Sual ədatı ilə əmələ gələn sual cümlələri. Qədim türk
yazısı abidələrinin dilində sual cümlələri sual ədatları vasitəsilə
də əmələ gəlir. Abidəlrin dilində sual ədatlarınm iki tipi işlənir:
1) müstəqil işlənənlər; 2) sözə bitişənlər; məsələn: Azu bu
sabımda igid barğu? (KT c 10) «Məgər bu sözümdə şişirtmə
var(mı)?» Kağan mu kısayın (T 5) «Xaqanmı seçək?» Bar mu
nə? (T 14) «Buna sözün varmı?»
125
ƏMR CÜMLƏSİ
Əmr, xahiş, nəsihət, arzu və s. bildirən cümlələrə əmr
cümlələri deyilir. Qədim türk yazısı abidələrinin dilində əmr
cümlələrinin müxtəlif məna çaları ifadə etməsi üçün heç bir
formal əlamətdən istifadə edilmir.
Qədim türk yazısı abidələrinin dilində əmr cümlələrinin
xəbəri, əsasən, felin əmr şəkli ilə ifadə edilir. Əmr cümləsi
bütün şəxslərə aid ola bilər, lakin məntiq baxımından ən çox
ikinci şəxsə əmr edilə bilər. Buna görə də abidələrin dilində
əmr cümlələrinin xəbəri ən çox felin əmr şəklinin ikinci
şəxsində olur; məsələn: ... on ok oğlıQa, tatı Qa təgi bum körü
biliQ (КТ c 12) «... on ox oğluna, yadlara təki bunu görərik
bilin». Türk oğuz bəgləri, bodun, bunu esidir/ (KT ş 22) «Türk
oğuz bəyləri, xalqı, bunu eşidin». KöQlünçə udız (T 15)
«(Qoşunu) ürəyin istəyən kimi apar». Oğlanım, ərdə marımınça
bol, капка tap, katığlan (Süci) «Oğullarım, igidlikdə ustadım
kimi olun, (özünüzə) xan tapın, möhkəmlənin». Sabımın tükəti
esidgil (КТ c 1) «Sözümü tükənincəyədək eşit». Bu sabımın
edgüti esid, katığdı tiljlə (KT c 2) «Bu sözümü yaxşıca eşit,
möhkəmcə dinlə».
Qədim türk yazısı abidələrinin dilində əmr cümlələrinin
xəbəri felin əmr şəklinin üçüncü şəxsində də işlənir, lakin
burada əmr birbaşa deyil, vasitəsi vasitəsilə olur; məsələn:
Kögmən yir, sub idisiz kalmazun (KT ş 20) «Kögmən yeri, suyu
sahibsiz qalmasın». Sü bası İnəl kağan Tardus sad birzun (T 31)
«Qoşunbaşı İnəl xaqan - Tarduş şadı getsin». Türk bodun yok
bolmazun, ... bodun bolçun ... (KT ş 11) «Türk xalqı məhv
olmasın,... xalq olsun...» və s.
Qədim türk yazısı abidələrinin dilində əmr cümlələrinin
bir qismi arzu çalan ifadə edir. Belə cümlələrin xəbəri felin əmr
şəkli ilə deyil, arzu şəkli ilə ifadə edilir, həm də belə cümlələrin
xəbəri təkcə birinci şəxsdə (tək və cəm) olur; məsələn: Türk
bodun, ölürəyin, uruğsıratayın (KT ş 10) «Türk xalqı özümüzü
öldürək, nəslimizi məhv edək». Usar, yokkısalım (T 11)
«Bacarsaq, məhv edək». Bodunığ igidəyin (KT ş 28) «Xalqı
126
yüksəldim». Ötjrə türk kağanğaru süləlim (T 20) «Əvvəlcə türk
xaqanma qarşı qoşun çəkək». Ben ebgərü tüsəyin (T 30) «Mən
evə qayıdım». Katun yok bolmıs erti, anı yoğlatayın (T 31)
«Xatun vəfat etmişdi, onu dəfn edim». Yarıs yazıda tiriləlim (T
33) «Yarış düzündə toplanaq» və s.
NİDA CIMLƏSİ
Emosiya bildirən, emosiya ilə tələffüz edilən cümlələrə
nida cümlələri deyilir. Türk dillərində, o cümlədən qədim türk
yazısı abidələrinin dilində nida cümlələrinin xüsusi əlaməti
yoxdur. Bu cümlələr nəqli, sual və əmr cümlələri əsasında
yaranır. Nida cümlələri şifahi nitqdə yüksək intonasiya ilə
tələffüz edilməsi, yazılı nitqdə isə nida işarəsi qoyulması ilə
fərqləndirilir. Buna görə də qədim türk yazısı abidələrinin
dilində nida cümlələrini fərləndirmək çox çətindir, demək olar
ki, qeyri-mümkündür. Məsələ burasındadır ki, qədim türk
qəbilələrinin bu və ya digər cümləni necə tələffüz etmələri,
hansı intonasiya ilə söyləmələri bizə məlum deyildir; göytürk
yazısı abidələrində, habelə qədim uyğur yazısı abidələrində
durğu işarələri yoxdur. Buna görə də hər iki tip yazılı abidələrin
dilində nida cümlələrini cümlənin digər tiplərindən ayırmaq
mümkün deyildir. Qədim türk yazısı abidələrinin dilində işlənən
əmr cümlələrinin bir qismini nida cümləsi kimi də qəbul etmək
olar; məsələn:... on ok oğlıQa, tatı Qa təgi tuni körü biliQ (KT c
12) «... on ox oğluna, yadlara təki bunu görərək bilin». Türk
oğuz bəyləri, bodun bum esidiQ (KT ş 22) «Türk oğuz bəyləri,
xalqı, bunu eşidin». Bəzən yan intuitiv, yarı cümlənin
quruluşundan qədim türk yazısı abidələrinin dilində nida
cümlələrini müəyyənləşdirmək olur; məsələn: A IJar körü biliQ:
türk amtı bodun, bəglər, bödkə körigmə bəglər, gü yaQıltaçı siz
(KT c 11) «Ona baxaraq bilin: türkün indiki xalqı, bəyləri, taxta
tabe olan bəylər, axı yanılasınız». Güman etmək olar ki, qədim
türk yazısı abidələrinin dilində cümlənin söz sırasının nadir
hallarda pozulması da intonasiya ilə əlaqədardır; güman ki, söz
sırasının pozulduğu cümlələr yüksək tonla, nida intonasiyası ilə
127
tələffüz edilmişdir; məsələn: Ol yirgərü barsar, türk bodun,
öltəçi sən. ötükən yir olurıp arkış-türkiş isar, nərj bunığ yok!
Ötükən yış olursar, befjgü il tuta olurtaçı sən, türk bodun, tok
(КТ c 8) «O yerə doğru getsən, türk xalqı, öləsisən, ötükən
yerində oturub karvanlar göndərsən, heç bir dərd yox! Ötükən
meşəli dağlarında otursan, əbədi el tutaraq oturasısan, türk xalqı,
tox!»
CÜMLƏNİN QURULUŞCA NÖVLƏRİ
Bütün türk dillərində olduğu kimi, qədim türk yazısı
abidələrinin dilində də cümlənin quruluşca iki növü vardır: 1)
sadə cümlə, 2) mürəkkəb cümlə.
SADƏ CÜMLƏ
istər normativ (xüsusilə, məktəb), istərsə akademik qram
matikalarda sadə cümləyə verilən təriflər bu dil vahidinin hətta
əsas xüsusiyyətlərini əhatə etmir. Buna görə də son zamanlar,
mekətb qrammatikalarını çıxsaq, qrammatika kitablarında və
cümlənin sintaksisinə həsr edilmiş əsərlərdə sadə cümləyə tərif
verilmir.
CÜMLƏ ÜZVLƏRİ
Hər hansı bir cümlə sözlərdən tərtib edilir. Cümlədə
sözlər məna və sintaktik vəzifələrinə görə müxtəlif olur: bəzi
sözlər cümlədə müəyyən məna ifadə edir və sintaktik vəzifə
icra edir; bəzi sözlər isə heç bir vəzifə daşımır. Leksik mənası
olan və cümlədə müəyyən sintaktik vəzifə daşıyan sözlərə və
söz birləşmələrinə cümlə üzvü deyilir. Cümlə üzvlərinin hamısı
cümləni təşkil etməkdə eyni rol oynamır: bunlardan bəziləri
cümlənin tamamlanmasında, fikrin bitməsində həlledici rol
oynayır, onlarsız cümlə formalaşa bilmir; digərləri həmin
üzvləri izah edir, aydınlaşdırır, tamamlayır. Cümlənin
tərtibində, formalaşmasında əsas, həlledici rol oynayan cümlə
üzvləri baş üzv, onlara xidmət edən, onları aydınlaşdıran cümlə
128
üzvləri isə ikinci dərəcəli üzvlər adlanır. Cümlənin baş
üzvlərinə mübtəda və xəbər, ikinci dərəcəli üzvlərinə isə təyin,
tamamlıq və zərflik daxildir.
MÜBTƏDA
Mübtəda cümlənin iki baş üzvündən biridir. O, cümlənin
tam müstəqil üzvüdür və qrammatik cəhətdən digər üzvlərindən
asılı deyildir, cümlənin bütün digər üzvləri, o cümlədən ikinci
baş üzv - xəbər də qrammatik cəhətdən mübtədadan asılıdır.
Mübtəda ismin adlıq halında olur, əlaməti cümlənin xəbərində
müəyyən olunan əşyam bildirir, kim, nə və hara suallarından
birinə cavab verir. Mübtəda ondan asılı olan ikinci dərəcəli
cümlə üzvlərini öz ətrafında birləşdirib mübtəda qütbü təşkil
edir. Mübtəda, sözün geniş mənasında əşya anlayışı bildirir.
Türk dillərində, o cümlədən, qədim türk yazısı abidələrinin
dilində mübtəda aşağıdakı əlamətlərə malik olar:
1. Qrammatik cəhətdən mübtəda cümlənin heç bir üzvün
dən asılı olmur, cümlənin bütün üzvləri mübtədadan asılı olur.
2. Mübtədanın əlaməti xəbərdə əks olunur.
3. Mübtəda ismin adlıq halında olur.
4. Mübtəda hallana bilən sözlərlə (habelə, söz birləşmələ
ri ilə) ifadə olunur.
Qeyd etmək lazımdır ki, adlıq halda olan söz cümlənin
mübtədası olmaya da bilər. Adlıq halda işlənən söz cümlədə,
mübtədadan başqa, təyin, xəbər vəzifəsi də daşıya bilər. Bun
lardan başqa, adlıq halda olan söz cümlə üzvü olmaya da bilər,
məsələn, xitablar və ara sözlər adlıq halda işlənsə də cümlə
üzvü olmur.
Qədim türk yazısı abidələrinin dilində mübtəda ifadə
vasitələrinə görə müasir türk dillərindən fərqlənmir. Abidələrin
dilində nadir hallarda cümlədə söz sırasının pozulması hallarını
istisna etsək, mübtəda cümlənin əvvəlində işlənir, həm feli,
həm də ismi xəbərlə uzlaşma əlaqəsi ilə bağlanır.
Qədim türk yazısı abidələrinin dilində mübtədalar quru
luşuna görə iki cür olur:
129
1. Leksik vahidlərlə ifadə olunan mübtədalar - sadə müb-
tədalar.
2. Sintaktik vahidlərlə ifadə olunan mübtədalar - mürək
kəb mübtədalar.
Sadə mübtəda. Sadə mübtəda dedikdə sadə, düzəltmə və
mürəkkəb sözlərlə, habelə frazeoloji birləşmələrlə ifadə olun
muş mübtədalar nəzərdə tutulur. Mübtəda əşya və şəxs bildirən
sözlərlə, yəni isimlərlə, əvəzliklərlə, habelə substantivləşmiş
hər hansı bir nitq hissəsi ilə ifadə olunur.
Mübtədanm isimlərlə ifadəsi. Qədim türk yazısı abidələ
rinin dilində mübtəda, əsasən, isimlərlə ifadə edilir. Mübtəda
tək və cəm isimlərlə, ümumi və xüsusi isimlərlə, konkret və
mücərrəd isimlərlə, təklik və topluluq bildirən isimlərlə ifadə
edilir. Qədim türk yazısı abidələrinin dilində canlı və cansız
əşya adı bildirən sözlərin mübtəda vəzifəsində işlənməsi müasir
türk dillərində olduğu kimidir. Mübtədanm, o cümlədən canlı
və cansız, insan və digər canlıları bildirən mübtədalarm xəbərlə
uzlaşması da müasir türk dillərində olduğundan fərqlənmir: Bars
bəg erti (KT ş 20) «Bars bəy idi». Ol törüdə üzə eçim kağaıt
olurtı (KT ş 16) «O qanunun üstündə əmim xaqan oturdu».
TefJri ança timis erinç (T 2) «Tanrı elə demiş». Ol at ança tüsdi
(KT şm 4) «O at onda öldü». Alp ər bizitjə təgmiş erti (KT ş 40)
«Alp ərlər bizə hücum etmişdi».
Mübtədanm əvəzliklə ifadəsi. Qədim türk yazısı
abidələrinin dilində şəxs əvəzliklərinin cümlənin mübtədası
kimi işlənməsi az yayılmışdır. Daha dəqiq deyilsə, mübtədası
şəxs əvəzlikləri ilə ifadə edilən cümlələrdə, əksər hallarda,
mübtəda söz kimi - şəxs əvəzliyi kimi cümlədə formalaşmır,
iştirak etmir, yalnız xəbərin şəxs şəkilçisində özünü təzahür
etdirir; məsələn: Olyergərü barsar, türk bodun, öltəçi sən (KT
c 8) «O yerlərə getsən, türk xalqı, öləsisən». К im kə ilig
kazğanur mən (KT ş 9) «Kimə el qazanıram». Kunğaru Kətjü
Tarmanka təgi türk bodunığ ança konturtımız (KT ş 21) «Qərbə
Kənü Tarmana təki türk xalqını elə yerləşdirdik». Qorğu eki-iiç
fdsiligin təzib bardı (BK ş 41) «Qorxaraq iki-üç adamla qaçıb
getdi». A tp r körü biliQ (KT c 11) «Onu görərək bilin». Türk
130
amtı bodun, bəglər, bödkə körigmə boglər, gü yatjıltaçı siz (KT
c 11) «İndiki tüık xalqı, bəyləri, taxta tabe bəylər, axı
yanılasısınız». Sü/Jüsdimiz (T 28) «Döyüşdük».
Qədim türk yazısı abidələrinin dilində şəxs əvəzliklərinin
cümlədə mbtəda kimi iştirak etdiyi hallar da az deyildir;
məsələn: Mən betjgü taş ... tabğaç kağanta bədizçi kəlürtim
(KT c 11) «Mən əbədi daş ... Tabğaç xaqanında naxışçı gətirt-
dim». Biz az enim iz (BK ş 32) «Biz az idik». Kagan at bunla
biz birtimiz (KT ş 20) «Xaqan adı bu vaxt biz verdik». Siz taşıkın
(MÇ 22) «Siz qiyam edin». Ol amtı ayığyok (KT c 3) «O indi
iğtişaş salmır».
Abidələrin dilində sual əvəzlikləri də cümlənin mübtədası
vəzifəsində işlənir; məsələn: Üzə tetjri basmasar, asm yir
təlinməsər, türk bodun. ililjin, törüQin kim artan udaçı erti? (KT
ş 22) «Üstdən göy basmasa, altda yer dəlinməsə, türk xalqı,
elini, qanununu kim dağıda bilərdi».
Qədim türk yazısı abidələrinin dilində qayıdış şəxs əvəz
likləri də cümlənin mübtədası funksiyasını yerinə yetirir;
məsələn: Özüm karı boltım (T 56) «Özüm qocaldım». Eçim
kağan olurtukda özim farduş bodun üzə şad ertim (KT ş 17)
«Əmim xaqan oturduqda özüm tarduş xalqı üzərində şad idim».
... özin edgii körtoçi sən, cbirjə kirtoçi sən, biitjsız boltaçı sən
(BK şm 14) «... özün yaxşılıq görəsisən, evinə girəsisən,
dərdsiz olasısan». Özi yaijıltı (KT ş 20) «Özü yanıldı». Özi ança ■
kərgok bolmıs (KT ş 3-4) «Özü elə vəfat etmiş».
Mübtədanm sifətlə ifadəsi. Qədim türk yazısı abidələri
nin dilində mübtəda, az da olsa, substantivləşmiş sifətlərlə də
ifadə edilir; məsələn: Yııyka eriklig toplağalu uçuz ermis, yinçgə
eriklig üzgəli uçuz. Yuylca kalın bolsar, toplağaluk alp ermis.
yinçgə yoğun bolsar, üzgəliik aim ermis (T 13-14) «Nazik ikən
toplamaq asan imiş, incə ikən üzmək asan. Nazik qalın olsa,
toplamaq igidlikdir, incə yoğun olsa, üzmək igidlikdir». Taşra
yorıyur tiyin kü esidip bılıkdakı tağıkmıs, tağdakı inmis (KT ş
11-12) «Sərhəddən kənarda yürüytir deyə xəbər eşidib
şəhərdəki dağa qalxmış, dağdakı enmiş».
131
Mürəkkəb mübtəda. Mürəkkəb adlarla (mürəkkəb
isimlərlə yox!), ismi və feli söz birləşmələri ilə ifadə edilən
mübtədalara mürəkkəb mübtədalar deyilir: mürəkkəb sözlər
leksik vahid olduğu üçün mürəkkəb mübtəda adlana bilməz;
mürəkkəb adlar, ismi və feli söz birləşmələri isə leksik
birləşmə, leksik vahid olmadığı, sintaktik birləşmə, sintaktik
vahid olduğu üçün mürəkkəb mübtəda olur.
Mürəkkəb adlarla ifadə edilən mürəkkəb mübtədalar.
Qədim türk yazısı abidələrinin dilində mürəkkəb adların üç tipi
işlənir: 1) Mürəkkəb şəxs adlan (mürəkkəb antroponimlər), 2)
mürəkkəb xalq adlan (mürəkkəb etnonimlər) və 3) mürəkkəb
yer adlan (mürəkkəb toponimlər).
1. Mürəkkəb insan adlan ilə ifadə edilən mürəkkəb
mübtədalar. Belə mübtədalar şəxs adından və rütbə, vəzifə, titul
bildirən sözlərdən ibarət olur; məsələn: Kisi oğlınta üzə eçim-
apam Bunun kağan, İstəmi kağan olurmıs (KT ş 1) «İnsan
oğlunun üzərində
əcdadlarım Bumın xaqan, İstəmi xaqan
oturmuş». Umay təg öginı katun kutı/ja inim Kül tigin ər at bultı
(KT ş 31) «Umay təki anam xatunun bəxtinə kiçik qardaşım Kül
tigin igid adı qazandı (tapdı)». Bilge Küli çor tardus bodunığ iti,
ayu olurtı (KÇ 1) «Müdrik Küli çor tarduş xalqını təşkil edərək
oturdu».
2. Mürəkkəb xalq adları ilə ifadə edilən mürəkkəb müb
tədalar. Belə mürəkkəb mübtədalar xalqın adı və bodun «xalq»
sözü ilə ifadə edilir; məsələn: Tokuz oğuz bodun kəntü bodunım
erti (KT şm 4) «Doqquz oğuz xalqı öz xalqım idi». Türk bodun
adak kamaştı (BK ş 30) «Türk xalqı ayağını zəiflətdi». Ediz
bodun anta ölti (KT şm 6) «Ediz xalqı orada öldü».
3. Qədim türk yazısı abidələrinin dilində yer adından sonra
gələn yış, yazı, çöl, ügüz, balık, tağ və s. sözlərin birləşməsin
dən əmələ gələn mürəkkəb toponimlərin, iki və daha artıq
müstəqil sözlə ifadə olunan yer adlarının, on iki il siklli heyvan
adları ilə adlanan il adlarının adlıq halda işlənib cümlənin
mübtədası vəzifəsində işlənməsinə də rast gəlinmir.
Təyİnİ söz birləşmələri ilə ifadə edilən mürəkkəb müb
tədalar: Qədim türk yazısı abidələrinin dilində mübtədalar
132
sözlərlə və mürəkkəb adlarla ifadə edildiyi kimi, söz birləşmə
ləri ilə də ifadə edilir. Müasir türk dillərində olduğu kimi, qədim
türk yazısı abidələrinin dilində də birinci növ təyini söz
birləşmələri bütövlükdə cümlənin bir üzvü kimi, o cümlədən
mübtədası kimi çıxış edə bilmir; belə ki, bu təyini söz
birləşmələrinin birinci tərəfi həmişə cümlədə ondan sonra gələn
sözün təyini vəzifəsini yerinə yetirir. İkinci və üçüncü növ
təyini söz birləşmələri isə bütövlükdə adlıq halda cümlənin
mürəkkəb mübtədası funksiyasında işlənir.
1. İkinci növ təyini söz birləşmələri ilə ifadə edilən müb
tədalar, əsasən, qeyri-müəyyən əşya məfhumu bildirir; belə
mübtədalarda qeyri-müəyyənlikdən əlavə ümumilik çalan da
olur; məsələn: Bodun boğazı tok erti (T 8) «Xalqm boğazı tox
idi». Türgis kağanı tasıkmıs (T 30) «Türgiş xaqanı sərhədi
keçmiş». Tabğaç süsi bar ermis (T 30) «(Aralarında) tabğaç
qoşunu var imiş». On ok süsi kalısız taşıkdı (T 33) «On ox
qoşunu qalıqsız sərhədi keçdi».
2. Oçüncü növ təyini söz birləşmələri də adlıq halda
işləndikdə cümlənin mürəkkəb mübtədası olur. Belə mübtədalar
müəyyənlik bildirir; məsələn: Bilgə kağanıfj bodunı... bardı (O
11) «Müdrik xaqanın qoşunu ... getdi». Yağın bası yonyu kəlti
(MÇ 18) «Yağının avanqardı yürüyərək gəldi». Adığın karnı
yarılmış, tonuzıQ azığı sınmıs (IB 10-11) «Ayının qamı yanlmış,
donuzun qılınc dişi sınmış».
3. Qədim türk yazısı abidələrinin dilində mürəkkəb təyini
söz birləşmələri də adlıq halda cümlənin mübtədası olur;
məsələn: BizıQ sü atı turuk, azukı yok erti (KT ş 39) «Bizim
qoşunun atları arıq, ərzağı yox idi». Türgis kağan siisi otça,
borça kəlti (BK ş 27) «Türgiş xaqanının qoşunu od kimi, şərab
kimi gəldi». Türk bodun atı yok bolu Ьагтц erti (O 3) «Türk
xalqının adı məhv olub getmişdi». Türk bodunığ atı. küsi yox
bolmazun (KT ş 25) «Türk xalqının adı, şöhrəti məhv olmasın».
Feli sifət tərkibləri ilə ifadə edilən mürəkkəb mübtəda
lar. Qədim türk yazısı abidələrinin dilində adlıq halda işlənən
feli sifət tərkibləri də cümlənin mürəkkəb mübtədası funk
siyasını yerinə yetirir; məsələn: Ida, tasda kalmısı kobranıp yeti
133
yüz bolu (T 4) «Kolda, daşda qalmışı toplanıb yeddi yüz oldu».
Anta kalmışı yir sayu кор turu, ölü yorıyur ertig (КТ c 9) «Orada
(sağ) qalmışın yer boyu əldən düşmüş halda (dirilərək, ölərək)
yürüyür idi».
XƏBƏR
Xəbər cüttərkibli cümlənin iki baş üzvündən biridir və
qrammatik cəhətdən təkcə mübtədadan asılıdır. Xəbər, sözün
geniş mənasında, mübtədaya aid olan iş, hal, hərəkət, əlamət,
keyfiyyət, kəmiyyət və s. bildirir. Türk dillərində, o cümlədən
qədim türk yazısı abidələrinin dilində xəbər, adətən, təsriflənən
fellərlə, isimlərlə, substantivləşmiş digər nitq hissələri ilə,
habelə ismi söz birləşmələri ilə, hətta müəyyən bir sözə
qoşulmuş qoşmalarla da ifadə edilir. Xəbərin qrammatik
cəhətdən mübtədadan asılı olması özünü onun şəxs və
kəmiyyətə görə mübtəda ilə uzlaşmasında göstərir. Lakin bu
uzlaşma türk dillərində, o cümlədən qədim türk yazısı abidə
lərinin dilində mütləq deyildir və bəzən pozulur. İstər müasir,
istərsə qədim türk dillərində ilk baxışda elə görünür ki, xəbər
mübtədadan yox, mübtəda xəbərdən asılıdır və çox vaxt
cümlədə mübtədanm zahirdə olmasına ehtiyac hiss edilmir.
Qədim türk yazısı abidələrinin dilində xəbər işlənmə
xüsusiyyətlərinə görə müasir türk dillərindəkindən fərqlənmir.
Müasir türk dillərində olduğu kimi, abidələrin dilində də xəbər
şəxsə və kəmiyyətə görə mübtəda ilə uzlaşır; məsələn: Bilgə
Tonyukuk ben özüm Tabğaç ili Qə kılıntım (T 1) «Müdrik
Tonyukuk mən özüm Tabğaç elində tərbiyə aldım». Bars bəg
erti, kağan at bunta biz birtimiz (KT ş 20) «Bars bəy idi, xaqan
adını burada biz verdik». Siz taşıkın, çikig taşığırm (MÇ 22) «Siz
üsyan edin, çikləri də üsyana qaldırın». Kül tigin ol süQüsäə otuz
yaşayur erti (KT şm 2) «Kül tigin o döyüşdə otuz yaşında idi».
Biz az ertimiz (BK ş 32) «Biz az idik». Biz eki biQertimiz (T 16)
«Biz iki min idik».
Qədim türk yazısı abidələrinin dilində xəbərlik kateqori
yası ya morfoloji əlamətlərlə, yeni sözlərə şəkilçilər artırmaqla,
ya da morfoloji əlamətlərsiz əmələ gəlir. Buna görə də
134
abidələrin dilində ifadə tərzinə görə xəbərləri iki növə ayırmaq
olar: 1) morfoloji üsulla ifadə edilən xəbərlər; 2) sintaktik üsulla
ifadə edilən xəbərlər.
Xəbərin morfoloji üsulla ifadəsi. Qədim türk yazısı abi
dələrinin dilində xəbər, əsasən, morfoloji üsulla ifadə edilir.
Xəbərin bu üsulla ifadəsində bütün nitq hissələrinə (o cümlədən
fellərə) və söz birləşmələrinə xüsusi xəbərlik şəkilçiləri artırılır.
Abidələrin dilindəki xəbərlik şəkilçiləri mahiyyətcə müasir türk
dillərindəki şəkilçilərdən fərqlənməsə də, şəkilcə (fonetik
tərkibcə) bəzi fərqlər nəzərə çarpır. Aşağıdakı cümlələrdə bu
fərqi müşahidə etmək olar: Kapağan Eltəris kağan elifjə ktlm tm
(O 4) «Fateh Eltəris xaqan elinə verildim». Biz az biz (O 7) «Biz
azığ». Kamuğı biş otuz sülədimiz, üç yegirmi süQüşdimiz (KT ş
18) «Cəmi iyirmi beş dəfə qoşun çəkdik, on üç dəfi» döyüşdük».
Ərən ər siz (Y 26) «Ərən ərsiniz». Nə kağanka isig, küçig birür
mən? (KT ş 9) «Hansı kaqana zəhmətimi verirəm». İnöz İnənçü,
Tar duş Küli çor Besbaltka barır biz (HT 1) «İnöz İnənçü Tarduş
Küli çor Bcşbaltka gedirik».
Xəbərin sintaktik üsulla ifadəsi. Qədim türk yazısı abi
dələrinin dilində bəzən söz heç bir morfoloji əlamət xəbərlik
şəkilçisi qəbul etmədən də cümlənin xəbəri vəzifəsini yerinə
yetirir. Sözün heç bir morfoloji əlamət qəbul etməkdə xəbər
vəzifəsini yerinə yetirməsinə xəbərin sintaktik üsulla ifadəsi
deyilir. Abidələrin dilində xəbərin sintaktik üsulla ifadəsi söz
sırası və xüsusi intonasiya ilə baş verir.
Qədim türk yazısı abidələrinin dilində həm feli, həm də
ismi xəbərlərdə xəbərin sintaktik üsulla ifadəsinə rast gəlirik.
Bundan başqa, predikativ sözlərin xəbər kimi işlənməsi də
xəbərin sintaktik üsulla ifadəsinə nümunə ola bilər. Feli
xəbərlərdən felin əmr şəklinin ikinci şəxsinin təki, şərt şəklinin
və xəbər şəklinin nəqli keçmiş zamanın hər üç şəxsində xəbər
sintaktik üsulla ifadə edilir, yəni fellər heç bir morfoloji əlamət
qəbul etmədən cümlənin xəbəri olur. Abidələrin dilində isimlər
də cümlənin xəbəri kimi işlənəndə üçüncü şəxsdə xəbərlik
şəkilçisi qəbul etmir; məsələn: Bu bitig bitigmə atısı Yolıq tigin
(KT с 13) «Bu yazını yazan kiçik qohumu Yolığ tigin». Sizin ər
Dostları ilə paylaş: |