166
tamamlıqlar da vasitəsiz həmcins tamamlıqlar və vasitəli
həmcins tamamlıqlar deyə iki qrupa ayrılır.
Həmcins vasitəsiz tamamlıqlar ismin təsirlik halında
işlənən söz və söz birləşmələri vasitəsilə ifadə olunur; məsələn:
...yabğuğ, şadığanta birmiş (KT ş 14) «...yabğunu, şadı o vaxt
vermiş». Altı yegirmi yaşında eçim kağan ilin, törüsin ança
kazğantı (KT ş 31) «On altı yaşmda əmim xaqan elini, qanununu
elə qazandı». Açsık, tosık öməz sən (KT c 8) «Aclıq, toxluq
bilməzsən».
Həmcins vasitəli tamamlıqlar ismin adlıq, yiyəlik və
təsirlik hallarından başqa bütün hallarında, habelə qoşmalarla
işlənən isim, substantivləşmiş digər nitq hissələri, ikinci və
üçüncü növ təyini söz söz birləşmələri və feli sifət tərkibləri ilə
ifadə olunur; məsələn: ... on ök oğlı/Ja, tatırja təgi bum körü
bilitj (KT c 12) «...on ox oğluna, yadlara təki bunu görərək
bilin». Iğar illigdə, ığar kağanlığda yəg bitim (KT ş 29)
«Sədaqətli eldə, sədaqətli xaqanlıqda yaxşılıq eldim». İnim Kül
tiğin birlə, eki şad birlə ölü, yitü kazğantım (KT ş 27) «Kiçik
qardaşım Kül tigin ilə, iki şad ilə əldən düşərək qazandım».
Həmcins təyinlər. Tabesizlik əlaqəsi ilə bağlanan
həmcins təyinlər arasında sadalama intonasiyası və birləşdirici
fasilə əlaqəsi olur.
Cümlədəki təyinlərin həmcins olması üçün iki şərt
zəruridir:
1. Təyinlər cümlənin müxtəlif üzvlərinə deyi), bir üzvünə
aid olmalı, bir üzvünü təyin
etməlidir. Təyinlər cümlənin
müxtəlif üzvlərini, hətta ayn-ayrılıqda həmcins üzvlərini təyin
edərsə, həmcins təyinlər ola bilməz.
2. Cümlənin təyinlərinin bir üzvə aid olması da onların
həmcins olmasını göstərmir. Cümlənin bir üzvünə aid olan
təyinlər həmin üzvü ayrı-ayrı cəhətlərdən deyil, bir cəhətdən
təyin etdikdə həmcins təyinlər olur. Cümlə üzvünü ayn-ayrı
cəhətlərdən təyin edən sözlər həmcins təyinlər ola bilmir.
Həmcins olmayan təyinlərin sıralanması belədin təyinlənən
sözün bilavasitə yanında onun ən mühüm əlamətini bildirən
təyin işlənir; əlamətin mühümlüyü zəiflədikcə təyin təyinlənən
167
sözdən uzaqlaşır. Həmcins təyinlərə bu baxımdan yanaşsaq,
qədim türk yazısı abidələrinin dilində, digər cümlə üzvlərinə
nisbətən, həmcins təyinlər az işlənir; məsələn: Yeti yüz ər bolıp
elsirəmiş, kağansıramış bodunığ, kütpdmiş, kuladmış bodunığ,
türk törüsin ıçğınmış bodunığ eçüm, apam törüsinçə yaratmış,
boşğurmış (KT ş 13) «Yeddi yüz ər olub elsizləşmiş,
xaqansızlaşmış xalqı, kəniz olmuş, qul olmuş xalqı, türk
qanunlarını dağıtmış xalqı əcdadlarımın qanununu üzə təşkil
etmiş, öyrətmiş». İçrə aşsız, taşra tonsız, yabız, yablak bodunka
üzə olurtım (KT ş 26) «Qamı ac, üstü donsuz, pis və nankor
xalqın üzərində oturdum».
Həmcins zərfliklər. Qədim türk yazısı abidələrinin
dilində həmcins zərfliklər eyni tipli vasitələrlə də, müxtəlif tipli
vasitələrlə də ifadə oluna bilər. Həmcins zərfliklər bir-biri ilə
tabesizlik əlaqəsi ilə - sadalanma intonasiyası və birləşdirici
fasilə ilə bağlanır.
Həmcins tərzi-hərəkətzərflikləri: Bilig bilməz kişi, ol sabığ
alıp, yağru barıp, üküş kişi öltig (KT c 7) «Bilik bilməz adam, o
sözə aldanıb, yaxın gedib çoxlu adam öldün». Keyik yiyü,
tabışğan yiyü olurur ertimiz (T 8) «Keyik yeyərək, dovşan
yeyərək otururduq». Türgis kağan süsi otça, borça kəlti (BK ş
27) «Türgiş xaqanının qoşunu od kimi, şərab kimi gəldi».
Həmcins yer zərflikləri: İlgərü kadırkan yışka təgi, kirii
Təmir kapığka təgi konturmış (KT ş 2) «Şərqə Kadırkan meşəli
dağlarına təki, qərbə Dəmir qapıya təki yerləşdirmiş».
yeri/Jərü, subıQaru kontı (BK ş 40) «...yerinə, suyuna qondu
(yerləşdi)». Türk bodun olurğalı, türk kağan olurğalı Sandurj
balıka, Taluy ügüzkə təgmis yok ermis (T 18) «Türk xalqı
oturalı, türk xaqanı oturalı Şandun şəhərinə, Dəniz çayına
çatdığı yox imiş».
Həmcins zaman zərflikləri: Tün yəmə, kün yəmə yelü
bardımız (T 27) «Gecə də, gündüz də yel kimi getdik». Eçim
kağan ili kamaşığ boltukınta, bodun iligi kəgi boltukınta izgil
bodun birlə sütjüşdimiz (KT şm 3) «Əmim xaqanın eli qarışıq
olduqda, xalqın eli asi olduqda izgil xalqı ilə dyöüşdük», Türk
bodun olurğalı, türk kağan olurğalı SanduQ balıka, Taluy ügitkə
1*68
təgmis yok ermis (T 18) «Türk xalqı oturalı, türk xaqanı oturalı
Şandun şəhərinə, Dəniz çayına çatdığı yox imiş».
Həmcins səbəb zəiflikləri: Tefjri yarlıkaduk üçün, mən
kazğantuk üçün türk bodun kazğanmış erinç (BK ş 33) «Tanrı
buyurduğu üçün, mən qazandığım üçün türk xalqı qazanmış».
Tefjri yarlıkadukın üçün, özüm kutım bar üçün kağan olurtım
(KT c 9) «Tanrı buyurduğu üçün, özümün bəxti olduğu üçün
xaqan oturdum». ...kutım bar üçün, ülügim bar üçün öltəçi
bodunığ tirigrü igitim (KT ş 29) «.. bəxtim olduğu üçün,
qismətin olduğu üçün öləsi xalqı diriliyə yüksəltdim».
CÜMLƏ ÜZVLƏRİNİN XÜSUSİLƏŞM ƏSİ
Cümlə üzvlərindən bəzilərinin intonasiya və fasiləyə görə
ayrılmasına xüsusiləşmə deyilir. Qədim türk yazısı abidələrinin
dilində xüsusiləşmə cümlə üzvlərinin əsas xüsusiyyətlərindən
biridir. Abidələrin dilində qoşmalı feli sifət və feli bağlama
tərkibləri, erikli sözünün yaratdığı tərkiblər və kisrə «sonra»
qoşması
ilə işlənən feli bağlama tərkibləri cümlənin
xüsusiləşmiş üzvü kimi çıxış edir. Müasir türk dillərində
cümlənin bütün üzvləri xüsusiləşə bildiyi halda, abidələrin
dlində təkcə zərfliklər xüsusiləşir.
1. Mənsubiyyət şəkilçisi qəbul etmiş -duk şəkilili feli
bağlama üçün qoşması ilə işləndikdə cümlənin xüsusiləşmiş
səbəb zərfliyi vəzifəsini yerinə yetirir; məsələn: . Tetjri
yarlıkadukın üçün, özüm kutım bar üçün kağan olurtım (KT c 9)
«Tanrı buyurduğu üçün, özümün bəxtim olduğu üçün xaqan
oturdum». Mon özüm kağan olurtukım üçün türk bodunığ ...
kılmadım (BK ş 36) «Mən özüm xaqan oturduğum üçün türk
xalqını ... cəzalandırmadım». Kazğantukın üçün, uduğ özüm
kazğantukım üçün il yəmə il boltı, bodun yəmə bodun boltı (T
55-56) «Qazandığı üçün, ardınca özüm qazandığım üçün el də cl
oldu, xalq da xalq oldu».
2. Kisrə «sonra» qoşması ilə işlənən -dukda şəkilçili feli
bağlama tərkibi cümlənin xüsusiləşmiş zərfliyi olur; məsələn:
Yağru kontukda kisrə ayığ bilig anta öyür ermiş (KT c 5)
169
«Yaxm yerləşdikdən sonra pis əməlləri orada öyrənir imiş». Ol
kan yok boltukda kisrə el yelmiş, ıçğınmts, kaçışmıs (O l) «O
xan yox olduqdan sonra el sona yetmiş, dağılmış, qaçışmış».
3.
Qədim türk yazısı abidələrinin dilində indiki zamanda
işlənən feldən sonra erikli «ikən» sözü işləndikdə konstruksiya
cümlənin xüsusiləşmiş zərfliyi olur; məsələn: Kiçə yaruk batur
erikli süQüsdim (MÇ 13) «Gecə günəş batarkən döyüşdüm».
Otuz artukı bir yaşıma karluk bodun buQsız erür, barur erikli
yağı boltı (BK ş 28-29) «Otuz bir yaşımda karlık xalqı qayğısız,
azad və sərbəst olduğu halda yağı oldu». Kül tigin yiti otuz
yaşırja karluk bodun erür, barur erikli yağı boltı (KT şm 1) «Kül
tiginin iyirmi yeddi yaşında karluk xalqı azad və sərbəst olduğu
halda yağı oldu».
ƏLAVƏLƏR
Qədim türk yazısı abidələrinin dilində əlavələrdən cümlə
üzvünü aydınlaşdırmaq, konkretləşdirmək iiçün istifadə olunur.
Əlavə cümlənin müstəqil üzvü deyildir, o, aid olduğu'üzvün
vəzifəsini daşıyır, aid olduğu cümlə üzvünün yanında yerləşir,
ondan aralı işlənmir.
Dilçilik ədəbiyyatında əlavələri iki qrupa bölürlər:
1) xüsusiləşen əlavələr və 2) xüsusiləşməyən əlavələr.
Xüsusiləşməyən əlavələr aid olduğu cümlə üzvündən
xüsusi intonasiya
fasilə ilə ayrılır. Bu tip əlavələri iki qrupa
ayırmaq olar:
1. Əlavə şəxs əvəzliklərinin yanında gəlib ondan xüsusi
intonasiya ilə - fasilə vasitəsilə ayrılmır; məsələn: Ol iki kisi bar
ersər, sini - Tabğaçığ ölürtəçi, - tirmən, ... bini - Oğuzığ
ölürtəçi ök, - tirmən (T 10-11) «O iki adam var isə, səni -
Tabğaçı öldürəcək, - deyirəm, məni - Oğuzu da öldürəcək, -
deyirəm».
2. İsimlərdən sonra işlənən təyinlər də əlavəyə çevrilir;
məsələn: Kaljım sadança ötünmis (O 8) «Atam şad belə nəsihət
vermiş». Katjım kağan ... törüg kazğamp uça barmış (KT ş 15-
16) «Atam xaqan ... qanun yaradıb vəfat etmiş». Eçim kağan
170
birlə ilgərü Yaşıl ügüz ŞantufJ yazıka təgi siilədimiz (KT ş 17)
«Əmim xaqan ilə şərqə Yaşıl çay Şandun düzünə təki, qoşun
çəkdik».
Xüsusiləşən əlavələrdən əvvəl fasilə edilir. Xüsusiləşən
əlavələr aid olduğu cümlə üzvü ilə eyni hal şəkilçisi qəbul edir.
Xüsusiləşməyən əlavələrdən fərqli olaraq, xüsusiləşən əlavələri
izahedici sözlərlə genişləndirmək olar. Xüsusişələn əlavələr bir
sözdən də, bir neçə sözdən də ibarət ola bilər; məsələn: ... ben
özüm - Bilge Tonyukuk kazğanmasar, ...Kapağan kağan türk sir
bodun yerintə bod yəmə, bodun yəmə, kisi yemə idi yok ertoçi
erti (T 59-60) «... mən özüm - Müdrik Tonyukuk qazanmasa
idim, ... Kapağan xaqanın türk sir xalqı yerində bir nəfər də,
xalq da, adam da sahib qalmayacaqdı». Tabğaç atlığsüsi - bir
tümən artukı yeti bil) süg ilki kün öliirtim (BK c 1) «Tabğaç
süvari qoşununu on yeddi min qoşunu birinci gün öldürdüm».
Müasir türk dillərində cümlənin bütün üzvlərinin əlavəsi
olur, qədim türk yazısı abidələrinin dilində isə mübtəda,
tamamlıq və xəbərin əlavəsi işlənir.
1.
Mübtədamn əlavəsi. Qədim türk yazısı abidələrinin
dilində ən çox mübtədamn əlavəsi işlənir. Abidələrin dilində
müblədanı konkretləşdirmək, dəqiqləşdirmək, yaxud izah etmək
üçün, habelə onun təsirini gücləndirmək üçün əlavədən istifadə
edilir; məsələn: Ko/ürtim ök türk bodunığ Ötiıkim yerko ben
özüm - Bilgə Tonyukuk (T 17) «Mən özüm Müdrik Tonyukuk
türk xalqını Ötükən yerinə gətirdim». Ben
Bilgə Tonyukuk
Altun yısığ asa keltimiz, Ertis iigüzig keçə keltimiz (T 37-38)
«Mən Müdrik Tonyukuk Altun meşəli dağlarını aşaraq gəldik,
İrtış çayını keçərək gəldik». Ol yerkə ben - Bilgə Tonyukuk '
təgürtik üçün sarığ altun, örütj kümüş, kız. kuduz, əgritəbi, ağı
butjsız kəlirti (T 47-48) «O yerə mən - Müdrik Tonyukuk
hücum etdiyim üçün sarı qızıl, parlaq gümüşqız, gəlin, hürküclü
dəvə, dövlət qədərsiz gətirdi».
Qədim türk yazısı abidələrinin dilində bir sıra hallarda
cümlənin mübtədası düşür və əlavə mübtəda kimi çıxış edir.
Mübtəda kimi çıxış edən əlavə ilə cümlənin əsl mübtədasınt
qarışdırmaq olmaz: abidələrin dilində mübtəda xəbərlə uzlaşdığı
171
halda, mübtəda yerində işlənən əlavə xəbərlə uzlaşmır;
məsələn; Uyğur yerintə Yağlakar kan ata kəltim (Süci) «Uyğur
yerindən Yağlakar xan ata gəldim».... bilgə kağan bitigin Yolığ
tigin bilidim (BK c ş) «... müdrik xaqan yazısını Yolığ tigin
yazdım». Yigirmi kün olurıp bu taşka bu tamka кор Yolığ tigin
bitidim (КТ c ş) «İyirmi gün oturub bu daşa bu yazını tamamilə
Yolığ tigin yazdım».
2. Tamamhğın əlavəsi. Tamamlıq vasitəli və vasitəsiz
olduğu üçün əlavə də vasitəli və vasitəsiz tamamlığa aid olur.
Qədim türk yazısı abidələrinin dilində mübtədamn əlavəsinə
nisbətnə tamamlğm əlavəsi az işlənir.
a) Vasitəsiz tamamhğın əlavəsi; Tabğaç atlığ süsi - bir
tümən artuh yeti bir) süg ilki kün ölürtim (BK c 1) «Tabğaç
süvari qoşununu - on yeddi min qoşunu birinci gün öldürdüm».
Ol iki kisi bar ersər, sini - Tabğaçığ ölürtəçi, - tirmən, ... bini -
Oğuzığ ölürtəçi ök, - tirmən (T 10-11) «O iki adam var isə, səni
- Tabğaçı öldürəcək, - deyirəm,... məni - Oğuzu da öldürəcək,
- deyirəm».
b) Vasitəli tamamhğın əlavəsi: Bilgə Tonyukuk - baQa
aydı (T 31) «Müdrik Tonyukuka - mənə dedi». Siz - elimə,
kunçuyuma, oğlanma, bodunıma - sizimə altmış yaşıma
adirıldım (Y 1) «Sizdən - elimdən, xanımımdan, oğlanımdan,
xalqımdan - sizdən altmış yaşımda ayrıldım». Sizimə - kün, ay
azıdım
(Y
11) «Sizdən - günəşdən, aydan azdım». Sizimə - yüz
kümüş bodunıma, yıta adırıltım (Y 44) «Sizdən
yüz gümüş
xalqımdan, əfsus, ayrıldım».
3. Xəbərin əlavəsi. Qədim türk yazısı abidələrinin dilində
xəbərin əlavəsi az işlənir: Yağmısı ben ertim - Bilgə Tonyukuk
(T 5) «Qoşulanı mən idim - Müdrik Tonyukuk»
CÜMLƏ ÜZVLƏRİNİN SIRASI
Türk dillərində, o cümlədən qədim türk yazısı abidələrinin
dilində cümlə üzv lərinin sıralanması müəyyən qanunauyğunluğa
tabedir. Hər cümlə üzvünün söz sırasında öz yeri vardır. Cümlə
üzvünün söz sırasında mövqeyi sözün mənası və qrammatik
172
mövqeyindən asılıdır. Cümlə üzvlərinin sıralanmasında sözlərin
lüğəvi mənaları da əhəmiyyətli rol oynayır.
Cümlədə mübtəda və xəbərin yeri. Mübtəda və xəbər
cümlənin baş üzvləridir. Onlar cümlənin əsasını təşkil edir.
Xəbər mübtədaya tabedir və onunla uzlaşır. Uzlaşma əlaqəsi ilə
xəbər mübtədaya tabe olduğu üçün ondan sonra gəlir; məsələn;
Kağanı ölti (KT ş 20) «Xaqanı öldü». Özi yaQıltı (KT ş 20)
«özü yanıldı». Bars bəg erti (KT ş 20) «Bars bəy idi». Biz az
ertimiz (BK ş 32) «Biz az idik». Özüm karı boltımı (T 56)
«Özüm qocaldım» və s.
Sadə geniş cümlələrdə də baş üzvlərin sırası dəyişmir:
əvvəlcə mübtəda və ona tabe olan sözlər (mübtəda qütbü), sonra
xəbər və ona tabe olan sözlər (xəbər qütbü) işlənir; məsələn:
Türk bodunığ atı, küsi yok bolmazun tiyin ka Qım kağanığ, ögim
katunığ kötürm iş teQri, il berigm ə teQri, türk bodun atı, küsi yok
bolmazun tiyin özüm in ol teQri kağan olurtdı erinç
(KT ş 25-26)
«Türk xalqının adı, şöhrəti yox olmasın deyə atam xaqanı, anam
xatunu götürmüş tanrı, cl verən tanrı, türk xalqının adı, şöhrəti
yox olmasın deyə özümü o tanrı xaqan oturtdu».
Müasir türk dillərində olduğu kimi, qədim türk yazısı
abidələrinin dilində də bəzən, məsələn, emosionallıq məqamın
da, yaxud müəyyən bir məsələyə diqqəti cəlb etmək istədikdə,
mübtəda və xəbərin adi sırası pozulur, xəbər əvvəl, mübtəda isə
sonra işlənir; məsələn: Nəko tozər biz üküs tiyin! Nəkə korkur
biz, az tiyin (T 38-39) «Niyə qaçarıq, çoxdurlar deyə? Niyə
qorxuruq, azıq deyə?» Türk bilgə kağan iliQə bititdim
ben -
Bilgə Tonyukuk (T 58) «Türk müdrik xaqanının eli üçün
yazdırdım mən - Müdrik Tonyukuk». Ol küntə təgdi türk bodun
Təmir kapığka (T 46) «Həmin gündə çatdı türk xalqı Dəmir
qapıya» və s.
Cümlədə tamamhğın yeri. Tamamlıq cümlədə fikrin for
malaşması və bitməsində xüsusi əhəmiyyəti olan ikinci dərəcəli
cümlə üzvüdür. Tamamlıq xəbər, xüsusən feli xəbər tərəfindən
idarə edilir və bütün idarə edilən sözlərdə olduğu kimi idarə
edən sözdən, yəni xəbərdən əvvəl gəlir.
173
Tamamhqların vasitəli və vasitəsiz deyə iki növə ayrılma
sı onların cümlədəki sırasına bilavasitə təsir edir. Vasitəli ta-
mamlığın cümlədə söz sırasmdakı yeri nisbətən sərbəstdir. Va
sitəsiz tamamlığın da iki tipinin - qeyri-müəyyən və müəyyən
vasitəsiz tamamlıqlar - olması da həmin vasitəsiz tamamlıqlann
söz sırasmdakı yerinə ciddi təsir göstərir; burada da müəyyən
vasitəsiz tamamlığın cümlədəki yeri qeyri-müəyyən vasitəsiz ta-
mamlığa nisbətən sərbəstdir. Qeyri-müəyyən vasitəsiz tamam-
lıqlar təsirli fellərlə idarə olunur və bilavasitə feli xəbərin yanın
da durur; onları xəbərdən uzaqlaşdırmaq mümkün deyildir. Xə
bərdən aralanması üçün qeyri-müəyyən vasitəsiz tamamlıqları
müəyyən vasitəsiz tamamlığa çevirmək zəruridir; məsələn:
Kağanı sü tasıkdı (T 33) «Xaqanı qoşun çıxartdı». Sü yorıtdım
(T 26) «Qoşun yürütdüm». Irak ersər, yablak ağı birür, yağuk
ersər, edgü ağı birür (КТ c 7) «Uzaq olsan, pis hədiyyə verir,
axın olsan, yaxşı hədiyyə verir».
Müəyyən vasitəsiz tamamlıqlann cümlədəki yeri nisbətən
sərbəstdir, lakin cümlədə vasitəli tamamlıq və müəyyən Vasi
təsiz tamamlıq işlənirsə, onda vasitəli tamamlığa nisbətən
müəyyən vasitəsiz tamamlıq feli daha yaxm mövqedə yerləşir;
məsələn: Bu süg elt (T 32) «Bu qoşunu apar». Bu sabımın edgüti
esid(K T c 2) «Bu sözümü yaxşıca eşit». Mən ... Tabğaç kağanta
bədizçi kəlürtim (КТ c 11) «Mən ... Tabğaç xaqanlığından naxış
vuran gətirtdim».
Cümlədə təyinin yeri. Türk dillərində təyin təyinlənən-
dən əvvəl işlənir. Bu qanun qədim türk yazısı abidələrinin dilinə
də aiddir. Türk dillərində, o cümlədən qədim türk yazısı-abidə
lərinin dilində təyinlənənin bir neçə təyini olarsa və həmin
təyinlər həmcins olmazsa, müəyyən qanuna uyğun olaraq sıra
lanmalıdır. Bu qanunauyğunluğa əsasən təyin olunan sözə ən
yaxın yerdə maddilik bildirən atributiv isimlər və ya digər atrii-
butivləşmiş sözlər durur, ondan əvvəl sifətlə ifadə edilmiş
təyinlər, sifətlərdən əvvəl saylarla ifadə edilmiş təyinlər,
nəhayət onlardan da əvvəl, yəni təyinlər cərgəsinin başında
əvəzliklər işlənir:
174
Əvəzlik —►
say —> sifət —*• atributiv isim —> ad (təyin
olunan)
Təyinlər cərgəsində -kı şəkilçisi və onun derivaüarı (-
dakı, -dəki, -rakı, -rəki) ilə düzəlmiş sifət olduqda belə sifətlər
cərgənin başına keçir.
Qədim türk yazısı abidələrinin dilində yuxanda verilmiş
ideal sxemdə təyinlərin işlənməsinə təsadüf edilmir; məsələn:
Terjri təg tetjrido bolmış türk bi/gə kağan bu ödkə olurtım (Kİ' c
1) «Tanrı tək tanrıda olmuş türk müdrik xaqanı bu vaxt (taxta)
oturdum». İçrə aşsız, taşra lon.sız, yabız, yablak bodunka üzə
olurtım (KT ş 26) «İçi aşsız, üstü donsuz, pis və nankor xalqın
üzərində oturdum». Ol üç kağan ögləşip: - Altun yış üzə
kabısalım, - timis (T 20) «O üç xaqan məsləhətləşib: - Altun
meşəli dağları üzərinə hücum edək, - demiş».
Cümlədə zərfliyin yeri. Zərfliklərin cümlədə işlənmə
yeri onların məna növlərindən və ifadə vasitələrindən asılıdır.
Qədim türk yazısı abidələrinin dilində tər/i-hərəkət və
kəmiyyət zərflikləri, adətən, bilavasitə feli xəbərin yanında
işlənir. Bunun səbəbi odur ki, həmin zərfliklərin ifadə
edildikləri zərf, işarə əvəzlikləri və qeyri-müəyyən saylar feli
xəbərdən uzaqlaşdıqda zərflik xüsusiyyətini itirib təyinə çevrilə
bilir. Həmcinç olmayan tər/i-hərəkət zərflikləri feli bağlama və
feli bağlama tərkibləri, zərf, sifət və ya hər hansı bir sözlə ifadə
edilirsə, onda feli bağlama və ya feli bağlama tərkibi ilə ifadə
edilən tərzi-hərəkət zərflikləri əvvəl, nitq hissələri ilə ifadə
edilmiş tərzi-hərəkət zərflikləri sonra gəlir. Bütün bunlara görə
tərzi-hərəkət zərflərinin cümlənin feli xəbərinə yanaşması
zəruridir; məsələn: Sabımın edgüti esidgil (КТ c 1) «Sözümü
yaxşıca eşit». Türgiş kağan süsi otça, borça kəlti (BK ş 27)
«Türgiş xaqanının qoşunu od kimi, şərab kimi gəldi». Kamuğı
biş otuz sülədimiz, üç yegirmi süQüşdimiz (KT ş 18) «Cəmi
iyirmi beş (dəfə) qoşun çəkdik, on üç (dəfə) döyüşdük».
Zaman zərfi iklorindən bir qismi bilavasitə feli xəbərin
yanında işlənir, bir qisminin isə cümlədəki işlənmə yeri
sərbəstdir, hətta mübtəda və mübtəda qütbündə də əvvəl işlənə
bilər. Cümlədə işlənmə yerinin sərbəst, yaxud sabit olması
175
zaman zərfliyinin semantik mənasından asılıdır: zaman
zərfliyinin atributivləşməyə, yaxud substantivləşməyə meyli
olmadıqda onun yeri sərbəst olur, mövqeyi dəyişdikdə
atributivləşə və ya substantivləşə bilən zaman zərflikləri
bilavasitə feli xəbərin yanında işlənir; məsələn: Tün yəmə, kün
yəm ə yelü bardımız (T 27) «Gecə də, gündüz də yel kimi
getdik». İlim amtı кат? (KT ş 9) «Elim indi hanı?» Yarın-kiçə
altun örgin üzə olunpan məQiləyir mən (IB 1) «Gecə-gündüz
qızıl taxtın üstündə oturub zövq alıram».
Qədim türk yazısı abidələrinin dilində yer, səbəb və
məqsəd zərflikləri qrammatik cəhətdən formalaşır, onların
atributivləşmə və substantivləşmə meyli praktik surətdə sıfıra
yaxm olduğu üçün cümlədəki yerləri də sərbəstdir; bu baxımdan
yer, səbəb və məqsəd zərfi iklərini müəyyən vasitəsiz və vasitəli
tamamlıqlarla müqayisə etmək olar; məsələn: Üzə kök terjri,
asra yağız yir kılmtukda ekin ara kisi oğlı kıhnmıs (KT ş 1)
«Üstdə mavi göy, altda qonur yer yarandıqda ikisinin arasında
insan oğul yaranmış». İlgərü ŞandufJyazıka təgi sülədim (KT c
3) «Şərqə Şandun düzünə təgi qoşun çəkdim». Anla kisrə teljı i
bilig bertük üçüq özüm ök kağan kısdım (T 6) «Ondan sonra tanrı'
bilik verdiyi üçün məhz özüm xaqan seçdim». Yadağyabız boltı
tip alğalı kəlti (BK ş 32) «Piyadalar pis oldu deyib almağa
gəldi». Sı Qar süsi ebig, barkığ yolğalı bardı (BK ş 32)
«Qoşunun yarısı evi, sarayı dağıtmağa gəldi».
Dostları ilə paylaş: |