Şəkil 8.3. 1. Burun pərləri, 2. Dodaq, 3. Sərt damaq, 4.Yumşaq
damaq, 5.Xəlbir sənif, 6. Aşağı burun balıqqulağı, 7. Orta burun
balıqqulağı, 8.Yuxarı burun balıqqulağı, 9. Pazabənzər burun
boşluğu cibi, 10.Qoxu epitellisi və qoxu sinirləri, 11. Qoxu soğanağı,
baş-beynin alın payı, 12. Alın cibi.
Burun boşluğunda uzunsov formalı qoxu reseptorları onun
362
epitel qişasında nazik qat üzrə yerləşmişdir. Yetkin qoxu
hüceyrələri uzunluğu 20 mikrometrə, diametri 0,1-0,2 mikrometrə
çatan kiprikciklər yavaş, amma qeyri-sinxron olaraq titrəyir.
Qoxu reseptorlarında heyrətamiz əlamətlərindən biri də budur
ki, onların müxtəlifləşməsi (diferensasiyası) orqanizmin həyatının
bütün dövrlərində davam edir. Bəzi it cinslərində qoxu
reseptorlarının ümumi sayı 200 mln, dovşanda 100 mln, insanda 10
mln-a çatır.
Qoxu hüceyrələri (şəkil 8.4) bipolyar neyronlardır, diametrləri
5-10 mk-a bərabər olur. İtdə 125 milyon, insanda isə 60 milyon
qoxu hüceyrəsi ayırd edilir.
Şəkil 8.4. Qoxu hüceyrələrinin quruluş sxemi.
İnkişaf edən qoxu hüceyrəsi öz qısa çıxıntısı-dendriti burnun
selikli qişasının səthinə, uzun çıxıntısı-aksonu içəriyə göndərir və
burada o digər aksonlarla qovuşur. Qoxu reseptorları hüquqi
neyronlara aiddir və aksonlara malikdir. Qoxu neyronları ömür
boyu fasiləsiz olaraq yeniləşən neyronlardır. Onların mərkəzi
çıxıntıları (aksonlar) qoxu siniri əmələ gətirir və onurğalılarda ön
beyində yerləşən ilkin hissi mərkəzinə-cüt qoxu soğanağına
(bulbus olfactorius) daxil olur. Quyruqsuz amfibilərdə, balıq və
quşların bəzi növlərində qoxu soğanaqları bir-birilə qismən və ya
tam qovuşmuş şəkildə olur. Qoxu soğanağında qoxu
downloaded from KitabYurdu.org
363
reseptorlarından bura daxil olan sensor informasiyaların yenidən
işlənməsi prosesləri baş verir.
Qoxu soğanağı təkamül inkişafı baxımından baş beyinin ən
qədim törəmələrindən biridir. Bəzi kisəli məmlilərdə qoxu
soğanağı baş-beyin yarımkürələrinin ön hissəsinin böyük sahəsini
əhatə edir, quşlarda və primatlarda az inkişaf etmişdir, balinaların
bəzi növlərində (dişli balinalar və b.) qoxu soğanağı yoxdur.
Qoxu reseptorları, qoxu siniri və qoxu soğanağı birlikdə vahid
ilkin morfofunksional sistem – qoxu sistemi və ya qoxu
analizatorunu əmələ gətirir. Qoxu soğanağı qoxu sinirinin şaxələri
vasitəsilə ön beyinə məxsus olan qədim qabıq (paleokorteks)
törəmələri (limbika və s.), bəzi qabıqaltı mərkəzləri ilə
əlaqədardır. Yeni qabıqda (neokorteks) qoxu analizatorunun ali
nümayəndəliyi yoxdur.
Qoxu hissinin yaranması mexanizmi
. Tədqiqatlar
göstərmişdir ki, iyli maddələr qoxu reseptorlarını stimulə edir.
Bundan ötrü iyli maddə əvvəlcə qoxu reseptorları yerləşən selikli
qişa tərəfindən udulmalı və daha sonra qoxu reseptorlarının
kiprikcikləri (dendritləri) ilə təmasa girməlidir. Bu halda iyli
kimyəvi maddə molekulları qoxu reseptor hüceyrələrinin (faktiki
olaraq qoxu neyronlarının) səth membranlarındakı reseptor
xassələri molekulyar komplekslər (əsasən zülal, lipoproteid və ya
qlikoproteid molekulları, ion kanalları) ilə qarşılıqlı təsirə girir,
ion kanallarını açır ilkin membran potensiallarını istiqamət və
qüvvəcə dəyişdirir, elektronik ion mexanizmi üzrə resreptor
potensialının (fəaliyyət və ya təsir potensialı) yaranmasını təmin
edir.
Qoxu hüceyrələri çox kiçik ölçülərə malikdir və ona görə də
mikroelektrodları onların içərisinə yeritməklə hüceyrədaxili
reseptor potensialı qeyd etmək çətindir. Adətən hüceyrə xarici
potensialı qeyd edirlər və bu zaman məlum olmuşdur ki, müxtəlif
iylərlə təsir edildikdə verilmiş reseptor hüceyrə bir qayda olaraq
hissiyyatın geniş spektri təzahür etdirir. Qoxunu təsnif etmək
cəhdləri o qədər də səmərəli olmamışdır. Məsələn, Xeninq
təsnifatında aşağıdakı qoxular ayırd edilir: gül, tərəvəz, qətran,
364
yanıq və çürüntü qoxuları. Svardemaker 9 qoxu növü ayırd edir:
onların 7-si qoxu sinirinin uclarına, 2-si isə üçlü sinir və dil-udlaq
sinirinə təsir edir. Qoxu analizatorunun ilk hissəsi qoxu
soğanağıdır. O bir iyə qarşı zəif, digər iyə qarşı güclü reaksiya
verir, üçüncü iyə qarşı isə reaksiya vermir. Deməli, bu reseptorlar
kimyəvi stimullara daha çox «ümumiləşdirici» cavab reaksiyaları
verməyə uyğunlaşıbdır. Tədqiqatlar belə bir qanunauyğunluq
müəyyən etdi ki, qoxu reseptorları uzunmüddətli və ya dəfələrlə
göstərilən kimyəvi təsirlərə yavaş adaptasiya olunan impuls
yükləri ilə cavab verirlər. Bu da məlumdur ki, qoxu hissləri tez də
zəifləyir və və ya sönürlər. Məsələn, üfunətli bağlı otağa daxil
olanda adam əvvəlcə ikrah hissi duyur, amma bir-iki dəqiqədən
sonra bu üfunəti hiss etməməyə başlayır. Belə adaptasiya heç də
qoxu reseptorlarının reaksiyasının son məsələsi ilə deyil, qoxu
analizatorunun mərkəzi neyron şəbəkələrində
ləngimə
(tormozlanma) proseslərinin baş verməsi ilə izah edirlər.
Qoxu siqnallarının kodlaşdırılması və qoxu mərkəzlərinin
neyron şəbəkələrində dekodlaşdırılması və yenidən işlənməsi
mexanizmi ümumən digər analizatorlardakına oxşayır. Qoxu
soğanağı neyronlarının sinaptik təşkili və əlaqələri nisbətən zəif
öyrənilmişdir. Burada qoxu hissi aksonları qlomerullar və ya
yumaqcıqlar adlanan neyropil strukturlarında qurtarır. Qoxu
impulsları daşıyan akson lifləri məhz bu tip strukturlara daxil olur,
burada yenidən qruplaşır və differensə olunur, qoxu soğanağı və
qoxu qabığı neyronlarında isə daha incə analiz və sintez
proseslərinə məruz qalır, ayrı-ayrı qoxu-duyğu və qavrayışlara
səbəb olur.
Dad üzvləri və dad duyğuları.
Dad, kimyəvi maddələrin
müəyyən molekulyar konfiquriyasiyaları, əlamət və xassələri ilə
əlaqədar olaraq yaranan hissi reaksiyalardır. Dad hissi kimyəvi
maddələrin sulu məhsullarının dad üzvlərinə, onların reseptor-
larına təsiri zamanı yaranır. Əsas dadlar turş, duzlu, acı və şirin
dadlardır.
Əksər onurğasızlarda xüsusi dad reseptorları və dad üzvləri
inkişaf etməmişdir. Bəzi onurğasızlarda dad resepsiyası az-çox
downloaded from KitabYurdu.org
365
öyrənilmişdir. Dad sensor sistemi əsas etibarı ilə qidalı maddələrə
həssaslığı ilə fərqlənir. Dad sensor modallığı olan hüceyrələr on-
urğasızların bəzi növlərində bədən səthinin müəyyən yerlərində
cəmləşmişdir. Dəyirmi qurdlarda (nematodlar) qoxu və dad
orqanı kimi ağız aparatının yanında və quyruğunun sonunda
yerləşən amfida aparatı fəaliyyət göstərir. İlbizlərdə və osmino-
qlarda dad reseptorları ağızətrafı qollarda, bəzi boğumayaqlılarda
isə ayaqların tükcüklərində lokallaşmışdır. Onurğasızların dad
orqanlarının xarakterik morfoloji əlaməti mikroxortumcuqlara,
çuxurları və ya dəlikləri olan sensillərə malik olmasıdır; qidalı
maddə suda və ya şirədə həll olunmuş formaya keçdikdən sonra
xortumcuqlara sorulur, yaxud sensilyar aparatın çuxurlarına və ya
dəliklərinə daxil olur və dad reseptorlarını oyadır.
Həşəratlarda dad resepsiyasının fiziologiyası ən yaxşı halda
atmilçəyində öyrənilmişdir. Detye (Dethier, 1979) müəyyən et-
mişdir ki, bu həşəratda dad sensor hüceyrələri xortumcuqdakı
sensor tükcüklərində (labellumlarda) və ayaqların distal
seqmentlərində yerləşir. Hər labbellum 4 növ sensor hüceyrədən
ibarətdir ki, onlar ayrı-ayrı tip kimyəvi molekullara qarşı seçici
həssaslığa malikdir. Bu reseptor hüceyrələr suyun, şəkərin və
duzların dadına həssaslıq göstərirlər. Milçəyin bir sensor tük-
cüyünün qatı şəkər məhlulu ilə stimulə edilməsi onda xortumcuğu
geriyə dartma davranış reaksiyası doğura bilər. Həşəratda dad
hisslərinin spektri və intensivliyi orqanizmin aclıq vəziyyətindən
asılıdır. Detye göstərir ki, həşəratda sensor tükcük hüceyrə öz bio-
elektrik fəallığının xarakterik spektri ilə seçilir, deməli, həşəratın
mərkəzi qanqlionar sinir sistemi kimyəvi maddələri bir-birindən
fərqli maddələr kimi xarakterizə etmək üçün kifayət qədər sensor
informasiya kombinasiyaları ola bilir.
Onurğalı heyvanlar üçün qidalanma tərzi ilə dad orqanlarının
yerləşməsi və sayı arasında korrelyasiya xasdır. Əksəriyyət onur-
ğalılarda dad reseptorları və onların yerləşdiyi dad soğanaqları
əsasən ağız boşluğunda dil və dodaqlarda, udlaq və qırtlaqda lo-
kallaşmışdır. Müxtəlif siniflərə mənsub olan onurğalılarda dad
soğanağlarının sayı müxtəlifdir. Məsələn, balıqlarda 20 minə
366
qədər, sürünənlərdə 200-ə qədər, quşlarda 50-400, məməlilərdə 2
minə yaxın dad soğanağı olduğu göstərilir.
Dadların qavrayışı heyvanların yaşadıqları ekoloji şəraitdən də
asılıdır. Həşəratlar və xırda heyvanlarla qidalanan bir çox quş
növləri şirin maddələrə (şəkərlərə) laqeyiddir, amma turş
maddələrə həssasdırlar, bitki nektarları və meyvələrlə qidalanan
quş növləri, əksinə, şəkərə daha həssasdırlar. Məməlilərin dilin
səthində olan şırımabənzər dad məməcikləri acı maddələrə,
göbələyəbənzər dad məməcikləri isə şəkərli maddələrə həssaslıq
göstərirlər.
Dad məməciyi 10-15 reseptor hüceyrədən və bir neçə dayaq
hüceyrədən ibarət olub, selikli qişanın çoxqatlı epitelisi altında
yerləşir. Dad reseptorları dağılıb bərpa oluna bilirlər. Onların
ömrü 3 sutkadan 20 sutkaya qədərdir. Aşağıdakı şəkildə (şəkil
8.5) insanın dilində lokallaşan müxtəlif dad zonaları, dad
məməciklərinin ayrı-ayrı tipləri, dad tumurcuğunun ultrastrukturu
və inervasiyayası sxematik olaraq göstərilmişdir.
Şəkil 8.5. İnsanın dilində müxtəlif dad hissləri yaranan zonalar (A).
Dad məməciklərinin əsas tipləri və dad soğanağının ultrastrukturu (B)
(Murray, 1973).
downloaded from KitabYurdu.org
367
Dad orqanları, dad siniri və uzunsov beyində, dördtəpəli
cisimdə və baş beyin qabığında yerləşən dad sinir mərkəzləri
birlikdə morfofunksional dad sistemi və ya dad analizatoru təşkil
edir. Dad siqnallarının ilkin kodlaşdırılması xemoreseptorlar
səviyyəsində həyata keçir, amma dad duyğularının təzahür olun-
masında əsas rol dad sisteminin mərkəzi strukturları oynayır.
8.5. Daxili (visseral) hissiyyat və onların növləri
İnsan və heyvanların orqanizmi öz daxili mühitində, orqan və
toxumlarda, bioloji mayelərdə baş verən fiziki-kimyəvi, bio-
kimyəvi, mexaniki, termik, metabolik və funksional dəyişiklikləri
haqqında cari informasiya verən sensor cihazlara malikdir. Onlara
interoreseptorlar deyilir. İnteroresepsiya orqanizmin həyatında,
fizioloji proseslərin tənzimində, bir sıra davranış reaksiyaların
icra olunmasında və xarici mühit şəraitlərinə uyğunlaşmasında
çox mühüm rol oynayır.
İnteroreseptorlar insan və ya heyvan orqanizminin demək olar
ki, bütün visseral toxuma və orqanlarında (ürəkdə, qan və limfa
damarlarında, əzələlərdə, oynaqlarda, həzm traktında, tənəffüs
yollarında, dalaqda, böyrəklərdə və s.) geniş yayılmışdır. Funk-
sional olaraq interoreseptorları bir neçə tipə ayırmaq olar. Bu
xemoreseptorlar, mexanoreseptorlar, termoreseptorlar, ocmore-
septorlar, baroreseptorlar və proprioreseptorlardır. Axırıncılar
əzələ hissi və kinesteziya (ətrafların hərəkət və məkan
vəziyyətləri barədə hisslər) haqqında informasiya verən sensor
sistemini formalaşdırdığına görə onlar tamam ayrı-ayrı reseptorlar
kimi xarakterizə olunurlar.
İnteroreseptorların bəzi növləri öz morfoloji təşkilinə görə dəri
reseptorlarına oxşayır. Lakin morfoloji cəhətdən fərqli interore-
septorlar da vardır. Oynaq və vətərlərdə reseptor funksiya icra
edən Holci orqanları buna misal ola bilər. Müəyyən morfo-
funksional parametrləri üzrə (qıcıq spesifikliyi, həssaslıq dərəcəsi,
reaksiya sürəti, afferentasiyanın təşkili və s.) interoreseptorlar ek-
strasensorlardan fərqlənirlər.
368
İnteroreseptorlar daha çox orqanizmin daxili mühitinin
kimyəvi, metabolik, homestatik, osmotik və barometrik
göstəriciləri haqqında sensor siqnalları təmin edir.
Daxili mühitin kimyəvi tərkibinin, qanın şəkər (qlikemik)
səviyyəsinin nisbi sabitliyi (homestazı), orqan və toxumaların, dax-
ili bioloji mayelərin PH qradiyentləri qorunub saxlanılmasında in-
teroreseptorların çox böyük rolu vardır. Vaxtilə İ.M.Seçenov or-
qanizmin daxili mühitinin dəyişikliklərinin hiss edilməsi «qaranlıq
hissiyat», yəni qavranılmayan, şüuraltı hissiyyat adlandırmışdır.
Sağlam insan adi halda daxildən gələn qıcıqlanmaları hiss et-
mir, bu qıcıqlanmalar öz təsir qüvvəsinə görə fizioloji hədləri aş-
dıqda biz bunu ağrı kimi hiss etməyə başlayırıq. Bəzi
tədqiqatçıların fikrincə interoreseptorlar arasında xüsusi ağrı re-
septorlarının varlığı mümkündür.
İnteroreseptorlar visseral toxuma və orqanları sinirləndirən
hissi sinir liflərinin sərbəst və ya morfoloji olaraq müəyyən statik
forması olan ucları kimi təmsil olunmuşdur. Tədqiqatlar göstərir
ki, daxili reseptorlar bir sıra qıcıqlara qarşı kifayət qədər
həssasdırlar. Daxili xemoreseptorlar orqan və toxumalarda gedən
maddələr mübadiləsinin səviyyəsi, qanda qlikemik reaksiyaların
dinamik parametrləri və s. bu kimi funksional vəziyyətlərə tez
reaksiya verirlər. Digər növ interoreseptorların (mexenoreseptor-
lar, osmoreseptorlar, baroreseptorlar) həssaslığı xeyli yüksəkdir,
amma interoreseptorların hissetmə qabiliyyətləri ekstroreseptorlarla
müqayisədə xeyli zəif olduğu barədə fikirlər mövcuddur. İnterore-
septiv qıcıqlanmalar əsasında bir sıra şərtsiz və şərti reflekslər
çətinliklə yaranır, bunun üçün nisbətən uzunmüddətli və güclü
təsirlər seriyası tələb olunur. Bəzi interoreseptorlar insanda iradi
olaraq həyata keçirilən spesifik reflektor reaksiyaları (defekasiya
aktı, sidik boşalma aktı) üçün effektiv siqnal mənbəyi rolu oynayır.
Visseroxemoreseptorlar
xarici mühitin, müxtəlif qoxu
maddələrin və qidaların kimyəvi təsirlərinə reaksiya verən qoxu
və dad xemoreseptorlarından fərqli olaraq daxili xemoreseptorlar
orqanizmin daxili mühitinin kimyəvi tərkibinin dəyişiklikləri,
orqan və toxumalarda maddələr mübadiləsinin səviyyəsi, homes-
downloaded from KitabYurdu.org
369
tazın tərəddüdləri, zəhərli və dərman maddələrinin təsirlərini
qəbul edir. Qandakı şəkərin (qlükoza) miqdar dəyişiklikləri tut-
maqda vissero-xemoreseptorlar böyük rol oynayırlar. Vis-
seroxemoreseptorlar daxili reseptorların çox mühüm yarımsinifi
təşkil edir. Onlar bədənin kimyəvi tərkibinin müxtəlif həyatı
vacib aspektrləri haqqında informasiyaya verməkdə ixtisaslaş-
mışdır.
Visseromexanoreseptorlar
orqan və toxumalarda baş verən
mexaniki dəyişikliklərə həssaslıq göstərirlər. Onlar həmçinin vis-
seral orqanlara kənardan edilən mexaniki təsirləri (toxunma, təz-
yiq və s.) qəbul edir.
Visseromexanoreseptorlar dəridə lamisə hissləri oyadan
mexanoreseptorların invariantları hesab olunur. Əzələ, vətər və
oynaqlarda tarımlıq hissləri oyadan propioreseptorlar da
visseromexanoreseptorlar qrupuna aiddir. Daxili
mexanoreseptorların həssaslıq dərəcələri müxtəlifdir, orqanların
konsistensiyalarından və funksional xassələrindən çox asılıdır.
Visserotermorespsiya.
Daxili reseptorların bu növü istiqanlı
(homoyoterm) orqanizmlərdə daxili hərarət (tempratur)
dəyişiklikləri tutmaqda ixtisaslaşmışdır. Dəridə geniş yayılmış
termoreseptorlardan fərqli olaraq daxili orqan və toxumalarda
termoreseptiv aparatlar sayca azdır, məhdud şəkildə yayılmışdır.
Onlar yüksək energetik metabolizm həyata keçən, daxili mühit
mayeləri çox konsetravsiya olunan yerlərdə, hipotalamusda
tapılmışdır. Visserotermoreseptorlar bədənin istiliyini tənzim
etməkdə iştirak edirlər.
Osmoreseporlar.
Visserotermoreseptorların bu növü hüceyrə,
toxuma və orqanlarda mayelərin qarşılıqlı yerdəyişmələri zamanı
yaranan təzyiq fərqləri, qanda və hüceyrəxarici mayedə osmotik
fəal maddələrin qatılıq qradiyentləri, hipotonik və hipertonik
vəziyyətləri qeydə alır. Məməlilərdə osmoreseptorlar qaraciyərdə,
ağciyərlərdə, dalaqda, böyrəklərdə, bəzi
əzələlərdə,
hipotalamusda tapılmışdır.
Baroreseptorlar.
Onurğalılarda daxili kimyəvi hissiyyat
növlərindən biri olub, qanda oksigenin (O
2
) miqdar və ya
370
gərginlik dəyişiklikləri, qan təzyiqi haqqında informasiya verir.
Qanda (O
2
) gərginliyinə reaksiya verən xüsusi
visseroxemoresptiv karotid orqan əmələ gəlmişdir. Bu orqan
əksər onurğalılarda təşəkkül etmişdir. Məməlilərdə karotid orqan
ürəkdən yuxarıda, başı qanla təchiz edən xarici və daxili yuxu
artireyaları arasında yerləşir, başa gələn arterial qanı ilə təmasda
olur.
Bu xırda sensor aparat dil-dodaq sinirin (IX beyin siniri) lifləri
ilə sinirlənir, uzunsov və orta beyin mərkəzləri ilə əlaqəlidir.
İnsan normal nəfəs alanda, yəni qanda O
2
qatılığı normal olanda
karotid cisim az qıcıqlanır, bu halda onun impulsları tənəffüs mər-
kəzləri zəif oyadır. Haçan ki, qanda O
2
azalır, anoksiya vəziyyəti
yaranır, onda karotid cisimdə oyanmalar güclənir, tənəffüs
mərkəzləri daha intensiv impulsasiyalara məruz qalır, qanda O
2
normal olmasına yönəldilmiş reflektor reaksiyalar işə düşür.
Aşağıda məməlilərin karotid orqanı və onun əlaqələri sxematik
olaraq göstərilmişdir (şəkil 8.6).
Şəkil 8.6. Siçovulda karotid cismin sxematik təsviri.
XIX əsrin sonlarından bəri fiziologiya sahəsində aparılmış fun-
damental tədqiqatların mühüm bir hissəsi interoresepsiya və onun
mexanizmlərinin öyrənilməsinə həsr olunmuşdur. K.Bernar,
İ.P.Pavlov, V.M.Bexteryev, K.M.Bıkov, V.N.Çerniqovski,
İ.M.Bulgin, A.İ.Qarayev və başqaları interoreseptorlar ilə mərkəzi
sinir sistemi arasında qarşılıqlı əlaqələri haqqında geniş elmi
təsəvvürlərin formalaşmasında böyük rol oynamışdır. Bu sahədə
downloaded from KitabYurdu.org
371
kortiko-visseral əlaqələr haqqında təlim böyük rol oynamasıdır.
İnteroresepsiyanın mərkəzi əlaqələri
İnteroreseptorlardan gələn sinir impulsları müxtəlif hissi sinir
kanalları vasitəsilə mərkəzi sinir sisteminin bir sıra şöbələrinə
daxil olur. Bu siqnallar ilk növbədə onurğa beyninə, uzunsov və
ara beyin strukturlarına, daha sonra qabıqaltı və qabıq sahələrə
doğru ötürülür. İnterorepseptorlar ilə uzunsov beyin, retikulyar
formasiya, hipotalamus, talamus, limbik qabıq və somatosensor
qabıq sahələri arasında bir başa və dolayı əlaqələr müəyyən edil-
mişdir. Onlar visseral mühitin dəyişiklikləri tənzim etməkdə
mühüm rol oynayır.
8.6. Əzələ hissiyatı (proprioresepsiya).
Əzələ reseptorları
İnsan və heyvanlar lamisə (taktil), görmə, müvazinət, eşitmə
və digər somatosensor sistemləri vasitəsilə xarici aləm haqqında
daim məlumat alır və müvafiq hərəki aktları icra edir. Onlar eyni
zamanda bədəndə yaranan mexaniki təsirlər, bədən hissələrinin
məkanda vəziyyəti, skelet əzələlərinin funksional gərginliyi, əzələ
tonusu, əzələ və dayaq (sümük, bağ, vətər) ünsürlərinin bir-birləri
ilə qarşılıqlı münasibətləri haqqında sistematik olaraq informasiya
alırlar.
İnsan və heyvanların həyat fəaliyyətində əzələ hərəkətləri çox
önəmli rol oynayır. Davranış aktlarının, demək olar ki, hamısı
əzələ hərəkətləri ilə müşayiət olunur. Əzələ hərəkətlərinin incə
tənzimi əksəriyyət orqanizmlərin davranışı üçün birinci dərəcəli
əhəmiyyət kəsb edir, bu xüsusilə ali heyvanlarda və insanda
olduqca vacib fizioloji tələbat kimi meydana gəlmişdir.
Bədən hərəkətləri haqqında informasiyanı eyni zamanda bir
neçə tip reseptorlar verir, bu reseptorlar sklet-əzələ sisteminin hər
yerində, hərəki reaksiyalar icra olunan bütün bədən hissələrində
yayılmışdır. Amma skelet əzələləri, onları sümüklərə birləşdirən
372
vətər və bağlar, habelə oynaq kisələri əzələ hissiyatı təmin edən
sensor hüceyrələri ilə daha zəngindir. Bizim mərkəzi sinir sistemi
üçün bədəndə baş verən hərəkətlər haqıqnda mümkün qədər geniş
və dəqiq informasiya lazımdır, ona görə də beyin bir neçə
kanaldan gələn hərəki informasiyaları təhlil etməyi üstün tutur.
Əzələ hissiyyatı dedikdə adətən skelet əzələlərindən və
vətərlərdən gələn hissi siqnallar nəzərdə tutulur. Görkəmli fizioloq
Çarlz Şerrinqton hələ keçən əsrin əvvəllərində dayaq-əzələ
sisteminin bütün sensor siqnalları proprioresepsiya, bu sistemə
məxsus reseptorları proprioreseptorlar adlandırmışdır. Hə əzələ
hissiyatı, nə proprioresepsiya dərk edilən hissiyyat deyildir. Amma
proprioreseptorların bir qismi dəri reseptorları ilə bir yerdə
ətrafların (ayaq və əllərin) vəziyyəti və hərəkətlərinə dair hisslər-ki-
nesteziya yaradır, bu artıq dərk edilən hisslərə aiddir. XIX əsrdə
yaşamış fizioloq Ç.Bell onu «altıncı hiss» adlandırmışdır. O, ilk
növbədə ali heyvanlara və insana məxsusdur. Kinesteziya həm də
bizim bədən qüvvəsi, ağırlığı və cəhdləri haqqında duyğuları da
əhatə edir.
Proprioreseptorlar bir çox onurğasız heyvanlarda vardır, onlar
xüsusən buğumayaqlılarda mühüm rol oynayır. Bədən
seqmentlərini və buğumlu ətrafları idarə edən xüsusi qrup
əzələlrin inkişafı onlarda ixtisaslaşmış müxtəlif tip reseptorların
əmələ gəlməsi ilə müşayiət olunmuşdur. Xərçəngdə ən sadə
reseptor əzələnin tarımlığını hiss edən reseptordur. Tarımlıq
reseptorları sinirlənən əzələlər arasında, səthə yaxın yerlərdə
lokallaşır və mərkəzi sinir sisteminin eferentasiyaları sayəsində
çox incə bir surətdə tənzimlənirlər. Mərkəzin motoneyronları bu
reseptor hüceyrənin həssaslığını artıra və ya azalda bilər.
Onurğalı heyvanların təkamülündə ixtisaslaşmış əzələ
reseptorları gec əmələ gəlmişdir. Bəzi tədqiqatçılar belə hesab
edir ki, balıqlarda bədən əzələlərində sensor sinir ucları yoxdur və
ya çox azdır. Balıqların ancaq bəzi növlərində üzgəclərin əsasını
əhatə edən əzələlərdə və birləşdirici toxumada sərbəst hissi sinir
ucları aşkar edilmişdir, onlar üzgəclərin əyilmələrini idarə
etməkdə iştirak edirlər. Amfibilər heyvanlar aləmində ilk əzələ
downloaded from KitabYurdu.org
373
oxları (iyləri) əmələ gələn onurğalılardandır. Əzələ oxları
ələlxüsus ətrafların əzələləri üçün zəruridir, onlar bədənin ağırlıq
qüvvəsinə tab gətirmək və müəyyən durum vəziyyəti (pozanı)
saxlamaqdan ötrü vacibdir. Hər bir əzələ oxu bir sensor və bir
motor sinir ucu ilə əlaqəlidir. Əzələdə tonik yığılan liflər vardır.
Əzələnin əsas kütləsini əmələ gətirən və bütün işi yerinə yetirən
ekstrafuzal liflər və əzələ oxunda şəkli dəyişilmiş (nüvə kisəciyi
və ya nüvə zənciri olan) intrafuzal liflər vardır.
Quşlarda və məməlilərdə əzələ hissiyatı bir neçə aspektdə for-
malaşır. Onlarda intrafuzal liflərin bir tipi sensor neyronların
əmələ gətirdiyi ən iri periferik hissi sinirin 1a qrup liflərinin spiral
ucları, digər tipi isə II qrup aksonlarının spiral ucları ilə
təmasdadır. Bu əzələnin birincili və ikincili hisssi sinir ucları ad-
lanır. Ekstrafuzal liflər motoneyronların j-lifləri və a-lifləri (fuzi-
motor lifləri) ilə innervasiya olunurlar. Adı çəkilən orqanizmlərdə
və insanda, həmçinin əzələ hissiyatı təmin edən ayrı tip sensorlar
da əmələ gəlmişdir. Onları ilk dəfə XIX əsrin axırında histoloq
E.Holji vətərlərdə təsvir etmişdir və ona görə də Holji vətər hissi
orqanı adlanır. Bu orqana aid reseptorlar əzələlərin uclarındakı
vətər lifləri arasında yerləşmişdir.
Məməlilərin, demək olar ki, bütün əzələləri yuxarıda təsvir
edilən əzələ reseptorları ilə təchiz olunmuşdur. Amma əzələlər öz
reseptor təminatına görə fərqlənirlər. Ayaqların, barmaqların,
dilin, boyunun, gözün, həzm kanalının əzələləri öz əzələ ox-
larının, deməli reseptorlarının sıxlığına görə bir-birindən
fərqlənirlər. D.Barker müəyyən etmişdir ki, incə hərəkətlər icra
olunan və tənzimlənən bədən hisslərində (bilək, ayaq, boyun, dil,
gözalması, diz və s.) əzələ iyləri sıx, kobud hərəkətlər icra olunan
yerlərdə isə (çiyin, bud, bel və s.), əksinə, seyrək yerləşir. Əzələ
reseptorları üçün ən əlamətdar qıcıq mexaniki təsir-əzələ və ya
vətər liflərinin tarımlığı, yığılma dərəcəsidir. Əzələ yığılan zaman
əzələ reseptorlarının fəallığı artır. Aşağıda insanın diz oynağında
kinestezik və əzələ reseptorları lokallaşan yerlər göstərilmişdir
(şəkil 8.7).
Dostları ilə paylaş: |