t-л
Jt.
Л»
f
Ы
4
»1
к
it
İL
4.
■
A
A
ıQ
tL
f r
Jr
M
A
к
Jf
A
m
A
İL
A
jfc.
i t
Äİ >
11
-»ı
*
4
t
A
*
A
A
A
•»
Ч
t
'V
X.
*
A
*
fe
* l
A
<
ft
İL
*
f
At* A.
U i*
İC A
A
4
4
i t
A
A
*X
f
-5- i t
*
4
i t
4*
m
A
4
f
A
■*. Jt A.
j»-
M
A
■t
Ä
İL
C
.-X. X A.
Ä
t
A
A
Щ
*
A
M.
*
%
A
.A -U £
A. 4)
-r
A
'A
A
XA ir
t
%
f*
Jt
*
«*-
A
A
f
-r
*
K
jt
t
-fcö
A
Л.
A
K
Ul
A
T
A
—
A
ıq
Щ
T
A
«Г *
İL
4 * *
-k
УЛ
A
*L A
%
A
ft
A
A
İL
A
A
Jb -t. 4
t
A
* -
M
K
-k
a
A
A .
iL
Jr
A
*
ft
%
A
Ц
*
-*A
76
*
A
A
A if
a t
-ц
Л.
Xs
A
*
4
A
-İL 4
A
a
*•
%
A
'T
A A
$
A
A
1
1L
•ft
**.
4L
A
A
A
■4
ir
A.
fl
İ t *
4 *
A £
A A»
* *
Ä tf
*> «
■f
A
* ^
.b A
‘C
Л JL
A 4*
A A
Ц A
4 *
* l
& <*
i_ A
А1 * ’
*< A*
£
*
4 x
4 A
j
L i f
H »*
Л* -*
A A
A *
■Kl
A
*
A *. *■
л ж
и
■4
**»
A*
■Ar A
X *
■А -Л
i/ *
X
-4-
•;
ü
л
j t
•A
4 4 *
д*М
г* ^ jB
*• *- -k
4t -*• -*-
4 X
Jf- -*
A •*•
;* * »*■
2 9 8
KÜL TIĞIN ABİDƏSİ - ÇİN MƏTNİNİN
TƏRCÜMƏSİ
M ərhum K ül tig in ab id əsi
Bu geniş göylərin əhatə və sirayət etmədiyi heç bir şey
yoxdur. Göy və insan həmahəng olduqlarından, bütün kainat bir
küll halmdadır: bu küllün əsası ali və adi olaraq iki hissəyə
arylıdığı kimi, insanlar da bu səbəbdən görkəmli şahzadələrə və
ya hökmdarlara (və ya biz onları bu cür özlərinə məxsus
mövqelərdə görürük) ayrılır. Həqiqətdə də bu görkəmli
şahzadələr yuxanda qeyd edilən iki ünsürdən irsən ortaya çıxan
nəticələrdir.
İndi çinlilərin şimal çölləri tərəfdən qüvvətli axınlar etdiyi
və Hiunq-nu xanı Khuqanyanm Çin imperatoruna Kan-tsüanda
(Si-an-Fu yaxınlığındakı saray) təzim etməyə və Kvan-luh
sərhədlərini Çin uğrunda mühafizə məqsədilə icazə verməyə
gəldiyi tarixdən geriyə getsək, görərik ki, bizim dostluq və
lütfkarlığımız çox uzaq keçmişlərə gedib çıxır.
Və bu zaman Ulu Tanrının inkişaf etməyə başladığı yeni
imperator ölkəsinin xanədanımızdan göy tamı ortaya çıxdıqdan
sonra mədəniyyət nemətləri dünyanın dörd tərəfmə yayıldı və
hər ikisinin də hərbi şücaətləri ton və qüdrətli bir həmlə ilə
müvəffəqiyyətlə nəticələndi.
Fəqət o irəlidəki göyün arzusu ilə dəyişikliklər bir-birini
izləyir. Lakin Xatılı titulunu bir-birinə rəqib və ya digər şəxslər
növbə ilə danışsalar da sərhəd dövlətləri axıra qədər fasilə
vermədən itaətkar məktublar göndərmək vo onlardan tələb
edilən vergiləri ödəmək qüdrətini göstərdilər.
Ata sifətilə Mogilyanı övladlığa qəbil edən impera
torumuza qədər işlər belə davam etdi. Beləliklə, artıq talançı
basqınların arası kəsildi və silahları səssizcə qınına qoymaq
imkanı əldə edildi.
«Sən məndən şübhə etmə, mən də sənə xəyanət
etməyim». Başqa cür sərhədlərin hücuma məruz qalmasının
qarşısı nccə alma bilərdi?
2 9 9
Bu mədhiyyədə haqqında bəhs edilən şəxs Kül tigin adı
ilə tanmırdı. O, Kutluğ xanın ikinci oğlu və hazırda
hakimiyyətdə olan Bilgə xaqanın kiçik qardaşıdır. Onun adınm
şöhrəti öz yurdunda xalqını dəhşətə saldığı halda, atasına və
qardaşına bəslənən hörmət və sədaqət uzaq ölkələrdə çox yaxşı
bilinirdi. Kül tiginin bu tərzdə tanınması, əvvələn, onun öz
şəxsində cəmləşdirib inkişaf etdirə bildiyi babasının atası olan
Bəg İtimişdən miras aldığı müsbət məziyyədərin, ikincisi, atası
Qhekin Kutluğa xas və xələflərinin bir-biri ilə qibtə edilməli
təqlid etməyə cəhd göstərdikləri xeyirxahlıq və İütfkarlıqdan
başqa nə ola bilərdi? Əks təqdirdə, bu qədər dəyərli bir adamm
həyata keçirdiyi işlər üçün hansı səbəb göstərilə bilər?
(Xeyr, şübhəsiz ki, həqiqi səbəb budur), o, işlərində
məhəbbət və qardaşlıq hissi ilə davrandığı üçün və qardaşının
hərbi məqsədlərinin həyata keçirilməsi üçün onunla bərabər
əmək sərf etdiyinə görə müvəffəq olmuşdur. Mogilyanm idarəsi
altında Türk iruperatorluğu şimalda (indiki) Tarbağatay
sərhədlərinə çatır, qərbdə isə Tumet ərazisinin kənarlarına
qədər yaxınlaşırdı. O, göyün müqəddəs əmrlərinə idaət edərək
impcratorluğumuzun
Tanq
xanədanı ilə
sırf
dostluq
münasibətlərində olmaq məqsədilə doğma doghri mövqeyinə
əldə etdi.
Bu səbəbdən xanədanımız və yaxud biz «sənin sadiq
əməllərini minnətdarlıqla xatırlayır» və beləliklə, ona ən
səmimi və etimada layiq lütflərimizi iltifat edirik. Digər
tərəfdən, əcdadımızın və bizim uzaqgörən təmkinimiz,
beləliklə, tərs nəticə verə bilməz və işlərin cansıxıcı vəziyyəti
tezliklə aradan qalxar.
Biz dərin kədərimizi və möhtəşəm qəlbimizdə yaşayan
iztirablarımızı təkrar-təkrar bəyan və izhar edirik.
Üstəlik Kül tigin xanın kiçik qardaşı xan isə bizim mənəvi
övladımız idi. Buna görə də, bir tərəfdən, ata ilə oğul arasındakı
ən münasib duyğu bu şəkildə təzahür etmiş olduğu kimi,
təbiətən ona məxsus sevgi hissindən biri digərinin də eyni
hissəni alması lazım gəlir. Hər ikisi də bizim oğlumuz olduğuna
görə Külə də bizim dərin sevgimizdən eyni miqdarda pay düşür.
300
Bu səbəbdəndir ki, gələcək hədsiz-hesabsız nəsillərin
yaddaşında onların müştərək müvəffəqiyyətlərinin parlaqlığı
hər gün yenidən canlansın deyə uzaqda və yaxında olan hər
kəsin bünü öyrənməsi üçün xüsusilə möhtəşəm bir abidə
ucaltdıq.
Qumlapm və soyuqların diyarı olan Ting-Zing ölkəsi,
sənin əvvəlki şahların arasmda bir çox qüdrətli və əsgər ruhlu
şəxsiyyətlər yetişdi.
Sənin şahzadələrin əcnəbi ölkələrə bu şəkildə şərəf
verərək var olsunlar. Sənin ideyaların bizim T’and’ımızla
dostluğu özünün məqsədi hesab edərək hər yerdə tanınsın.
Belə adamlann əbədi var olacaqlarının gerçək olmadığını
kim söyləyə bilər? Uğurlu xəbərləri əbədi elan etmək üçün dağ
kimi yüksək bir abidə ucaldılmışdır.
Böyük Thanq, Khay-yüanın iyirminci ili, dövrü təqvimə
görə, Jcn-Şen; Sinçsu; yeni aym yeddinci günü, dövrü təqvimə
görə Tİnq-vcy; (abidənin) ucaldıldığı tarix bu idi.
BİLGƏ XAQAN
Türk xalqlarının qüdrətli və şöhrətli hökmdarlarından biri
də Bilgə xaqandır. Bilgə sözü qədim türk dilində müdrik
deməkdir. Bilgə xaqanın çincə adı Mogilyandır. Mo sözü Çin
dilində bəg deməkdir; gilyan hissəsinin nə demək olduğu bəlli
deyil,
Bilgə xaqan İltəris xaqanın böyük oğludur. O, 683-cü ildə
anadan olmuşdur. İltəris xaqan vəfat etdikdə Bilgə xaqanın
səkkiz yaşı vardı. O yazır ki, «tanrı buyurduğu üçün on dörd
yaşımda tarduş xalqı üzərində şad oturdum». Tarduşların şadı
həm türk xaqanlığının qərb qanadının hakimi, həm də xaqanın
vəliəhdi olurdu. Tezliklə Bilgə kaqan kiçik qardaş Kül tiginlə
birlikdə əmiləri Kapağan xaqanın hərbi səfərlərində iştirak edir,
özlərini cəsur döyüşçü kimi göstərirlər.
698-ci ildə on beş yaşlı Bilgə xaqan əmisinin Çinə hərbi
yürüşündə iştirak edir: «Əmim xaqan ilə şərqə - Yaşıl çay
Şandun düzünə kimi qoşun çəkdik, qərbə Dəmir qapıya (Almatı
301
və Daşkənd şəhərləri arasında Buzqala keçidinə) kimi qoşun
çəkdik. Kögmən dağlarını aşaraq qırğız yerinə kimi qoşun
çəkdik. Cəmi iyirmi beş dəfə qoşun çəkdik, on üç dəfə
döyüşdük. Ellini elsizləşdirdik, xaqanimi xaqansızlaşdırdıq,
dizini çökdürdük, başlını səcdə etdirdik». Bu, Çin səfəri zamanı,
özünün də dediyinə görə, Bilgə xaqanın (o zaman hələ xaqan
deyildi) on dörd yaşı vardı. Sonrakı hərbi yürüş zamanı Bilgə
xaqan yaşım göstərmir. Lakin tarixdən bilirik ki, ikinci hərbi
yürüşdə onun on yeddi yaşı vardı. 701-ci ildə Bilgə xaqan on altı
yaşlı qardaşı Kül tiginlə qərbə - türgişlərin üzərinə hücum edir.
Bilgə xaqan yazır: «Türkiş xalqı türküm, xalqım idi. Qanmadığı
üçün, bizə qarşı yanıldığı, xəyanət etdiyi üçün xaqanı öldü,
əyanları, bəyləri öldü. On ox xalqı əziyyət gördü». Türgişləri
məğlub etdikdən sonra Bilgə xaqan və Kül tigin bayırku
qəbilələri, sonra bir-birinin ardınca bütün Çü qəbilələrini Türk
xaqanlığına tabe edirlər.
709-cu ildə türk ordusu Bilgə xaqanın sərkərdəliyi ilə
şimala - Sayan dağlarına səfər edir. Türklər sürətlə Yenisey
çayını keçir və Örpən adlanan yerdə çik qəbilələri ilə döyüşür,
qısa müddətdə onları məğlub edir. Çiklərin ardınca az xalqı da
türklərə məğlub olur. Çik və azlarm ardınca türk ordusu
qırğızlara hücum edir. Qaynaqların yazdığına görə, bu hərbi
səfərdə orduya vəzir Tonyukuk
komandanlıq edirdi, Bilgə
xaqan və Kül tigin isə ona kömək edirdilər. Bu səfər haqqında
Bilgə xaqan çox qısa yazır: «Kögmən yeri, suyu sahibsiz
qalmasm deyə, azsaylı qırğız xalqını təşkil edib, onun
quruluşunu yaradıb geri qayıtdıq». Amma bü döyüş türk
ordusunun ən ağır, eyni zamanda ən şanlı döyüşlərindən biri
olmuşdur.
Məsələ burasındadır ki, türk dövlətinin qüdrətlənməsin
dən qorxuya düşən Çin imperiyası türkiş və qırğız xaqanlıqları
ilə ittifaq bağlayıb türklərin üzərinə hücuma hazırlaşır. Hərb
elmində belə bir qayda var: ən yaxşı müdafiə hücumdur. Bu
qaydam hələ səkkizinci yüzilliyin əvvəlində vəzir Tonyukuk
yaxşı bilirdi. Buna görə də o, Kapağan xaqana məsləhət görür
ki, düşmənlər birləşməmiş onlara tək-tək hücum etsin. Xaqan
şimal səfərinə ekspedisiya korpusu hazırlayır. Tonyukuk orduya
302
komandan, Bilgə xaqan və Kül tigin isə ona köməkçi təyin
edilir. Qış olduğu üçün Sayan dağlarını aşmaq çətin idi: bütün
keçid və aşırımları qar basmışdı, gediş-gəliş mümkün olan
yeganə keçidi - Kögmən aşırımını isə qırğızlar ciddi
qoruyurdular. Əslində bu, hərbi səfərdən çox hərbi avantürəyə
bənzəyirdi. Qırğızlara qarşı hərbi yürüşü müdrik Tonyukuk
ətraflı təsvir edir (əlbəttə, öz xidmətlərini daha qabarıq gös
tərir): «Qoşunu yürütdüm. - Atlanın, - dedim. Ağ Tərməl çayını
keçərək düşərgə saldım. Qoşunu atlara mindirərək qarı sökdüm.
Yuxan, atlan yedəkdə tutaraq piyada, ağacdan tuta-tuta qoşunu
qaldırdım. Öndəki döyüşçülər qarı tapdalayıb yol açdı, kolluq
olan təpəni aşdıq, yumalanıb endik. On gecə yandakı qar
uçqunlarını dolanıb getdik. Bələdçi yolu səhv saldığı üçün
öldürüldü... - Anı çayı boyu gedək, - dedim. O çay boyu getdik.
Qoşunu saymaq üçün atlardan düşürdük. Atlan ağaclara
bağladıq. Gccə də, gündüz də getdik. Qırğızları yuxuda ikən
basdıq... süngü ilə açdıq. Xanın qoşunu toplandı. Döyüşdük.
Sancdıq. Xanını öldürdük. Qırğız xalqı xaqana tabe oldu, səcdə
etdi. Qayıtdıq».
Bilgə xaqanın tərcümeyi-halını izləsək, görərik ki, onun
həyalı başdan-başa hərbi yürüşlərdə keçmişdir.
698-ci il. « ... on dörd yaşımda tarduş xalqı üzərində şad
oturdum. Əmim xaqanla birlikdə şərqə - Yaşıl çay Şandun
düzünə qədər qoşun çəkdik, qərbə - Dəmir qapıya kimi qoşun
çəkdik. Kögmən dağlarını aşaraq qırğıız yerinə kimi qoşun
çəkdik. Cəmi iyirmi beş dəfə qoşun çəkdik, on üç dəfə
döyüşdük. «Türgiş xalqı türküm, xalqım idi. Qanmadığı üçün,
bizə qarşı yanıldığı, xəyanət etdiyi üçün xaqanı öldü, əyanları,
bəyləri də öldü. On ox xalqı əziyyət gördü». «Bars bəy idi,
xaqan adını o vaxt biz verdik, kiçik bacımızı ona xanım verdik.
Özü xəyanət etdi, xaqanı öldü, xalqı kəniz, qul oldu». «Kögmən
yeri, suyu sahibsiz qalamsın deyə, azsaylı qırğız xalqını təşkil
edib, onun quruluşun yaradıb geri qayıtdıq».
700-cü il. «On yeddi yaşımda tanqutlara qarşı qoşun
çəkdim. Tanqut xalqını pozdum, qız-gəlinini, ilxısını, var-
dövlətini ondan aldım».
303
701-ci il. «On səkkiz yaşımda altı bağlı soğdaklara qarşı
qoşun çəkdim, xalqı onda pozdum. Çin sərkərdəsi Onq tutuk əlli
minlik qoşunla gəldi. Müqəddəs başda döyüşdüm. O qoşunu
orada məhv etdim».
703-cü il. «İyirmi yaşımda basmıllar ıdıkut qəbiləm
mənim xalqım idi. Karvanlar göndərməz deyə qoşun çəkdim ,...
tabe etdim».
705-ci il. «İyirmi iki yaşımda Çinə qarşı qoşun çəkdim.
Çaça sənünün səksən minlik qoşunu ilə döyüşdüm. Qoşununu
orada öldürdüm».
709-
cu il. «İyirmi altı yaşımda çik xalqı qırğızlarla birlikdə
düşmən oldu. Kem çayını keçərək çiklərə qarşı qoşun çəkdim.
Örpəndə döyüşdüm. Qoşununu qırdım.Az xalqını öldürdüm,
aldım, tabe etdim».
710-
cu il. «İyirmi yeddi yaşımda qırğızlara qarşı qoşun
çəkdim. Süngü batımı qədər qalınlığı olan qan söküb, KÖgmən
ormanım üzüyuxarı yürüyüb qırğız xalqını yuxuda basdım.
Xaqanı ilə Sona ormanında döyüşdüm. Xaqanını öldürdüm, elini
onda aldım».
710-cu il. «Həmin il tiirkişlərə qarşı Altun ormanını
aşaraq, İrtış çayım keçərək yürüdüm. Türkiş xalqını yuxuda
basdım. Türgiş xaqanının qoşunu od kimi, sel kimi gəldi.
Bolçuda döyüşdüm. Xaqanını, yabğusunu, şadını orada
öldürdüm, elini onda aldım».
713-
cü il. «Otuz yaşımda Beşbahka qarşı qoşun çəkdim.
Altı yol döyüşdüm... Qoşununu bütünlüklə öldürdüm. Bcşbalıkın
içində nə qədər adam vardısa,... şəhərə hücum etmədiyim üçün
şəhərdəki adamlar mənə tabe olmağa gəldi, Beşbalık onun üçün
xilas oldu».
714-
cü il. «Otuz bir yaşımda karluk xalqı qayğısız, azad vo
sərbəst olduğu halda düşmən oldu. Tamağ lduk başda
döyüşdüm. Karluk xalqını öldürdüm, orada aldım, ... basmıl,
karluk ... xalq ... karluk xalqı toplanıb gəldi, qoşununu sancdım,
öldürdüm... doqquz oğuz xalqı mənim xalqım idi. Göylər, yerlər
qarışdığı üçün, həsəd hissi güc gəldiyi üçün düşmən oldu. Bir
ildə dörd yol döyüşdüm. Toğla çayını üzərək keçib qoşununu
öldürdüm. İkinci dəfə Antarğuda döyüşdüm. Qoşununu
304
süngüdən keçirdim, elini aldım. Üçüncü dəfə Çuğay başında
döyüşdüm. Türk xalqı ayağmı zəiflətdi; xəyanət edəsi idi. Bizi
mühasirə etməyə, dağıtmağa gələn qoşunu qovdum. Çoxlu öləsi
adam onda dirildi. Onda Tonra Yılpağıtın bir qəbiləsini Tona
tiginin dəfnində mühasirə edib qırdım. Dördüncü dəfə Əzgənti
Kadazda döyüşdüm. Qoşununu orada süngüdən keçirdim,
zəiflətdim ... var-dövlətini əlindən aldım».
Qeyd etmək lazımdır ki, qaynaqlar doqquz oğuzların Türk
xaqanlığına qarşı qaldırdığı qiyamı 716-cı ilə aid edir, həm də
üsyanı yatırmağa gedən orduya şəxsən Kapağan xaqanın
rəhbərlik etdiyini, Bilgə xaqanın isə orduda sərkərdələrdən biri
kimi iştirak etdiyini göstərir Kül tigin bu hərbi səfərdə iştirak
etməmiş, ordanı qorumaq i çün qalmış və karlukların ordaya
hücumunu dəf edərkən böyük qəhrəmanlıq göstərmişdir.
Doqquz oğuzlara qarşı hərbi əməliyyat zamanı Bilgə xaqanın
otuz bir yox, otuz üç yaşı vardı.
716-
cı il. «Oğuz xalqı doqquz tatar ilə birləşib gəldi.
Ağuda iki ulu döyüş döyüşdük. Qoşununu pozdum, elini onda
aldım. Eləcə qazanıb... tanrı yar olduğu üçün, özüm otuz yaşında
... (bundan sonra yazı pozulmuşdur, görünür, Bilgə xaqan taxta
oturduğunu yazmışdı). ... Doqquz oğuz xalqı yerini, suyunu
(vətənini) buraxıb Çinə getdi... geri öz ölkəsinə qayıdıb gəldi».
717-
ci il. «Otuz dörd yaşımda oğuzlar qaçıb Çinə girdi.
Təəssüflənib onların üstünə qoşun çəkdim... oğlunu, qız-gəlinini
orada əsir aldım».
718-
ci il. «... tatabı xalqı Çin xaqanına tabe oldu. Elçisi,
yaxşı sözü, xəbəri gəlməz deyə, yayda qoşıın çəkdim. Xalqını
pozdum, ilxısını aldım». «Cənuba - karluk xalqına qarşı qoşun
çək», - deyib Tulun Yamtan göndərdim. «... karvanı gəlmədi.
Onu cəzalandırım deyə qoşun çəkdim. Qorxaraq iki-üç adamla
qaçıb getdi».
720-
ci il. «Çin atlı qoşununudan on yeddi min əsgər birinci
gün öldürdüm. Piyada qoşununu ikinci gün bütünlüklə
öldürdüm. (...) yol qoşun çəkdim».
721-
ci il. «Otuz səkkiz yaşımda qışda Kıtaya qarşı qoşun
çəkdim».
305
722-
ci il. «... otuz doqquz yaşımda yazda tatäbılara qarşı
qoşun çəkdim. ... öldürdüm. Oğlunu, qız-gəlinini, ilxısını, var-
dövlətini aldım».
723-
724-cü illər. «... qırx yuşımda Mağı Kurqanda
qışladıqda yut (heyvan xəstəliyincıən mal-qaranın kütləvi
tələfatı - Ə.R.) oldu. Yazda oğuzlara qarşı qoşun çəkdim. İlk
qoşun hissələri səfərə çıxmışdı, ikinci qoşun hissələri evdə idi.
Üç oğuz qoşunu basa-basa gəldi. - Piyadalar zəif oldu, - deyib
bizi tutmağa gəldi. Yarı qoşunu evi, s ar ayı dağıtmağa getdi. Yarı
qoşunu döyüşməyə gəldi. Biz azdıq, pis təchiz edilmişdik. Oğuz
düşmən ... tanrı güc verdiyi üçün orada sancdım, dağıtdım».
733-cü il. «Əlli yaşımda tatabı xalqı Kıtayda ... Tüngər
dağında ... Kuğ sənün başda olmaqla qırx min qoşun gəldi.
Türgər dağında hücum edib qırdım. Otuz min qoşununu
öldürdüm, on min...»
Bunlar Bilgə xaqanın hərbi səfərləri və igidlikləri
haqqında onun özünün dediklərinin az bir hissəsidir. Ancaq
bununla belə təkcə bunlar kifayətd r ki, Bilgə xaqanın cəsur bir
döyüşçü, igid ərən olduğu haqda təsəvvür yaransın.
Bilgə xaqan qüdrətli sərkərde, cəsur döyüşçü olduğu kimi,
görkəmli dövlət xadimi, ədalətli xaqan olmuşdur.
Bilgə xaqan türk taxt-tacının qanuni varisi olsa da,
xaqanlıq taxtına təsadüfi oturmuşdur.
Türk törüsünə (qanununa) görə, xaqan vəfat etdikdə onun
kiçik qardaşı, ... bütün qardaşlar vəfat etdikdən sonra böyük
qardaşın böyük oğlu taxta çıxır. İltəris xaqan vəfat etdikdə türk
törüsünə görə PCapağan xaqan taxta çıxmalı idi. Kapağan
xaqandan sonra isə türk taxtına İltəris xaqanın böyük oğlu Bilgə
xaqan çıxmalı idi. Yenə də türk törüsünə görə, gələcək xaqan
tarduşlarm şadı olmalı idi. Bilgə xaqan tarduşlarm şadı idi. Bu
haqda Bilgə xaqan özü belə deyir: «Əmim xaqan oturduqda
özüm şahzadə ... on dörd yaşımda tarduş xalqı üzərində şad
oturdum».
Bilgə xaqanın on dörd yaşı 697-ci ilə təsadüf edir. Lakin
Kapağan xaqan türk törüsünü pozaraq 699-cu ildə böyük oğlu
Bögünü kiçik xaqan, tarduşlarm şadı və özünün vəliəhdi təyin
edir. Bilgə xaqanın tarduşlarm şadı vəzifəsindən azad edilməsi
306
haqqında heo yerdə söb bət getməs? də bu əslində Bilgə xaqanın
həm şad titulundan, nəm də vəliəhd hüququndan məhrum
edilməsi de nək idi. Kapağan xaqanın hakimiyyətinin son
illərində artıq şöhrətli hərbi sərkərdə olan Bilgə xaqan və Kül
tigin dövlət i dərindən tamamilə kənar edilmişdi.
716-cı ildə Kapağan xaqanın həlak olması xəbəri ordaya
çatan kimi К ıpağan x aqanın yaxın adamlarının köməyi ilə Bögü
özünü xaqan «dan cd»ı. Türk törüsfinön bu cür açıq şəkildə kobud
surətdə pozulmasından dərhal sonra bütün türk ordusunun
sevimlisi, çoxlu hərbi yürüş və döyüşlərin qəhrəmanı, bütün
nüfuzlu türk tayfalarının müdafiə və kömək etdiyi Kül tigin
qərargaha həcum edib Bögü xaqanı və Kapağan xaqanın digər
uşaqlarım, Kapağan xaqanın ordada olan bütün qohumlarım,
müşavirlərini və yax m adamlarını öldürür, böyük qardaşı Bilgə
xaqanı ulu xaqan elan edir. Kapağan xaqanın yaxın
adamlarından bi 'i - Bilgə xaqanın qayınatası, Kapağan xaqanın
baş vəziri Tonyukuk cəzadan qurtulur, lakin sürgün edilir.
Kül
tigir. in
hərəkətləri
Kapağan
xaqana
qarşı
düşmənçiliyin nətic?«si deyildi. Kül tigin əmisi uşaqlarını və
əmisinin yaxın adamlarını ona görə qırır ki, onlar taxt-taca
vərəsəlik haqqında tCırk törüsünü pozmuşdular.
Bilgə xaqan bilirdi ki, türk taxt-tacına ona nisbətən Kül
tigin daha çox layiqdir. Buna görə də taxtı Kül tiginə təklif edir,
lakin Kül tigin türk törüsünü pozmaq istəməyib taxt-tacdan
imtina edir. Onda Bilgə xaqan qardaşını bütün qoşunların baş
komandanı təyin edir, özü isə yalnız dövlət işləri ilə məşğul
olur. Bu, dünya tırixindo yeganə haldır ki, xaqan (şah, çar,
imperator, prezidcı ıt və s.) öz ordusuna komandanlıq etmir
(indinin özündə hərb sənətindən başı çıxmayan prezidentlərin
orduda ali baş konandan olduğunu nəzərə alsaq, bu faktın
dəyəri göz qabağına ad ır). Təsadüfi deyil ki, 716-cı ildən sonra
Bilgə xaqanı at belində, ordu başında nadir hallarda görürük.
Bilgə xaqan hakimiyyət başına gəldikdən sonra özünü
müdrik hökmdar kirai göstərir. Hələ əmisi Kapağan xaqanın
hakimiyyətinin son iile rində narazı qəbilələr biri-birinin ardınca
qiyamlar qaldırır, xaqa nlıqdan ayrılmağa, ya müstəqil olmağa,
ya da Çin imperiyasıt m himayəsinə keçməyə cəhd göstərir.
Dostları ilə paylaş: |