İnsulinin yağ mübadiləsinə təsiri. Qaraciyər insulinin təsiri
ilə yalnız məhdud miqdarda qlükogeni saxlaya bilər. Qaraciyərə
artıq daxil olan qlükoza fosforlaşmaya məruz qalaraq bu yolla
hüceyrədə saxlanılır, ancaq sonra qlükogenə deyil, yağa
çevrilirlər. Yağa bu cür çevrilmə insulinin düzünə təsiri
nəticəsində olur və bu vaxt yaranmış yağ turşuları qanla piy
toxumasına daşınaraq orada hüceyrələr tərəfindən udulur və
saxlanılır. Qanda yağlar lipoproteinlərin tərkibində saxlanılaraq
artlrosklerozun və onunla bağlı olan emboliya riski və infarktın
inkişafında vacib rol oynayır. İnsulinin piy toxumasının
hüceyrələrinə təsiri prinsip etibarilə onun qaraciyər hüceyrələrinə
təsiri ilə uyğundur. Belə ki, qaraciyərdə yağ turşularının
yaranması daha intensiv gedir və ona görə onlar qaraciyərdən,
yuxarıda göstərildiyi yolla piy toxumasına gəlir. Toxumalarda yağ
turşuları triqliseridlər formasında saxlanılır. İnsulinin piy
toxumasına digər vacib təsiri onların qliserol ilə təmin
olunmasıdır ki, bu triqliseridlərin sintezi üçün vacibdir.
Qliserolun hər bir molekulu yağ turşularının 3 molekulu ilə
reterefikasiya edə bilər, insulinin yağ mübadiləsinə yuxarıda
göstərilən təsiri dönəndir və onun az qatılığında triqleseridlər
317
yenidən qliserol və sərbəst yağ turşularına parçalanır. Bu onunla
bağlıdır ki, insulin hormonlara həssas olan mepazanı ingibirə edir
və onun qatılığının aşağı düşməsi (insulinin) lipolizi aktivləşdirir.
Triqliseridlərin hidrolizindən alınan sərbəst yağ turşuları qliserol
ilə eyni vaxtda qana daxil olur və digər toxumalarda enerji
mənbəyi kimi istifadə olunur. İnsulinin çatışmazlığı zamanı piy
deposundan çıxmış yağ turşularının çox hissəsi yenidən qaraciyər
tərəfindən udulur. Qaraciyər hüceyrələri, hətta insulin olmadan da
triqliseridləri sintez edir. Ona görə onun çatışmazlığı şəraitində
piy deposundan ayrılan yağ turşuları qaraciyərdə triqliseridlər
şəklində toplanır. Məhz bu səbəbə görə insulin defisiti olan
xəstələrdə, yəni şəkərli diabetdə baxmayaraq ki, ümumi arıqlama
gedir, ancaq qaraciyərin piylənməsi baş verir. Qaraciyərdə yağ tur-
şularının yüksək miqdarı aktivləşmiş sirkə turşusunun yaranmasına
(asetil-KoA) gətirir. Belə ki, qaraciyər bütün asetil-KoA-m
istifadə edə bilmir (enerji mənbəyi kimi) və o, asetosirkə
turşusuna çevrilir və o qana buraxılır. İnsulinin kifayət qədər
yüksək qatılığında periferik hüceyrələr asetosirkə turşusunu
yenidən asetil KoA-ya çevirməyə qadirdilər ki, bu maddə onlar
üçün enerji mənbəyi kimi istifadə olunur. Ancaq insulinin
olmaması şəraitində bu çevrilmə olmur və asetosirkə turşusunun
bir hissəsi beta-hidroksiyağ turşusuna və asetona çevrilir. Bu üç
metobolit keton cisimləri adlanır və bu vaxt yaranan mübadilə
pozğunluğu ketoz adlanır. Ketoz zamanı diabetik koma
vəziyyətində xəstənin buraxdığı hava aseton iyi verir, qanın
analizi isə metobolik astozu göstərir.
İnsulinin zülal mübadiləsinə təsiri. Qida ilə qəbul edilən
zülallar amin turşularına qədər parçalanır ki, bunlar digər zülalların
sintezində supstrat kimi istifadə olunur. Bu proses yalnız insulinin
təsiri şəraitində optimal gedir. İnsulin hüceyrədə bir çox amin
turşularının fəal daşınmasını təmin edir. Qida qəbulundan sonra hü-
ceyrələrdə amin turşu qatılığının artması ribosomlarda zülal
sintezinin stimulə olunmasına səbəb olur. İnsulin zülalın sintezini
stimulə edir və nüvədə DNT-nin transkripsiya sürətini dolayı yolla
artırır və bununla da RNT-nin yaranmasını da artırır. İnsulinə oxşar
downloaded from KitabYurdu.org
318
təsiri boy hormonu göstərir, lakin o, digər qrup amin turşularının
udulmasını aktivləşdirir. İnsulinin bütün bu effektləri birlikdə
zülalın sintezinə şərait yaradır. İnsulinin olmaması əks təsir verir və
orqanizmin zülal resurslarının tükənməsinə gətirir. Bu halda amin
turşuları ya bilavasitə enerji substratı kimi, ya da qlükogenogenez
prosesində istifadə olunur. Zülal sintezində insulin demək olar ki,
boy hormonu kimi əhəmiyyətlidir, uşağın normal inkişafı hər iki
hormonun normal münasibətində olur.
Qlükaqon – mədəaltı vəzinin adacıq toxumalarının
α hücey-
rələri tərəfindən hasil olunan polipeptiddir. O insulinin antoqonis-
tidir. Qlükaqonun təsiri altında qaraciyərdə və bəzi digər
orqanlarda qlikogenin qlükozaya çevrilməsi prosesi fəal şəkil
almağa başlayır. Qlükaqon qlükozanın təşkili ilə qlikogenin
parçalanmasında iştirak edən fosforilazanın fəalaşması sayəsində
qanda şəkərin miqdarının çoxalmasına yardım edir. Qlükaqon
bütün bunlardan başqa toxumalarda qlükozanın turşulaşma
prosesini stimullaşdırır. Müxtəlif heyvanlar qlikaqona qarşı
müxtəlif həssaslığa malikdir: sürünənlər ilə quşlar qlükaqona
qarşı xüsusilə həssasdırlar. Qlükaqon yağlar mübadiləsinə təsir
göstərərək, yağın yağ toxumasında parçalanmasını stimullaşdırır.
Mədəaltı vəzi hormonlarının sekresiyası proseslərinə təsir gös-
tərən amillər arasında qanda qlükozanın tərkibini və hər iki
hormonların sekresiyasını stimullaşdıran adenohipofizin
samototrop hormonunun miqdarını misal çəkmək mümkündür.
Cinsiyyət vəziləri ilə böyrəküstü vəzi androgenləri də
stimullaşdırıcı effektə malikdirlər.
Langerhans adacıqlarının alfa hüceyrələrində hazırlanan qlü-
kaqon insulin kimi polipeptiddir. O, 29 amin turşusu qalığından
ibarətdir. Qlükaqon funksiyalarına görə insulinin antoqonistidir.
O, qaraciyərdə qlükogenin parçalanmasını stimulə edir (qlü-
kogenoliz) və bununla da qanda qlükozanın azalması
(hipoqlikemiya) şəraitində onun dərhal artmasını təmin edir.
Qlükaqon plazmatik membranın səthində yerləşən reseptorla
kompleks birləşmə əmələ gətirərək ATF-i tsiklik AMF-ə çevirən
adenilattsiklazanı fəallaşdırır. tsAMF qlükaqonun hüceyrədaxili
319
vasitəçisi olub, qlükogenin parçalanmasına gətirən biokimyəvi
reaksiyaları stimulə edir. Qlükogenin əsas hədəf orqanı
qaraciyərdir ki, bu qlükogenin əsas depo yeridir. Xroniki
hipoqlükemiya zamanı qlükoqonun uzunmüddətli təsiri qaraciyərdə
qlükogenin ehtiyatının azalmasına gətirir, ancaq onda qlükogenez
yenə də davam edir. Axırıncı effektin səbəbi ondan ibarətdir ki,
qlükaqonun təsirindən qaraciyər hüceyrələri qandan amin
turşularını daha aktiv udur və bu amin turşuları qlükozanın sintezi
üçün istifadə edilir.
Samatostatin. Bu 14 amin turşusundan təşkil olunmuş peptid-
dir. İlk dəfə o, hipotalamusda tapılıb. Burada tapılmış sama-
tostatin hipofizdə boy hormonunun sintezini zəiflədir ki, bundan
da onun adından götürülüb. O, bir çox toxumalarda ingibitor
vəzifəsini görür. O, Langerhans adacıqlarının hüceyrələrində
yaranır və parakrin yolla təsir edir, insulin və qlükaqonun sekresi-
yasını zəiflədir. Bundan başqa o, mədə-bağırsaq traktının və öd
peristaltikasını zəiflədir və həzm şirələrinin sekresiyasını azaldır.
Nəticədə də qidanın sorulması zəifləyir. Beləliklə, samatostatinin
təsiri həzm sisteminin aktivliyinin zəifləməsinə səbəb olur.
Qlükozanın səviyyəsinin tənzimlənməsi. Qanda şəkərin
miqdarının artması beta hüceyrəsi tərəfindən insulinin sekresiyası
üçün güclü stimuldur. Qlükozanın normal qatılığında insulinin sek-
resiyası bazal sürətə malik olur, ancaq qlükozanın qatılığının
0,9q/l-dən aşağı olması vaxtı qanda insulin tapılmır. Ağızdan 100 q
qlükoza qəbul edildikdən sonra onun qandakı qatılığı dərhal artır
ki, bu insulinin xaric olmasına səbəb olur. Bu cür asılılıq şəkil 7.17-
də verilib. İnsulinin çatışmazlığı vaxtı qanda şəkərin qatılığının
azalması ləngiyir (şəkil 7.18, 7.19).
downloaded from KitabYurdu.org
320
Şəkil 7.17. Qanda qlükaqonun miqdarının qanda şəkərin qatılığından
asılılığı. Normal şəraitdə və hiperqlikemiyada qanda qlükaqonun
qatılığı aşağı səviyyədə olur, ancaq hipoqlikemiyada artır.
Şəkil 7.18. Qlükozaya tolerantlıq nümunəsi .
321
Şəkil 7.19. Qanda insulinin çatışmazlığı və şəkərin əyrisi arasında
münasibət.
Normada qanda qlükozanın qatılığı təxminən 100 mq/100 ml
plazmadır, insulinin miqdarı isə bu şəraitdə bazal səviyyədədir.
100q qlükoza saxlayan məhlulu qəbul etdikdən sonra cavab
olaraq qanda qlükozanın miqdarı artır.
Qlükozaya olan tolerantlıq nümunəsi beta-hüceyrələrin qanda
şəkərin miqdarını nizamlamağa qadir olmasını başa düşməyə
imkan verir. Bir qədər əvvəllər göstərilirdi ki, amin turşuları və
sərbəst yağ turşuları da insulinin sekreksiyasını stimulə edir,
baxmayaraq ki, qlükozaya nisbətən az effektlidir. Qeyd edək ki,
bu hüceyrələr təkcə bu komponentlərlə deyil, mədə-bağırsaq
traktının müəyyən peptid hormonları, həmçinin parasimpatik sinir
sistemi ilə də aktivləşə bilər. Bu effektlərə əks insulinin sekresi-
yasını b andrenergik reseptorların iştirakı ilə simpatik sinir siste-
minin aktivləşməsi ilə zəiflədə bilənlər aiddir. Sakit vəziyyətdə
parasimpatik sinir sistemi qidanın həzminə şərait yaradır. Stres
zamanı enerji lazım olduğu üçün qlükoza qlükogenə çevrilmir.
Bu halda o fakt əhəmiyyətlidir ki, katexolaminlər insulinin
sekresiyasını dayandırır, bu da qlükozanın enerji mənbəyi kimi
istifadə olunmasına səbəb olur. Qlükaqonun sekresiyası
hipoqlükemiya zamanı artır, belə ki, qlükogen qlukoza mənbəyidir
və onun parçalanması hipoqlükemiyaya əks təsir edir.
Samatostatinin sekresiyası qanda qlükoza, amin və yağ turşularının
yüksək qatılığında artır. Bu şəkildə samotostatin insulinin
downloaded from KitabYurdu.org
322
sekresiyasını tormozlayır.
Qanda şəkərin miqdarının hormonal tənzimlənməsi. Mədəaltı
vəzi toxumasının insulin və qlükaqon kimi hormonları qanda
qlükozanın miqdarının tənzimlənməsinin antaqonist sistemini
əmələ gətirirlər. Qanın plazmasında qlükozanın qatılığı sağlam
insanda 80-120 mq% həddində tərəddüd edir.
Karbohidratlar ilə zəngin qida qəbulu qanda şəkərin qatılığının
çoxalması ilə nəticələnir. Qlükozanın bir hissəsi qana daxil
olaraq, orada ehtiyat qlikogeninə çevrilir. Şəkərin miqdarının qan-
da normadan yüksək olması Langerhans adacıqlarının
β
hücey-
rələri tərəfindən insulinin ifraz olunması siqnalı kimi qəbul edilir.
İnsulinin əsas fəaliyyəti toxumalar tərəfindən qlükozanın
mənimsənilməsi dərəcəsinin kəskin şəkildə çoxalmasından ibarət
olduğundan, qlükozanın qandan skelet əzələlərinin hüceyrəsinə və
digər fəaliyyətdə olan toxumalara keçidi zamanı şəkərin qanda
konsentrasiyası azalaraq, bununla qan plazmasında qlükozanın
normal miqdarı bərpa olunur. Qlükozanın qanda miqdarının
azalması qlükaqon hasil edən adacıq toxumalarının
α -hüceyrə-
lərinin fəallaşması ilə nəticələnir. Qlükaqonun fəaliyyəti qliko-
genin qlükozaya çevrilməsi prosesinin sürətlənməsindən, yəni
qanda şəkərin miqdarının kopensatorlu artımından ibarətdir.
Qanda şəkərin miqdarının artması qlükaqonun ifrazını ləngidir.
Beləliklə, mədəaltı vəzinin adacıq toxuması qanda şəkərin
miqdarının həm çoxalmasına, həm də azalmasına cavab verən
antaqonist nöqteyi-nəzərindən fəaliyyət göstərən hormonları
sayəsində qanda şəkərin miqdarının effektiv tənzimləyicisi olur.
Patofizioloji aspektləri. İlk dəfə alman alimləri Merinq və
Minkovski 1889-cu ildə mədəaltı vəzinin xarici sekresiya
fəaliyyətinin həzm prosesində rolunu öyrənmək məqsədilə vəzini
itin bədənindən çıxaran zaman diabet xəstəliyinin əlamətlərini
müşahidə etmişlər. Belə ki, qanda qlükozanın miqdarı artır,
sidiklə şəkər ifraz olunmağa başlayır. Mədəaltı vəzini yenidən
bədənə transplantasiya etdikdə diabetin əlamətləri yox olmuş,
qanda qlükozanın səviyyəsi yenidən normallaşmışdır.
Şəkərli diabet xəstəliyinin əsas əlaməti qanda şəkərin miq-
323
darının normadan (80-120 mq% və ya 4,44-6,66 mmol/l-dən çox
olmasıdır). Çox olmasına hiperqlikemiya, az olmasına
hipoqlikemiya deyilir. Diabet zamanı orqanizmdən xaric olan
sidiyin miqdarı xeyli artır (poliuriya). Belə xəstələr çoxlu su qəbul
edirlər (polidipsiya). Mədəaltı vəzin hormonunu almaq o qədər də
asan olmamışdır. Belə ki, ilk dəfə 1923-cü ildə rus alimi
L.V.Sobolyevin təklif etdiyi üsul ilə (mədəaltı vəzin onikibarmaq
bağırsağa açılan axacaqlarını bağlamağı təklif etmişdir)
Langerhans adacıqlarından insulin preparatını aldılar.
Orqanizmdə insulin çatışmazlığı qanda qlükozanın miqdarının
kəskin şəkildə çoxalması ilə nəticələnərək, şəkərli diabet
xəstəliyinin inkişaf etməsinə şərait yaradır. Diabet xəstəliyinə
yoluxan xəstələrdə qanda külli miqdarda şəkərin olmasına
baxmayaraq orqanizmin toxumaları onu mənimsəməyərək, əsas
enerji mənbəyi olan qlükozaya qarşı daima çatışmamazlıq hiss
edirlər. Bu orqanizmin digər enerji mənbəyi olan yağlar ilə
zülallardan istifadə olunması ilə nəticələnir. Yüksək yağ
mübadiləsi Krebs tsiklinin biokimyəvi reaksiyaları nəticəsində
müəyyən pozğunluq ilə nəticələnir; yağlar mübadiləsinin qeyri-
turşulu məhsulları – aseton tərkibli ketonlu cisimlər meydana
çıxır.
Heyvanların insulin çatışmazlığına qarşı həssaslığı da
müxtəlifdir. Məməli heyvanlar arasında yüksək həssaslıq itlər, pi-
şiklər və siçovullar üçün xarakterikdir; ot ilə qidalanan heyvanlar
insulin çatışmazlığına qarşı o qədər də həssas deyildirlər.
Toxumaların insulinə qarşı cüzi həssaslığı reptililər ilə quşlarda
müşahidə olunur.
Əgər insulin çox az hazırlanırsa və ya o, hədəf hüceyrəyə təsir et-
mirsə, onda şəkərin miqdarı artır və şəkərli diabet yaranır. Bu cür
adlandırma ona görədir ki, sidik şirin olur, çünki qandakı artıq şəkər
sidiklə xaric olur. İnsulin böyük defisitdə bütün istifadə olunmamış
qlükoza sidiklə xaric ola bilmir. Bundan başqa insulin
çatışmamazlığı lipolizin stimulyasiyasına gətirir ki, nəticədə keton
cisimləri yaranır. Əgər xəstəlik daha da artarsa, xəstədə diabetik
koma ola bilər. Əgər ki, həddən çox insulin sintez olunursa
downloaded from KitabYurdu.org
324
(məsələn, adacıqların işi zamanı) və ya həkimin göstərişi ilə
insulinin böyük dozası yeridilirsə, qlükozanın qandakı səviyyəsi dü-
şür və hipoqlikemik şok yaranır. Hər iki hal ölümlə nəticələnə bilər,
əgər vaxtında qlükoza və ya insulin verilsə, ölümün qarşısı alınar
(uyğun olaraq birində hipoqlikemik, digərində diabetik şokda ola
bilər).
7.12. Hipofiz
Hipofiz – və ya aşağı beyin artımı, beyin əsasında türk yəhər
adlanan payşəkilli sümüyünün üzərindəki çuxurda yerləşir və bu
onu zədələnmədən qoruyur. Çəkisi 0,5-0,7 qr olub orqanizmdə
daha əhəmiyyətli funksiyalar yerinə yetirən daxili sekresiya
vəzilərindən biridir. Hipofiz hormonları nəinki orqanizmin
müxtəlif fizioloji sistemlərinə, eləcə də digər endokrin vəzilərin
fəaliyyətinə təsir göstərirlər. Hipofiz çox mürəkkəb bir vəz olub,
həm struktur, həm də funksional baxımdan bir-birindən fərqlənən
arxa, aralıq və ön paylardan ibarətdir (şəkil 7.20). Arxa pay
neyrohipofiz hipotalamusda yerləşən neyronların akson
uclarından təşkil olunub. Ön pay adenohipofiz – hormon
sekresiya edən hüceyrələrdən təşkil olunub. Ön və arxa payları
ayıran nazik hüceyrələr qatı aralıq payı əmələ gətirir. Bu pay
hipotalamusdan gələn sinirlərlə innervasiya olunur. Aralıq pay
aşağı sinif onurğalılarda məməlilərə nisbətən daha çox əhəmiyyət
daşıyır.
Şəkil 7.20. Hipotalamus və qapı damarına münasibətdə hipofizin ön,
325
aralıq və arxa paylarının yerləşməsi: SN-supraoptik nüvə; PN-pa-
raventrikulyar nüvə; RH və SH-rilizinq və ingibirləşdirici hormon.
7.13. Hipofizin arxa payının endokrin funksiyaları
Arxa payın hormonları. Hipotalamusda supraoptik və
paraventrikulyar nüvələrin neyronlarının aksonları hipofizin ayaq-
cığından türk yəhərinə keçib burada hipofizin arxa payını əmələ
gətirir. Bu aksonların genişlənmiş terminallarında 2 hormon
saxlanılır-oksitosin, antidiuritik hormon (ADH) və ya vazoprossin
(şəkil 7.20). Aralıq pay yalnız 1-2 qat hüceyrələrdən təşkil olunub
və yəqin ki, insanda heç bir funksiya görmür. Ön pay epitelial
quruluşa malikdir. Onun hüceyrələrinin aktivliyi rilizinq və
ingibirləşdirici neyrohormonlar tərəfindən tənzimlənir ki, bunlar
da hipotalamus hüceyrələri tərəfindən sekresiya olunurlar. Bu
neyrohormonları sintez edən hipotalamik neyronlar limbik sistem
və orta beyin və həmçinin hipotalamusun özünün neyronları
tərəfindən innervasiya olunur. Bu yolla hipotalamusun
hüceyrələri xarici və daxili təsirlər haqqında informasiya alırlar.
Hipofizin arxa payından ADH və oksitosin ümumi qan
dövranına buraxılır. Hər 2 hormonun molekulları 9 amin turşu
qalığından təşkil olunub ki, bunlardan da ikisi sisteindir.
Axırıncılar bir-biri ilə disulfid körpücüyü ilə birləşib həlqə əmələ
gətirir.
Fizioloji şəraitdə ADH-un hədəf orqanı rolunda böyrəklər çıxış
edir. Bu hormonun (təsiri) osmorequlyasiya təsiri ilk dəfə
Verneyin pioner təcrübəsində müəyyənləşib. O, yuxu arteriyasına
(pişiklərin) NaCl (məhlulunun) hiper və ya hipotonik məhlulunu
yeridir və supraoptik nüvədə təsir potensialını yazdı. Hipertonik
məhlul supraoptik nüvələrin aktivliyini artırır, hipotonik isə
azaldır.
Çoxlu miqdar ADH-in yeridilməsi qan təzyiqini artırır.
Qanitirmə zamanı və ya şokda arterial təzyiqin azalması ADH-nin
sekresiyasını artırır və nəticədə arterial təzyiqin artmasına gətirir.
Bununla yanaşı böyrəyin qapı sistemində ADH qan təzyiqinin
azalmasına səbəb olur.
ADH-nun sekresiyasının pozulması zamanı şəkərsiz diabet
downloaded from KitabYurdu.org
326
adlanan xəstəlik yaranır. Bu xəstəlik zamanı çoxlu miqdar sidik
yaranır və şirin olmur. Haçansa həkimlər dəqiq diaqnoz qoymaq
üçün sidiyin şirinliyini dadırdılar, əgər şirin idisə şəkərli, şirin
deyildisə şəkərsiz diabet diaqnozu qoyurdular. O vaxtlar bu
xəstəliyin səbəbinin ADH-nun defisitindən asılı olduğunu
bilmirdilər.
Müasir dövürdə ADH-nu sintetik yolla alırlar, ona görə bu
xəstəliyin müalicəsi ciddi problem deyil.
Oksitosin. Oksitasinin hədəf orqanı uşaqlığın əzələ qatı – mio-
metriya və süd vəzilərinin mioepiteli hüceyrələri hesab olunur.
Süd ifrazı refleksi. Fizioloji şəraitdə süd vəziləri doğuşdan 24
saat sonra süd buraxmağa başlayırlar və bundan sonra körpə əmə
bilər. Əmmə aktı məmələr üçün güclü oyandırıcı hesab olunur.
Sinir yolu ilə stimul hipotalomik neyronlara ötürülür, hansı ki,
bunlar oksitosin sintez edir. Oksitosin mioepitelial hüceyrələrin
yığılmasını təmin edir. Mioepitelial hüceyrələr vəzin alveolları ət-
rafında düzülür və onların yığılması zamanı süd çıxarılır (şəkil
7.21).
Şəkil 7.21. Süd ifrazı refleksinin sxemi.
327
Miometriya təsir. Uşaqlıq yolunun və uşaqlığın boynunun
mexaniki qıcıqlanması zamanı sinir impulsları meydana çıxır ki,
bunlar hipotalamusa çatır və oksitosinin ifrazına səbəb olur
(Ferqyuson refleksi). Hamiləliyin axırına yaxın estrogenlərin
təsiri ilə miometriyanın oksitosinə qarşı həssaslığı artır. Təxminən
hamiləliyin 280-cı günü oksitosinin sekresiyası artır ki, bu dölün
uşaqlığın boynuna və uşaqlıq yoluna itələnməsinə səbəb olan
miometriyanın zəif yığılmasına səbəb olur.
Hamilə olmayan qadınlarda Ferqyuson refleksi çox böyük
əhəmiyyətə malik deyil. Lakin buna baxmayaraq, (oksitosin) cinsi
əlaqə zamanı buraxılan oksitosin uşaqlığın zəif yığılmasına səbəb
ola bilər ki, bu da spermanın hərəkətini asanlaşdıra bilər.
Kişilərdə oksitosinlərin rolu haqqında hələlik heç nə məlum deyil.
Güman ki, o eyakulyasiya zamanı xayalığı qaldıran əzələlərin
peristaltikasını artırır.
Hipofizin arxa payında iki hormon aşkar olunmuşdur:
oksitosin və vazopressin və yaxud antidiuretik hormon – ADH.
Oksitosin və vazopressin doqquz amin turşularından ibarət qısa
peptidlərdirlər. Onlardan yeddisi hər iki hormonlarda eynidirlər.
Hər iki hormon hipotalamusun suproptik və paraventikulyar
nüvələrinin neyrosekretorlu hüceyrələrində əmələ gələrək, daha
sonra bu hüceyrələrin aksonları vasitəsilə hipofizin arxa payına
keçirlər. Onlar burada toplanaraq daha sonra qana daxil olurlar.
Oksitosin fəaliyyəti uşaqlığın divarlarının saya əzələlərinin və
sidik kisəsi ilə bağırsağın əzələlərinin cüzi şəkildə yığılmasında
təsir edir. O laktasiya prosesinin tənzimlənməsində iştirak edərək,
süd vəzilərinin saya əzələləri ilə mioepitelial hüceyrələrin
yığılmasına şərait yaradaraq, südün ifraz olunmasına səbəb olur.
ADH-nin tərkibi osmotik təzyiq vasitəsilə tənzimlənir.
Osmotik təzyiqin azalması hormonun ifraz olunmasının
ləngiməsinə səbəb olur. Osmotik təzyiq reseptorları supraoptik
nüvənin hüceyrələrində yerləşir. ADH suyun böyrək kanallarına
və ilk növbədə Henle ilməsinə, distal kanala və yığıcı hüceyrə
bilavasitə təsir etməsi sayəsində suyun böyrək kanallarında
downloaded from KitabYurdu.org
328
sorulması proseslərini gücləndirir.
Məməlilərdə yeganə amin turşusu ilə bir-birindən fərqlənən iki
ADH forması aşkar olunmuşdur. Lizin-vazopressin donuz ilə
begemotda, arginin – vazopressin isə digər məməli heyvanlarda
aşkar edilmişdir. İtin arginin-vazopressini donuzun lizin-vazo-
pressindən 6 dəfə daha güclü effektə malikdir.
Hipofizin aralıq payının endokrin funksiyaları. Hipofizin ar-
alıq payında aşağısəviyyəli onurğalı heyvanların rəng çalarlarının
dəyişməsinin tənzimlənməsində iştirak edən melanositistimullaş-
dıran hormon – intermedin əmələ gəlir. MSH melanforlara
piqmentin yayılmasına şərait yaradaraq, xüsusilə balıqlarda və
suda-quruda yaşayanlarda yeni piqmentin təşkilini stimullaşdırır.
İntermedinin orqanizmə daxil edilməsi dərinin qaralması ilə
nəticələnir. İntermedin 13 amin turşusundan ibarət komponentdir:
onun müxtəlif heyvanların hipofizində tərkibi müxtəlif olur. Belə
ki, qurbağanın hipofizində intermedinin miqdarı 500.000 vahid
təşkil etdiyi halda, siçovulda 400.000, qoyunda – 100.000, qa-
banda isə 600.000 vahid olur. MSH ifrazı qlükoproteidlər
vasitəsilə dayandırılır.
Quşlar ilə məməlilərin rənglərinin mövsümü olaraq
dəyişilməsində digər orqanlar ilə birlikdə MSH hasil edən hi-
pofizin iştirak etməsinə dair fikir söyləməyə əsas verir.
Dostları ilə paylaş: |