda çatışmamazlıq nəticəsində qadın cinsiyyət
hormonlarının cüzi miqdarı zamanı yumurtalıqların, uşaqlığın və
ikinci dərəcəli cinsiyyət əlamətlərinin qeyri-kafi inkişafı ilə
xarakterizə olunan qadın hipogenitalizmi inkişaf edir.
Qadınlarda cinsi fəaliyyət dövrü 27-28 gün davam edir və 4
mərhələdə gedir:
1) Ovulyasiya önü (praeoestrus) – hamiləliyə uşaqlıq
tərəfindən rüşeymi – embrionu qəbul etməyə hazırlıq estrogen
ifrazı ilə başlayır.
downloaded from KitabYurdu.org
342
2) Ovulyasiya mərhələsi – yetişmiş birinci follikul
yumurtalığın üzərinə düşüb partlayır və daxilindəki maye
yumurta hüceyrəsi ilə birlikdə qarın boşluğuna tökülür, yəni
ovulyasiya baş verir. Yumurta hüceyrə uşaqlıq borusuna keçir,
orda spermatazoidlə görüşüb mayalanır, rüşeym uşaqlığa düşür,
onun divarına implantasiya olunur.
3) Ovulyasiyadan sonrakı mərhələ – mayalanma olmadıqda
aybaşı (menstruasiya) əmələ gəlir. Mayalanmamış yumurta
hüceyrəsi uşaqlığı tərk edir.
4) Nisbi sakitlik mərhələsi – uşaqlıq daha təqəllüs etmir. Sarı
cisim yox olur. Progesteron ifrazı artır. Heyvanlarda bu
mərhələlər olmur. Onlarda cinsi fəaliyyət dövrü fəsli xarakter
daşıyır. Uşaqlıq yolundan selik ifraz olunan dövrdə dişi heyvanlar
erkəkləri cinsi əlaqəyə buraxırlar.
Kişi cinsiyyət vəziləri. İnsan və yaşlı heyvanlarda birinci cinsi
əlamətlərə cinsiyyət üzvlərinə cüt orqan olan xayalıqlar xayanın
kanallarından və onların sperma axan borucuqlarından, cinsiyyət
artımı vəzilərindən (toxum qovcuqları, prostat vəzi) və xarici
cinsiyyət orqanlarından, interstisial toxumadan təşkil olunmuşdur.
İnsan orqanizmində həm kişi, həm də qadın cinsiyyət hormonları
hazırlanır. Cinsi yetişkənlik yaşına çatmış oğlanlarda cinsiyyət
vəzilərində spermatazoidlər əmələ gəlir. İkinci cinsi əlamətlər
dedikdə kişiləri qadınlardan fərqləndirən xüsusiyyətlər başa
düşülür. Kişilərdə bığ və saqqalın çıxması, səsin kobudlaşması,
tüklənmə, ətrafın uzun olması, gövdənin uzun, həmçinin psixi
vəziyyətin və davranışın dəyişməsi aid edilir.
Cinsiyyət vəzilərinin hormonlarının orqanizmin cinsini müəy-
yən etmək xoruz və toyuq üzərində aparılan təcrübədən müəyyən
etmək olar. Belə ki, kastrasiyadan sonra xoruzun toxumluğu, to-
yuğa, toyuğun yumurtalığı isə xoruza köçürülmüşdür. Bir
müddətdən sonra xoruzun ala-bəzək tükləri tökülür, pipiyi kiçilir,
davakarlığı itir, toyuğa oxşayır. Toyuqda isə xoruza xas olan
əlamətlər inkişaf edir və o xoruza oxşayır. Hətta toyuqları
gördükdə özünü xoruz kimi aparır.Yumurtalıq köçürülmüş erkək
siçovullar, hətta siçovul balalarına süd verir.
Dostları ilə paylaş: |