İDARƏ ƏLAQƏSİ
İdarə əlaqəsi, adından da göründüyü kimi, söz birləş
məsinin bir tərəfinin digər tərəfini idarə etməsi əsasında ya
ranır. Türk dillərində, o cümlədən qədim türk yazısı abidələrinin
dilində bu əlaqə obyekt və relyativ əlaqəli söz birləşəmlərinin
tərəfləri arasında olur və söz birləşmələrinin ikinci komponenti
birinci komponentini idarə edir: idarə də tabe söz - birinci
komponent tabe olduğu sözün
ikinci komponentin tələbi ilə
ismin bu və ya digər halında işlənir. İdarə əlaqəsində
birləşmənin birinci tərəfi hala görə dəyişdiyi üçün ya isimlə, ya
da substantivləşmiş hər hansı bir nitq hissəsi ilə ifadə
edilməlidir. Türk dillərində idarəetmə, əsasən, fellərə xas
xüsusiyyət olduğu üçün idarə əlaqəsində tabeedici söz əksər
hallarda fellə ifadə edilir. Buna görə də türk dillərində istər
predikativ,
istərsə
qeyri-predikativ
söz
birləşmələrində
təsriflənən fellər, feli sifət, feli bağlama, habelə məsdərlə idarə
geniş yayılmışdır: qədim türk yazısı abidələrinin dilində məsdər
yox dərəcəsində olduğu üçün məsdərlə idarədən danışmağa
ehtiyac yoxdur. Türk dillərində adların idarəetmə bacarığı çox
zəifdir. Buna görə də isimlər və substantivləşmiş digər nitq
hissələri tabeedici söz kimi idarə əlaqəsində az iştirak edir. Bu
nitq hissələri ismin təsirlik halında işlənən sözləri ümumiyyətlə
idarə edə bilmir, yalnız ismin yiyəlik, yönlük, yerlik və çıxışlıq
hallarında işlənən sözləri idarə edir.
Burada bir məsələni aydınlaşdırmaq lazımdır. İsimlər və
substantivləşmiş digər nitq hissələri təsirlik halda işlənən
15
sözləri idarə edə bilmədiyi kimi fellər də ismin yiyəlik halında
işlənən sözləri idarə edə bilmir. Bu, hamı tərəfindən qəbul
edilən həqiqətdir. Lakin bəzi tədqiqatçılar adlıq halda işlənən
sözün də idarə edilməsindən danışırlar. Məlumdur ki, müasir
türk dillərində ismin adlıq halında işlənən söz cümlənin
mübtədası olur. O da məlumdur ki, cümlənin mübtədası heç bir
cümlə üzvünə tabe olmur; hətta cümlənin xəbəri mübtədaya
tabe olub onunla uzlaşır, mübtədamn təyini ona tabe olub
mübtədaya yanaşır. Türk dillərinin bu qanunu qədim türk yazısı
abidələrinin dili üçün də məqbuldur. Bir halda ki, cümlənin
mübtədası - adlıq halda işlənən söz cümlədə heç bir üzvə (sözə)
tabe olmur, onda onun başqa söz tərəfindən idarə edilməsi
haqqmda söhbət belə gedə bilməz.
Türkoloji ədəbiyyatda bəzən feli və ismi idarədən əlavə
qoşma idarəsindən də danışılır. Məsələn, A.N.Kononov qədim
türk yazısı abidələrinin dilində idarə əlaqəsindən danışarkən
onun iki tipini göstərir: 1) halla idarə - bu idarə yalnız hal
şəkilçiləri vasitəsilə heyata keçirilir və 2) qoşma ilə idarə - bu
idarə hal şəkilçisi üçtə gəl qoşma vasitəsilə həyata keçirilir. Bu
xüsusiyyətə biz təkcə qədim türk yazısı abidələrinin dilində
yox, müasir türk dillərində də rast gəlirik: idarə əlaqəsində bir
sıra hallarda tabe sözlə tabeedici söz arasına qoşma daxil ola
bilir. Əslində qoşma köməkçi nitq hissəsi olduğu üçün
idarəetmə qabiliyyətinə malik deyildir. İdarə əlaqəsinə girən ad
və felin arasına hansı qoşmanın daxil ola bilməsi ilk növbədə
həmin ad və felin semantik mənasından, sonra isə qrammatik
mənadan asılıdır. Məsələn, Soğdak tapa sülədimiz (KT ş 31)
«Soğdaya qarşı qoşun çəkdik» söz birləşməsində hər iki
komponentin semantikası müasir Azərbaycan dilində «tərəf»,
«sarı», «qarşı» mənasını verən «tapa» qoşmasının işlənməsini
tələb edir; burada başqa qoşma işlətmək mümkün deyildir.
Yaxud birlə «ilə» qoşması idarə əlaqəsinə girən ad və felin
semantik (və qrammatik) mənası birgəlik və ya alət məzmunu
tələb etdikdə onların arasına daxil ola bilər. Bir sözlə, qoşma
müstəqil surətdə adlan idarəetmə qabiliyyətinə malik deyildir,
o, yalnız idarə əlaqəsinə girən ad və felin ünvanlı tələbi ilə
onların arasma daxil ola bilər. Lakin bütün bunlara baxmayaraq,
16
dilçilik ədəbiyyatında qoşmanın adlan idarəetmə qabiliyyətinə
malik olduğundan da danışılır. Nəhayət, onu da qeyd etmək
lazımdır ki, türkoloji ədəbiyyatda adın adla idarə edilməsini
inkar edən fikirlərə də rast gəlmək olur. Yeri gəlmişkən,
göstərmək lazımdır ki, məşhur türkoloq A.N. Kononov qədim
türk yazısı abidələri dilinin qrammatikasına aid yazdığı əsərində
tabğaç süsi (T 30) «tabğaç qoşunu» tipli ikinci növ izafət
birləşməlrində (termin A.N.Kononovdur) idarə əlaqəsinin
mövcud olduğunu qəbul edir.
Türk dillərində idarəetmə bacanğı ən çox fellərə xasdır,
lakin adlar da idarəetmə bacanğmdan məhrum deyildir. Eyni
xüsusiyyəti qədim türk yazısı abidələrinin dilində də görmək
olar. Buna gönə də qədim türk yazısı abidələrinin dilində idarə
əlaqəsinin iki tipi vardır: a) qeyri-predikativ feli söz
birləşmələrində idarə əlaqəsi; b) predikatik söz birləşmələrində
idarə əlaqəsi. Eyni şəkildə adlarla idarə əlaqəsinin də iki tipini
göstərmək olar: a) qeyri-predikativ ismi söz birləşmələrində
idarə əlaqəsi; b) predikativ söz birləşmələrində idarə əlaqəsi.
FELLƏRLƏ İDARƏ ƏLAQƏSİ
Qədim türk yazısı abidələrinin dilində fellərlə idarə
əlaqəsi cümlədə feli xəbərlə (təsriflənən fellə) cümlənin ta-
mamlığı, qismən də adlarla ifadə edilən zərfiiyi və feli söz bir
ləşmələrində - feli sifət və feli bağlama tərkiblərində özünü
göstərir. Aydındır ki, təsriflənən fellə (feli xəbərlə) felin təsrif-
lənməyən formalarının (feli bağlama və feli sifət) idarəsində
müəyyən fərqlər vardır. Məhz buna görə də felin bu iki
kateqoriyasının idarəsini ayrı-ayrılıqda nəzərdən keçirmək
lazımdır.
Predikativ feli birləşmələrdə idarə əlaqəsi. Təsriflənən
fellər idarə etdikləri sözlərlə birlikdə predikativ söz birləşməsi,
başqa sözlə desək, cümlə əmələ gətirir. Qeyd etmək lazımdır ki,
təsriflənən fellərin özündən əvvəl işlənən sözü idarə etməsi
felin şəkil, zaman, şəxs və kəmiyyət kateqoriyalarından asılı
deyildir; felin şəkil, zaman, şəxs və kəmiyyət kateqoriyaları
üzrə formalaşması yalnız qrammatik bitkinlik, predikativlik üçün
17
lazımdır. Fellərdə idarə əlaqəsi ilk növbədə felin semantik
mənası və təsirli-təsirsiz olmasından asılıdır. Məsələn, qədim
türk yazısı abidələrinin dilində a l «almaq» feli ilk növbədə
ismin təsirlik halında, sonra isə digər hallarda işlənən sözü, kəl
«gəlmək» feli əvvəlcə ismin yönlük halında duran sözü idarə
edir. Buna görə də həmin fellərə hansı şəkil, zaman, şəxs və
kəmiyyət göstəricilərinin artırılmasının felin idarə əlaqəsinə heç
bir təsiri yoxdur.
Məlum olduğu kimi, türk dillərində, o cümlədən qədim
türk yazısı abidələrinin dilində fellər bilavasitə obyekt tələb
edib-etməməsinə görə təsirli və təsirsiz fellər deyə iki qrupa
ayrılır: təsirli fellər özündən əvvəl bilavasitə obyekt bildirən
sözün - vasitəsiz tamamlığm işlənməsini tələb etdiyi halda,
təsirsiz fellər özündən əvvəl obyekt bildirən sözün işlənməsini
tələb etmir. Təsirli fellər ismin təsirlik halında duran, təsirsiz
fellər isə ismin yiyəlik halından başqa digər hallarında (yönlük,
istiqamət, yerlik,, yerlik-çıxışlıq, çıxışlıq, alət-birgəlik) duran
sözləri idarə edir. Buna görə də felin şəkil, zaman, şəxs və
kəmiyyət kateqoriyaları onun idarəetmə qabiliyyətinə təsir
gösterə bilmədiyi halda, məna növləri kateqoriyası felin
idarəetmə qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Məlum olduğu kimi, felin növ şəkilçiləri onun təsirli, yaxud
təsirsiz olmasına təsir göstərir: felin məchul, qayıdış və qarşılıq
növləri təsirli fellərdən yaranır və təsirsizləşir; birgəlik və
şəxssiz növləri təsirsiz fellərdən düzəlir və təsirsiz olaraq qalır,
icbar növü təsirli fellərdən əmələ gəlir və fel təsirliliyini
qoruyub saxlayır; təhrik növü təsirsiz fellərdən yaranır və təsirli
felə çevrilir. Növ şəkilçisi qəbul edib təsirsizləşən fellər, təbii
ki, əvvəlki obyekt tələb etmək qabiliyyətini itirir, əksinə, felin
təhrik növ şəkilçisini qəbul edib təsirliyə çevrilən fel isə obyekt
tələb etmək qabiliyyəti qazanır. Bütün bu çevrilmələr felin
idarəetmə funksiyasına təsir göstərir.
Ümümiyyətlə, təsriflənən fellər qədim türk yazısı
abidələrinin dilində ismin altı halını - yönlük, istiqamət, təsirlik,
yerlik (yaxud, yerlik-çıxışlıq), çıxışlıq və alət-birgəlik hallarını,
habelə qoşmalarla işlənən sözləri idarə edir.
18
Təsirlik halın (vasitəsiz tamamlığm) idarəsi. Qədim türk
yazısı abidələrinin dilində ismin istər müəyyən, istərsə qeyri-
müəyyən təsirlik halında işlənən söz və ya söz birləşməsi
istisnasız olaraq təsirli fellər tərəfindən idarə edilir. Həmin söz
və ya söz birləşmələri cümlənin müəyyən, yaxud qeyri-
müəyyən vasitəsiz tamamlığı vəzifəsində işlənir.
I. Müasir türk dillərində olduğu kimi, qədim türk yazısı
abidələrinin dilində də ismin qeyri-müəyyən təsirlik halında
duran söz heç bir morfoloji əlamət - hal şəkilçisi qəbul etmir,
adlıq halda işlənən sözə bənzəyir, yalnız ifadə etdiyi vəzifəyə
görə adlıq haldakı sözdən fərqlənir: adlıq haldakı söz cümlənin
mübtədası, qeyri-müəyyən təsirlik haldakı söz (qeyri-müəyyən)
vasitəsiz tamamlıq olur. Qeyri- müəyyən təsirlik halda işlənən
söz (qeyri-müəyyən vasitəsiz tamamlıq) təsirli fellər tərəfindən
idarə edilir; məsələn: Yağru kontukda İdsrə ayığ bilig ança öyür
ermis (KTc S) «Yaxın yerləşdikdən sonra pis əməllər eləcə
öyrədirmiş». Irak ersər, yablak ağı birür, yağuk ersər, edgü ağı
birür (KTc 7) «Uzaq olsa, pis hədiyyə verir, yaxın olsa, yaxşı
hədiyyə verir». Mən... tabğaç kağanta bədizçi kəlürtim (KTc
11) «Mən... tabğaç xaqanlığından naxışçı gətirdim». Bir tümən
ağı, altun, kümüş kərgəksiz kəlürti (KTşm 12) «On min pul,
hədsiz qızıl, gümüş gətirdi». Yigirmi kün olurıp bu taşka bu
tamka kop Yolığ tigin bilidim (KTcş) «İyirmi gün oturub bu daşa
bu damğam bütünlüklə mən - Yolığ tigin yazdım». Sab ança
ıdmıs (T 9) «Belə xəbər göndərmiş».
II. Müəyyən təsirlik halda işlənən sözlər cümlənin
müəyyən vasitəsiz tamamlığı vəzüəsini yerinə yetirir. Qədim
türk yazısı abidələrinin dilində müəyyən təsirlik hal adlara -ığ,
-ig, əvəzliklərə -ı, -i, -m, -ni, söz birləşmələrinə (ikinci və
üçüncü növ, mürəkkəb və təktərəfli təyin söz birləşmələrinə) -
in, -in şəkilçilərindən birini artırmaqla ifadə edilir.
1.
Müasir türk dillərinin əksəriyyətində təsirlik hal -ı, -i,-
u,-ü şəkilçisi ilə ifadə edilir. Qədim türk yazısı abidələrinin
dilində isə bu hal əksərən -ığ, -ig şəkilçisi vasitəsilə düzəlir və
təsirli fellərlə ifadə edilir; məsələn: Irak bodunığ ança yağıtur
ermis (KTc 5) «Uzaq xalqı eləcə yaxınlaşdırırmış». Sü süləpən
19
tört buluQdah bodunığ кор almış, кор baz kilmiş, başhğığ
yüküntirmiş, tizligig sökürmüş (KTş 2) «Qoşun çəkib dörd
tərəfdəki xalqı tamamilə almış, tamamilə tabe etmiş, başlını
səcdə etdirmiş, dizlini çökdürmüş». Nə kağanka isig, küçig birür
mən? (KTş 9) «Hansı xaqana işi, kücü verirəm?» Tölis, tarduş
bodunığ anta itmiş, yabğuğ, şadığ anta birmiş (KTş 13-14)
«Tölis, tarduş xalqmı onda təşkil etmiş, yabğunu, şadı onda
vermiş» və s.
2. Qədim türk yazısı abidələrinin dilində əvəzliklər
təsirlik halda -m, -ni şəkilçisi qəbul edir (m ənyə sən əvəzlikləri
n samiti ilə bitdiyi üçün və qədim türk yazısı abidələrinin
dilində geminat samitlər olmadığı üçün n səslərindən biri düşür
və hal şəkilçisi -i kimi qalır) və təsirli fellərlə idarə edilir;
məsələn: Anı körü ança bilir) (КТ c 13) «Onu görərək eləcə
bilin». Türkbəglər, bodun, bum esidir) (КТ c 10) «Türk bəyləri,
xalqı bunu eşidin». Ol iki kisi bar ersər, sini - tabğaçığ ölürtəçi,
... bini - oğuzığ ölürtəçi (T 10-11) «Nə qədər ki, o iki adam
sağdır, səni - tabğaçı öldürəsidir, ... məni - oğuzu öldürəsidir».
Kaç nət) ersər, bizni ölürtəçi kük (T 29-30) «Necə olursa-olsun,
bizi öldürəcək».
3. Qədim türk yazısı abidələrinin dilində söz birləşmələri
təsirlik halda işlənərkən -m, -in şəkilçisi qəbul edir, təsirli fellər
tərəfindən idarə edilir və söz birləşməsi bütövlükdə cümlənin
vasitəsiz tamamlığı olur; məsələn: Sabımın tükəti esidgil (KT c
1) «Nitqimi tükənincə eşit». Üzə tet)ri basmasar, asra yir
təlinməsər, türk bodun, ilitjin, töriirfin kim artmatı udaçı erti?
(KT ş 22) «Üstdən göylər basmasa, altda yer dəlinməsə, türk
xalqı, elini, qanununu kim dağıda bilərdi?» Antağınm üçün
igidmiş kağanının sabın almatın yir sayu bardığ (KT c 8-9) «Elə
olduğun üçün (səni) yüksəltmiş xaqanının sözünü almadan yer
boyu getdim». Ol təgdükdə BayırkunıQ ak adğırığ udlakın sıyu
urtı (KT ş 36) «O döyüşdə Bayırkunun ağ ayğırının budunu
sındırdı».
Yönlük halın idarəsi. Qədim türk yazısı abaidələrinin
dilində ismin yönlük halında işlənən söz ya cümlənin vasitəli
tamamlığı, ya da zaman və yer zərfliyi olur və təsirsiz fel
20
tərəfindən idarə edilir. Təsirsiz fellər qədim türk qəbilələrinin
dilində qoşma ilə işlənən və yönlük halda duran sözləri də idarə
edir; belə sözlər cümlədə ən çox yer zərfliyi vəzifəsini ifadə
edir. Nəhayət, qədim türk yazısı abidələrinin dilində müstəqim
obyekti (vasitəsiz tamamlığı) olan cümlələrdə yönlük halda
duran vasitəli tamamlığın təsirli fellərlə idarəsinə də rast gəlirik.
I.
Yönlük halda işlənən tamamlığın fellə idarəsi. Artıq
deyildiyi kimi, yönlük halda duran sözlər həm təsirli, həm də
təsirsiz fellərlə idarə edilir. Belə sözlər cümlənin vasitəli
tamamlığı olur. Yönlük halda duran söz hərəkətin son nöqtəsini,
istiqamətini, məqsədini bildirdiyi üçün, müasir türk dillərində
olduğu kimi, qədim türk yazısı abidələrinin dilində də hərəki,
dinamik fellər tərəfindən idarə olunur.
Qədim türk yazısı abidələrinin dilində yönlük hal -ka, -kə,
bəzən isə -a, -ə, -ya, -yə şəkilçiləri ilə düzəlir. Vasitəli obyekt
bildirən belə sözlər aşağıdakı təsirsiz fellər vasitəsilə idanı
edilir:
1. Hiss, həyəcan bildirən sığıt «ağlamaq», büt/bit «bit
mək», amran «sevmək», bök «doymaq», tod «doymaq», kork
«qorxmaq» və s. (ellərlə: Tefjridəki künkə, yerdəki elimkə
hökmədim (Y 7) «Göydəki günəşdən, yerdəki elimdən doy
madım». Süçig sabıtp, yımşak ağısıda arturıp üküş, türk bodun,
öltig ((KT c 6) «Şirin sözünə, yumşaq hədiyyəsinə aldanıb, türk
xalqı, çoxluca öldün».
2. Tabelilik bildirən tap «tapınmaq, inanmaq, sitayiş
etmək», yükün «səcdə etmək», ud «ardınca getmək», uk «tabe
olmaq», kör «tabe olmaq» və s. fellərlə; m əsələn:... anta içrəki
bodun kop rnaQa körür (KT c 2) «... onun içindəki xalqlar
bütünlüklə mənə tabedir». Kanım, elimkə tapdım (Y 13)
«Xanıma, elimə xidmət etdim». Kalpn üçün Bilgə Çikşin katuna
tapdım (Y 13) «Atam üçün Bilgə Çikşin xanına xidmət etdim».
Türk bodun Tabğaçqa erti (T 1) «Türk xalqı Tabğaça tabe idi».
... təgdükin yok üçün kisi balıkda marja ukğalı kəlti (BK ş 28)
«...hücum etmədiyim üçün adamlar şəhərdən mənə tabe olmağa
gəldi».
21
3. Qarşıdurma bildirən sürjiiş «döyüşmək», yaQıl
«yanılmaq», «səhv etmək», karış «düşmənçilik etmək» və s.
fellərlə; məsələn: İltəris kağan bilig esin üçün, alpın üçün
Tabğaçka yeli yegirmi süQüsdi, Kıtayka yeti süQüsdi, Oğuzka bis
süQüsdi (T 48-49) «İltəris xaqan bilik sahibi olduğu üçün, cəsur
olduğu üçün Tabğaça qarşı on yeddi dəfə döyüşdü, Kıtaya qarşı
yeddi dəfə döyüşdü, Oğuza qarşı beş dəfə döyüşdü». Bir kisi
yaljılsar, oğuşı, bodum bisükiQə təgi kıdmaz ermiş (КТ c 6) «Bir
adam
yanılsa
idi,
qəbiləsi,
xalqı
son
nəfərinədək
doğranmazmış».
4. Toxunma bildirən təg «dəymək, çatmaq», opla «hücum
etmək», yet «yetmək, çatmaq», yabış «yapışmaq», yak
«yaxınlaşmaq» və s. fellərlə; məsələn: Tüpütkə kiçig təgmədim
(КТ c 3) «Tibetə azacıq çatmadım». Alp ər biziQə təgmis erti
(KT ş 40) «İgid döyüşçülər bizə hücum etmişdi». Yağıka yal Qus
oplayu təgip, opulu kirip özü kısğa kərgək boltı (KÇ 23)
«Yağıya yalqız sürətlə hücum edib, arasına girib özü qısa həlak
oldu». ...anta Bükəgiikə yetdim (MÇ 13) «... onda Bükəgükə
çatdım».
5. Qədim türk yazısı abidələrinin dilində vasitəsiz
tamamlıq tələb edən fellər də vasitəsiz tamamlıqla yanaşı,
yönlük halda işlənən vasitəli tamamlığı da idarə edir, lakin bu
halda təkcə vasitəsiz tamamlıq təsirə məruz qalır; vasitəli
tamamlıq bilavasitə təsirə məruz qalmır; məsələn: Kimkə ilig
kazğanur mən? (KT ş 9) «Kimə el qazanıram?» Tabğaç kağanka •
ilin, törüsin alı birmis (KT ş 8) «Tabğaç xaqanma elini,
qanununu almış». Çik bodunka tutuk birtim (MÇ 26) «Çik
xalqına tutuk verdim».
II.
Yönlük halda işlənən yer zərfliyinin fellə idarəsi.
Qədim türk yazısı abidələrinin dilində yönlük halda işlənən
sözlər cümlənin yer zərfliyi vəzifəsini də ifa edir. Yönlük hal
şəkilçisi, əsasən, yer məfhumu bildirən sözlərə artırıldıqda və
bu sözlər kimə, nəyə suallarına yox, haraya sualına cavab
verdikdə cümlənin yer zərfliyi olur, cümlənin feli xəbəri
tərəfindən idarə olunur; məsələn: İlgərü kün toğsı/ca, birigərü
kün ortusıQaru,kurığaru kün batsıkıQa, yırığaru tün ortusıQaru -
22
anta içrəJci bodun кор ma Qa körür (KT c 2) «İrəli gündoğana,
cənuba günortaya, qərbə günbatana, şimala gecəyarıya - bu
qədər yerin içindəki xalq bütünlüklə mənə tabedir». ... bəriyə
Tabğaçka, yıraya yışka təgi alp ərin balbal kısdı (O 2-3) «...
cənuba Tabğaça, şimala meşəli dağlara təki igid döyüşçülərini
balbal qoydu». ÖQrə Kıtayda, bəriyə Tabğaçda, kurıya
Kurdanta, yıraya Oğuzda iki-üç biQ sümüz.kəltəçimiz (T 14)
«Şərqə Kıtayda, cənuba Tabğaçda, qərbə Kurdanda, şimalda
Oğuzda iki-üç min qoşunuq, gələsiyik». Tokuz oğuz bodun üzə
kağan olurtı (T 9) «Doqquz oğuz xalqının üzərində xaqan
oturdu».
Ш. Yönlük halda işlənən zaman zərfliyinin fellə idarəsi.
Qədim türk yazısı abidələrinin dilində zaman, vaxt anlayışı
bildirən sözlər yönlük hal şəkilçisi qəbul etdikdə cümlədə
zaman zərfliyi vəzifəsində işlənir və cümlənin feli xəbəri
tərəfindən idarə edilir. Qeyd etmək lazımdır ki, qədim türk
abidələrinin dilində yönlük hal şəkilçili yer zərfliklərinə
nisbətən yönlük hal şəkilçili zaman zərflikləri daha məhsuldar
işlənir; məsələn: Tetjri təg, teQridə bolmış türk bilgə kağan bu
ödkə olurtım (KT c 1) «Tanrı tək göylərdə doğulmuş türk
müdrik xaqanı bu vaxt (taxta) oturdum». Koy yılka yorıdım (MÇ
9) «Qoyun ilində yürüş etdim». Yazı Qa oğuz tapa sülədim (BK ş
31-32) «Yazda oğuzlara qarşı qoşun çəkdim». Bir otuz yaşıQa
Çaça səQünkə süQüşdimiz (KT ş 32) «İyirmi bir yaşında Çaça
sənünlə döyüşdük». Yeti yegirmi yaşıma ta Qut tapa sülədim (BK
ş 24) «On yeddi yaşımda tanqutlara qarşı qoşun çəkdim». Ol
yılka türgis tapa Altun yışığ aşa, Ertis ügüzig keçə yorıdım (BK
ş 27) «Həmin ildə türgişlərə qarşı Altun meşəli dağlarını aşaraq,
İrtış çayını keçərək yürüş etdim». Kül tigin koy yılka yeti
yegirmikə uçdı, tokuzınç ay yiti otuzka yoğ ertürtimiz (KT şm ş)
«Kül tigin qoyun ilində ayın on yeddisində vəfat etdi,
doqquzuncu ayın iyirmi yeddisində dəfn etdirdik».
IV. Qoşmalı yönük halın fellə idarəsi. Qədim türk yazısı
abidələrinin dilində fellər yönlük halda duran və qoşma ilə
işlənən sözləri də idarə edir. Qədim türk qəbilələrinin dilində
yönlük halda olan sözlərlə, əsasən, təgi, təg «təki, kimi» və
23
tapa «tərəfə, qarşı» qoşmaları işlənir. Qoşma ilə işlənən yönlük
halda duran sözlər qədim türk yazısı abidələrinin dilində
cümlənin yer zərfliyi vəzifəsində çıxış edir; məsələn: Bunça
yirkə təgi yorıtdım (КТ
c 4) «Bu qədər yerə təki qoşun
yürütdüm». ...Yinçü ügüzig keçə Təmir kapığka təgi sülədim
(KT c 3-4) «... İnci çayını keçərək Dəmir qapıya təki qoşun
çəkdim». Eçim kağan birlə ilgərü Yaşıl ügüz Şantutjyazıka təgi
sülədimiz, kurığaru Təmir kapığka təgi sülədimiz, Kögmən aşa
kırkız yeriQə təgi sülədimiz (KT ş 17) «Əmim xaqan ilə şərqə
Yaşıl çay Şandun düzünə təki qoşun çəkdik, qərbə Dəmir
qapıya təki qoşun çəkdik, Kögmən (dağlarını) aşaraq qırğız
yerinə təki qoşun çəkdik». Bodurıığ igidiyin tiyin yırığaru oğuz
bodun tapa, ilgərü kıta$, tatabı bodun tapa, birigərü Tabğaç
tapa uluğ sü eki yegirmi sülədim (KT ş 28). «Xalqı yüksəldim
deyə şimala - oğuz xalqına qarşı, şərqə - kıtay və tatabı
xalqlarına qarşı, cənuba - Tabğaça qarşı böyük qoşunla on iki
(dəfə) qoşun çəkdim». Altı çub soğdak tapa sülədimiz (KT ş 31)
«Altı tayfalı Soğdaya qarşı qoşun çəkdik». Yazırja oğuz tapa
sülədim (BK ş 31-32) «Yazda oğuzlara qarşı qoşun çəkdim».
İstiqamət halının idarəsi. Qədim türk yazısı abidələrinin
dilində
istiqamət
halında
duran
söz
işin,
hərəkətin
istiqamətləndiyi, yönəldiyi məkanı, obyekti bildirir və -ğaru, -
gərü, mənsubiyyət şəkilçili sözlərə isə -rjaru, -fjərü şəkilçilərini
artırmaqla əmələ gəlir. Qədim türk yazısı abidələrinin dilində -
rjaru, -tprü şəkilçisinin son saitinin düşdüyü variantın da (-(far,
-(fər şəklində) işləndiyinə təsadüf edilir. Bundan başqa,
türkoloji ədəbəiyyatda -ra, -rə və -ru, -rü şəkilçilərinin də
istiqamət halı əmələ gətirdiyi göstərilir. Müasir türk dillərində
olduğu kimi, qədim türk yazısı abidələrinin dilində də istiqamət
halında işlənən söz təsirsiz fel tərəfindən idarə olunur.
Qədim türk yazısı abidələri dilinin tədqiqinə həsr edilmiş
əsərlərdə istiqamət halında duran sözlərin cümlədə yalnız yer
zərfliyi vəzifəsi ifa etdiyi göstərilir. Lakin abidələrin dilində
istiqamət halmda duran söz cümlədə yer zərfliyi ilə yanaşı
vşsitəli tamamlıq və zaman zərfliyi vəzifələrində də işlənir.
24
I. İstiqamət halmda işlənən tamamlığın fellə idarəsi.
Qədim türk yazısı abidələrinin dilində işin, hərəkətin istiqa
mətləndiyi istiqamət halmda işlənən söz yer, məkan anlayışı
deyil, obyekt, predmet bildirirsə, həmin söz cümlənin yer
zərfliyi deyil, vasitəli tamamhğı vəzifəsini yerinə yetirir. Belə
söz cümlədə vasitəsiz tamamlıq mövcud olmadıqda təsirsiz, va-
sitəsiz tamamlıq mövcud olmadıqda təsirli fellərlə idarə edilir;
məsələn: A (far körü bilitj (KT c 11) «Ona baxaraq bilin». A (far
adınçığ bark yaraturtım (KT c 12) «Ona adına layiq sərdabə
yaratdırdım». Ö/Jrə türk kağanğaru süləlim, - timis, - a (faru
süləməsər, kaç nə() ersər, ol bizni... ölürtəçi кйк (T 20-21)
«Şərqə - türk xaqanma qarşı qoşun çəkək, - demiş, - ona qarşı
qoşun çəkməsək, - hər necə olsa, o bizi... əlbəttə, öldürəcək».
Tabğaçğaru Kunt sərjünig ıdmış (T 9) «Tabğaça Kum sənünü
göndərmiş». Bögü kağan bafjaru ança ayıdmış (T 34) «Bögü
xaqan mənə elə demiş».
II. İstiqamət halmda işlənən yer zəfrliyinin fellə idarəsi.
İstiqamət halmda işlənən və yer, istiqamət anlayışı ifadə edən
sözlər cümlənin yer zərfliyi olur. Adətən, belə sözlər təsirsiz
fellər tərəfindən idarə edilir.
1. -ğaru, -gərü şəkilçisi ilə: İlgərü kün toğsıka, birigərü
kün ortusınaru, kurığaru kün batsıkıtja, yırığaru tün ortusıQaru
anta içrəki bodun kop mafja körür (KT c 2) «Şərqə -
gündoğana, cənuba - gün ortasına, qərbə - günbatana, şimala -
gecə ortasına - onun içindəki xalqlar bütünlüklə mənə tabedir».
İlgərü, kurığaru süləp tirmiş (KT ş 12) «Şərqə, qərbə qoşun
çəkib toplamış». Mağı kurğan bşlap, yazı()a oğuzğaru sü
taşıkdımız (KT şm 8) «Mağı kurqanda qışlayıb yazda oğuzlara
qarşı qoşunla çıxdıq».
2. -rjaru, -ijərü şəkilçisi ilə: ...yeriQərü. subıffaru kontı
(BK ş 40) «...yerinə, suyuna yerləşdi».
3. -ru, -rü şəkilçisi ilə: ... kirü Təmir kapığka təgi kon-
turmıs (KT ş 2) «...qərbə Dəmir qapıya təki yerləşdirmiş».
...öltəçi bodunığ tirigrü igitim (KT ş 29) «...öləsi xalqı diriliyə
yüksəltdim». ...ebrü kəlürtim (BK ş 25) «...evə gətirdim».
25
Basmıl yağıdıp ebimrü bardı (MÇ 28) «Basmıllar yağı olub
evimə doğru getdi».
4.
-ra, -ra şəkilçisi ilə: içrə ben bulğayın, - timis (MÇ 28)
«Daxildə mən iğtişaş salım, - demiş». Üzə kök teljri, asra yağa
yir kılıntukda ekin ara kisi oğlı kilinmiş (KT ş 1) «Üstdə mavi
göylər, altda qonur yer yarandıqda ikisinin arasında insan oğlu
yaranmış». Tarduş şad ara badı (T 41) «Tarduş şadı aranı
bağladı».
III.
istiqamət halında işlənən zaman zərfliyinin fellə .
idarəsi. Qədim türk yazısı abidələrinin dilində istiqamət halında
duran zaman zərfliyi həmin halda duran yer zərfi iyinə nisbətən
xeyli az işlənir. Zaman anlayışı bildirən söz istiqamət halı
şəkilçisi qəbul edir, təsirsiz fellərlə idarə edilir və cümlənin
zaman zərfliyi vəzifəsini icra edir. Qeyd etmək lazımdır ki,
istiqamət halında olan zaman zərflyini əmələ, gətirən morfoloji
vasitələr (şəkilçilər) də yer zərfi iy indəkinə
nisbətən
məhduddur; zaman zərfliyini əmələ gətirmək üçün təkcə -ğaru,
-gərü şəkilçisinin variantı olan -/Jam, -ijərü şəkilçisindən
istifadə edilir; məsələn: tlgərü kün toğsıka, birigərü Min
ortusıljaru, kurığaru kün batsıkıija, yırığaru tün ortusı rjaru -
anta içrəki bodun kop m alp körür (КТ c 2) «İrəli - gündoğana,
cənuba - günortaya, qərbə - günbatana, şimala - gecəyarıya -
bu qədər yerin içindəki xalqlar bütünlüklə mənə tabedir».
Yerlik-çıxış tıq
halın
idarəsi.
Qədim
türk
yazısı
abidələrinin dilində -da/-ta, -də/-to şəkilçisi ilə formalaşan hal
müasir türk dillərindəki yerlik və çıxışlıq halların mənasını ifadə
edir. Bundan başqa, qədim türk yazısı abidələrinin dilində -dan/-
tan, -dənAtən (qapalı saitlərlə işlənən variantı da mövcuddur --
qədim uyğur yazısı abidələrinin dilində işlənir) şəkilçisi ilə
formalaşan çıxışlıq halm da işlənməsinə rast gəlmək olur.
Görünür, qədim türk yazısı abidələrinin qələmə alındığı dövrdə
çıxışlıq halın öz məxsusi şəkilçisi ilə formalaşması prosesi
gedirmiş. Yerlik-çıxışlıq hal yerlik hal şəkilçisi ilə formalaşsa
da, həm yerlik, həm de çıxışlıq halm mənası ifadə etdiyi üçün
türkoloji ədəbiyyatda çox vaxt yerlik-çıxışlıq hal adlandırılır.
26
Qədim türk yazısı abidələrinin dilində yerlik-çıxışlıq halda
duran söz cümlədə iki vəzifə yerinə yetirir: obyekt bildirdikdə
cümlənin vasitəli tamamlığı, zaman, məkan və s. bildirdikdə isə
cümlənin zaman, yer və s. uyğun zərfliyi olur və hər iki halda
fellə idarə edilir.
I.Yerlik-çıxışlıq halda işlənən vasitəli tamamlığm fellə
idarəsi. Yerlik-çıxışlıq halda duran söz qədim türk yazısı
abidələrinin dilində vasitəsiz tamamlıq işlənməyən cümlələrdə
təsirsiz, fasitəsiz tamamlıq işlənən cümlələrdə təsirli fellərlə
idarə edilir. Bu hal müasir türk dillərindəki iki halm vəzifəsini
yerinə yetirdiyi üçün qədim türk yazısı abidələrinin dilində onun
məna çalarları da genişdir.
1. Qədim türk yazısı abidələrinin dilində yerlik-çıxışlıq
halda duran söz müasir türk dillərindəki yerlik halm vəzifəsini
yerinə yetirir. Bu zaman həmin söz obyekt - cümlənin üzərində
iş görülən vasitəli tamamlığı olur; məsələn: Yarakınta,
yalmasınta yüz artuk okun urtı (KT ş 33) «Yarağına, zirehin»
yüzdən artıq ox dəymişdi». ... katjım İltəris kağanığ, ögim
İlbilgə xatunığ teljri töpəsintə tulip yögərü kötürmiş erinç (KT ş
11) «... atam İltəris xaqanı, anam İlbilgə xatunu tanrı təpəsində
tutub yuxarı götürmüş».
2. Qədim türk yazısı abidələrinin dilində yerlik-çıxışlıq
halda duran söz müasir türk dillərindəki çıxışlıq halm vəzifəsini
yerinə yetirir və iş, hərəkətin uzaqlaşdığı obyekt - vasitəli
tamamlıq funksiyasında çıxış edir. Qədim türk qəbilələrinin
dilində yerlik-çıxışlıq hal bu vəzifədə daha çox işlənir; məsələn:
...lüi yılka yitinç ay küçlig alp kağanımda adıralu bardıtjız (O
12) «... əjdaha ili yeddinci ay güclü alp xaqanımdan ayrılaraq
getdiniz». Bu Tabğaçda yıraya bəg oğuz ara yeli ərən yağı
bolmıs (O 5) «Bu Tabğaçdan şimala bəy oğuzlar arasında yeddi
ərən yağı olmuş». Mən ... Tabğaç kağanta bədizçi kəlürtim (KT
c 11) «Mən ... Tabğaç xaqanından naxışçı gətirdim». Közdə yaş
kəlsər, eti də kötjültə sığıt kəlsər, yanturu sakıktım, katığdı
sakıntım (KT şm 11) «Gözdən yaş gəlsə, könüldən güclü fəryad
gəlsə, yanaraq düşündüm, möhkəmcə düşündüm». Türk bodun
27
kanın bolmayın Tabğaçda adırıltı (T 2) «Xanı olmayan türk
xalqı Tabğaçdan. ayrıldı» və s.
3.
Qədim türk yazısı abidələrinin dilində obyekt bildirib
yerlik-çıxışlıq halda duran söz müqayisə edilən, qarşılaşdınlan
predmet mənası ifadə edir və cümlənin vasitəli tamamhğı
vəzifəsini yerinə yetirir; məsələn: Bizinlə eh' uçı sı parça artuk
erti (T 40) «İki qanadı bizdən yarıbayarı artıq idi».
II.
Qədim türk yazısı abidələrinin dilində yerlik-çıxışlıq
hal şəkilçisi yer və zaman məfhumu ifadə edən sözlərə
artırıldıqda obyekt-vasitəli tamamlıq anlayışı deyil, zaman,
məkan, səbəb, vasitə, tərz və s. mənalar ifadə edən zərf əmələ
gətirir. Cümlədə zərflik vəzifəsini yerinə yetirən bu sözlər
təsirsiz fellərlə idarə edilir.
1. Yerlik-çıxışlıq hal hərəkətin baş verdiyi yeri bildirən
məfhum əmələ gətirir. Belə sözlər cümlədə yer zərfliyi olur.
Qədim türk yazısı abidələrinin dilində yerlik-çıxışlıq halda
duran söz cümlədə ən çox bu vəzifədə işlənir; məsələn: Türgis
kağan süsi Bolçuda otça, borça kəlti (KT ş 37) «Türgiş
xaqanının qoşunu Bolçuda od kimi, şərab kimi gəldi». Kara
költə süljüşdimiz (KT şm 2) «Qara göldə döyüşdük». Sü
təgisintə yelinç ərig kıhçladı (KT şm 5) «Qoşun toqquşmasında
yeddinci döyüşçünü qılıncladı». Ida, taşda kalmışı kobramp yeti
yüz ər boltı (T 4) «Kolda, daşda qalmışı toplanıb yeddi yüz
döyüşçü oldu», Altun yışda olurtımız (T 32) «Altun meşəli
dağlarında oturduq» və s.
2. Yerlik-çıxışlıq hal şəkilçisi qəbul etmiş söz cümlənin
yer zərvliyi vəzifəsini yerinə yetirir və işin, hərəkətin başlanğıc
nöqtəsini, çıxış nöqtəsini, yerini bildirir. Bu zaman yerlik-
çıxışlıq hal müasir türk dillərindəki çıxışlıq hal mövqeyində
çıxış edir; məsələn: Uyğur yirintə Yağlakar kan ata kə itim
(Süci) «Uyğur yerindən (mən) Yağlakar xan ata gəldim».
Tabğaç kağanta tsyi Likən kəlti (KT şm 12) «Tabğaç .
xaqanından tsyi Likən gəldi». Tüpüt kağanta Bölön kəlti (KT
şm 12) «Tibet xaqanından Bölön gəldi». Kırkızda yantımız (T
29) «Qırğızdan qayıtdıq». Türkis kağanta körüg kəlti (T 29)
«Türgiş xaqanından casus gəldi».
28
3. Yerlik-çıxışlıq hal şəkilçisi qəbul etmiş söz cümlənin
zaman zərfliyi vəzifəsini yerinə yetirir; məsələn: Süfjüg batımı
karığ sökipən Kögmən yışığ toğa yorıp kırkız bodunığ uda
basdımvz (KT ş 35) «Süngü batımı (qədər) qan dağıdıb Kögmən
meşəli dağlarını üzüyuxarı yürüyüb qırğız xalqını yuxuda
basdıq». Карт kağan uçdukda inim Kül tigin yiti yaşda kaldı
(KT ş 30) «Atam xaqan vəfat etdikdə kiçik qardaşım Kül tigin
yeddi yaşda qaldı». Ol at anta tüsti (KT şm 4) «O at o vaxt
öldü». Ol küntə təgdi türk bodun Təmir kapığka (T 46) «Həmin
gün türk xalqı çatdı Dəmir qapıya».
Qədim türk yazısı abidələrinin dilində yerlik-çıxışlıq halda
duran söz kisrə «sonra» qoşması qəbul edib zaman zərfliyi
vəzifəsində çıxış edir; bu vaxt yerlik-çıxışlıq hal müasir türk
dillərindəki çıxışlıq hal məqamında işlənir; məsələn: Anta kisrə
inisi eçisin tək kalınmaduk erinç... yablak kağan olurmıs erinç
(KT ş 5) «Ondan sonra kiçik qardaşı böyük qardaşı kimi
olmadığından ... pis xaqan (taxta) oturmuş». Yağpu kontukda
kisrə ayığ bilig anta öyür ermis (KT c 5) «Yaxın yerləşdikdən
sonra pis əməlləri orada öyrədirmiş». Ol kanyok boltukda kisrə
el yetmiş, ıçğınmıs, keçışmıs (O l) «O xan yox olduqdan sonra cl
sona yetmiş, dağılmış, qaçışmış» və s.
4. Yerlik-çıxışlıq hal şəkilçisi qəbul etmiş söz cümlənin
səbəb zərfliyi vəzifəsini yerinə yetirir; məsələn: Yana tetjri
kutıtp üçinç yılta кор əsən tügəl körüşmüş (IB 21-22) «Yenə
tanrı nəzərində üçüncü ildə hər şey salamat bütöv görüşmüş».
Qədim türk yazısı abidələrinin dilində yerlik-çıxışlıq halda
duran söz ötrü «ötrü» qoşması ilə işləndikdə cümlənin səbəb
zərfliyi olur; məsələn: Anta ötrü kağanıma otüntüm (T 12)
«Ondan ötrü xaqanıma müraciət etdim». Anta ötrü oğuz kopın
kəlti (T 16) «Ona görə oğuzlar hamılıqla gəldi». Anta ötrü
türgis, karlukığ tabarın alıp, ebin yolıp barmıs, ebimə tüsmis
(MÇ 29) «Ondan Ötrü türgişin, karlukun malım alıb, evini
dağıdıb getmiş, evimə qayıtmış».
5. Yerlik-çıxışlıq halda olan söz hərəkətin tərzini, alətini
bildirir; məsələn: İngəkkölikin Toğlada oğuz kəlti (T 15) «inək
və yük heyvanları ilə Toğla çayı vasitəsilə oğuzlar kəldi».
29
Çıxışlıq halm idarəsi. Qədim türk yazısı abidələrindən
göytürk Orxon-Yenisey abidələrində çıxışlıq hal az işlənir;
çıxışlıq hal şəkilçiləri ilə formalaşmış cəmi bir neçə sözün
abidələrin mətnlərində işlənməsinə təsadüf edilir. Görünür,
göytürk yazısı abidələrinin qoyulduğu dövrdə bu hal hələ
əmələgəlmə prosesi keçirirmiş. Buna baxmayaraq, götürk
abidələrinin dilində bu halın fellə idarə edilməsindən danışmaq
üçün kifayət qədər fakt vardır. Qədim uyğur yazısı abidələrində
isə çıxışlıq hal nisbətən çox işlənir, lakin yenə də bu halın tam
formalaşdığından danışmaq olmaz.
Qedim türk yazısı abidələrindən göytürk abidələrində
çıxışlıq hal -danZ-tan, -dən/-tən, qədim uyğur abidələrində
dınZ-tın, -din/-tin şəkilçisi ilə əmələ gəlir və əsasən iş, hərəkətin
başlanğıc nöqtəsini, nadir hallarda isə obyekt bildirən anlayış
ifadə edir. Lakin qədim türk yazısı abidələrinin dilində çıxışlıq
halm
obyekt
bildirdiyi
məqamın
işlənməsinə
təsadüf
edilməmişdir.
Qədim türk yazısı abidələrinin dilində çıxışlıq halda duran
söz cümlədə iş, hərəkətin başlandığı, çıxdığı məkanı bildirən
yer zərfliyi vəzifəsini yerinə yetirir və zoif də olsa, fel
tərəfindən idarə olunur; məsələn: Yaraklığ /canlan kəlip yaya
eltdi, süljüglig kantan kəlipən sürə eltdi? (KT ş 23) «Yaraqlılar
haradan gəlib (səni) yaydı, süngülülər haradan gəlib (səni) sürüb
apardı?» Ança olurur erikli oğuzdantan lcörüg kəlti (T 8) «Eləcə
oturur ikən oğuzlardan casus gəldi». Tabğaç, bəridənyən təg,
Kıtajt, öQdənyən təg, ben yıradantayan təgəyim (T 11) «Tabğaç,
cənub tərəfdən hücum ct, Kıtay, şərq tərəfdən hücum et, mən
şimal tərəfdən hücum edim». ÖQdən kağanğaru sü yoraltm (T
29) «Şərqdən xaqana qarşı qoşun yürüdək». ...Yılun kol birdin
sıfp r Şıp başı Qa təgi çərig itdim (MÇ 15) «... Yılun çayının
cənubundan Şıp başına təki qoşun çəkdim».
Taşdıntan ...
kabışayın (MÇ 23) «Bayırdan ... toplaşaq». Taşdıntan üç karluk,
üç ıduk tatar ... türgis ... (MÇ 28) «Bayırdan üç karluk, üç
müqəddəs tatar... türgiş...»
Alət-birgəlik halm idarəsi. Alətrbirgəlik halı türk dillə
rində qrammatik hallardan sayılır. Bu hal qədim türk yazısı
30
abidələrinin dilində -n, -m, -in şəkilçimi ilə əmələ gəlir və kiçik
məna çalarlanm ənəzərə almasaq, iş, hərəkətin icra edildiyi alət
və iş, hərəkətin birgə, birlikdə icra edildiyi anlayışlarını bildirir.
Müasir türk dillərində alət halının şəkilçisinin vəzifəsini
birlənAlə qoşması yerinə yetirir.
Qədim ütrk yazısı abidələrinin dilində alət-birgəlik
halında duran söz həm təsirli, həm də təsirsiz fellərlə idarə
edilir və cümlədə həm vasitəli tamamlıq, həm də müxtəlif
zərflik vəzifələri yerinə yetirir.
I.
Alət-birgəlik halında duran vasitəli tamamlığm fellə
idarəsi. Qədim türk yazısı abidələrinin dilində alət-birgəlik halı
iki qrammatik məna - bir tərəfdən, iş və hərəkətin icra edildiyi
alət, digər tərəfdən, iş və hərəkətin birlikdə icra edildiyi
mənalarını ifadə edir, hər iki halda bu hal cümlənin vasitəli
tamamlığı olur və həm təsirli, həm də təsirsiz fellər tərəfindən
idarə edilir.
1. Alət-birgəlik halda duran söz hərəkətin alətini bildirir;
məsələn: OtJ tutuk yorçün yaraklığ əligin tutdı (KT ş 32) «On
tutukun yorçunu yaraqlı oli ilə tutdu». Bir ərig okun urtı (KT ş
36) «Bir döyüşçünü oxla vurdu». Üzə tetjri, asra yer yarltkaduk
üçün... közün körmədük, kulkakın esidmədük bodunımın... (BK
şm 10- 11) «Üstdə tanrı, altda yer buyurduğu üçün ... gözü ilə
görməyən, qulağı ilə eşitməyən xalqımı...» Süçigsabın, yımşak
ağın arıp ırak bodunığ ança yarıtur ermis (KT c 5) «Şirin sözü,
yumşak hədiyyəsi ilə aldadıb uzaq xalqları eləcə yaxınlaşdırır
im iş».... süfjügin açdımız (T 2 8 )«... süngü ilə açdıq» və s.
2. Alət-birgəlik halda duran söz hərəkətin birlikdə icra
edildiyini bildirir; məsələn: Kafjım kağan yeti yegirmi ərin
taşıkmış (KT ş 11) «Atam xaqan on yeddi igidlə sərhədi aşmış».
Uluğ İrkin azkıya ərin təzip bardı (KT ş 34) «Ulu İrkin azacıq
döyüşçü ilə qaçıb getdi». Kağanımın sülətdimiz (T 53)
«Xaqanımla birgə qoşun çəkdirdik». İngək köligin Toğlada oğuz
kəlti (T 15) «İnək və yük heyvanları ilə birlikdə Toğla çayında
oğuzlar gəldi» və s.
II.
Alət-birgəlik halında duran zərfliyin fellə idarəsi.
Qədim türk yazısı abidələrinin dilində alət-birgəlik halın
31
şəkilçisi zaman və yer anlayışı ifadə edən sözlərə artırıldıqda
uyğun surətdə cümlənin zaman və yer zərflikləri vəzifəsində
işlənən sözlər əmələ gətirir. Bundan başqa, bir sıra hallarda
alət-birgəlik halın şəkilçisi ilə işlənən bəzi sözlər cümlənin
tərzi-hərəkət zərfliyi vəzifəsini yerinə yetirir.
1. Alət-birgəlik halda duran söz zaman zərfliyi olur;
məsələn: Yalabaçı, edgü sabı, ötüki kəlməz tiyin yayın sülədim
(BK ş 39) «Elçisi, yaxşı sözü, xəbəri gəlməz deyə yayda qoşun
çəkdim». Otuz artukı səkiz yaşımda kışm kıtay tapa sülədim...
otuz artukı tokuz yaşıma yazın tatabı tapa sülədim (BK c 2)
«Otuz səkkiz yaşımda qışda kıtaylara qarşı qoşun çəkdim ... otuz
doqquz yaşımda yazda tatabılara qarşı qoşun çəkdim». Ançıp ol
yıl küzün ilgərü yorıdım (MÇ 20) «Ondan sonra həmin ilin
payızında şərqə yürüş etdim».
2. Alət-birgəlik halda duran söz yer zərfliyi olur; məsələn:
Bu yolm yorısar, yaramaçı, - tidim (T 23) «Bu yolla yürüş etsək,
yaramaz, - dedim». Anm barmıs (T 24) «Anı çayı ilə getmiş».
3. Alət-birgəlik halda işlənən söz iş və hərəkətin icra
tərzini bildirir və cümlədə tərzi-hərəkət zərfliyi vəzifəsini
yerinə yetirir; məsələn: Altun yısığ yolsızın asdım, Erlis ügiizig
keçigsizin keçdimiz (T 35) «Altun meşəli dağlarını yolsuz aşdım,
İrtış çayını keçidsiz keçdik».
4. Alət-birgəlik halda duran söz cümlənin səbəb zərfliyi
olur; məsələn: Bəgləri, bodunı tuzsuz üçün, tabğaç təbliğin
kürlig üçün,
armaqçısın üçün, inili-eçili kiQ sürtükin üçün, bəgli-
boduqlığ yoQşurtukın üçün türk bodun illədük ilin ıçğanu ıdmıs
(KT ş 6) «Bəyləri, xalqı düz olmadığı üçün, tabğaç xalqının
təhriki hiyləgər olduğu üçün, cəzbedici olduğu üçün, kiçik
qardaşlarla böyük qardaşları salışdırdığı üçün, bəyləri, xalqı bir-
birinin üstünə qaldırdığı üçün türk xalqı yaratdığı elini
dağıtmış».
Qeyri-predikativ feli birləşmələrdə idarə əlaqəsi. Qey-
ri-predikativ söz birləşmələrində idarə əlaqəsindən danışdıqda
türk dillərində feli sifət, feli bağlama və məsdərin tərkib
daxilində onlardan əvvəl gələn adları idarə etməsi nəzərdə
tutulur. Qədim türk yazısı abidələrinin dilində məsdərin yox
32
dərəcəsində olduğunu nəzərə alsaq, onda abidələrin dilində feli
bağlama və feli sifətin adları idarə etməsindən danışmaq olar.
İstər feli sifət, istərsə feli bağlama fel olduğu və hər ikisi tərkib
(feli sifət və feli bağlama tərkibləri) əmələ gətirdiyi üçün,
habelə onlarm feli tərkibə daxil olan sözləri özünə tabe edib
idarə etdikləri üçün predikativ söz birləşmələri və qeyri-
predikativ söz birləşmələrində feli idarə arasında heç bir fərq
yoxdur. Fərq yalnız birincilərin şəkil, zaman, şəxs və kəmiyyət
şəkilçiləri qəbul edib predikat kimi formalaşmasında, ikincilərin
isə bu kateqoriyaları qəbul etməməsi, felin təsriflənməyən
formasında olmasındadır. Felin təsriflənən formaları kimi,
təsriflənməyən formaları da müstəqim obyekt - vasitəsiz
tamamlıq tələb edib-etməməsinə görə təsirli və təsirsiz deyə iki
qrupa ayrılır: felin təsirli təsriflənməyən formaları müstəqim
obyekti idarə edir, felin təsirsiz təsriflənməyən formaları qeyri-
müstəqim obyekti idarə edir.
Dostları ilə paylaş: |