ZƏRF BİRLƏŞMƏLƏRİ
Qədim türk yazısı abidələrini dilində, az da olsa, zərf
birləşmələrinin işlənməsinə rast gəlmək olur. Qeyd etmək
lazımdır ki, zərf birləşmələri müasir türk dillərində də zəif
inkişaf etmişdir və türk dillərinin qrammatik quruluşuna həsr
edilmiş əsərlərin böyük əksəriyyətində bu birləşmələr haqqında
ümumiyyətlə məlumat verilmir. Zərf birləşmələrində tabeedici
söz, əsas söz zərfdir. Bu birləşmə idarə sintaktik əlaqəsi ilə
əmələ gəlir. Qədim türk yazısı abidələrinin dilində zərf
birləşməsinin ikinci tərəfi kimi, əsasən, yer və zaman zərfləri
çıxış edir (müasir türk dillərində tərz-hərəkət zərfləri də bu
mövqedə işlənir); məsələn: Örjük yoğaru (BK c ş) «Önük
yuxarı», Kök Örjük yuğaru (T 15) «Göy Önük yuxan», ol sub
kodı (T 27) «o su (çay) boyu», Sələ/Jə kodu (MÇ 16) «Şələnə
boyu», ön gün ö/Jrə (MÇ 31) «on gün əvvəl», ekin ara (KT ş 1)
«ikisinin arasında», yir sayu (КТ c 9) «yer boyu», at üzə (T 25)
«at üstdə», tokuz oğuz üzə (MÇ 3) «doqquz oğuzların üzərində».
Qedim türk yazısı abidələrinin dilində zərf birləşmələrinin
işlənməsinə bir neçə nümunə verilir: Örjük yoğaru sü yorıp
1 Y u sif Seyidov. A zərbaycan dilində söz b irləşm ələri, B akı, 1992, s. 216.
86
tünli-künli yiti ödüşkə subsız keçdim (BK ş c) «önük yuxarı
qoşun yürüdüb gecəli-gündüzlü yeddi sutka susuz keçdim». Kök
örjük yuğaru Ötükən yısğaru udıztım (T 15) «Göy Önük yuxarı
ötükən meşəli dağlarına apardım». Ol sub kodı bardımız (T 17)
«O çay boyu getdik». ...üküsi Sələ/Jə kodı bardı (MÇ 16)
«...çoxu Şələnə boyu getdi». Ebi on kün ötjrə ürkip barmış (MÇ
31) «Evi on gün əvvəl hürküb getmiş».... anta kalmışı bodun on
uyğur, tokuz oğuz ü zəyü zyıl olurtı (MÇ 3) «...orada qalmış xalq
on uyğurların, doqquz oğuzların üzərində yüz il oturdu». At üzə
bintürii kanğ sökdim (T 25) «Atlara mindirərək qan sökdüm».
Anlağının üçün igidmiş kağanılj sabın almatın yir sayu bardığ
(KT c 8-9) «Elə olduğun üçün (səni) yüksəltmiş xaqanının
sözünə qulaq asmadan yer boyu getdim». Üzə kök te/Jri, asra
yağız yir kılıntkda ekin ara kisi oğlu kılınmıs (KT ş 1) «Üstdə
mavi göy, altda qonur yer yarandıqda ikisinin arasında insan
oğlun yaranmış».
FEL) SÖZ BİRLƏŞMƏLƏRİ
Feli söz birləşmələrində tabeedici söz fellərdən ibarət
olur. Adətən, dilçilik ədəbiyyatında feli söz birləşməlrindən
danışarkən tabeedici üzvü təsriflənən
fellərlə ifadə edilən
birləşmələr dciyl, təsri dənməyən fellərlə - məsdər, feli sifət,
feli bağlamalarla ifadə edilən birləşmələr nəzərdə tutulur.
Qədim türk yazısı abidələrinin dilində məsdər yox dərəcəsində
olduğu üçün məsdər birləşmələrindən danışmaq mümkün
deyildir.
Türkoloji ədəbiyyatda feli birləşmələr ifadəsi altında feli
tərkiblər - məsdər, feli sifət və feli bağlama tərkibləri nəzərdə
tutulur. Lakin Azərbaycan dilinin qrammatikasına həsr edilmiş
son ədəbiyyatda, ismi birləşmələrdə olduğu kimi, feli birləş
mələrdə də iki komponentin mövcudluğu əsas götürülür: ad +
fel, fel + fel və zərf + fel. Söz birləşmələri haqqında təlimdə fel
+ fel və zərf + fel birləşmələrinə elə bir əhəmiyyət verilmə
diyindən dilçilik ədəbiyyatında adlarla fellərin birləşməsindən
əmələ gələn feli birləşmələr daha çox araşdırılır. Belə bir-
87
ləşmələrin özü də iki qismə bölünür: 1) adların bilavasitə fellərə
birləşməsindən əmələ gələn feli birləşmələr və 2) adların Qoş
ma vasitəsilə fellərə birləşməsindən əmələ gələn feli birləşmə
lər. Birinci qisim feli birləşmələrin də dörd tipi göstərilir
Birinci tərəfi 1) isimlərlə, 2) sifətlərlə, 3) saylarla, 4) əvəzlik
lərlə ifadə edilən feli birləşmələr.
Adlarla fellərin birləşməsindən əmələ gələn feli
birləşmələr. Qədim türk yazısı abidələrinin dilində belə birləş
mələrin birinci tərəfi isim, substantivləşmiş sifət, substantivləş-
miş say və əvəzliklərlə ifadə edilir; birinci tərəf bir sözlə ifadə
olunduğu kimi, bir neçə sözlə də (ismi söz birləşməsi) ifadə
edilə bilər. Birləşmənin ikinci tərəfi feli sifət və ya feli bağlama
ilə ifadə edilir. Qədim türk yazısı abidələrinin dilində adlarla
fellərin birləşməsindən əmələ gələn feli söz birləşmələrinin
birinci tərəfi, ismin yiyəlik halından başqa, ismin bütün halla
rında duran, habelə qoşma ilə işlənən sözlərlə ifadə edilə bilər.
Buna görə də bu feli birləşmələrin aşağıdakı növlərini göstər
mək olar:
1. Adlıq hallı feli birləşmələr;
2. Yönlük hallı feli birləşmələr;
3. İstiqamət hallı feli birləşmələr;
4. Təsirlik hallı feli birləşmələr;
5. Yerlik hallı feli birləşmələr;
6. Çıxışlıq hallı feli birləşmələr;
7. Alət-birgəlik hallı feli birləşmələr.
Qədim türk yazısı abidələrinin dilində qoşmalı sözlərlə
əmələ gələn feli söz birləşmələrində qoşmadan əvvəl işlənən
sözlər hal şəkilçisi ilə də, hal şəkilçisi olmadan da işlənə bilər.
Adlıq hallı feli birləşmələr. Bu feli söz birləşmələrinin
birinci tərəfi adlıq halda duran isim və əvəzliklə, ikinci tərəfi
isə, əsasən, bağlamalarla ifadə edilir. Belə birləşmələrin əmələ
gəlməsində nadir hallarda feli sifətlər də, həm də təkcə dığım...
şəkilçili feli sifətlər iştirak edir. Əslinə qalanda, elə ikinci tərəfi
feli bağlamalarla ifadə edilən feli birləşmələri əmələ gətirən
morfoloji vasitələr - şəkilçilər də bir o qədər çox deyil: qədim
türk yazısı abidələrinin dilində feli birləşmələrin ikinci tərəfi ki
88
mi çıxış edən feli bağlamalar yalnız -tükda, -tükdə, -dukda, -dük
də; -ğunça; -a, -ə, -
1
, -i, -u, -ü şəkilçiləri ilə əmələ gələ bilir.
İkinci tərəfi feli bağlamalarla ifadə edilən adlıq hallı feli
birləşmələr BıQım sürə (MÇ 26) «minim (alayım) sürərək»,
yaraklığyaya (KT ş 26) «yaraqlılar yayaraq», teQri tuta (BK ş
14) «tanrı tutaraq», teQri basa (T 38) «tanrı basaraq», ıduk yer,
sub basa (T 38) «müqəddəs yer, su basaraq», kağan uça (BK c
10) «xaqan uçaraq», üç karluk təzə (MÇ 11) «üç karluk
qaçaraq», Küli çor iti (KÇ 14) «Kül i çor edək», Kidi çor ayı
(MÇ 14) «Küli çor çağıraraq», ben yapın (MÇ 44) «mən
tikdirərək», Kül tigin onlayu (KT şm 5) «Kül tigin hücuma
keçərək», yağırı başı yorıyu (MÇ 18) «yağının başı yürüyərək»,
eçim kağan olurtukda (KT ş 19) «əmim kaqan oturduqda», Mağı
kurğan kışladukda (BK ş 31) «Mağı kurqanda qışladıqda», bes
süQüs sü Qüsdükdə (KÇ 17) «Beş dönüş döyüşdükdə», ka Qım
türk bilgə kağan olurtukınta (BK şm 1) «atam türk müdrik xaqan
oturduqda», kağan olurtukunta (BK ş 9) «kaqan oturduqda».
İkinci tərəfi feli sifətlə ifadə olunan adlıq hallı feli
birləşmələr: teQri bilig bertük (T 6) «tanrı bilik verdiyi», türk
bodun illodük (KT ş 7) «türk xalqı el düzəltdiyi», ben özüm
bilgə Topukuk ötüntük (T 15) «mən özüm Müdrik Tonyukuk xa
hiş etdiyim», teQri, yer yarlıkaduk (BK ş 10) «göy, yer buyur
duğu», inili-eçili kiıjşürtükin (KT ş 6) «böyüklü-kiçikli düşmən
etdiyi», bəgli-bodunlığ yoQurtukun (KT ş 6) «bəyli-xalqlı (bir-
birinin üstünə) salışdırdığı», üzə teQri, asra yer yarlıkaduk (BK
ş 10) «üstdə tanrı, altda yer buyurduğu», mən kazğanduk (BK ş
33) «mən qazandığım», ben yəg erdükim (Y 24) «mən yaxşılıq
etdiyim», teQri yarlıkaduk (T 40) «tanrı buyurduğu», teQri küç
bertük (KT ş 12) «tanrı güc verdiyi», ben bilgə Tonyukuk
təgürtük (T 47) «mən Müdrik Tonyukuk çatdırdığım», mən
özüm kağan olurtukım (BK ş 36) «mən özüm xaqan otur
duğum», özüm kazğantukım (T 55) «özüm qazandığım» və s.
Yönlük hallı feli birləşmələr. Yönlük hallı feli birləşmə
lərdə ikinci tərəf həm təsirli, həm də təsirsiz fellərlə ifadə edi
lir. İkinci tərəfin təsirli, yaxud təsirsiz fellərlə ifadə olunması
birləşmənin quruluşuna müəyyən qədər təsir göstərir: ikinci
89
tərəf təsirsiz fellərlə ifadə olunduqda birinci tərəf bilavasitə
ismin yönlük halında işlənən sözlə ifadə edilir: ikinci tərəf
təsirli fellərlə ifadə olunduqda isə birləşmədə yönlük haldan
əlavə, ismin təsirlik halında işlənən daha bir sözün də daxil
olması vacibdir. Qədim türk yazısı abidələrinin dilində yönlük
hallı feli söz birləşmələrinin işlənməsi ilə əlaqədar daha bir
məsələni də qeyd etmək lazımdır: görünür, VI-VIII yüzillik
lərdə türk dillərində təsirlilik-təsirsizlik kateqoriyası hələ tam
diferensiallaşmadığı üçün qədim türk yazısı abidələrinin dilində
eyni bir fel həm təsirli, həm də təsirsiz fel məqamında işlənir;
məsələn: bum körü bilifj (KT c 12) «bunu görərək bilin» və ma-
/Ja körür (KT c 2) «mənə görür» (mənə baxır olmalıdır). Görü
nür, fellərdə təsirlilik, təsirsizlik kateqoriyasının diferensiallaş-
ması prosesi daha əvvəlki dövrdə baş vermiş, türk dilləri inki
şafının qədim türk yazısı abidələri dövründə hələ davam
etmişdir. Hətta bu gün də həm təsirli, həm də təsirsiz məqamda
işlənən fellərin türk dillərində işlənməsinə təsadüf edilir;
məsələn: müasir Azərbaycan dilində: kitabı oxumaq - məktəbdə
oxumaq.
Müasir türk dillərində olduğu kimi, qədim türk yazısı
abidələrinin dilində də yönlük hallı feli birləşmələrdə də
hərəkət obyektlə də, məkanla da əlaqədar ola bilər. Düzdür,
hə’rəkətin obyektlə əlaqəsi təsirli fellərə xas xüsusiyyətdir, lakin
təsirli fellərdə hərəkət bilavasitə müstəqil obyektlə, təsirlik
halda işlənən sözlə, vasitəsiz tamamlıqla əlaqədar olur və
hərəkət obyekti bütövlükdə əhatə edir. İkinci tərəfi təsirsiz
fellərlə ifadə edilən yönlük hallı feli birləşmələrdə isə hərəkət
obyekti əhatə etmir, ona meyl edir, istiqamətlənir. İkinci tərəfi
təsirli fellərlə ifadə olunan yönlük hallı feli birləşmələrdə
yönlük yalda işlənən sözlə (birinci tərəf) təsirli fel (ikinci tərəf)
arasındakı əlaqə zəif olur, halbuki ikinci tərəfi təsirsiz fellərlə
ifadə olunan yönlük hallı feli birləşmələrdə yönlük halda
işlənən sözlə (birinci tərəf) təsirsiz fel (ikinci tərəf) arasında
əlaqə daha sıx olur, birləşmə bütövlükdə tamamlanmış təsir
bağışlayır.
90
İkinci tərəfi feli sifətlərlə ifadə olunan yönlük hallı feli
birləşmələr: biziQə yanıltukm (KT ş 13) «bizə qarşı yanıldığı»,
yerkə təgürtük (T 47) «yerə hücum etdiyi», Taluy ügüzkə təgmis
(T 18) «Dəniz çayına çatmış», yağıya təgmiş (Y 26) «yağıya
hücum etmiş», bödkə körigmə (КТ c 11) «taxta baxan», tağka
təgmis (T 47) «dağa çatmış», ebkə təgdükim (O 10) «evə
dəydiyim» və s.
İkinci tərəfi feli bağlamalarla ifadə edilmiş yönlük hallı
feli birləşmələr: yağıka təgip (KÇ 23) «yağıya hücum edib», Sə
lə /p kə sıka (MÇ 16) «Sələnəyə sıxaraq», marja ukğalı (BK ş
28) «mənə tabe olmağa», bödkə olurıp (BK ş 2) «taxta oturub»,
sabıQa arturıp (KT c 6) «sözünə aldanıb», ağısı Qa arturıp (KT c
6) «hədiyyəsinə aldanıb», eçidməkinçə barıp (Y 39) «eşitməyə
nə qədər gedib», Kara капка banpan (Y 30) «qara xanın yanına
gedib», at üzə bintürə (T 25) «atlara mindirərək», altı otuzka
uça (BK c 10) «iyirmi altısında uçaraq», kadaşıma, kunçuyuma
adıralu (Y 29) «dostumdan, xanımımdan ayrılaraq» və s.
İstiqamət hallı feli birləşmələr. Qədim türk yazısı
abidələrinin dilində hərəkətin istiqaməti məzmunu iki halla -
yönlük və istiqamət hallan ilə ifadə edilir; hər halın özünün
spesifik morfoloji əlaməti
hal şəkilçisi vardır. İstiqamət hallı
feli birləşmələrin birinci tərəfi ismin istiqamət halında duran
sözlə, ikinci tərəfi isə, yönlük halda olduğu kimi, həm təsirli,
həm də təsirsiz fellərlə ifadə edilir. Buna görə də yönlük hallı
feli birləşmələrin ikinci tərəfi haqqmda deyilənləri istiqamət
hallı feli birləşmələrin ikinci tərəfinə də şamil etmək olar.
İkinci tərəfi feli sifədərlə ifadə edilmiş istiqamət hallı feli
birləşmələr: yögərü kötürmiş (KT ş 11) «yuxarı götürmüş».
İkinci tərəfi feli bağlama ilə ifadə edilmiş istiqamət hallı
feli birləşmələr: yoğaru sü yo n p (BK c ş) «yuxarı qoşun
yürüdüb», ilgərü, kurığaru süləp (KT ş 12) «şərqə, qərbə qoşun
çəkib», kurığaru Yinçü ügüz keçə (KT c 3) «qərbə İnci çayını
keçərək», ilgərü süləyü (KT ş 8) «şərqə qoşun çəkərək».
Təsirlik hallı feU birləşmələr. Bu feli birləşmələrin
birinci tərəfi ismin təsirlik halında duran hər hansı söz və ya söz
birləşməsi, ikinci tərəfi yalnız təsirli fellərlə ifadə olunur. Bu
91
birləşmələrdə ikinci tərəf təsirli fellərdən ibarət olduğu üçün iş,
hal, hərəkət mütləq obyekt tələb edir, yəni iş, hal, hərəkət
müstəqil obyekt, vasitəsiz tamamlıq üzərində icra edilir.
Türk dillərində, o cümlədən qədim türk yazısı abidələrinin
dilində təsirlik halın iki tipi - şəkilçili və şəkilçisiz tipi olduğu
üçün abidələrin dilində təsirlik hallı feli birləşmələrin iki tipi
mövcuddur: müəyyənlik bildirən təsirlik hallı feli birləşmələr
və qeyri-müəyyənlik bildirən təsirlik hallı feli birləşmələr.
Müəyyənlik bildirən təsirlik hallı feli birləşmələrin birinci
tərəfi ismin təsirlik halının şəkilçisini qəbul edir və müəyyən
obyekt bildirir. Müəyyən obyekt dedikdə danışan və dinləyənə
məlum olan obyekt nəzərdə tutulur. Birləşmənin birinci tərəfi
müəyyənlik bildirdiyi üçün feli birləşmə də ümumilikdə
müəyyənlik bildirir: ak abğırığ binip (KT ş 35-36) «ağ ayğırı
minib», akığ binip (KT şm 5) «ağı minib», Ertis ügüzig keçə
(KT ş 37) «İrtış çayını keçərək», anı yayıp (KT ş 34) «onu
yayıb», ilig tutıp (KT ş 3) «eli tutub» və s.
Qeyri-müəyyənlik bildirən təsirlik hallı feli birləşmələrdə
isə birinci tərəf kimi işlənən söz, yaxud söz birləşməsi ismin
təsirlik hal şəkilçisini qəbul etmir və qeyri-müəyyən obyet,
qeyri-müəyyən vasitəsiz tamamlıq bildirir: il tuta (KT c 8) «el
tutaraq» yağı bohp (KT ş 10) «yağı olub», kü esidip (KT ş 12)
«səs eşidib», küç bertük (KT ş 12) «güc verdiyi», kağan
olurıpan (KT ş 1.6) «xaqan oturub», keyik yiyü (T 8) «keyik
yeyərək», tabısğan yiyü (T 8) «dovşan yeyərək», at veto (T 25)
« at çatan» və s.
Qədim türk yazısı abidələrinin dilində müəyyənlik
bildirən feli birləşmələrin birinci tərəfi mənsubiyyət şəkilçisi
qəbul etmiş sözlə ifadə edilir (düzdür, bu vaxt onlarda təsirlik
hal şəkilçisinin düşməsi qədim türk yazısı abidələrinin dilini
səciyyələndirən əsas xüsusiyyətlərdən biridir), lakin qeyri-
müəyyənlik bildirən feli birləşmələrin birinci tərəfində işlənən
söz mənsubiyyət şəkilçisi qəbul edə bilmir; məsələn: süçig
sabın arıp (KT c 5) «şirin sözünə aldanıb», yımşak ağuı arıp
(KT c 5) «yumşaq hədiyyəsinə aldanıb», kağamn yitürü (KT ş
7) «xaqanını sona yetirərək», türk atın ıtı (KT ş 7) «türk adını
ataraq», tabğaç atın tutıpan (KT ş 7) «tabğaç adını tutaraq», ilin
92
alı (KT ş 8) «elini alaraq», törüsin ah (KT ş 8) «qanununu
alaraq», törüsin ıçğınmıs (KT ş 13) «qanununu unutmuş»,
udlıkın sıyu (KT ş 36) «budunu sındıraraq», atın binip (KT ş 40)
«atını minib», akın binip (KT şm 3) «ağını (ağ atını) minib»,
yağızın binip (KT şm 5) «qonurunu (qonur atını) minib»,
otünçümin esidü (T 15) «müraciətimi eşidərək» və s.
Qədim türk yazısı abidələrinin dilində təsirlik hallı feli
birləşmələrin birinci tərəfi təyini söz birləşmələri ilə də ifadə
olunur.
Birinci tərəfi üçüncü növ təyini söz birləşməsi ilə ifadə
olunan təsirlik hallı feli birləşmələr: kağanıQın sabın almatın
(KT c 9) «xaqanının sözünə qulaq asmadan», türk bodvnıl) ilin,
törüsin tuta (KT ş 1) «türk xalqının elini, qanununu tutaraq»,
türgis kağamtj lazın alı (BK şm 9-10) «türgiş xaqanının qızını
alaraq», yağı t] başı yorıyu (MÇ 18) «yağının başı yürüş edərək»,
karlukığ tabarın alıp (MÇ 28) «karlukun malını alıb», karlukığ
ebin yolıp (MÇ 29) «karlukun evini dağıdıb», Bayurkwıırj ak
adğırığ binip (KT ş 36) «Bayırkunun ağ ayğırın minib» və s.
Birinci tərəfi ikinci növ təyini söz birləşməsi ilə ifadə
olunan təsirlik hallı feli birləşmələr: bodun atı yok bolu (O 3)
«xalqın adı yox olaraq», türk atın ıtı (KT ş 7) «türk adını
ataraq», tabğaç atın tutıpan (KT ş 7) «tabğaç adını tutub».
Azman akığ binip (KT şm 5) «Azmanın ağını (ağ atını) minib»,
Şıp başın yürə (MÇ 16) «Şıp başını yürüyərok», el örginin
örgipən (MÇ 34) «el sarayını hörüb (tikib)» və s.
Yerlik hallı feli birləşmələr. Qədim türk yazısı
abidələrinin dilində yerlik və çıxışlıq halların şəkilçiləri hələ
bütünlüklə formalaşmadığı üçün yerlik hal şəkilçisi həm də
çıxışlıq hal şəkilçisinin vəzifəsini yerinə yetirir. Düzdür, bu
dövrdə -tanAtən, - danZ-dən çıxışlıq hal şəkilçisi artıq mövcud
olmuşdur, lakin çıxışlıq halın formalaşdığından danışmaq hələ
tezdir. Buna görə də qədim türk yazısı abidələrinin dilində
yerlik hallı feli birləşmələrdən danışidıqda nəzərə almaq lazım
dır ki, -da/-ta şəkilçisi ilə formalaşan sözlərin bir qismi yerlik,
bir qismi isə çıxışlıq hal məzmunu daşıyır.
93
Qədim türk yazısı abidələrinin dilində yerlik hallı feli
birləşmələrin birinci tərəfi yerlik halda duran sözlə, ikinci tərəfi
isə həm təsirli, həm də təsirsiz fellərlə ifadə edilir.
Yerlik hal məzmunlu yerlik hallı feli birləşmələr: yirdə
olurıp (КТ c 4) «yerdə oturub», yurtda yatu (KT şm 9) «yurdda
yataraq», yolta yatu (KT şm 9) «yolda yataraq», To Qa tigin
yoğınta əgirə (BK ş 31) «Tona tiginin dəfnində mühasirə
edərək», tüngər tağda təgip (BK c 8) «Tüngər dağda hücum
edib», ıda, taşda kalmışı (T 4) «kolda, daşda qalmışı», kağan
elintə fcarıp (KÇ 3) «xaqan elində qocalıb», teQridə bolmış (KT
c 1) «tanrıda olmuş», sü/Jüsdə tutıp (KÇ 16) «döyüşdə tutub»,
anta olurıp (MÇ 12) «orada oturub», töpəsitıtə tutıp (KT ş 11)
«təpəsində tutub», Besbalıkda sü/Jüsdükdə (UÇ 11) «Beşbalıkda
döyüşdükdə» və s.
Çıxışlıq hal məzmunlu yerlik hallı feli birləşmələr:
kağanımda adıralu (O 12) «xaqanımdan ayrılaraq», terjrigə kut
bulmış (III Orxon abidəsi) «tanrıdan səadət tapmış» və s.
Çıxışlıq hallı feli birləşmələr. Qədim türk yazısı
abidələrinin dilində çıxışlıq hal formalaşma prosesi keçirirdi.
Çıxışlıq hallı feli birləşmələrin ikinci tərəfi təsirsiz fellərlə ifadə
olunur. Bu birləşmələrdə daha çox məkan mənası ifadə edilir:
birinci tərəf hərəkətin başlandığı yeri, başlanğıc, çıxış nöqtəsini
bildirir. Buna görə də belə birləşmələrin birinci tərəfi məkan •
bildirən sözlərdən, ikinci tərəfi iş və hərəkət semantikalı
fellərdən ibarət olur. Qədim türk yazısı abidələrinin dilində
çıxışlıq hal şəkilçisi qəbul etmiş bir neçə sözün işlənməsinə rast
gəlinsə də yalnız iki təsadüfdə çıxışlıq halda duran söz feli
birləşmə yaradır, həm də hər iki təsadüfdə eyni bir söz - sual
əvəzliyi birinci tərəf kimi, eyni bir feli bağlama ikinci tərəf kimi
çıxış edir: kantarı kəlip (KT ş 23) «haradan gəlib», kantan
kəlipən (KT ş 23) «haradan gəlib».
Alət-birgəlik hallı feli birləşmələr. Qədim türk yazısı
abidələrinin dilində alət-birgəlik halda işlənən sözlər də
təsriflənməyən fellərə qoşulub feli söz birləşmələri əmələ
gətirir. Alət-birgəlik halı abidələrin dilində -in, -in şəkilçisi ilə
ifadə edilir və iki məna çaları bildirir: 1) işin, həpəkatin icra
94
edildiyi aləti və 2) işin, hərəkətin iki və daha artıq subyekt
tərəfindən icra edildiyini. Abidələrin dilində alət-birgəlik hallı
feli birləşmələrin birinci tərəfi alət-birgəlik halda işlənən sözlə,
ikinci tərəfi həm təsirli, həm də təsirsiz fellərlə ifadə olunur: a)
işin, hərəkətin icrası aləti mənasında hər iki tip fellə; b) işin,
hərəkətin birgə icrası mənasında təkcə təsirsiz fellərlə. Qədim
türk yazısı abidələrinin dilində alət-birgəlik halı iki məna - alət
və birgəlik mənaları ifadə etdiyi üçün onun əmələ gətirdiyi feli
birləşmələri də iki məna qrupuna ayırmaq lazımdır:
1. Alət məzmunu ifadə edən alət-birgəlik hallı feli
birləşmələr; məsələn: közin körmədük (BK şm 11) «gözü ilə
görməyən», kulkahn esidmədük (BK şm 11) «qulağı ilə
eşitməyim», yadağın oplayu (KT ş 32) «piyada hücum edərək»,
yadağın ığaç tutunu (T 25) «piyada ağaclardan tutaraq».
2. Birgəlik məzmunu ifadə edən alət-birgəlik hallı feli
birləşmələr: ərin təzip (KT ş 34) «döyüşçü ilə qaçıb», kisiligin
təzip (BK ş 41) «adamla qaçıb», ərin ürtürü (KT ş 40) «döyüşçü
ilə düzəltdirmək».
Qədim türk yazısı abidələrinin dilində ismin alət-birgəlik
halmda işlənən söz çoxdur, ancaq onların böyük əksəriyyəti
təsriflənən felərlə işlənir, cüzi bir hissəsi felin təsriflənməyən
formaları ilə işlənib alət-birgəlik hallı feli birləşmələr əmələ
gətirir.
Qoşmalı feli birləşmələr. Qoşmalı birləşmələr ifadəsi ilə
qədim türk yazısı abidələrinin dilində işlənən birinci tərəfi
qoşmalı sözlə, ikinci tərəfi təsriflənməyən fellə ifadə olunmuş
feli birləşmələr nəzərdə tutulur. Belə birləşmələrin azı üç
ünsürü olur: sıraca birinci söz (yaxud: söz birləşməsi), ikinci
qoşma, üçüncü təsriflənməyən fel durur.
Türk dillərində, o cümlədən qədim türk yazısı abidələrinin
dilində qoşma köməkçi nitq hissəsi hesab edilsə də, onun leksik
mənası olmasa da, qoşmalı feli birləşmələrdə birləşmənin
ümumi semantik mənasının formalaşmasında qoşma mühüm rol
oynayır, mübaliğəsiz demək olar ki, feli birləşmənin ümumi
semantik mənasmın formalaşmasında onun əhəmiyyəti müstəqil
leksik mənası olan komponentlərdən nəinki azdır, bəzi
birləşmələrdə hətta çoxdur.
Dostları ilə paylaş: |