QRAMMATİK CƏHƏTDƏN CÜMLƏ ÜZVLƏRİ İLƏ
BAĞLI OLMAYAN SÖZLƏR
Qedim türk yazısı abidələrinin dilində cümlə quruluşunda
elə sözlər də iştirak edir ki, onlar cümlənin əmələ gəlməsində
bilavasitə iştirak etmir, cümlə üzvü olmur, cümlə üzvlərinin heç
birinin suallarına cavab vermir, cümlə üzvlərinin heç biri ilə
sintaktik əlaqəyə girmir, amma cümlədə iştirak edən digər
sözlərlə, cümlə üzvləri ilə müəyyən məna əlaqəsində olur. Belə
sözlər ya müraciət, ya da cümlədə söylənilən fikrə münasibət
məqsədi ile işlədilir. Bu sözlər cümlədə müəyyən sintaktik
176
vəzifə daşımadığı, cümlə üzvü olmadığı, cümlə üzvlərinin
süallarma cavab vermədiyi, cümlədə iştirak edən digər sözlərlə
- cümlə üzvləri ilə qrammatik (sintaktik) əlaqəyə giımədiyi
üçün qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan
sözlər adlandırılır və iki qrupda birləşdirilir: 1) xitab, 2) ara
sözlər və ara cümlələr.
XİTAB
Qədim türk yazısı abidələrinin dilində cümlədə müraciət
məqsədilə işlədilən sözlərə xitab deyilir. Mübtəda kimi xitab da
ismin adlıq halında işlədilir. Buna görə də çox vaxt mübtəda ilə
xitabı qarışdırırlar. Mübtəda ilə xitab arasında bir sıra fərqli
cəhətlər vardır:
1. Mübtəda da, xitab da ismin adlıq halmda olur, lakin
mübtəda adi tonla, xitab isə xüsusi intonasiya, yüksək tonla
tələffüz edilir.
2. Mübtəda cümlə üzvüdür, xitab isə cümlə üzvü olmur.
3. Cümlə üzvü kimi mübtəda müəyyən suala cavab verir,
xitab isə heç bir suala cavab vermir.
4. Cümlə üzvü olduğu üçün mübtəda digər cümlə üzvləri
ilə sintaktik əlaqəyə girir, xitab isə cümlədə işlənən sözlərin
heç biri ilə sintaktik əlaqəyə girmir.
5. Düzgün cümlə quruluşunda mübtəda xəbərdən əvvəl
işlənir, xitabın isə cümlədə sabit işlənmə yeri yoxdur.
6. Mübtədanın cümlədəki yerini dəyişdikdə bu, cümlənin
mənasına, qrammatikasına təsir göstərir, xitabın cümlədə
işlənmə yerini dəyişdikdə isə bu, cümlənin mənasına,
qrammatikasına təsir göstərmir.
7. Mübtədamn məzmunu ilə forması uyğun gəlir, yəni
mübtəda məzmunca hansı şəxsi bildirirsə, formaca da həmin
şəxsə aid olur, xitab isə məzmunca ikinci şəxsə aid olduğu halda
formaca üçüncü şəxsi bildirir.
Qədim türk yazısı abidələrinin dilində xitablar, geniş
şəkildə işlənir. Müasir türk dillərində olduğu kimi, abidələrin
dilində də xəbər xitabla deyil, mübtəda ilə uzlaşır; məsələn:
Bilgə Tonyukuk - Boyla Bağa Tarkan birlə, İltəris, kağan
111
bolayın
(T 6-7) «Müdrik Tonyukuk - Boyla Bağa Tarkan ilə,
İltəris, xaqan olaq». Ol
yirg ərü barsar, türk bodun, öltəçi sən
(КТ c 8) «O yerlərə getsən, türk xalqı, öləsisən». A
Qar körü
biliQ, türk am tı bodun, bəglər, bödkə körigm ə bəglər, gü
yaQ ıltaçı siz
(КТ c 11) «Ona baxaraq bilin, indiki türk xalqı,
bəyləri, taxta tabe bəylər, axı yanılasısınız».
Qədim türk yazısı abidələrinin dilində xitablar quruluşca
sadə və mürəkkəb olur:
L Sadə xitablar bir sözdən ibarət olur; məsələn: Tabğaç,
beridənyən təg (T 11) «Tabğaç, cənub tərəfdən hücum et».
Kıtap, ötjdənyən təg (T 11) «Kıtay, şərqdən hücum et». В il gə
Tonyukuk - Boyla Bağa Tarkan birlə, İltəris, kağan bolayın (T
6-7) «Müdrik Tonyukuk - Boyla Bağa Tarxan ilə, İltəris, xaqan
olaq».
2.
Mürəkkəb xitablar söz birləşmələri ilə ifadə olunur;
məsələn: Ol yirgərü barsar, türk bodun, öltəçi sən (KT c 8) «O
yerlərə getsən, türk xalqı, öləsisən». ... tokuz oğuz bəgləri.
bodunı, bu sabımın edgüti esid, katığdı tiQlə (KT c 2) «...
doqquz oğuz bəyləri, xalqı, bu sözümü yaxşıca eşil, möhkəmcə
dinlə». Ögim Шип, ulayu öglərim, əkələrim, kəliQünim,
kunçuylarım, bunça tirigi kül) boltaçı erti, ölügi yunda, yolla
yatu kaltaçı ertigiz (KT şm 9) «Anam xatun, digər analarım,
böyük bacılarım, gəlinlərim, xanımlarım, bunça diriləriniz kəniz
olası idi, ölüləriniz yurdda, yolda yataraq qalası idi».
ARA SÖZLƏR VƏ ARA CÜMLƏLƏR
Qədim türk yazısı abidələrinin dilində bir qrup sözlür
vardır ki, bunlar cümlədəki digər sözlərlə qrammatik (sintaktik)
əlaqəyə girmir, heç bir suala cavab vermir və cümlə üzvü də
olmur, təkcə ifadə olunan fikrə münasibət bildirir. Belə sözlərə
ara sözlər deyilir.
Qədim türk yazısı abidələrinin dilində ara sözlər az işlənir.
Abidələrin dilində ara söz hesab edilə biləcək bu sözlərə
təsadüf edilir:
azu «məgər»; ədat;
178
erinç «yəqin, güman ki, mümkün»; təsdiq, ehtimal
bildirən ədat;
kük güman bildirən ədat;
ok «məhz, lap, da, də»; ifadə və mənanı gücləndirən ədat;
ök «da, də»; ifadə və mənanı gücləndirən ədat;
ğu və gü - ara sözlərinin lüğətlərdə tərcüməsi yoxdur,
lakin axı kimi tərcümə edilə bilər.
Bu sözlərin abidələrin mətnlərində işlənməsinə az təsadüf
edilir; məsələn: Azu bu sabunda igid barğu (KT c 10) «Məgər
bu sözümdə yalan varmı?» Türk amtı bodun, bəglər, bödkə
körigmə bəglər, gü yaQıltaçı siz (KT c 11) «İndiki türk xalqı,
bəyləri, taxta tabe bəylər, axı yazılasısınız». Yayduk yolta yəm ə
ölti kük (T 16) «Sopələndkiləri yollarda da, güman ki, öldülər».
Ben özüm uzun yəlmok ıtım ok (T 52) «Mən özüm uzun süvari
dəstələri, əlbəttə, göndərdim». Bini - Oğuzığ Ölürtəçİ ök, - tir
mən (T 11) «Məni Oğuzu öldürəsidir, hökmən, deyirəm».
Bu ara sözlərindən qədim türk yazısı abidələrinin dilində
ən çox işlənən erinç sözüdür; məsələn: Buyurukı yəmə bilgə
ermis erinç. alp er mis erinç (KT ş 3) «Buyuruqları da müdrik
imiş, igid imiş». Anı üçün ilig ança tulmıs erinç (KT ş 3) .«Onun
üçün eli eləcə düzəltmiş». Anta kisrə inisi kağan bolmıs erinç,
oğlı ta kağan bolmuş erinç. Anta kisrə inisi eçisin təg kılwmaduk
erinç, oğlı kafjım təg kıltnmaduk erinç, biligsiz kağan olurmıs
erinç. yablak kağan olurmıs erinç. Buyurukı yəm ə biligsiz erinç,
yablak ermis erinç (KT ş 4-5) «Ondan sonra kiçik qardaşı xaqan
olmuş, oğlu da xaqan olmuş. Ondan sonra kiçik qardaşı böyük
qardaşı kimi olmadığı, oğlu atası kimi olmadığı üçün biliksiz
xaqan oturmuş, pis xaqan oturmuş. Buyuruklan da biliksiz imiş,
pis imiş».
Qədim türk yazısı abidələrinin dilində ara cümlələr də ara
sözlərin vəzifəsini icra edir, cümlədəki fikrə münasibəti bildirir.
Abidələrin dilində ara cümlələrin işlənməsinə nadir hallarda
təsadüf edilir; məsələn: AQuru süləməsər, kaç nət) ersər, ol
bizni, kağam alp ermis, ayğuçısı bilgə ermis, kaç nəf) ersər
ölürtəçi kük (T 20-21) «Ona qarşı qoşun yürütməsək, hər necə
olsa, o bizi, xaqanı cəsur imiş, məsləhətçisi müdrik imiş, hər
179
necə olsa, (bizi) öldürəcəkdir». Yorımasar, bizni, kağanı aip
ermis, ayğuçısı bilgə ermis, kaç nə/J ersər, bizni ölürtəçi kük (T
29-30) «Yürüş etməsək, bizi, xaqanı igid imiş, məsləhətçisi
müdrik imiş, hər necə olsa, bizi öldürəsidir».
SADƏ CÜMLƏNİN STRUKTUR-SİNTAKTİK TİPLƏRİ
Sadə cümlə, ümumiyyətlə, cümlə dedikdə ilk növbədə baş
üzvləri - mübtədası və xəbəri, ikinci dərəcəli üzvləri - təyini,
tamamlığı və zərfliyi olan cümlələr təsəvvürə gəlir. Sadə
cümlədə xitab, ara söz və ara cümlələr də iştirak edə bilər.
Lakin bu, klassik sadə cümlə haqqında olan təsəvvürdür. Sadə
cümlə məfhumuna daha geniş anlayışlar daxildir. Məsələn, ola
bilər ki, tam formalaşmış sadə cümlədə baş üzvlərdən biri - ya
mübtəda, ya da xəbər - iştirak etməsin, iştirakına ehtiyac da
olmasın, hətta iştirakı təsəvvürə də gətirilə bilməsin. Ola bilər
ki, baş üzvlərin biri və ya hər ikisi buraxılsın (lakin təsəvvürə
gətirilsin). Ola bilər ki, cümlə ümumiyyətlə üzvlərinə
ayrılmasın - cümlə üzvlərinə ayrılmalı sözlər olmasın. Bu cürə
müxtəlif baxımlardan yanaşdıqda sadə cümlənin müxtəlif
növlərini göstərmək olar. Hər şeydən əvvəl cümləni üzvlərinə
aynlıb-ayrılmamasma görə iki qrupa ayırırlar: 1) üzvlərinə
parçalanmayan - üzvlənməyən sadə cümlələr və 2) üzvlərinə
parçalanan - üzvlənən sadə cümlələr.
Müasir türk dillərində dialoji nitqdə elə sözlər işlədilir ki,
bu sözlər ətrafına izahedici sözlər toplamadan təklikdə müxtəlif
növlü bütöv cümlələrə cavab olur, müxtəlif növlü cümlələri
əvəz edir, bütöv cümlə təsiri bağışlayır. Dilçilik ədəbiyyatında
belə sözlərə cümlə əvəzləri, söz-cümlə deyilir. Bü tip söz-
cümlələr üzvlərinə ayrıla bilmir, daha doğrusu, bunlarda üzvlərə
ayırmaq üçün söz olmur. Bu tip söz-cümlələri üzvlənməyən
cümlələr adlandırırlar. Məsələn, müasir Azərbaycan dilində
dialoq məqamında cavab kimi işlədilən bəli, xeyr, yox, baş üstə,
yaxşı, bəs necə, əlbəttə, qətiyyən, yox-yox, hə, bəlkə də və s.
sözlər buna nümunə olar. Qədim türk yazısı abidələrinin dilində
belə söz-cümlələrin işlənməsinə, ümumiyyətlə üzvlərinə
bölünməyən cümlələrin işlədilməsinə təsadüf edilmir.
180
ÜZVLƏNƏN SADƏ CÜMLƏLƏR
Qədim türk yazısı abidələrinin dilində təkcə üzvlərinə
bölünən sadə cümlələr işlənir. Tərkibində işlənən cümlə
üzvlərinə ayrıla bilən cümlələrə üzvlənən cümlə deyilir.Qədim
türk yazısı abidələrinin dilində üzvlənən sadə cümlələrin zəngin
tipləri mövcuddur.
Cümlə üzvlərinin iştirakına görə qədim türk yazısı
abidələrinin dilində işlənən üzvlənən sadə cümlələri belə təsnif
etmək olar:
1. Baş üzvlərin iştirakına görə: 1) təktərkibli sadə cüm
lələr, 2) cüttərkibli sadə cümlələr.
2. Baş üzvlərlə yanaşı ikinci dərəcəli üzvlərin də iştirak
edib-etməməsinə görə: 1) sadə geniş cümlələr, 2) sadə müxtəsər
cümlələr.
3. Baş və ikinci dərəcəli üzvlərin buraxılıb-buraxılma-
masma görə: 1) sadə bütöv cümlələr, 2) sadə yarımçıq cümlələr.
Baş üzvlərin hər ikisinin işləndiyi və ya işlonmədikdə
bərpası mümkün olan cümlələrə cüttərkibli cümlələr deyilir.
Baş üzvlərdən təkcə biri iştirak edən və iştirak etməyən üzvün
bərpası mümkün olmayan cümlələrə təktərkibli cümlələr
deyilir. Təkcə baş üzvlərdən ibarət olan sadə cümlələr müxtə
sər, baş üzvlərdən əlavə ikinci dərəcəli üzvlərdən, heç olmasa,
biri və ya hamısı iştirak edən cümlələr sadə geniş cümlələr
adlanır. Baş üzvlərinin hər ikisinin iştirak etdiyi cümlələr bütöv,
baş üzvlərdən birinin və ya hər ikisinin buraxıldığı cümlələr isə
yarımçıq cümlələr adlanır.
TƏKTƏRKİBLİ SADƏ CÜMLƏLƏR
Qədim türk yazısı abidələrinin dilində cümlələrin bir
hissəsində baş üzvlərdən yalnız biri - ya mübtəda, ya da xəbər
iştirak edir. Belə cümlələrdə mübtəda iştirak edirsə, xəbərə,
xəbər iştirak edirsə, mübtədaya ehtiyac olmur. Hansı baş üzvün
İştirak etməsindən asılı olaraq bu tip sadə cümlələr ya mübtəda
qütbü, ya da xəbər qütbü əsasında formalaşır. Ya mübtəda, ya
da xəbər qütbü əsasında formalaşan cümlələri təktərkibli sadə
181
cümlələr adlandırırlar. Formalaşdığı qütbdən asılı olaraq
təktərkibli sadə cümlələri iki hissəyə bölürlər:
1. Mübtəda qütbü əsasında formalaşan təktərkibli
cümlələr.
2. Xəbər qütbü əsasında formalaşan təktərkibli cümlələr.
Qədim türk yazısı abidələrinin dilində mübtəda qütbü
əsasında formalaşan təktərkibli cümlələrin bir tipi - adlıq
cümlələr,
xəbər qütbü əsasında
formalaşan təktərkibli
cümlələrin dörd tipi - şəxssiz ciimlə, qeyri-müəyyən şəxsli
cümlə, ümumi şəxsli cümlə və imperativ cümlələr işlənir.
Adlıq cümlələr. Bitmiş bir Fikir ifadə edən, lakin xəbəri
olmayan bir sözə və ya söz birləşməsinə adlıq cümlə deyilir.
Adlıq cümlələr adlıq halda olan isim, hər hansı substantivləşmiş
nitq hissəsi və söz birləşməsi ilə ifadə edilir. Adlıq cümlələr
sözlərdən və söz birləşmələrindən iki xüsusiyyətinə görə
fərqlənir: adlıq cümlələrdə fikir bitkinliyi və intonasiya
bitkinliyi olur. Qədim türk yazısı abidələrinin dilində adlıq
cümlələr yox dərəcəsindədir. Məlum güzəştlə aşağıdakı
cümləni adlıq cümlə kimi qəbul etmək olar: Bu bitig bitigmə
atısı Yolığ tigin (КТ с 13) «Bu yazını yazan kiçik qohumu Yolığ
tigin».
Şəxssiz cümlə. Şəxssiz cümlələr xəbər qütbü əsasında
formalaşır. Şəxssiz cümlələrin mübtədası
olmur və onları
təsəvvür etmək də mümkün deyildir. Mübtədası iştirak etməyən
cümlələrlə şəxssiz cümlələri qarışdırmaq olmaz: mübtədası
iştirak etməyən cümlələrdə mübtədanı bərpa etmək olur, şəxssiz
cümlələrdə isə mübtəda ümumiyyətlə olmur.
Qədim türk yazısı abidələrinin dilində şəxssiz cümlələr,
demək olar ki, işlənmir. Təkcə bu cümləni şəxssiz cümlə kimi
götürmək olar: Kantayın? (T 33) «Necədir?»
Qeyri-müəyyən şəxsli cümlələr. Xəbər qütbü əsasında
formalaşan təktərkibli
sadə cümlələrin bir növü də qeyri-
müəyyən şəxsli cümlələrdir. Qeyri-müəyyən şəxsli cümlələrdə
mübtəda qeyri-müəyyən olur və müstəqim mübtəda kimi üzə
çıxmır. Şəxssiz cümlələrlə qeyri-müəyyən şəxsli cümlələrin
əsas fərqi bundadır ki, şəxssiz cümlədə mübtəda iştirak etmir və
onu təsəvvürə gətirmək də mümkün deyildir, qeyri-müəyyən
182
şəxsli cümlədə isə mübtəda iştirak etməsə də, onu konkret iş
icraçısı kimi təsəvvürə gətirmək olmasa da, onu üçüncü şəxsin
cəmi kimi təsəvvür etmək olur. Qeyri-müəyyən şəxsli
cümlələrin xəbəri üçüncü şəxsdə işlənir.
Qədim türk yazısı abidələrinin dilində qeyri-müəyyən
şəxsli cümlələr, az da olsa, işlənir; məsələn: Alp ərin balbal kıdı
(O 3) «İgid döyüşçülərini balbal qoydular». Edgü bilgə kisig,
edgü alp kisig yarıtmaz ermiş (КТ c 6) «Yaxşı müdrik adamları,
yaxşı igid adamları yürütməzmiş». Bir kişi yatjılsar, oğuşı,
bodunı bisiikirjə təgi kıdmaz ermiş (КТ c 6) «Bir adam yanılsa
idi, qəbiləsi, xalqı son nəfərinədək doğranmazmış».
Ümumi
şəxsli
cümlələr.
Xəbər qütbü
əsasında
formalaşan təktərkibli sadə cümlələrin bir növü də ümumi şəxsli
cümlələrdir. Ümumi şəxsli cümlələrdə ifadə edilmiş fikir, hökm
hamı tərəfindən qəbul edilmiş həyat həqiqətidir. Ümumi şəxsli
cümlərədə ifadə edilən fikir eyni zamanda həm ayrı-ayrı
şəxslərə, həm də hamıya aid olur. Ümumi şəxsli cümlələrin
xəbəri bəzən üçüncü şəxsdə ifadə edilsə də ən çox ikinci şəxsin
təki ilə ifadə edilir; məsələn: Arık ok sən, tosık öməzsən (KT c
8) «Anq oxsan, aclıq, toxluq bilməzsən». Turuk bukalı, səmiz
hukalı arkada bitsər, səmiz buka, turuk buka iiyin bilməz (T 5-6)
«Anq buğanı, kök buğam arxadan tanısa, kök buğa, arıq buğa
diyə tanıya bilmə/». Yuyka eriklig loplağaluğ uçuz ermiş,
yinçgo eriklig üzgoli uçuz. Yuyka kalın bolsar, toplağaluk alp
ermis, yinçge yoğun bolsar, üzgəlik alp ermis (T 13-14) «Nazik
ikən toplamaq asan imiş, incə ikən üzmək asandır. Nazik qalın
olsa, toplamaq igid işidir, incə yoğun olsa, üzmək igid işidir».
İmperativ cümlələr. Təktərkibli cümlələrin bir növü də
imperativ cümlələrdir. Xəbəri felin əmr şəkli ilə ifalə edilən
təktərkibli cümlələrə imperativ cümlələr deyilir.
Qədim türk yazısı abidələrinin dilində təktərkibli
cümlələrdən ən çox işlənəni imperativ cümlələrdir; m əsələn:...
yəmə igidoyin! Əmgətmən! Tolğatman! (BK şm 13) «... yenə
yüksəlin! İncitməyin! Sıxışdırmayın!» Sabımın tükəti esidgil
(КТ c 1) «Sözümü tükətincəyədək eşit». ...bum körü bili/) (KT
c 12) «... bunu görərək bilin». A lp r körü bilin (KT c 11) «Onu
görərək bilin».
183
CÜTTƏRKİBLİ CÜMLƏLƏR
Baş üzvlərin hər ikisi iştirak edən və ya iştirakı asan bərpa
edilə bilən cümlələrə cüttərkibli cümlə deyilir. Cüttərkibli sadə
cümlələr müxtəlif baxımdan təsnif edilə bilər:
1. Baş üzvlərlə yanaşı ikinci dərəcəli üzvlərin də işlənib-
işlənməməsinə görə cüttərkibli sadə cümlələr iki qrupa bölünür:
a) Müxtəsər cümlələr
b) Geniş cümlələr
2. Baş üzvlərdən birinin və ya hər ikisinin işlənib-
işlənməməsinə görə də cüttərkibli sadə cümlələr iki qrupa
bölünür:
a) Bütöv cümlələr
b) Yarımçıq cümlələr
Müxtəsər cümlələr. Hər iki baş üzvdən, ya da qrammatik
cəhətdən formalaşmış xəbərdən ibarət cüttərkibli cümlələr
müxtəsər cümlə adlanır. Qrammatik cəhətdən formalaşmış
xəbərdən ibarət olan cümlələrdə mübtəda buraxılsa da, o,
xəbərin şəkilçilərində öz əksini tapır və asan bərpa edilir.
Mübtəda və xəbərdən ibarət olan müxtəsər cümlələr: Bars
bəg erti (KT ş 20) «Bars bəy idi». Süs i kəlti (O 9) «Qoşlunu
gəldi», ö zi ya/Jıltı (KT ş 20) «Özü yanıldı». Kağam ölti ((KT ş
20) «Xaqanı öldü». Özim sakıntım (KT şm 10) «özüm
düşündüm». Biz az ertimiz (BK ş 32) «Biz az idik» və s.
Təkcə
xəbərdən
ibarət
olan
müxtəsər cümlələr:
Sü/Jüşdimiz (T 28) «Döyüşdük». Sançdımız (T 28) «Məğlub
etdik». Təgdimiz (T 39) «Hücum etdik». Yaydımız (T 39)
«Dağıtdıq». Kəlmədi (MÇ 14) «Gəlmədi». Sütjüsdim (MÇ 15)
«Döyüşdüm». Sançdım (MÇ 32) «Məğlub etdim». Yabrıtdım
(BK ş 31) «Zəiflətdim» və s.
Geniş cümlələr. Baş üzvlərdən əlavə cümlənin ikinci
dərəcəli üzvlərindən, heç olmasa, birinin iştirak etdiyi cümlə
sadə geniş cümlə adlanır; məsələn: Üç otuz balık sıdı (T 19)
«İyirmi üç şəhər sındı». Az bodunığ ölürtim (BK ş 26) «Az
xalqını öldürdüm». İnim Kül tigin birlə sözləşdimiz (KT ş 26)
«Kiçik qardaşım Kül tiginlə məsləhətləşdik». Камп subçıı
184
yügürti (KT ş 24) «Qanın su kimi axdı». An ta kisrə kaljan
kağan uçdı (MÇ 12) «Ondan sonra atam xaqan vəfat etdi». Eldn
ara bəg yağı bolmış (O 10) «İkisinin arasında bəy yağı olmuş».
Üç karlukyablak sakınıp təzə bardı (MÇ 11) «Üç karluklar pis
niyyətə düşüb qaçıb getdi» və s.
Qədim türk yazısı abidələrinin dilində əksər hallarda baş
üzvlərdən əlavə cümlənin bir neçə, yaxud bütün ikinci dərəcəli
üzvləri də sadə geniş cümlədə iştirak edir.
Bütöv və yarımçıq cümlələr. Qədim türk yazısı
abidələrinin dilində hər iki baş üzvü cümlənin strukturunda
iştirak edən cümlələr bütöv cümlələrdir. Bülöv cümlə dedikdə
həm təkcə mübtəda və xəbərin iştirak etdiyi müxtəsər cümlələr,
həm də mübtəda və xəbərdən başqa ikinci dərəcəli üzvlərdən
birinin və ya hamısının iştirak etdiyi geniş cümlələr nəzərdə
tutulur; məsələn: Bodun boğazı tok erti (T 8) «Xalqın boğazı tox
idi». İl tutsık yir Ölükən yış ermiş (KT c 4) «El tutmalı yer
ötükən meşəli dağlan imiş».
Qədim türk yazısı abidələrinin dilində baş üzvlərdən biri
(abidələrin dilində hər iki baş üzvü buraxılan cümlənin
işlənməsinə təsadüf edilməmişdir) buraxılan cümləyə yarımçıq
cümlə deyilir;
məsələn: İ/figig ilsirəldimiz, kağanhğtğ
kağansıratdımız, tizligıg sökürtimiz, başlığığ yüküntürtimiz (KT
ş 18) «Elini clsizləşdirdik, xaqanimi xaqansızlaşdırdıq, dizlini
çökdürdük, başlını səcdə etdirdik». Bälıka barmadı (KT şm 8)
«Şəhərə getmədi» və s.
MÜRƏKKƏB CÜMLƏ
Ünsiyyət üçün sadə cümlə kimi, mürəkkəb cümlənin də
mühüm əhəmiyyəti vardır. İndiyədək mürəkkəb cümlələrə
müxtəlif təriflər vermişlər, onları müxtəlif cür izah etmişlər.
Mürəkkəb cümlələrə necə tərif və izah verilməsindən asılı
olmayaraq məlumdur ki, mürəkkəb cümlə iki və daha artıq sadə
cümlədən ibarət olur, bu sadə cümlələr öz aralarında tabesizlik
və ya tabelilik əlaqəsi ilə bağlanır, sadə cümlələrin arasında
xüsusi intonasiya olur, bütövlükdə mürəkkəb cümlənin özünün
bitmiş intonasiyası olur və o, bitmiş (nisbi) bir fikir ifadə edir.
185
Mürəkkəb cümlələri əmələ gətirən komponentlər -
cümlələr qrammatik baxımdan bir-biri ilə əlaqədə olur; onların
arasında
müəyyən
əlaqə
olmasa,
mürəkəb
cümlənin
komponentləri bir-biri ilə əlaqəsi olmayan sadə cümlələr olsa,
onda mürəkkəb cümlədən danışmaq olmaz. Mürəkkəb
cümlələrin
komponentləri
arasındakı
sintaktik
əlaqələr
müxtəlifdir. Bir qisim mürəkkəb cümlələrin komponertləri
bərabərhüquqlu olduğu, biri digərindən asılı olmadığı halda,
başqa qisim mürəkkəb cümlələrin biri digərindən asılı olur, biri
digərini izah edir. Komponentləri bərabərhüquqlu olan
mürəkkəb cümlələri tabesiz, biri digərindən asılı olan mürəkkəb
cümlələri tabeli mürəkkəb cümlə adlandırırlar. Tabesiz
mürəkkəb cümlənin komponentləri tabesizlik sintaktik əlaqəsi
ilə, tabeli mürəkkəb cümlənin komponentləri isə tabelilik
sintaktik əlaqəsi ilə birləşir. Tabeli mürəkkəb cümlələrdə
komponentlərdən biri üstün mövqedə durur, əsas cümlə olur, o
biri cümlələr ona tabe olur, onu izah edir. Bu komponentə baş
cümlə deyirlər. Digər komponent və ya komponentlər üstün
vəziyyətdə olan cümlədən - baş cümlədən asılı olur, ona tabe
olur, onu bu və ya digər baxımdan izah edir. Belə asılı cümləyə
və ya cümlələrə budaq cümlə deyirlər. Tabesiz və tabeli
mürəkkəb cümlələr arasında olan daha bir fərqi göstərmək
lazımdır. Tabesiz mürəkkəb cümlənin kömpanentlərindəki
zaman mütləq olur, yəni hər cümlənin öz zamanı olur və bu
zaman komponentlər arasındakı münasibətlərdən asılı olaraq
obyektiv zaman kimi dəyişmir, yəni zaman söhbət gedən
zamanla ölçülür; məsələn: Yağış yağdı, toz yatdı. Yağış yağır,
toz yatır. Yağış yağar, toz yatar. Yağış yağacaq, toz yatacaq.
Tabeli mürəkkəb cümlələrdə isə baş cümlənin zamanı mütləq
olur, budaq cümlənin zamanı baş cümlənin zamanından asılı
olduğu üçün, baş cümlənin zamanı ilə müəyyənləşdiyi üçün
nisbi olur.
Müasir türk dillərində tabesiz və tabeli mürəkkəb cümlə
lər arasında, onların komponentlərinin bağlılıq dərəcəsində daha
bir sıra fərqli xüsusiyyətlər də mövcuddur. Bunlardan başqa,
tabesiz və tabeli mürəkkəb cümlələrin formalaşmasında da bir
sıra qrammatik və fonetik fərqlər də vardır. Dilçilik ədəbiyya-
186
tında tabesiz və tabeli mürəkkəb cümlələrin formalaşmasında
bağlayıcılar arasındakı fərqdən, bağlamalarda iştirak edən
əvəzliklərin funksiyaları arasındakı fərqdən danışılır. Lakin
qədim türk yazısı abidələrinin dilində bağlayıcılar, demək olar
ki, formalaşmadığından onların tabesiz və tabeli mürəkkəb
cümlələrin formalaşmasındakı rolundan danışmaq tezdir. Qədim
türk yazısı abidələrinin dilində tabesiz və tabeli mürəkkəb
cümlələrin formalaşmasında əvəzliklərin rolundan danışmaq isə
heç olmaz, çünki nə tabesiz, nə də tabeli mürəkkəb cümlələrin
formalaşmasında əvəzliklər iştirak etmir. Fonetik vasitələrdən
istər
tabesiz,
istərsə
tabeli
mürəkkəb
cümlələrin
formalaşmasında, müasir türk dillərində olduğu kimi, qədim türk
yazısı abidələrinin dilində də intonasiyanın rolu böyükdür.
Tabesiz mürəkkəb cümlənin komponentləri bərabərhüquqlu
olduğu üçün onu təşkil edən sadə cümlələrin intonasiyası ilə
komponertləri bərabərhüquqlu olmayan tabeli mürəkkəb
cümləni təşkil edən sadə cümlələrin intonasiyası eyni ola
bilməz.
Tabesiz
mürəkkəb
cümlələrin
kompo-nentləri
birləşdirici, tabe etməyən intonasiya ilə tələflüz edildiyi halda,
tabeli mürəkkəb cümlələrin komponentləri tabeedici intonasiya
ilə tələffüz edilir.
Dostları ilə paylaş: |