TABESİZ
m ü r ə k k ə b
c ü m l ə
İki və ya daha artıq sadə cümlənin tabesizlik əlaqəsi ilə
struktur - semantik cəhətdən birləşən və nisbi bitmiş fikir ifadə
edən cümləyə tabesiz mürəkkəb cümlə deyilir. Müasir türk
dillərində olduğu kimi, qədim türk yazısı abidələrinin dilində də
tabesiz mürəkkəb cümlələr iki sadə cümlədən, ikidən artıq sadə
cümlədən, bir sadə və bir tabeli mürəkkəb cümlədən, iki tabeli
mürəkkəb cümlədən təşkil oluna bilər. Tabesiz mürəkkəb cümlə
hətta tabesiz mürəkkəb cümlələrin birləşdirilməsi vasitəsilə də
tərtib edilə bilər.
Qədim türk yazısı abidələrinin dilində bağlayıcılar, o
cümlədən tabesizlik bağlayıcıları inkişaf etmədiyi üçün tabesiz
mürəkkəb cümlənin komponentləri bir-biri ilə, əsasən,
birləşdirici intonasiya ilə bağlanır.
187
Türk dillərinin bütün tədqiqatçıları bu fikirdədirlər k i,
tabesiz mürəkkəb cümlələri əmələ gətirən sadə və ya digər tip
cümlələri müstəqil cümlələr adlandırmaq olmaz, çünki tabesiz
mürəkkəb cümlələri tərtib edən cümlələr bir-biri ilə m üəyən
sintaktik əlaqəyə girdikdən sonra öz müstəqilliklərini, b ə z i
dilçilərin (A.A.Axundov) fikrincə, hətta cümləlik xüsusiyyətini
itirir, müstəqil mübtəda və xəbərə malik xüsusi növ sintaktik
vahid xarakteri kəsb edir. Dilçilərin böyük əksəriyyəti bu
fikirdədir ki, tabesiz mürəkkəb cümlələri əmələ gətirən
cümlələrin birləşməsi təsadüfi hal deyildir, onların arasında
daxili əlaqə, daxili vəhdət vardır. Dilçilər tabesiz mürəkkəb
cümlələrin intonasiya, habelə tabesiz bağlayıcılar və intonasiya
ilə bağlandığım qeyd edərək göstərirlər ki, «heç də hər cür
məzmuna malik cümlələrin bu bağlayıcı vasitələrlə birləşdiril
məsi tabesiz mürəkkəb cümlə yaratmaz. Tabesiz mürəkkəb
cümlə məzmunca bu və ya digər cəhətdən bir-biri ilə əlaqədar
olan və ya bir bütöv kimi nəzərdə tutulan bir neçə iş, hal, hərə
kət, əlaməti ifadə edən cümlələri birləşdirir. Buna görə də tərki
bindəki cümlələr arasındakı belə qarşılıqlı məzmun bağlılığı
tabesiz mürəkkəb cümlənin mahiyyətini, həmin cümlələrin ara
sında işlədilən bağlayıcı vasitələr isə onun yaranmasında formal
cəhəti təşkil edir. Bununla bərabər, tabesiz mürəkkəb cümləni
əmələ gətirən cümlələr ö/ sintaktik quruluşları ilə də vəhdətdə
olur ki, bu da həmin cümlələrin qarşılıqlı məzmun
münasibətinin ifadəsinə xidmət edən əlamətlərdir. Buna görə də
tabesiz mürəkkəb cümlənin əsas xüsusiyyətlərindən bəhs
edərkən bu termindəki «tabesiz» sözünün lüğəvi mənasından
çıxış etmək və bu mürəkkəb cümlə növünü tabeli mürəkkəb
cümlələrdən fərqləndirmək üçün tabesiz mürəkkəb cümlə
daxilindəki cümlələri müstəqil cümlə şəklində işlətməyin
mümkün olması kimi izah etmək məqsədəuyğun deyil, çünki
mürəkkəb cümləni təşkil edən cümlələri müstəqil cümlələr kimi
işlətdikdə əvvəlki vəziyyətdən fərqli olan keyfiyyət dəyişikliyi
baş verir».1
1 Ə.Z.Abdullayev, Y.A.Scyidov. A.Q.Hasonov. Müasir Azərbaycan dili, IV.
Bakı, 1985, s.304.
18
$
MƏNA ƏLAQƏLƏR)
Türk dillərində, o cümlədən qədim türk yazısı abidələrinin
dilində sadə cümlələrin hər cür yanaşı işlənməsi onların tabesiz
mürəkkəb cümlə əmələ gətirməsi demək deyildir. Yanaşan sadə
cümlələrin tabesiz mürəkkəb cümlə əmələ gətirməsi üçün onla
rın arasında müəyyən semantik, struktur və fonetik əlaqələr
yaranmalıdır. İstər müasir türk dillərində, istərsə qədim türk
yazısı abidələrinin dilində tabesiz mürəkkəb cümlələrin tərkib
hissələrinin qovuşub sintaktik vahid yaratmasında məna
əlaqələri əhəmiyyətinə görə ilk yerdə durur; tabesiz mürəkkəb
cümlənin komponentləri ilk növbədə məna əlaqələri ilə bir-
birinə bağlanır. Bu məna əlaqələri bağlayıcılı tabesiz mürəkkəb
cümlələrdə
bağlayıcılar,
bağlayıcısız
tabesiz
mürəkkəb
cümlələrdə isə cümlənin ümumi məzmunu ilə ifadə edilir.
Dilçilər bu fikirdədir ki, tabesiz mürəkkəb cümlələri təsnif
edərkən birinci növbədə onun komponentləri arasındakı məna
əlaqələri nəzərə alınmalıdır.
Qədim türk yazısı abidələrinin dilində tabesiz mürəkkəb
cümlələri, onun komponentləri arasındakı məna əlaqələrini
müəyyənləşdirmək çətindir, çünki abidələrin dilində bağlayı-
cıların inkişaf etməməsi bir yana qalsın, abidələrin mətnlərində
heç bir semantik vəzifi) daşımayan qoşa nöqtəni çıxsaq, heç bir
durğu işarəsi işlənmir. Bütün bunlara baxmayaraq, qədim türk
yazısı abidələrinin dilində tabesi/ mürəkkəb cümlənin
komponentləri arasında işlənən bu məna əlaqələrini göstərmək
olar:
1. Sadalama əlaqəsi.
2. Aydınlaşdırma əlaqəsi.
3. Səbəb-nəticə əlaqəsi.
4. Qarşılaşdırma əlaqəsi.
5. Birləşdirmə əlaqəsi.
6. Qovuşma əlaqəsi.
189
SADALAMA ƏLAQƏSİ
Sadalama
əlaqəsində
tabesiz
mürəkkəb
cümlənin
komponertləri sadalama intonasiyası ilə tələffüz edilir, tərkib
hissələri arasında məna münasibəti sadalanma ilə yaranır.
Tabesiz mürəkkəb cümlənin komponentlərinin ifadə etdiyi iş,
hərəkət ya eyni zamanda, ya da zaman ardıcıllığı ilə - biri
digərinin ardınca icra edilir. Bu da bəzi qrammatika kitablarında
göstərilən zaman və ardıcıllıq əlaqəsinə uyğun gəlir. Kom
ponentlər arasındakı hərəkətin əlamətlərinə görə sadalanma
əlaqəsinin iki tipini göstərmək olar: 1) eyni zamanlı sadalama və
2) ardıcıl zamanlı sadalama.
Eyni zamanlı sadalama. Dilçilik ədəbiyyatında çox vaxt
zaman əlaqəsi adlanan bu əlaqə tabesiz mürəkkəb cümlənin
ayn-ayn komponentlərində ifadə olunan iş və hərəkətin eyni
zamanda icra edildiyini göstərir. Mürəkkəb cümlənin tərkib
hissələri sadə sadalama intonasiyası ilə tələffüz edilir. Hərəkət
eyni zamanda icra edildiyi və komponentlər sadalama
intonasiyası ilə təiəffiiz edildiyi üçün sadalama əlaqəsi ilə
əmələ gələn tabesiz mürəkkəb cümlənin komponentlərinin
sırasım deyişdikdə cümlənin iimumi məzmununa xələl gəlmir.
Eyni zamanlı sadalama əlaqəsi ilə əmələ gələn tabesiz
mürəkkəb cümlənin komponentlərinin sayı iki və daha çox olur,
lakin komponentlərinin sayma məhdudiyyət qoyulmur.
1. fki komponenti olan tabesiz mürəkkəb cümlələr:
Kamuğı biş otuz sülədimiz, üç yegirmi süQüşdimiz (KT ş 18)
«Cəmi iyirmi dəfə qoşun çəkdik, on üç dəfə döyüşdük». Tölis,
tarduş bodunığ antu itmiş, yabğuğ, şcıdtğ anta birmis (KT
ş
13-
14) «Töliş və tarduş xalqlarını o zaman təşkil edilmiş, yabğu və
şad (adlarını) o zaman vermiş». Anta kisro inisi kağan bolmıs
erinç, oğlı ta kağan bolmıs erinç (KT ş 4-5) «Ondan sonra kiçik
qardaşı xaqan olmuş, oğlu da xaqan olmuş» və s.
2. Üç komponenti olan tabesiz mürəkkəb cümlələr: llgərü
kün toğsıkda Bökli kağanka təgi sıiləyü birmis, kurığaru Təmir
kapığka təgi süləyü birmis, Tabğaç kağanka ilin, törüsin ali
birmis (KT ş 8) «Şərqə gün doğanda Bökli xaqanlığına kimi
qoşun çəkmiş, qərbə Dəmir qapıya kimi qoşun çəkmiş, Tabğaç
190
xaqanma elini, qanununu almış». Taşra yorıyur tiyin kü esidip
balıkdakı tağıkmıs, tağdakı inmis, lirilip yetmiş ər bolmıs (KT ş
11- 12) «Sərhəddən kənarda yürüş edir deyə xəbər eşidib
şəhərdəki dağa qalxmış, dağdakı enmiş, toplanıb yetmiş igid
olmuş». İçigmə içikdi, bodun boltı, ölügmə ölti (BK ş 37) «Tabe
olan tabe oldu, xalq oldu, ölən öldü».
3.
Dörd və daha artıq komponenti olan tabesiz mürəkkəb
cümlələr: İlligig ilsirətdimiz, kağanlığığ kağansıratdımız, tizligig
sökürtimiz, başlığığ yüküntürətimiz (KT ş 18) «Ellini
elsizləşdirdik, xaqanimi xaqansızlaşdırdıq, dizlini çökdürdük,
başlını səcdə etdirdik». Tet}ri küç bertük üçün illigig ilsirətmiş,
kağanlığığ kağansıratmış, yağığ baz kilmiş, tizligig sökürmiş,
başlığığ yüküntürmiş (KT ş 15) «Tanrı güc verdiyi üçün ellini
elsizləşdirmiş, xaqanimi xaqansızlaşdırmış, yağını tabe etmiş,
dizlini çökdürmüş, başlını səcdə etdirmiş». TeQri küç birtük
üçün kaQım kağan süsi bön tag ermiş, yağısı koy tag ermiş,
ilgərü, kurığaru süləp tirmiş, kamuğı yeti yüz ar bolmış (KT ş
12- 13) «Tanrı güc verdiyi üçün atam xaqanın qoşunu qurd kimi
imiş, yağısı qoyun kimi imiş, şərqə, qərbə qoşun çəkib toplamış,
hamısı yeddi yüz igid olmuş». Kapağan kağan olwtı. tün
udımatı, küntüz olurmalı, kızıl kanım tökti, kara tarim yügürti (T
51-52) «Kapağan xaqan oturdu, gecə uyumadı, gündüz
oturmadı, qızıl qanımı tökdü, qara (ərimi yüyürtdü».
Eyni zamanlı sadalama əlaqəsi ilə əmələ gələn tabesiz
mürəkkəb cümlələr, xüsusən onların iki komponentliləri qədim
türk yazısı abidələrinin dilində tabesiz mürəkkəb cümlələrin ən
geniş yayılmışı və ən çox işlənmişidir.
Ardıcıl zamanlı sadalama. Dilçilik ədəbiyyatında bu,
ardıcıllıq əlaqəsi adlanır. Ardıcıl zamanlı sadalama əlaqəsi ilə
omələ gələn tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində iş,
hərəkət müəyyən ardıcıllaqla, bir-birinin ardınca, sistemli
şəkildə baş verir və tabesiz mürəkkəb cümlənin komponentləri
ardıcıl sadalama intonasiyası ilə tələffüz edilir. Eyni zamanlı
sadalama intonasiyası ilə əmələ gələn tabesiz mürəkkəb
cümlələrlə ardıcıl sadalama əlaqəsi ilə əmələ gələn tabesiz
mürəkkəb cümlələr bir-birinə oxşasa da, aralarında mühüm fərq
191
vardır: 1. Eyni zamanlı sadalamada tabesiz mürəkkəb cümlənin
komponentlərinin ifadə etdikləri iş, hərəkət, eyni zamanda,
ardıcıl zamanlı sadalamada isə tabesiz mürəkkəb cümlənin
komponentlərinin ifadə etdkiləri iş, hərəkət ardıcıl şəkildə, biri
digərini izləyərək, birincidən sonuncuya doğru ardıcıllıqla icra
olunur, biri icra olunmasa, digəri icra oluna bilməz, sanki birinci
komponentdəki iş, hərəkətin icrası sonrakı komponentdəki iş,
hərəkətin icrası üçün şərt, əsas olur. 2. Eyni zamanlı sadalamada
tabesiz mürəkkəb cümlənin komponentlərinin sırasını dəyişmək
mümkün olduğu halda, ardıcıl zamanlı sadalamada tabesiz
mürəkkəb cümlənin komponentlərinin sırasını dəyişmək
mümkün deyildir. Müqayisə et: Qızlar oynayır, oğlanlar əl çalır
və Oğlanlar əl çalır, qızlar oynayır - mümkündür; Yağış yağdı,
toz yatdı və Toz yatdı, yağış yağdı - ikinci mümkün deyildir.
Qədim türk yazısı abidələrinin dilində, eyni zamanlı
sadalama əlaqəsində olduğu kimi, ardıcıl zamanlı sadalama
əlaqəsi ilə əmələ gələn tabesiz mürəkkəb cümlələrin tərkibində
iki və daha aı tıq komponent olur. Komponentlərin sayma görə
bu tabesiz mürəkkəb cümlələri belə qruplaşdırmaq olar:
1. İki komponenti olan tabesiz mürəkkəb cümlələr: Türgiş
kağan süsi Bolçuda otça, borça kəlti, sürjiişdimiz (KT ş 37)
«Türgiş xaqanının qoşunu Bolçuda od kimi, şərab kimi gəldi,
döyüşdük». Kül tigin ögsiz akın binip tokuz ərig sançdı, ördıığ
birmədi (KT şm 8-9) «Kül tigin yetim ağ atı minib doqquz
döyüşçünü qılıncdan keçirtdi, ordanı vermədi». Ol yılka türgiş
tapa Altun yışığ aşa, Ertis ügüzig keçə yorıdım. türgiş bodunığ
uda basdım (BK ş 27) «Həmin il türgiş xaqanına qarşı Altun
meşəli dağlarını aşaraq, İrtış çayını keçərək yürüş eldim, türgiş
xalqını yuxuda basdım».
2. Üç komponenti olan tabesiz mürəkkəb cümlələr: Ekinti
kün kəlti, örtçə kızıp kəlti, siiQüsdimiz (T 39-40) «İkinci gün
geldi, alov kimi qızıb gəldi, döyüşdük». Kağamn anta ölürtimiz,
ılın altımız, kara türgiş bodun kop içikdi (KT ş 38) «Xaqanını
orada öldürdük, elini aldıq, qara türgiş xalqı tamamilə tabe
oldu». Kül tigin Az yağızın binip təgdi, eki ərig sançdı, balıka
192
barmadı (KT şm 7-8) «Kül tigin Az kəhər atım minib hücum
etdi, iki döyüşçünü qılıncdan keçirtdi, şəhərə getmədi».
3.
Dörd və daha artıq komponenti olan tabesiz mürəkkəb
cümlələr: Yeti otuz yaşıma kırkız tapa sülədim, süQüg batımı
kanğ sökipən Kögmən yışığ toğa yonp kırkız Bodunığ uda
basdım, kağamn birlə So Qa yışda süQüşdim, kağamn ölürtim,
ilin anta altım (BK ş 26-27) «İyirmi yeddi yaşımda qırğızlara
qarşı qoşun çəkdim, süngü batımı qarı söküb Kögmən meşəli
dağlarım başıyuxarı yürüyüb qırğız xalqını yuxuda basdım,
xaqanı ilə Sona meşəli dağlarında döyüşdüm, xaqanını
öldürdüm, elini orada aldım». Türgiş kağan süsi otça, borça
kəlti, Bolçuda süQüşdim, kağamn, yabğusın, şadın anta Ölürtim,
ilin anta altım (BK ş 27-28) «Türgiş xaqanının qoşunu od kimi,
şərab kimi gəldi, Bolçuda döyüşdüm, xaqanını, yabğusunu,
şadını orada öldürdüm, elini o zaman aldım». Kam, süsi tirilmiş,
siirjüsdimiz, /canın ölürtimiz, kağanka kırkız bodunığ içikdi,
yükünti, yantımız (T 28) «Xanı, qoşunu toplaşmış, döyüşdük,
xanını öldürdük, qırğız xalqı xaqana tabe oldu, səcdə etdi,
qayıtdıq». Yaydımız, kağamn tutdımız, yabğusın, sadın anta
ölürti, əligçə ər tutdımız (T 41-42) «Yaydıq, xaqanını tutduq,
yabğusunu, şadını orada öldürdü, əllicə döyüşçü (əsir) tutduq».
İnim Kül tigin kərgək boltı, özim sakıntım, körür közim körməz
təg bilir biligim bilməz təg boltı, özim sakıntım (KT şm 10)
«Kiçik qardaşım vəfat etdi, özüm düşündüm, görən gözüm
görməz kimi, iti ağlım bilməz kimi oldu, özüm düşündüm».
Sadalama əlaqəsi ilə əmələ gələn tabesiz mürəkkəb
cümlələrin komponentlərinin saymı istənilən qədər artırmaq
olar. Belə cümlələr sonu açıq quruluşlu cümlələr adlanır.
Qədim
türk yazısı abidələrinin dilində sadalama
intonasiyasının hər iki tipi (eyni zamanlı sadalama və ardıcıl
zamanlı sadalama) ilə əmələ gələn tabesiz mürəkkəb cümlələrin
işlənməsi geniş yayılmışdır.
193
AYDINLAŞDIRMA ƏLAQƏSİ
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə
birinci komponentdə ifadə olunan fikir sonra gələn komponent
və ya komponentlər vasitəsilə aydınlaşdırılır. Belə tabesiz
mürəkkəb cümlələrdə sonra gələn komponentlər birinci
komponenti bütövlükdə yox, onun bu və ya digər üzvünü
aydınlaşdırır.
Qədim
türk
yazısı abidələrinin
dilində
aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə sonra gələn
komponentlər birinci komponenti ya mübtədaya, ya xəbərə, ya
da tamamlığa görə aydınlaşdırır.
Mübtədaya görə aydınlaşdırma. Mübtədaya görə
aydınlaşdırma əlaqəsi ilə əmələ gələn tabesiz mürəkkəb
cümlələrdə birinci komponentin mübtədası sonra gələn
komponent və ya komponentlər vasitəsilə aydınlaşdırılır, izah
olunur. Sonra gələn komponent və ya komponentlər mənaca
birinci komponentin mübtədası ilə bağlı olur və bütün birinci
cümləni yox, təkcə onun mübtədasını aydınlaşdırır; məsələn:
Barduk yirdə ödgüg ol erinç: kaljm subçƏ yügurti, süljügirj
tağça yatdı, həglig w ı oğlıf) kıtl boltı, silig kız oğlu) kü!) boltı
(KT ş 24) «Getdiyin yerdə yaxşısı o idi: qanın su kimi axdı,
sümüyün dağ kimi yatdı, bəylik nəsli davam etdirməli oğulların
qul oldu, bakirə qızların kəniz oldu». Ida, taşda kalmısı
kobranıp yeli yüz ər boltı: iki ülügi atlığerti, bir ülügi yadağ erti
(K 4) «Kolda, daşda qalmışı toplanıb yeddi yüz ər oldu: iki
hissəsi atlı tsüvari) idi, bir hissəsi piyada idi». İngək, köligin
Toğlada Oğuz kolü: siisi altı biQ ermis, biz iki biljertimiz (T 15-
16) «İnək və yük heyvanları ilə Tağlada oğuzlar gəldi: qoşunu
altı min imiş, biz iki min idik».
Xəbərə görə aydınlaşdırma. Xəbərə görə aydınlaşdırma
əlaqəsi ilə əmələ gələn tabesiz mürəkkəb cümlələrdə birinci
komponentin xəbəri sonra gələn komponent və ya komponentlər
vasitəsilə aydınlaşdırılır. Mübtədaya görə aydmlaşdırılmada
olduğu kimi, burada da aydınlaşdırım komponent bütövlükdə
birinci komponentlə deyil, təkcə onun xəbəri ilə aydınlaşdırma
əlaqəsinə dirir; məsələn: Türgis kağanta körüg kəlti, sabı antəg:
194
öfjdin sü yoralım, tinıis (T 29) «Türgiş xaqanından casus gəldi,
sözü elə: şərqdən qoşun yürüdək, - demiş». Körüg sabı antağ:
tokuz oğuz bodun üzə kağan olurtı, - tir (T 9) «Casusun sözü elə:
doqquz oğuz xalqı üzərində xaqan oturdu, - deyir». ...mənir)
sabım sımadı: ... içrə ki bədizçi ıtı (BK şm 14) «... mənim
sözümü sındırmadı: ... saray naxışçısını göndərdi».
Tamamlığa görə aydınlaşdırma. Tamamlığa görə
aydınlaşdırma əlaqəsi ilə əmələ gələn tabesiz mürəkkəb
cümlələrdə birinci komponentin tamamlığı sonra gələn
komponent (komponentlər) vasitəsilə aydınlaşdırılır; məsələn:
Bir yılka tört yolı sürjiişdim: ən ilki Toğu balıkda sü/Jüşdim, ...
ekinti Antarğııda sü/Jiişdim, süsin sancdım, ilin altım, üçünç
Çuğay başınta sürjüşdim (BK ş 30) «Bir ildə dörd dəfə
döyüşdüm: ilk dəfə Toğu şəhərində döyüşdüm, ... ikinci dəfə
Antarğuda döyüşdüm, qoşununu qırdım, elini aldım, üçüncü
dəfə Çuğay başında döyüşdüm». Tabğaçğaru Kum sətjinig
ıdmıs, Kıtayğaru Totjra Solig tdmıs, sab ança ıdmıs: azkıya türk
bodun yorıyur eımis, kağanı alp ermis, ayğuçısı bilgə ermis (T
9-10) «Tabğaça Kunı sənünü göndərmiş, Kıtaya Səmi
göndərmiş, xəbəri belə göndərmiş: azacıq türk xalqı yürüş
edirmiş, xaqanı igid imiş, məsləhətçisi müdrik imiş».
SƏBƏB-NƏTİCƏ ƏLAQƏSİ
Tabesiz mürəkkəb cümlənin komponentlərini bir-birinə
bağlayan məna əlaqələrindən biri də səbəb-nəticə əlaqəsidir.
Səbəb-nəticə əlaqəsində əvvəl gələn komponentlərdə ifadə
olunan iş, hərəkət sonra gələn komponentdə ifadə olunan iş,
hərəkət üçün səbəb, sonra gələn komponentdə ifadə olunan iş,
hərəkət əvvəl gələn komponentdə ifadə olunan iş, hərəkətin
nəticəsi olur; qısası, tabesiz mürəkkəb cümlənin əvvəlki
komponenti səbəb, sonrakı komponenti isə nəticəni ifadə edir.
Buna görə də bu əlaqə səbəb-nəticə əlaqəsi adlanır.
Komponentlərinin sayı qeyri-məhdud olan sadalama əlaqəli
tabesiz mürəkkəb cümlələrdən fərqli olaraq, səbəb-nəticə
əlaqəli tabesiz mürəkkəb cümlələrdə komponentlərin sayı
195
məhduddur: bu mürəkkəb cümlələrdə komponentlərin sayı
ikidən artıq olmur; birinci komponent icranın səbəbini, ikinci
komponent isə icranın nəticəsini bildirir. Səbəb-nəticə əlaqəli
tabesiz mürəkkəb cümlələrin komponentlərinin yerini, sırasını
dəyişmək olmaz, çünki komponentlərin sırasını dəyişdikdə
mürəkkəb cümlənin ümumi məzmununa xələl gəlir.
Qədim türk yazısı abidələrinin dilində səbəb-məqsəd
əlaqəli tabesiz mürəkkəb cümlələrin işlənməsi o qədər də geniş
yayılmamışdır, lakin onların işlənməsinə, hər halda, kifayət
qədər təsadüf edilir; məsələn: Ötükən yışdayig idi yok ermiş, il
tutsıkyir Ötükən yiş ermiş (КТ c 4) «Ötiikən meşəli dağlarında
yaxşı sahib yox imiş, el tutmalı yer ötükən meşəli dağlan imiş».
Arık ok sən, açsık, tosık öməzsən (КТ c 8) «Arıq oxsan,
aclıq,toxluq bilməzsən». Az bodun yağı boltı, Kara költə
süQüşdimiz (KT şm 2) «Az xalqı yağı oldu, Qara göldə
döyüşdük» və s.
QARŞILAŞDIRMA ƏLAQƏSİ
Dilçilik ədəbiyyatında bu əlaqə bəzən ziddiyyət-
qarşılaşdırma əlaqəsi də adlanır. Qarşılaşdırma əlaqəsində
tabesiz mürəkkəb cümlənin komponentlərində ifadə olunan iş,
hərəktin icrası məzmunca qarşılaşdırılır, biri digərinə qarşı
qoyulur.
Qədim türk yazısı abidələrinin dilində qarşılaşdırma
əlaqəli tabesiz mürəkkəb cümlələrin işlənməsi o qədər də geniş
yayılmamışdır. Abidələrin dilində qarşılaşdırma əlaqəli tabesiz
mürəkkəb cümlələrdə sonra gələn komponentdəki fikir, iş,
hərəkətin icrası əvvəl gələn komponentdəki fikir digər
komponentdəki fikir, iş, hərəkətin icrasına qarşı qoyulur, onunla
müqayisə edilir. Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb
cümlələr, adətən, iki komponentdən ibarət olur, çünki, artıq
deyildiyi kimi, belə cümlələrdə bir komponentdəki fikir digər
komponentdəki fikrə qarşı qoyulur, onunla qarşılaşdırılır. Lakin
bu heç də o demək deyildir ki, bu mürəkkəb cümlələrin ikinci
komponenti, bəzi tədqiqatçıların iddia etdiyi kimi, mütləq bir
sadə cümlədən ibarət olmalıdır. Qarşılaşdırma əlaqəli tabesiz
196
mürəkkəb cümlənin ikinci komponenti kimi tabeli mürəkkəb
cümlə, hətta sadalama əlaqəli tabesiz mürəkkəb cümlə də (sadə
cümlənin həmcins üzvlərində olduğu kimi) işlənə bilər.
Qədim türk yazısı abidələrinin dilində bağlayıcılar, o
cümlədən ziddiyyət bağlayıcıları inkişaf etmədiyi üçün
qarşılaşdırma
əlaqəli
tabesiz
mürəkkəb
cümlələrin
komponentləri bir-birinə məna əlaqəsi və intonasiya ilə
bağlanır; məsələn: İlgərii ŞantutJ yazıka təgi sülədim, taluyka
kiçig təgmədim (KT c 3) «Şərqə Şandun düzünə kimi qoşun
çəkdim, dənizə azacıq çatmadım». Tefjri küç bertük üçün ka Qım
kağan süsi böri təg ermis, yağısı köy təg ermiş (KT ş 12) «Tanrı
güc verdiyi üçün atam xaqanın qoşunu qurd kimi imiş, yağısı
qoyun kimi imiş». Tokuz oğuz bodun kəntü bodunım erti, tetjıi,
yer bulğakın üçün vağı boltı (KT şm 4) «Doqquz oğuz xalqı öz
xalqım idi, tanrı, yer qarışdığı üçün yağı oldu» və s.
Qədim türk yazısı abidələrinin dilində qarşılaşdırma
əlaqəli tabessiz mürəkkəb cümlənin komponentləri arasında,
nümunələrdən də göründüyü kimi, üç məna çaları özünü
göstərir: güzəştli qarşılaşdırma, ziddiyyətli qarşılaşdırma və
müqayisəli qarşılaşdırma.
Dostları ilə paylaş: |