BÖLÜŞDÜRMƏ ƏLAQƏSİ
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlənin kompo
nentlərində Js , hərəkətin icrası növbələşir, müxtəlif icraçılar
arasında bölüşdürülür; məsələn: İnisi eçisin bilməz erti, oğh
katjın bilməz erti (KT ş 21) «Kiçik qardaşı böyük qardaşını
tanımazdı, oğlu atasını tanımazdı». SıQar süsi ebig, harkığ
yolğalı bardı, sı Qur süsi siifjüşkəli kəlti (BK ş 32) «Qoşunun
yarısı evi, sarayı dağıtmağa getdi, qoşunun yarısı döyüşməyə
gəldi». Tabğaç, bəridənyən təg, Kıtay, öQdonyən təg, ben
yırdantayan təgəyin (T 11) «Tabğaç, cənubdan hücum et, Kıtay,
şərqdən hücum et, mən şimaldan hücum edim» və s.
Qədim türk yazısı abidələrinin dilində bölüşdürmə əlaqəli
tabesiz mürəkkəb cümlələrdə iş və ya hərəkət ya birinci şəxslə
197
ikinci şəxs, ya birinci şəxslə üçüncü şəxs, ya ikinci şəxslə
üçüncü şəxs, ya üçüncü şəxslər (isinilər) arasında bölüşdürülür.
Qədim türk yazısı abidələrinin dilində bölüşdürmə əlaqəli
tabesiz mürəkkəb cümlələrin işlərməsi geniş yayılmamışdır.
QOVUŞMA ƏLAQƏSİ
Dilçilik ədəbiyyatmda buna bəzən birləşdirmə əlaqəsi da
deyilir. Qovuşma əlaqəli tabesiz mürəkkəb cümlələrdə ikinci
komponent birinci komponentdə ifadə olunan fikrə əlavə, izab
kimi birinci komponentə qoşulur.
Tabesiz mürəkkəb cümlələrin əmələ gəlməsində iştirak
edən əvvəlki məna əlaqələrində zaman və qismən də şəkil
uyuşmalan mövcud olduğu halda, qovuşma əlaqəli tabesiz
mürəkkəb cümlələrin komponentləri arasında zaman uyuşması
gözlənilmir. Başqa səbəblərlə yanaşı, əsasən, bu səbəbə görə də
qovuşma əlaqəli labesiz mürəkkəb cümlənin komponentləri
arasında əlaqə çox /ə if olur; bir sıra dilçilər bu əlaqə haqqında
heç danışmır, digərləri isə qovuşma əlaqəli tabesiz mürəkkəb
cümlələri xüsusi tip mürəkkəb cümlə hesab edirlər.
Qədim türk yazısı abidələrinin dilində işlənən qovuşma
əlaqəli tabesiz mürəkkəb cümlələr müasir türk dillərində
işlənən eyni tipli tabesiz mürəkkəb cümlələrdən fərqlənmir;
məsələn: Kün yəmə, tiin yəmə yelii har dimiz, kırkızığ uka
basdımız, ... siiQügin açdım ız, kam, süsi tirilmiş, süQüsdimiz,
sançdımız, kamn ölün imiz, kağaııka kırkız bodunı içikdi, yükünti.
yantımız (Г 27-28) «Gündüz də, gecə də yel kimi getdik,
qırğızları yuxuda basdıq, ... süngü ilə açdıq, xalqı, qoşunu
toplaşmış, döyüşdük, məhv etdik, xanını öldürdük, qırğız xalqı
xaqana tabe oldu, səcdə etdi, qayıtdıq». Kögmən yısığ ebüri
kəltimiz, kırkızda yantımız (T 28-29) «Kögmən meşəli dağlarını
dolanıb gəldik, qırğızdan qayıtdıq». Bars bəg erti, kağan at
bunta biz birt im iz, si Qitim kıtııçnyuğ birtimiz, özi yaQıltı, kağam
ölti, bodunı küQ, kui bolu (KT ş 20) «Bars bəy idi, xaqan adını
bu zaman (ona) biz verdik, kiçik bacımızı xanım verdik, özü
yanıldı, xaqanı öldü, xalqı kəniz, qul oldu».
1 9 8
KOMPONENTLƏRİN SIRASI
Sadə cümlə quruluşunda söz sırası mühüm əhəmiyyətə
malik olduğu kimi, tabesiz mürəkkəb cümlə strukturunda da
komponentlərin sırasının mühüm əhəmiyyəti vardır. Dil fikrin,
cümlə hökmün ifadə vasitəsi olduğu üçün hökmün məntiqi,
cümlənin struktur tərtibində müəyyən ardıcıllıq olmalıdır.
Tabesiz mürəkkəb cümlələrin tərtibində də komponentlərin
möhkəm məntiqi sırası vardır. Təbiidir ki, səbəb olmasa, nəticə
ola bilməz. Bu təbii qanun dildə də öz əksini tapır: səbəb-nəticə
əlaqəli tabesiz mürəkkəb cümlələrdə səbəb mənası ifadə edən
komponent əvvəl, nəticə mənası bildirən komponent sonra gəlir.
Əvvəl işlənən komponentdə nə isə qaranlıq, izaha ehtiyacı olan
olmalıdır ki, onu aydınlaşdırmaq lazım gəlsin. Buna görə də
aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə mənaca
qarandıq komponentdən sonra onu aydınlaşdıran komponent
gəlir. Eyni sözləri qarşılaşdırma, bölüşdürmə, qovuşma əlaqəli
tabesiz mürəkkəb cümlələr haqqında da demək olar. Sadalama
əlaqəsinin ardıcıllıq çalarında da müəyyən məntiqi səbəbiyyət
mövcud olduğu üçün bu əlaqəli tabesiz mürəkkəb cümlələrin
komponentlərinin sırasını dəyişdikdə də cümlənin məzmununa
xələl gəlir. İlk baxışda təkcə sadalama əlaqəsinin eyni
zamanlılıq çalarında labesiz mürəkkəb cümlənin komponentləri
arasında möhkəm sıra düzülüşünün olmadığını söyləmək olar.
Düzdür, burada komponentlərin düzülüş sırasını dəyişdikdə
cümlənin məntiqində o qədər də ciddi dəyişiklik baş vermir,
cümlənin məzmununa o qədər də ciddi xələl gəlmir. Lakin
burada da komponentlərin sırası ciddi qanunlarla, bu dəfə
dildaxili qanunlarla yox, ckslralinqvistik - dilxarici qanunlarla
ifadə olunur; bu qanunları sadalamaq, bir-bir səciyyələndirmək
burada məqsədə uyğun olmadığı iiçün, qısaca demək olar ki,
bunların içində təfəkkür qanunları əsas yer tutur: sıralanmada
informator komponentləri öz məqsədinə görə düzə bilər,
yaxından uzağa, yaxud uzaqdan yaxma, böyükdən kiçiyə, yaxud
kiçikdən böyüyə, sadədən mürəkkəbə, yaxud mürəkkəbdən
sadəyə və s. görə düzə bilər. Bunlardan başqa qrammatik
vasitələr vasitəsilə də komponentlərin sırası tənzim edilir.
1 9 9
Məsələn, sonrakı komponentlərdə həmcins şəkilçilər ixtisar
edilə bilər ki, bu da komponentlərin yerdəyişməsinə mane ola
bilər.
BAĞLAYICILAR
Qədim türk yazısı abidələrinin mətnlərində bağlayıcılar
çox azdır. Görünür, türk dillərində, qərbi hun budağı türk
dillərində bağlayıcılar bu dillərin inkişafının sonrakı dövrlərində
təşəkkül tapmış və inkişaf etmişdir. Qədim türk yazısı
abidələrinin dilində işlənən bir neçə bağlayıcının da əksəriyyəti
sadə cümlələrin daxilind işlənir.
Qədim türk yazısı abidələrinin dilində bağlayıcı çox azdır,
bunlardan da yalnız ikisi - ta «da» və yəmə «da, də»
bağlayıcıları tabesiz mürəkkəb cümlənin əmələ gəlməsində
iştirak edir; məsələn: An ta kisrə inisi kağan bolmış erinç, oğlu ta
kağan bolmış erinç (KT ş 4-5) «Ondan sonra kiçik qardaşı xaqan
olmuş, oğlu da xaqan olmuş». Anta kisrə inisi eçisin təg
kılmmaduk erinç, oğlı kaıjın təg kıhnmaduk erinç, biligsiz kağan
olurmıs erinç, buyurukı yəmə biligsiz erinç, yablak ermis erinç
(KT ş 5) «Ondan sonra kiçik qardaşı böyük qardaşı kimi
olmadığı üçün, oğlu atası kimi olmadığı üçün biliksiz xaqan
(taxta) oturmuş, əyanları da biliksiz imiş, pis imiş». Kazğantukm
üçün, uduğ özüm kazğantukm üçün il yəmə il boltı, bodun yəmə
bodan boltı (T 55-56) «Qazandığı üçün, ardınca özüm
qazandığım üçün el də el oldu, xalq da xalq oldu».
ORTAQ ÜNSÜRLƏR
Qədim türk yazısı abidələrinin dilində tabesiz mürəkkəb
cümlənin komponentlərinin əlaqələnməsində ortaq cümlə
üzvlərinin böyük əhəmiyyəti vardır. Maraqlı burasıdır ki, müasir
Azərbaycan dilində olduğu kimi, qədim türk yazısı abaidələrinin
dilində də ən çox zərfliklər ortaq ünsür kimi işlənir, tamamlığın
da ortaq ünsür kimi işlənməsinə rast gəlmək olur.
1. Ortaq zaman zərfliyi: Anta kisrə inisi kağan bolmış, oğlı
ta kağan bolmış (KT ş 4-5) «Ondan sonra kiçik qardaşı xaqan
200
olmuş, oğlu da xaqan olmuş». Ol yılka türgis tapa Altun yışığ
aşa, Ertis ügüzig keçə yorıdım, türgis bodunığ uda basdım (BK ş
27) «Həmin ili türgişlərə qarşı Altun meşəli dağlarını aşaraq,
İrtış çayını keçərək yürüş etdim, türgiş xalqını yuxuda basdım».
2. Ortaq tərzi-hərəkət zərfliyi: Taşra yorıyur tiyin kü
esidip balıkdakı lağıkmış, tağdakı inmiş (KT ş 11-12)
«Sərhəddən kənarda yürüş edir deyə xəbər eşidib şəhərdəkilər
dağa qalxmış, dağdakılar enmiş».
3. Ortaq səbəb zərfliyi: Teljri yarlıkaduk üçün illigig
ilsirətmiş, kağanlıqığ kağansıratmış, yağığ baz himiş, tizligig
sökürmiş, başlağığ vüküntürmiş (KT
Ş
15) «Tanrı buyurduğu
üçün cilini clsizləşdirmiş, xaqanimi xaqansızlaşdırmış, yağmı
tabe etmiş, dizlini çökdürmüş, başlını səcdə etdirmiş». Kazğan-
tukın üçün, uduğ özüm kazğantukm üçün il yəmə il boltı, bodun
yəmə bodun boltı (KT 55-56) «Qazandığı üçün, ardınca özüm
qazandığım üçün elə də el oldu, xalq da xalq oldu».
4. Ortaq tamamlıq: Eçim kağan birlə ilgərü Yaşıl ügüz
Şantu/J yazıka təgi sülədimiz. kurığaru Təmir kapığka təgi
sülədimiz, Kögmən aşa kırkxz yiritjə təgi sülədimiz (KT ş 17)
«Əmim xaqanla şərqə Yaşıl çay Şandun düzünə kimi qoşun
çəkdik, qərbə Dəmir qapıya kimi qoşun çəkdik, Kögmən
(dağlarını) aşaraq qırğı/ yerinə kimi qoşun çəkdik». Tabğaç
hodunka bəglik urı oğlırjkul boltı, silig kız oğlıtj küt} boltı (KT ş
7) «Tabğaç xalqına bəylik nəsli davam etdirməli oğulların qul
oldu, bakirə qızların kəni/ oldu».
ZAMAN UYUŞMALARI
Qədim türk yazısı abidələrinin dilində, qovuşma əlaqəsini
çıxsaq, tabesiz mürəkkəb cümlənin komponentləri arasında
zamana görə uyuşma mövcuddur, yəni tabesiz mürəkkəb
cümlənin birinci komponenti felin hansı şəkil və zamanında
işlənirsə, sonrakı komponentlər də felin həmin şəkil və
zamanında işlənir. Komponentlərin zamana görə uyuşması
onların bir-birinə bağlanıb tabesiz mürəkkəb cümlə əmələ
gətirməsi vasitələrindən biridir.
201
1. Şühudi keçmiş zamana görə uyuşma: ÖziyaQıltı, kağanı
ölti, boduna küQ, kul boltı (KT ş 20) «Özü yanıldı, xaqanı öldü,
xalqı kəniz, qul oldu». İlligig ilsirətdimiz,
kağanlığığ
kağansıratdımız, tizligig sökürtimiz, başlağığ yüküntürtimiz (KT
ş 18) «Ellini elsizləşdirdik, xaqanimi xaqansızlaşdırdıq, dizlini
çökdürdük, başlını səcdə etdirdik».
2. Nəqli keçmiş zamana görə uyuşma: Taşra yorıyur tiyin
kü esidip balıkdakı tağıkmış tağdakı İnmiş, tirilip yetmiş ər
bolmış (Kt ş 11-12) «Sərhəddən kənarda yürüş edir deyə xəbər
eşidib şəhərdəkilər dağa qalxmış, dağdakılar enmiş, toplaşıb
yetmiş ər olmuş». Teijri küç bertük üçün kaIJım kağan süsi böri
təg ermiş, yağısı koy təg ermiş (KT ş 12) «Tanrı güc verdiyi
uçun atam xaqanın qoşunu qurd kimi imiş, yağısı qoyun kimi
imiş».
3. İndiki zamana görə uzlaşma: Kəlir ersər. kü ər ükülür,
kəlməz ersər, tılığ, sabığ alı olur (T 32) «Gəlsələr səsdən adam
çoxalır, gəlməsələr, dil, xəbər alaraq otur».
4. Qeyri-qəti gələcək zaman hekayəsinə görə uyuşma:
İnisi eçisin bilməz erti, oğlı katjm bilməz erti (KT ş 21) «Kiçik
qardaşı böyük qardaşını tanımazdı, oğlu atasım tanımazdı».
5. Felin şəkillərinə görə uyuşma: Tabğaç, boridənyən təg,
Kıtajl öl)dənyən təg, ben vırdantayan təgəy'ın (T 11) «Tabğaç,
cənubdan hücum et, Kıtay, şərqdən hücum et, mən şimaldan
hücum edim». Türk badun, yəmə bulğanç ol, - timis, oğuzı yəmə
tarkanç ol, - timis (1’ 22) «Türk xalqı, yenə iğtişaş sal, - demiş,
oğuz xalqı, yenə üsyan et, - demiş».
İNTONASİYA
Cümlənin yaranması, təşəkkülünün əsas amillərindən,
şərtlərindən biri də intonasiyadır. Digər şərtlərlə yanaşı,
intonasiya bitkinliyi olmayan söz birləşməsi cümlə hesab
edilmir. Bu hökm tabesiz mürəkkəb cümlələrə də aiddir.
Tabesiz mürəkkəb cümlənin komponentlərinin bağlanmasında
intonasiyanın mühüm əhəmiyyəti vardır. Tabesiz mürəkkəb
cümlənin komponentləri vahid cümlə intonasiyasına tabe
202
olmasa, onda onlar tabesiz mürəkkəb cümləni təşkil etməz, onun
komponentləri olmaz, sadə cümlə olaraq qalar. Tabesiz
mürəkkəb cümlənin komponentləri arasında məna əlaqələrinin
yaranması
və
formalaşmasında,
komponertlər
arasında
münasibətlərin yaranmasında intonasiya mühüm rol oynayır.
İntonasiya tələffüzlə əlaqədar olduğu üçün, ilk baxışda elə
görünə bilər ki, qədim türk yazısı abidələrinin dilinə onun heç
bir aidiyyatı yoxdur. Lakin hər hansı bir yazılı dilin şifahi
mənşəyi olduğu üçün intonasiya yazılı mətnlərə də aiddir və
onların səsləndirilməsində nəzərə alınmalıdır, almır da.
Deyilənlər eyni dərəcədə qədim türk qəbilələrinin dili olan və
bizə qədər gəlib çatan qədim türk yazısı abidələrinin dilinə də
aiddir.
TABESİZ MÜRƏKKƏB CÜMLƏNİN
QURULUŞCA NÖVLƏRİ
Tabesiz mürəkkəb cümlələrin quruluşundan danışarkən ilk
növbədə onu tərtib edən sadə cümlələr - labesiz mürəkkəb
cümlələrin komponentləri nəzərdə tutulur. Tabesiz mürəkkəb
cümləni tərtib edən komponentlər ya sadə cümlələrdən, ya
tabeli mürəkkəb cümlələrdən, ya da hər iki tip cümlələrdən
ibarət ola bilər. Buna görə də tabesiz mürəkkəb cümlənin
qürülüşca üç növünü göstərmək olar:
1.
Yalnız sadə cümlələrdən ibarət olan tabesiz mürəkkəb
cümlələr; bunları sadə tərtibli tabesiz mürəkkəb cümlə
adlandıraq.
2.
Sadə və tabeli mürəkkəb cümlələrdən ibarət olan tabesiz
mürəkkəb cümlələr; bunları qarışıq tərtibli labesiz mürəkkəb
cümlə adlandıraq.
3.
İki tabeli mürəkkəb cümlədən ibarət olan tabesiz
mürəkkəb cümlələr; bunları miirəkəb tərtibli tabesiz mürəkkəb
cümlə adlandıraq.
Sadə tərtibli tabesiz mürəkkəb cümlələr. Sadə tərtibli
tabesiz mürəkkəb cümlələr elə mürəkkəb cümlələrə deyilir ki,
onların komponentləri təkcə sadə cümlələrdən ibarət olur.
Qədim türk yazısı abidələrinin dilində sadə cümlələrin növləri
203
çoxdur; onları müxtəlif baxımdan müxtəlif şəkildə təsnif edirlər.
Lakin sadə tərtibli tabesiz mürəkkəb cümlələri onları tərtib edən
sadə cümlələrin növlərinə görə deyil, sadə cümlələrin sayma
görə təsnif edirlər. Bu baxımdan sadə tərtibli tabesiz mürəkkəb
cümlələrin üç növünü göstərmək olar: 1) iki komponenti i tabesiz
mürəkkəb cümlələr; 2) üç komponentli tabesiz mürəkkəb
cümlələr; 3) dörd və daha artıq komponentli tabesiz mürəkkəb
cümlələr.
1. İki komponentli tabesiz mürəkkəb cümlələr yalnız iki
sadə cümlədən təşkil olunur; məsələn: Kami) subça yügürti,
süfjügin tağça yatdı (KT ş 24) «Qanın su kimi axdı, sümüyün
dağ kimi yatdı». Bəglik urı oğlıt) kul boltı, silig kız oğlıt) kül)
boltı (KT ş 24) «Bəylik nəsli davam etdirməli oğulların qul
oldu, bakirə qızların kəniz oldu». Anta kisrə inisi kağan bolmış,
oğlı ta kağan bolmış (KT ş 4-5) «Ondan sonra kiçik qardaşı
xaqan olmuş, oğlu da xaqan olmuş» və s.
2. Üç komponentli tabesiz mürəkkəb cümlələr təkcə üç
sadə cümlədən təşkil olunur; məsələn: E çim kağan birlə ilgərü
Yaşıl ügüz ŞantuIJyazıka təgi sülədimiz, kurığaru Təmir kapığka
təgi sülədimiz, Kügmən aşa kırkız yirirjə ləgi sülədimiz (KT ş
17) «Əmim xaqanla şərqə Yaşıl çay Şandun düzünə kimi qoşun
çəkdik, qərbə Dəmir qapıya kimi qoşun çəkdik, Kögmən
(dağlarını) aşaraq qırğız yerinə kimi qoşun çəkdik». Yetiyegirmi
yaşıma tatjut tapa sülədim, tatjut bodunığ bozdım, oğlın, yotazın,
yılkısın, barımın anta altım (BK ş 24) «On yeddi yaşımda
tapqutlara qarşı qoşun çəkdim, tanqut xalqını pozdum, oğlunu,
qız-gəlinini, ilxısını, var-dövlətini onda aldım» və s.
3. Dörd və daha artıq komponentli tabesiz mürəkkəb
cümlələr yalnız dörd və dörddən çox sadə cümlələrdən təşkil
olunur; məsələn: İlligig ilsirətdimiz, kağanlığığ kağansıratdımız.
tizligig sökürtimiz, başlağığ yüküntürtimiz (KT ş 18) «Ellini
clsizləşdirdik, xaqanimi xaqansızlaşdırdıq, dizlini çökdürdük,
başlını səcdə etdirdik». Tetjri yarlıkadukın üçün illigig
ilsirətmiş, kağanlığığ kağansıratmış, yağığ baz kilmiş, tizligig
sökürmiş, başlığığ yü/cüntürmiş (KT ş 15) «Tanrı buyurduğu
üçün ellini elsizləşdirmiş, xaqanimi xaqansızlaşdırmış, yağını
204
məhv etmiş, dizlini çökdürmüş, başlını səcdə etdirmiş». Yeti
otuz yaşıma kırkız tapa sülədim, sü/Jüg batımı kanğ sökipən
Kögmən yışığ toğa yonp kırkız bodunığ uda basdım, kağanın
birlə Solja yışda sütjüşdim, kağanın ölürtim, elin anta altım (BK
ş 26-27) «İyirmi yeddi yaşımda qırğızla aqarşı qoşun çəkdim,
süngü batımı qalınlıqda qarı dağıdıb Kögmən meşəli dağlarını
üzüyuxarı yürüş edib qırğız xalqını yuxuda basdım, xaqanı ilə
Sona meşəli dağlarında döyüşdüm, xaqanını öldürdüm, elini
onda aldım» və s.
Qarışıq tərtibli tabesiz mürəkkəb cümlələr. Sadə və ta-
bcli mürəkkəb cümlələrdən təşkil olunmuş cümlələrə qanşıq
tərtibli tabesiz mürəkkəb cümlə deyilir. Qədim türk yazısı
abidələrinin dilində belə tabesiz mürəkkəb cümlələr
sadə
tərtibli tabesiz mürəkkəb cümlələrə nisbətən az işlənir.
Komponentlərinin düzülüşünə görə, qarışıq tərtibli tabesiz
mürəkkəb cümlələri iki növə ayırmaq olar:
1. Komponentləri sadə və tabeli mürəkkəb cümlədən
ibarət olan tabesiz mürəkkəb cümlələr.
2. Komponentləri tabeli mürəkkəb cümlə və sadə
cümlədən ibarət olan tabesiz mürəkkəb cümlələr.
Birinci tip qarışıq tərtibli tabesiz mürəkkəb cümlələrdə
birinci komponent sadə cümlə, ikinci komponent
tabeli
mürəkkəb cümlə ilə ifadə olunur; məsələn: Türgis kağanta
körüg kold, sabı anlağ: öQdon kağanğaru sü yoralım (T 29)
«Türgiş xaqanından casus gəldi, sözü belə (idi): şərqdən xaqana
qarşı qoşun yürüdək». Üç körüg kisi kəlli, sabı bir: kağanı sü
tasıkdı (T 33) «Üç casus gəldi, sözləri bir (idi): xaqanı qoşunla
sərhədi keçdi». Tılığ kəlürti, sabı antağ: Yarıs yazıda on tümən
sü tirilti (T 36) «Dil gəlirdi, sözü belə (idi): Yarış düzündə yüz
min qoşun toplandı» və s.
ikinci tip qarışıq tərtibli tabesiz mürəkkəb cümlələrin
birinci komponenti tabeli mürəkkəb cümlədən, ikinci kom
ponenti sadə cümlədən ibarət olur; məsələn: Türk kara kamığ
bodun ança timis: illig bodun ertim, ilim atmı kanı? (KT ş 8-9)
«Bütün qara türk xalqı elə demiş: elli xalq idim, elim indi hanı?»
Bardukyirdə edgügol erinç: kanı t) subça yügürti, süfjügit) tağça
205
yatdı, bəglik urı oğlılj kul boltı, silig kız oğlıQ küQ bold (KT ş
24) «Getdiyin yerdə yaxşısı o idi: qanın su kimi axdı, sümüyün
dağ kimi yatdı, bəylik nəsli davam etdirməli oğulların qul oldu,
bakirə qızlamm kəniz oldu».
Mürəkkəb tərtibli tabesiz mürəkkəb cümlələr. Qədim
türk yazısı abidələrinin dilində, az da olsa, komponentləri tabeli
mürəkkəb cümlələrdən ibarət olan tabesiz mürəkkəb cümlələrin
işlənməsinə təsadüf edilir. Belə tabesiz mürəkkəb cümlələr
mürəkkəb tərtibli tabesiz mürəkkəb cümlə adlanır; məsələn:
Kəlir ersər, kü ər ükülür, kəlməz ersər, tılığ, sabığ alı olur (T
32) «Gəlsələr, səs-küydən adam çoxalır, gəlməsələr, dil, xəbər
alaraq otur». Türk bodun, üləsigin biriyə Çuğay yış tügül, Tün
yazı konayın, - tisər, türk bodun, anta ayığ kisi ança boşğurur
ermiş: ırak ersər, yablak ağı birür, yağuk ersər, edgü ağı birür
(КТ c 6-7) «Türk xalqı, bir hissən cənuba Çuğay meşəli
dağlarına deyil, Tün düzünə yerləşək, - desə, türk xalqı, bir
hissəni orada pis adamlar elə öyrədir imiş: uzaq olsa, pis
hədiyyə verir, yaxm olsa, yaxşı hədiyyə verir». Ötükən yir
olurıp arkış-türkiş ısar, nəf) bu/Jığ yok, ötükən yış olursar,
be/Jgü il tuta olurtaçı sən, türk bodun, tok (КТ c 8) «ötükən
yerində oturub karvanlar göndərsən, heç bir dərd yox, ötükən
meşəli dağlarında otursan, əbədi cl tutaraq oturasısan, türk xalqı,
tox».
TABELİ MÜRƏKKƏB CIMLƏ
Tabesiz mürəkkəb cümlə sadə cümlələrin tabesizlik
əlaqəsi əsasında birləşməsi yolu ilə əmələ gəlirsə, tabeli
mürəkkəb cümlə sadə cümlələrin tabelilik əlaqəsi əsasında
birləşməsi yolu ilə əmələ gəlir. Tabesiz mürəkkəb cümlənin
komponentləri qrammatik baxımdan bərabərhüquqludursa,
tabeli mürəkkəb cümlənin komponentlərindən biri qrammatik
baxımdan digərindən asılı olur, ona tabe olur, onu izah edir.
Tabesiz mürəkkəb cümlənin komponentləri
məna əlaqələri
vasitəsilə qarşılıqlı şəkildə bir-birindən asılıdırsa, tabeli
mürəkkəb cümlənin komponertlərindən biri birtərəfli şəkildə
206
digərindən
asılıdır.
Tabeli
mürəkkəb
cümlənin
kom
ponentlərindən biri qrammatik cəhətdən müstəqildir, lakin bu
müstəqilliyi tam, müstəqil cümlə əmələ gətirmək kimi başa
düşmək olmaz; tabeli mürəkkəb cümlənin müstəqil hesab edilən
komponenti müstəqil cümlə əmələ gətirsə idi, müstəqil sadə
cümlə intonasiyasma malik olsa idi, o, tabeli mürəkkəb cümləyə
daxil ola bilməz, tabeli mürəkkəb cümlənin komponenti kimi
formalaşa bilməzdi. Tabeli mürəkkəb cümlənin komponenti
kimi işlənən sadə cümlə müstəqil cümlə intonasiyasım -
bitkinlik intonasiyasını itirir və tabeli mürəkkəb cümlənin
ümumi cümlə intonasiyasına tabe olur. Tabeli mürəkkəb
cümlələrdə komponentlərdən birinin müstəqilliyi nisbilir - o,
yalnız asılı cümləyə münasibətində qrammatik cəhətdən
müstəqildir.
Tabeli mürəkkəb cümlələr sadə cümlələrin tabelilik
əlaqəsi ilə birləşməsi nəticəsində əmələ gəlir. Buna görə də
tabeli mürəkkəb cümlənin komponentlərindən biri qrammatik
cəhətdən müstəqil, digəri ondan asılı olur. Tabeli mürəkkəb
cümlənin qrammatik cəhətdən müstəqil olan komponenti baş,
qrammatik cəhətdən baş cümlədən asılı olan komponenti isə
budaq cümlə adlanır. Budaq cümlənin baş cümlədən asılı
olması, ona tabe olması yalnız formal cəhətdən, qrammatika
baxımından doğrudur, çünki baş cümlə kimi, budaq cümlə də
qrammatikanın bütün qanunları əsasında formalaşır və bəzi
cəhətlərinə görə hətta baş cümlədən üstün olur; baş cümlədə
müəyyən bir üzv buraxıldığı, baş cümlənin müəyyən izaha
ehtiyacı olduğu halda, budaq cümlənin (əksər hallarda) heç bir
üzvü buraxılmır və onun izaha heç bir ehtiyacı olmur:
1. Budaq cümlə bitmiş bir fikri ifadə edir.
2. Budaq cümlənin baş üzvləri arasında uzlaşma əlaqəsi
olur.
3. Budaq cümlənin xəbəri tam formalaşır.
Dilçilik ədəbiyyatında tabeli mürəkkəb cümlənin iki
tipinin mövcud olduğunu qeyd edirlər: 1) bir özəkli tabeli
mürəkkəb cümlə və 2) iki özəkli tabeli mürəkkəb cümlə. Bir
özəkli tabeli mürəkkəb cümlədə budaq cümlə baş cümlənin bir
üzvünə xidmət edir, bir üzvünü izah edir. Tabeli mürəkkəb
207
cümlənin bu tipində budaq cümlə ya baş cümlədə formal şəkildə
iştirak edən, lakin zəif formalaşan, izaha, aydınlaşdırılmağa
ehtiyacı olan üzvü, ya da baş cümlədə ümumiyyətlə iştirak
etməyən, buraxılan üzvü əvəz edir. Belə tabeli mürəkkəb
cümlələri sadə cümləyə çevirdikdə budaq cümlə baş cümlədəki
izah etdiyi və ya əvəz etdiyi üzvün yerinə girir. Bir özəkli tabeli
mürəkkəb cümlələrdə budaq cümlə qrammatik baxımdan baş
cümlənin bir üzvünün vəzifəsini ifa edir. İki özəkli tabeli
mürəkkəb cümlələrdə isə budaq cümlə baş cümlənin ayrılıqda
götürülmüş hər hansı bir üzvünü izah etməyə, aydınlaşdırmağa
deyil, baş cümləyə bütövlükdə xidmət edir, baş cümləni
bütövlükdə izah edir.
Daha bir məsələni qeyd etmək lazımdır. Budaq cümlənin
növünü təyin edərkən təkcə budaq cümlədən çıxış etmək olmaz,
çünki eyni leksik tərkibə və sözlərin eyni qrammatik düzülüşünə
(sırasına) malik olan cümlələr bəzən müxtəlif budaq cümlə
məzmunu daşıya bilər. Buna görə də budaq cümlənin növünü
müəyyənləşdirmək üçün baş və budaq cümlələrin qarşılıqlı
münasibətlərindən çıxış etmək lazımdır. Nəhayət, onu da qeyd
etmək lazımdır ki, qədim türk yazısı abidələrinin dilində
bağlayıcılar zəif inkişaf etdiyi üçün tabeli mürəkkəb cümlələr
daha çox bağlayıcısız əmələ gəlir: tabeli mürəkkəb cümlələri
müəyyənləşdirərkən, əsasən, məna və intonasiyadan çıxış
etmək lazımdır. Qədim türk yazısı abidələrinin dilində tabeli
mürəkkəb cümlələr, o cümlədən budaq cümlələr müasir türk
dillərindəkilərə oxşayır, lakin aralarında fərqlər də vardır. Buna
görə də abidələrin dilində tabeli mürəkkəb cümlələri
araşdırarkən bu məsələni də nəzərə almaq lazımdır.
Qədim türk yazısı abidələrinin dili, müasir Azərbaycan
dilindəki kimi olmasa da, zəngin tabeli mürəkkəb cümlə
sisteminə malikdir. Abidələrin dilində budaq cümlələrin sayı və
məna çaları müasir Azərbaycan dilindəkindən bir qədər az olsa
da (tədqiqatçılar müasir Azərbaycan dilində on beş tip budaq
cümlənin mövcudluğunu göstərirlər, əslində onların sayı on
altıdır), bir sıra türk dillərindən xeyli çoxdur. Bəzi türkoloji
ədəbiyyatda müasir türk dillərində işlənən feli konstruksiyalar
budaq cümlə hesab edilir. Abidələrin dilində işlənən fc!ı
Dostları ilə paylaş: |