115
kimi getdik». Yağın başı yorıyu kəlti (MÇ 18) «Yağının başı
yürüyərək gəldi».
2. -ı, -i, -u, -ü şəkilçili feli bağlama tərkibləri əsas feldə
ifadə olunan hal və hərəkətin səbəb və məqsədini bildirir və
cümlənin səbəb-məqsəd zərfliyi olur; məsələn: Anta ödkə
ögirip Kül tiginig az ərin iriürü itimiz (KT ş 40) «Belə bir
vaxtda peşman olub Kul tigini azacıq döyüşçü ilə ayırıb
göndərdik». Yağ ... il tip ayu kəlti (MÇ 27) «Yağı ... deyib
çağırmağa gəldi». Bars keyik ərfiəyü, mətjləyi barmış (IB 74)
«Bars keyik ov ovlamağa getmiş».
3. -ı, -i, -u, -ü şəkilçili feli bağlama tərkibi cümlənin
zaman zərfliyi vəzifəsini yerinə yetirir; məsələn: Bükəgükdə
səkiz oğuz, tokuz tatar kalmaduk eki yanıka kün toğuru sütjüsdim
(MÇ 13) «Bükəgükdə səkkiz oğuz, doqquz tatar qalmadıqda
aym ikisində gün doğanda döyüşdüm». Bolçuka tan üntürü
təgtimiz (T 35) «Bolçuya dan söküləndə çatdıq».
VI. -matın, -mətin şəkilçili feü bağlamaların əmələ
gətirdiyi tərkiblər. Qədim türk yazısı abidələrinin dilində bu
şəkilçinin iki variantı işlənir: -matan, -mətən və -matın, -mətin;
birinci variant göytürk Orxon-Yenisey yazısı abidələrinin, ikinci
variant qədim uyğur yazısı abidələrinin dilində işləkdir.
Qədim türk yazısı abidələrinin dilində bu şəkilçi ilə əmələ
gələn feli bağlamalar onlardan əvvəl işlənən sözləri idarə
edərək feli bağlama tərkibi tərtib edir. Belə feli bağlama
tərkibləri cümlənin əsas felində ifadə olunan hərəkətin tərzi
mənasım ifadə edir və cümlənin tərzi-hərəkət zərfliyi vəzifəsini
yerinə yetirir; məsələn: Anlağının üçün igidmiş kağamtjın sabın
almatın yir sayu bardığ (КТ c 8-9) «Elə olduğun üçün (səni)
yüksəltmiş xaqanının sözünə qulaq asmadan yer boyu getdin».
İlim ökünçinə kalın yağıka kıymatın təgipən adırıltım, yıta (Y
28) «Elimin kədərinə qalın (sıx) yağıya qımadan hücum edib
ayrıldım (öldüm) əfsus».
VII. -ğalı, -gəli şəkilçili feli bağlamaların əmələ
gətirdiyi tərkiblər. Qədim türk yazısı abidələrinin dilində feli
bağlama düzəldən -ğalı,
-gəli şəkilçisi az məhsuldar
şəkilçilərdən biridir. Onu da qeyd etmək lazımdır ki, bu
116
şəkilçinin əmələ gətirdiyi bağlamalar təkcə Orxon abidələrinin
mətnlərində işlənir, digər göytürk yazısı abidələrində və qədim
uyğur yazısı abidələrində -ğalı, -gəli şəkilçisi ilə düzələn feli
bağlamaların işlənməsinə təsadüf edilmir.
Qədim türk yazısı abidələrinin dilində -ğalı, -gəli şəkilçili
feli bağlamalar onlardan əvvəl gələn sözləri idarə edib feli
bağlama tərkibi əmələ gətirir. Belə feli bağlama tərkibləri
cümlənin əsas felində ifadə olunmuş hal və hərəkətin icrasından
sonra baş verəcək hal və hərəkət məzmunu ifadə edir. Türkoloji
ədəbiyyatda -ğalı, -gəli şəkilçili feli bağlama və onun tərtib
etdiyi tərkibin cümlədəki vəzifəsi haqqında yekdil fikir yoxdur.
Qədim türk yazısı abidələrinin dilində isə -ğalı. -gəli şəkilçili
feli bağlama tərkibləri cümlədə səbəb-məqsəd zərfliyi
vəzifsəini yerinə yetirir; məsələn: Yadağ yabız boltı tip alğalı
kəlti (BK ş 32) «Piyadalar zəif oldu, - deyib (bizi) almağa
gəldi». Sı Qar süsi ebig, barhğ yolğalı bardı (BK ş 32)
«Qoşunun yarısı evi, sarayı dağımağa getdi». Öd tetjri yasar, kisi
oğlı kop ölgəli törəmiş (KT şm 10) «Taleyi tanrı yazar, insan
oğlu hamılıqla öləli törəmiş». Türk bodun olurğalı, türk kağan
olurğalı SantutJ balıka, Taluy ügüzko təgmis yok ermis (T 18)
«Türk xalqı oturalı, türk xaqanı oturalı Şandun şəhərinə, Dəniz
çayına çatdığı olmamışdı».
VIII,
-m, -in şəkilçili feli bağlamaların əmələ gətirdiyi
tərkiblər. Qədim türk yazısı abidələrinin dilində bu feli
bağlama yaradan şəkilçi qeyri-məhsuldar işlənir. Abidələrin
mətnlərində bu şəkilçi vasitəsilə ti «demək» felindən təsdiqdə,
bol «olmaq» felindən inkarda feli bağlama əmələ gəldiyinə
təsadüf edilir. Hər iki feli bağlama onlardan əvəl gələn sözləri
idarə edib feli bağlama tərkibi əmələ gətirir. Qədim türk yazısı
abidələrinin dilində -in, -in şəkilçili feli bağlama tərkibləri felin
həm təsdiq aspektində, həm də inkar aspektində səbəb mənası
ifadə edir və cümlənin səbəb zərfliyi vəzifəsini yerinə yetirir;
məsələn: Türk bodunığ atı, küsi yok bolmazun tiyin ka Qım
kağanığ, ögim katunığ kötürmiş tetjri, il birigmə tetjri, türk
bodunığ atı, küsi yok bolmazun tiyin özümin ol teQri kağan
olurtdı erinç (KT ş 25-26) «Türk xalqının adı, şöhrəti yox
117
olmasın deyə, atam xaqanı, anam xatunu yüksəltmiş tanrı, e!
verən tanrı, türk xalqının adı, şöhrəti yox olmasın deyə özümü o
tanrı xaqan oturtdu». Bodunığ igitəyitı tiyin ymğaru oğuz bodun
tapa, ilgərü kxtay, tatabı bodun tapa, birigərü Tabğaç tapa uluğ
sü eki yegirmi sülədim (KT ş 28) «Xalqı yüksəldim deyə şimala
oğuz xalqına qarşı, şərqə kıtay və tatabı xalqlarına qarşı, cənuba
Tabğaça qarşı böyük qoşunla on iki dəfə qoşun çəkdim». Türk
bodun kanın bolmayın Tabğaçda adınltı, kanlanh (T 2) «Türk
xalqı xanı olmadığından Tabğaçdan ayrıldı, xanlı oldu».
Qədim türk yazısı abidələrinin dilində rast gəlinən -kunça,
-künçə və -ça, -çə şəkilçili feli bağlamaların tərkib yaratmasına
təsadüf edilməmişdir.
XII FƏSİL
CÜMLƏ
Cümlə dilin qrammatik qanunları əsasında formalaşan və
bitmiş bir fikir ifadə edən dil (nitq) vahidinə deyilir. Orta
məktəb qrammatika kitablarında cümləyə belə bir tərif verilir:
«Bitmiş bir fikir ifadə edən bir neçə sözün birləşməsinə və ya
bir sözə cümlə deyilir». Bu, bəsit tərif olsa da, cümlənin üç
xüsusiyyətini ifadə edir: 1. Cümlə bitmiş fikir ifadə edir.
2.Cümlə, bir neçə sözün birləşməsindən ibarət olur. 3. Cümlə
bir sözdən də ibarət ola bilər. Əslinə qalanda «bitmiş bir fikir
ifadə edir» ifadəsi cümlənin tam əlaməti deyildir. Nitqimizdə
əksər hallarda bir cümlədə fikir bitkinliyi olmur. Bir sıra
hallarda nitqimizdə fikir bitkinliyinə nail olmaq üçün bir neçə
cümlədən, cümlələr silsiləsindən istifadə edirik, fikri bütöv bir
söyləmdə ifadə edirik, bitiririk. Söyləmin daxilindəki cümlələr
isə nisbi fikir bitkinliyinə malik olur. Deməli, fikir bitkinliyi bir
sözdə də, bir neçə sözün birləşməsindən ibarət olan cümlədə
də, bir neçə cümlənin birləşməsindən ibarət olan söyləmdə də
olur.
Cümlənin bir və ya bir neçə sözdən ibarət olması onun
formalaşması üçün əsas deyildir, çünki cümlə sözlərin, sadəcə,
toplusundan, əlaqəsiz yığımından ibarət deyildir. Cümlədəki
118
sözlər, hər şeydən əvvəl, həmin dilin daxili inkişaf qanunlan
əsasında birləşir, onların arasında məna (leksik-semantik) və
qrammatik əlaqə olur, onlar semantik əlaqələrdən biri ilə bir-
birinə bağlanır, şəkilcə dəyişir, bir-birini izah edir, aydınlaşdırır
və s. Məhz bu tələbləri ödədikdən sonra sözlərin həmin dilin
qanunlarına uyğun surətdə birləşməsi cümləni əmələ gətirir.
Qeyd etmək lazımdır ki, cümləni əmələ gətirən sözlər cümlənin
təşkilində eyni dərəcədə, eyni hüquqla iştirak etmir: bunlardan
bir qismi cümlədəki əsas fikrin daşıyıcısı vəzifəsini yerinə
yetirir, onların arasında məna qrammatik əlaqələr olur. Belə
sözlərin leksik-semantik mənası olur və onlar əsas nitq hissələri
ilə ifadə edilir. Bu sözlər sintaksisdə cümlə üzvü adlanır. Lakin
əsas nitq hissələrinə daxil olan və cümlədə iştirak edən hər
hansı bir söz cümlə üzvü ola bilmir; cümlədə iştirak edən
sözlərdən sintaktik əlaqələrlə bir-biri ilə bağlanan və cümlədə
müəyyən bir vəzifəsi olan sözlər cümlə üzvü ola bilir. Xitab və
ara sözlər (ara cümlələr) leksik mənaya malik olsa da, cümlə
dəki digər sözlərlə əlaqəyə girmədiyi və vəzifə daşımadığı üçün
cümlə üzvü ola bilmir. Cümlənin tərkibində leksik mənası
olmayan sözlərin də müəyyən qədər rolu vardır, lakin bu sözlər
cümlədə məna daşıyıcısı deyil, cümləni əmələ gətirən məna da
şıyıcı sözlər arasında müəyyən qrammatik əlaqələr yaradılması
na xidmət edir. Köməkçi nitq hissələrinə daxil olan sözlər və
nidalar belə yardımçı qrammatik vasitələrdir. Cümlə dilin digər
vahidlərindən onunla fərqlənir ki, 1) dilin digər vahidləri -
foncm, morfem və leksemlər adlandırır, cümlə isə informasiya
ifadə edir; 2) həmin vahidlər cümlənin qurulmasına xidmət etdi
yi halda, cümlə onların qurulmasına xidmət etmir; 3) dilin digər
vahidləri ünsiyyətə bilavasitə xidmət etmədiyi halda, cümlə
bilavasitə ünsiyyətə xidmət edir. Buna görə də cümlə dilin (nit
qin) ən mühüm vahididir.
Sözlərin hər cür toplusu, hər cür birləşməsi cümlə adlana
bilməz. Sözlərin birləşmələrinin cümlə adlanması üçün həmin
söz birləşmələri və ya ayrılıqda götürülmüş bir söz müəyyən
əlamətlərə malik olmalıdır. Cümlənin formalaşması aşağıdakı
əlamətlərlə müəyyənləşdirilir:
1. Cümlənin əsas əlamətlərindən biri fikir bitkinliyidir.
Fikir bitkinliyi olmazsa, söz söz olaraq, söz birləşməsi söz bir
ləşməsi olaraq qalır. Cümlənin tərifində «bitmiş bir fikir» ifa
dəsi düz olmasa da, fikir bitkinliyi cümlənin ən mühüm əlaməti
119
olaraq qalır. Ümumiyyətlə, fikir cümlədə bitməyə də bilər, lakin
qrammatika baxımında fikir cümlədə bitir: fakt və hadisənin
mövcudluğu təsdiq və ya inkar edilir, fakt və ya hadisə haqqında
soruşulur.
2. Cümlənin ikinci əlaməti predikativlikdir. Predikativlik
bir sözün və ya bir neçə sözün birləşməsinin varlıq haqqında
məlumat verməsində təzahür edir. Predikativlikdə fakt və ya
hadisə təsdiq və ya inkar edilir, münasibət bildirilir, məlumat
almaq nəzərdə tutulur. Predikativliyin yaranmasında zaman və
modaİlıq mühüm rol oynasa da qrammatika baxımından predika
tivliyin təzahürü özünü adlarda xəbərlik (xəbərlik şəkilçiləri),
fellərdə şəxs kateqoriyasında təzahür etdirir.
3. Cümlənin üçüncü əlaməti - fikir bitkinliyi və predika-
tivliyi tamamlayan, fikrin bitməsini, qrammatik göstəricisi
olmayan predikativliyi rellaşdıran əlamət intonasiyadır, daha
doğrusu, intonasiya bitkinliyidir. Cümlənin əmələ gəlməsində
intonasiyanın rolu böyükdür. Hətta qrammatika baxımından
predikativliyi formalaşmayan konstruksiyalar da intonasiya bit
kinliyi sayəsində cümləyə çevrilir. İntonasiya bitkinliyi sayə
sində nəinki qrammatik konstruksiyalar (feli söz birləşmələri -
tərkiblər) və söz birləşmələri, hətta heç bir şəxs şəkilçisi qəbul
etməmiş sözlər də cümlə əmələ gətirir. Bəzən əksinə də olur:
predikativliyin bütün əlamətlərini qəbul etmiş söz intonasiya
bitkini iyinin olmaması üzündən cümlə kimi formalaşmır.
Məsələn, müasir Azərbaycan dilində «öldü var, döndü yoxdur»
cümləsində «öldü» və «döndü» sözləri predikativliyin bütün
əlamətlərini qəbul etmişdir: hər iki söz felin şühudi keçmiş
zamanı üçüncü şəxsin təkindədir və qrammtikanın qanunlarına
əsasən predikativlik bildirməli, cümlə hesab edilməlidir. Lakin
hər iki feldə cümləyə xas, cümlə üçün zəruri olan intonasiya bit
kinliyi olmadığından hər iki fel cümlə təşkil edə bilmir.
4. Cümlənin mühüm əlamətlərindən biri də modallıqdır.
Cümlə müəyyən bitmiş fikri ifadə etməklə, onda predikativlik
və intonasiya bitkiknliyi olmaqla yanaşı, onun cümlə şəklində
formalaşması üçün onda modallıq da olmalıdır. Modaİlıq fikrin
gerçəkliyə münasibətini ifadə edir. Modaİlıq cümlədə müxtəlif
vasitələrlə ifadə edilir. Adi intonasiya ilə tələffüz edilən nəqli
120
cümlələrin böyük əksəriyyətində fikrə heç bir əlavə münasibət
ifadə edilmədikdə modallıq zəifləyir və nəzərə çarpmır. Lakin
cümlədə söz sırasını dəyişdikdə bu, intonasiyaya təsir etdiyi
kimi, modallığm da qüvvətlənməsinə, aşkar şəkildə təzahür et
məsinə səbəb olur. Cümlədəki modallığı qüvvətləndirmək, daha
qabarıq şəkildə nəzərə çarpdırmaq üçün türk dillərində, o cüm
lədən qədim türk yazısı abidələrinin dilində xüsusi vasitələrdən
- modal sözlərdən və ədatlardan istifadə edilir. Cümlədə
modallığm ifadəsində xitabların və söz sırasının da mühüm
əhəmiyyəti vardır. Şifahi nitqdə modallığm yaranmasında
intonasiyanın xüsusi əhəmiyyətinin olduğunu ayrıca qeyd etmək
lazımdır.
Beləliklə, hər hansı bir ayrıca götürülmüş sözün və ya söz
lərin birləşməsinin cümlə kimi formalaşması üçün onda mütləq
müəyyən bir bitmiş fikir ifadə edilməli, predikativlik, intonasiya
bitkinliyi və modallıq olmalıdır.
CÜMLƏNİN M ƏQSƏD VƏ İNTONASİYAYA
GÖRƏ NÖVLƏRİ
Ünsiyyətdə məqsədlər bir-birindən fərqləndiyi kimi, ün
siyyət üçün istifadə edilən cümlələr də bir-birindən fərqlən
məlidir. İşlətdiyimiz cümlələrin bir qismində bu və ya digər
fakt, yaxud hadisə haqqında məlumat verilir, müəyyən bir
informasiya təsdiq və ya inkar edilir. Cümlələrin bir qismində
danışan müəyyən bir informasiyanı öyrənmək, aydınlaşdırmaq
istəyir. Cümlələrin üçüncü qismində danışan öz istək, arzu,
xahiş və s., dördüncü qismində emosiyasını ifadə edir. Məqsəd
müxtəlifləşdikcə onları ifadə edən cümlələr də müxtəlifləşir.
Müxtəlif məqsədlər üçün işlədilən cümlələrdə müxtəlif
intonasiyalardan istifadə edilir. Buna görə də bəzən eyni bir
cümlə məqsəddən asılı olaraq müxtəlif intonasiyalar ilə ifadə
edilə bilər, hər dəfə intonasiyadan asılı olaraq cümlənin məqsəd
çaları dəyişə bilər. Məsələn, Kağan kəlti «Xaqan gəldi» cümlə
sini adi intonasiya ilə ifadə etdikdə {Kağan kəlti) müəyyən bir
fakt - xaqanın gəlməsi xəbər verilir. Həmin cümləni sual into
nasiyası ilə ifadə etdikdə {Kağan kəlti?) xaqanın gəlib-gəlmə-
121
diyini öyrənmək istəyirik. Bu cümlə emosional intonasiya ilə
ifadə edildikdə (.Kağan kelti!) xaqanın gəlməsindən doğan
sevinc, fərəh ifadə olunur. Göründüyü kimi, cümlələr arasında
heç bir material fərq yoxdur: hər üç cümlə iki sözdən ibarətdir;
hər üç cümlədə birinci söz isim, ikinci söz feldir; hər üç
cümlədə birinci söz mübtəda, ikinci söz xəbərdir; hər üç
cümlədə birinci söz ismin adlıq halında, ikinci söz felin şühudi
keçmiş zamanının üçüncü şəxsinin təkindədir; hər üç cümlədə
sözlərin sırası eynidir; hər üç cümlədə sözlər eyni qrammatik
mövqeyə malikdir; hər üç cümlədə eyni tipli sintaktik əlaqə va
sitələrindən istifadə edilmişdir; bir sözlə, cümlələr arasında
formal qrammatik fərq yoxdur. Cümlələr arasındakı fərq təkcə
onların fərqli məqsədlərlə işlədilməsi və bununla əlaqədar
olaraq onların tələffüzündəki intonasiyadır. Məqsədə görə,
cümlələrin formalaşmasında intonasiyanın böyük əhəmiyyəti
vardır. Mübaliğəsiz demək olar ki, intonasiya cümlələrdə elə
incə emosional münasibətlər ifadə edir ki, həmin münasibətləri
heç bir formal qrammatik vasitə ilə ifadə etmək mümkün deyil
dir. Cümlənin formalaşmasında intonasiyanın böyük əhəmiyyə
tinin olmasına baxmayaraq, intonasiya özü cümlənin məqsə
dindən doğur. Buna görə də məqsəd və intonasiyaya görə cüm
lənin aşağıdakı növləri müəyyənləşdirilir:
1. Nəqli cümlə.
2. Sual cümləsi.
3. Əmr cümləsi.
4. Nida cümləsi.
NƏQLİ CÜMLƏ
Qədim türk yazısı abidələrinin dilində iş, hal, hadisə, fakt,
əşya, əlamət və s. haqqında adi təsvir yolu iiə məlumat verilir,
faktın doğruluğu ya təsdiq, ya da inkar edilir. Belə informasiya
səciyyəsi daşıyan cümlələrə nəqli cümlə deyilir. Qədim türk
yazısı abidələrinin dilində nəqli cümlələr ən çox işlənən, ən
geniş yayılmış cümlə tipidir. Abidələrin dilində nəqli cümlələrin
qurulması qaydası, nəqli cümlələrdə söz sırası müasir türk
dillərində olduğu kimidir: mübtəda cümlənin əvvəlində, xəbər
sonunda işlənir, təyin təyin etdiyi sözdən əvvəl gəlir, tamamlıq
122
mübtəda və xəbərin arasında yerləşir, zaman və yer
zerfliklərinin yeri sərbəstdir, onlar mübtədadan əvvəl də işlənə
bilər, lakin xəbərdən sonra işlənmir, qalan zərfliklər xəbərə
yaxın, onun nüfuz dairəsində yerləşir; məsələn: İlgərü ŞantulJ
yazıka təgi sülədim, taluyka kiçig təgmədim. Birgərü Tokuz
Ərsənkə təgi sülədim, Tüpütkə kiçig təgmədim. Kunğaru Yinçü
ügüz keçə Təmir kapıgka təgi sülədim. Ymğaru Yer Bayırku
у ir i Qə təgi sülədim (КТ c 3-4) «Şərqə Şandun düzünə təki
qoşun çəkdim, dənizə azağcıq çatmadım. Cənuba Doqquz
Ərsənə təki qoşun çəkdim, Tibetə azacıq çatmadım. Qərbə İnci
çayını keçərək Dəmir qapıya təki qoşun çəkdim. Şimala Ber
Bayırku yerinə təki qoşun çəkdim». Üzə kök te/Jri, asrayağızyü-
kı hntukda elan ara kisi oğlı kılınmıs. Kisi oğlınta üzə eçüm-apam
Bumın kağan, İstəmi kağan olurmış. Olurıpan türk bodumf) ilin,
törüsin tuta birmis, iti birmis. Tört bulur) kop yağı ermis. Sü
süləpən tört bulurjdakı bodunığ kop almıs. kop baz kılmıs,
başlığığ yüküntürmis, tizligig sökürmis (КТ c 1-2) «Üstdə mavi
göylər, altda qonur yer yarandıqda ikisinin arasında insan oğlu
yaranmış. İnsan oğlunun üzərində əcdadlarım Bumın xaqan,
İstəmi xaqan oturmuş. Oturub türk xalqının elini, qanununu
yaratmış, tərtib etmiş. Dörd tərəf tamam yağı imiş. Qoşun çəkib
dörd tərəfdəki xalqı bütünlüklə almış, bütünlüklə tabe etmiş,
başlım səcdə etdirmiş, dizlini çökdürmüş». Lakin bəzi hallarda
qədim türk yazısı abidələrinin dilində nəqli cümlədə söz sırası
pozulur; məsələn: Kəlürtim ök türk bodunığ Ötükən yerkə ben
özüm Bilgə Tonyukuk (T 17) «Gətirdim türk xalqını ötükən
yerinə mən özüm Müdrik Tonyukuk». Yağmısı ben ertim Bilgə
Tonyukuk (T 5) «Qoşulanı mən idim Müdrik Tonyukuk».
Qədim türk yazısı abidələrinin dilində nəqli cümlənin
xəbəri fellərlə ifadə edildiyi kimi, adlarla (isim, sifət, say,
əvəzlik) da ifadə edilir. Cümlənin mübtədası isə, əsasən, adlarla
ifadə edilir, lakin əvəzliklərin, substantivləşmiş digər nitq
hissələrinin, habelə söz birləşmələrinin də mübtəda kimi
işləndiyi hallar az deyildir.
123
SUAL CÜMLƏLƏRİ
Sual məqsədi ilə işlədilən cümlələrə sual cümlələri
deyilir. Sual cümlələri müəyyən bir məsələni öyrəmnək,
başqasının münasibətini bilmək və s. üçün işlədilir.
Türk dillərində sual cümlələri üç üsulla ifadə edilir:
1) xüsusi sual intonasiyası ilə; 2) sual əvəzlikləri ilə və 3) sual
ədatları ilə.
Sual intonasiyası ilə əmələ gələn sual cümlələri. Türk
dillərində sual cümlələrinin əmələ gəlməsində xüsusi qramma
tik əlamətlər iştirak etmədikdə şifahi nitqdə xüsusi sual in
tonasiyasından, yazılı nitqdə isə cümlənin sonunda qoyulan sual
işarələrindən istifadə edilir. Xüsusi qrammatik əlamətləri
olmayan sual cümlələri nəqli cümlələrdən heç bir əlaməti ilə
fərqlənmədiyi üçün yazıda cümlənin sonunda sual işarəsi
qoyulmazsa, cümlənin nəqli, yaxud sual cümləsi olduğunu
müəyyənləşdirmək qeyri-mümkündür. Məlum olduğu kimi,
qədim türk yazısı abidələrinin dili indi şifahi ünsiyyət vasitəsi
kimi işlənmir. Ümumiyyətlə, göytürk Orxon-Ycniscy yazısı
abidələrinin dilində durğu işarəsi adma qoşa nöqtədən başqa heç
nə yoxdur, qədim uyğur yazısı abidələrinin mətnlərində heç
qoşa nöqtə də yoxdur. Buna görə də qədim türk yazısı
abidələmin dilində sual məqsədi ilə işlədilən və heç bir
morfoloji əlaməti olmayan cümlələrin yazıda necə göstərildiyi
məlum deyildir. Əmin olmaq olar ki, qədim türk qəbilələri də
yalnız intonasiya vasitəsilə əmələ gələn sual cümlələrindən də
istifadə etmişdir, lakin bu, yazıda öz əksini tapmadığı üçün bu
barədə heç bir hökm irəli sürmək olmaz.
Sual əvəzlikləri ilə əmələ gələn sual cümlələri. Qədim
türk yazısı abidələrinin dilində sual cümlələri, əsasən, sual
əvəzlikləri vasitəsilə əmələ gəlir. Dilçilik ədəbiyyatında belə
sual cümlələri xüsusi sual cümlələri adlandırılır.
Sual əvəzlikləri ilə əmələ gələn sual cümlələrində xüsusi
sual intonasiyasından istifadə edilmir, təkcə sual əvəzliyi cümlə
üzvlərinə nisbətən yüksək tonla tələffüz edilir, məntiqi vurğu
tələb edir.
124
Qədim türk yazısı abidələrinin dilində sual əvəzlikləri ilə
əm ələ gələn sual cümlələrinin işlənməsi geniş yayılmamışdır:
Üzə tetjri basmasar, asra yir təlinməsər, türk bodun, ilirjin kim
artadı udaçı erti? (KT ş 22) «Üstdən göy basmasa, altda yer
dəlinməsə, türk xalqı, sənin elini, qanununu kim dağıda
bilərdi?» Yarıklığ /çantan kəlip yapa eltdi? (KT ş 23) «Yaraqlılar
haradan gəlib səni yaydı?» SüQüglig kantan kəlipən sürə eltdi?
(K T ş 23) «Süngülülər haradan gəlib səni sürüb apardı?» İllig
bodun ertim, ilim altı kam? (KT ş 9) «Elli xalq idim, elim indi
hanı?» Kimkə ilig kazşanır mon? (KT ş 9) «Kimə el
qazanıram?» Kağanlığ bodun ertim, kağanım kam? (KT ş 9)
«Xaqanlı xalq idim, xaqanım hanı?» Nə kağanka isig, küçig
birür mən? (KT ş9) «Hansı xaqan üçün zəhmət çəkirəm?»
Kantayın? (T 33) «Nə edim?» İdişimtə. ayakımta öni kança banr
mən? (IB 63) «Kasamdan, qədəhimdən ayrı nə üçün gedirəm?».
Qədim türk yazısı abidələrinin dilində bir sıra hallarda
sual əvəzlikləri ilə əmələ gələn sual cümlələri cavab almaq
məqsədi ilə yox, nitqi qüvvətləndirməq məqsədilə işlədilir.
Belə sual cümlələrinə ritorik sual deyilir; məsələn; Üzə tetjri
basmasar, asra yir təlinməsər, türk bodun, ilifjin, törürfin kim
artadı udaıçi erti? (KT ş 22) «Üstdən göy basmasa, altda yer
dəlinməsə, türk xalqı, sənin elini, qanununu kim dağıda
bilərdi?» Nəkə təzor biz üküs tiyin (T 38-39) «Niyə qaçarıq
çoxdur deyə?» Nəkə korkur biz az tiyin? (T 39) «Niyə qorxuruq,
azığ deyə?» Nə basınalım? (T 39) «Niyə basılaq?»
Dostları ilə paylaş: |