239
olmuşdur. Deməli, o, 693-cü ildə olmuşdur».1 S.Y.Malov
buraya İlbilgə xatunu da əlavə edərək yazır: «Abidə Mogilyan
xan və şahzadə Külün valideynləri fltərisxaqan və onun arvadı
İlbilgə xatunun şərəfmə Qudulu xanm (Çin mənbələrinə görə)
690-693-cü illər arasında baş vermiş ölümündən sonra təxminən
690-706-cı illər arasında qoyulmuşdur. Ongin abidəsi qədim
abidələrdən biridir».1
2 A.Bemştam da belə hesab edir ki, Ongin
abidəsi İltəris xanm şərəfinə onun kiçik qardaşı Kapağan
(Moçur) xaqan tərəfindən qoyulmuşdur: «Biz güman edirik ki,
Ongin (abidəsi) mətninin müəllifi Qudulu xaqanın kiçik qardaşı
Moçjodur. O, Qudulu xaqan öləndən sonra (692) bu abidəni
onun şərəfinə ucaltmışdır. Biz aşağıdakı mülahizədən bu
nəticəni çıxarırıq. Abidənin ön tərəfinin dördüncü sətrində
(V.V.Radlovun tərcüməsində) bu məzmunda sözlər vardır: Kap-
g-n (?) Ältäräs kayan deinem Volke bin ich deworden. Ältäräs
sözünün xüsusi ad olmadığı haqqında bizim gümanımızı qəbul
etsək, onda V.V.Radlovun mətn və tərcüməni təchiz etdiyi sual
işarəsini atmaq olar. Moçjo deyir ki, o, Ältäräs kayan elində
doğulmuşdur, yəni bu titulun daşıyıcısı olmuşdur. Onda
mətndəki bu sözlər: «iltəris xaqana qarşı biz ayrılmadıq və
günah etmədik», «Tanrı bilgə xaqandan ayrılmayaq» və s.
sözləri Moçjonun ölmüş, onun dəfn etdiyi və qəbri üzərində
abidə qoyduğu Qudulu haqqında dediyi sözlərdir. Moçjo öz
xalqına dərs olmaq üçün xaqana münasibətində öz sədaqətini
gösterir, bundan başqa, biz belə güman edirik ki, Tonyukuk
qarşısında özünə «haqq qazandım». Biz aşağıda görəcəyik ki,
Tonyukuk Moçjonu guya düzgün olmayan fəaliyyətdə
təqsirləndirir. Tonyukuk abidəsinin mətni, güman ki, Qudulunun
ölümündən sonra yazılmışdır. Ongin abidəsi Tonyukuk
abidəsindən sonra, başqa sözlə desək, Qudulunun ölümündən
bir neçə ilə sonra qoyulmuşdur. Tonyukukun ittihamı Moçjoya
məlum idi və məncə, Moçjo öz böyük qardaşmın qəbri önündə
Ongin abidəsində öz düşməni Tonyukuka cavab verir. Beləliklə,
1 Radloff W. Die Alttürkischen İnschriften
der
Mongolei.
St.-Pb.,
1897,
s.247.
2 С.Е.Малов. Памятники древнетюркской письменности Монголии и
Киргизии. М., - Л., 1959, с.7.
240
biz belə güman edirik ki, Ongin abidəsinin müəllifi Moçjodur.
Məmdə göstərilən əjdaha ili, mümkündür ki, V.V.Radlovun
güman etdiyi 692-ci ilə yox, on iki il sonraya, yəni 704-cü ilə
düşür. Qudulu 693-cü ildə ölmüşdür, abidə isə onun ölümündən
sonra qoyulmuşdur, yəni 692-ci il tarixi ilə heç cür tarixləndirilə
bilməz».1
L.N.Qumilev göstərir ki, bu abidə 719-cu ildə (qoyun
ilində) ölmüş Alp Eletmişin şərəfinə qoyulmuşdur. L.N.Qumilev
tarixçi olsa da, tarixi hadisələri qarışdırır. Məsələn, o yazır ki,
Ongin abidəsinin məmi 716-cı ildə Bilgə xaqan hələ taxta
çıxmazdan qabaq hazırlanmış və yalnız 728-ci ildə o, xaqan
taxtına oturduqdan sonra qayaya həkk olunmuşdur. Müəllifin
fikrincə, abidədə Bilgə xaqan taxta çıxmazdan əvvəlki hadisələr
təsvir edilir, ancaq sonda Alp Eletmiş oğullarına və nəvələrinə
Bilgə xaqana sadiq olmağı vəsiyyət edir.2 Görünür, Alp Eletmiş
peyğəmbər uzaqgörənliyinə malik imiş: ölməzdən əvvəl
Kapağan
xaqanın
dövründə
(abidədə
«kapağan» sözü
işlənmişdir) mətn tərtib etmiş, qabaqcadan gələcəkdə Bilgə
xaqanın taxta çıxacağını fəhm etmiş (abidədə «bilgə» sözü də
vardır) və gələcək nəsillərinə hələ taxta oturmayan Bilgə
xaqana sadiq qalmalarım vəsiyyət etmişdi.
Bütün bunlar Ongin abidəsinin mətnini düzgün başa
düşməməkdən irəli gəilr.
H.N.Orkun yazır ki, Ongin abidəsi Taçam adlı bir türk
bəyinə aiddir və abidədə İltəris və Kapağan xaqanların da adları
çəkilir.3 Eyni fikri (görünür, H.N.Orkunun təsiri altında)
A.Məhərrəmov da irəli sürür: «Bu abidə Taçam adlı bir türk
bəyinin şərəifnə qoyulmuşdur».4 Qeyd etmək lazımdır ki,
«taçam» sözünü alman türkoloqu Anna fon Qaben «ataçım» kimi
oxuyur. Məqalələrimizin birində biz göytrük Orxon-Yenisey
əlifbası ilə yazılmış həmin ifadəni atam, eçim, yəni «atam və
1 А.Бернштам. Социально-экономический строй орхоно-енисейских
тюрок V1-VIII веков. М.,-Л., 1946, с.39-40.
2 Вах: Л.Н.Гумилев. Древние тюрки. М., 1967, с.332.
3 H.N.Orkun. Əski türk yazıtları. Ankara. 1987, s. 127.
4 A.Məhərrəmov. Qədim türk runik yazılı abidələr. Bakı, 1967, s.6
241
böyük qardaşım» kimi oxumağı təklif edirik (bu haqda sonra
söhbət gedəcək).
Ongin abidəsi, onun kimə və nə vaxt qoyulması haqqında
məşhur ingilis türkoloqu Cerard Klausonun xüsusi məqaləsi
vardır. Ongin abidəsinin kimin şərəfinə və nə vaxt qoyulması
haqqında C.Klausonun fikirlərinin təhlilinə keçməzdən əvvəl
bir məsələni qeyd edək. V.V.Radlov,
HLN.Orkun və
S.Y.Malovun nəşrlərindən Ongin abidəsinin sağ tərəfinin
dördüncü sətrində mərhumun lüi «əjdaha» ilində, C.Klausonun
nəşrində isə koy «qoyun» ilində vəfat etdiyi göstərilir. Əlimizdə
estampaj, yaxud foto-şəkil olmadığından hansı variantın düzgün
olduğunu deyə bilmərik. Buna görə də biz abidənin qoyulduğu
vaxtı müəyyənləşdirdikdə hər iki ili nəzərə alacağıq.
Digər tədqiqatçılara nisbətən C.Klauson həqiqətə daha
yaxındır. Lakin o, abidədə işlənmiş
k a p a ğ a n
və bilgə sözlərini
xüsusi isim kimi - insan adı kimi qəbul edir və Alp Eletmişi üç
xaqanın - İltəris, Kapağan yə Bilgə xaqanların sərkərdələrindən
biri hesab edir. O, abidənin ön tərəfinin dördüncü sətrindəki
Kapağan Elteris kağan elinə kılıntım cümləsini 1 grew up for
(i.e.as a subjest of) the realm of Kapğan and Elteris,1 yəni «Mən
Kapağan və Elteris xaqanın dövləti üçün tərbiyə edildim» və
sağ tərəfinin üçüncü sətrindəki Kalyurıp Eltəris kağanka
adırılmaduk, yaıjılmaduk, teıjri bilgə kağanka adınlmabm,
azmalım cümləsini Jast as Jather marched and would not be
parted from, or betray Elteris Kağan, so let us not be parted the
Bilge Kagan or go astray1
2, yəni «Eynilə atam Eltəris xaqanla
yürüşə çıxdığı, ondan ayrılmadığı və ona xəyanət etmədiyi kimi,
biz də müqəddəs Bilgə xaqandan ayrılmayaq və ona sadiq olaq»
şəklində tərcümə edir. Bu tərcümədən çıxış edərək, C.Klauson
Eltəris, Kapağan və Bilgə sözlərini insan adı kimi qəbul edir:
Eltəris, onun kiçik qardaşı Kapağan və Eltərisin böyük oğlu
Bilgə isə bir-birinin ardınca İkinci Türk xaqanlığının taxtmda
oturmuşlar. Buradan da C.Klauson belə bir nəticəyə gəlir ki,
1 Gerard Clauson. The Ongin inscription Journal of the Royal Asiatic Society,
October. 1957, s.188.
2 Yenə orada, s. 189.
242
Ongin abidəsi İltəris xaqan, Kapağan xaqan və Bilgə xaqanın
sərkərdələrindən biri olan Alp Eletmişin şərəfmə qoyulmuşdur.
C.Klauson güman edir ki, Alp Eletmiş 731-ci ildə vəfat
etmişdir. Deməli, Ongin abidəsi 731-ci ildən sonrakı qoyun
ilində qoyula bilərdi. Onun fikrincə, Ongin abidəsi 731-ci illə
734-cü ilin sonu arasında tərtib edilmişdir.1
Hələ vaxtilə V.V.Radlov «kapağan» sözünün xüsusi insan
adı olduğuna şübhə edirdi və tərcüməsində ondan sonra sual
işarəsi qoymuşdu. Tədqiqat göstərir ki, nəinki «kapağan», hətta
«bilgə» sözü də xüsusi insan adı deyildir.
V.V.Radlov və S.Y.Malov öz fərziyələrini heç bir tarixi
fakt və ya dil materialı ilə izah etmirlər. Məlum olmur ki, onlar
Ongin abidəsinin nə üçün İltəris xaqan və onun arvadı İlbilgə
xatunun şərəfinə qoyulduğunu söyləyirlər. Düzdür, abidədə
İltəris xaqanın adı çəkilir, İlbilgə xatunun adına isə hətta heç
rast gəlmirik.
Məlum faktdır ki, türklər abidədə başdaşının həsr edildiyi
adamın şücaətləri, hərbi yürüşləri, döyüşləri, Öldürdüyü
görkəmli adamlar, qələbələri haqqında məlumat verirlər. Ongin
abidəsində İltəris xaqanın hərbi yürüş və şücaətləri haqqmda
bircə söz belə yoxdur.
Ongin abidəsinin kimin şərəfinə və nə zaman qoyulduğu
məsələsini araşdırrnazdan əvvəl bütün tədqiqatçıları çaşdırmış
«kapağan» sözünü aydınlaşdıraq. Təxminən 40 il əvvəl biz
məqalələrimizin birində2 «kapağan» sözünə toxunmuşuq. Bu
sözü bəzən «kapğan» /V.V. Radlov/, «kapkan» /C.Klauson/
kimi də oxuyurlar; C.Klauson onu hətta «şahənşah» sözü ilə
müqayisə edib «xanlar xanı» kimi tərcümə edir. Bu söz abidədə
lf( 'f/f şəklində yazılır və «kapağan» fonetik tərkibindən
başqa heç cür transkripsiya edilə bilməz. Söz iki tərkib hissədən
ibarətdir: кар - feldir, qədim türk qəbilələrinin, o cümlədən
göytürk Orxon-Yenisey abidələrinin dilində də, müasir türk
1 Gerard Clauson. The Ongin inscription Journal o f the Royal Asiatic Society,
October. 1957, s. 191-192.
2 Bax: А.Раджабов. Об онгинском памятнике и о слове «kapağan» -
«Ученые записки» А ГУ им. С.М.Кирова, Баку, 1966, №5, s. 79-85.
243
dillərində də «qapmaq» mənasında işlənmişdir və - ağan /incə
variantı - əyən / - şəkilçidir, fellərə artırılaraq onlardan daimi
xasiyyət bildirən sifət əmələ gətirir. «Kapağan» sözü «xasiyəti
qapmaq olan» deməkdir. Göytürk Orxon-Yenisey abidələrindən
əsasən Tonyukuk və Ongin abidələrində işlənir. Azərbaycan
dilinə «fateh» sözü ilə tərcümə etmək olar: xasiyyəti özgə
torpaqlarını qapmaq, fəth etmək olan. Iltəris xaqanın kiçik
qardaşı Moçur taxta oturduqdan sonra xeyli ölkəni fəth edib
xaqanlığın sərhədlərini xeyli genişləndirmişdi və buna görə də
Kapağan xaqan, Fateh xaqan adını almışdı. Xatırladaq ki, Şah
İsmayıl Xətainin də ikinci adı Şah İsmayıl Fateh olmuşdur.
«Kapağan» sözü başqa hallarda xaqanın adına epitet kimi /Şah
İsmayılda olduğu kimi/ əlavə edilmişdir. Buna görə də Ongin
abidəsindəki «kapağan Eltəris kağan» ifadəsi «Kapağan və
Eltəris xaqan» kimi yox. «Fateh Eltəris xaqan» kimi tərcümə
edilməlidir. Biz iki səbəbdən bu qənaətə gəlirik: 1. Qədim türk
/göytürk/ Orxon-Yenisey yazısı abidələrində xaqanın adından
sonra «xaqan» sözü heç vaxt ixtisar edilmir, belə ixtisar qəbahət
sayılır; bax: Kül tigin abidəsi şərq tərəfinin birinci sətri: ....
eçümüz apamız Burnın kağan, İstəmi kağan... 2. Kapağan xaqan
Iltəris xaqanın kiçik qardaşı olduğu, hələ üstəlik türk taxtına
ondan sonra oturduğu üçün onun adı heç cür böyük qardaş olan
və ondan əvvəl taxta oturan Iltəris xaqandan əvvəl yazıla,
çəkilə, zikr edilə bilməzdi. Buna nəinki ədəb qaydaları, hətta
türk törüsü /qanunu/ icazə vermirdi.
İki kəlmə də «bilgə» sözü haqqında. C.Klauson onu İltəris
xaqanın böyük oğlu Bilgə xaqanın adı kimi qəbul edir. «Bilgə»
sözü «bil» sözündən əmələ gəlmişdir: göytürk Orxon-Yenisey
abidələri mətnlərində də, qədim türk qəbilələrinin dillərində də,
müasir türk xalqlarının dillərində də eyni mənada - «bilmək»
mənasmda işlənmişdir, -gə morfemi sifətdüzəldən şəkilçidir.
«Bilgə» sözü «biliyi olan», «bilik sahibi», «bilikli», «bilici»
deməkdir. Biz onu Azərbaycan dilinə «müdrik» sözü vasitəsilə
tərcümə edirik. Ongin abidəsində də bu mənada işlənmişdir.
İndi Ongin abidəsinin kimin şərəfinə, nə vaxt və kim
tərəfindən qoyulduğunu müəyyənləşdirək.
244
Abidənin ön tərəfinin dördüncü sətrində belə bir cümlə
var: Kapağan Eltəris kağan eli
qə
hlıntım. S.Y.Malov bu
cümləni belə tərcümə edir: «Я, Капаган, был воспитан в
преданности государству Эльтерес - кагана - Mən, Kapağan,
Elteres xaqanın dövlətinə sədaqət ruhunda tərbiyələndirildim».
Bu tərcümədən belə çıxır ki, abidə İltəris xaqanın şərəfinə yox,
Kapağanın /xaqan olmayan naməlum bir Kapağanm/ şərəfinə
qoyulmuşdur. Həmin cümləni belə tərcümə etmək lazımdır:
Fateh Eltəris xaqan elinə1 verildim /«kılmtım» felini biz
«verildim» kimi tərcümə etməyi lazım bildik/. Deməli, abidə
İltəris xaqanın yox, onun elinə sədaqətli olan bir şəxsin şərəfinə
qoyulmuşdur. Sağ tərəfin üçüncü sətrində oxuyuruq: Təgip
inimə, oğlıma anca ötlədim: Kalyurıp Eltəris kağanka
adınlmaduk, yaqılmaduk. Bu cümləni belə tərcümə etmək olar:
«/Düşmənə/ hücum edib kiçik qardaşıma, oğluma elə nəsihət
verdim: qəzəblənib Eltəris xaqandan ayrılmadıq, /ona qarşı/
yanılmadıq». Deməli, şərəfinə abidə qoyulan adam öz
qohumlarına vəsiyyət edir ki, onlar həmişə Eltəris xaqana sadiq
qalsınlar. Bunu sonrakı cümlə də sübut edir: «Tcrjri bilgə
kağanta adırılmalım, azmalım tiyin anca ötlədim - Tanrı
/müqəddəs/ müdrik xaqandan ayrılmayaq, /ona qarşı/ səhv
etməyərək, - deyə eləcə nəsihət etdim». Əvvələn, bu cümlədə
«bilgə» sözü xaqanın adı deyil, «tenri» sözü kimi o da xaqanın
epitetidir. İkincisi, cümlədən məlum olur ki, şərəfinə abidə
qoyulan adam xaqan deyil, onun sərkərdələrindən biridir.
Çoxları, o cümlədən A.Bemştam, belə iddia edir ki, həmin
adam Tonyukukla polemikaya girmiş və böyük qardaşının qəbri
önündə özünə haqq qazandıran Kapağan xaqandır.
Kapağan xaqan qardaşı İltəris xaqana iki səbəbdən belə
abidə qoya bilməzdi.
Birincisi, İltəris xaqan idi, Tonyukuk vəzir də olsa, hər
halda onun əyanlarından biridir. Digər tərəfdən, Kapağan da
1 «El» sözü haqqında bax: А.Раджабов. О переводе слова äC в древнепорк-
ских рунических памяниках. - Ученые записки Азербайджанского госу
дарственного педагогического института им. В.ИЛенина, XI серия,
1967, №3.
245
xaqan idi. Tonyukuk abidəsi Ongin abidəsindən müqayisəyə
gəlməz dərəcədə üstündür. Heç cür ola bilməz ki, hakimiyyət
başında olan bir xaqan ondan əvvəl hakimiyyət sürmüş böyük
qardaşı xaqana vəzirin qoyduğu abidə ilə müqayisədə cılız
görünən bir abidə qoysun. Şahlar, xüsusən şərq şahları heç dözə
bilməzlər ki, başqaları onları kölgədə qoysun (Nizami
Gəncəvinin «Yeddi gözəl» poemasında Simnarın taleyini
xatırlamaq kifayətdir).
İkincisi, Kapağan xaqan böyük qardaşına abidə qoymaq və
Tonyukukla mübahisə etmək qərarına gəlmişdisə, onda
Tonyukuka layiqli cavab verməli idi. Halbuki Ongin abidəsinin
mətnində belə bir cavab yoxdur. Bu abidədə nəinki qüdrətli
Tonyukuka, hətta adi köçəri maldara layiqli cavab yoxdur.
Mübahisəyə girmək və heç nə deməmək - bu, ən azı qəribədir,
xaqan üçün isə təhqirdir.
Bir məsələni də qeyd etmək lazımdır. Az qala, bütün
tədqiqatçılar
Tonyukuku
Kapağan
xaqanın düşməni
adlandırırlar. Tarixdən bizə məlumdur ki, Tonyukuk Kapağan
xaqanın baş vəziri olmuşdur. Buradan haqlı bir sual doğur:
Hansı xaqan öz qatı düşmənini özünə baş vəzir qoyar? Digər
tərəfdən, mənə səhih məlumdur ki, Kapağan xaqan və müdrik
Tonyukuk arasında heç bir düşmənlik olmamışdır.
Bundan başqa, Ongin abidəsində Tonyukuk abidəsində
olmayan Eletmiş Yabğu, İşbara, Yoğa adlarına da rast gəlirik.
Tonyukukla mübahisədə bu adlar heç nə demir, ümumiyyətlə,
Ongin abidəsində bu adlar müəyyən bir məqsədə xidmət etmir.
Bəs nə üçün Kapağan xaqan Tonyukukla mübahisədə bu adlara
müraciət edir?
Abidənin ön tərəfinin beşinci sətrində oxuyuruq: «Bu
Tabğaçda yıraya bəg oğuz ara yeti ərən yağı bolmıs. KaQim
bağa teqrikən tiyin anta yorımıs, isig, küçin bermis»; tərcüməsi:
«Bu Tabğaçdan /Çindən/ şimala bəy oğuzlar arasında yeddi ən
igid /ərən/ yağı olmuş. Atam bağa tanrısifət deyə onda yürümüş,
işini, gücünü vermiş». Abidənin ön tərəfinin altıncı sətrində bu
fikir davam etdirilir: «Teqrikənkə isig birtig tiyin yarlıkamıs, sad
atığ anta birmis»; tərcüməsi: «Tanrısıfətə işini verdin /xidmət
etdin/ deyə ferman vermiş, şad adını onda vermiş». Buradan
246
belə çıxır ki, abidə qoyanın atası /kaqım bağa/, yəni şərəfmə
abidə qoyulan adam xaqana xidmət etmiş, onun əmri ilə
düşmənlərə qarşı vuruşmuş və bu xidmətlərini nəzərə alaraq
xaqan ona /şərəfinə abidə qoyulan adama/ şad adı vermişdir.
Abidənin ön tərəfinin səkkizinci sətrində məsələ daha da
aydınlaşır: «Kaqım şad anca ötünmis: teqrikən almazun»;
tərcüməsi: «Atam şad eləcə öyüd vermiş: tanrısifət almasın».
Deməli, abidəni qoyan şəxsin atası şad rütbəsi daşımışdır.
Məlum faktdır ki, İltəris xaqan və Kapağan xaqanın atası şad
rütbəsi daşımamışdır. İltəris xaqan hələ Kutluğ xan olarkən Çin
hakimiyyətinə qarşı üsyan qaldırmış, Birinci Türk xaqanlığı
süqut edəndən əlli il sonra İkinci Türk xaqanlığının əsasını
qoymuşdur.
Daha bir fakt abidənin Kapağan xaqan tərəfindən
qoyulmadığını göstərir. Yuxarıda abidənin sağ tərəfinin üçüncü
sətrindən gətirdiyimiz nümunədə «...inimə, oğlıma... ötlədim»
/... kiçik qardaşıma, oğluma... nəsihət verdim/ ifadəsi vardır.
Çin qaynaqlarının yazdığına görə, İltəris xaqanın /deməli,
Kapağan xaqanın da/ Dusifu adlı kiçik qardaşı olmuşdur. Lakin
Kapağan xaqanın hakimiyyəti illərində onun adı nədənsə heç
yerdə çəkilmir. Türk törüsünə görə, Kapağan xaqan taxta
oturduqdan sonra Dusifu tarduşların şadı olmalı idi. Tarixdən
məlumdur ki, Kapağan xaqan taxtda oturduqda tarduşların şadı
İltəris xaqanın böyük oğlu Bilgə xaqan olmuşdur. Deməli,
haqqında söhbət gedən zamanda Kapağan xaqanın kiçik qardaşı
olmamışdır; olmayan kiçik qardaşa nəsihət vermək olmaz.
Beləliklə, Ongin abidəsinin Kapağan xaqan tərəfindən
qoyulmadığı məlum olur.
Ongin abidəsinin qoyan şəxs abidənin ön tərəfinin
dördüncü sətrində özü haqqında geniş məlumat verir: «Kapağan
Eltəris kağan elirjə kılıntım. Eletmis Yabğu oğlı işbara Tamğan,
Çor Yoğa inisi bilgə işbara Tamğan Tarkan yumğalığ bes yetmiş
cçim, atım»; tərcüməsi: «fateh Eltəris xaqan elinə verildim.
Eletmiş Yabğunun oğlu İşbara Tamğan, Çor Yoğanın kiçik
qardaşı müdrik işbara Tamğan Tarkan bir yerə yığılmış altmış
beş böyük və kiçik qohumlarım...» Bundan aydm və geniş
məlumat nəyə lazımdır? Ongin abidəsini qoyan: 1. Fateh İltəris
247
xaqanın sərkərdələrindən bindir. O nə Kapağan xaqanı, nə də
Bilgə xaqanı tanıyır. Hər iki xaqan tarixin sonrakı səhifələrinin
məhsuludur. 2. Eletmiş /yəni: dövlət yaratmış/ Yabğunun /şad
və yabğu türk dövlətində xaqandan sonra ən böyük
şəxsiyyətlərdir/ oğludur; onun adı Işbara Tamğandır. 3. O, Çor
/Türk
xaqanlığında
çor
ən
böyük
hərbi
rütbədir,
müasirləşdirsək, marşala bərabərdir/ Yoğanın kiçik qardaşıdır;
onun adı Işbara Tamğan Tarkandır. Işbara Tamğan və Işbara
Tamğan Tarkan eyni bir şəxsdir. O, atası haqqında məlumat
verərkən təvazökarlıq edib özünü sadəcə Işbara Tamğan
adlandırır, böyük qardaşı haqqında məlumat verərkən isə
özünün həm də müdrik olduğunu, habelə Tarkan rütbəsi
daşıdığını da göstərir. Deməli, Ongin abidəsini müdrik Işbara
Tamğan Tarkan qoymuşdur. Bəs o, atasının və böyük qardtşmın
adlarını abidəyə nə üçün salmışdır? Bu suala abidənin sağ
tərəfindəki dördüncü sətirdə cavab verilir: «Üzə terçri kan lüi
yılka yetinç ay küçlig alp kağanımda adıralu b ardı qız»;
tərcüməsi: «Üstdə tanrı xan əjdaha ili yeddinci ayda güclü igid
xaqanımdan ayrılaraq getdiniz /vəfat etdiniz/». Cümlənin xəbəri
felin şühudi keçmiş zamanı ikinci şəxsinin cəmində işlənir.
Deməli, vəfat edənlər yaxud həlak olanlar iki və ya daha
çoxdur. Ongin abidəsinin mətnində Işbara Tamğan Tarkan iki
nəfərdən - atası Eletmiş Yabğudan və böyük qardaşı Çor
Yoğadan söhbət açır. Görünür,hələ Eltəris xaqanın sağlığında
hansı bir ağır döyüşdəsə Işbara Tamğan Tarkanın atası Eletmiş
Yabğu və böyük qardaşı Çor Yoğa qəhrəmancasına həlak
olmuşlar. Işbara Tamğan Tarkan öz adından, habelə altmış beş
qohumu adından onlar abidə qoymuşdur.
İndi də abidənin qoyulduğu tarix haqqında. Ongin
abidəsinin qoyulması tarixi haqqında indiyədək deyilən fikirləri
rədd edərək biz qəti olaraq bu fikirdəyik ki, bu abidə hələ İltəris
xaqanın sağlığında, yəni 689-cu illə 693-cü il arasında
qoyulmuşdur. Başqa sözlə desək, Ongin abidəsi Kül tigin, Bilge
xaqan və Tonyukuk abidələrindən əvvəl qoyulmuşdur. Bu fikri
onun nisbətən kiçik həcmli olması və üslubu da sübut edir.
Üslubuna görə Ongin abidəsi Kül tigin və Bilgə xaqan
248
abidələrinə yaxm olsa da həmin abidələrə nisbətən xeyli
bəsitdir.
Abidənin əsli əlimizdə olmadığı üçün onun qoyulduğu ili
dəqiq söyləmək mümkün deyildir. Məsələ burasındadır ki,
Ongin abidəsinin H.N.Orkun və S.Y.Malov tərəfindən edilmiş
nəşrlərində sağ tərəfin dördüncü sətrində «lüi yıl yetinç ay -
əjdaha ili yeddinci ay», C.Klausonun nəşrində isə həmin yerdə
«koy yıl yetinç ay - qoyun ili yeddinci ay» ifadəsi verilir
(əlbəttə, göy türk Orxon-Yenisey əlifbası ilə). Hansı nəşrdəki
ilin daha doğru olduğunu deyə bilmədiyimiz üçün (cstempaj,
yaxud foto-surət olsa idi, bunu müəyyənləşdirmək olardı)
abidənin qoyulması üçün hər iki tarixi müəyyənləşdirməliyik.
İltəris xaqanın sağlığında əjdaha ili 692-ci ilə, qoyun ili isə 689-
cu ilə düşür.
Deməli, Ongin abidəsi 692-ci ildə (əjdaha ilində), yaxud
689-cu ildə (qoyun ilində) müdrik Işbara Tamğan Tarkan
tərəfindən İltəris xaqanın apardığı döyüşlərdən birində həlak
olmuş atası Eletmiş Yabğu və böyük qardaşı Çor Yoğa şərəfinə
qoyulmuşdur.
Dostları ilə paylaş: |