Dərs vəsaiti baki nurlan 2 0 0 6 Elmi redaktoru



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə9/39
tarix21.04.2017
ölçüsü112 Kb.
#14972
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

95

Qədim  türk  yazısı  abidələrinin  dilində  qoşmalı  feli 
birləşmələr  az  işlənir.  Lakin  hər  haldı  belə  birləşmələrin 
işlənməsinə  təsadüf edilir;  məsələn:  te/jri təg bolmış  (K T  c  1) 
«tanrı kimi... olmuş», yir sayu...  turu,  ölü (КТ c 9) «yer b o y u ... 
əldən düşərək»,  tatıija  tə g i...  körü  (KT c  12,  BK şm  15)  «yad 
adamlara k im i...  görərək»,  Bökli kağanka təgi süləyü (KT ş 8) 
«Böklü  xaqanma  kimi  qoşun  çəkərək»,  Təmir  kapığka  təgi 
süləyü (KT ş  8)  «Dəmir qapıya kimi qoşun çəkərək»,  Kül tigin 
birlə  ölü, yitü (KT ş 27) «Kül tigin  ilə əldən düşərək»,  eki şad 
birlə ölü, yitü (KT ş 27) «iki şad ilə əldən düşərək», tetjri tə g ... 
yaratmış  (BK  ş  1,  c  13)  «tenri  kimi  ...  yaratmış»,  oğuz  bodun 
tokuz  tatar birlə  tirilip (BK ş  34)  «oğuz xalqı  doqquz tatarlarla 
birləşib  (toplanıb)»,  inisi eçisin  təg talinmad.uk (KT  ş  5)  «kiçik 
qardaşı  böyük qardaşı tək olmadığı»,  oğh  katjın  təg kılınmaduk 
(KT ş 5) «oğlu atası kimi olmadığı» və s.
TƏRKİBLƏR
Türk  dillərində  felin  təsriflənməyən  formaları  -  məsdər, 
feli  sifət  və  feli  bağlama  özündən  əvvəl  gələn  sözləri  idarə 
etmək,  özünə  bağlamaq  və  ismi  birləşmələrə  bənzər  feli 
birləşmələr  yaratmaq  qabiliyyətinə  malikdir.  Ümumi  dilçilikdə 
feli  konstruksiyalar  adlanan  belə  sərbəst  söz  birləşmələri 
türkologiyada  tərkiblər  -   məsdər,  feli  sifət  və  feli  bağlama 
tərkibləri adlanır.  İkinci və üçüncü  ismi (təyini) söz birləşmələri 
kimi, məsdər,  feli sifət və feli bağlama tərkibləri də müstəqil və 
vahid  söz  birləşmələridir,  həmin  ismi  birləşmələr  kimi,  bu  feli 
birləşmələr də cümlənin bir üzvü vəzifəsini yerinə yetirir.
Bu  baxımdan  qədim  türk  yazısı  abidələrinin  dili  türk 
dilləri arasında istisna təşkil etmir. Əsas fərq bundadır ki, qədim 
türk  yazısı  abidələrinin  dilində  felin  məsdər  forması  yox 
dərəcəsindədir.  Buna  görə  də  abidələrin  dilində  məsdər 
tərkibləri  işlənmir.  Qədim  türk yazısı  abidələrinin dilində  felin 
təsriflənməyən  formalarından  ikisi  -   feli  sifət  və  feli  bağlama 
mövcuddur.  Abidələrin  dilində  feli  sifət  və  feli  bağlamalar 
onlardan  əvvəl  gələn  və  onlardan  asılı  olan  sözləri  öz  ətrafına
96
toplayaraq,  idarə  edərək  feli  konstruksiyalar  -   feli  sifət  və  feli 
bağlama tərkibləri əmələ gətirir.
FELİ  SİFƏT TƏRKİBLƏRİ
Feli  sifət  tərkiblərində  əsas  söz,  aparıcı  söz  feli  sifətdir. 
Buna  görə  də  feli  sifət  tərkiblərindən  danışarkən  feli  sifət 
yaradan  şəkilçiləri əsas  əlamət kimi  götürmək  lazımdır. Qədim 
türk yazısı  abidələrinin dilində  aşağıdakı  feli  sifət  formaları  feli 
sifət tərkibləri əmələ gətirir.
1. 
-mış,  -miş  (-mis,  -mis)  şəkilçili  feli  sifətlərin  əmələ 
gətirdiyi  tərkiblər.  Qədim  türk  yazısı  abidələrinin  dilində  bu 
şəkilçinin,  bir-iki  təsadüfü  çıxsaq,  yalnız  dodaqlanmayan  saitli 
variantı  işlənir,  -mış  şəkilçisi  qədim  türk  yazısı  abidələrinin 
dilində üç məqamda işlənir:
1.  Fellərə  artırılıb  nəqli  keçmiş  zamanı  əmələ  gətirir, 
predikativlik bildirir və cümlənin xəbəri vəzifəsində işlənir.
2.  Əsas  hərəkətə  yardımçı  olan  hərəkəti  bildirən və  əsas 
hərəkəti  keçmiş  zamana  bağlayan,  ona  keçmiş  zaman  çaları 
verən köməkçi hərəkəti ifadə edən fellərə qoşulur,  feli bağlama 
əmələ gətirir.
3.  Fellərə qoşulub  həmin  fellərdən  sonra  gələn  adlan  tə­
yin  etdikdə,  yaxud  fellərə  qoşulub  onlan  susbtanlivləşdirdikdə 
feli sifət yaradır.
-mış  şəkilçisi  qədim  türk  yazısı  abidələrinin  dilində 
keçmiş zaman çalarlı feli sifət yaradır.
Qədim  türk  yazısı  abidələrinin  dilində  bu  şəkilçinin  -mış 
və  -mıs  variantları  arasında  qrammatik  məna  fərqi  yoxdur,  bu 
şəkilçilər identikdir.
Müasir  türk  dillərində  olduğu  kimi,  qədim  türk  yazısı 
abidələrinin  dilində  də  -mış,  -miş  şəkilçisi  nisbi  keçmiş  zaman 
məfhumu əmələ gətirir; onun yaratdığı feli sifətlər keçmişdə baş 
vermiş  və  artıq  bitmiş  hərəkətin  əlaməti  çaları  ifadə  edir; 
məsələn:  yeti  yüz  ər  bolıp  elsirəmiş,  kağansıramış  bodumğ, 
kü Qədmiş,  kuladmış bodumğ türk törüsin ışğmmış bodumğ eçim, 
apam törüsinçə yaratmış,  boşğurmış (KT ş  13) «Yeddi yüz igid 
olub  elsizləşmiş,  xaqansızlaşmış  xalqı,  kəniz  olmuş,  qul  olmuş
97

xalqı,  türk  qanunu  itirmiş  xalqı  əcdadlarımın  qanunu  əsasmda 
təşkil  etmiş,  öyrətmiş».  Tefjri  təg teQridə  bolmış türk bilgə  ka- 
ğatt  bu  ödkə  olurtım  (КТ  c  1)  «Tanrı  tək  tanrıda  olmuş  (göy­
lərdə  doğulmuş)  türk  müdrük xaqanı  bu  vaxt  (taxta)  oturdum». 
Tetjri təg,  tenri yaratmış türk bilgə kağan sabun (BK ş  1) «Tanrı 
tək, tanrı yaratmış türk müdrük xaqanı sözüm (budur)».
Qədim türk yazısı abidələrinin  dilində  -mış,  -miş şəkilçili 
feli  sifətlərin  təbii  vəzifəsi  adlardan  əvvəl  işlənib  onları 
müxtəlif  baxımdan 
təyin 
etməkdir. 
Yuxanda  verilmiş 
cümlələrdə -mış şəkilçili  feli sifət tərkibləri məhz təyin rolunda 
çıxış edir.  Lakin müasir türk dillərində olduğu kimi, qədim  türk 
yazısı  abidələrinin  dilində  də  -mış  şəkilçiliyi  feli  sifətlər 
substantivləşərək  hallana  və  mənsubiyyət  şəkilçisi  qəbul  edə 
bilir.  Substantivləşib hallandıqda və mənsubiyyət şəkilçisi qəbul 
etdikdə  -mış  şəkilçili  feli  sifətlər  mübtəda  və  tamamlıq 
vəzifəsini də yerinə yetirə bilir.
-mış  şəkilçili  feli  sifət  tərkibi  mənsubiyyət şəkilçisi qəbul 
edib  cümlənin  mübtədası  vəzifəsində  işlənir;  məsələn:  anta 
kalmışı  yir  sayu  кор  turu,  ölü  yorıyur  ertig  (КТ  c  3)  «Orada 
(sağ) qalmışı yer boyu tamamilə əldən düşərək yürüyürdü». Ida, 
taşta  kalmışı  kobranıp yeli yüz boltı  (T 4) «Kolda (çöldə), daşda 
qalmışı  toplanıb  yeddi  yüz  oldu».  Yağmısı  ben  ertim,  Bilgə 
Tonyukuk  (T  5)  «Qoşulanı  mən  idim  -   Müdrik  Tonyukuk». 
Kəlmisi alp,  - tidi (T 38) «Gələnləri  cəsurdur, - dedi».
Qədim  türk  yazısı  abidələrinin  dilində  feli  sifət  tərkiblə­
rinin tamamlıq rolunda işlənməsinə təsadüf edilməmişdir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  -mış  şəkilçili  feli 
sifət  tərkiblərinin  işlənməsində  müasir  türk  dillərindən  bəzi 
fərqlənən xüsusiyyətlər do müşahidə edilir.
1. 
Müasir  türk  dillərində  feli  sifət  tərkibi  sonra gələn  adı 
təyin etdikdə tərkibin əsas üzvü olan  feli  sifət heç bir şəkilçi qə­
bul  etmir.  Qədim türk yazısı  abidələrinin dilində isə bəzən  -mış 
şəkilçili  feli  sifət  tərkibi  sonra  gələn  adı  təyin  etdikdə  feli  sifət 
şəkilçisindən  sonra  mənsubiyyət  şəkilçisi  işlənir;  məsələn:  ... 
anta  kalmışı  bodun  on  uyğur,  tokuz  oğuz  üzə yüz yıl  olurıp  ...
98
(MÇ  3)  «... orada qalmış xalq on uyğur, doqquz oğuz (xalqları) 
üzərində yüz il oturub...»
2.  Müasir  türk  dillərində  -mış  şəkilçili  feli  sifət  mən­
subiyyət  şəkilçisi  qəbul  edib  qoşma  ilə  işlənmir.  Qədim  türk 
yazısı  abidələrinin  dilində  isə  -mış  şəkilçili  feli  sifət  həm 
mənsubiyyət  şəkilçisi  qəbul  edir,  həm  də  qoşma  ilə  işlənir; 
məsələn:  ...  bodun ara bolmışın üçün əlig uyamğa adırıltım  (Y
15)  «...  xalq  arasında  olduğum  üçün  əlli  qohumumdan 
ayrıldım».
3.  Müasir türk dillərində -mış şəkilçili  feli  sifət yerlik hal 
şəkilçisi  ilə işlənmir.  Qədim türk yazısı abidələrinin dilində isə 
bu  feli  sifət  -da  yerlik  hal  şəkilçisi  qəbul  edir.  Məsələn: 
adınlmışta sahnur ertimiz (İ A 1) «Ayrılmağımıza qəmlənirdik».
II. 
-duk,  -dük,  -tuk,  -tük  şəkilçili  feli  sifətlərin  əmələ 
gətirdiyi  tərkiblər.  Müasir  tüık  dillərindən  bir  qismində, 
məsələn,  Azərbaycan  dilində  bu  şəkilçi  yalnız  mənsubiyyət 
şəkilçisi ilə birlikdə (-dığım,  -dığın,  -dtğım ız...  şəklində) işlənir, 
feli sifət əmələ gətirir. Qədim türk yazısı abidələrinin dilində bu 
şəkilçi həm mənsubiyyət şəkilçisi ilə, həm də onsuz işlənir.
Qədim türk yazısı abidələrinin dilində -mış şəkilçisi kimi, 
-duk,  -dük şəkilçisi də iş, hal, hərəkəti keçmiş zaman bağlayır.
Qədim türk yazısı abidələrinin dilində -duk,  -dük şəkilçili 
feli  sifət  tərkibləri  həm  qoşmalarla  (əsasən,  üçün  qoşması  ilə), 
həm də qoşmalarsız işlənə bilir; məsələn:  Tefjri küç bertük üçün 
kaljım kağan süsi böri təg ermis, yağısı koy təg ermis (KT ş  12) 
«Tanrı  güc  verdiyi  üçün  atam  xaqanın  qoşunu  qurd  kimi  imiş, 
yağısı  qoyun  kimi  imiş».  ...  közün  körmədük,  kulkakın  esidmə- 
dük,  bodunımın  ilgərü  kün  loğsıkıtja,  birigərü  tabğaçka,  kurı- 
ğaru...  (BK şm 11)«... gözü ilə görməyən, qulağı ilə eşitməynə 
xalqımı şərqə gündoğana, cənuba Tabğaça, qərbə ...».
Qədim  türk  yazısı  abidələrinin  dilində  -duk.  -dik şəkilçili 
feli  sifət tərkiblərinin əsas vəzi fes i adlardan əw əl  işlənib onları 
təyin  etməkdir,  lakin  abidələrin  dilində  bu  feli  sifət  tərkibləri 
mübtəda,  tamamlıq,  xəbər,  xüsusən  zərflik  vəzifələrində  də 
işlənir.
99

1. -duk,  -dük şəkilçili feli sifət tərkibləri təyin vəzifəsində. 
Bu vəzifədə  feli sifətlər heç bir şəkilçi qəbul etmir, sonra gələn 
adlara yanaşır, onları təyin edir; məsələn: Bəyləri, bodum  tüzsiz 
üçün,  tabğaç bodun təbliğin /cürlik üçün,  armakçtsın  üçün,  inili- 
eçili  kiQsürtükin  üçün,  bəgli-bodunlığ  yoQşurtukın  üçün  türk 
bodun  illədük ilin ıçğınu ıdmıs,  kağanladuk kağanın yitirü ıdmıs 
(KT  ş  6-7)  «Bəyləri,  xalqı  döz  olmadığı  üçün,  tabğaç  xalqının 
təhriki  hiyləgər  olduğu  üçün,  cəzbedici  olduğu  üçün,  kiçik 
qardaşları  böyük  qardaşların  üstünə  salışdırdığı  üçün,  bəylərlə 
xalqı  bir-birinin üstünə  qaldırdığı üçün türk xalqı yaratdığı elini 
dağıtmış, xaqan qoyduğu xaqanını sona yetirmiş».
2.  -duk,  -dük şəkilçili feli  sifət tərkibləri  mübtəda  vəzifə­
sində.  Bu vəzifədə feli  sifətlər heç bir şəkilçi qəbul etmir, lakin 
müstəqil  şəkildə  (yəni,  adlara  qoşulmadan)  işlənib  cümlənin 
mübtədası  olur;  məsələn:  Karluk isi Qə  kəlmədük tidi  (MÇ  25) 
«Karluklar müttəfiqlərinin yanına gəlmədi, - dedi».
3.  -duk şəkilçili feli sifət tərkibi xəbər vəzifəsində.  Bu feli 
sifət  tərkiblərindən  sonra  ır/ir  naqis  feli  işlənir  və  feli  sifət 
tərkibi  xəbər vəzifəsini  yerinə  yetirir; məsələn: An ta kisrə inisi 
eçisin tək kıhnmaduk erinç,  oğlı ka Qın təg kılınmaduk erinç (KT 
ş  5) «Ondan sonra kiçik qardaşı böyük qardaşı kimi olmadı, oğlu 
atası kimi olmadı».
4.  -duk  şəkilçili  feli  sifət  tərkibi  tamamlıq  vəzifəsində. 
Tərkibin son sözü -  feli sifət hallanır və tərkib cümlənin tamam- 
lığı  olur;  məsələn:  ...  bilməz biligin  biltükimin,  ödiikimin  bunça 
bitig  bitidim  (KÇ  28)  «...  bilməz  biliyin  bildiyini,  nəsihətini 
(öyüdünü) bunca yazı yazdım».
5.  -duk  şəkilçili  feli  sifət  tərkibi  zərflik  vəzifəsində. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  -duk  şəkilçili  feli  sifət 
tərkibləri  ən  çox.  cümlənin  zərfliyi  vəzifəsində  işlənir.  Bu  feli 
sifət  tərkibləri  cümlənin  müxtəlif  zərfliyi  vəzifəsini  yerinə 
yetirir.
a)  -duk  feli  sifət  şəkilçisindən  sonra  heç  bir  şəkilçi 
artırılmır və feli sifət tərkibi bütövlükdə cümlənin səbəb zərfliyi 
olur;  məsələn:  Yağı  bohp  itinü,  yaratunu  umaduk yana  içikmis
100
(KT ş  10) «Yağı olub (özünə el) təşkil etməyi bacarmadığından 
yenə tabe olmuş».
b)  -duk  feli  sifət  şəkilçisindən  sonra  -gərü  istiqamət  hal 
şəkilçisi qəbul edən  feli sifət əvvəl gələn sözləri idarə edir, feli 
sifət tərkibi yaradır və tərkib bütövlükdə  cümlənin səbəb-məq­
səd  zərfliyi  olur;  məsələn:  Bunça  isig-küçig bertükgərü  salan­
madı (KT ş 10) «Bu qədər zəhmətini verdiyinə heyfsilənmədi».
c)  -duk şəkilçili  feli  sifət  əvvəlcə  mənsubiyyət  şəkilçisi, 
sonra yönlük hal şəkilçisi qəbul edir, feli sifət tərkibi yaradır və 
tərkib  bütövlükdə  cümlənin  səbəb  zərfliyi  vəzifəsini  yerinə 
yetirir; məsələn: Mən özüm kağan olurtukıma... yir sayu barmış 
bodun  ölü,  yitü,  yadağın,  yalıQın  yana  kəlti  (KT  ş  27)  «Mən 
özüm  xaqan  oturduğuma  görə  ...  yer  üzünə  səpələnmiş  xalq 
əldən düşmüş halda, piyada, yalın yenə gəldi».
ç) Qədim türk yazısı abidələrinin dilində -duk şəkilçili feli 
sifət  tərkibləri  ən  çox  üçün  qoşması  ilə  işlənir  və  cümlənin 
səbəb-məqsəd  zərfliyi  olur.  Bu  feli  sifət  tərkiblərinin  üçün 
qoşması ilə işlənməsi özünü iki şəkildə göstərir:
1)  Feli  sifət  əmələ  gətirən  -duk  şəkilçisindən  sonra  feli 
sifətə heç bir şəkilçi artırılmır,  feli sifət tərkibi üçün qoşması ilə 
birlikdə  cümlənin  səbəb-məqsəd  zərfliyi  olur;  məsələn:  Anta 
kisrə teQn biligbertük üçün özüm ök kağan kısdım (T 6) «Ondan 
sonra tanrı bilik verdiyi üçün məhz özüm xaqan seçdim».
2) Feli sifət əmələ gətirən -duk şəkilçisindən sonra feli si­
fət  mənsubiyyət  şəkilçisi  qəbul  edir  və  ona  qoşulan  üçün 
qoşması  ilə  birlikdə  feli  sifət  tərkibi  bütövlükdə  cümlənin  sə­
bəb-məqsəd  zərfliyi  vəzifəsini  yerinə  yetirir;  məsələn:  Mən 
özüm kağan olurtukım üçün türk bodunığ...  kılmadım (BK ş 36) 
«Mən  özüm  xaqan  oturduğum  üçün  türk  xalqını  ...  cəzalandır­
madım».  Kazğantukın  üçün,  uduğ  özüm  kazğantukım  üçün  il 
yəm ə  il  boltı.  bodun  yəmə  bodun  boltı  (T  55-56)  «Qazandığı 
üçün, ardınca özüm qazandığım üçün el də el oldu, xalq da xalq 
oldu».
III. 
-ğnta,  -gmə  şəkilçili  feli  sifətlərin  əmələ  gətirdiyi 
tərkiblər.  Qədim türk yazısı abidələrinin dilində -ğma,  -gmə  (- 
ığma,  -igmə)  şəkilçisi  indiki  zaman  məzmunlu  feli  sifətlər
101

əmələ  gətirir.  Bu  feli  sifətlər  həm  müstəqil  şəkildə,  təklikdə 
işlənərək  atributiv  funksiyada  cümlədə  təyin  vəzifəsini  yerinə 
yetirir,  həm  və  substantivləşərək  cümlənin  mübtədası, 
tamamlığı,  hətta  ir/er  naqis  feli  ilə  birlikdə  cümlənin  xəbəri 
vəzifəsində  də  çıxış  edir,  -ğma,  -gmə  şəkilçili  feli  sifətlər 
onlardan  əvvəl  gələn  sözləri  də  idarə  edib  feli  sifət  tərkibləri 
əmələ  gətirir  və  əsasən,  özündən  sonra  gələn  sözün  təyini 
funksiyasını  yerinə  yetirir;  məsələn:  Oza,  yaya  kəligmə  süsirt 
ağıtım  (BK  ş  31)  «(Bizi)  mühasirə  etməyə,  dağıtmağa  gələn 
qoşununu  qovdum».  Türk  amtı  bodun,  bəglər,  bödkə  körigmə 
bəglər,  gü yatjdtaçı siz (КТ с  11) «Türkün  indiki xalqı, bəyləri, 
taxta baxan bəylər, axı yanılasısınız».  Tinəsi oğlı yatığma tağka 
təgmis (T 47) «Tinəsi oğlu yatan dağa çatmış». Bu bitig bitigmə 
aüsı Yolığ tigin (КТ c 13) «Bu yazını yazan kiçik qohumu Yolığ 
tigin» və s.
Qədim  türk  yazısı  abidələrinin  dilində  cümlədə  təyin 
vəzifəsini yerinə yetirən -ğma,  -gmə şəkilçili  feli sifət tərkibləri
bu mənaları bildirir:
1.  Təyin  etdiyi  əşyaya  məxsus  daimi  əlaməti  bildirir;
məsələn:  Türk  bodun  atı,  küsi  yok  bolmazun  tiyin  kanım 
kağamğ,  ögim  katunığ  kötürmüş  tetjri,  il  bir i gmə  teljri,  türk 
bodun atı,  küsi yok bolmazun  tiyin  özümin  ol tetjri kağan  olurtdı 
erinç  (KT  ş  25-26)  «Türk  xalqının  adı,  şöhrəti  yox  olmasın 
deyə,  atam xaqanı,  anam  xatunu  yüksəltmiş  tanrı,  el  verən  tanrı 
türk xalqının  adı,  şöhrəti  yox olmasın deyə özümü o tanrı  xaqan 
oturtdu».
2.  Proses bildirir;  məsələn:  Oza, yaya kəligmə silsin ağıtım 
(BK  ş  31)  «(Bizi)  mühasirə  etməyə,  dağıtmağa  gələn  qoşununu 
qovdum».  Türk amtı  bodun,  bəglər,  bödkə  körigmə  bəglər,  gü 
yatjıltaçı siz (КТ с  11) «Türkün indiki xalqı, bəyləri, taxta baxan 
bəylər,  axı yanılasısınız». Bark itgüçi,  bədiz yaratığma,  bitig tuş 
itgüçi  Tabğaç  kağan  çikanı  ÇatJ  sotjün  kəlti  (KT  şm  13) 
«Sərdabə  tikən,  naxış  yaradan,  yazılı  daş  düzəldən  Tabğaç 
xaqanının qaynı  Çan sənün gəldi».  Yetiyüz kisig uduzığma uluğu 
şad erti  (T 4-5)  «Yeddi  yüz adamı  ardınca aparan ulu adam  şad 
idi».  Bu  bitig  bitigmə  atısı  Yolığ  tigin  (KT  c  13)  «Bu  yazmı
102
yazan  kiçik qohumu Yolığ tigin». Bunca bitig bitigmə Kül tigin 
atısı  Yolığ tigin bitidim (KT c ş)  «Bunça yazı yazan Kül tiginin 
kiçik  qohumu  Yolığ  tigin  yazdım».  Olurtuhmaöltəçiçə 
sakımğma  türk  bəglər,  bodun  ögürip,  sebinip  toktamış  közü 
yögərü körti (BK ş  2) «Mən (taxta) oturanda öləcəyini düşünən 
türk  bəyləri,  xalqı  öyünüb,  sevinib  toxtamış  gözü  ilə  yuxarı 
(taxta) baxdı».
3.  Məkan  mənası  bildirir:  Yinçü  ügüzig  keçə  Tinəsi  oğlı 
yatığma  Betfügək tağı  ertü  (T  44)  «İnci  çayını  keçərək Tinəsi 
oğlu  yatan  Benlügək  dağını  ...».  Tinəsi  oğlı  yatığma  tağka 
təgmis (T 47) «Tinəsi oğlu yatan dağa çatmış».
IV . 
-r,  -ır, 
- ir ,  -u r ,  -ü r , 
-ar,  -ər 
şə k ilç ili  fe li  sifə tlə rin  
ə m ə lə   g ə tir d iy i  tə r k ib lə r . 
Türk  dillərində,  o cümlədən  qədim 
türk  yazısı  abidələrinin  dilində  bu  şəkilçilər  felin  zamanlarını 
əmələ  gətirməklə  yanaşı  indiki  zaman  (-ır,  -ir)  və  gələcək 
zaman (-ar, -ər) çalarlı feli sifətlər də əmələ gətirir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  bu  feli  sifət 
düzəldən  şəkilçinin  qapalı  saitli  (-ır)  variantı  açıq  saitli  (-ar) 
variantına  nisbətən  daha  çox  işlənir.  Burada  bu  şəkilçilərin 
işlənməsinin  bir  xüsusiyyətini  izah  etmək  lazımdır:  hər  iki 
şəkilçinin  samitlə  bitən  fellərə  artırılması  eynidir  -   şəkilçi 
bilavasitə fel kökünə bitişdirilir; bu şəkilçinin saitlə bitən fellərə 
artırılmasında  isə  fərq  mövcuddur:  a)  qapalı  saitli  (-ır)  variant 
saitlə bitən fellərə artırıldıqda iki sait arasına у samiti artırılır; b) 
açıq  saitli  (-ar)  variant  saitlə  bitən  fellərə  atrıldıqda  saitlərdən 
biri  düşür;  müqayisə  ct: yaşayur (KT  şm  2)  «yaşayır»  və atjlar 
(T 34) «anlayar».
Qədim  türk  yazısı  abidələrinin  dilində  bu  feli  sifət 
düzəldən  şəkilçinin  qapalı  saitli  (-ır)  variantının  felin  inkar 
aspektində  işləndiyinə  təsadüf  edilməmişdir,  açıq  saitli  (-ar) 
variantı  isə  inkar  aspektində  (-maz,  -məz  tərkibində)  işlənir: 
bilməz (KT şm  10) «bilməz», körməz (KT şm  10) «görməz».
Qədim  türk  yazısı  abidələrinin  dilində  -ır  və  -ar  şəkil­
çilərinin yaratdıqları sözlər üç vəzifədə -  atributiv, predikativ və 
substantiv funksiyalarda çıxış edir.  Bunlardan yalnız birincisində 
əmələ  gələn  sözlər  feli  sifətlərdir.  Qədim  türk  yazısı  abidələ­
103

rinin  dilində  -ır və  -ar şəkilçiləri  ilə  düzələn  feli  sifətlər  Özlə­
rindən  əvvəl  gələn  sözləri  idarə  edərək  feli  sifət  tərkibləri 
yaradır  və  cümlədə  müxtəlif  vəzifələri  yerinə  yetirir.  Bu 
tərkiblərin  əsas  vəzifəsi  cümlədə  təyin  rolunu  yerinə  yetir­
məkdir.  Tərkibin  aparıcı  üzvü  -   feli  sifət  şəxs  şəkilçisi  qəbul 
etdikdə tərkib dağılır, feli sifət təsriflənən fel cərgəsinə keçir və 
cümlənin  xəbəri  olur.  Feli  sifət  substantivləşəndə  feli  sifət 
tərkibləri  adlıq  halda  cümlənin  mübtədası,  digər  hallarda  isə 
tamamlığı  vəzifəsini  yerinə  yetirir.  Feli  sifət  tərkibi  cümlədə 
zərflik vəzifəsində də işlənir.
1.  -ır və -ar şəkilçili  feli sifət tərkibləri  təyin vəzifəsində. 
Bu vaxt feli  sifət forma şəkilçisindən başqa heç bir şəkilçi qəbul 
etmir; məsələn: Bilig bilməz kisi ol sabığ alıp, yağru barıp,  üküs 
kisi  öltig  (КТ  c  7)  «Sadəlövh  (bilik  bilməz)  adam  o  sözə  al­
danıb, yaxm gedib, çoxlu adam öldün».
2.  -ır və  -ar  şəkilçili  feli  sifət  tərkibləri  mübtəda  vəzifə- 
sisndə.  Tərkibin  aparıcı  sözü  olan  feli  sifət  subslantivləşərək 
idarə etdiyi sözlərlə birlikdə cümlənin mübtədası olur; məsələn: 
Tört  buluQdakı  edgüsi,  uyan  tirilipən  mətjiləyir,  bodizləyir  (IB 
42)  «Dörd  tərəfdəki  yaxşılan,  ağıllıları  toplaşıb  zövq  alır, 
süsləyir».
3.  -ır,  -ar şəkilçili  feli  sifət tərkibləri  səbəb-məqsəd  zərf- 
liyi  vəzifəsində.  Bu  feli  tərkiblər  üçün  qoşması  ilə  işlənərək 
cümlənin  səbəb-məqsəd  zərfliyi  vəzifəsini  yerinə  yetirir;  mə­
sələn:  Yüz ər kadaşım uyarım  üçün, yüz ərən əlig öküzün təgdük 
üçün adırıltım  (Y  10) «Yüz igid dostum güclü olduğu  üçün,  yüz 
ərən əlli öküzə hücum etdiyi üçün ayrıldım».
Qədim türk yazısı  abidələrinin  dilində  bu  feli sifət  tərkibi 
qoşma  qəbul  etmədən  də  cümlənin  səbəb-məqsəd  zərfliyi  ola 
bilir; məsələn: В il gə  Taçam yoğın alur ağırjın qazğantım  (O  12) 
«Bilgə Taçamı dəfh etdiyim üçün sərvətimi qazandım».
4.  -ır  və  -ar  şəkilçili  feli  sifət  tərkibləri  tərzi-hərəkət 
zərfliyi  vəzifəsində.  Bu  feli  tərkiblər  təg  «kimi»  qoşması  ilə 
işləndikdə cümlənin tərzi-hərəkət zərfliyi  olur;  məsələn:  Körür 
közim  hörməz  təg,  bilir  biligim  bilməz  təg  boltı  (KT  şm  10) 
«Görən gözüm görməz kimi, bilən biliyim bilməz kimi oldu».
104
5. 
-ır  və  -ar  şəkilçili  feli  sifət  tərkibləri  nəticə  zərfliyi 
vəzifəsində.  Qədim  türk yazısı  abidələrinin dilində  bu feli  sifət 
tərkibləri  nəticə  zərfliyi  vəzifəsini  də  yerinə  yetirir;  məsələn: 
Katunı  ağırarınta  tulı  kalmış  (Tl.  1)  «Xatunu  (onun) 
xəstələnməsindən dul qalmış».
FELİ  BAĞLAMA TƏRKİBLƏRİ
Feli  bağlama tərkibi  feli  bağlamaların  onlardan  asılı  olan, 
onların  ifadə etdiyi sözlərlə əmələ gətirdiyi  feli söz birləşmələ­
rinə  deyilir.  Feli bağlama ondan əvvəl  işlənən  sözləri  öz ətRa- 
fında  toplayır,  özünə  tabe  edir,  onları  idarə  edir  və  feli  bir­
ləşmələrin əsas, aparıcı sözü olur. Təsriflənməkdən başqa bütün 
fellik  xüsusiyyətləri  feli  bağlamada  vardır:  feli  bağlama  təsdiq 
və inkarda, təsirli və təsirsiz olur, məna növlərinə malikdir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  feli  bağlama 
tərkibləri  inkişaf etmiş  sistemə  malikdir.  Müasir türk dillərində 
işlənən  feli  bağlamaların,  demək  olar  ki,  hamısı  qədim  türk 
yazısı abidələrinin  dilində mövcud olmuşdur və onların, demək 
olar  ki,hamısı  feli  bağlama  tərkibi  düzəldir.  Y.M.Seyidov  feli 
bağlama  tərkiblərini  belə  səciyyələndirir:  «Söz  birləşmələrinin 
bir  növü  olaraq  feli  bağlama  tərkiblərinin  aşağıdakı  spesifik 
xüsusiyyətləri vardır.
A. Feli bağlama tərkiblərinin formal xüsusiyyətləri:
1)  feli  bağlama  tərkibi  feli  bağlama  ilə  başqa  sözlərin 
birləşməsindən əmələ gəlir;
2) feli bağlama tərkibi iki və ikidən artıq (üç, dörd, b eş...) 
sözdən ibarət ola bilər;
3)  feli  bağlama  tərkibinin  daxilində  bir  neçə  başqa  söz 
birləşmələri ola bilər;
4)  feli  bağlama  özü  tərkibin  axırında,  feli  bağlama 
tərkibindəki başqa sözlər feli bağlamadan əvvəl gəlir;
5)  feli bağlama tərkibindəki sözlər cümlə üzvlərinə uyğun 
olaraq sıralanır.
B.  Feli bağlama tərkiblərinin məna xüsusiyyətləri:
Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin